Ana səhifə »  Müsahibə »  Azərbaycan dövləti heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü bərpa edəcək
A+   Yenilə  A-
Azərbaycan dövləti heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü bərpa edəcək

Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Sahibə Qafarova www.yap.org.az saytına müsahibə verib:
- Sahibə xanım, bugünlərdə sizin rəhbərliyiniz ilə Azərbaycan nümayəndə heyəti Avronest PA-nın VII plenar sessiyasında iştirak edib. Sessiya barədə məlumat verməyinizi xahiş edirik...

- Bildiyiniz kimi Azərbaycan Milli Məclisinin Avronest PA üzrə nümayəndə heyəti təşkilatın VII plenar sessiyasında iştirak etmək məqsədilə 25-27 iyun tarixlərində Belçika Krallığında səfərdə olub. Nümayəndə heyətinin tərkibində mənimlə yanaşı millət vəkilləri Cavanşir Feyziyev, Azər Kərimli, Məlahət İbrahimqızı, Rasim Musabəyov və Tahir Mirkişili tədbirdə iştirak ediblər. Qeyd edim ki, plenar sessiyadan əvvəl keçirilən komitə iclasları çərçivəsində qətnamə layihələrinin müzakirəsi baş tutub. Siyasi komitədə hazırlanan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən qətnamə layihəsinin müzakirəsi xüsusilə gərgin keçdi. Avropa Parlamentinin İsveçdən olan üzvü Günnar Hökmar və Gürcüstan parlamentinin üzvü xanım Tamar Xuroldovanın birlikdə hazırladığı qətnamə layihəsində Avropa İttifaqı tərəfindən bütün Şərq Tərəfdaşlığı ölkələrinin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hərtərəfli dəstəyin bildirildiyi maddə öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyünə dəstəyin ifadə olunduğu bəndin sənəddən çıxarılması üçün çoxsaylı düzəlişlər təklif edən Ermənistanın Avronest PA üzrə nümayəndə heyəti nümayəndə heyətimizin səyləri nəticəsində istəklərinə nail ola bilməyib. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə tam dəstəyin ifadə olunduğu qətnamə layihəsi Plenar Sessiyaya tövsiyə olunub və orada səs çoxluğu ilə qəbul edilib.

Bundan başqa, Ermənistan nümayəndə heyətinin "təxirəsalınmaz qətnamə" proseduru altında ölkəmizə qarşı yönəlmiş qətnamə layihəsi təklifinin qarşısı alınıb. Siyasi korrupsiya və siyasətdə etik davranış adı altında təklif edilən layihənin məqsədi Qərb mətbuatında Azərbaycanla bağlı səsləndirilən ittihamların Avronest çərçivəsinə gətirilməsi olub. Mən Azərbaycan nümayəndə heyətinin rəhbəri olaraq Büro iclasında bunun qəti əleyhinə çıxdım və nəticədə qətnamə layihəsi geri götürüldü.

Bundan əlavə, Azərbaycanın millət vəkili Tahir Mirkişilinin həmməruzəçi olduğu qətnamə Plenar sessiyada qəbul edilib. Təşkilatın sosial komitəsinin iclasında isə Azərbaycanın “ASAN Xidmət”inin təqdimatı baş tutub. Avronest PA-nın sosial komitəsinin həmsədri, həmkarımız Məlahət İbrahimqızının təşəbbüsü ilə baş tutan təqdimatı “ASAN xidmət”in rəsmisi Kamran Ağası edib.

Avronest PA-nın Plenar sessiyası çərçivəsində keçirilən digər bir mühüm tədbir Qadın Forumu olub. Mənim və Məlahət İbrahimqızının iştirak etdiyi forumda bizim tərəfimizdən Azərbaycan Respublikasında qadın hüquqlarının təmin edilməsi ilə bağlı həyata keçirilən siyasət və tədbirlər haqqında məlumat verilib. Təşkilatın İqtisadi komitəsinin iclasında isə millət vəkili Azər Kərimli iştirak və çıxış edib, ölkəmizin iqtisadi siyasəti haqda komitə üzvləri və iştirakçılara məlumat verib.

Plenar sessiyanın sonuncu iclas günündə keçirilən dinləmələrdə Azərbaycan nümayəndə heyətinin üzvləri Rasim Musabəyov və Cavanşir Feyziyev çıxış edib. Millət vəkili Cavanşir Feyziyev Avropa qurumlarında lobbiçilik fəaliyyətlərinin bu qədər geniş vüsət almasını pislədi.

Bütövlükdə, hesab edirəm ki, Avrenest PA-nın plenar sessiyası məhsuldar keçdi və Azərbaycan nümayən heyəti bu tədbirdə fəallığı ilə seçildi. Millət vəkillərimiz bu beynəlxalq təşkilatın tədbirində milli və dövlət maraqlarımızı qətiyyətlə müdaifə etdilər.

- İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Bakıda keçirilən hərbi parad cəmiyyətimizin əsas müzakirə mövzusudur. Azərbaycan Ordusunun qüdrətini və maddi-texniki təminatı ilə bağlı uğurlarımızı əyani şəkildə nümayiş etdirən bu paradda Prezident, Ali Baş Komandan İlham Əliyevin geniş nitqində müxtəlif məsələlər yer aldı. Siz bu hərbi parad və Ali Baş Komandanın nitqindən irəli gələn məsələlər barədə nə deyə bilərsiniz?

- Bəli, cənab Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev paradda söylədiyi çox parlaq və dərin məzmunlu nitqində həm Ordumuzun inkişaf tarixinə, mövcud vəziyyətinə dair əhatəli təhlillər apardı, həm də Silahlı Qüvvələrimizin qarşısında duran vəzifələr, hədəflərimiz barədə mühüm mesajlar verdi. Ümid edirəm ki, istər beynəlxalq ictimaiyyət, istərsə də, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan dövlətinin rəhbərliyi bu mesajlardan düzgün nəticə çıxaracaqlar. Çünki bu parad Azərbaycan Ordusunun gücünü düşmənə və bütün dünyaya nümayiş etdirdi. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu atıq öz müsbət nəticələrini verməkdədir. Həm ordumuzun maddi-texniki təminatı yüksək səviyyədədir, həm də şəxsi - heyətdə müsbət əhval-ruhiyyə hökm sürür. Azərbaycan Silahlı Qüvvələri istənilən döyüş tapşırığını yerinə yetirmək, ölkəni bütün hədələrdən müdafiə etmək qüdrətinə malikdir. Heç də təsadüfi deyil ki, beynəlxalq hərbi tədqiqat mərkəzlərinin rəyinə görə, Azərbaycan Ordusu regionun ən hazırlıqlı və müasir hərbi strukturu sayılır. Ordumuz dünyanın ən yaxşı təchiz olunmuş və döyüş qabiliyyətli 50 ordusu sırasına daxildir. Azərbaycan ordusu peşəkarlıq və döyüş hazırlığı səviyyəsinə görə də müsbət mənada seçilir, çox güclü hərbi texnika, müasir silahlarla təmin olunub. Yeri gəlmişkən, iyunun 26-da keçirilən möhtəşəm hərbi paradda bu texnikaların sadəcə bir qismi nümayiş etdirildi. Bu parad Azərbaycanda aparılan ordu quruculuğu siyasətinin nə qədər effektiv və uğurlu nəticələrlə müşayiət olunuduğunu təsdiqlədi. Ali Baş Komandan İlham Əliyevin paradda vurğuladığı kimi, bu gün ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan dünyanın nadir ölkələrindəndir.

- Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli və ölkəmizin ərazi bütövlüyünün təmin olunması ilə bağlı da mühüm mesajlar verdi. Cənab Prezident Ordumuzun qüdrətinin, sahib olduğu imkanların yüksək olduğunu əsas gətirərək bildirdi ki, biz elə bir güclü ordu yaratmışıq ki, düşmənin bütün strateji hədəflərini məhv etməyə qadirdir. Hazırda Ali Baş Komandanın paradda bu istiqamətdə verdiyi məsələlər Ermənistan mediasında və cəmiyyətində də ciddi müzakirə olunur.

- Əvvəla, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini tapması üçün tərəflərdən yalnız birinin iradə nümayiş etdirməsi yetərli deyil. Bunun üçün qarşı tərəf və münaqişənin nizamlanmasında müəyyən funksiyaları üzərinə götürən vasitəçi tərəflər də səmimiyyət ortaya qoymalıdırlar, əks təqdirdə, problemin ədalətli həlli üçün imkanlar xeyli məhdud olur. Status-kvonu formalaşdıran səbəblərə nəzər saldıqda, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və 7 ətraf rayondan qoşunlarını çıxarmaq istəməməsi və hər vəchlə danışıqlar prosesini pozmağa çalışması, eyni zamanda, beynəlxalq ictimaiyyətin yetəri qətiyyəti ortaya qoymaması və işğalçı dövlətin özünü cəzasızlıq mühitində hiss etməsi kimi amillər özünü qabarıq göstərir. Lakin təbiidir ki, status - kvo əbədi ola bilməz və münaqişə mütləq şəkildə ədalətli həllini tapmalıdır. Azərbaycan sülh danışıqlarına sadiqliyini nümayiş etdirsə də, yekun da bu danışıqlar bir nəticə verməsə Azərbaycan özünün beynəlxalq sənədlərlə təsdiq olunmuş hüquqlarından istifadə edərək öz ərazi bütövlüyünü həll etmək üçün digər yollara da müraciət edəcək. Bu zaman, hərbi paradda bir daha öz təsdiqini tapan Azərbaycan Ordusunun gücü öz sözünü deyəcək. Azərbaycan xalqı da ordumuzun istənilən vəzifəni icra eməyə hazır və qadir olduğuna əmindir. Bu isə həm də o deməkdir ki, Azərbaycan dövləti və xalqımız heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü mütləq bərpa edəcək. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək.

2016-cı ilin Aprel döyüşlərində əldə olunan misilsiz qələbə, bu ilin may ayında Naxçıvanın Şərur rayonunun Ermənistanla sərhəd bölgəsində aparılmış böyük strateji əhəmiyyət daşıyan əməliyyatın uğurla başa çatdırılması sübuta yetirdi ki, Azərbaycan Ordusu istənilən vaxt işğal altında olan torpaqlarımızı azad etmək və qarşıya qoyulmuş bütün tapşırıqları uğurla icra etmək əzmində və qüdrətindədir. Həm aprel döyüşləri, həm də Naxçıvan əməliyyatlarının ifadə etdiyi başqa bir məqam ondan ibarətdir ki, Ermənistanın öz ordusu ilə bağlı yaydığı mif də artıq darmadağın edilib. İndi erməni xalqı illərdir ki, onlara güclü orduya malik olmaları ilə bağlı uydurulan yalanların sabun köpüyündən başqa bir şey olmadığını dərk edir və bundan da ciddi şəkildə təşviş keçirirlər. Hər halda son günlərdə Ermənistan cəmiyyətində müşahidə olunan ab-hava, ümidsizlik, onların Azərbaycan Ordusunun və dövlətinin qüdrəti ilə barışdıqlarını göstərir.

- Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən birini də ölkənin enerji ehtiyatlarının uğurlu marşrutlar üzrə dünya bazarlarına çıxarılması və bu istiqamətdə geniş əməkdaşlıq platformalarının yaradılması təşkil edir. Bu mənada bir neçə gün öncə Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasimin təşkilini qeyd etmək lazımdır. Sizin bununla bağlı fikirlərinizi bilmək maraqlı olardı...

- Hazırda enerji təhlükəsizliyinin tımin olunması milli təhlükəsizliyin ən mühüm komponentlərindən birini təşkil edir. Bu baxımdan Azərbaycanın şaxələndirilmiş neft-qaz boru kəmərləri şəbəkəsinin qurulmasına nail olması strateji mahiyyət daşıyır. Məhz şaxələndirilmiş infrastruktur qurması sayəsində Azərbaycan istehsalçı ölkə kimi müstəqil enerji siyasəti həyata keçirməyə və milli maraqlarını maksimum dərəcədə qorumağa nail olur. Azərbaycanın ardıcıllıqla davam etdirdiyi neft-qaz siyasətində prinsipial mövqeyi belədir ki, enerji amili heç bir halda digər ölkələrə qarşı təzyiq vasitəsinə çevrilməməlidir. Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasına sanballı töhfələr verməklə Azərbaycan özünün bəyan etdiyi ədalətli enerji siyasətinə sadiqliyini bir daha ortaya qoyur.

Əlbəttə, iki dost və qardaş ölkə olan Azərbaycanla Türkiyənin qarşılıqlı səyləri və sıx əməkdaşlıq nəticəsində ərsəyə gələn TANAP-ın istifadəyə verilməsi tarixi hadisədir. Ümumiyyətlə, son illərdə iki qardaş ölkə regional və qlobal əhəmiyyət daşıyan bir sıra enerji, nəqliyyat və digər layihələrin əsas təşəbbüskarları və fəal iştirakçıları qismində çıxış ediblər. Azərbaycanın zəngin enerji ehtiyatları məhz qardaş Türkiyədən keçən dəhlizlər, o cümlədən də Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Supsa xətləri ilə daşınaraq dünya bazarlarına çıxarılır. Bunlar mükəmməl enerji infrastrukturudur və ötən illərdə hər iki ölkənin iqtisadiyyatına böyük fayda gətirib. Heç bir şübhə yoxdur ki, Azərbaycan və Türkiyə hələ uzun illər bundan sonra da bu kəmərlərdən iqtisadi fayda götürəcəklər. İki qardaş ölkənin təşəbbüsləri ilə reallaşdırılan və 2017-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Asiya ilə Avropanı birləşdirir.

TANAP-ın strateji əhəmiyyətinə gəldikdə isə, əminliklə qeyd etmək olar ki, bu enerji layihəsi nəinki iştirakçı dövlətlərə böyük faydalar verəcək. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Cənub Qaz Dəhlizi Avrasiyada yeni əməkdaşlıq formatı təşkil edir. Cənub Qaz Dəhlizinin istismarı onilliklər ərzində ölkəmizə, xalqımıza böyük fayda gətirəcək. Burada həm iqtisadi, həm də siyasi dividendləri qeyd etmək lazımdır. Azərbaycan Avropaya qaz nəqlindən böyük gəlirlər əldə edəcək və özünün maliyyə imkanlarını daha da genişləndirəcək. Eyni zamanda, istehlakçıları şaxələndirilmiş enerji mənbəyi və marşrutu ilə təmin edən Azərbaycanın Avropa ölkələri ilə əlaqələri yeni mərhələyə yüksələcək və respublikamızın siyasi nüfuzu daha da artacaq. Bununla, Avropanın enerji təhlükəsizliyində ölkəmizin rolunun daha da artacağı şübhəsizdir. Belə ki, Azərbaycanın fəal iştirakı ilə reallaşdırılan Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini tamamilə dəyişəcək. Yeni dəhliz Azərbaycanın Avropa İttifaqı ilə enerji təhlükəsizliyi sahəsində faydalı əməkdaşlıq əlaqələrinin daha geniş miqyasda inkişafı üçün etibarlı zəmin yaradır.

- Yeri gəlmişkən, ötən həftə sonu Türkiyədə növbəti prezident və parlament seçkiləri keçirildi. Qardaş ölkəyə uğurla rəhbərlik edən Prezident Rəcəb Tayyib Ərdoğan və Ədalət və İnkişaf Partiyası növbəti dəfə Türkiyə xalqının yüksək etmiadını qazandı. Siz bu seçkilərin nəticələrini həm qardaş Türkiyə dövləti, həm də Azərbaycan-Türkiyə münasibətlərinin gələcək perspektivləri baxımından necə qiymətləndirirsiniz?

- Əvvələ, Türkiyə dövləti bu seçkiləri də yüksək səviyyədə təşkil edərək növbəti dəfə bütün dünyaya demokratiyaya sadiqliyini, insanların azad seçiminə hörmətini nümayiş etdirdi. Prosesin bütün iştirakçıları seçkilərin demokratik norma və prinsiplərə uyğun təşkil olunması və uğurla həyata keçirilməsi ilə bağlı ortaq qənaətlərini dilə gətirdilər, beynəlxalq təşkilatlar və bir çox dövlətlərin rəhbərləri seçkilərin tam qanuni şəkildə keçdiyini, xalqın iradəsini ifadə etdiyini bildirdilər. Eyni zamanda, seçkilərin nəticəsi ölkə vətəndaşlarının aparılan siyasətdən razı olduqlarını göstərir. Türkiyə cəmiyyətinin Rəcəb Tayyib Ərdoğana və onun lideri olduğu siyasi partiyanın iştirakı ilə yaradılan Cümhur İttifaqına etimad göstərməsi bir daha qardaş ölkə cəmiyyətinin aparılan siyasətə açıq dəstəyini ifadə edir. Çünki Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə daha da inkişaf edib, iqtisadi sahədə böyük uğurlar qazanıb, beynəlxalq aləmdə mövqeləri daha da möhkəmlənib.

Bildiyiniz kimi, seçkilərdən dərhal sonra, ilkin nəticələr məlum olan kimi, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək onu bu qələbə münasibətilə təbrik edib. Bu fakt bir daha münasibətlərimin nə qədər güclü əsaslara malik olduğunu göstərir. Dünyada Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan iki dövlət tapmaq mümkün deyil. İki ölkənin münasibətləri xalqımızın Ümummilli lideri Heydər Əliyevin ifadə etdiyi “bir dövlət, iki millət” fəlsəfəsinə əsaslanır. Biz Türkiyənin uğurlarını öz uğurlarımız hesab edirik. Qardaş ölkədə də eyni əhval-ruhiyyə hakimdir. Ona görə də hesab edirəm ki, bu münasibətlər bundan sonra da uğurla inkişıaf edəcək və xalqlarımızın, dövlətlərimizin maraqları naminə yeni layihələr, əməkdaşlıq platformaları ərsəyə gələcək.

 
  • Oxunub:  11130  |  
  • Tarix:  29-06-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır

17 Avqust 12:47
Dünyanı fəth edən ecazkar səs
17 Avqust 12:36
“ASAN Yay Festivalı” Gəncədə
17 Avqust 12:31
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir
17 Avqust 12:27
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
17 Avqust 10:38
Bakalavrların nəzərinə: qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər
17 Avqust 10:36
Deputat: Ölkəmizdə sosial siyasət ardıcıl və davamlı olacaq
17 Avqust 10:33
Dünya birjalarında neftin qiyməti bahalaşıb
17 Avqust 10:02
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
17 Avqust 09:57
İmtahanda rekord bal toplayan Bərdə məktəblisi
17 Avqust 09:50
“İaşə müxalifəti” bütün ümidlərini xarici anti-Azərbaycan dairələrin ayırdığı qrantlara bağlayıb
17 Avqust 09:48
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır
16 Avqust 21:23
Prezident İlham Əliyev Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16 Avqust 21:16
Gürcüstanın hökumət rəsmiləri azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda olublar
16 Avqust 20:24
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Beynəlxalq Bank ilə əməkdaşlıq edəcək
16 Avqust 20:17
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan edilir
16 Avqust 19:59
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb
16 Avqust 19:55
General-mayor Elçin İbrahimov: Azərbaycan sərhədçiləri qoyulan tapşırıqları qısa müddətdə yerinə yetirməyə qadirdirlər
16 Avqust 19:48
Rusiyanın və İranın hərbi gəmiləri Bakı limanını tərk edib
16 Avqust 19:35
Bakıda WKF hakimlər komissiyasının seminarı yüksək səviyyədə keçirilib
16 Avqust 18:07
Prezident İlham Əliyev milli bayram münasibətilə İndoneziya Prezidentini təbrik edib
16 Avqust 17:53
Bu il Zaqatalanın fındıq bağlarından 15 min tondan çox məhsul yığılması gözlənilir
16 Avqust 17:41
Patruşev İrəvanda: şübhələr, qeyri-müəyyənlik və suallarla dolu müttəfiqlik
16 Avqust 17:33
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib
16 Avqust 17:10
“DOST” mərkəzinə 25 mininci vətəndaş müraciəti qeydə alınıb
16 Avqust 17:04
Prezident İlham Əliyev DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif edib
16 Avqust 17:03
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Ağstafada iki rayonun sakinlərini qəbul edib
16 Avqust 16:52
DSX-nin fəaliyyəti dövründə sərhədçilərimiz tərəfindən 10 min 989 sərhəd pozucusu saxlanılıb
16 Avqust 16:47
Dövlət sərhədinin mühafizə altında götürülməsi sərhədçilərimiz üçün mühüm vəzifədi
16 Avqust 16:26
ADA Universitetinin bakalavr pilləsinə abituriyentlərin qeydiyyatı başlanıb
16 Avqust 16:15
Əsas kapitala yönəldilən ümumi vəsaitin 67,7 faizi tikinti işlərinə sərf olunub
16 Avqust 15:51
Şəkinin kəndlərində üç modul tipli məktəb quraşdırılır
16 Avqust 15:47
Sumqayıtlı əkiz qardaşlardan qəbul imtahanlarında yüksək nəticə – biri 694, digəri isə 676 bal toplayıb
16 Avqust 15:41
Yaponiyanın İto şəhərindən olan qonaqlar İsmayıllıya gəliblər
16 Avqust 15:37
Qusarda Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri üçün “Yay məktəbi” keçiriləcək
16 Avqust 15:34
Məlumat Hesablama Mərkəzinin stendi I Xəzər İqtisadi Forumunda maraqla qarşılanıb
16 Avqust 15:29
Xəzər İqtisadi Forumu: perspektivli yeni əməkdaşlıq formatı
16 Avqust 15:24
Eldar Sultanov: İntiharlarla bağlı xəbərlərin KİV-də yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir
16 Avqust 15:11
Zaqatalada "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda seminar-müşavirə keçirilib
16 Avqust 15:00
2019-cu il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşəcək
16 Avqust 14:53
“Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı işçi qrupu yaradılıb
16 Avqust 14:49
Səid Rəsuli: İran ilə Azərbaycanın dəmir yolları arasında faydalı əməkdaşlıq əlaqələri mövcuddur
16 Avqust 14:43
Qazaxda taxıl sahələrində orta məhsuldarlıq 33,7 sentner təşkil edib
16 Avqust 14:06
Abşeronda “Grand Aqro” tərəfindən 80 hektarda badam, 287 hektarda isə zeytun bağı salınıb
16 Avqust 13:58
Azərbaycanın Müdafiə naziri “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının bağlanış mərasimində iştirak edəcək
16 Avqust 12:36
İlin əvvəlindən ölkə əhalisinin sayı 10 milyon 19 min 575 nəfərə çatıb
16 Avqust 12:31
DSX-nin rəhbərliyi və şəxsi heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
16 Avqust 12:28
Otel əməkdaşlarının xoşuna gəlməyən davranışlar
16 Avqust 12:10
“Azərbaycan Sərhəd Mühafizəsi - 100 il” sənədli filminin təqdimatı olub
16 Avqust 12:05
“Hərbi-tibbi estafet” müsabiqəsində hərbi həkimlərimiz medalla təltif olunub
16 Avqust 12:02
“Jizel” baleti Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunacaq
16 Avqust 11:56
Yeddi ayda qeyri-neft-qaz sektorunda məhsul istehsalı 15,8 faiz artıb
16 Avqust 11:50
“Nəsimi ili” ilə əlaqədar açıq havada sərgi təşkil edilib
16 Avqust 11:39
Muxtar respublikada keyfiyyət standartlarına nəzarət olunur
16 Avqust 11:25
Azərbaycanlı alim Birinci Xəzər İqtisadi Forumunda çıxış edib
16 Avqust 11:19
Şabran rayonunda 25 kilometrlik avtomobil yolu yenidən qurulur
16 Avqust 11:12
“5-ci kolon”un biri “5-ci kolon”..!
16 Avqust 11:01
Azərbaycan İlahiyyat İnstitutuna qəbul planı 100 faiz yerinə yetirilib
16 Avqust 10:41
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək
16 Avqust 10:36
BMT-də “kosmik silahlanma” təhlükəsi ilə bağlı diskussiya keçirilib
16 Avqust 10:26
Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir
16 Avqust 10:22
Ermənistan silahlı qüvvələrinin bölmələri snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
16 Avqust 10:19
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasına start verilir
16 Avqust 09:33
Azərbaycan polisinin uğurlu fəaliyyəti cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir
16 Avqust 09:31
Beynəlxalq yardımların idarə olunmasında səmərəliliyin artırılması ölkəmiz üçün prioritetdir
16 Avqust 09:29
Dövlətin göstərdiyi diqqət və qayğı sayəsində təhsildə yüksək uğura nail olan gənclərin sayı artır
16 Avqust 09:24
Daşkəsəndə su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatıb
16 Avqust 09:23
“Beşinci kolon” Azərbaycan dövlətinin və xalqının maraqlarını hədəfə alıb
16 Avqust 09:19
Azərbaycanda aqrar sektorun inkişafına hərtərəfli dövlət dəstəyi göstərilir
15 Avqust 20:48
Azərbaycan pambıq lifi və ipliyinin ixracını artırıb
15 Avqust 20:43
Azərbaycan Gürcüstan iqtisadiyyatına sərmayə qoyan ölkələr sırasında liderdir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +34
gecə+20 +23