Ana səhifə »  Müsahibə »  Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması regionumuz və ölkəmiz üçün mühüm addımdır
A+   Yenilə  A-
Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması regionumuz və ölkəmiz üçün mühüm addımdır

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfovun AZƏRTAC-a məxsusi müsahibəsi
Xarici işlər nazirinin müavini Xələf Xələfov AZƏRTAC-a müsahibəsində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın tarixi əhəmiyyətindən danışıb və sənədin əsas müddəalarını şərh edib. Müsahibəni təqdim edirik.
- Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya ölkəmiz üçün mühüm və tarixi əhəmiyyət kəsb edən sənəddir. Bu barədə sizin fikirlərinizi bilmək istərdik.
- Əlbəttə, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması regionumuz və ölkəmiz üçün mühüm addımdır. Bildiyiniz kimi, region xalqları əsrlər boyu Xəzər dənizindən və onun resurslarından yararlansalar da, bu dənizin hüquqi statusunu tənzimləyəcək sənəd bu günədək mövcud olmamışdı. Rusiya ilə İran arasında 1921-ci il tarixli və SSRİ ilə İran arasında 1940-cı il tarixli sazişlər yalnız dənizdə gəmiçilik və balıqçılıq məsələlərini tənzimləməklə məhdudlaşırdı. Məhz bu səbəbdən 2018-ci il avqustun 12-də Aktauda V zirvə toplantısında dövlət başçıları tərəfindən imzalanmış Konvensiya ilk dəfə Xəzər dənizinin hüquqi statusunu müəyyən edərək, sahilyanı dövlətlərin dənizə münasibətdə hüquq və öhdəliklərini təsbit edir. Zirvə toplantısında çıxışı zamanı dövlətimizin başçısı tərəfindən qeyd edildiyi kimi, Konvensiya Xəzər dənizində hərtərəfli hüquqi rejimi müəyyənləşdirir. Eyni zamanda, bu sənəd fundamental hüquqi baza rolunu oynamaqla, sahilyanı dövlətlər arasında sahəvi əməkdaşlıq üçün çərçivə formalaşdırır və onlar arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Bu baxımdan, sənəd ölkəmizin müstəqilliyinə və Xəzər dənizində suveren hüquqlarının təsbitinə əhəmiyyətli dərəcədə töhfə verir. Onu da əlavə edim ki, bu Konvensiyanın imzalanması BMT-nin baş katibi daxil olmaqla, bütün beynəlxalq ictimaiyyət və dünya mediası tərəfindən çoxtərəfli diplomatiyanın təntənəsi kimi qiymətləndirilib.
- Azərbaycanın Xəzər dənizinin hüquqi statusunun müəyyən olunması istiqamətində aparılan uzunmüddətli və müxtəlifsəviyyəli danışıqlara və onların nəticələrinə töhfəsi nələrdən ibarət olub?
- Dövlətimizin başçısının Zirvə toplantısında çıxışı zamanı qeyd etdiyi kimi, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması tarixi bir hadisədir. Xəzər dənizinin hüquqi statusunun müəyyən olunması məsələsi Azərbaycan üçün böyük əhəmiyyət kəsb edirdi və 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə Ulu öndərimiz Heydər Əliyev tərəfindən Xəzər dənizinin statusunun razılaşdırılmasına yönəlmiş qətiyyətli addımlar atılmağa başlandı. Azərbaycan tərəfi bu proses üzrə danışıqların başlanmasından etibarən həm xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilən Xüsusi İşçi Qrupunun iclaslarında, həm xarici işlər nazirlərinin görüşlərində, həm də dövlət başçıları səviyyəsindəki Zirvə toplantılarında fəal və konstruktiv şəkildə iştirak edib.
Qeyd olunmalıdır ki, Xəzərin hüquqi statusuna dair Konvensiyanın ilk konseptual layihəsi məhz Azərbaycan tərəfindən hazırlanıb və tərəflərə təqdim edilib. Bu amil həmin dövrdə danışıqlar predmetinin müəyyən edilməsində müstəsna rol oynayıb. Bundan əlavə, hazırda Konvensiyada öz əksini tapmış Xəzər dənizinin akvatoriyasında sahilyanı dövlətlər üçün müəyyən edilən 15 millik ərazi suları və 10 millik balıqçılıq zonası üzrə razılıq, eləcə də dənizdə tərəflərin əməkdaşlığının əsasını təşkil edən fundamental prinsiplər üzrə razılaşma 2010-cu il noyabrın 18-də Bakıda keçirilmiş Xəzəryanı dövlətlərin üçüncü Zirvə toplantısında əldə olunub. Həmçinin Konvensiyanın ərsəyə gətirilməsi Azərbaycanın ikitərəfli və çoxtərəfli əsasda digər Xəzəryanı ölkələrlə birlikdə Xəzər hövzəsində qarşılıqlı etimada, dostluğa, xoş niyyətə və əməkdaşlığa əsaslanan münasibətlər qurmağa müvəffəq olmasının nəticəsi kimi də qiymətləndirilə bilər.
Ümumilikdə, Konvensiyanın razılaşdırılması Xüsusi İşçi Qrupu çərçivəsində keçirilmiş 52 görüş və növbədənkənar görüşlərin, buna paralel mütəmadi çoxsaylı ikitərəfli məsləhətləşmələrin, xarici işlər nazirlərinin müşavirələrinin və dövlət başçıları səviyyəsində təşkil olunan Zirvə toplantılarında əldə olunmuş geniş konsensusun və tərəflər arasında incə balansın nəzərə alınmasının nəticəsidir. Xəzəryanı dövlətlərin ortaq rəyi budur ki, Xəzər bizi ayıran deyil, birləşdirən məkandır və sərvətdir. Belə ki, sözügedən sənəd hər bir sahilyanı dövlətin iqtisadi və təhlükəsizlik maraqlarının vəhdətini təşkil edir.
Konvensiyanın müddəaları faktiki olaraq, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tətbiq ediləcək.
- Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasının ölkəmizin maraqları və suveren hüquqlarının qorunması baxımından əhəmiyyəti barədə nələri qeyd edərdiniz?
- Bu sənəd ölkəmizin maraqlarına tam cavab verməklə, onun dənizdə həyata keçirdiyi karbohidrogen hasilatı ilə bağlı layihələrinin, eləcə də digər növ təsərrüfat-iqtisadi fəaliyyətlərinin davamlılığını və təhlükəsizliyini təmin edir. Konvensiya bu tip fəaliyyətlərin həyata keçirilməsini nəinki məhdudlaşdırmır, hətta onların daha da genişləndirilməsinə münbit zəmin yaradır.
Konvensiyada dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi təməl prinsiplərdən biri kimi müəyyən olunub.
Sənəddə Xəzər dənizinin dibinin beynəlxalq hüququn norma və prinsipləri nəzərə alınmaqla sektorlara bölünməsi qaydası təsdiq olunur, sektorlarda aparılan təsərrüfat-iqtisadi fəaliyyətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə orada yerləşən təsərrüfat obyektlərinin müvafiq təhlükəsizlik zonalarına malik olduğunu göstərir. Bundan başqa, Konvensiya hər bir dövlət üçün onların suveren və müstəsna hüquqlara malik olduğu ərazi suları və balıqçılıq zonalarını müəyyənləşdirir. Həmçinin Konvensiya Xəzər dənizində gəmiçilik və ticarətin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən dəniz üzgüçülüyünün azadlığı və təhlükəsizliyinin təmin olunması prinsiplərini təsbit edir.
- Konvensiyada Xəzər dənizi regionunun təhlükəsizliyinin və sabitliyinin qorunması baxımından sahilyanı dövlətlər arasında etimad tədbirləri ilə əlaqədar hansı məsələlər öz əksini tapıb?
- Qeyd edilməlidir ki, sahilyanı dövlətlər üçün Xəzər dənizində təhlükəsizlik və sabitliyin qorunub saxlanması məsələsi hər zaman böyük əhəmiyyət kəsb edib. Belə ki, Xəzər dənizi regionundakı əməkdaşlıq tərəflərin qarşılıqlı maraqları, bərabərliyi, bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmət əsasında aparılır. Burada Xəzər dənizinin sülh, mehriban qonşuluq, dostluq və əməkdaşlıq zonasına çevrilməsi, güc işlətməmək və güc işlətməklə hədələməmək, hərbi fəaliyyət sahəsində razılaşdırılmış etimad tədbirlərinə öngörənlik və şəffaflıq ruhunda riayət edilməsi kimi prinsiplər əks olunub. Bununla əlaqədar olaraq, Aktauda baş tutmuş Zirvə toplantısı çərçivəsində dövlət başçıları tərəfindən Xəzər dənizində etimad tədbirlərinin işlənib hazırlanması ilə bağlı razılıq əldə edilib. Etimad quruculuğu tədbirlərinin əsas xəttini hərbi quruculuq sahəsində şəffaflıq, məlumat mübadiləsi və rasionallıq kimi meyarlar təşkil edir.
- Konvensiyada Xəzər dənizində beynəlxalq əməkdaşlıq məsələləri hansı qaydada tənzimlənir?
- Bildiyiniz kimi, Azərbaycan üçün Xəzər dənizində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi hər zaman böyük əhəmiyyət kəsb edib. Bu baxımdan, Konvensiya dənizdə həyata keçirilən layihələrin icrası ilə əlaqədar olaraq Azərbaycanın xarici şirkətlər və korporasiyalarla əməkdaşlığını tanıyır və onun davam etdirilməsinə və genişləndirilməsinə imkan yaradır.
- Konvensiyanın regionda nəqliyyat dəhlizlərinin inkişafı və genişləndirilməsinə verə biləcək töhfələri barədə nə deyə bilərsiniz?
- Xəzər dənizi beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına yönəlmiş bir sıra layihələrdə mühüm rol oynayır. Bu səbəbdən Xəzərin tranzit potensialının həyata keçirilməsinin vacibliyi Konvensiyada da nəzərə alınıb. Belə ki, Konvensiya dəniz üzgüçülüyünün azadlığını müəyyən etməklə, Xəzər dənizindən digər dənizlərə və tranzit ölkənin suveren hüquqları nəzərə alınmaqla dünya okeanına sərbəst çıxış hüququnu, eləcə də tərəflərin limanlarına azad giriş-çıxışını tanıyır.
- Konvensiyada Xəzər dənizinin ətraf mühitinin, eləcə də onun bioloji resurslarının qorunub saxlanmasına yönəlmiş hansı fundamental prinsip və normalar əksini tapıb?
- Artıq uzun müddətdir ki, sahilyanı ölkələr Xəzər dənizinin ətraf mühitinin və bioloji resurslarının qorunması sahəsində əməkdaşlıq edirlər. Bu xüsusda, Xəzərin dəniz ətrafı mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası və onun protokolları, Su bioloji resursların mühafizəsi və səmərəli istifadəsi haqqında Sazişi, habelə Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsinə dair Protokolu qeyd edə bilərik. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya əsasında da tərəflər öz üzərlərinə dənizin ətraf mühitinin qorunmasına dair öhdəlik götürür və onun çirkləndirilməsinə görə məsuliyyət daşıyır. Burada, həmçinin tərəflərin su bioloji resurslar üzrə birgə ehtiyatları və həmin ehtiyatların milli kvotalara bölünməsi barədə qaydalar nəzərdə tutulur.
- Sənəddə tərəflərin Xəzər dənizinin dibi ilə sualtı kabel və boruların çəkilməsi hüququnun həyata keçirilməsi necə həll edilib?
- Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya sahilyanı dövlətlərin dənizin dibi ilə kabel və boru kəmərlərini çəkmək hüququnu tanıyır. Bu zaman belə boru kəmərlərinin keçəcəyi yollar yalnız onun keçəcəyi sektorun məxsus olduğu sahilyanı dövlətlə razılaşdırılır. Eyni zamanda, belə layihələr sahilyanı dövlətlərin tərəfi olduğu ekologiya sahəsində beynəlxalq sənədlərə uyğun olmalıdır. Konvensiyanın bununla bağlı müddəaları Xəzər dənizi regionunda Azərbaycanın da iştirak etdiyi mövcud layihələrin inkişafı və genişləndirilməsində böyük rol oynayacaq və ölkəmiz üçün yeni perspektivlər yaradacaq.
- Konvensiyada Xəzəryanı dövlətlər arasında müxtəlif sahələr üzrə əməkdaşlıq məsələlərinə nə kimi önəm verilir?
- Konvensiya əsasında tərəflər dənizdə beynəlxalq terrorçuluq və onun maliyyələşdirilməsi, silah, narkotik vasitələrin qanunsuz dövriyyəsi, brakonyerliklə mübarizə, dənizlə miqrantların qanunsuz gətirilməsinin, eləcə də digər cinayətlərin qarşısının alınması sahəsində əməkdaşlıq edir. Yeri gəlmişkən, diqqətə çatdırmaq istərdim ki, V Zirvə toplantısı çərçivəsində Xəzər dənizində insidentlərin qarşısının alınması, dənizdə terrorçuluq, mütəşəkkil cinayətkarlıqla mübarizə, sərhəd qurumlarının əməkdaşlığı, həmçinin nəqliyyat və ticari-iqtisadi əməkdaşlıq məsələlərini tənzimləyən müqavilələr də imzalanıb. Bu, bütövlükdə Xəzəryanı dövlətlərin dənizdə təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələlərinə verdiyi önəmin göstəricisidir.
- Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın səmərəli icrası məqsədilə tərəflər arasında nə kimi mexanizmin təsis olunması nəzərdə tutulur?
- Konvensiyanın effektiv yerinə yetirilməsi və Xəzər dənizində əməkdaşlığın müxtəlif aspektlərinin nəzərdən keçirilməsi məqsədilə dövlət başçıları tərəfindən Xarici İşlər nazirliklərinin himayəsi altında xarici işlər nazirlərinin müavinləri/Xəzəryanı dövlətlərin səlahiyyətli nümayəndələri səviyyəsində beştərəfli müntəzəm məsləhətləşmələr mexanizmi yaradılıb. Bu mexanizm Konvensiya ilə bağlı məsələlərin həlli və ondan irəli gələn öhdəliklərin icrasına nəzarəti həyata keçirəcək. Onu da qeyd etmək istərdim ki, müvafiq İşçi Qrupunun ilk iclasının cari ilin payız aylarında Azərbaycanda keçirilməsinə dair razılıq əldə olunub. Hazırda bu qrupun qarşısında qoyulan əsas vəzifə düz çıxış xətlərinin müəyyən metodikasına dair sazişin işlənib hazırlanmasından ibarətdir.
İnanırıq ki, Konvensiya sahilyanı dövlətlər tərəfindən tezliklə ratifikasiya olunacaq.

 
  • Oxunub:  8370  |  
  • Tarix:  15-08-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Milli Məclisdə 2019-cu ilin büdcə zərfinə daxil olan məsələlərin müzakirəsi davam etdirilib

15:45
15 Noyabr
Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 6-ci iclası keçirilib
15:34
15 Noyabr
Bu il ölkədən 201 min tondan çox kimya sənayesi məhsulları ixrac olunub
15:26
15 Noyabr
“Ölkəmizi tanıyaq”: Məktəblilər Qubada ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar
15:23
15 Noyabr
Məlahət İbrahimqızı: Azərbaycan beynəlxalq miqyasda nüfuzunu əhəmiyyətli dərəcədə atrırıb
15:17
15 Noyabr
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 85 illiyi qeyd olunub
15:07
15 Noyabr
Fransada keçirilən İnternet İdarəçilik Forumunda Azərbaycanda innovativ iqtisadiyyatın inkişafından danışılıb
14:43
15 Noyabr
Bakıda “Kulturoloji paradiqmalar və yeniləşən Azərbaycan” mövzusunda beynəlxalq konfrans keçirilir
14:25
15 Noyabr
Milli Məclisdə 2019-cu ilin dövlət büdcəsi ilə bağlı müzakirələr başa çatıb
13:52
15 Noyabr
Bişkekdə MDB-nin iştirakçısı olan dövlətlərin sərhədlərinin təhlükəsizliyinə dair fikir mübadiləsi aparılıb
13:46
15 Noyabr
Los Ancelesdə Azərbaycan-Pakistan-Türkiyə dostluq münasibətlərinə həsr olunmuş tədbir keçirilib
13:36
15 Noyabr
AMEA-nın Geologiya və Geofizika İnstitutunun 80 illik yubileyi qeyd olunub
12:39
15 Noyabr
Bakıda “Caspian Ecology” IX Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi çərçivəsində elmi konfrans işə başlayıb
12:34
15 Noyabr
Baş Qərargah rəisi hərbi oyunların idarəetmə məntəqələrinin fəaliyyətini izləyib
12:30
15 Noyabr
Milli Məclisdə dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi davam etdirilir
12:17
15 Noyabr
Alim Quliyev: İlin sonunadək manatın məzənnəsinin sabitliyi qorunacaq
12:10
15 Noyabr
Bakı Ali Neft Məktəbi və “British Council” təşkilatı əməkdaşlığı genişləndirir
12:04
15 Noyabr
Prezident İlham Əliyev Beynəlxalq Paralimpiya Federasiyasının prezidentini qəbul edib
12:01
15 Noyabr
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Kaliforniyada görüşləri davam edir
11:45
15 Noyabr
Əli Əhmədov: Hədəfimiz odur ki, daha çox qadın sahibkarlığa cəlb olunsun
11:38
15 Noyabr
Hikmət Babaoğlu: “Teoxarus Avropa Parlamenti qarşısında hesabat verməlidir”
11:17
15 Noyabr
Prezident İlham Əliyev Təzəpir məscidinin ətrafında görülən abadlıq-quruculuq işlərinin icra vəziyyəti ilə tanış olub
11:13
15 Noyabr
Çili Azərbaycanda diplomatik nümayəndəlik açmaq barədə qərar qəbul edib
11:08
15 Noyabr
Bakıda “Vəkillərin rolu və müstəqilliyi: müqayisəli perspektivlər” mövzusunda beynəlxalq konfrans işə başlayıb
11:02
15 Noyabr
Heydər Əliyev Fondu şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqların insulin preparatları ilə təmin olunması istiqamətində layihələr həyata keçirib
10:58
15 Noyabr
Bu gün Milli Məclisdə büdcə müzakirələri sona çatacaq
10:41
15 Noyabr
Qırğızıstan Prezidenti Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXI iclasının iştirakçılarını qəbul edib
10:32
15 Noyabr
15 noyabr – Dünya Fəlsəfə Günüdür
10:24
15 Noyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub
10:21
15 Noyabr
Bakıda III Beynəlxalq Bankçılıq Forumu keçirilir
10:16
15 Noyabr
Bakıda Ümumdünya Antidopinq Agentliyinin Təsisçilər Şurasının və İcraiyyə Komitəsinin iclası keçirilir
19:00
14 Noyabr
Slovakiyanın Baş naziri Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri başa çatıb
18:21
14 Noyabr
Siyavuş Novruzov: Hazırda sosial sahədə aparılan islahatlar təqdirəlayiqdir
18:08
14 Noyabr
Nazir: Həyata keçirilən tədbirlər sığorta təminatı sisteminin inkişaf etdirilməsinə və sosial sığorta sisteminin potensialının tam gücləndirilməsinə imkan verəcək
17:58
14 Noyabr
Ağalar Vəliyev: 2019-cu ilin dövlət büdcəsi qarşıda duran mühüm vəzifələrinin layiqincə yerinə yetirilməsinə möhkəm zəmin yaradacaq
17:55
14 Noyabr
Sahil Babayev: Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üçün xərcləri 3 milyard 928 milyon manat proqnozlaşdırılır
17:23
14 Noyabr
Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üçün büdcəsi mövcud qanunvericiliyin tələblərinə uyğun hazırlanıb
17:23
14 Noyabr
Eldar İbrahimov: 2019-cu ilin dövlət büdcəsində kənd təsərrüfatının stimullaşdırılması daha dolğun nəzərə alınıb
17:17
14 Noyabr
Milli Elmlər Akademiyası BMT ilə əlaqələri gücləndirir
17:13
14 Noyabr
İsmayıllıda “Mənəvi dəyərlərimiz azərbaycançılıq ideologiyasının tərkib hissəsidir” mövzusunda seminar-müşavirə keçirilib
17:04
14 Noyabr
Moskvada “Xəzər dialoqu 2018” beynəlxalq iqtisadi forumu keçirilib
16:47
14 Noyabr
Beynəlxalq hüquq və öz müqəddəratını təyinetmə prinsipinin ermənisayaq təfsiri
16:41
14 Noyabr
Gündüz İsmayılov: Xurafat qüsurlu dini təbliğatın nəticəsidir
16:34
14 Noyabr
Azərbaycan və İtaliyanın hərbi-mülki əməkdaşlıq üzrə ekspertlərinin görüşü keçirilib
16:30
14 Noyabr
Bakıda MDB-nin iştirakçısı olan ölkələrin Daxili İşlər nazirliklərinin kadr aparatları rəhbərlərinin iclası işə başlayıb
16:28
14 Noyabr
Endryu Parsons: Azərbaycanda idmana və paralimpiya hərəkatına olan münasibət təqdirəlayiqdir
16:26
14 Noyabr
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
16:19
14 Noyabr
AMEA-da "Türkologiya" jurnalının fəaliyyətinə dair məruzə dinlənilib
16:04
14 Noyabr
Nazir: İnsanların sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi ölkə rəhbərliyinin diqqət mərkəzindədir
15:51
14 Noyabr
Bəhruz Quliyev: Eleni Teoxarus Avropa dəyərlərini ekstremizm və separatizmlə əvəzləmiş katalizatordur
15:28
14 Noyabr
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə bir sıra görüşlər keçirib
15:00
14 Noyabr
Türkmənistandan enerjidaşıyıcıların dünya bazarlarına çatdırılması üçün yeni marşrutlar yaradılır
14:58
14 Noyabr
Hərbi birliklər komanda-qərargah hərb oyunları çərçivəsində qarşıya qoyulan vəzifələri icra edirlər
14:28
14 Noyabr
Azərbaycan məhsullarının ixracı genişlənir
14:09
14 Noyabr
Azərbaycanın və Slovakiyanın Baş nazirləri birgə işçi nahar ediblər
13:55
14 Noyabr
Slovakiya nümayəndə heyəti Səngəçal terminalında olub
13:47
14 Noyabr
Milli Məclisdə “2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda təsdiq edilib
13:41
14 Noyabr
Doqquz ayda Azərbaycandan şərab məhsullarının ixracı 43 faizdən çox artıb
13:36
14 Noyabr
Gələn il Pekində Azərbaycan Ticarət Evinin açılması planlaşdırılır
13:31
14 Noyabr
Rəşad Mahmudov: Səhiyyə xərcləri üçün vəsaitin çox ayrılması inkişafa öz real təsirini göstərəcək
12:50
14 Noyabr
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
12:13
14 Noyabr
İlin sonunadək 3 ölkəyə ixrac missiyası təşkil olunacaq
12:09
14 Noyabr
Azərbaycan ilk dəfədir ki, bir beynəlxalq qurum daxilində iki müxtəlif vəzifəyə seçkilərin hər ikisində qalib gəlib
12:01
14 Noyabr
Doqquz ayda Azərbaycandan ixrac olunan məhsulların çeşidi 2753-ə çatıb
12:00
14 Noyabr
Muxtar Babayev: Yaxın zamanlarda ekoloji vəziyyət böyük dərəcədə yaxşılaşdırılacaq
11:55
14 Noyabr
Milli Məclisin bugünki iclasında büdcə müzakirələri davam edəcək
11:53
14 Noyabr
Slovakiyalı qonaqlar Qobustan Qoruğundan xoş təəssüratla ayrılıblar
11:42
14 Noyabr
Prezident İlham Əliyev Belarusun Azərbaycandakı səfirini qəbul edib
11:22
14 Noyabr
Yasamal rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Gəncəyə yola düşüblər
11:20
14 Noyabr
Ağdam məktəblilərini Quba-Qusar-Xaçmaz bölgəsində maraqlı ekskursiya gözləyir
11:17
14 Noyabr
Komanda-qərargah hərb oyunlarının növbəti mərhələsi ilə bağlı dinləmə keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+10 +13
gecə+6 +9