Ana səhifə »  Müsahibə »  Həyata keçirilən layihələr sayəsində Azərbaycanda enerjinin ötürülməsi sistemi son dərəcə müasirləşib
A+   Yenilə  A-
Həyata keçirilən layihələr sayəsində Azərbaycanda enerjinin ötürülməsi sistemi son dərəcə müasirləşib

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev www.yap.org.az saytına müsahibə verib:
- Etibar müəllim, son 15 ildə Azərbaycanda həyata keçirilən məqsədyönlü siyasət sayəsində bütün sahələrdə dinamik inkişaf təmin edilib, ölkədə yeni müsbət reallıqlar yaranıb. Deyilənlər kontekstində istərdik ki, respublikanın elektroenergetika potensialının artması, yeni generasiya güclərinin yaradılması barədə məlumat verəsiniz.
- Son 15 ildə ölkəmizin inkişafı ardıcıl xarakter daşıyıb və konseptual əsaslara söykənib. Əvvəlcə müxtəlif istiqamətlər üzrə prioritetlər, hədəflər müəyyənləşdirilib və qarşıya qoyulan məqsədlərə çatmaq üçün sistemli iş aparılıb. Məlumdur ki, bəhs olunan dövrdə ölkəmizin həyatı Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq geniş infrastruktur quruculuğu ilə səciyyələnib. Respublikamızda 2004-cü ildən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının icrasına da məhz bölgələrdə yeni infrastruktur obyektlərinin yaradılması ilə başlanılıb ki, bu da təsadüfi deyildir. Respublikada infrastruktur təminatının möhkəmlənməsi öz növbəsində bir tərəfdən əhalinin rifah halının yaxşılaşmasına, digər tərəfdən isə iqtisadi aktivliyin artmasına müsbət təsir göstərir. Əlçatan xidmətlərdən, yüksək səviyyəli kommunal rahatlıqlardan məmnun qalan insanlar öz doğma yurd yerlərinə daha möhkəm tellərlə bağlanırlar. Bundan başqa, özəl bölmə təmsilçiləri dövlət əsaslı vəsait qoyuluşu hesabına yaradılan infrastrukturdan bəhrələnərək müxtəlif istiqamətlərə məmnuniyyətlə sərmayələr yönəldirlər, yeni müəssisələrin, təsərrüfatların yaradılmasına böyük təşəbbüs göstərirlər.
Azərbaycanın infrastruktur quruculuğuna güclü siyasi iradə nümayiş etdirməsi və yeni layihələrin hərtərəfli şəkildə dəstəklənməsi özünün uğurlu nəticələrini verib. Belə ki, çox qısa müddətdə respublikamız bütün dünya miqyasında güclü infrastruktur təminatına malik olan ölkəyə çevrilib. Son 15 ildə ölkədə aparılan infrastruktur quruculuğundan söhbət açarkən respublikanın enerji təminatının güclənməsini xüsusi qeyd etmək lazımdır. Respublikamızda elektroenergetika təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi siyasətinin əsasını Ulu öndər Heydər Əliyev qoyub. Sonrakı mərhələdə bu siyasət eyni ardıcıllıqla Prezident İlham Əliyev tərəfindən davam etdirilib. Belə ki, son 15 ildə ölkənin elektroenergetika potensialının gücləndirilməsi, sənayenin və kənd təsərrüfatının enerjiyə getdikcə artan tələbatının ödənilməsi üçün bu sahəyə ardıcıl şəkildə böyük həcmlərdə investisiyalar yönəldilib. Qeyd edək ki, 2004-cü ilə qədər Azərbaycanda cəmi 9 elektrik stansiyası mövcud idi və onların ümumi potensialı 3900 meqavata bərabər idi. Son 15 ildə isə respublikamız məqsədyönlü investisiya qoyuluşu sayəsində ümumi generasiya gücü 2500 meqavata çatan 30 elektrik stansiyası tikməyə nail olub. Mən onlardan bir neçəsini sadalamaq istərdim. Cənub bölgəsində inşa edilən 87 MVt gücündə Astara elektrik stansiyası 3 fevral 2006-cı il tarixində istismara verilib. Bundan sonra 87 MVt gücündə Şəki elektrik stansiyası 14 oktyabr 2006-cı il tarixində işə salınıb. 2006-cı ildə həmçinin Xaçmaz elektrik stansiyasının (87 MVt gücündə), Naxçıvan Muxtar Respublikasında Vayxır su elektrik stansiyasının (5 MVt gücündə), Naxçıvan qaz-turbin elektrik stansiyasının (64 MVt), Naxçıvan elektrik stansiyasının (87 MVt) tikintisi başa çatdırılıb. Sonrakı illərdə 104 MVt gücündə Bakı elektrik stansiyasının, 300 MVt gücündə Səngəçal elektrik stansiyasının, 104 MVt gücündə “Şahdağ” elektrik stansiyasının, 525 MVt gücündə Sumqayıt elektrik stansiyasının, 20 MVt gücündə Biləv su elektrik stansiyasının, 5,6 MVt gücündə Qobustan Hibrid elektrik stansiyasının, 25 MVt gücündə “Şəmkirçay” su elektrik stansiyasının, 780 MVt gücündə “Cənub” elektrik stansiyasının, 25 MVt gücündə “Taxtakörpü” su elektrik stansiyasının və digərlərinin açılışı keçirilib.
Ölkədə yeni generasiya güclərinin yaradılması siyasəti 2017-ci ildə də davam etdirilib. Belə ki, ötən il “Pirallahı” günəş elektrik stansiyası, “Balakən-1” kiçik su elektrik stansiyası, “Çiçəkli” kiçik su elektrik stansiyası respublikanın elektroenergetika sisteminə daxil edilib, bundan başqa Yevlax rayonu ərazisində altmış il əvvəl inşa olunmuş Varvara Su Elektrik Stansiyasının yenidən qurulması işləri yekunlaşdırılıb. Yenidənqurma nəticəsində stansiya 18 MVt qoyuluş gücünə çatdırılıb. Prezident İlham Əliyevin daimi diqqət və qayğısı olmasaydı, qısa müddətdə ölkənin elektroenergetika təsərrüfatında belə irimiqyaslı layihələri reallaşdırmaq mümkün olmazdı. Əlamətdar haldır ki, Prezident İlham Əliyev respublikada yeni tikilən və yaxud yenidən qurulan, generasiya gücləri artırılan əksər elektrik stansiyalarının işə salınması mərasimlərində şəxsən iştirak edib və Özünün dəyərli tövsiyələrini verib.
Beləliklə, hazırda respublikanın elektroenergetik sistemində ümumi gücü 6000 MVt-dan artıq olan 38 elektrik stansiyası fəaliyyət göstərir. Onlardan 16-sı istilik elektrik stansiyası, 12-si su elektrik stansiyası, 6-sı kiçik su elektrik stansiyası, 1-i hibrid tipli elektrik stansiyası və 3-ü günəş elektrik stansiyasıdır.
- Ölkədə yeni generasiya güclərinin yaradılması həmçinin enerjinin ötürülməsi sisteminin dayanıqlılığını artırmağı tələb edir.
- Prezident İlham Əliyev ölkənin elektrik enerjisi təsərrüfatında məsələlərə kompleks yanaşmağı, bütövlükdə təsərrüfatı müasirləşdirməyi qarşıya vəzifə qoyub. Təbii ki, enerjinin ötürülməsi sistemi də yeni generasiya güclərinin yaradılmasına adekvat şəkildə daim müasirləşdirilməli, bütövlükdə sistemin etibarlılığı və dayanıqlılığı getdikcə artan gücə uyğunlaşdırılmalıdır. Nasaz və yaxud müasir tələblərə cavab verməyən ötürücü şəbəkə itkilər, təminatda fasilələr yaranması deməkdir ki, belə neqativ hallar indiki dövrdə heç bir vəchlə məqbul sayıla bilməz. Buna görə də mövcud qurğu və avadanlıqlarda, yüksək gərginlikli hava xətlərində mütəmadi olaraq təftişlər aparılması, nasazlıqları aşkar edib profilaktik tədbirlər görülməsi, habelə payız-qış mövsümünə hazırlıq tədbirlərinin planauyğun şəkildə vaxtında yerinə yetirilməsi əsas vəzifələrdən hesab olunur. Əslində, enerjinin ötürülməsi sisteminin mütəmadi qaydada nəzarət altında saxlanılması və yenilənməsi bizim gündəlik işimizdir, desəm, əsl həqiqəti ifadə etmiş olaram. Son 15 ildə bu istiqamətdə bütün ölkə miqyasında böyük iş həcmi yerinə yetirilib. Fəxrlə deyə bilərəm ki, ardıcıl şəkildə həyata keçirilən layihələr hesabına Azərbaycan son dərəcə müasir enerjinin ötürülməsi sisteminə sahiblənib.
Respublikada enerjinin ötürülməsi sisteminin yenilənməsi baxımından 2017-ci il də istisna təşkil etməyib. Həmişə olduğu kimi, 2017-ci ildə də respublikanın elektroenergetika sistemi üçün strateji əhəmiyyətə malik sistem təşkiledici şəbəkə xüsusi diqqət mərkəzində saxlanılıb. Belə ki, ötən il ərzində 500 kV-lik “Abşeron” yarımstansiyasında 3 ədəd 133 MVA gücündə avtotransformatorun yeni tikilən 10 kV-lik qapalı paylayıcı qurğusu sxemə salınıb. 220 kV-lik 7-ci “Abşeron” hava xəttində 2 ədəd tutum gərginlik transformatoru quraşdırılıb. 10 kV-lik II bölmə avadanlıqları -avtotransformatorun və 2 saylı 630 kVA-lıq xüsusi sərfiyyat transformatorunun 10 kV-lik yağ açarları vakuum açarlı yuvalarla, gərginlik transformatorunun yuvası isə yenisi ilə əvəz olunub. 330 kV-lik “Gəncə” YS-də 1 saylı 200 MVA-lik avtotransformator əsaslı təmir olunub, 1 saylı 200 MVA avtotransformatorun yeni tikilən 10 kV-lik qapalı paylayıcı qurğusu sxemə salınıb, 2 saylı 250 MVA-lik avtotransformatorun 110 kV-lik cərəyan transformatoru yenisi ilə əvəz olunub. 330 kV “Ağstafa” YS-də 110 kV-lik 1-ci “Ağstafa” HX-nin I, II sistem şinlərində şin ayırıcıları yeniləri ilə əvəz edilib, 330 kV I, II və dolayı şin sistemində izolyatorlar yenilənib, 330 kV-lik 3-cü “Ağstafa” hava xətlərinin boşaldıcıları yeni tipli boşaldıcı ilə əvəz olunub. Bütün bunlarla yanaşı, 220 kV-lik “Səngəçal”, “Hövsan” YS-lərdə şin ayırıcıları, dolayı eleqaz açarları, boşaldıcılar və digər avadanlıqlar yenilənib.
Ötən il Regional Elektrik Şəbəkələrin balans mənsubiyyətinə aid olan 110 kV-lik “Binəqədi”, “Ramana”, “Qala”, “Binə” və bir neçə digər yarımstansiyada da müxtəlif təyinatlı təmir işləri həyata keçirilib. Ümumilikdə, il ərzində yarımstansiyalarda 145-dən artıq transformator, 510-dan artıq eleqaz, 480 ədəd yağ və 410-dan çox vakuum açarları əsaslı və cari təmir olunub. Yarımstansiyalarda fiziki və mənəvi cəhətdən köhnəlmiş avadanlıqların yeniləri ilə əvəz olunması, müasir mühafizə, idarəetmə və avtomatika panellərinin quraşdırılması işləri həyata keçirilib və hazırda bu işlər davam etdirilir.
Avadanlıqlardakı çatışmazlıqların müəyyənləşdirilib aradan qaldırılması üçün 225 ədəd transformator və avtotransformator, 700-dən artıq müxtəlif tipli açar, 1520-yə yaxın boşaldıcı, 760-dan çox gərginlik və cərəyan transformatorunda profilaktik sınaq-yoxlama işləri aparılıb.
2017-ci ildə Mingəçevir SES-də 110 kV-lik yarımstansiyalarda yeni açıq paylayıcı qurğunun tikintisi ilə əlaqədar, 110 kV-lik 1-ci və 2-ci “Gəncə”, 1-ci və 2-ci “Yevlax”, 1-ci və 2-ci “Şəhər” hava xətlərinin trasında anker və aralıq dayaqlar quraşdırılıb, 220 kV-lik 2-ci “Ağdaş” hava xəttinin Turyançay vadisindən keçən hissəsində hava xəttinin 2,5 km hissəsi yeni əraziyə köçürülüb. Eyni zamanda, 220 kV-lik ikidövrəli “Şimal ES - Zabrat YS” və “Şimal ES - Hövsan YS” hava xətlərinin tikintisi layihəsi üzrə tikinti işləri başa çatdırılıb, 110 kV-lik 3-cü, 4-cü “Ağdaş” hava xətlərinin tikintisi tamamlanıb və hava xətləri şəbəkəyə qoşulub. İl ərzində Elektrik Verilişi Xətlərində görülmüş işlərin həcmi də kifayər qədər böyükdür. Ümumilikdə, il ərzində balans mənsubiyyətinə aid olan elektrik verilişi xətləri üzrə 900 km-dən artıq hava xətti əsaslı təmir edilib. Təmir qrafiki çərçivəsində 11 min 400-ə yaxın izolyator, onlarca dayaq dəyişdirilib və yaxud təmir edilib.
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətində müvafiq Strateji Yol Xəritəsinin Tədbirlər Planı çərçivəsində tərtib edilən İcra Planı eyni zamanda sözügedən istiqamətdə də keyfiyyətcə yeni mərhələnin başlanılmasına, bu sahədə innovativ texnologiyaların tətbiqi ilə enerji sisteminin səmərəliliyinin yüksəldilməsinə və elektrik enerjisinin ötürülməsi infrastrukturunun daha da müasirləşdirilməsinə hesablanıb.
- Yeni generasiya güclərinin yaradılması, ötürücü şəbəkədə görülən işlər, yəqin ki, istehsalın artmasına və keyfiyyətin yaxşılaşmasına da öz müsbət təsirini göstərib.
- Energetika hər bir ölkədə iqtisadiyyatın bel sütunu, təməli sayılır. Hazırda Azərbaycan innovasiyalara əsaslanan müasir iqtisadiyyat quruculuğuna, o cümlədən də sənaye inkişafına istiqamətlənib. Bütün ölkə boyu çoxlu sayda yeni müəssisələr yaradılır. Respublikada aqrar sektor yeni yanaşmalar əsasında inkişaf etdirilir. Digər tərəfdən, ölkəmizdə uğurlu siyasətin nəticəsi olaraq əhali artır və yeni yaşayış kompleksləri tikilir. Ölkədə gedən belə güclü inkişaf isə daha çox həcmdə enerji tələbatı deməkdir. Prezident İlham Əliyev qarşıya mühüm tələb qoyub ki, ölkədə yeni generasiya güclərinin yaradılması, enerji istehsalı milli iqtisadiyyatın enerjiyə olan tələbatını qabaqlamalıdır. Biz də dövlət başçısının tapşırığını əsas tutaraq bütün səylərimizi, gücümüzü ortaya qoymaqla bu tələbatı qarşılamağa, daha çox həcmdə enerji istehsal etməyə çalışırıq. Aydın məsələdir ki, son 15 ildə respublika miqyasında yeni generasiya gücləri yaradılmasa idi, ötürücü şəbəkədə innovasiyaların tətbiqinə hesablanan layihələr həyata keçirilməsə idi, əhalinin və iqtisadiyyatın getdikcə artan tələbatını qarşlayacaq həcmdə enerji istehsalına nail olmaq da real deyildi. Hazırda respublikanın elektroenergetika təsərrüfatı özünün hərtərəfli və davamlı inkişaf dövrünü yaşayır. Respublikamızda 2001-ci ilədək mövcud olan enerji çatışmazlığı problemi tam aradan qaldırılıb. Daxili istehlakın yüz faiz yerli istehsal hesabına ödənilməsi və respublikadan müəyyən həcmlərdə elektrik enerjisi ixrac olunması qürurverici haldır. 2017-ci ildə respublikada ümumilikdə elektrik enerjisinin istehsalı 21,8 milyard kilovat-saat təşkil edib. Bunun 20,2 milyard kilovat-saatı istilik elektrik stansiyalarının, 1,6 milyard kilovat-saatı isə su elektrik stansiyalarının payına düşüb.
Kəmiyyət göstəriciləri ilə yanaşı, keyfiyyət göstəricilərimiz də əhəmiyyətli dərəcədə yaxşılaşıb. Elektrik enerjisinin istehsalı, ötürülməsi, dispetçer idarəetməsini həyata keçirən və öz fəaliyyəti sahəsində regionda aparıcı müəssisə olan “Azərenerji” ASC-nin başlıca məqsədi və vəzifəsi Azərbaycan Respublikasının elektroenergetika sisteminin dayanıqlılığını təmin etməklə, elektrik enerjisinin istehlakçılara etibarlı, təhlükəsiz və səmərəli ötürülməsini həyata keçirmək, öz fəaliyyətini davamlı şəkildə təkmilləşdirmək, istehlakçıların tələbatını tam həcmdə ödəmək, xarici bazarda inamlı tərəfdaş mövqeyini möhkəmləndirməkdir. “Azərenerji” üzərinə düşən öhdəlikləri yüksək səviyyədə yerinə yetirərək istehlakçıların elektrik enerjisinə olan tələbatlarını fasiləsiz şəkildə təmin etməklə, onlara göstərilən xidmətlərin keyfiyyətini davamlı artırmaqla müştəri məmnunluğunu yüksək səviyyədə təmin etməyə çalışır. ASC və onun tabeçiliyində olan müəssisələr “İSO 9001:2008 Keyfiyyət İdarəetmə Sistemləri” Beynəlxalq Standartının tətbiq olunmasını bəyan edib.
- Perspektiv inkişaf planlarınız barədə nə deyə bilərsiniz?
- Elektroenergetika sistemi ölkənin sosial-iqtisadi inkişafı baxımından strateji sahə olduğuna görə burada daim perspektiv inkişafla bağlı yeni hədəflər müəyyənləşdirilir. Bizim də perspektivdə istehsalın genişləndirilməsi, keyfiyyətin yaxşılaşdırılması ilə bağlı planlarımız olduqca əhatəlidir. Mən uzaq planlar barədə söhbət açmaq istəmirəm. Onu demək istəyirəm ki, cari ildə elektroenergetika sistemində bir sıra yeniliklərin olacağı gözlənilir. 2010-2017-ci illərdə aparılan yenidənqurma işləri çərçivəsində gücü 424 MVt-a çatdırılmış Mingəçevir su elektrik stansiyasının 2018-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur. 2011-ci il 21 sentyabr tarixində Bakı şəhərində 409 MVt gücündə “Şimal-2” elektrik stansiyasının təməli qoyulub. Artıq burada son tamamlama işləri aparılır və stansiyanın cari ildə istismara verilməsi gözlənilir. Lerik rayonunda tikilən 16,5 MVt gücündə elektrik stansiyası da 2018-ci ildə istismara veriləcək. Son illərdə respublikamızda kiçik su elektrik stansiyalarının tikintisi də geniş vüsət alıb. Artıq yeni tikilən bir neçə su elektrik stansiyası uğurla fəaliyyət göstərir. Cari ildə bu qəbildən olan “Astara-1”, “Oğuz-1”, “Oğuz-2” və “Oğuz-3” kiçik su elektrik stansiyalarının istifadəyə verilməsi nəzərdə tutulur.

 
  • Oxunub:  11550  |  
  • Tarix:  27-04-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır

17 Avqust 15:43
Anna Netrebko Azərbaycana qonaqpərvərlik üçün təşəkkür edib
17 Avqust 15:02
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb
17 Avqust 13:36
Şəhriyar Məmmədyarov Sinkfild kuboku turnirində mübarizə aparacaq
17 Avqust 12:47
Dünyanı fəth edən ecazkar səs
17 Avqust 12:36
“ASAN Yay Festivalı” Gəncədə
17 Avqust 12:31
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir
17 Avqust 12:27
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
17 Avqust 10:38
Bakalavrların nəzərinə: qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər
17 Avqust 10:36
Deputat: Ölkəmizdə sosial siyasət ardıcıl və davamlı olacaq
17 Avqust 10:33
Dünya birjalarında neftin qiyməti bahalaşıb
17 Avqust 10:02
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
17 Avqust 09:57
İmtahanda rekord bal toplayan Bərdə məktəblisi
17 Avqust 09:50
“İaşə müxalifəti” bütün ümidlərini xarici anti-Azərbaycan dairələrin ayırdığı qrantlara bağlayıb
17 Avqust 09:48
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır
16 Avqust 21:23
Prezident İlham Əliyev Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16 Avqust 21:16
Gürcüstanın hökumət rəsmiləri azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda olublar
16 Avqust 20:24
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Beynəlxalq Bank ilə əməkdaşlıq edəcək
16 Avqust 20:17
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan edilir
16 Avqust 19:59
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb
16 Avqust 19:55
General-mayor Elçin İbrahimov: Azərbaycan sərhədçiləri qoyulan tapşırıqları qısa müddətdə yerinə yetirməyə qadirdirlər
16 Avqust 19:48
Rusiyanın və İranın hərbi gəmiləri Bakı limanını tərk edib
16 Avqust 19:35
Bakıda WKF hakimlər komissiyasının seminarı yüksək səviyyədə keçirilib
16 Avqust 18:07
Prezident İlham Əliyev milli bayram münasibətilə İndoneziya Prezidentini təbrik edib
16 Avqust 17:53
Bu il Zaqatalanın fındıq bağlarından 15 min tondan çox məhsul yığılması gözlənilir
16 Avqust 17:41
Patruşev İrəvanda: şübhələr, qeyri-müəyyənlik və suallarla dolu müttəfiqlik
16 Avqust 17:33
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib
16 Avqust 17:10
“DOST” mərkəzinə 25 mininci vətəndaş müraciəti qeydə alınıb
16 Avqust 17:04
Prezident İlham Əliyev DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif edib
16 Avqust 17:03
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Ağstafada iki rayonun sakinlərini qəbul edib
16 Avqust 16:52
DSX-nin fəaliyyəti dövründə sərhədçilərimiz tərəfindən 10 min 989 sərhəd pozucusu saxlanılıb
16 Avqust 16:47
Dövlət sərhədinin mühafizə altında götürülməsi sərhədçilərimiz üçün mühüm vəzifədi
16 Avqust 16:26
ADA Universitetinin bakalavr pilləsinə abituriyentlərin qeydiyyatı başlanıb
16 Avqust 16:15
Əsas kapitala yönəldilən ümumi vəsaitin 67,7 faizi tikinti işlərinə sərf olunub
16 Avqust 15:51
Şəkinin kəndlərində üç modul tipli məktəb quraşdırılır
16 Avqust 15:47
Sumqayıtlı əkiz qardaşlardan qəbul imtahanlarında yüksək nəticə – biri 694, digəri isə 676 bal toplayıb
16 Avqust 15:41
Yaponiyanın İto şəhərindən olan qonaqlar İsmayıllıya gəliblər
16 Avqust 15:37
Qusarda Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri üçün “Yay məktəbi” keçiriləcək
16 Avqust 15:34
Məlumat Hesablama Mərkəzinin stendi I Xəzər İqtisadi Forumunda maraqla qarşılanıb
16 Avqust 15:29
Xəzər İqtisadi Forumu: perspektivli yeni əməkdaşlıq formatı
16 Avqust 15:24
Eldar Sultanov: İntiharlarla bağlı xəbərlərin KİV-də yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir
16 Avqust 15:11
Zaqatalada "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda seminar-müşavirə keçirilib
16 Avqust 15:00
2019-cu il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşəcək
16 Avqust 14:53
“Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı işçi qrupu yaradılıb
16 Avqust 14:49
Səid Rəsuli: İran ilə Azərbaycanın dəmir yolları arasında faydalı əməkdaşlıq əlaqələri mövcuddur
16 Avqust 14:43
Qazaxda taxıl sahələrində orta məhsuldarlıq 33,7 sentner təşkil edib
16 Avqust 14:06
Abşeronda “Grand Aqro” tərəfindən 80 hektarda badam, 287 hektarda isə zeytun bağı salınıb
16 Avqust 13:58
Azərbaycanın Müdafiə naziri “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının bağlanış mərasimində iştirak edəcək
16 Avqust 12:36
İlin əvvəlindən ölkə əhalisinin sayı 10 milyon 19 min 575 nəfərə çatıb
16 Avqust 12:31
DSX-nin rəhbərliyi və şəxsi heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
16 Avqust 12:28
Otel əməkdaşlarının xoşuna gəlməyən davranışlar
16 Avqust 12:10
“Azərbaycan Sərhəd Mühafizəsi - 100 il” sənədli filminin təqdimatı olub
16 Avqust 12:05
“Hərbi-tibbi estafet” müsabiqəsində hərbi həkimlərimiz medalla təltif olunub
16 Avqust 12:02
“Jizel” baleti Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunacaq
16 Avqust 11:56
Yeddi ayda qeyri-neft-qaz sektorunda məhsul istehsalı 15,8 faiz artıb
16 Avqust 11:50
“Nəsimi ili” ilə əlaqədar açıq havada sərgi təşkil edilib
16 Avqust 11:39
Muxtar respublikada keyfiyyət standartlarına nəzarət olunur
16 Avqust 11:25
Azərbaycanlı alim Birinci Xəzər İqtisadi Forumunda çıxış edib
16 Avqust 11:19
Şabran rayonunda 25 kilometrlik avtomobil yolu yenidən qurulur
16 Avqust 11:12
“5-ci kolon”un biri “5-ci kolon”..!
16 Avqust 11:01
Azərbaycan İlahiyyat İnstitutuna qəbul planı 100 faiz yerinə yetirilib
16 Avqust 10:41
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək
16 Avqust 10:36
BMT-də “kosmik silahlanma” təhlükəsi ilə bağlı diskussiya keçirilib
16 Avqust 10:26
Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir
16 Avqust 10:22
Ermənistan silahlı qüvvələrinin bölmələri snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
16 Avqust 10:19
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasına start verilir
16 Avqust 09:33
Azərbaycan polisinin uğurlu fəaliyyəti cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir
16 Avqust 09:31
Beynəlxalq yardımların idarə olunmasında səmərəliliyin artırılması ölkəmiz üçün prioritetdir
16 Avqust 09:29
Dövlətin göstərdiyi diqqət və qayğı sayəsində təhsildə yüksək uğura nail olan gənclərin sayı artır
16 Avqust 09:24
Daşkəsəndə su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatıb
16 Avqust 09:23
“Beşinci kolon” Azərbaycan dövlətinin və xalqının maraqlarını hədəfə alıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +34
gecə+20 +23