Ana səhifə »  Müsahibə »  Ümummilli liderimiz Heydər Əliyevin parlaq ideyaları hər zaman Azərbaycanın inkişafının önündə gedəcək
A+   Yenilə  A-
Ümummilli liderimiz Heydər Əliyevin parlaq ideyaları hər zaman Azərbaycanın inkişafının önündə gedəcək

Milli Məclisin deputatı, akademik Nizami Cəfərov www.yap.org.az saytına müsahibə verib:
- Nizami müəllim, məlum olduğu kimi, may ayının 10-da Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü tamam olur. İstərdik ki, Ulu öndərimizin Azərbaycanın inkişaf və tərəqqisindəki xidmətləri haqqında fikirlərinizi bildirəsiniz...

- Ümumiyyətlə, Ulu öndər Heydər Əliyev Azərbaycan xalqı üçün misilsiz xidmətlər göstərib. Haqlı olaraq biz Heydər Əliyevi müasir Azərbaycanın qurucusu hesab edirik. Böyük öndərimiz azərbaycançılıq ideyasının müəllifi kimi Azərbaycan tarixində yaşayır. Bu xüsusi bir hadisədir. Heydər Əliyev həm də sözün həqiqi mənasında bir yenilikçi idi. Onun bu xüsusiyyəti həmişə özünü göstərib, istər Sovet dövründə, istərsə də yeni dövrdə. Bütövlükdə isə, Heydər Əliyevin Azərbaycan dövlətçiliyini inkişaf etdirən, müstəqilliyini möhkəmləndirən addımları bir neçə sahə ilə məhdudlaşmırdı. Bütün sahələrdə çox genişmiqyaslı tədbirlər görüldü, islahatlar aparıldı. Heydər Əliyevin fəaliyyəti, Onun Azərbaycan dövlətçiliyi, xalqımız qarşısındakı xidmətləri o qədər zəngindir ki, bunu təhlil etməklə, yazmaqla, araşdırmaqla sonuna gedib çıxmaq mümkün deyil. Zaman keçdikcə, biz Ümummilli liderimizin fəaliyyətinin məntiqini, mahiyyətini daha yaxşı dərk etməyə başlayırıq. Heydər Əliyev heç bir işini yarımçıq qoymurdu. O hansı işə başlayırdısa, yüz ölçüb bir biçib, tələsmədən və gecikmədən həyata keçirirdi. Bu ən müxtəlif sahələrə aid olan məsələlərdə - hərc-mərcliyin aradan qaldırılmasından başlanmış, təsərrüfat həyatının qaydaya salınmasına qədər özünü göstərdi. Bu ancaq böyük dövlət adamlarına aid xüsusiyyətdir.

Heç də təsadüfi deyil ki, Heydər Əliyev bu fəaliyyət tipologiyası ilə dünyanın ən böyük dövlət xadimləri ilə müqayisə olunur. Məsələn, bəziləri Heydər Əliyevin fəaliyyətini Atatürkün fəaliyyəti ilə müqayisə edirlər. Mən Heydər Əliyevin bir fikrini həmişə xatırlayıram. O Atatürkün xidmətlərindən danışarkən demişdi ki, Türkiyə Cümhuriyyəti Atatürkün sadəcə fəaliyyətinin nəticəsi deyildi. Türkiyə Cümhuriyyəti həm də Atatürkün mübarizəsinin, cəsarətinin nəticəsi idi. Eynilə, Azərbaycan dövlətinin yaranması, Azərbaycan müstəqilliyinin möhkəmlənməsi, sadəcə bir dövlət başçısı kimi Heydər Əliyevin fəaliyyətinin yox, həm də Heydər Əliyevin mübarizəsinin, cəsarətinin, böyük siyasi iradəsinin nəticəsidir.

Bu gün isə bu işləri Prezident İlham Əliyev uğurla davam etdirir. Azərbaycan artıq yüksək səviyyədə inkişaf yoluna qədəm qoyub. Qazanılan uğurlar bütün sferalarda özünü göstərir. Təbii ki, bütün bu uğurlar və bundan sonrakı dövrlərdə qazanacağımız uğurlar Ulu öndər Heydər Əliyevin qoymuş olduğu möhkəm bünövrəyə söykənir. Heydər Əliyevin parlaq ideyaları isə həmişə bu inkişaf və tərəqqinin önündə gedəcək.

- Ümummilli liderimizin Azərbaycan dilinin inkişafı sahəsində xidmətləri haqqında da fikirlərinizi bilmək istərdik...

- Bilirsiniz ki, Ulu öndər Heydər Əliyevin qərarı ilə 2001-ci ildən etibarən 1 avqust tarixi ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan dili Günü kimi qeyd olunur. Belə bir günün təsis olunması müstəqil dövlətimizin dil məsələsinə nə qədər ciddi yanaşdığını göstərən amildir. Azərbaycan dilinin həm ümumxalq dili, həm də xüsusilə dövlət dili kimi inkişafında Ümummilli liderimiz Heydər Əliyevin xidmətləri, sözün böyük mənasında, tarixi xidmətlərdir ki, bu mövzuda artıq onlarla ciddi elmi əsərlər yazılıb, kifayət qədər mükəmməl ümumiləşdirmələr aparılıb. Mütəxəssislərin demək olar ki, hamısı belə bir möhkəm qənaətdədirlər ki, Heydər Əliyevin milli dil quruculuğu siyasəti Onun milli dövlət quruculuğu siyasətinin üzvü tərkib hissəsi olub bütöv bir sistem təşkil edir. Və doğrudan da, Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən son illərə qədər Azərbaycanda apardığı dil siyasətində hər hansı bir tərəddüdə, yaxud təsadüfə nə nəzəri, nə də təcrübi olaraq rast gəlinmir ki, bu da yalnız dahilərə məxsus bir keyfiyyətdir.

Fikrimizcə, Heydər Əliyevin bir dövlət rəhbəri kimi Azərbaycanda aparmış olduğu dil siyasəti elmi-nəzəri baxımdan yalnız Azərbaycan miqyasında əhəmiyyətli olması ilə məhdudlaşmır, eyni zamanda, dünya miqyasına çıxmaqla, ümumilikdə dil quruculuğunun həmişə aktual olan problemlərinin həlli üçün əsaslı prinsiplər təqdim edir. Bu prinsiplər həm də ona görə əhəmiyyətlidir ki, Azərbaycanın, yəni müstəqillik uğrunda yüz illər boyu mübarizə aparan və qalib gələn bir xalqın nümunəsində və ya təcrübəsində uğurla həyata keçirilib.

Ümumiyyətlə, Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi dil siyasəti Onun dövlət quruculuğu siyasətinin tərkib hissəsi olub. Ulu öndər sovetlər hakimiyyəti dövründə də Azərbaycan dilinin inkişafı üçün əvəzolunmaz xidmətlər göstərib. Ali məktəblər üçün yazılmış “Müasir Azərbaycan dili” dərsliklərinin Respublika Dövlət mükafatına layiq görülməsi, anadilli ədəbiyyatın inkişafı üçün hər cür şəraitin yaradılması, Azərbaycan ədəbiyyatı klassiklərinin təbliği məhz bunun nəticəsi idi.

O zaman sovetlərin tərkibində olan türk dövlətlərinin mərkəzi şəhərlərində demək olar ki, ana dilində məktəb yox idi. Amma Azərbaycanda rus dilinin təzyiqi ana dilimizi sıxışdırıb çıxardacaq səviyyədə deyildi. Biz Heydər Əliyevə həm də ona görə Ümummilli lider deyirik ki, O, yalnız dövləti yox, milləti birləşdirəcək bütün dəyərləri qoruyub mühafizə edirdi və onların inkişafı üçün proqramlar müəyyənləşdirirdi. Bunların ən mühümlərindən biri də dil məsələsi idi.

Hələ 1990-cı illərin ortalarında ilk milli Konstitusiya hazırlanarkən dil məsələsi xüsusi olaraq müzakirə olundu. Bu müzakirələr şəraitində müxtəlif mülahizələr ortaya çıxırdı. Fikrimcə, bu Ümummilli liderimiz Heydər Əliyev bununla dünyaya göstərdi ki, müstəqil, demokratik milli dövlət dil məsələsinə nə qədr ciddi yanaşır və onun milli mövcudluğunun böyük göstərici hesab edilir. Həmin müzakirələrdə böyük mütəxəssislər iştirak edirdi. Və sonra da dil məsələsi həmişə diqqət mərkəzində oldu. Həmin illərdə çox ciddi proseslər baş verirdi.

Bildiyiniz kimi müstəqilliyin ilk illərində çox sürətlə, referendum keçirilmədən dövlət dilimiz türk dili adlandırıldı. Amma Ulu öndər Heydər Əliyev ilk milli Konstitusiya layihəsi hazırlanarkən bu məsələyə xüsusi diqqət yetirdi və geniş müzakirlər aparıldı. O, vurğulayırdı ki, belə bir mühüm məsələ bir neçə nəfərin qərarı ilə ola bilməz, burada xalqın mövqeyi öyrənilməlidir. 1995-ci ildə konstitusiya layihəsi geniş müzakirə olundu. Mürəkkəblik odur ki, Azərbaycan yer adıdır. Amma türk dili deyəndə də türk dilləri çoxdur və Azərbaycan dili onların içərisində fərqlənmir. Elmi baxımdan daha doğrusu yerin və dilin adı ola bilərdi, yəni Azərbaycan türkcəsi. Amma bu da ifadəni mürəkkəbləşdirirdi. Ümumiyyətlə, Azərbaycan dili ənənəsi var. Bu, respublikamızda işlənirdi və ictimai təfəkkür bunu qəbul etmişdi. Beləliklə, Azərbaycan dili Konstitusiyamızda dövlət dili kimi təsbit olundu.

- Ulu öndər Heydər Əliyev tərəfindən imzalanmış “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman Azərbaycan dilinin qorunmasına və inkişafına nə dərəcədə təsir göstərdi?

- Dil məsələsi ilə bağlı çox ciddi sənədlər qəbul olunub. Onlardan ən mühümü 2001-ci ilin iyun ayında Ulu öndər Heydər Əliyev tərəfindən “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanın imzalanmasıdır. Hesab edirəm ki, Azərbaycan dilinin tarixində bu səviyyədə sənəd qəbul olunmayıb. Çünki sənəddə çox ciddi, strateji münasibət ortaya qoyulub. Sənəddə dilin tarixindən başlamış, müasir dövrümüzə qədər olan məsələlər geniş şəkildə öz əksini tapır. Hesab edirəm ki, bu fərman Azərbaycan dilinin tarixində görünməmiş hadisə idi. Dövlətin dil siyasətini bütün miqyası ilə olduqca dolğun şəkildə əks etdirən fərman həm də, elmi-metodoloji məzmunu ilə diqqəti cəlb edir. Sənəddə Azərbaycan dilinin mənşəyi məsələsinə ayrıca və geniş yer ayrılıb.

Haqqında söhbət gedən Fərman bir dövlət sənədi olaraq bütövlükdə, Azərbaycan dövlətinin və xalqının marağını əks etdirsə də, həmin dövləti yaradan, həmin xalqı işıqlı gələcəyə aparan bir mütəfəkkirin düşüncəsinin məhsulu olduğuna görə, sırvai yox, tarixi səciyyə daşıdığına görə, xüsusi elmi konsepsiya ifadə edir.

Əlbəttə, «Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında» Fərman Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əsəri idi. Burada Heydər Əliyevin qurduğu dövlətin milli dil siyasəti əks etdirilir, həmin dövlət uğrunda aparılmış mübarizənin tarixi və gələcəyi ifadə olunur.

Onu da qeyd edim ki, Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Latın qrafikasında kütləvi nəşrlərin meydana çıxması bunun parlaq göstəricisidir. Ümumiyyətlə, Azərbaycan xalqının Ümummilli liderinin siyasəti Azərbaycanda ana dilinin - ümumxalq dilinin tərəqqisi üçün elə bir tarixi şərait yaratdı ki, biz həmin siyasətin uzun illər uğurla davam edəcəyinə tam əminik. Təqdirəlayiq haldır ki, Ümummilli liderin ideyalarını layiqincə yerinə yetirən Azərbaycan Prezidenti İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz dövlət başçısının təşəbbüsü ilə baş tutdu. Prezidentin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı, həm də əlifba ilə bağlı problemləri tamamilə həll etdi. Bunun da nəticəsində kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi təmin olundu. Dövlət başçısının sonrakı sərəncamları əsasında isə 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirdi.

Eləcə də, Prezident İlham Əliyev tərəfindən “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı da müasir dövrdə çox böyük əhəmiyyət kəsb edir.

- Nizami müəllim, Ulu öndərimiz Azərbaycan ədəbiyyatının inkişafına da daim yüksək qayğı göstərib. Bu barədə nə deyə bilərsiniz?

- Əlbəttə ki, Ümummilli liderimizin ədəbiyyata, sənətə, bütövlükdə mədəniyyətə qayğısı çox yüksək səviyyədə olub. Hələ sovetlər dövründə respublikanı həm iqtisadi, həm ictimai-siyasi, həm də mədəni baxımdan inkişafını qarşısına məqsəd qoymuş Heydər Əliyev ədəbiyyat və incəsənət adamları önündə də görünməmiş bir meydan, yaradıcılıq üfüqləri açdı. O, sovet dövründə yazıçılarımızı, şairlərimizi bütün təzyiqlərdən, təhdidlərdən qoruyurdu. Keçən əsrin 70-80-ci illərində Azərbaycan ədəbiyyatının ideya-mövzu, məzmun-mündərəcə etibarilə yeniləşməsində, zənginləşməsində, özünün tarixi təkamül məcrasına düşməsində Heydər Əliyevin rolu, heç şübhəsiz ki, müstəsnadır. Və bu böyük şəxsiyyətin «Ümummilli lider» səviyyəsinə yüksəlməsində milli ədəbiyyat və incəsənət sahəsində sözün geniş mənasında quruculuq-təşkilatçılıq xidmətləri digər sahələrdəki xidmətlərindən heç də az əhəmiyyət kəsb etməyib.

Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu ilk illərdən yalnız müasir ədəbi proseslərin düzgün istiqamətdə, çoxmiqyaslı, çoxşaxəli və çoxqütblü inkişafı qayğısına qalmaqla kifayətlənmirdi, eyni zamanda təxminən min beş yüz illik bir tarixə malik Azərbaycan ədəbiyyatının hər bir hadisəsini xalqa yenidən və dərindən tanıdılması üçün ardıcıl olaraq çalışırdı. Çünki Ümummilli lider yaxşı bilirdi ki, öz ədəbiyyatını, tarixini, milli mənəvi dəyərlərini unudan xalq heç zaman ruhən mütəşəkkil ola, qarşısına çıxan müxtəlif xarakterli problemləri uğurla həll edib dünya səhnəsinə çıxa bilməz. Xalqın ən böyük sərvəti onun milli mənliyi, milli qürurudur ki, o da yalnız tarixdən gəlməklə, dədə-babaların keçdiyi yolu yaxşı bilib mənəvi sərvətə çevirməklə qazanılır.

Ümummili liderin bilavasitə rəhbərliyi ilə müxtəlif illərdə keçirilmiş möhtəşəm yubileylərin hər biri xalqı özünə tanıtmaqda çox böyük rol oynamış tarixi forumlar idi. «Kitabi-Dədə Qorqud», Nizami, Nəsimi, Füzuli, Vaqif, Mirzə Fətəli Axundov, Aşıq Ələsgər, Sabir, Mirzə Cəlil, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Hüseyn Cavid, Səməd Vurğun... həmin ictimai-kütləvi forumlarda bütün miqyasları ilə həm Azərbaycan xalqına, həm də dünyaya tanıtdırılırdı ki, bu ənənə sürətlə inkişaf edən Azərbaycanda bu gün də davam və inkişaf etdirilir.

Ulu öndər Heydər Əliyev üçün milli ədəbiyyatın nə demək olduğunu bir daha dərk etmək üçün dahi şəxsiyyətin Azərbaycan yazıçılarının X qurultayındakı nitqindən aşağıdakı fikirləri xatırlatmağa ehtiyac vardır: «Azərbaycanda yazıçı daim böyük hörmətə layiq olmuşdur. Bu, bizim tarixi ənənəmizdir, əcdadlarımızdan bizə gəlib çatmış gözəl bir xüsusiyyətdir. Bu da təsadüfi deyil. Çünki bizim xalqımız, birincisi, öz istedadına görə şair, yazıçı, söz ustası olubdur. İkincisi, bizim xalqımız çoxəsrlik tarixində böyük şairlər, yazıçılar, mütəfəkkirlər yetişdiribdir. Xalqımızın tarixi çox zəngindir. Ancaq biz tariximizin qədim dövrlərini xatırlayarkən, yaxud onları cəmiyyətə, dünyaya daha geniş çatdırmaq istəyərkən, birinci növbədə və bəzən də yalnız mədəniyyətimizə, mədəniyyət, ədəbiyyat xadimlərinin yaratdığı əsərlərə, tarixi-memarlıq abidələrimizə və böyük şairlərimizin, mütəfəkkirlərimizin yazdığı əsərlərə istinad edirik».

 
  • Oxunub:  15030  |  
  • Tarix:  04-05-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Avrasiyada strateji nəqliyyat mərkəzinə çevrilir

25 İyun 21:03
Ali hərbi rütbələrin təqdimetmə mərasimi keçirilib
25 İyun 20:52
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 İyun 20:47
Azərbaycan nümayəndə heyəti İsveçrəyə səfər edəcək
25 İyun 20:44
Elmira Süleymanova: BMT-nin Dövlət Xidmətləri Forumu Dayanıqlı İnkişaf Məqsədlərinin müxtəlif aspektlərinə yönəlib
25 İyun 20:41
İyunun 26-da “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür
25 İyun 20:35
Monteneqronun Baş Nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb
25 İyun 20:31
Mübariz Qurbanlı: Azərbaycanın dövlət-din modeli dünya ölkələri üçün örnəkdir
25 İyun 20:17
Gədəbəy rayonunda ilk dəfə Milli Yaylaq Festivalı keçiriləcək
25 İyun 19:54
AŞPA-nın komitə iclasında azərbaycanlı deputatın məruzəsi qəbul olunub
25 İyun 19:38
AŞPA-da azərbaycanlı deputat İstanbul Konvensiyasından danışıb
25 İyun 19:35
AŞPA-da azərbaycanlı mülki girovların məsələsi müzakirə olunub
25 İyun 19:20
İsrail qəzeti: Azərbaycanda yəhudilər cəmiyyətin ayrılmaz bir hissəsi kimi qəbul edilir
25 İyun 19:15
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Belarusun yerli kanalına xüsusi müsahibə verib
25 İyun 19:10
Bakı Şəhər İcra Hakimiyyəti: Çimərlik ərazilərinə giriş pulsuzdur
25 İyun 19:00
Polşanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır
25 İyun 18:37
Monteneqronun Baş Naziri Heydər Əliyev Mərkəzi ilə tanış olub
25 İyun 18:29
Qazaxıstan Respublikasının Birinci Prezidentinin – Elbası Kitabxanasının direktoru Prezident Kitabxanasında olub
25 İyun 18:23
Baş Nazir Duşko Markoviç Monteneqronun Azərbaycandakı fəxri konsulluğunda olub
25 İyun 18:21
Heç kim kənarda qalmadan inklüziv və bərabər xidmətlərin göstərilməsi
25 İyun 18:15
Rauf Əliyev: Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etməyə tam hazırdır
25 İyun 18:05
Şəkidə “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans keçirilib
25 İyun 18:00
Hüseynbala Mirələmov: Prezidentimizin uğurlu kadr islahatları dövlət idarəçiliyinin təkmilləşdirilməsinə xidmət edir
25 İyun 17:41
Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın yekunlarına dair protokol imzalanıb
25 İyun 17:37
Azərbaycan qadınları ictimai həyatın bütün sahələrində fəallıqları ilə seçilirlər
25 İyun 17:34
Terri Miller: Azərbaycan “İqtisadi Azadlıq İndeksi”ndə ən böyük irəliləyiş edən ölkədir
25 İyun 17:30
Naxçıvanda taxıl biçini mütəşəkkil aparılır
25 İyun 17:23
Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün həssas qrupların sosial müdafiəsi ilə bağlı yeniliklər
25 İyun 17:20
Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak edib
25 İyun 17:13
Səmərəli və məsuliyyətli dövlət qurumlarının inkişafı
25 İyun 17:09
Gövhər Baxşəliyeva: Sosialyönümlü sənədlərin hər biri Azərbaycan vətəndaşının rifahının yüksəldilməsinə xidmət edir
25 İyun 17:06
Qarabağ qazisi Kamil Musəvi İlahiyyat İnstitutunun tələbələrinə döyüş yolundan danışıb
25 İyun 17:02
Cavanşir Paşazadə: Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər uğurla davam etdirilir
25 İyun 17:00
Adil Əliyev: Azərbaycan Silahlı Qüvvələri NATO standartlarına cavab verən səviyyədə formalaşıb
25 İyun 16:51
Avropa Şurası kürsüsündən yalan və saxtakarlığın Ermənistanın real sifəti olması bəyan edildi
25 İyun 16:46
Çinin vitse-prezidenti: Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi Qlobal Bakı Forumu çox əhəmiyyətlidir
25 İyun 16:36
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Oğuzda, nazirin birinci müavini Qəbələdə vətəndaşları qəbul edib
25 İyun 16:34
Gədəbəy rayonunun daha üç yaşayış məntəqəsinə təbii qaz verilib
25 İyun 16:21
Səməd Seyidov: Etnik təmizləmə aparan, monoetnik ölkə demokratiyadan danışa bilməz
25 İyun 16:12
İşçilərin məzuniyyət hüquqları barədə işəgötürənlərə ətraflı məlumatlar verilib
25 İyun 16:00
Çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsinə dair Fərmanın icrası davam etdirilir
25 İyun 15:55
Nazir: Azərbaycan və Monteneqro arasında mövcud olan ticarət əlaqələrinə yeni seqmentlər əlavə edilməlidir
25 İyun 15:51
UNEC-də vahid tələbə kartı tətbiq olunacaq
25 İyun 15:45
Prezident İlham Əliyev Ramil Usubovu Təhlükəsizik Şurasının katibi vəzifəsinə təyin olunması münasibətilə qəbul edib
25 İyun 15:41
“Moskva 24” telekanalı Rusiya Azərbaycanlı Gənclər Birliyinin 10 illiyinə həsr olunmuş tədbirdən reportaj hazırlayıb
25 İyun 15:22
Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədrlərinin görüşü olub
25 İyun 15:15
Milli Ordu: dövlətin güc, millətin qürur mənbəyi
25 İyun 15:13
Tanınmış alim və pedaqoq Şirməmməd Hüseynov son mənzilə yola salınıb
25 İyun 15:07
2030-cu il Gündəliyi kontekstində hökumətin fəaliyyətinin qabaqcıl texnologiyaların gücü ilə əlaqələndirilməsi
25 İyun 15:04
Azərbaycan Monteneqronun əsas xarici investorlarından biridir
25 İyun 14:52
Müdafiə naziri Silahlı Qüvvələr Günü ərəfəsində xidməti müşavirə keçirib
25 İyun 14:49
Muxtar Babayev: "Abşeron ərazisində yaşıllıq azdır və yeni ağacların əkilməsinə ehtiyac var"
25 İyun 14:44
Yerli səviyyədə xidmətlərin səmərəli göstərilməsinin təkmilləşdirilməsi: çağırışlar və innovativ yanaşmalar
25 İyun 14:43
Azərbaycan Ordusu – qürur mənbəyimiz, şərəf tariximiz!
25 İyun 14:35
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi “ARMY-2019” sərgisində təmsil olunur
25 İyun 14:33
Şirməmməd Ağaməmməd oğlu Hüseynov
25 İyun 14:31
Gənclər üçün festivalın növbəti ünvanı Quba şəhəri olub
25 İyun 14:19
Azərbaycan və Monteneqro arasında beş yeni müqavilənin imzalanması üzrə iş aparılır
25 İyun 14:17
Berlində keçirilən beynəlxalq tədbirdə ölkəmiz də təmsil olunub
25 İyun 14:03
Alia El Yassir: BMT-nin Bakı Forumu dövlət xidmətlərinin daha səmərəli çatdırılmasına töhfə verəcək
25 İyun 14:01
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
25 İyun 13:55
Dövlət qulluqçularının düşüncə tərzinin dəyişdirilməsinə kömək edən strategiya, bilik və amillər
25 İyun 13:53
UNESKO-ya üzv ölkələrin Milli Komissiyalarının fəaliyyəti barədə illik hesabat dərc olunub
25 İyun 13:46
Azərbaycan Hökuməti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə sıx əlaqələrə malikdir
25 İyun 12:19
Bakıda Azərbaycan-Monteneqro biznes forumu keçirilib
25 İyun 12:16
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Çeçenistanın başçısı Ramzan Kadırovla görüşündən danışıb
25 İyun 12:11
Azərbaycanlı şagirdlərin daha bir uğuru
25 İyun 12:07
Azərbaycan atletləri “Minsk 2019”un beşinci günündə idmanın 8 növü üzrə mübarizə aparacaqlar
25 İyun 12:05
Müdafiə Nazirliyinin rəhbərliyi ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
25 İyun 12:02
Hikmət Şikarov: Azərbaycan Ordusu xalqın güvənc yeri və qürur mənbəyidir
25 İyun 11:29
BMT-nin Dövlət Xidmətləri Forumu işini davam etdirir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA