Ana səhifə »  Müsahibə »  “Əkinçi”dən başlanan yol bugünkü uğurlarımızın bələdçisidir
A+   Yenilə  A-
“Əkinçi”dən başlanan yol bugünkü uğurlarımızın bələdçisidir

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə www.yap.org.az saytına müsahibə verib:
- Vüqar müəllim, milli mətbuatımızın yaranmasının 143-cü ildönümü ərəfəsindəyik. Arxada qalan hər il bu zənginliyə yeni əlavələr edir. Bir əsr yarıma yaxın olan bu dövrü necə xarakterizə edərdiniz?
- Öncə milli mətbuatımızın 143-cü ildönümü münasibətilə bütün həmkarlarımı təbrik edir, onlara yeni-yeni yaradıcılıq uğurları, dövlətçiliyimizin möhkəmləndirilməsinə davamlı töhfələr verməyi arzulayıram. Milli mətbuatımızın “Əkinçi”dən bu günə qədər keçdiyi yol keşməkeşli və şərəflidir. 143 illik tarixi 4 mərhələyə bölmək olar: “Əkinçi” qəzetindən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına qədər olan dövr, Cümhuriyyət dövrü, sovet dövrü və müstəqillik dövrü. 2018-ci ilin dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması Azərbaycanın müstəqillik tarixinin ayrı-ayrı dövrlərinin təhlilini bir zərurət kimi ortaya qoyduğundan mətbuatımızın da məhz bu mərhələsinə diqqət yönəltmək istərdim. Bütün dövrlərdə mətbuat həqiqət carçısı kimi çıxış etmiş, dövrün reallıqlarının ictimaiyyətə dolğun şəkildə çatdırılmasına səy göstərmişdir.
Möhtərəm Prezidentimiz İlham Əliyevin məlum Sərəncamında da qeyd olunduğu kimi, qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyaların tərkibinə qatılmaq məcburiyyətində qalmışdır. Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır. XIX əsrin birinci yarısından etibarən maarifçilik ideyalarının yayılması ilə Azərbaycanda baş vermiş köklü ictimai-siyasi və mədəni dəyişikliklər yeni tipli teatrın, məktəbin və mətbuatın yaranmasını təmin etməklə milli özünüdərkin gerçəkləşməsi üçün zəmin hazırladı. Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli Axundzadə ilə başlayan bu yolu yeni tarixi mərhələdə Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə və digər görkəmli şəxsiyyətlər davam etdirərək milli məfkurənin təşəkkülü və inkişafına mühüm təsir göstərirdilər. Həmin dövrdə güclü sahibkarlar təbəqəsinin formalaşdığı neft şəhəri Bakı, eyni zamanda, milli ruhlu ziyalılar nəslinin yetişdiyi ictimai-siyasi fikir mərkəzinə çevrilmişdi. Rusiyanın Dövlət dumalarına və Müəssislər Məclisinə seçilmiş azərbaycanlılar müstəmləkədən azad, demokratik dövlət sistemi yaratmağa hazır idilər.
1918-ci il may ayının 28-də yaranan Azərbaycan Xalq Cümhuriyyəti 23 ay yaşamasına baxmayaraq, üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Bu dövrün reallıqları mətbuat səhifələrində işıqlandırıldı, cəmiyyətin informasiya tələbatının ödənilməsi üçün mühüm addımlar atıldı. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini yenidən bərpa etməsindən sonrakı dövrdə, daha dəqiq desək, Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra digər sahələr kimi, Azərbaycan mətbuatının inkişafında da keyfiyyətcə yeni mərhələ başlandı. Həmin dövrdən etibarən azad, müstəqil mətbuatın inkişafı istiqamətində davamlı addımlar atıldı, inkişafa mane olan süni maneələr aradan qaldırıldı, qanunvericilik bazası formalaşdırıldı, KİV-lərin maddi-texniki bazasının yaxşılaşdırılması yönümündə mühüm tədbirlər həyata keçirildi.
- 1993-2003-cü illəri əhatə edən dövrün ən mühüm addımı mətbuatın üzərindən senzuranın götürülməsi idi. Bu addım azad mətbuatın inkişafının dövlətin həyata keçirdiyi humanizm siyasətinin əsasını təşkil etdiyini bir daha nümayiş etdirdi...
- Əvvəldə də qeyd etdiyim kimi, dahi şəxsiyyət Heydər Əliyevin müstəqil mətbuatın inkişafında xidmətlərindən bəhs edərkən ilk olaraq Ulu öndərin 6 avqust 1998-ci il tarixli “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı ilə mətbuatın üzərindən senzuranın götürülməsi qeyd edilir. Təbii ki, senzuranın mövcudluğu şəraitində mətbuatın müstəqilliyindən danışmaq qeyri-mümkün idi. Bu qətiyyətli addım yeni müstəqil medianın fəaliyyəti üçün geniş imkanlar açdı. Cəmiyyətin güzgüsü kimi dəyərləndirilən mətbuatın inkişafına xüsusi önəm verən, jurnalist əməyini daim yüksək dəyərləndirən Ulu öndər Heydər Əliyevin sonrakı dövrlərdə imzaladığı Fərman və sərəncamlara, qəbul olunan qanunlara diqqət yetirsək, hər biri özlüyündə gələcək inkişafa xidmət edən addım idi. Qəzetlərə birdəfəlik maliyyə yardımları verildi, KİV-lərin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı təsdiqləndi, həmçinin “Kütləvi İnformasiya Vasitələri haqqında”, “Məlumat azadlığı haqqında” qanunlar qəbul olundu. Ümummilli liderin humanist addımlarından biri də qəzetlərin “Azərbaycan” nəşriyyatına borclarının dondurulması idi. Dahi şəxsiyyət Heydər Əliyevin hər addımında azad mətbuatın inkişafına verilən önəm diqqəti xüsusilə cəlb edir. Milli mətbuatımızın yubileylərinin keçirilməsi, qəzet redaktorları ilə mütəmadi görüşlərin keçirilməsi, onları narahat edən məsələlərlə yaxından tanış olub, aidiyyəti qurumlara göstərişlər verilməsi də həmin dövrün mühüm addımları sırasındadır. Ümummilli liderimiz jurnalist əməyini belə dəyərləndirirdi: “Jurnalist əməyi qeyri-adi əməkdir. Böyük səy, zəhmət, cəsurluq, hünər, fədakarlıq, öz peşəsinə vurğunluq tələb edən əməkdir”.
Təbii ki, Azərbaycan tarixinə dirçəliş, inkişaf dövrü kimi yazılan 1993-2003-cü illəri əhatə edən bu mərhələdə atılan addımları və onların uğurlu nəticələrini bir sual çərçivəsində əhatə etmək mümkünsüzdür. Qısa xronologiya mətbuatın keçdiyi inkişaf yolunun aydın mənzərəsini yaradır. Bu dövrün mühüm uğurlarından biri də 2003-cü ilin martında mətbuatda özünütənzimləmə funksiyasını həyata keçirmək məqsədilə Mətbuat Şurasının yaradılması oldu.
Məlumdur ki, hər bir cəmiyyətdə uğurlara yol açan mühüm amillərdən biri də mövcud problemləri, qüsurları görmək və onların həlli üçün ciddi səylər göstərməkdir. Ümummilli lider Heydər Əliyev jurnalistləri obyektiv olmağa çağıraraq bildirirdi: “Mətbuat azadlığından, söz azadlığından sui-istifadə edib, xüsusən iqtidara qarşı cürbəcür böhtan, yalan yazanlar, uydurmalar yayanlar cinayət edirlər”. Ulu öndərin diqqət və qayğısından irəli gələn bu kimi addımlar məsuliyyət hissinin və peşəkarlığın artırılmasını bir tələbə çevirmişdir. Şübhəsiz ki, cəmiyyətin güzgüsü missiyasını dolğun şəkildə yerinə yetirmək hər bir media nümayəndəsindən güclü vətənpərvərlik hissinə sahib olmağı tələb edir. Ümummilli lider Heydər Əliyevin 2002-ci ildə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi 1993-cü ildən başlanan inkişaf yolumuzda mətbuata göstərdiyi diqqət və qayğıya verilən dəyərdir.
- Vüqar müəllim, müstəqillik tariximizin 2003-cü ildən sonrakı dövründə mətbuatımızın keçdiyi yolu necə dəyərləndirirsiniz?
- Son 15 ildə Ulu öndər Heydər Əliyevin siyasətinin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi digər sahələr kimi, müstəqil mətbuatın inkişafında da aydın görünür. Mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalist peşəkarlığının və məsuliyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirlər, KİV-lərə birdəfəlik maddi yardımların verilməsi və s. kimi addımlar fikrimizə əyani sübutdur. Bu baxımdan bu günlərdə cənab İlham Əliyevin ölkədə nəşr olunan qəzetlərə maliyyə yardımının ayrılması haqqında Sərəncamını xüsusi qeyd etmək istərdim. Sənədə əsasən, qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) 1 milyon manat ayrılması mətbuata dövlət qayğısının yeni parlaq təzahürüdür.
Yaranmasından keçən 9 ildən artıq dövrdə uğurlu fəaliyyəti ilə müstəqil mətbuatın inkişafına öz töhfələrini verən KİVDF möhtərəm Prezidentimiz İlham Əliyevin 2008-ci ildə təsdiqlədiyi “KİV-lərin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası”na uyğun olaraq fəaliyyət göstərir. Fondun həyata keçirdiyi layihələr, fərdi yazı müsabiqələri jurnalistlərin yaradıcılıq imkanlarının, məsuliyyət hissinin və peşəkarlığının artmasına dəstəkdir. Dövlətimizin başçısı cənab İlham Əliyevin Mətbuat Şurasının yeni binasının açılış mərasimində qeyd etdiyi kimi, peşəkarlıq artdıqca, jurnalistikada reket məsələləri də aradan qaldırılacaq.
Milli mətbuatın 130, 135 və 140 illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, 2005-ci ildə “Əməkdar jurnalist” fəxri adının bərpası, yüzlərlə jurnalistin yüksək fəxri adlara, təltiflərə layiq görülmələri və digər mühüm tədbirlər ölkə rəhbərinin mətbuata qayğısını əyani şəkildə nümayiş etdirir. Bu əsas məqamı da qeyd edək ki, Ölkə Prezidentinin Sərəncamına uyğun olaraq 2006-cı ildə qəzetlərin “Azərbaycan” nəşriyyatına olan 450 min ABŞ dolları məbləğində borcu dövlət büdcəsi hesabına ödənilmişdi.
Məhz bu kimi davamlı addımlar dövlətimizin başçısı cənab İlham Əliyevin son 15 ildə 3 dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsini şərtləndirib. “Jurnalistlərin dostu olmaq mənim üçün böyük şərəfdir” söyləyən cənab İlham Əliyev bu əminliyi də ifadə edir ki, bundan sonra da Azərbaycanda bu sahədə daha da böyük addımlar atılacaq.
- Son 15 ilin bu sahədə mühüm uğurlarından biri dünyada analoqu olmayan addım kimi dəyərləndirilən jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı sərəncamların imzalanması və bu sənədlərə uyğun olaraq 2 yaşayış binasının istifadəyə verilib, üçüncünün təməlinin qoyulmasıdır...
- Dövlətimizin başçısı İlham Əliyevin 2010-cu ildə jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış binasının inşasını nəzərdə tutan Sərəncamı ictimaiyyət tərəfindən böyük rəğbət hissi ilə qarşılandı. Bu addım müstəqil mətbuatın inkişafının dövlət siyasətinin əsasında dayandığını, jurnalist əməyinə yüksək dəyər verildiyini bir daha nümayiş etdirdi. Sərəncama uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrıldı. Jurnalistlər üçün tikilən ilk binada mənzillərin paylanması mərasimi 2013-cü ildə dövlətimizin başçısı İlham Əliyevin iştirakı ilə keçirildi. Həmin ildə növbəti ikinci binanın tikintisi ilə bağlı Sərəncam imzalandı. Addımların davamlılığı, eyni zamanda, Azərbaycanın iqtisadi imkanlarının genişliyinə də işıq saldı. Bu baxımdan ki, hər bir inkişafın təməlində iqtisadi tərəqqinin rolunu önə çəkən dövlətimiz mövcud imkanlara söykənərək bütün sahələrdə uğurlu nəticələrə yol açan addımlara önəm verir. Ötən il Milli Mətbuat Günündə ikinci bina istifadəyə verildi və “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” üçüncü Sərəncamın imzalanması media nümayəndələrinin bayram sevincini daha da artırdı. Mənzil bölgüsündə diqqəti çəkən əsas məqam siyasi mənsubiyyətindən və əqidəsindən asılı olmayaraq bütün jurnalistlərə bu sevincdən payın düşməsidir.
- Vüqar müəllim, sizcə, bu günümüz sabahımız barədə hansı ümumiləşdirməni aparmağa əsas verir? Müasir dövrdə cəmiyyətin yazılı və elektron KİV-lərdən gözləntiləri barədə fikirlərinizi bilmək istərdik...
- Qeyd etdiyimiz kimi, cəmiyyətin güzgüsü olan mətbuat dövrün tələblərinə uyğun olaraq təkmilləşir. Vətənpərvəlik, milli şüur prinsipləri mətbu orqanların fəaliyyətinin əsasında dayanmalıdır. Söz azadlığı ölkəmizdə tam təmin edilib. Heç bir məhdudiyyətdən söhbət gedə bilməz. Ölkə əhalisinin təxminən 80 faizi internet istifadəçisidir. İnternetin azad olduğu ölkədə hansısa məhdudiyyətdən danışmaq qeyri-mümkündür. Dövlətimizin başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, bəzi hallarda bəzi qeyri-hökumət təşkilatları ölkəmizi tənqid edir, amma bu ittihamların heç bir əsası yoxdur. Bu, sadəcə qərəzli mövqedir. Ölkəmizdə internet və sosial şəbəkələr üzərində hər hansı inzibati nəzarət yoxdur və bu da medianın müstəqilliyinin daha bir göstəricisidir. Bir sözlə, qısa təhlil, bu günümüzün reallıqlarına baxış fonunda deyə bilərəm ki, ölkə mətbuatı fəaliyyətini dövrün çağırışlarına uyğun şəkildə qurmağa səy göstərir. Bunu hansı səviyyədə yerinə yetirir, bu qiymətləndirməni oxucuların və tamaşaçıların ixtiyarına vermək gərəkdir.
Müharibə şəraitində yaşayan ölkə olduğumuzu nəzərə alsaq, bu günümüzün əsas tələblərindən, çağırışlarından, ən əsası yazılı və elektron KİV-lərdən gözləntilərimiz informasiya təhlükəsizliyini qorumaq, dövlətin maraqlarını öndə saxlamaq, vətənpərvərlik, obyektivlik və qərəzsizlik prinsiplərinin vəhdətliyini təmin etməkdir. Ulu öndər Heydər Əliyevin uğurlu gələcəyimizə hesablanmış düşünülmüş və məqsədyönlü siyasətinin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində günbəgün güclənən, qüdrətlənən Azərbaycan hər birimizin qürur mənbəyinə çevrilərək, bu inamı da ifadə etməyə əsas verir ki, cəmiyyətimizin güzgüsü olan mətbuat zamanın tələbinə uyğun daha da təkmilləşəcək, cəmiyyətin informasiya tələbatını dolğun şəkildə təmin etməklə davamlı inkişafa öz töhfəsini verəcək.

 
  • Oxunub:  4290  |  
  • Tarix:  21-07-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatçı hərəkətlərinin layiqli cavabını verir və bundan sonra da verəcək

20:22
20 Sentyabr
Səccad Kərim: Azərbaycanda mövcud olan birgəyaşayış modeli bir çox ölkələr üçün nümunədir
20:04
20 Sentyabr
Nikol Paşinyanın Paris yalvarışları və növbəti böhtanları: erməni baş nazir öz ampluasında
20:00
20 Sentyabr
Azərbaycan-Vyetnam münasibətləri zəngin ənənələrə malikdir
19:51
20 Sentyabr
Gəncədə qanvermə aksiyasında 540 nəfər könüllü qan verib
19:48
20 Sentyabr
“ASAN xidmət”in fəaliyyəti Fransa mətbuatında
19:46
20 Sentyabr
Azərbaycan ilə Qətər arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı müzakirə olunub
19:43
20 Sentyabr
İndiyədək TANAP-la Türkiyəyə 200 milyon kubmetrədək “Şahdəniz” qazı nəql olunub
19:41
20 Sentyabr
İordaniyanın “Ər-Ray” dövlət qəzeti Qarabağ məsələsində Türkiyənin Azərbaycana dəstəyindən yazır
19:07
20 Sentyabr
Azərbaycan Milli Məclisi ilə NATO Parlament Assambleyası arasında sıx əlaqələr mövcuddur
19:06
20 Sentyabr
Azərbaycan-Pakistan təhsil əlaqələrinin geniş perspektivləri var
18:29
20 Sentyabr
Belarus parlamenti Nümayəndələr Palatasının sədri Azərbaycanda səfərdədir
18:26
20 Sentyabr
“İki sahil” Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb
18:14
20 Sentyabr
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə öz xarici ticarət yüklərinin daşınma həcminin artırılmasında maraqlıdır
18:01
20 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
18:00
20 Sentyabr
Milli Məclisdə Hindistan parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib
17:55
20 Sentyabr
Rektor: Dövlət Pedaqoji Universiteti bu günədək 150 mindən çox pedaqoji kadr hazırlayıb
17:54
20 Sentyabr
Xələf Xələfov: Azərbaycan Ermənistan rəhbərliyini sələflərinin səhvini təkrarlamamağa çağırır
17:50
20 Sentyabr
XİN: Cəbhə bölgəsində yaranmış gərginliyin bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür
17:49
20 Sentyabr
Genişmiqyaslı təlimlərdə gündüz vaxtı döyüş atışları keçirilib
17:47
20 Sentyabr
ABŞ Dövlət Departamenti: Azərbaycan 2017-ci ildə terrorçuluqla mübarizədə Birləşmiş Ştatların güclü tərəfdaşı olub
17:46
20 Sentyabr
Bu gün Azərbaycan gəncliyində vətənpərvərlik ruhu çox yüksəkdir
17:43
20 Sentyabr
Birinci vitse-prezident Mehriban Əliyeva NATO baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
17:40
20 Sentyabr
Azərbaycan-Pakistan əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
17:36
20 Sentyabr
Naxçıvanda Aşura mərasimləri keçirilib
17:24
20 Sentyabr
Prezident İlham Əliyev NATO baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
17:22
20 Sentyabr
Prezident İlham Əliyev bir sıra ölkələrin parlament rəhbərlərini qəbul edib
17:09
20 Sentyabr
Pakistan Senatının sədri Milli Məclisdə olub
17:05
20 Sentyabr
Ağcabədidə Aşura günündə hemofiliyalı və talassemiyalı xəstələr üçün qan verilib
16:57
20 Sentyabr
Van Çunqan: Azərbaycanın iqtisadiyyatı qarşılıqlı investisiya qoyuluşları üçün əlverişlidir
16:53
20 Sentyabr
AMEA-nın prezidenti Akif Əlizadə Belarusda medalla təltif edilib
16:49
20 Sentyabr
Azərbaycanın Milli Olimpiya Komitəsinin nümayəndəsi Madriddə beynəlxalq marketinq seminarında iştirak edib
16:44
20 Sentyabr
Dövlət İdarəçilik Akademiyasında ilk mühazirə “Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi”ndə dinlənilib
16:39
20 Sentyabr
Aşura günü Qubada keçirilən humanitar aksiyada 100-dən çox könüllü qan verib
16:29
20 Sentyabr
Fəxri xiyabanda görkəmli alim Rəfiqə Əliyevanın xatirəsi anılıb
16:27
20 Sentyabr
Professor Oleq Kuznetsov: SSRİ DTK da daşnakları təhlükəli hesab edib
16:22
20 Sentyabr
Qırğızıstan Joqorku Keneşinin sədri TÜRKPA Katibliyində olub
16:18
20 Sentyabr
UNEC yeni tədris ilinə yüksək keyfiyyət göstəriciləri ilə start verib
16:07
20 Sentyabr
Qurban Qurbanov: “Futbolçular meydanda əlindən gələni edəcək”
15:49
20 Sentyabr
Bu gün “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq
15:44
20 Sentyabr
Ağsuda keçirilən qanvermə aksiyasında 70 litrədək qan toplanıb
15:38
20 Sentyabr
Aşura günündə Bərdə və Beyləqanda 150 nəfər könüllü qan verib
15:26
20 Sentyabr
Varşavada Avropa Xəbər Agentlikləri Alyansının növbəti konfransı keçirilir
15:22
20 Sentyabr
Suveren Fondların Beynəlxalq Forumunun XII illik yığıncağı Bakıda keçiriləcək
15:07
20 Sentyabr
ATƏT-in İnsan Ölçüsü üzrə illik görüşündə Ermənistanın təcavüzkar siyasətindən danışılıb
15:05
20 Sentyabr
Azərbaycanda Çinlə birgə elektron ticarət platformasının yaradılması təklif olunub
14:45
20 Sentyabr
Kiyevdəki Azərbaycan Ticarət Evi məhsullarımızın Ukrayna bazarında satışı üçün sertifikat və lisenziya alıb
14:42
20 Sentyabr
Bolqarıstan Azərbaycanın həyata keçirdiyi qlobal layihələrə böyük maraq göstərir
14:41
20 Sentyabr
Azərbaycanda kiçik və orta biznes evləri yaradılacaq
14:32
20 Sentyabr
Qida Təhlükəsizliyi Agentliyi uşaq qidaları ilə bağlı maarifləndirici məlumat yayıb
14:30
20 Sentyabr
Dövlət Aqrar Ticarət Şirkəti Cocuq Mərcanlıda fermerlərin yetişdirdiyi məhsulu satın alıb
14:25
20 Sentyabr
Tsveta Karayançeva: Bolqarıstan-Azərbaycan əlaqələri inkişaf edir
14:22
20 Sentyabr
İsmayıllıda Heydər Əliyev İdarəetmə Məktəbinin növbəti məşğələsi keçirilib
14:20
20 Sentyabr
Cüdoçumuz Aişə Qurbanlı dünya çempionatında mübarizəni dayandırıb
14:18
20 Sentyabr
Sudan Milli Assambleyası sədrinin Azərbaycana səfəri başlayıb
14:16
20 Sentyabr
Milli Məclisdə Azərbaycan-Qırğızıstan ikitərəfli münasibətləri müzakirə olunub
14:15
20 Sentyabr
Bakı Dövlət Universitetində görkəmli alim Rəfiqə Əliyevanın xatirəsi anılıb
14:12
20 Sentyabr
Kamran Nəbizadə: Ulu öndər Heydər Əliyevin şah əsəri olan “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına böyük yol açdı
12:59
20 Sentyabr
Dövlət Gömrük Komitəsinin 3 500 əməkdaşı attestasiyadan keçiriləcək
12:45
20 Sentyabr
Pambığın alış qiymətinin artırılması fermerlər üçün 12-13 milyon manat əlavə qazanc deməkdir
12:43
20 Sentyabr
Kəramət Hüseynov rusiyalı Olimpiya çempionuna ipponla qalib gəlib
12:35
20 Sentyabr
Naxçıvanda “Avropa günləri” keçiriləcək
12:32
20 Sentyabr
Bakıda Əfqanıstan üzrə NATO proqramının məzunlarına sertifikatlar təqdim edilib
12:31
20 Sentyabr
Heydər Əliyev Fondu və BP birgə layihələrin icrasına dair əməkdaşlıq memorandumu imzalayıb
12:13
20 Sentyabr
"Bakı-2018": Orxan Səfərov uğurlu çıxışını davam etdirir
12:12
20 Sentyabr
Rouz Gotemoller: Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir
12:01
20 Sentyabr
Azərbaycan beynəlxalq eID Forumunda “Asan İmza” və Rəqəmsal Ticarət Qovşağı ilə təmsil olunub
11:57
20 Sentyabr
Mübariz Qurbanlı: “Hər il xeyli sayda vətəndaşımız qanvermə aksiyasına qoşulur”
11:56
20 Sentyabr
İrəvan xanlığının tarixinə dair əsərlərin erməni və fars dillərinə çevrilmiş nəşrlərinin təqdimatı keçirilib
11:52
20 Sentyabr
Siyavuş Novruzov: “Paşinyanın ordudan xəbəri yoxdur”
11:45
20 Sentyabr
Bakıda “Qadınlar, sülh və təhlükəsizlik” mövzusunda konfrans keçirilir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA