Ana səhifə »  Müsahibə »  Devid Kreymer: Bakıya hər dəfə gedəndə ölkənin inkişaf sürəti məni valeh edir
A+   Yenilə  A-
Devid Kreymer: Bakıya hər dəfə gedəndə ölkənin inkişaf sürəti məni valeh edir
ötən ay demokratiya məsələlərinə dair dialoqun növbəti raundunu keçirən ABŞ və Azərbaycan bu sahədə əməkdaşlığı davam etdirmək niyyətindədir. Dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müavini Devid Kreymer ilin sonunda Bakıya bir daha səfər edəcək. Amerikalı diplomat AzərTAc-a müsahibəsində Azərbaycan hökumətinin demokratik islahatlar sahəsində işləri davam etdirəcəyinə ümidvar olduğunu bildirir.
-Cənab Kreymer, demokratiya məsələlərinə dair Azərbaycanla dialoqun sonuncu mərhələsini necə qiymətləndirərdiniz? ümumiyyətlə, ötən səfərlə bağlı təəssüratlarınız necədir?
-Bölgəyə budəfəki səfərimdə mən Azərbaycan, Ermənistan və Gürcüstanda oldum. Azərbaycanda diqqət oktyabrda keçiriləcək prezident seçkilərinə yönəlmişdir. Bu, Azərbaycana özünü ən yaxşı tərəfdən göstərmək üçün imkandır. Mən müzakirələr zamanı Seçki Monitorinq Mərkəzinin qeydiyyatının bərpa ediləcəyinə ümidimi bildirdim. Biz həmçinin ümid edirik ki, Azərbaycan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna (DTİHB) seçkiləri müşahidə etmək üçün dəvət göndərəcəkdir. ümid edirəm ki, həm seçkiqabağı kampaniya, həm səsvermə prosesi, həm də seçkidən sonrakı mərhələ DTİHB-nin standartlarına uyğun olacaqdır. Müzakirələrimizdə media azadlığı ilə bağlı məsələdən də danışdıq. Biz Prezident İlham Əliyevin həbsdə olan beş jurnalistin azadlığa buraxılması haqqında qərarını yüksək qiymətləndiririk. Bununla yanaşı, 3 nəfər jurnalist hələ də həbsdədir. ümid edirik ki, onlarla bağlı məsələ də həllini tapacaqdır. ümumiyyətlə isə, deməliyəm ki, vəziyyət sakitdir. Mən bir il idi Bakıda olmamışdım. Hər dəfə gedəndə ölkənin inkişaf sürəti məni valeh edir.
-Demokratik islahatlara gəldikdə, Azərbaycanla konkret hansı sahələrdə işləyəcəksiniz?
- Həm Prezident İlham Əliyevlə, həm də xarici işlər naziri Elmar Məmmədyarovla uzun və dolğun müzakirələrimiz oldu. Həmin məsələlərə bu qədər vaxt ayırdıqlarına görə onlara minnətdaram. Görüşlərimiz çox konstruktiv ruhda keçirdi. Biz bir çox məsələlər barədə danışdıq. Onlar heç bir məsələni diqqətdən kənarda saxlamadılar. Məncə, demokratiya və insan hüquqları sahəsini ABŞ-Azərbaycan əlaqələrinin çox müsbət və vacib hissəsinə çevirmək imkanımız var. Təhlükəsizlik və enerji siyasəti sahəsində möhkəm və sağlam münasibətlərimiz mövcuddur. Demokratiya və insan hüquqları da eyni şəkildə ikitərəfli əməkdaşlığımızın mühüm hissəsinə çevrilə bilər. Mən müzakirələrimizin davamı kimi, ilin sonuna yaxın Bakıya bir daha səfər etməyi planlaşdırıram.
- ABŞ seçkiqabağı mərhələdə Azərbaycana 3 milyon dollar yardım ayırmışdır. Bu məbləğ hansı layihələrə sərf ediləcək?
-ABŞ-ın seçkilərə ayırdığı yardım siyasi partiyaların təlimlərinə dəstək üçün istifadə edilir. Buraya bütün siyasi partiyalar daxildir. Həmçinin seçkilərin müşahidəsi, seçki komissiyaları, siyasi prosesin şəffaflığının təmin olunmasına, ümumiyyətlə, idarəçiliyin yaxşılaşdırılmasına yardım edilir. çalışırıq ki, yardım və dəstəyimiz təkcə ritorika ilə məhdudlaşmasın, maliyyə şəklində də olsun.
- Azərbaycanda bəzi siyasi partiyalar seçkiləri boykot edəcəklərini bəyan etmişdir. Buna münasibətiniz necədir?
-Əlbəttə, bu, siyasi partiyaların öz qərarıdır. Seçkilərlə bağlı bizim ümumi mövqeyimiz bundan ibarətdir ki, prosesdə iştirak boykot etməkdən daha səmərəlidir. Zənn edirəm ki, tarazlı kampaniya, media resurslarına bərabər çıxış olduğu təqdirdə bu partiyaların seçkilərdə marağı arta bilər. Biz ümid edirik ki, bütün tərəflər seçkiləri siyasi prosesdə yaxından iştirak etmək imkanı kimi qiymətləndirəcəkdir. ümumi baxışımız budur ki, istər Azərbaycanda, istərsə də başqa yerdə prosesdə iştirak boykotdan daha yaxşı nəticə verər.

 
  • Oxunub:  25320  |  
  • Tarix:  22-07-2008  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Azərbaycan bu gün dünya miqyasında çox böyük hörmətə layiq olan ölkə kimi tanınır

16 İyul 09:58
MN: Cəbhənin bəzi sahələrində atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub
16 İyul 09:53
Türkiyə parlamentində 15 İyul - Demokratiya və Milli Birlik Günü ilə əlaqədar xüsusi iclas keçirilib
16 İyul 09:51
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi başlayıb
16 İyul 09:46
“Harda Azərbaycan adı eşitsək, dərhal Heydər Əliyev yada düşür”
16 İyul 09:44
YAP Gənclər Birliyinin Oğuz rayonunda təşkil etdiyi “Gənc liderlər üçün yay məktəbləri”nin ikinci turu başlayıb
16 İyul 09:43
YAP-ın təşkil etdiyi “Gənc liderlər üçün yay məktəbləri”nin ikinci turu start götürüb
16 İyul 09:42
YAP Gənclər Birliyinin Oğuz rayonunda təşkil etdiyi “Gənc liderlər üçün yay məktəbləri” layihəsinin ikinci turu gənclərdə xoş təəssürat yaradıb
16 İyul 09:39
“Yay məktəbləri” layihəsi çərçivəsində Azərbaycan gəncliyi özünü bir daha sübut etmək, malik olduğu keyfiyyətləri üzə çıxarmaq imkanı əldə edir
16 İyul 09:38
Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri Azərbaycanın dünyada tolerant ölkə kimi tanınmasına töhfə verir
16 İyul 09:33
Prezident İlham Əliyev: Azərbaycan bu gün dünya miqyasında çox böyük hörmətə layiq olan ölkə kimi tanınır
16 İyul 09:30
Türkiyədə Azərbaycan dilində olan xəbər portalı fəaliyyətə başlayıb
15 İyul 21:17
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları Azərbaycandakı tolerant mühit barədə məlumatlandırılıb
15 İyul 21:13
Diaspor gəncləri ilə görüş olub
15 İyul 21:01
SOCAR-ın “ENOC” şirkəti ilə müxtəlif layihələrə sərmayə yatırımları imkanları müzakirə olunub
15 İyul 21:00
Gürcüstan DİN ölkə ictimaiyyətinə müraciət edib
15 İyul 20:58
Pakistan Azərbaycanla bütün sahələrdə əlaqələrin daha da inkişafında maraqlıdır
15 İyul 20:56
Səudiyyə Ərəbistanı ilə ədliyyə sahəsində Əməkdaşlıq Proqramı imzalanıb
15 İyul 20:53
Təhsil Nazirliyində Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsinin 50 illiyi ilə bağlı tədbir keçirilib
15 İyul 20:52
Azərbaycan-Gürcüstan-Türkiyə parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli görüşü uğurlu platformadır
15 İyul 20:47
Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyinə həsr olunmuş tədbir keçirilib
15 İyul 20:45
Polis Akademiyasında ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib
15 İyul 20:41
“Qarabağ” – “Partizani” görüşünü moldovalı hakimlər briqadası idarə edəcək
15 İyul 20:35
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın aktual aspektləri Tuskun səfəri fonunda
15 İyul 20:32
Voleybol üzrə qadınlardan ibarət milli komandamız ölkə xaricində təlim-məşq toplanışını davam etdirir
15 İyul 17:45
Şamaxı Astrofizika Rəsədxanası kosmik hava proqnozunu açıqlayıb
15 İyul 17:41
Silahlı Qüvvələrin Hərbi Akademiyasında ingilis dili kursunun buraxılış mərasimi olub
15 İyul 17:28
"Gənc liderlər üçün yay məktəbləri”nin Oğuz turu uğurla davam edir
15 İyul 17:25
Azərbaycan və İsrail arasında innovasiya layihələri sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
15 İyul 17:23
Xarici İşlər Nazirliyi ADA Universiteti ilə birlikdə “Azərbaycan diplomatiyası–100 il” adlı diplomatiya həftəsi təşkil edib
15 İyul 17:12
DSX: Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı insident törədilib
15 İyul 17:10
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Anlaşma Memorandumu imzalayıb
15 İyul 17:08
Polis Akademiyasının əyani şöbəsini bitirmiş məzunlar orta rəis heyəti vəzifələrinə təyin olunublar
15 İyul 17:02
Azərbaycan ilə Əfqanıstan arasında ali təhsil sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə edilib
15 İyul 16:59
Gürcüstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb
15 İyul 16:40
Lerikdə “Heydər Əliyev gənclərin düşüncəsində – 50 il” mövzusunda müzakirə aparılıb
15 İyul 16:31
Zviad Dzidziguri: Gürcüstan-Azərbaycan parlamentlərarası münasibətləri yüksək səviyyədədir
15 İyul 16:27
Sabirabadda “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib
15 İyul 16:26
Magistr təhsili almaq üçün qəbul olunanlar Qida Təhlükəziliyi Agentliyinə müsahibəyə dəvət edilirlər
15 İyul 16:18
Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli iclası keçirilir
15 İyul 16:06
Şəkinin “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisi Xan Sarayı istisna olmaqla turistlərin üzünə tam açıqdır
15 İyul 15:52
“Beynəlxalq əmək standartları” mövzusunda konfrans keçirilir
15 İyul 15:29
Fərdi təhsil üzrə nümunəvi tədris planı təsdiqlənib
15 İyul 15:20
Rektor yüksək nəticə göstərmiş məzunlarla görüşüb
15 İyul 15:05
Rusiya-Azərbaycan: Sənaye kooperasiyası genişlənir
15 İyul 14:58
Lerikdə gənclərin sosial şəbəkə təlimi
15 İyul 14:56
Hesablama Palatasında nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub
15 İyul 14:54
Azərbaycanda səhralaşma problemi müzakirə olunub
15 İyul 14:46
İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsi davam edir
15 İyul 14:12
“Visa” ölkəmizin işğal olunmuş ərazilərində fəaliyyətini tam dayandırıb
15 İyul 14:02
DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi vətəndaşlara müraciət edib
15 İyul 13:49
Dövlət Turizm Agentliyi: Şəki Xan Sarayının ərazisinə giriş bir müddət bağlı olacaq
15 İyul 13:46
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi başlayıb
15 İyul 13:42
İyulun 16-da hava şəraiti meteohəssas insanlar üçün əlverişli olacaq
15 İyul 13:37
Baş Prokurorluq: Şəki Xan Sarayının həyətindəki ağacın budaqlarının qırılmasına əlverişsiz hava şəraiti səbəb olub
15 İyul 13:10
YAP gənclər arasındakı ünsiyyəti və əlaqələri möhkəmləndirən yeganə siyasi təşkilatdır
15 İyul 12:45
Ümumtəhsil məktəblərinin 2019-2020-ci dərs ilinə aid tədris planları təsdiq edilib
15 İyul 12:25
Sumqayıtda Aprel şəhidləri Raquf Orucov və Seymur Baxışovun xatirəsi anılıb
15 İyul 12:17
Füzulililər ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini minnətdarlıq hissi ilə anıblar
15 İyul 12:06
Azərbaycandan 102 ölkəyə məhsul ixrac olunub, 163 ölkədən isə idxal edilib
15 İyul 11:57
Altı ayda Azərbaycanda ÜDM 2,4 faiz artıb
15 İyul 11:56
BMT İnkişaf Proqramı KOBİA ilə birgə layihələrin reallaşdırılmasında maraqlıdır
15 İyul 11:52
Ulu Öndərin respublika rəhbərliyinə gəlişinin 50-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
15 İyul 11:43
Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət
15 İyul 11:32
Azərbaycan nümayəndə heyəti Vaşinqtonda keçiriləcək konfransda iştirak edəcək
15 İyul 11:30
İbtidai sinif müəllimi olmaq istəyən namizədlər imtahan verirlər
15 İyul 11:27
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları Ulu Öndərin və şəhidlərin xatirəsini anıblar
15 İyul 11:12
Azərbaycan atleti Serbiyada keçirilən Balkan çempionatında gümüş medal qazanıb
15 İyul 10:54
Gənc liderlər üçün yay məktəblərinin II Lerik turunun iştirakçıları yola salınıb
15 İyul 10:45
Səhiyyə Nazirliyi Şəkidə baş verən hadisə ilə bağlı xəsarət alanların son vəziyyəti barədə açıqlama verib
15 İyul 10:38
Cəbhənin bəzi sahələrində atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+29 +33
gecə+21 +24