Ana səhifə »  Müsahibə »  Təhsil sistemimiz beynəlxalq standartlara uyğun olaraq irəliləyir
A+   Yenilə  A-
Təhsil sistemimiz beynəlxalq standartlara uyğun olaraq irəliləyir

Azərbaycan Respublikası təhsil nazirinin müavini Məhəbbət Vəliyeva www.yap.org.az saytına müsahibə verib:
- Məhəbbət xanım, ölkəmizdə artıq yeni tədris ili başlayıb. Hər il 15 sentyabr - Bilik Günü respublikamızda böyük təntənə ilə qeyd olunur. Bu baxımdan, yeni tədris ili və bu ilə hazırlıq məsələləri ilə bağlı fikirlərinizi bildirməyi xahiş edirik...
- İlk növbədə, yeni tədris ilinin başlanması münasibətilə ölkəmizin təhsil ictimaiyyətini, müəllimləri, şagirdləri və tələbələri, valideynləri təbrik edirəm. Ötən dərs ilində “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda ümumi təhsil sisteminin müasir dövrün tələb və çağırışlarına uyğun inkişafı ilə bağlı müəyyənləşdirilmiş hədəflərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi daim diqqətdə saxlanılıb, onların reallaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Prezident İlham Əliyevin dəstəyi və qayğısının nəticəsi olaraq yeni məktəblərin inşası, o cümlədən ucqar yaşayış məntəqələrindəki yararsız vəziyyətə düşmüş azkomplektli məktəblər üçün modul tipli binaların quraşdırılması, eləcə də ümumtəhsil məktəblərinin əsaslı təmiri və maddi-tədris bazasının möhkəmləndirilməsi sahəsində aparılan işlərin ardıcıl davam etdirilməsi bütövlükdə ümumi təhsilin infrastrukturunun yenidənqurulmasına, təlim-tərbiyə şəraitinin, təhsilin keyfiyyətinin yaxşılaşmasına, pedaqoji kollektivlərdə iş əzminin yüksəlməsinə müstəsna dərəcədə əhəmiyyətli təsir göstərib. Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə Azərbaycan Respublikası təhsil nazirinin 14 avqsut 2018-ci il tarixli əmrinə müvafiq olaraq Təhsil Nazirliyi tərəfindən “Ümumi təhsildə keyfiyyət ili”ndə əldə olunmuş müsbət dinamikanın qorunub saxlanılması və mahiyyətcə inkişafyönlü tədbirlərin 2018-2019-cu dərs ilində də davam etdirilməsi məqsədəuyğun hesab olunub. Yeni tədris ilinə hazırlıq çərçivəsində ötən dərs ilinin nəticələri təhlil olunub və yeni hədəfləri əhatə edən fəaliyyət planı hazırlanıb. Bu planda ümumi təhsilin bütün səviyyələri üzrə təlim-tərbiyə prosesinin təşkili, məktəbdaxili qiymətləndirmə, buraxılış imtahanları və ali məktəblərə qəbul qaydalarına şamil olunan yeni konsepsiya, o cümlədən məktəblərin reytinqinin müəyyənləşdirilməsi sahəsində ciddi dəyişikliklər nəzərdə tutulub. Bu dərs ilindən başlayaraq məktəblərdə həftənin ilk iş günü Vətənpərvərlik nümunəsi kimi Dövlət himninin ifası ilə başlayır. Bu da təhsilalanların milli-mənəvi, əxlaqi dəyərlərə sahib olan və əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında təhsil müəssisələri qarşısında duran əsas vəzifədir. Bu səbəbdən 2018-2019-cu dərs ilinin əsas prioritetləri arasında milli-mənəvi dəyərlərin, vətənpərvərliyin, fəal vətəndaş mövqeyinin və milli kimliyin formalaşmasına xidmət edən fəaliyyətlərə xüsusi diqqət yetiriləcək. Bu il məktəblərin birici sinfinə 165780 uşaq qəbul olunub. Ümumilikdə isə ümumtəhsil sistemində 1592317 uşaq təhsilə başlayıb. Oktyabr ayının 1-dən etibarən məktəblər ölkə üzrə 5 yaşlı uşaqların 75 faizinin məktəbəhazırlıq qruplarında təlimlərinə başlayacaq. Qeyd edim ki, bu dərs ilində birinci siniflərə qəbul olunan uşaqların 65 faizinin məktəbəhazırlıq mərhələsini keçməsi onların məktəb həyatına daha yüksək hazırlıqlı olduğunu deməyə əsas verir ki, bu da öz növbəsində təhsildə keyfiyyət artımına ciddi təsir göstərir. Ümumiyyətlə, dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlığın dövlət büdcəsi hesabına təşkil edilməsi təhsilə dövlət qayğısının təzahürü kimi qiymətləndirilməlidir.
Yeni dərs ilinə 332 adda 6 726 029 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilib. Şagirdlər dərslikləri sentyabr ayının 3-dən etibarən təhsil aldıqları məktəbdən əldə etməyə başlayıblar. 11-ci siniflər üçün dərsliklər yeni məzmunda hazırlanıb. 2, 3 və 7-ci siniflər üçün isə dərsliklərin məzmununa əsaslı dəyişikliklər edilib.
- Bildiyimiz kimi, təhsil sahəsinin inkişafı Azərbaycan dövləti üçün prioritet istiqamətlərdən biridir. Bu gün təhsil sahəsi ilə əlaqədar respublikamızda mühüm islahatlar və Dövlət proqramları həyata keçirilir. Bütün bunların Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası baxımından nə kimi əhəmiyyəti var?
- Əlbəttə, müasir reallıqlar şəraitində dünyada təhsilin önəmi durmadan artmaqdadır. Gündən-günə güclənən rəqabətlilik dövründə ölkələrin inkişafı məhz təhsildən keçir. İndi təhsil ayrı-ayrı ölkələrin inkişaf istiqamətlərini müəyyənləşdirməklə, cəmiyyətin hərtərəfli inkişafında həlledici faktora çevrilib. Bu mənada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səsləndirdiyi “Əgər biz inkişaf etmiş ölkələrin tarixinə və bugünkü inkişaf dinamikasına nəzər salsaq, görərik ki, əsas hərəkətverici qüvvə təhsildir, elmdir, texnologiyalardır, innovasiyalardır. Təbii resurslar yox, məhz biliklərdir” fikirləri mühüm əhəmiyyət kəsb edir. Buna görə də təhsilin keyfiyyətli inkişafına xidmət edən dövlət sənədləri Azərbaycan təhsil sisteminin yenilənməsi və dünya təhsil məkanına inteqrasiya olunmasında mühüm aspektdir. 2013-cü ildə qəbul edilən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” və 2018-ci ilin iyununda “Təhsil haqqında” Qanuna edilən dəyişikliklər təhsilin bütün pillə və səviyyələrinin modernləşməsini, müasir dövrün hədəfləri nəzərə alınmaqla keyfiyyətli inkişafını nəzərdə tutur ki, bu da milli təhsil sisteminin beynəlxalq cəlbediciliyini artırır. Mühüm dövlət sənədlərində dünyada davam edən ümumi inkişaf tendensiyalarına uyğun olaraq, ölkəmizdə də yüksək texnologiyalara əsaslanan iqtisadiyyatın formalaşdırılması qarşıya məqsəd kimi qoyulub. Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən iqtisadi strategiyanın əsas prioritetlərindən biri bilik iqtisadiyyatının formalaşdırılması, təhsil, elm və innovasiya arasında effektiv qarşılıqlı əlaqənin yaradılmasıdır. Sevindirici haldır ki, təhsil sistemimiz beynəlxalq standartlara uyğun olaraq irəliləyir və dünya ölkələrinin qabaqcıl təcrübəsindən daha çox bəhrələnir. Ali məktəblərimizdə elmi fəaliyyətin stimullaşdırılması ilə bağlı həyata keçirilən mühüm tədbirlərdən biri kimi, dünyanın tanınmış elmi-analitik informasiya təminatçısı olan “Clarivate Analytics” (“Thomson Reuters”) şirkəti ilə 2015-ci ildən başlanan uğurlu əməkdaşlıq öz müsbət nəticələrini verib və artıq universitetlərimizin bu istiqamətdə fəallığı müşahidə olunur. Ümumi təhsil pilləsində beynəlxalq monitorinqlərin keçirilməsi də təhsilimizdə beynəlxalq aspektin güclənməsinə dəlalət edir. Ölkəmizin PİRLS-2016 tədqiqatının nəticələri 2011-ci il ilə müqayisədə yaxşılaşmışdır. Ötən dərs ilində PİSA-2018 tədqiqatı keçirilib, nəticələri isə 2019-cu ildə açıqlanacaq. 2019-cu ildə Azərbaycan məktəbliləri TİMSS beynəlxalq qiymətləndirməsində iştirak edəcək. Şagirdlərimizin iştirak etdiyi beynəlxalq tədqiqatların əhəmiyyətli nəticələri yeni proqramla, kurikulumla oxuyan uşaqların ənənəvi proqramla təhsil alan həmyaşıdlarından daha üstün bacarıqlara yiyələndiyini deməyə əsas verir. Məhz beynəlxalq qiymətləndirmədə davamlı iştirakımız ölkə təhsilinin beynəlxalq standartlara uyğunluğunu, onun müasir dünyada yerini və səviyyəsini obyektiv təyin etməklə yanaşı gələcək prioritetləri və hədəfləri müəyyənləşdirmək üçün ciddi əsas sayılır.
- Ölkəmizdə insan kapitalının inkişafı da mühüm strateji prioritetlərdən biri kimi müəyyənləşdirilib. Şübhəsiz ki, təhsil bu strateji hədəfə çatmaq üçün ən əhəmiyyətli vasitədir. Bu istiqamətdə həyata keçirilən tədbirlər və əldə edilən nəticələr hansı səviyyədədir?
- Məlumdur ki, müasir dövrdə hər hansı bir ölkənin inkişafını şərtləndirən əsas amil onun təbii sərvətləri deyil, bu sərvətlərin yüksək səviyyədə insan kapitalına çevrilməsidir. Bu da bir reallıqdır ki, hazırda öz maddi resurslarını ən səmərəli vasitələrlə və qısa müddətdə insan kapitalına çevirməyə nail olan ölkələr daha çox uğur əldə edir. Bir sıra ölkələr öz dövlət strategiyalarında məhz insan kapitalının hərtərəfli formalaşmasına, parlaq zəkaların inkişafına diqqət yetirir ki, bu da ölkəyə böyük gəlirlər gətirməklə bugünkü inkişaf səviyyəsini təmin edir. Prezident İlham Əliyevin uzaqgörənliklə söylədiyi “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir” fikirləri ölkə qarşısında həlli vacib vəzifələrin icrasını qoyur. Bu vəzifələrin böyük hissəsi istənilən ölkənin inkişafının əsas hərəkətverici qüvvəsi olan təhsilin payına düşür. Məhz təhsil biliklər iqtisadiyyatının inkişafına yol açmaqla insan kapitalının formalaşmasını və rəqabət dünyasında ölkənin mövqelərinin möhkəmlənməsini şərtləndirir. Bilik iqtisadiyyatı məhz insan faktorunu önə çəkir. 2013-cü ildə ölkə başçısı İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsasən, əsas hədəflərimizdən biri təhsilin keyfiyyətini artırmaq və qlobal əmək bazarının tələblərinə cavab verən məzunlar yetişdirməkdir. Qlobal inkişafa nail olmaq üçün insan kapitalının rolu çox vacibdir. Bu səbəbdən də təhsil infrastrukturunun əsaslı şəkildə yeniləşdirilməsi, məzmun islahatları, yeni nəsil dərsliklərin, yeni qiymətləndirmə sisteminin tətbiqi sahəsində əldə olunmuş nailiyyətlər təhsildə insan kapitalının keyfiyyətinə təsir edən başlıca amillərdir. Ötən dərs ilində tədrisin təmayüllər üzrə təşkili, pilot məktəblərin şəbəkəsinin genişləndirilməsi, müəllimlərin diaqnostik qiymətləndirilməsi, işə qəbulun mərkəzləşdirilmiş qaydada elektron sistemlə aparılması, təhsil sisteminə yeni, gənc müəllimlərin cəlb olunması, regionlarda məktəb infrastrukturunun yaxşılaşdırılması, peşə təhsili sahəsində aparılmış uğurlu fəaliyyət, şagirdlərin rəqəmsal savadlılığının artırılması üzrə pilot məktəblərin təşkili, respublika və beynəlxalq olimpiadalarda iştirakın əhatə dairəsinin genişləndirilməsi ümumən insan kapitalının formalaşmasında mühüm əhəmiyyət kəsb edib. Bu fəaliyyət növbəti dərs ilində də davam etdiriləcək.
- Azərbaycan Respublikasında təhsil sahəsi ilə əlaqədar qanunvericilik bazası davamlı olaraq təkmilləşdirilir. Bu baxımdan, ölkə parlamentində “Təhsil haqqında” qanunla yanaşı, sahəvi qanunlar da (məsələn, “Peşə təhsili haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Ümumi təhsil haqqında” qanunlar) hazırlanmasının önəmi haqqında nə deyə bilərsiniz?
- Təbii ki, ötən dərs ilinin uğurlu nəticələrinə təsir edən amillərdən danışanda təhsil sistemində qanunvericilik bazasının möhkəmləndirilməsi amilindən də bəhs etməliyik. İlk növbədə, cari ilin iyununda qəbul olunan “Təhsil haqqında” qanuna edilən dəyişiklikləri qeyd etmək istərdim. Təhsil sistemimizin növbəti illərdə uğurlu inkişafına təsir edəcək bu sənəd təhsilin bütün pillə və səviyyələrini əhatə edir. Qanunun 21 maddəsinə 60-dan çox dəyişiklik edilib və 2 yeni maddə əlavə olunub. “Təhsil haqqında” qanunda təhsil müəssisələrində psixoloji xidmətin təşkili, ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili, fənn olimpiadalarının qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu, pedaqoji fəaliyyətlə məşğul olma, dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması və digər məsələlərdə ciddi dəyişikliklər edilib. Dəyişikliyi zərurətə çevirən amil isə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası prosesində bir çox yeniliklərin tətbiqi ilə bağlıdır. Ən böyük dəyişikliklərdən biri 6 yaşı tamam olan uşaqların məktəbə qəbulu qaydalarında edilib ki, bu da valideynlər tərəfindən razılıqla qarşılanıb. Bu vaxta qədər 6 yaşı sentyabrın 15-dən sonra tamam olanlar xüsusi komissiyaların rəyi əsasında məktəbə qəbul olunurdular. Hazırkı dəyişikliyə əsasən bu məhdudiyyət aradan qaldırılıb. Digər mühüm dəyişikliklərdən biri beynəlxalq fənn, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunması ilə bağlıdır ki, bu da istedadlı gənclərin olimpiadalara olan marağını artıracaq. Bundan başqa, qanuna əsasən, dövlət ümumtəhsil müəssisələrində çalışan müəllimlər sertifikatlaşdırılacaq, bu, müəllimlərin öz sahəsinə uyğun bilik və bacarıqlarının qiymətləndirilməsi, nəticələrə əsasən karyera inkişafını nəzərdə tutur. Məlumdur ki, iqtisadiyyatın müasir şaxələndirilməsi şəraitində peşə təhsili sisteminin yenidən qurulması, işəgötürənlərin tələblərinə cavab verən peşəkar mütəxəssis hazırlığı, təhsilin məzmununun yenilənməsi və nüfuzunun artırılması bu sahəyə diqqətin artmasına səbəb olub. Ötən tədris ilində ilk dəfə olaraq bu sahənin inkişafına böyük təkan verən “Peşə təhsili haqqında” qanunun qəbul olunması, 2018-ci il fevralın 27-də Mingəçevirdə Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə layihəsi olan “ASAN Peşə” təhsil mərkəzinın yaradılması mühüm yeniliklərdən oldu. 2018-2019-cu tədris ili üzrə “ASAN Peşə” layihəsi çərçivəsində dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu zamanı 11017 nəfər qeydiyyatdan keçib. Artıq 9196 nəfər müsabiqəni müvəffəqiyyətlə keçərək peşə təhsili müəssisələrinə qəbul olunub. Qəbulun “ASAN Peşə” çərçivəsində keçirilməsi prosesin şəffaflığını artırıb, əhatə dairəsini genişləndirib. Qeyd edim ki, yeni qanunvericilik təşəbbüsləri ölkəmizdə təhsilin əlçatanlığının təmin edilməsinə, daha keyfiyyətli insan kapitalının formalaşdırılmasına, təhsilin məzmununun yaxşılaşdırılmasına, bütövlükdə isə təhsil sistemimizin inkişafına mühüm töhfələr verəcək.
- Məhəbbət xanım, məlumdur ki, son illər ölkəmizdə təhsil infrastrukturu da əhəmiyyətli dərəcədə yenilənib. Hazırda bu istiqamətdə hansı işlər görülür?
- Hər bir uğurlu təhsil sistemi modern təhsil infrastrukturuna əsaslanır. Bu mənada ölkəmizdə təhsil infrastrukturunun yaxşılaşdırılması üzrə mühüm tədbirlər görülüb. Ölkəmizdə təhsilin inkişafına yönəlmiş infrastruktur sosial layihələr ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Ötən il ölkədə 133 yeni məktəb tikilib, 14 məktəb əsaslı təmir edilib, 500-ə yaxın məktəbdə isə cari təmir aparılıb. Yeni tədris ili ərəfəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş Meysəri kənd tam orta məktəbinin yeni binasının və İsmayıllı rayonunun Lahıc qəsəbəsində yeni inşa olunan tam orta məktəb binasının açılışlarında iştirak ediblər. Bundan əlavə, Bakı və onun qəsəbələrində bir neçə məktəb binası yenidənqurmadan və təmirdən sonra istifadəyə verilib. Respublikanın bir sıra rayonlarında yeni məktəb binaları inşa olunub. Məktəblər yüksək tələblərə cavab verən avadanlıq və müasir dərs ləvazimatları ilə təchiz edilib. Qeyd edilməlidir ki, son illərdə reallaşdırılan infrastruktur layihələri çərçivəsində tikilən, əsaslı təmir edilən 3104 məktəbdən 2826-sı (91 faiz) regionların payına düşür. Prezident İlham Əliyevin 2017-2018-ci illərdə qəzalı vəziyyətdə olan məktəblərin modul tipli məktəblərlə əvəz edilməsi ilə bağlı tapşırığına uyğun olaraq ötən il respublikanın 40-dan çox bölgəsində qəzalı vəziyyətdə olan 106 təhsil müəssisəsi modul tipli məktəblə əvəz olunub. Hazırda ölkəmizin müxtəlif bölgələrində 34 yeni məktəb binası tikilir, 22 məktəb binasında isə əsaslı təmir-bərpa işləri aparılır. Görülən işlərin davamı olaraq bu il 41 rayonda 137 modul tipli məktəb istifadəyə veriləcək.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Təhsil Nazirliyi regionlarda təhsilin inkişafı sahəsində bir sıra tədbirlər həyata keçirib. Nəticədə təhsilin inkişaf dinamikasında regionların göstəriciləri əhəmiyyətli dərəcədə artıb ki, bu da ötən tədris ilinin mühüm nəticələrindən hesab oluna bilər. Nazirlik tərəfindən ümumtəhsil məktəb şagirdlərinin təlim nailiyyətlərinə nəzarətin gücləndirilməsi sayəsində bölgələrdə ümumi təhsil göstəricilərində, xüsusilə də buraxılış imtahanları və ali məktəblərə qəbulun nəticələrində əvvəlki illərlə müqayisədə nəzərəçarpan irəliləyişlər müşahidə edilib.
Şübhəsiz ki, ölkə təhsili üçün ən əhəmiyyətli prioritet keyfiyyətli təhsil təminatının davamlılığına nail olmaqdır. Bu gün təhsil ocaqlarımızda yaradılan müsbət mənəvi-psixoloji mühit, təhlükəsiz iş şəraiti, yaradıcı fəaliyyət atmosferi, rəhbər işçilərin və müəllimlərin vəzifə funksiyalarına məsuliyyətli münasibəti, məktəb-valideyn əlaqələrinin pedaqoji əməkdaşlıq əsasında qurulması, şagirdlərə diqqət, qayğı, məhəbbətlə yanaşılması, ən başlıcası isə, hər bir uşağa onun gələcəkdə dövlətimiz, cəmiyyətimiz üçün gərəkli şəxsiyyət olacağı düşüncəsinin aşılanması keyfiyyətli təhsilin əsasını təşkil edir.
Qeyd edim ki, Prezident İlham Əliyev tərəfindən 5 il əvvəl təsdiq edilən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda ümumi təhsil sisteminin müasir dövrün tələb və çağırışlarına uyğun inkişafı ilə bağlı müəyyənləşdirilmiş hədəflərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi yeni dərs ilində də təhsilin yol xəritəsi kimi daim diqqətdə saxlanılacaq.

 
  • Oxunub:  7350  |  
  • Tarix:  01-10-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Azərbaycan dünyada mövqeyi nəzərə alınan güc amilinə çevrilir

17:05
20 Oktyabr
Pərviz Şahbazov: İtaliyada TAP-ın tikintisi ilə bağlı görülən işlərdən razıyıq
17:00
20 Oktyabr
Azərbaycan Prezidenti dəniz nəqliyyatı işçilərini təltif edib
16:54
20 Oktyabr
Energetiklər ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
16:49
20 Oktyabr
Budapeştdə güləş üzrə dünya çempionatı başlayıb
16:37
20 Oktyabr
Van Çen: Azərbaycanın seçdiyi inkişaf yolunu dəstəkləyirik
16:32
20 Oktyabr
Hadi Rəcəbli: Azərbaycanın sosial-iqtisadi və digər sahələrdə əldə etdiyi nailiyyətlər milli iqtisadiyyatın dinamik tərəqqisini şərtləndirib
16:29
20 Oktyabr
Əli Əhmədov: Azərbaycan Çin ilə əlaqələrin bütün sahələrdə inkişafına xüsusi əhəmiyyət verir
13:44
20 Oktyabr
Akif Əlizadə: AMEA-da elmlə təhsilin inteqrasiyası istiqamətində uğurlu addımlar atılır
13:40
20 Oktyabr
Biləsuvar rayonunda Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib
13:30
20 Oktyabr
Elman Məmmədov: Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyətli mövqe nümayiş etdirir
13:20
20 Oktyabr
“Star” neft emalı zavodu Türkiyənin ilk Xüsusi Sənaye Zonası elan olunub
13:15
20 Oktyabr
Ekspert: İnvestisiya mühitinin daha da yaxşılaşdırılması sahibkarlığın inkişafı üçün zəmin formalaşdırır
12:57
20 Oktyabr
Türkiyə KİV-ləri “Star” zavodunun açılışını Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının göstəricisi kimi qiymətləndirir
12:47
20 Oktyabr
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi Bolqarıstanın Plovdiv şəhərində qeyd olunub
12:35
20 Oktyabr
Qida Təhlükəsizliyi Agentliyində sahibkarlarla görüş keçirilib
12:28
20 Oktyabr
Aydın Hüseynov: “Star” layihəsinin reallaşması Azərbaycan və Türkiyə liderlərinin güclü siyasi iradəsi nəticəsində mümkün olub
10:57
20 Oktyabr
Kamilə Əliyeva: Regionun lider dövləti olan Azərbaycan bütün sahələrdə möhtəşəm uğurlar qazanıb
10:31
20 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 30 dəfə pozub
10:29
20 Oktyabr
Bakıda Çingiz Aytmatovun 90 illiyi qeyd olunub
10:24
20 Oktyabr
Prezident İlham Əliyev: “Star Rafineri”nin açılışı Türkiyə-Azərbaycan birliyinin, həmrəyliyinin, dostluğunun əlamətidir
10:19
20 Oktyabr
Türkiyə Prezidenti: Azərbaycan torpaqlarının 20 faizinin əsrin dörddəbiri qədər işğal altında qalması qəbul edilə bilməz
10:12
20 Oktyabr
Rəcəb Tayyib Ərdoğan: “Star” zavodunun açılışı ilə dünyaya örnək olan əlaqələrimizi bir addım da inkişaf etdiririk
10:03
20 Oktyabr
20 oktyabr - Azərbaycanda Energetiklər Günüdür
17:50
19 Oktyabr
Şəkidə yaş barama istehsalı ötən illə müqayisədə 2,7 dəfə artıb
17:43
19 Oktyabr
Bakı Beynəlxalq Animasiya Filmləri Festivalı çərçivəsində “ReAnimasiya” sərgisi açılıb
17:37
19 Oktyabr
Avropa Komissiyasının ali təhsil üzrə nümayəndələri ADNSU-da
17:28
19 Oktyabr
“Sağlam məktəbli” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib
17:24
19 Oktyabr
Kənd təsərrüfatı naziri Masallıda cənub bölgəsinin vətəndaşlarını qəbul edib
17:21
19 Oktyabr
Dövlət Komitəsində Türkiyə və Azərbaycan diasporlarının birgə fəaliyyəti müzakirə olunub
17:19
19 Oktyabr
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
17:15
19 Oktyabr
Vətəndaş məmnunluğuna və şəffaflığa nail olmaq başlıca məqsədə çevrilməlidir
17:14
19 Oktyabr
Sevinc Fətəliyeva: Azərbaycanın ərazi bütövlüyü və suverenliyi müzakirə mövzusu deyil
17:04
19 Oktyabr
Azərbaycan “Qlobal Rəqabətlilik Hesabatı-2018”də rəqəmsal bacarıqlar üzrə 140 ölkə arasında 15-ci yeri tutub
16:55
19 Oktyabr
Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirilir
16:55
19 Oktyabr
Bakıda “Ağsaqqalların ölkənin ictimai-siyasi həyatında rolu” mövzusunda konfrans keçirib
16:51
19 Oktyabr
AZAL və “Belavia” aviaşirkəti Bakı-Minsk marşrutu üzrə kod-şerinq sazişi imzalayıb
16:48
19 Oktyabr
Lerikdə dini radikalizmlə mübarizəyə dair seminar-müşavirə işini davam etdirib
16:42
19 Oktyabr
UNEC Biznes Məktəbinin magistrləri Avropa əmək bazarına birbaşa çıxış imkanına malikdirlər
16:41
19 Oktyabr
MM-n deputatı: Azərbaycanla Türkmənistan arasında əlaqələrin inkişaf dinamikası artır
16:32
19 Oktyabr
Azərbaycan və Latviya bələdiyyələri arasındakı əməkdaşlıq ikitərəfli münasibətlərin inkişafında mühüm yer tutur
16:13
19 Oktyabr
İtaliya Senatının sədri Heydər Əliyev Mərkəzində olub
16:06
19 Oktyabr
Qanunsuz tikintinin qarşısının alınması üçün yeni qanunvericilik təşəbbüsləri hazırlanır
15:56
19 Oktyabr
Latviyalılar Azərbaycan narını xüsusi dəyərləndirirlər
15:54
19 Oktyabr
Rəcəb Tayyib Ərdoğan: Azərbaycan hər zaman Türkiyənin yanında olub
15:50
19 Oktyabr
Son doqquz ayın nəticələri ölkəmizin qarşıya qoyulan strateji hədəflərə doğru inamla irəlilədiyini bir daha təsdiqləyir
15:48
19 Oktyabr
“İnternet istifadəçiləri” göstəricisinə görə Azərbaycan digər MDB ölkələri ilə müqayisədə liderdir
15:39
19 Oktyabr
Hikmət Hacıyev: “Star” layihəsi Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin strateji xarakter daşımasının nümunəsidir
15:33
19 Oktyabr
Gəmiçilər ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
15:31
19 Oktyabr
Tahir Mirkişili: Azərbaycan iqtisadiyyati gələcək dövrün çağırışlarına cavab vermək üçün hazırlanır
14:45
19 Oktyabr
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
14:43
19 Oktyabr
Batika parça üzərində nəqqaşlıq sənətidir
14:39
19 Oktyabr
Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib
14:34
19 Oktyabr
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Göyçayda vətəndaşları qəbul edəcək
14:18
19 Oktyabr
Azərbaycanın müdafiə naziri “Czechoslovak Group” holdinqin rəhbərliyi ilə görüşüb
14:12
19 Oktyabr
“Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışının qalibləri ilə Dövlət Sərhəd Xidmətində görüş keçirilib
14:08
19 Oktyabr
İsrailin səfiri Dan Stav: Naxçıvan Muxtar Respublikası ilə İsrail arasında geniş əməkdaşlıq imkanları mövcuddur
14:05
19 Oktyabr
Bioloji fəallığa malik qida əlavələri və qida təhlükəsizliyi sahəsində Anlaşma Memorandumu imzalanıb
14:03
19 Oktyabr
“Buenos-Ayres 2018” Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına yekun vurulub
14:01
19 Oktyabr
"The Guardian": Xınalıq kəndi Avropanın 10 ən yaxşı turizm məntəqəsindən biridir
12:12
19 Oktyabr
Murmanskın “TV-21” telekanalında Azərbaycan və azərbaycanlılar haqqında süjet göstərilib
12:08
19 Oktyabr
"Bir Pəncərə" İxraca Dəstək Mərkəzində ixracın hüquqi prosedurları üzrə seminar keçirilib
11:45
19 Oktyabr
Naxçıvanda Dövlət Müstəqilliyi Günü silsilə tədbirlərlə qeyd olunub
11:37
19 Oktyabr
Vyetnamda Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilmiş ibtidai məktəbin açılışı olub
11:34
19 Oktyabr
QHT-lərə Dövlət Dəstəyi Şurası Ucarda ictimai müzakirə keçirib
11:23
19 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 26 dəfə pozub
11:16
19 Oktyabr
2019-cu il Formula 1 yarışlarının mövsümqabağı testlərinin cədvəli məlum olub
11:07
19 Oktyabr
Samir Vəliyev: TANAP-la Türkiyəyə 415 milyon kubmetrdən çox Azərbaycan qazı göndərilib
11:02
19 Oktyabr
Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir
10:56
19 Oktyabr
Nazir müavini: TAP layihəsi üzrə işlərin 79 faizi icra edilib
10:48
19 Oktyabr
“Azərbaycanda gender əsaslı cinsi sistemin qarşısının alınması və aradan qaldırılması üzrə Milli Fəaliyyət Planı” layihəsinin təqdimatı keçirilir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA