Ana səhifə »  Müsahibə »  Rektor: İlahiyyat İnstitutunu bitirənlər həm müxtəlif qurumlarda işləmək, həm də din xadimi olmaq imkanı qazanacaqlar
A+   Yenilə  A-
Rektor: İlahiyyat İnstitutunu bitirənlər həm müxtəlif qurumlarda işləmək, həm də din xadimi olmaq imkanı qazanacaqlar

Prezident İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradılıb. Bu ilin mayında isə müvafiq Sərəncamla ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin olunub. C.Məmmədov rəhbərlik etdiyi institutun fəaliyyət istiqamətləri, abituriyentlərin qəbul qaydaları barədə AZƏRTAC-ın suallarını cavablandırıb:
- Azərbaycan İlahiyyat İnstitutunun yaranmasını zəruri edən səbəblər hansılardır?
- Azərbaycan İlahiyyat İnstitutunun qarşısına bir sıra məqsəd və hədəflər qoyulub. Əsas məqsədlərdən biri müasir dövrümüzün tələblərinə cavab verən, zəngin dünyagörüşünə, dərin dini və dünyəvi biliklərə, güclü şəxsiyyətə malik mütəxəssislərin yetişdirilməsidir. Bildiyiniz kimi, sovet dövründə dinin təbliği qadağan idi və dini təhsil müəssisələri bağlanmışdı. Azərbaycanda dini ənənənin zəiflədilməsi ilə müəyyən problemlər yaranmağa başladı. Müstəqilliyimizin bərpasından sonra Azərbaycanda bu sahəyə diqqət daha da artdı. Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldiyi gündən etibarən din sahəsinə xüsusi qayğı göstərildi. Məscidlər, kilsələr, sinaqoqlar inşa olundu və təmir edildi. Azərbaycanın müstəqilliyi bərpa edildiyi zaman 17 məscidimiz var idi. Ancaq bu gün ölkəmizdə 2000-dən artıq məscid fəaliyyət göstərir. Bu məscidlərin savadlı, bilikli, zəngin dünyagörüşlü din xadimlərinə, müxtəlif dövlət qurumlarında, təhsil müəssisələrində ilahiyyatçılara böyük ehtiyacı var.
- Tələbələr üçün Azərbaycan İlahiyyat İnstitutunda hansı imkanlar yaradılıb? Başqa sözlə, abituriyentlər İlahiyyat İnstitutunu seçməklə hansı üstünlüklər əldə edirlər?
- Əvvəlcə onu bildirim ki, Azərbaycan İlahiyyat İnstitutunda təhsil ödənişsiz əsaslarla olacaq. Bütün qəbul olan tələbələr təqaüdlə təmin ediləcək. Tələbələr beynəlxalq mübadilə proqramları vasitəsilə bir semestr və ya daha artıq Avropa, Amerika və Şərq ölkələrində təhsil almaq imkanı əldə edəcəklər. Eyni zamanda, yüksək nəticə ilə məzun olan bakalavrlar ixtisasları üzrə magistratura və doktorantura təhsilini dövlət xətti ilə xarici ölkələrdə davam etdirə bilərlər. Tələbələrin şəxsi keyfiyyətlərinin, dil biliklərinin yüksək olmasına, dünyəvi biliklərə dərindən yiyələnmələrinə xüsusi önəm veriləcək. İnstitutu bitirənlər Azərbaycanın elm və təhsil müəssisələri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digər dövlət qurumlarında, həmçinin din xadimi kimi işləmək imkanı qazanacaqlar. İnstitutun əsas fərqli cəhətlərindən biri dövlət təhsil müəssisəsi olması və dövlət tərəfindən maliyyələşdirilməsidir. Əsas özəlliklərimizdən biri də bu təhsil müəssisəni bitirənlərin işlə təmin olunmasıdır. Onların institutu bitirəndən sonra işlə təmin olunması ilə bağlı planlarımız var və bu istiqamətdə işlər aparılır.
- Biz artıq qəbul ərəfəsindəyik. İnstituta qəbul hansı formada aparılacaq?
- Bu il artıq instituta qəbul üçün 60 yer ayrılıb. Onlardan 35-i islamşünaslıq ixtisası, 25-i isə dinşünaslıq ixtisası üzrədir. Üçüncü qrupa imtahan verənlər həmin ixtisasları seçə bilərlər. İslamşünaslar əlavə olaraq psixoloji testdən də keçəcəklər. Müsahibədə iştirak etmək istəyən abituriyentlər Dövlət İmtahan Mərkəzinin (DİM) saytında qeydiyyatdan keçməlidirlər. İlkin qeydiyyat iyulun 29-dan 31-dək, boş qalan yerlərə qeydiyyat isə avqustun 15-də və 16-da, ilk imtahan avqustun 1-dən 6-dək, boş qalan yerlərə imtahan isə avqustun 17-dən 20-dək aparılacaq. Artıq burada komissiya yaradılıb. Komissiyada DİM-in, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri və müəllimlərimiz təmsil olunacaq. Məqsəd və hədəfimiz ondan ibarətdir ki, islamşünaslıq ixtisasını bitirənlər öz sahələri üzrə çalışsınlar və müvafiq istiqamətdə maraqlı və hərcəhətli hazırlıqlı insanlar olsunlar.
- Abituriyentlər institutda hansı fakültə və ixtisasların olacağını bilmək istəyirlər. Bu ixtisaslar arasındakı fərqlər nədir?
- İnstitutda iki ixtisas üzrə tələbə qəbulu aparılacaq. İslamşünaslar İslam üzrə mütəxəssis olsalar da, digər dinlər üzrə də məlumatlara yiyələnəcəklər. Amma əsas istiqamət İslamı dərindən öyrənməkdir. Dinşünaslar isə bütün dinlər, xüsusilə də İslam, yəhudilik, xristianlıqla bağlı geniş bilgilərə sahiblənəcəklər. Onlar daha çox alim, din araşdırmaçıları kimi yetişəcəklər.
Bir sıra dövlət qurumlarında belə mütəxəssislərə zaman-zaman ehtiyac yaranır. Növbəti ildə dinşünas-pedaqoq ixtisası açmaq planımız da var. Bunlar artıq sırf təhsil müəssisələrində çalışmaq üçün yetişdiriləcəklər. Bu gün Azərbaycanın bir sıra təhsil müəssisələrində dinlərlə bağlı fənlər tədris olunur. Bununla dinşünas-pedaqoqlara olan ehtiyac təmin ediləcək. Eyni zamanda, yəhudilik və xristianlıqla bağlı kadrların yetişdirilməsi də planlarımızda var.
- Təcrübə göstərir ki, digər ölkələrdə də spesifik ixtisaslara qəbul zamanı şəxsin ixtisasa uyğunluğu yoxlanılır və bu da böyük nəticələr verir. Komissiya sırf bu sahəyə meyilli şəxslərə üstünlük verəcəkmi?
- Biz hər iki ixtisas üzrə təhsil alan şəxslərin çox dərin biliklərə malik, eyni zamanda, nümunəvi şəxsiyyət kimi formalaşmalarını qarşımıza məqsəd qoymuşuq. Din sahəsi çox həssas bir istiqamətdir. Din xadimləri müəyyən kütləyə təsiretmə imkanına malikdirlər və əhalinin müəyyən qrupları ilə işləyirlər. Ona görə də onların hazırlığı, müəyyən xüsusiyyətlərə malik olmaları xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, komissiyanın işi olduqca vacibdir. Tələbələri seçərkən qeyd etdiyimiz həmin məqamlara xüsusi diqqət yetiriləcək.
- Yeni qurumun yaradılması, yeni çağırışlar, yeni tələblərin olduğunu da göstərir. İlahiyyat İnstitutunun fəaliyyətinin təşkili ilə bağlı hansı tədbirlər görülür? Tədris prosesinin hazırlanması üçün beynəlxalq təcrübədən istifadə olunacaqmı?
- İnstitutun fəaliyyətə başlanması üçün lazımi bütün addımlar atılır. Ölkəmizdə fəaliyyət göstərən universitetlərlə əməkdaşlıq edir, təcrübələrindən yararlanırıq. Türkiyədə, İranda, Rusiyada, Malayziyada və İndoneziyada və s. ölkələrdə sırf bu sahədə ixtisaslaşmış təhsil müəssisələri mövcuddur. Türkiyənin bir sıra universitetlərində ilahiyyat fakültələri fəaliyyət göstərir. Çünki əhalinin sayı baxımından Türkiyədə bu sahəyə böyük tələbat var. Türkiyənin Diyanət İşlər Başkanlığı da bu işlərə çox ciddi diqqət yetirir. Türkiyə ilə yanaşı, Avropanın, Amerikanın müxtəlif universitetlərində də bu ixtisaslar üzrə təhsil verilir. Əlbəttə, biz bu dövlətlərin təcrübəsindən də faydalanacağıq.
Ümumiyyətlə, din bu gün dünyada ən həssas məsələlərdəndir. Hər hansı bir dövləti qarışdırmaq, təhlükəsizliyinə xələl gətirmək üçün din amilindən müasir dünyada istifadə olunur. Bu gün biz Yaxın Şərqdə görürük ki, müxtəlif dini təriqətlər, cərəyanlar yaranır. Bunlar arasındakı ixtilaflar, fikir ayrılıqları sonda münaqişələrə gətirib çıxarır. Bu baxımdan bu sahənin dövlət nəzarətində olması vacibdir. Əsas hədəflərdən biri də odur ki, yetişdirdiyimiz şəxslərdə dövlətçilik mövqeyi, Vətənə bağlılıq, sevgi olmalıdır. Eyni zamanda, dini kimlik milli kimlikdən üstün olmamalıdır.
- Tədris prosesinə xarici mütəxəssislər cəlb olunacaq?
- Dünyada xaricdən bir semestrlik, yaxud birillik xarici mütəxəssislərin cəlb olunması təcrübəsi mövcuddur. Bizim də belə planlarımız var. Hazırda bütün ixtisaslar üzrə müəllimləri toplamışıq. Gələcəkdə xarici təhsil müəssisələri ilə həm müəllim, həm də tələbə mübadiləsini həyata keçirməyi nəzərdə tutmuşuq. Bu gün elə azərbaycanlı ilahiyyatçılar var ki, onlar Türkiyədə yaşayır və bu ölkənin oradakı təhsil müəssisələrində çalışırlar. Avropada işləyən, Amerikaya köçən mütəxəssislərimiz də var. Fəaliyyətimizdə beynəlxalq əlaqələr prioritet istiqamət olacaq. Bu gün Oksford Universitetində və Kembric Universitetində belə İslamla bağlı tədqiqatlar aparılır. Biz həmin mütəxəssislərlə mütləq əməkdaşlıq quracağıq. Onlar tədris prosesində, bizim konfranslarımızda iştirak edə bilərlər. Bir sözlə, xarici mütəxəssislərlə mütəmadi və sıx şəkildə işləməyi nəzərdə tutmuşuq. Təcrübə mübadiləsi olduqca vacib məsələdir. Onu da deyim ki, bu institut yaradılandan sonra xaricdən bizə yetərincə müraciətlər də daxil olub. Vaxtilə Azərbaycandan xaricə köçüb, indi gəlib burada işləmək istəyən və əməkdaşlıq etmək istəyənlər çoxluq təşkil edir.
- İnstitutda hansı dünyəvi fənlər tədris olunacaq?
- Hesab edirik ki, tələbələrimiz tarixi, ədəbiyyatı, incəsənəti, informatikanı, fəlsəfəni və xarici dilləri mütləq yaxşı bilməlidirlər. Tələbələrə ərəb, ingilis, rus və fars dillərini yaxşı öyrətmək hədəflərimizdəndir. Bunların bir hissəsi tədris prosesində, bir hissəsi isə əlavə kurslarda öyrədiləcək. Sosiologiya, psixologiya, fəlsəfə və şəraitdən asılı olaraq digər dünyəvi fənləri də tədris etməyi düşünürük. İnstitutu bitirənlər dini yaxşı bilməklə yanaşı, dünyəvi fənləri də dərindən mənimsəməlidirlər.
- Qeyd etdiyiniz kimi, bir sıra Şərq ölkələrində münaqişələr baş verir. Ölkəmizdə dini radikalizm, ekstremizmlə mübarizə yüksək səviyyədə aparılır. Bəs institut dini radikalizmlə mübarizə ilə bağlı hansı işləri görməyi düşünür?
- Azərbaycanda tarixən müxtəlif millətlərin və dinlərin nümayəndələrinin əmin-amanlıq şəraitində yaşadığını görürük. 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi ölkəmizin milli mənəvi dəyərlərə bu gün də sadiq qalmasının göstəricisidir. Respublikamızda dövlət-din münasibətlərinin tənzimlənməsi, eləcə də cəmiyyətimizdə radikalizm meyillərinin qarşısının alınması sahəsində dövlətimiz tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Əsasını Ulu öndər Heydər Əliyevin qoyduğu, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən müvəffəqiyyətlə davam etdirilən dövlət-din münasibətlərinin Azərbaycan modeli dünyada bu sahədə nümunəvi modellərdən biridir. Din və dövlətin qarşılıqlı əməkdaşlığına əsaslanan bu modeldə dinə, dindarlara və dini dəyərlərə qayğı xüsusi yer tutur. Məhz bu qayğının nəticəsində çox sayda məscid və ziyarətgahlar dövlət vəsaiti hesabına inşa və ya təmir edilir, din xadimləri və dini icmalara maddi yardım göstərilir. Din və terrorizm bir-birinə zidd anlayışdır. Radikal, ekstremist qruplaşmaların törətdikləri münaqişələr və qarşıdurmalar İslam dininə xələl gətirir. Bununla da onlar İslamı terroru dəstəkləyən din kimi qələmə verilməsinə zəmin yaradırlar. Radikalların öz əməllərini din pərdəsi altında gizləməsi yolverilməz olmaqla yanaşı, dinimizin əsas prinsiplərinə də ziddir. İlahiyyatçı alimlər olaraq inanclı insanları dini duyğuları istismar edən, sabitlik və əmin-amanlıq adası olan ölkəmizi xaosa sürükləmək istəyən belə qruplara qarşı mübarizə aparmalıyıq. Əvvəl də qeyd etdiyim kimi, yetişdirdiyimiz şəxslərdə dövlətçilik mövqeyi, Vətənə bağlılıq olmalıdır. Eyni zamanda, dini kimlik milli kimlikdən üstün olmamalıdır. Bütün ölkə vətəndaşları dövlətimiz ətrafında sıx birləşməlidir.

 
  • Oxunub:  4380  |  
  • Tarix:  27-07-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Ötən 24 ildə “Əsrin müqaviləsi” Azərbaycanın dinamik inkişafının əsas mənbəyi rolunda çıxış edib

10:16
21 Sentyabr
Azərbaycan 2020-ci ildə Enerji Xartiyası Konfransına sədrlik edəcək
10:14
21 Sentyabr
Almatıda Qazaxıstan-Azərbaycan turizm forumu keçirilib
10:12
21 Sentyabr
Bakıda cüdo üzrə dünya çempionatı davam edir
10:01
21 Sentyabr
Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirilir
09:27
21 Sentyabr
Növbəti tədbir “Əsrin müqaviləsi Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir" adlanıb
09:24
21 Sentyabr
Azərbaycan nümayəndə heyəti Qərbi Çin Beynəlxalq Sərgisində iştirak edib
20:22
20 Sentyabr
Səccad Kərim: Azərbaycanda mövcud olan birgəyaşayış modeli bir çox ölkələr üçün nümunədir
20:04
20 Sentyabr
Nikol Paşinyanın Paris yalvarışları və növbəti böhtanları: erməni baş nazir öz ampluasında
20:00
20 Sentyabr
Azərbaycan-Vyetnam münasibətləri zəngin ənənələrə malikdir
19:51
20 Sentyabr
Gəncədə qanvermə aksiyasında 540 nəfər könüllü qan verib
19:48
20 Sentyabr
“ASAN xidmət”in fəaliyyəti Fransa mətbuatında
19:46
20 Sentyabr
Azərbaycan ilə Qətər arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı müzakirə olunub
19:43
20 Sentyabr
İndiyədək TANAP-la Türkiyəyə 200 milyon kubmetrədək “Şahdəniz” qazı nəql olunub
19:41
20 Sentyabr
İordaniyanın “Ər-Ray” dövlət qəzeti Qarabağ məsələsində Türkiyənin Azərbaycana dəstəyindən yazır
19:07
20 Sentyabr
Azərbaycan Milli Məclisi ilə NATO Parlament Assambleyası arasında sıx əlaqələr mövcuddur
19:06
20 Sentyabr
Azərbaycan-Pakistan təhsil əlaqələrinin geniş perspektivləri var
18:29
20 Sentyabr
Belarus parlamenti Nümayəndələr Palatasının sədri Azərbaycanda səfərdədir
18:26
20 Sentyabr
“İki sahil” Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb
18:14
20 Sentyabr
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə öz xarici ticarət yüklərinin daşınma həcminin artırılmasında maraqlıdır
18:01
20 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
18:00
20 Sentyabr
Milli Məclisdə Hindistan parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib
17:55
20 Sentyabr
Rektor: Dövlət Pedaqoji Universiteti bu günədək 150 mindən çox pedaqoji kadr hazırlayıb
17:54
20 Sentyabr
Xələf Xələfov: Azərbaycan Ermənistan rəhbərliyini sələflərinin səhvini təkrarlamamağa çağırır
17:50
20 Sentyabr
XİN: Cəbhə bölgəsində yaranmış gərginliyin bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür
17:49
20 Sentyabr
Genişmiqyaslı təlimlərdə gündüz vaxtı döyüş atışları keçirilib
17:47
20 Sentyabr
ABŞ Dövlət Departamenti: Azərbaycan 2017-ci ildə terrorçuluqla mübarizədə Birləşmiş Ştatların güclü tərəfdaşı olub
17:46
20 Sentyabr
Bu gün Azərbaycan gəncliyində vətənpərvərlik ruhu çox yüksəkdir
17:43
20 Sentyabr
Birinci vitse-prezident Mehriban Əliyeva NATO baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
17:40
20 Sentyabr
Azərbaycan-Pakistan əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
17:36
20 Sentyabr
Naxçıvanda Aşura mərasimləri keçirilib
17:24
20 Sentyabr
Prezident İlham Əliyev NATO baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
17:22
20 Sentyabr
Prezident İlham Əliyev bir sıra ölkələrin parlament rəhbərlərini qəbul edib
17:09
20 Sentyabr
Pakistan Senatının sədri Milli Məclisdə olub
17:05
20 Sentyabr
Ağcabədidə Aşura günündə hemofiliyalı və talassemiyalı xəstələr üçün qan verilib
16:57
20 Sentyabr
Van Çunqan: Azərbaycanın iqtisadiyyatı qarşılıqlı investisiya qoyuluşları üçün əlverişlidir
16:53
20 Sentyabr
AMEA-nın prezidenti Akif Əlizadə Belarusda medalla təltif edilib
16:49
20 Sentyabr
Azərbaycanın Milli Olimpiya Komitəsinin nümayəndəsi Madriddə beynəlxalq marketinq seminarında iştirak edib
16:44
20 Sentyabr
Dövlət İdarəçilik Akademiyasında ilk mühazirə “Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi”ndə dinlənilib
16:39
20 Sentyabr
Aşura günü Qubada keçirilən humanitar aksiyada 100-dən çox könüllü qan verib
16:29
20 Sentyabr
Fəxri xiyabanda görkəmli alim Rəfiqə Əliyevanın xatirəsi anılıb
16:27
20 Sentyabr
Professor Oleq Kuznetsov: SSRİ DTK da daşnakları təhlükəli hesab edib
16:22
20 Sentyabr
Qırğızıstan Joqorku Keneşinin sədri TÜRKPA Katibliyində olub
16:18
20 Sentyabr
UNEC yeni tədris ilinə yüksək keyfiyyət göstəriciləri ilə start verib
16:07
20 Sentyabr
Qurban Qurbanov: “Futbolçular meydanda əlindən gələni edəcək”
15:49
20 Sentyabr
Bu gün “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq
15:44
20 Sentyabr
Ağsuda keçirilən qanvermə aksiyasında 70 litrədək qan toplanıb
15:38
20 Sentyabr
Aşura günündə Bərdə və Beyləqanda 150 nəfər könüllü qan verib
15:26
20 Sentyabr
Varşavada Avropa Xəbər Agentlikləri Alyansının növbəti konfransı keçirilir
15:22
20 Sentyabr
Suveren Fondların Beynəlxalq Forumunun XII illik yığıncağı Bakıda keçiriləcək
15:07
20 Sentyabr
ATƏT-in İnsan Ölçüsü üzrə illik görüşündə Ermənistanın təcavüzkar siyasətindən danışılıb
15:05
20 Sentyabr
Azərbaycanda Çinlə birgə elektron ticarət platformasının yaradılması təklif olunub
14:45
20 Sentyabr
Kiyevdəki Azərbaycan Ticarət Evi məhsullarımızın Ukrayna bazarında satışı üçün sertifikat və lisenziya alıb
14:42
20 Sentyabr
Bolqarıstan Azərbaycanın həyata keçirdiyi qlobal layihələrə böyük maraq göstərir
14:41
20 Sentyabr
Azərbaycanda kiçik və orta biznes evləri yaradılacaq
14:32
20 Sentyabr
Qida Təhlükəsizliyi Agentliyi uşaq qidaları ilə bağlı maarifləndirici məlumat yayıb
14:30
20 Sentyabr
Dövlət Aqrar Ticarət Şirkəti Cocuq Mərcanlıda fermerlərin yetişdirdiyi məhsulu satın alıb
14:25
20 Sentyabr
Tsveta Karayançeva: Bolqarıstan-Azərbaycan əlaqələri inkişaf edir
14:22
20 Sentyabr
İsmayıllıda Heydər Əliyev İdarəetmə Məktəbinin növbəti məşğələsi keçirilib
14:20
20 Sentyabr
Cüdoçumuz Aişə Qurbanlı dünya çempionatında mübarizəni dayandırıb
14:18
20 Sentyabr
Sudan Milli Assambleyası sədrinin Azərbaycana səfəri başlayıb
14:16
20 Sentyabr
Milli Məclisdə Azərbaycan-Qırğızıstan ikitərəfli münasibətləri müzakirə olunub
14:15
20 Sentyabr
Bakı Dövlət Universitetində görkəmli alim Rəfiqə Əliyevanın xatirəsi anılıb
14:12
20 Sentyabr
Kamran Nəbizadə: Ulu öndər Heydər Əliyevin şah əsəri olan “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına böyük yol açdı
12:59
20 Sentyabr
Dövlət Gömrük Komitəsinin 3 500 əməkdaşı attestasiyadan keçiriləcək
12:45
20 Sentyabr
Pambığın alış qiymətinin artırılması fermerlər üçün 12-13 milyon manat əlavə qazanc deməkdir
12:43
20 Sentyabr
Kəramət Hüseynov rusiyalı Olimpiya çempionuna ipponla qalib gəlib
12:35
20 Sentyabr
Naxçıvanda “Avropa günləri” keçiriləcək
12:32
20 Sentyabr
Bakıda Əfqanıstan üzrə NATO proqramının məzunlarına sertifikatlar təqdim edilib
12:31
20 Sentyabr
Heydər Əliyev Fondu və BP birgə layihələrin icrasına dair əməkdaşlıq memorandumu imzalayıb
12:13
20 Sentyabr
"Bakı-2018": Orxan Səfərov uğurlu çıxışını davam etdirir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+25 +28
gecə+17 +20