Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / "Biz Türkiyənin Azərbaycanı itirməsinə göz yuma bilmərik"

"Biz Türkiyənin Azərbaycanı itirməsinə göz yuma bilmərik"

20.10.2009 [02:32]

Canan Aritman: Azərbaycan Türkiyə üçün Qafqaz və Orta Asiyaya açılan bir qapıdır, etibarlı bir tərəfdaşdır
Müsahibimiz Türkiyə Böyük Millət Məclisinin üzvü, Cümhuriyyət Xalq Partiyasının beynəlxalq əlaqələr komissiyasının sədri Canan Aritmandır:
- Canan xanım, son günlərdə iki qardaş ölkə olan Azərbaycanla Türkiyə arasında yaşananlara münasibətinizi öyrənmək istərdik. İstərsəniz, söhbətimizə elə Bursadan, Türkiyə - Ermənistan futbol matçında Azərbaycan bayrağına qarşı nümayiş etdirilən hörmətsizlikdən başlayaq...
- Tam əminliklə söyləyə bilərəm ki, Türkiyəni idarə edən Ədalət və İnkişaf Partiyası (AKP) rəhbərləri milli maraqları düşünmür. Onlar Ermənistanı məmnun etmək üçün qardaş Azərbaycan xalqını üzməkdən belə çəkinmədilər. Azərbaycan bayrağı, eləcə də Şimali Kipr Türk Cümhuriyyətinin bayrağı bir türk millətinin bayrağıdır. Bu bayraqlar on minlərlə şəhidin canı və qanı bahasına sahib olunan, havaya qaldırılan bayraqlardır. Bunlar türk millətinin şərəfidir, namusudur. Amma, AKP iqtidarı FİFA-nın əli ilə Azərbaycan bayrağının meydanda dalğalanmasını yasaqlaya bildi.
Təəssüflər olsun ki, iqtidarın göstərişi ilə həmin bayraqlar polislər tərəfindən zorla əllərdən alınaraq qutulara yığıldı. Başqa sözlə, TüRKüN bayrağı türk millətinin əlindən alındı. Bu, heç cür qəbul edilə bilməz. Belə iqtidara yazıqlar olsun.
ümumiyyətlə götürsək, son vaxtlar Türkiyə çox zor və sıxıntılı günlər keçirir. ölkəmizdə son günlərdə yaşanan hadisələr türk millətini və türk xalqını son dərəcə üzməkdədir. Əslində türk milləti bunları qəbul etmək istəmir. Ermənistanla imzalanan protokollar ölkədə, xalqda böyük bir kədərə və nifrətə səbəb olub.
Cümhuriyyət Xalq Partiyası (CXP) olaraq, Ermənistanla belə bir protokolun imzalanmaması üçün dəfələrlə hökumətə müraciət etmişdik, belə bir addımın atılmasının yanlış olduğunu söyləmişdik. Hətta demişdik ki, əgər belə bir addım atsanız, o zaman şərt irəli sürün - Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etməyincə, qaçqın və məcburi köçkünlər öz doğma yurdlarına geri dönməyincə heç bir sərhədin açılmasından söhbət gedə bilməz. Bunu CXP lideri Dəniz Baykal başda olmaqla partiyanın rəhbər şəxsləri ölkənin bütün bölgələrində keçirilən görüşlərdə xalqa da anlatmışdılar. Bu məsələ ilə bağlı Baş nazir Rəcəb Tayyib Ərdoğana və xarici işlər nazirinə ayrıca müraciət də ünvanlamışdıq. Müraciətdə hökumətin bu protokolu imzalamasının yanlış bir addım, xəta olduğunu ifadə etmişdik. Amma, çox təəssüflər olsun ki, hökumət bizim müraciətlərimizə baxmayaraq, xarici qüvvələrin təzyiqləri altında belə bir addım atdı-Ermənistanla həmin protokolları imzaladı. Bilirsiniz nə üçün? çünki, bu gün Türkiyə milli hisləri olmayan bir iqtidar tərəfindən idarə olunmaqdadır və bunun nəticəsi olaraq TüRK milləti böyük itkilərlə üzləşməkdədir.
Bu gün hökumət “qonşularımızla sıfır problemi” şüarını əldə bayraq edərək Ermənistanla sərhədləri açmağa hazırlaşır. Lakin bir şeyi unudur ki, “qonşu ilə yaxşı münasibətlər quraq” deyərkən, biz can və qan qardaşımız olan Azərbaycanı üzməməliydik. Təəssüflər olsun ki, bu baş verdi və türk vətəndaşlarını, bütün türk xalqını üzən fövqəladə bir hadisə oldu.
- Canan xanım, sabah, oktyabrın 21-də Türkiyə Böyük Millət Məclisində (TBMM) həmin sənədin müzakirə olunması gözlənilir. Parlamentdə təmsil olunan müxalifət partiyaları bu sənədin ratifikasiya edilməməsi üçün müqavimət göstərə biləcəkmi?
- İsveçrədə baş tutan imzalanma mərasimindən sonra xarici işlər naziri Əhməd Davudoğlu CXP-nin rəhbəri Dəniz Baykalı ziyarət etdi, görüşdə imzalanmış sənədlər ətrafında müzakirələr aparıldı. Partiyamızın lideri bildirdi ki, Türkiyə ilə Ermənistan arasında bir çox məsələlər üzrə anlaşılmazlıqlar var. Bu ölkənin Türkiyəyə qarşı əsassız “soyqırımı” iddiasını, sərhəd məsələsini, Ermənistanın dövlət atributunda-gerbində Türkiyə ərazisindəki Ağrı dağının təsvir olunmasını, ölkə Konstitusiyasında Türkiyənin şərq vilayətlərinin Ermənistan ərazisi kimi göstərilməsini bir kənara qoysaq belə, Ermənistanla olan dövlət sərhədimiz bu ölkə tərəfindən qardaş Azərbaycanın torpaqlarının işğal edilməsindən sonra qapadılıb. Bu işğalın nəticələri aradan qaldırılmayınca Ermənistanla olan sərhədlər açıla bilməz. Bu məsələ Türkiyənin danışıqlar prosesində əsas şərti olmalı və bu maddə mütləq protokolda öz əksini tapmalı idi. Həmin maddənin qeyd olunmadığı protokolu Türkiyə hökuməti imzalamamalı idi. Nə yazıq ki, hökumət bu protokolu imzalamadan öncə deyil, sənəd imzalandıqdan sonra müxalifət lilderləri ilə görüşmək, onların fikirlərini öyrənmək qərarına gəldi. Bu isə AKP iqtidarının əsl mahiyyətini bir daha ortaya qoymuş oldu.
Sabah TBMM-də xarici işlər naziri Əhməd Davudoğlu həmin imzalanmış protokolu Məclis üzvlərinin diqqətinə təqdim edəcək. Bunu hansı üzlə anlatacaqdır - düzü bunu hələ də maraq edirəm. Təbii ki, parlamentdəki müxalifət partiyalarının təmsilçiləri də hökumətin bu addımına lazımi cavab verəcək.
Əgər İsveçrədə protokolların imza törəninə diqqət etmisinizsə, demək orada mənfur bir tablonun siz də şahidisiniz. Orada Türkiyə ilə Ermənistan arasındakı görüşə ev sahibliyi edən İsveçrədən başqa, Rusiya, ABŞ, Fransanın da xarici işlər nazirləri, eləcə də Avropa İttifaqının rəsmisi iştirak edirdilər. Onların bir qismi vaxtı ilə Osmanlı Türkiyəsini işğal etmiş güclərdir. İmzalanma mərasimində necə də sevinirdilər- bir-birinə sarılıb qucaqlaşırdılar, bir-birini təbrik edirdilər. İnanın ki, həmin anda televiziyaların qarşısında oturan 70 milyon türk millətinin içi qan ağlayırdı.
Amma əminliklə bildiririk ki, AKP iqtidarının belə rəzil hərəkətinə baxmayaraq, Ermənistanla Türkiyə arasındakı dövlət sərhədinin açılmaması üçün bütün gücümüzlə müxalifətçilik mövqeyimizi nümayiş etdirəcəyik.
- Baş nazir Rəcəb Tayyib Ərdoğan Bakıda Milli Məclisdə çıxışı zamanı qeyd etmişdi ki, Dağlıq Qarabağın işğalına son qoyulmayınca Türkiyə Ermənistanla olan dövlət sərhədlərini açmayacaq...
- Türk xalqı Baş nazirə heç vaxt güvənməyib. çünki AKP hakimiyyətə gələrkən xalqa bir çox vəd vermişdi. Amma nə yazıq ki, onların heç birini yerinə yetirməyib. Bu partiya 7 ildir hakimiyyətdədir və nəticə göz qabağındadır. Xalqın rifah halının yaxşılaşdırılması, yoxsulluğun və işsizliyin azaldılması istiqamətində konkret addımlar atılmayıb və bunların heç belə bir niyyətləri də yoxdur. Odur ki, Azərbaycan xalqından çox böyük bir ricam var. AKP iqtidarının hərəkətlərinə, atdığı yanlış addımlara görə türk xalqından, türkiyəlilərdən inciməsinlər. Hökumət xaric, türk millətinin heç bir fərdi azərbaycanlı bacı və qardaşlarımızın incidilməsini, üzülməsini istəməz və heç vaxt istəməyəcək. Ermənistanla imzalanan protokolları da heç vaxt təqdir etməyəcək. çünki hökumətlər, iqtidarlar gəldi-gedərdir, millətlər, xalqlar isə əbədidir. Azərbaycan və Türkiyə xalqı - bunlar iki müxtəlif ərazidə, dövlətdə yaşayan eyni bir millətdir və heç bir güc, heç bir zaman bizi bir-birimizdən ayıra bilməyəcək. Baxın, Azərbaycan xalqı bizim eyni dini və mədəniyyəti paylaşdığımız, eyni dili danışdığımız, eyni soy-kökə malik olan qardaşımızdır. ümummilli lider Heydər Əliyevin dediyi kimi, biz “bir millət-iki dövlət”ik. CXP-nin qurucusu olmuş Mustafa Kamal Atatürk isə demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. Biz CXP olaraq, Atatürkün vəsiyyətinə uyğun şəkildə bu günədək Azərbaycana qarşı eyni siyasəti davam etdiririk.
Bundan əlavə, Türkiyənin mənafeləri baxımından Azərbaycan bizim üçün çox önəmli bir ölkədir. Malik olduğu enerji ehtiyatları bir yana, Azərbaycan Türkiyə üçün Qafqaz və Orta Asiyaya açılan bir qapıdır, etibarlı bir tərəfdaşdır. Nə olursa-olsun, Azərbaycan bizim üçün əsla qurban verilə bilməyəcək bir ölkədir. AKP iqtidarı isə bütün bunlardan - Azərbaycanın malik olduğu enerji ehtiyatlarından, Türkiyə üçün necə strateji önəmi olmasından vaz keçərək, 1,5 milyon xalqı və faktiki olaraq heç bir təbii ehtiyata malik olmayan, iqtisadi tənəzzül içində çabalayan kiçik Ermənistan üçün özünü fəda edib. Hökuməti idarə edənlər bu tabloya geniş düşüncə ilə baxmalıdırlar. Ermənistanla sərhədlərin açılmasının Türkiyə üçün nə faydası olacaq? Ermənistanla əlaqələrimiz olsa nə qazanacağıq, yaxud olmasa nə itirəcəyik? Amma Azərbaycanı itirmək Türkiyəyə çox baha başa gələcək.
Bu gün qlobal güclər AKP hökumətinə Ermənistanla sərhədləri açmağı və diplomatik əlaqələr qurmağı diqtə etməkdədir. Bunu nədən edirlər? çünki Ermənistanı iqtisadi, strateji baxımdan gücləndirmək istəyirlər. Ermənistanı Qərbə bağlamaq istəyirlər. Nə yazıq ki, nəticə etibarı ilə, dolayısı ilə Azərbaycanı yenidən Rusiyadan asılı vəziyyətə gətirmək istəyirlər. Onların məqsədləri budur. Diqqət edin, qarşıdakı illərdə enerji dəhlizlərinin Ermənistandan keçirilməsi planlaşdırılır. Beynəlxalq nəqliyyat dəhlizlərinin- dəmir yolunun, avtomobil yollarının Ermənistandan keçməsinə çalışırlar. Həmin güclər üçün Ermənistan çox önəmli bir ölkədir.
ötən ilin yayında Rusiya-Gürcüstan münaqişəsindən sonra Ermənistan son dərəcə küncə sıxılmış bir halda idi. Türkiyə Ermənistanın Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılması üçün çox önəmli bir məqam yaxalamışdı. Ermənistan üçün, sadəcə, “bir nəfəs borusu” qalmışdı. Daha ağıllı tərpənib, bu məqamı yaxalamaq, Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə nail olmaq əvəzinə Türkiyə iqtidarı tam tərs bir addım atdı. Bu da nəticəsi. Təbii, sərhədlər açıldıqdan sonra Ermənistanın əl-qol atmağa imkanları daha da çoxalacaq və Dağlıq Qarabağın erməni işğalından azad edilməsi mümkün olmayacaq, bu, bir röya olaraq qalacaq. Etiraf edim ki, bunlar bizim üçün son dərəcə üzücü hadisələrdir. Nə yazıq ki, Türkiyə iqtidarı Ermənistanı qazanmaq üçün Azərbaycanı itirməyi belə göz ardına alıb. Bu, vətənə və türk millətinə qarşı bir xəyanətdir. İqtidarın atmış olduğu addım qəbul edilə bilməyən bir xəyanətdir.
Bu iqtidarın mahiyyətini bir qədər də açmaq istəyirəm. ötən həftə Azərbaycandan olan bir qrup millət vəkili Türkiyədə idi. Səfər zamanı onlar CXP-ni də ziyarət etdilər, səmimi görüşlərimiz oldu. Görüşdə MHP-dən olan həmkarlarımız da var idi. Söhbət əsasında gördüyüm tablo məni həm sevindirdi, həm də üzdü. Sevindirdi ona görə ki, biz Azərbaycandan olan bacı-qardaşlarımızla bütün məsələlərdə eyni fikirləri paylaşırdıq. üzdü ona görə ki, iqtidar partiyasının təmsilçiləri bu görüşə qatılmadılar.
- Baş verənlərin Türkiyənin siyasi həyatına hansısa təsiri ola bilərmi?
- Hesab edirəm ki, hadisələrin inkişafı Türkiyədə erkən parlament seçkilərinin keçirilməsi ilə nəticələnəcək. çünki, AKP Türkiyənin, dəyərini, düzənini pozdu, dövləti anormallaşdırdı. Bir tərəfdən demokratik açılım, digər tərəfdən erməni açılımı, ölkədəki iqtisadi geriləmələr, işsizliyin və yoxsulluğun artması, sosial ədalətsizlik- başqa sözlə, Türkiyədə hara baxsan bir geriləmə, üzüntü müşahidə edilməkdədir. Bu prosesə “DUR!” deməyin artıq vaxtı çatıb.
- Bəs Türkiyə mətbuatı bu məsələdə hansı mövqe nümayiş etdirir?
- çox təəssüflər olsun ki, AKP çox geniş mədhiyyəçi media şəbəkəsinə malikdir. Günlərdir, Ermənistanla protokollar imzalandıqdan sonra iqtidaryönlü KİV-lər xalqa bir bayram havası sırımaqdadırlar. Amma, onlardan fərqli olaraq, həm Azərbaycan KİV-lərinə, həm də Türkiyənin müxalifət partiyalarının üzərinə çox böyük bir məsuliyyət düşür. Biz Ermənistan-Türkiyə sərhədlərinin açılmamasının vacibliyini daim gündəmdə saxlamalıyıq, bunu unutdurmağa qoymamalıyıq. İmzalanmış protokolun iqtidarın bir yanlış addımı olduğunu hər yerdə, hər kəsə anlatmalıyıq.
- AKP parlamentdə böyük səsə sahibdir. Əgər Ermənistanla imzalanan protokollar təsdiqlənmək üçün TBMM-ə gətirilərsə, bunun təsdiqlənəcəyi, Sizcə, realdırmı?
-Təbii. Belə bir təhlükəni indidən görürəm. Odur ki, mən bu günlər çox narahatlıq keçirirəm. Düşünürəm ki, AKP ermənilərlə imzaladığı həmin protokolları əvvəlcə parlament komissiyasından keçirəcək, sonra da onu Məclisdə ratifikasiya etdirəcək. Bunun üçün AKP-nin Məclisdə yetərincə səsi var. Bir şeyi xatırlatmaq istəyirəm. Bir qədər əvvəl Ermənistan prezidenti Serj Sərkisyan dedi ki, iki ölkə arasındakı sərhədlər ilin sonunadək açılacaq. Bu nə deməkdir? Yəni erməni qoşunları ilin sonunadək Dağlıq Qarabağdan çəkiləcək? Yoxsa bunun bir hazırlığı aparılır, bizim xəbərimiz yoxdur? Bu proses heç hiss olunurmu? Yox! Deməli, bunlar öz aralarında daha öncədən sənədləri imzalamağa hazırlaşıblar. Odur ki, yaranmış vəziyyəti çox ciddi dəyərləndirmək lazımdır. Qarşıdakı günlərdə həm Azərbaycan, həm də Türkiyə ictimaiyyətindən-millət vəkillərindən, elm adamlarından, ziyalılardan, QHT təmsilçilərindən, gənclər təşkilatlarından AKP-yə qarşı etirazlar, təzyiqlər başlanmalıdır ki, onlar bu sevdadan əl çəksinlər. Hər kəsin bu olayları Azərbaycan xalqını necə üzdüyünü hər yerdə anlatması lazımdır. Düşünürəm ki, biz AKP-yə qarşı çox böyük bir kampaniyaya başlamalıyıq. İqtidarın atdığı addımların türk xalqlarının birliyini zəiflətməyə yönəldiyini hər kəsə başa salmalıyıq. Burada bir xatırlatma etmək istəyirəm. Bir müddət öncə hökumətin İsraildə əsgəri tədqiqatın aparılmasını dayandırması diplomatik böhrana səbəb oldu. Baş nazir Rəcəb Tayyib Ərdoqan çıxış edərək bildirdi ki, mən xalqın vicdanıyam, xalqımın səsini dinlədim. Bəs nə üçün həmin Ərdoğan Ermənistanla protokolları imzalamadan öncə öz xalqının səsini dinləmək istəmədi? Cavabı bəllidir. çünki onlar üçün xalqın səsi önəmli deyil. Onlar üçün tək bir şey önəmlidir - nə yolla olursa-olsun iqtidarda qalmaq. Bunun üçün isə xarici güclərin dəstəyini almağa çalışırlar, onların buyruğu ilə oturub-dururlar.
- Canan xanım, dediniz ki, hər iki ölkədə ictimaiyyətin gücü ilə protokolların TBMM-də ratifikasiyasını əngəlləmək mümkündür. Sizcə, bu iki gün ərzində nəyisə dəyişmək mümkündürmü?
- Təbii, mümkündür. Ən azından Azərbaycan Xarici İşlər Nazirliyi bəyanatla çıxış edə və çox açıq və dəqiq şəkildə Azərbaycanın bunu qəbul etməyəcəyini söyləyə bilər. Odur ki, mən Azərbaycana səslənirəm. Bizim gördüyümüz işlər Türkiyənin Azərbaycanı itirməsini əngəlləmək üçün bir milli müdafiə, bir dirəniş hərəkatına çevrilməlidir. Biz bunu etməyə məcburuq. Biz Türkiyənin Azərbaycanı itirməsinə göz yuma bilmərik. Odur ki, bütün səylər AKP iqtidarının Ermənistanla imzaladığı protokolları Məclisə gətirməsinə qarşı yönəlməlidir, bunu əngəlləmək lazımdır, biz hamımız buna çalışmalıyıq. Elə etməliyik ki, AKP həmin protokolları TBMM-də müzakirəyə çıxarmağa cəsarət edə bilməsin. Əks təqdirdə, nazir Əhməd Davudoğlunun TBMM-də edəcəyi çıxış həmin protokolların Məclisdə ratifikasiya edilməsi yolunda bir başlanğıc olacaqdır.
Səlim LOÄžMANOÄžLU

Paylaş:
Baxılıb: 1012 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30