Ana səhifə »  Müsahibə »  Güclü Azərbaycan Ordusu qürur mənbəyimiz, fəxarət ünvanımızdır
A+   Yenilə  A-
Güclü Azərbaycan Ordusu qürur mənbəyimiz, fəxarət ünvanımızdır

Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov www.yap.org.az saytına müsahibə verib:
- Bəxtiyar müəllim, xalqımız növbəti yubileyin ərəfəsindədir. İyun ayının 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100-cü ildönümü tamam olur. Bu gün bizim üçün ordu nə deməkdir?
- Əvvəlcə onu qeyd edim ki, artıq 20 ildir ki, iyunun 26-sı - Azərbaycan Silahlı Qüvvələrinin yaradıldığı gün ölkəmizdə ümumxalq bayramı kimi təntənəli şəkildə qeyd edilir. Bu günün bayram kimi tarixiləşməsinin müəllifi müasir Azərbaycan Ordusunun qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevdir. Ulu öndərin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. Ümummilli lider Heydər Əliyevin bu fərmanı tarixi həqiqətin və Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox mühüm sənəddir.
Təcrübədən və tarixdən məlumdur ki, ordu dövlətin suverenliyini və ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvə olaraq dövlət quruculuğunun tərkib hissələrindən biridir. O da məlumdur ki, Azərbaycanın zəngin dövlətçilik tarixində güclü ordunun yaradılması hər zaman prioritet məsələlərdən olmuşdur. Müasir Azərbaycan dövlət müstəqilliyinin bərpasına 1991-ci ildə nail olsa da, vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil, ən əsası, müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı təhdidin qarşısını almağa qadir ordunun yaradılması Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Bu mənada fəxrlə deyə bilərik ki, Ulu öndərin rəhbərliyi ilə dövlətçilik ənənələrimizə söykənərək 1993-cü ildən ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən şərəfli və parlaq səhifələrindən biri bu gün artan və qüdrətlənən gücü ilə qürurlandığımız Azərbaycan Ordusudur.
Əlbəttə, biz bu barədə danışarkən ötən əsrin sonlarında ermənilərin Azərbaycana qarşı qaldırdıqları ərazi iddialarını və müstəqilliyimizin ilk illərində baş verən prosesləri də unutmur və tarixdən dərs alırıq. Sovet imperiyasının süqutundan sonra Azərbaycan müstəqillik yolunu tutdu. Lakin ölkəmizi daim əsarət altında saxlamaq istəyənlər, onun milli sərvətlərindən bəhrələnmək arzusunda olanlar Azərbaycanın müstəqilliyi ilə barışmaq istəmirdilər. Buna görə hələ ötən əsrin 80-ci illərinin sonlarında tarixdə “sınaqdan çıxmış” köhnə metoda əl atıldı - ermənilərin hər zaman “alət millət” olması nəzərə alınaraq süni şəkildə “Qarabağ problemi” yaradıldı, ərazilərimizin ələ keçirilməsi üçün məkrli planlar işə salındı.
İlk dövrlərdə Ermənistan müxtəlif üsullarla silahlandırılırdı. Guya onlar hərbi hissələrə “hücum edib” silahlar ələ keçirirdilər. Amma bunların hamısı oyun idi. Hadisələrin sonrakı inkişafı da bunu təsdiqlədi. Digər tərəfdən, SSRİ-nin “Vremya” proqramı sistemli şəkildə Ermənistan ordusunun yaranması haqqında reportajlar verir, erməni hərbiçilərinin fikirlərini tirajlayırdı. Hətta əsgərlərin hərbi biletlərini ekranda göstərirdilər. Gizlədilmirdi ki, Ermənistan tərəfi sistemli şəkildə silahlanır, ordu qurur. Bunun fonunda isə odövrkü Azərbaycan rəhbərliyində qəribə arxayınçılıq, “vəzifəni itirmək qorxusu” var idi. O vaxt Azərbaycana rəhbəlik edənlər, xüsusən də Mütəllibov iqtidarı Azərbaycanın müstəqil dövlət olacağına inanmaq istəmirdilər. Ona görə də bu proseslərə laqeyd yanaşır, əks tədbirlər görmürdülər. Əksinə, dinc azərbaycanlı əhalinin ov tüfənglərini belə əllərindən aldılar. Bununla da həmin vaxtdan “tarazsızlaşdırma siyasəti”nə başlanıldı. Yəni hərbi cəhətdən Ermənistana kömək edilərək onları daim Azərbaycandan yüksəkdə saxlamağa çalışdılar. Təsəvvür edin ki, ermənilər odlu silahlarla silahlanırdı, avtomatları, topları vardı. Azərbaycan tərəfi isə əliyalın qalmışdı.
İlk vaxtlarda kəndlərimiz qarət olunmağa başlandı. Azərbaycanlıları girov götürür, pul müqabilində buraxırdılar. Bütün bunlara isə güclü strukturları olan SSRİ-nin rəhbərliyi “növbətçi açıqlamalar” verməklə kifayətlənirdi. Azərbaycan əhalisi çaşbaş qalmışdı ki, bu necə olan işdir, bir dövlətin tərkibində yaşayırıq, amma bizim əl-qolumuzu bağlayıblar, ermənilər isə istədiklərini edirlər. Nə səsimizi eşidən var, nə də bizə silah verən! Dövlət rəhbərlərimiz isə bizi sakitləşdirmək yolunu tutmaqla Ermənistandakı soydaşlarımızın zorla, fiziki təzyiqlərlə, hətta qəsdlərlə dədə-baba torpaqlarından çıxarılaraq Azərbaycana qovulmasına şərait yaradırdılar. Qarabağda yaşayan azərbaycanlılar isə məcbur olurdular ki, özləri öz kəndlərini, ev-eşiklərini, torpaqlarını özləri qorusunlar. Gecə səhərə qədər kəndlərdə tonqal qalayırdılar. Çomaqla, baltayla, dəhrəylə keşik çəkirdilər. Əliyalın insanların silahlı “saqqallılar” qarşısında dayanması uzun müddət çəkə bilməzdi.
Bir qədər keçəndən sonra Azərbaycanda ehtiyatla da olsa, xüsusi təyinatlı milis dəstələri yaradıldı. Bu zaman hər 2-3 nəfərə bir tapança verirdilər. Bunun özü də əslində simvolik idi. Hər kənddən bir neçə nəfər seçib bu dəstəyə üzv edirdilər. Lakin bu zaman artıq ermənilər pulemyotlarla, zirehli texnika ilə silahlanmışdılar. Xalq gördü ki, özü öz başına çarə qılmasa, dövlət heç nə etməyəcək! Beləliklə, yavaş-yavaş insanlar ordan-burdan müxtəlif ov tüfəngləri və digər silahlar, məktəblərdən təlim avtomatları əldə etməyə başladılar. Beləliklə, ilk könüllü özünümüdafiə batalyonları yaradıldı. Yəni artıq ermənilərin silahlandırılması bir pillə qalxandan sonra biz də silahlandıq.
Mütəllibovun “ov tüfənglərini yığmaq” addımından sonra AXC-Müsavat cütlüyünün Azərbaycan ordusunu “yaratmaq” addımları da özünəməxsus və qəribə idi. Onlar səriştəsizliklərini bu sahədə də göstərdilər. Təsadüfi deyil ki, onların təyin etdiyi ilk müdafiə naziri vətən xaini çıxdı. Orduda xidmət edən əsgərlər kimlər idi? Küçə ilə gedənlər, dayanacaqda duranlar. Reydlər zamanı əllərinə kim keçdi təlimsiz-filansız cəbhəyə aparırdılar. İnsanları həbsxanalardan buraxırdılar ki, gedin vətəni müdafiə edin. Bu adamların da bir qismi cəbhəyə gedib silah əldə edəndən sonra Bakıya qayıtdılar. Ondan sonra isə cinayətkarlığın sayı artmağa başladı. Əslində, elə ordu quruculuğunun nəticəsi belə olmalı idi.
- Vəziyyət yalnız Heydər Əliyevin 1993-cü ildə ölkəyə rəhbərliyə başlamasından sonra dəyişdi...
- Bəli, xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev təcrübəli və səriştəli idi. O, uzun müddət dövlət təhlükəsizliyi orqanlarında işləmişdi. SSRİ-nin rəhbərlərindən biri olmuşdu. Həm dünyada gedən siyasi proseslərdən, həm də hərbi sahədən kifayət qədər xəbəri vardı. Ulu öndər hələ Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olan vaxtdan ölkəmizdə ordu quruculuğuna başlamışdı. Hansı formada? Ordu ilk növbədə milli zabit kadrlarının olması deməkdir və Heydər Əliyev Öz nüfuzu və hörməti ilə mərkəzə müəyyən təsirlər edərək Cəmşid Naxçıvanski adına hərbi təmayüllü internat məktəbini yaratmışdı. Bu, o dövr üçün çox mühüm addım idi.
Həmin vaxt Azərbaycanda bir neçə ali hərbi məktəb olsa da, kursantların çoxu digər millətlərin nümayəndələri idilər. Həmin məktəblərdə azərbaycanlılar demək olar ki, yox idi. Ulu öndər Öz nüfuzundan istifadə edərək kvota müəyyənləşdirdi ki, məktəblər Azərbaycanda yerləşdiyi üçün qəbul olunanların müəyyən faizi azərbaycanlılar olmalıdır. Bu da o dövr üçün çox mühüm hadisə idi.
Beləliklə, o dövrdə daha çox sovet ordusundakı inşaat batalyonlarında xidmət edən, hərbi hissələrdə mətbəxlərə - qeyri-hərbi sahələrə yönəldilən Azərbaycan gəncləri hərbi təhsil almağa başladılar. Müstəqillik dövründə Azərbaycan Ordusu yarananda zabit heyətinin özəyini həmin insanlar təşkil etdi. SSRİ-nin başqa yerlərində xidmətdə olanlar vətənlərinə qayıtmaq arzularını bildirdilər. Çünki gördülər ki, vətən təhlükədədir və geri döndülər. Bir məqamı da vurğulayım ki, Ulu öndərdən əvvəlki iqtidarların dövründə ölkəyə qayıdan hərbiçilərin heç də hamısını ordu sıralarına götürüb təcrübələrindən, hərbi bacarıqlarından səmərəli istifadə etmirdilər.
90-cı illərin əvvəllərində Müdafiə Nazirliyinin tərkibində batalyonlar yaradılsa da, onların hamısı vətənin müdafiəsinə xidmət etmirdi. Bir çoxu müxtəlif siyasi partiyaların maraqlarını güdürdü. Həmin silahlı dəstələr Ulu öndər tərəfindən ləğv olundu, əvəzində vahid komandanlığa tabe olan nizami Azərbaycan Ordusu yaradıldı. Bu, bütün ictimaiyyətdə böyük ruh yüksəkliyi doğurdu! Tezliklə Horadiz əməliyyatı keçirildi, indiki Cocuq Mərcanlı kəndi də daxil olmaqla 22 yaşayış məntəqəsi işğaldan azad edildi.
Bu əməliyyatdan sonra ermənilər atəşkəs müqaviləsini imzalamağa məcbur oldular. Çünki gördülər ki, yeni yaradılmış bu ordu ilə Azərbaycan onlara üstün gəlir. Ona görə məcburiyyət qarşısında qalaraq atəşkəsə də razı oldular. Bundan sonra isə Heydər Əliyev ordu quruculuğu prosesini tam miqyasda həyata keçirməyə başladı.
O illər çox çətin və ağır dövr idi. Çünki dövlət büdcəsi boş idi, 1 milyondan çox qaçqın və məcburi köçkün çöllərdə qalmışdı. Dövlət onlara da qayğı göstərməli idi. Amma necə? İqtisadiyyat tənəzzül etmiş, güclü inflyasiya, anarxiya və xaos davam etməkdə idi. Amma Heydər Əliyev sutkanın 18 saatını işləməyi və problemlərin həllinə nail olmağı bacaran dövlət rəhbərlərindən idi. Ona görə də bütün bu istiqamətlərdə çox qısa müddətdə böyük işlər görüldü. Atəşkəs elan olunandan sonra qeyri-qanuni silahlı dəstələr ləğv edildi, əhalidə olan külli miqdarda silah-sursat toplanıldı. Ölkədə möhkəm və dönməz sabitlik yarandı. Nəhayət, iqtisadi islahatlara start verildi, bazar iqtisadiyyatı münasibətlərinə keçid üçün addımlar atıldı, özəlləşdirmə proqramları həyata keçirildi. Ən mühüm tarixi hadisə olan “Əsrin müqaviləsi” neft kontraktının imzalanması oldu! Bütün bu proseslərlə paralel ordu quruculuğu durmadan davam etdirildi. Hətta yadımıza gəlir ki, o dövrdə əsgərliyə gedənlər bir neçə ay mülki formada xidmət edirdilər. Onları hərbi geyimlə təmin etmək imkanları aşağı idi. Bunlara baxmayaraq, qısa müddətdə Azərbaycan Ordusu lazımi səviyyədə formalaşdırıldı.
Ulu öndərin ordu ilə bağlı müəyyən etdiyi strategiya bu gün Onun layiqli siyasi davamçısı Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirilir. Cənab İlham Əliyevin bəyan etdiyi kimi, ordunun gücləndirilməsi daim prioritet məsələdir. Məlum olduğu kimi, Heydər Əliyevin müəllifi olduğu neft strategiyası 2005-ci ildən öz bəhrəsini verməyə başladı, Azərbaycanın iqtisadi imkanları daha da artdı. Məhz bundan səmərəli istifadə edərək ölkəmizin dinamik və davamlı inkişafına nail olan Prezident İlham Əliyevin diqqət yetirdiyi əsas məsələlərdən biri də ordudur. 2007-ci ildən etibarən Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsini ötdü. Ordumuzun arsenalına yeni silahlar daxil edildi. Hərbi hissələr müasir texnologiyaya əsaslanan silahlarla təchiz olunmağa başladı.
- Bəxtiyar müəllim, bu gün beynəlxalq hesabatlarda Azərbaycan Silahlı Qüvvələri dünyanın güclü orduları sırasında yer alır. Sizcə, bu zaman hansı meyarlar əsas götürülür?
- Ümumiyyətlə, son 15 il bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da möhtəşəm uğurlarla əlamətdardır. Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü iqtisadiyyatına və modern ordusuna sahibdir. Hazırda dünya hərb sənayesinin ən son yenilikləri olan silah-sursat Azərbaycan Ordusunun arsenalında yer alır. İki həftə əvvəl dövlət başçısının baxış keçirdiyi “Polonez” və “Lora” əməliyyat-taktiki raket kompleksləri dünyada cəmi bir neçə orduda var. Son vaxtlara qədər “İsgəndər”lə öyünən ermənilər indi dərin təlaş keçirirlər. Ali Baş Komandan, Prezident İlham Əliyev Silahlı Qüvvələrdə irimiqyaslı köklü islahatların keçirilməsi, ordunun ən müasir, yüksək dəqiqlikli və böyük dağıdıcı gücə malik olan silah və hərbi texnika ilə təchizatı vəzifəsini qarşıya qoyub. Bu vəzifənin icra edilməsi çərçivəsində cəmi 3-4 il ərzində ordunun zirehli döyüş texnikası parkı böyük ölçüdə yenilənib.
Hazırda Azərbaycan Ordusunun raket-artilleriya qoşunlarının silahlanmasında yer alan artilleriya qurğuları, reaktiv artilleriya sistemləri o qədər çoxsaylıdır ki, onlardan eyni vaxtda bir yaylım atəşi açılsa, düşmənin bütün mövqeləri darmadağın olardı.
Bütün bunlar hər birimizdə dərin qürur hissi doğurur. Ordunun mühüm şərtlərindən biri Ali Baş Komandanın Özünün Silahlı Qüvvələrə bağlı olması, hərbi işi dərindən bilməyi və daim ordunun problemləri ilə yaşayıb, onları uğurla həll etməyi bacarmasıdır. Bu sahədə də Azərbaycan Ordusunun bəxti gətirib. Cənab İlham Əliyev sistemli şəkildə təmas xəttində, səngərlərdə olur, əsgərlərlə görüşür, onları təltif edir, durumları ilə maraqlanır, onlarla birgə əsgər yeməyi yeyir. Bunlar həm orduda böyük ruh yüksəkliyi doğurur, həm də onun daxilində olan məsələləri öyrənib problemlərin dərhal həll olunmasına şərait yaradır. Bütövlükdə ordu-rəhbər birliyi, ordu-xalq vəhdəti özünün yüksək səviyyədə həllini tapmışdır!
Bu vəhdətin təsdiqini biz iki il əvvəl aprel döyüşlərində gördük. Həmin vaxt həyata keçirilən hərbi əməliyyatlar Azərbaycan Ordusunun nəyə qadir olduğunu göstərdi. Gördük ki, bu ordu çox qısa müddətdə qarşısına qoyulan vəzifələri yüksək səviyyədə həyata keçirmək iqtidarındadır. Ermənilər uzun müddət kimlərinsə sayəsində “keçilməz sədd”, “aşılmaz maneələr”, “dəfedilməz səngərlər” yaratmışdı.
Amma Lələtəpə və Talış əməliyyatları göstərdi ki, bütün bunlar mifdir, Azərbaycan əsgəri üçün asan hədəfdir. Həm də o əməliyyatlarda bizim malik olduğumuz silah-sursatın cüzi qismi işlədildi. Çünki əvvəlcədən hazırlanmış hücum əməliyyatı deyildi ki, bütün texnika oraya yığılsın. Uğurlu əməliyyat nəticəsində Azərbaycan xalqının orduya olan məhəbbəti, inamı qat-qat artdı! Təmas xəttində yaşayan əhali uzun illər idi ki, ordumuza inanaraq orada yaşayır. Lələtəpə əməliyyatı zamanı onlar inamlarını əməli işdə sınadılar, evlərini tərk etmədilər və əmin oldular ki, Azərbaycan Ordusuna güvənmək mümkündür!
Aprel döyüşləri başlayanda yüzlərlə Azərbaycan gənci hərbi xidmətə çağırış vərəqəsini gözləmədən döyüşmək istəyi ilə səfərbərlik orqanlarına müraciət etdilər. Əməliyyat gedən əraziyə bu gəncləri buraxmamaq üçün bir sədd yaratmışdılar. Ermənistan tərəfdə isə Azərbaycan əsgərindən, Azərbaycan silahından qorxub qaçan erməni əsgərlərini saxlamaq üçün sədd çəkmişdilər, hətta onları geriyə qaytarmaq üçün güllə ilə vururdular da! Bərkə düşən kimi erməni hərbçiləri qaçmağa başlayırlar. Çünki bilirlər ki, Qarabağ onların deyil və bu ərazidə müvəqqətidirlər!
Azərbaycanın Ermənistana tərs şapalağı olan aprel müharibəsi həm Dağlıq Qarabağ münaqişəsində indiyədək yaranmış vəziyyəti ərazi baxımından qismən dəyişdi, həm qüvvələr nisbətində baş vermiş ciddi dəyişiklikləri nümayiş etdirdi, həm də çox ciddi psixoloji dönüşə səbəb oldu! Cəmi dörd gün çəkən aprel müharibəsi göstərdi ki, Azərbaycan iqtisadi, siyasi, mənəvi-psixoloji və hərbi cəhətdən düşməndən qat-qat güclü və üstün mövqedədir!
Dördgünlük müharibə nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində yeni keyfiyyət mərhələsinə keçid baş verdi! Əvvəla, Azərbaycan əsgər və zabitlərinin timsalında Milli Ordumuz əmin oldu ki, artıq düşməndən bütün parametrlər üzrə qat-qat güclüdürlər və arsenallarındakı silahlarla qısa müddətdə torpaqları işğalçılardan təmizləmək qüdrətindədirlər. İkincisi, təsdiq olundu ki, atəşkəs çox kövrəkdir və hər an genişmiqyaslı müharibəyə çevrilə bilər. Üçüncüsü isə bir daha aydın oldu ki, Azərbaycan Ordusu dəqiq müşahidə-nəzarət və kəşfiyyat məlumatlarına malik olduğundan, habelə müasir silahlara yiyələndiyindən hərbi əməliyyatlara başlanan kimi Ermənistan ordusunun komanda-idarəetmə mərkəzlərini dağıtmaqla onu iflic və idarəolunmaz vəziyyətə salmaq imkanındadır.
Güclü ordu, qətiyyətli Ali Baş Komandan və insanlarda olan yüksək vətənpərvərlik hissləri - bütün bunlar Azərbaycan Ordusunu güclülər sırasına çıxaran əsas amillərdir.
- Ordumuzun son hərbi qələbəsi - Günnüt zəfəri barədə nə deyə bilərsiniz?
- Qeyd etdiyim kimi, 2016-cı ilin aprel ayında təmas xəttindəki təxribat əməllərinə əks-hücumla cavab verən Azərbaycan Ordusu sarsıdıcı zərbəsi ilə düşmənin burnunu ovdu. Yarım saat ərzində erməni hərbçilərinin lovğalandıqları müdafiə qurğuları dəf edildi.
Prezident İlham Əliyevin hər bir addımı atmazdan öncə onun nəticələrini və həmin nəticələrdən yaranacaq istənilən situasiyanı aradan qaldırmağın üsul və vasitələrini irəlicədən hesablaması hamıya bəllidir. Budur, Ali Baş Komandanımız əlverişli məqam taparaq bu dəfə Ermənistanın yeni rəhbərliyinin hoqqalarına və oyunbazlığına cavab kimi düşmənə ikinci şapalağını vurdu. Buna “tərs sillə” də demək olar. Özü də bu şapalağın səsi Qarabağdan yox, Naxçıvandan gəldi. Bu dəfə azad olunan vətən torpağının adı isə Günnüt kəndidir.
Birincidən - aprel əməliyyatından da qüdrətli olan bu şapalaq erməniləri şoka salıb. Çünki nə az, nə çox - 11 min hektar torpaq sahəsi yenidən qəhrəman Azərbaycan Ordusunun nəzarətinə keçdi. 26 ildən sonra çox mühüm strateji nöqtələr - Xunut dağı və Ağbulaq yüksəkliyi, Qızılqaya və Mehridağ geri qaytarıldı. Üstəlik, Ermənistandan Dağlıq Qarabağa aparan Gorus-Laçın-Xankəndi yolu da hərbiçilərimiz tərəfindən nəzarətə götürüldü. Bu isə o deməkdir ki, əgər Ermənistan Azərbaycanda hərbi əməliyyatlara yenidən başlasa, düşmən ordusu mühasirə vəziyyətinə düşəcək. Deyəsən, hələ bunu bir qədər gec anlayacaqlar.
Rusiya ilə Qərb arasında vurnuxan, Dağlıq Qarabağı danışıqlar masasına gətirməyə çalışan Paşinyan Günnüt şapalağından sonra çətin ki, özünə gələ. Ordunun yeni rəhbərliyi, Paşinyanın komandası da yeni ərazi itirdi. Özü də birdəfəyə 11 min hektar!
Amma hələ bu da son deyil. Azərbaycan üçün başlanan Böyük Qayıdışın davamıdır. Başlanğıcını Cocuq Mərcanlıdan götürən qayıdışın... Hadisələr göstərir ki, prosesi dayandırmaq mümkün olmayacaq. Çünki baş verənlərə Ermənistan yox, Azərbaycan tərəfi nəzarət edir. Azərbaycanın isə dönməz və dəyişməz taktikası, qətiyyətli və uzaqgörən Prezidenti, artıq torpaqların hissə-hissə qaytarılmasını dayanmaz prosesə çevirən İlham Əliyev kimi Ali Baş Komandanı var.
Atalar üçdən deyib. Birinci şapalaq 2016-nın aprelində gəldi. İkinci şapalaq bu ilin mayında dəysə də, səsi iyunda çıxdı. Deyəsən, təpiyin vaxtı çatıb!

 
  • Oxunub:  5610  |  
  • Tarix:  26-06-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatçı hərəkətlərinin layiqli cavabını verir və bundan sonra da verəcək

20:22
20 Sentyabr
Səccad Kərim: Azərbaycanda mövcud olan birgəyaşayış modeli bir çox ölkələr üçün nümunədir
20:04
20 Sentyabr
Nikol Paşinyanın Paris yalvarışları və növbəti böhtanları: erməni baş nazir öz ampluasında
20:00
20 Sentyabr
Azərbaycan-Vyetnam münasibətləri zəngin ənənələrə malikdir
19:51
20 Sentyabr
Gəncədə qanvermə aksiyasında 540 nəfər könüllü qan verib
19:48
20 Sentyabr
“ASAN xidmət”in fəaliyyəti Fransa mətbuatında
19:46
20 Sentyabr
Azərbaycan ilə Qətər arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı müzakirə olunub
19:43
20 Sentyabr
İndiyədək TANAP-la Türkiyəyə 200 milyon kubmetrədək “Şahdəniz” qazı nəql olunub
19:41
20 Sentyabr
İordaniyanın “Ər-Ray” dövlət qəzeti Qarabağ məsələsində Türkiyənin Azərbaycana dəstəyindən yazır
19:07
20 Sentyabr
Azərbaycan Milli Məclisi ilə NATO Parlament Assambleyası arasında sıx əlaqələr mövcuddur
19:06
20 Sentyabr
Azərbaycan-Pakistan təhsil əlaqələrinin geniş perspektivləri var
18:29
20 Sentyabr
Belarus parlamenti Nümayəndələr Palatasının sədri Azərbaycanda səfərdədir
18:26
20 Sentyabr
“İki sahil” Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb
18:14
20 Sentyabr
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə öz xarici ticarət yüklərinin daşınma həcminin artırılmasında maraqlıdır
18:01
20 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
18:00
20 Sentyabr
Milli Məclisdə Hindistan parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib
17:55
20 Sentyabr
Rektor: Dövlət Pedaqoji Universiteti bu günədək 150 mindən çox pedaqoji kadr hazırlayıb
17:54
20 Sentyabr
Xələf Xələfov: Azərbaycan Ermənistan rəhbərliyini sələflərinin səhvini təkrarlamamağa çağırır
17:50
20 Sentyabr
XİN: Cəbhə bölgəsində yaranmış gərginliyin bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür
17:49
20 Sentyabr
Genişmiqyaslı təlimlərdə gündüz vaxtı döyüş atışları keçirilib
17:47
20 Sentyabr
ABŞ Dövlət Departamenti: Azərbaycan 2017-ci ildə terrorçuluqla mübarizədə Birləşmiş Ştatların güclü tərəfdaşı olub
17:46
20 Sentyabr
Bu gün Azərbaycan gəncliyində vətənpərvərlik ruhu çox yüksəkdir
17:43
20 Sentyabr
Birinci vitse-prezident Mehriban Əliyeva NATO baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
17:40
20 Sentyabr
Azərbaycan-Pakistan əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
17:36
20 Sentyabr
Naxçıvanda Aşura mərasimləri keçirilib
17:24
20 Sentyabr
Prezident İlham Əliyev NATO baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
17:22
20 Sentyabr
Prezident İlham Əliyev bir sıra ölkələrin parlament rəhbərlərini qəbul edib
17:09
20 Sentyabr
Pakistan Senatının sədri Milli Məclisdə olub
17:05
20 Sentyabr
Ağcabədidə Aşura günündə hemofiliyalı və talassemiyalı xəstələr üçün qan verilib
16:57
20 Sentyabr
Van Çunqan: Azərbaycanın iqtisadiyyatı qarşılıqlı investisiya qoyuluşları üçün əlverişlidir
16:53
20 Sentyabr
AMEA-nın prezidenti Akif Əlizadə Belarusda medalla təltif edilib
16:49
20 Sentyabr
Azərbaycanın Milli Olimpiya Komitəsinin nümayəndəsi Madriddə beynəlxalq marketinq seminarında iştirak edib
16:44
20 Sentyabr
Dövlət İdarəçilik Akademiyasında ilk mühazirə “Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi”ndə dinlənilib
16:39
20 Sentyabr
Aşura günü Qubada keçirilən humanitar aksiyada 100-dən çox könüllü qan verib
16:29
20 Sentyabr
Fəxri xiyabanda görkəmli alim Rəfiqə Əliyevanın xatirəsi anılıb
16:27
20 Sentyabr
Professor Oleq Kuznetsov: SSRİ DTK da daşnakları təhlükəli hesab edib
16:22
20 Sentyabr
Qırğızıstan Joqorku Keneşinin sədri TÜRKPA Katibliyində olub
16:18
20 Sentyabr
UNEC yeni tədris ilinə yüksək keyfiyyət göstəriciləri ilə start verib
16:07
20 Sentyabr
Qurban Qurbanov: “Futbolçular meydanda əlindən gələni edəcək”
15:49
20 Sentyabr
Bu gün “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq
15:44
20 Sentyabr
Ağsuda keçirilən qanvermə aksiyasında 70 litrədək qan toplanıb
15:38
20 Sentyabr
Aşura günündə Bərdə və Beyləqanda 150 nəfər könüllü qan verib
15:26
20 Sentyabr
Varşavada Avropa Xəbər Agentlikləri Alyansının növbəti konfransı keçirilir
15:22
20 Sentyabr
Suveren Fondların Beynəlxalq Forumunun XII illik yığıncağı Bakıda keçiriləcək
15:07
20 Sentyabr
ATƏT-in İnsan Ölçüsü üzrə illik görüşündə Ermənistanın təcavüzkar siyasətindən danışılıb
15:05
20 Sentyabr
Azərbaycanda Çinlə birgə elektron ticarət platformasının yaradılması təklif olunub
14:45
20 Sentyabr
Kiyevdəki Azərbaycan Ticarət Evi məhsullarımızın Ukrayna bazarında satışı üçün sertifikat və lisenziya alıb
14:42
20 Sentyabr
Bolqarıstan Azərbaycanın həyata keçirdiyi qlobal layihələrə böyük maraq göstərir
14:41
20 Sentyabr
Azərbaycanda kiçik və orta biznes evləri yaradılacaq
14:32
20 Sentyabr
Qida Təhlükəsizliyi Agentliyi uşaq qidaları ilə bağlı maarifləndirici məlumat yayıb
14:30
20 Sentyabr
Dövlət Aqrar Ticarət Şirkəti Cocuq Mərcanlıda fermerlərin yetişdirdiyi məhsulu satın alıb
14:25
20 Sentyabr
Tsveta Karayançeva: Bolqarıstan-Azərbaycan əlaqələri inkişaf edir
14:22
20 Sentyabr
İsmayıllıda Heydər Əliyev İdarəetmə Məktəbinin növbəti məşğələsi keçirilib
14:20
20 Sentyabr
Cüdoçumuz Aişə Qurbanlı dünya çempionatında mübarizəni dayandırıb
14:18
20 Sentyabr
Sudan Milli Assambleyası sədrinin Azərbaycana səfəri başlayıb
14:16
20 Sentyabr
Milli Məclisdə Azərbaycan-Qırğızıstan ikitərəfli münasibətləri müzakirə olunub
14:15
20 Sentyabr
Bakı Dövlət Universitetində görkəmli alim Rəfiqə Əliyevanın xatirəsi anılıb
14:12
20 Sentyabr
Kamran Nəbizadə: Ulu öndər Heydər Əliyevin şah əsəri olan “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına böyük yol açdı
12:59
20 Sentyabr
Dövlət Gömrük Komitəsinin 3 500 əməkdaşı attestasiyadan keçiriləcək
12:45
20 Sentyabr
Pambığın alış qiymətinin artırılması fermerlər üçün 12-13 milyon manat əlavə qazanc deməkdir
12:43
20 Sentyabr
Kəramət Hüseynov rusiyalı Olimpiya çempionuna ipponla qalib gəlib
12:35
20 Sentyabr
Naxçıvanda “Avropa günləri” keçiriləcək
12:32
20 Sentyabr
Bakıda Əfqanıstan üzrə NATO proqramının məzunlarına sertifikatlar təqdim edilib
12:31
20 Sentyabr
Heydər Əliyev Fondu və BP birgə layihələrin icrasına dair əməkdaşlıq memorandumu imzalayıb
12:13
20 Sentyabr
"Bakı-2018": Orxan Səfərov uğurlu çıxışını davam etdirir
12:12
20 Sentyabr
Rouz Gotemoller: Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir
12:01
20 Sentyabr
Azərbaycan beynəlxalq eID Forumunda “Asan İmza” və Rəqəmsal Ticarət Qovşağı ilə təmsil olunub
11:57
20 Sentyabr
Mübariz Qurbanlı: “Hər il xeyli sayda vətəndaşımız qanvermə aksiyasına qoşulur”
11:56
20 Sentyabr
İrəvan xanlığının tarixinə dair əsərlərin erməni və fars dillərinə çevrilmiş nəşrlərinin təqdimatı keçirilib
11:52
20 Sentyabr
Siyavuş Novruzov: “Paşinyanın ordudan xəbəri yoxdur”
11:45
20 Sentyabr
Bakıda “Qadınlar, sülh və təhlükəsizlik” mövzusunda konfrans keçirilir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA