Ana səhifə »  Müsahibə »  Azərbaycanda sahibkarlığın inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoyur
A+   Yenilə  A-
Azərbaycanda sahibkarlığın inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm qoyur

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev www.yap.org.az saytına müsahibə verib:
- Məmməd müəllim, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi siyasət yeni dövrün tələbinə uyğun daha innovativ inkişaf kursu götürərək Azərbaycana böyük uğurlar qazandırır. Bu strategiyanı xarakterizə edən prinsipləri necə şərh edərdiniz?
- Azərbaycanın müstəqillik tarixində təməli xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və son 15 ildə Prezident İlham Əliyevin uğurla davam etdirdiyi məqsədyönlü siyasət sayəsində ölkənin iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atılıb. İqtisadi müstəqillik Azərbaycanın çox mühüm perspektivlərə malik ölkə kimi dinamik inkişafını təmin edib.
Bu islahatların əsas məqsədi ölkə iqtisadiyyatının şaxələnməsinin təmin olunması, yeni iş yerlərinin yaradılması, ölkəmizin iqtisadi qüdrətinin gücləndirilməsi və nəticə etibarı ilə əhalinin rifah vəziyyətinin yaxşılaşdırılmasıdır.
Bu gün Azərbaycan dünyada nümunəvi inkişaf modelinə malik olan bir ölkə kimi fərqlənir. Davamlı inkişaf sayəsində respublikamız Cənubi Qafqaz regionunun lider dövləti səviyyəsinə yüksəlib. Bunun da nəticəsidir ki, bölgədə Azərbaycanın təşəbbüsü və fəal iştirakı olmadan hər hansı layihəni reallaşdırmaq mümkün deyil. Ölkəmiz, eyni zamanda, müntəzəm olaraq qlobal miqyasda yeni-yeni əməkdaşlıq platformaları ilə çıxış edir ki, bunun da sayəsində respublikamızın beynəlxalq nüfuzu və təsir imkanları əhəmiyyətli dərəcədə artıb. Müstəqil Azərbaycanın nüfuzlu regional və qlobal faktora çevrilməsinin isə obyektiv əsasları var.
Bu gün Azərbaycanda xalq-iqtidar birliyi islahatların, daxili və xarici siyasət kursunun səmərəliliyini təmin edən əhəmiyyətli strateji faktor kimi çıxış edir. Eyni zamanda, mütəmadi surətdə həyata keçirilən islahatlar mövcud inkişafı sürətləndirməklə yanaşı, yeni inkişaf perspektivlərinin müəyyənləşdirilməsini şərtləndirir.
Kiçik və orta sahibkarlıq subyektlərinin inkişaf etdiyi ölkələr iqtisadi cəhətdən daha dayanıqlıdır. Ölkə Prezidentinin Fərmanı ilə İqtisadiyyat Nazirliyinin tərkibində publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradıldı. Agentlik kiçik və orta sahibkarlıq strategiyasının hazırlanması, maliyyə rezurslarına çıxış imkanlarını artırmaq sahəsində böyük işlər görəcək. Əsas məqsəd kimi kiçik və orta sahibkarlığın biznesdə, ümumi daxili məhsulda payını artırmaq qarşıda durur.
Ölkə iqtisadiyyatının inkişafı üçün mütəmadi surətdə reallaşdırılan praqmatik islahatlar modeli formalaşdırılıb ki, bu da bütövlükdə milli inkişafa təkan verən əhəmiyyətli amil səciyyəsi daşıyır.
- Azərbaycan Sahibkarlar Konfederasiyası özəl sektorla dövlət arasında bir körpü funksiyası daşıyır. Bu gün sahibkarları narahat edən əsas problemlər hansılardır?
- Bildiyiniz kimi, Azərbaycanda sahibkarlığın inkişafı məqsədilə onların təşkilatlanması üçün mühüm işlər görülür.
Konfederasiya sahibkarlarla əlaqələrində dövlətin tərəf-müqabilidir və biz bunu Baş Kollektiv sazişlə rəsmiləşdiririk. Azərbaycan Höküməti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Sahibkarlar Konfedersiyası bu sənədə imza ataraq müəyyən dövr üçün üzərlərinə öhdəliklər götürür və onların yerinə yetirilməsi üçün tədbirlər həyata keçirirlər. İqtisadiyyat Nazirliyi ilə mütəmadi əməkdaşlıq edirik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə sıx əməkdaşlıq çərçivəsində çalışırıq. Sahibkarları narahat edən əsas məsələlərdən biri vergi məsələsidir. Vergilər nazirliyi ilə görüşlərimiz olur. Təsadüfü deyil ki, yeni təyin olunan vergilər naziri cənab Mikayıl Cabbarovun ilk görüşlərindən biri sahibkarlarla oldu. Hazırda qarşıda duran məsələləri həll etmək üçün sistemli bir iş qurmağa çalışırıq, xüsusən də vergi sistemi ilə bağlı sahibkarları narahat edən məsələlər müzakirə platformasına çıxarılır. Bu səbəbdən də Vergilər Nazirliyi ilə konfederasiya arasında Əməkdaşlıq Şurası yaradılmış və fəaliyyət göstərir. Rübdə bir dəfə bu qurumun iclası keçirilr və sahibkarları narahat edən məsələlər gündəmə gətirilir. Danılmaz faktdır ki, sahibkarların arasında neqativ hallara və qanunu pozanlara hələ də rast gəlirik.
2018-ci il iyulun 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı İlham Əliyev deyib: “Sahibkarlar tam aydın bilməlidirlər ki, işləmə qaydaları nədən ibarətdir. O da çox sadədir: qanunlara riayət etmək, vergiləri tam ödəmək, qaçaqmalçılıqla məşğul olmamaq və ölkə iqtisadiyyatına ziyan vurmamaq. Əsas şərtlər bundan ibarətdir”.
Bununla yanaşı, unutmayaq ki, sahibkar həm də dövlətin vergi ödəyicisidir. Elə etməliyik ki, sahibkar da öz məsuliyyətini dərk etsin. Artıq Gömrük Komitəsi, Miqrasiya Xidməti ilə sıx əməkdaşlığa başlamışıq. Sahibkarların üzləşdikləri problemləri mütəmadi olaraq aidiyyəti dövlət orqanları qarşısında qaldırırıq.
Vergilər Nazirliyi və eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2019-cu ilə böyük islahatların proqnozlarını veriblər. Hesab edirəm ki, vahid bir verginin tətbiq edilməsi həm vergi daxilolmalarını artıracaq, həm də vergi bazasının genişlənməsinə imkan verəcək. Sahibkarları vergi və gömrük sistemi ilə bağlı narahat edən çoxlu məsələlər var və topladığımız çoxsaylı təkliflər nazirliyə təqdim edilib. Hesab edirəm ki, vergi sistemində aparılacaq islahatlar effektiv olacaq və təkmil vergi ödəmə sistemi yaradılacaq. İlk növbədə vergi yükünün sahibkarlar arasında ədalətli şəkildə bölünməsi mühüm amildir.
İnanırıq ki, təklif formasında təqdim etdiyimiz məsələlərlə bərabər, bu dəyişikliklərin qəbul olunması sahibkarlığın inkişafına dəstək olacaqdır.
- Azərbaycanda fəaliyyət göstərən sahibkarların böyük bir hissəsi Konfederasiyanın üzvüdür. Ümumiyyətlə, Azərbaycanda iş adamlarının təşkilatlanmasının səviyyəsi sizi qane edirmi?
- Əminliklə deyə bilərəm ki, sahibkarlar atıq bir sinif kimi formalaşıblar, onların inkişafı üçün dövlət mühüm islahatlar aparır. Sahibkarlığın ilkin pilləsi onun qeydiyyatından başlayır. Bizdə qeydiyyat məsələsi bəzən aylarla uzana bilirdi. Ölkə rəhbərliyinin apardığı uğurlu siyasətin nəticəsidir ki, bir pəncərə prinsipinin tətbiqindən sonra hüquqi şəxsin qeydiyyat müddəti 3 günədək qısaldılmış, hazırda isə elektron şəkildə qeydiyyatdan keçmək mümkündür və hansısa instansiyalara gedib vaxt itirmək lazım gəlmir.
Özündə minlərlə sahibkarlıq subyektini, o cümlədən 70-ə qədər assosiasiya və birlikləri birləşdirən Azərbaycan Sahibkarlar Konfederasiyası bu tədbirlərin uğurla həyata keçirilməsi istiqamətində öz qüvvə və imkanlarını səfərbər etmişdir.
Son illərdə orta və kiçik sahibkarlıq inkişaf etməyə başlayıb, regionlara sərmayə qoyuluşları artıb və hesab edirəm ki, hazırda aparılan böyük dəyişikliklər öz müsbət nəticəsini verəcək. Cənab Prezident də bütün çıxışlarında sahibkarlığa xüsusi önəm verir. Azərbaycanın ixrac potensialının artmasında və emal sənayesinin inkişafında, eləcə də digər sahələrdə artım davam edir. Sahibkarların təşkilatlanması da sürətlənib, hər gün bir yeni assosiasiyanın yarandığını eşidirik. Assosiasiyalar həm sahələr, həm də regionlar üzrə qurulur. Sahibkarlardan ibarət ölkələrarası palatalar yaradılır.
Beynəlxalq Əmək Təşkilatının baş katibi Qay Rayderin iştirakı ilə bu yaxınlarda Azərbaycanda keçirilən konfransa qatılan iştirakçı ölkələrin marağını və göstərilən diqqəti nəzərə alaraq deyə bilərəm ki, azərbaycanlı sahibkarlar artıq nüfuzlu və inkişafda olan bir sinifdir. Azərbaycan Sahibkarlar Konfederasiyası da öz növbəsində bu təşkilatlanmaya dəstək verir və inanıram ki, qarşıdakı illər sahibkarlarımız üçün daha uğurlu olacaqdır.
- Məmməd müəllim, sahibkarlara dövlət tərəfindən güclü dəstək verildiyini qeyd etdiniz. Bu dəstək əsasən nədən ibarətdir?
- Biznes və investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən sistemli tədbirlər bu gün xüsusilə böyük əhəmiyyət kəsb edir. Son illərdə sahibkarlığın inkişafı ilə bağlı ölkə Prezidentinin imzaladığı mühüm dövlət sənədləri biznes mühitinin yaxşılaşdırılması istiqamətində keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoymuşdur.
Belə ki, sahibkarlıq subyektlərində yoxlamalar 2021-ci ilədək dayandırılmış, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilmiş, lisenziyalar müddətsiz müəyyən edilmiş, dövlət rüsumunun məbləği Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılmış, lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsinə başlanılmışdır.
İnvestisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı aparılan işlər, sözsüz ki, sahibkarlığın daha da inkişafına və xarici investisiyaların cəlb edilməsinə, qeyri-neft ixracının artırılmasına səbəb olacaq və bununla da həm regionların, həm də ümumilikdə qeyri-neft sektorunun inkişafına güclü təkan verəcək.
Dövlət Statistika Komitəsi 2018-ci ilin yanvar-avqust ayları üzrə ölkənin sosial-iqtisadi inkişafını əks etdirən hesabatını açıqlayıb. Hesabatda bildirilir ki, qeyd edilən müddətdə ölkə üzrə 50,5 milyard manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da ötən ilin eyni dövründəkinə nisbətən 0,7 faiz çoxdur. 8 ay ərzində ümumi daxili məhsul istehsalı iqtisadiyyatın qeyri-neft sektorunda 0,9, neft sektorunda 0,4 faiz artmış, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 10,8 faiz artmışdır.
2018-ci ildə ölkənin xarici ticarət dövriyyəsinin həcmi 17 milyard 774,7 milyon dollar olmuşdur. Ticarət dövriyyəsinin 66,9 faizini ixrac, 33,1 faizini idxal məhsulları təşkil etmişdir. Qeyri-neft məhsullarının ixracında da artım kifayət qədər yüksək olmuşdur. Faktiki qiymətlərlə 13,5, real ifadədə 3,8 faiz artan bu cür məhsulların ixracının ümumi dəyəri 968 milyon dolları üstələmişdir.
Son 15 il ərzində ölkədə ümumi daxili məhsul istehsalı 3,2 dəfə artıb. Minimal əməkhaqqı 5,2 dəfə, orta əməkhaqqı isə 6,6 dəfə artıb. Ölkədə yoxsulluğun səviyyəsi 49 faizdən 5 faizədək azalıb. Bundan başqa, işsizliyin səviyyəsi 5 faizədək aşağı düşüb. Göstərilən dövrdə Azərbaycana 230 milyard dollardan çox investisiya yatırılmışdır ki, bunun da təqribən yarısı xarici sərmayələrin payına düşür. Nəticədə, bir sıra vacib layihələr, nəhəng infrastruktur obyektləri tikilib istifadəyə verilmiş, bölgələrdə çoxsaylı yeni sənaye müəssisələri açılmış, iş yerləri yaradılmışdır.
Son illərdə pambıqçılığın, tütünçülüyün, ipəkçiliyin inkişafı, eləcə də digər istiqamətlər üzrə Dövlət proqramlarının qəbul edilməsi Azərbaycanda kənd təsərrüfatı sahəsində çalışan sahibkarların işlərinin təkmilləşdirilməsinə, məhsul istehsalına marağın artırılmasına yönəlmişdir.
İqtisadiyyat Nazirliyi tərəfindən müvafiq Dövlət Proqramının icrası olaraq, qarşıdakı illər üçün hər bir regionun iqtisadi potensialı və əhalinin məşğulluq səviyyəsi nəzərə alınmaqla ilkin dəyəri 1,5 milyard manat olan 150-dən çox investisiya layihəsi hazırlanıb. Bu layihələrin icrasına Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri, yerli və xarici investisiyalar cəlb olunacağı gözlənilir.
Qarşıya qoyulan məqsədə çatmaq üçün dövlət tərəfindən iqtisadiyyatın kapitallaşması və kreditləşməsi siyasəti həyata keçirilir.
Son 15 ildə sahibkarlara 2,2 milyard manat güzəştli kredit verilmişdir ki, həmin kreditlərin dəyərləndirilməsi nəticəsində sahibkarlar tərəfindən 163 min yeni iş yeri açılmışdır. Cari ildə dövlət tərəfindən sahibkarlara 170 milyon manat güzəştli kreditlər verilməsi nəzərdə tutulub.
Eyni zamanda, sahibkarların maliyyə resurslarına əlverişli şərtlərlə çıxışının təmin edilməsi üçün layihələrinin ümumi dəyəri 468 milyon manat olan 611 sahibkara geri qaytarılan vəsaitlər hesabına 100 milyon manat güzəştli kredit verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çoxdur. Həmin kreditlər hesabına ötən illə müqayisədə 3 dəfə çox olmaqla 7 mindən artıq yeni iş yerinin açılması imkanı yaranmışdır.
Son illərdə dövlətin güzəştli kreditləri hesabına 43 müasir quşçuluq və 25 heyvandarlıq kompleksinin, 39 intensiv bağçılıq təsərrüfatının, 53 logistik mərkəzin 22 taxıl anbarının, 16 meyvə-tərəvəz emalı, 9 süd emalı, 8 ət emalı müəssisəsinin, 28 çörək zavodunun, 46 istixana kompleksinin, 6 yem zavodunun və digər müasir müəssisələrin yaradılması aqrar sektorda dönüşün əldə olunmasına, ixrac potensialının artmasına, idxaldan asılılığın azalmasına, ümumilikdə ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə səbəb olacaq. Ötən il əsas ərzaq məhsulları üzrə özünütəminat səviyyəsi artmaqda davam edib, aqrar sahədə 5100 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 213 milyon manata yaxın güzəştli kredit verilib.
Sahibkarlığın inkişafı sahəsində həyata keçirilən sistemli tədbirlər nəticəsində “Doing Business 2017” hesabatında Azərbaycanın 3 və daha çox islahat aparan 29 ölkədən biri olması, eyni zamanda, 138 ölkəni əhatə edən “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın əvvəlki illə müqayisədə mövqeyini daha da yaxşılaşdıraraq 35-ci pillədə qərarlaşması, Müstəqil Dövlətlər Birliyi məkanında isə əvvəlki illərdə olduğu kimi, liderliyini qoruyub saxlaması ölkədə aparılan iqtisadi islahatların bariz nümunəsidir.
Bu gün Azərbaycan iqtisadiyyatının böyük hissəsi - 80 faizdən çoxu özəl sektorda formalaşır. Regional inkişaf proqramları ilə yanaşı, “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı”, “Sahibkarlığa dövlət maliyyə dəstəyinin göstərilməsi sahəsində əlavə tədbirlər haqqında”, “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi qaydalarının təkmilləşdirilməsi haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Azərbaycan Respublikasında azad iqtisadi zonaların yaradılması haqqında”, “Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında”, “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” və digər Fərman və sərəncamların, qanunların, Dövlət proqramlarının icrası sahibkarlığın inkişafına təkan vermiş, qeyri-neft sektorunun inkişafını stimullaşdırmışdır.
- Azərbaycan Sahibkarlar Konfederasiyasının beynəlxalq təşkilatlarla əlaqələri barədə məlumat verməyinizi istərdik.
- Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sahibkarlarla, dövlət orqanları ilə, yerli qurumlarla birgə işi ilə yanaşı, beynəlxalq qurumlarla, o cümlədən Beynəlxalq İşəgötürənlər Təşkilatında, Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresində üzvlüyü davam etdirməklə, respublikada fəaliyyət göstərən bir çox dövlətlərin və Azərbaycanın xaricdəki səfirlikləri ilə, beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da genişləndirilmişdir.
Beynəlxalq əlaqələrimiz zəngin və çoxşaxəlidir. Azərbaycandakı xarici ölkə səfirlikləri və Azərbaycanın xaricdəki səfirlikləri ilə iş, beynəlxalq təşkilatlar və beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq, beynəlxalq və ölkələr arası ikitərəfli biznes forumu və sərgilərdə iştirak etmək, Azərbaycan sahibkarlarını beynəlxalq aləmdə keçirilən tədbirlərdə təmsil etmək, konfederasiya üzvlərinin beynəlxalq sərgi və forumlarda iştirakına yaxından kömək etmək və sair məsələlər beynəlxalq əlaqələrimizin ana xəttini təşkil edir.
Keçən müddət ərzində konkret olaraq konfederasiya Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Biznes Şurasının, Türkdilli Dövlətlər Şurasının tədbirlərinə qatılmış, konfederasiyanın xarici ölkələrdəki yeni nümayəndəlikləri yaradılmış, mövcud olanlarla əməkdaşlığı inkişaf etdirilmiş, bir sıra beynəlxalq təşkilatlar, diplomatik nümayəndəliklər, qeyri-hökumət təşkilatları, biznes qurumların nümayəndələri ilə işgüzar əlaqələr inkişaf etdirilmiş, konfederasiyanın “Biznes Konsaltinq” Məhdud Məsuliyyətli Cəmiyyətinin bir sıra xarici biznes qurumlarla əməkdaşlıq əlaqələrinin qurulması və birgə biznes görüşlərinin təşkili həyata keçirilmiş, müxtəlif dövlət qurumlarının təşkil etdiyi iclaslarda konfederasiya təmsil olunmuşdur.
Azərbaycan Sahibkarlar Konfederasiyası ölkəmizin biznes mühiti barədə beynəlxalq aləmə geniş məlumatların verilməsi, ölkələrarası biznes əlaqələrinin genişləndirilməsi sahəsində ardıcıl fəaliyyət göstərməkdədir. Bu istiqamətdə konfederasiyanın xarici dövlətlərdə açılmış rəsmi nümayəndəliklərinin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Konfederasiyanın artıq 14 xarici ölkədə - Türkiyə, Gürcüstan, Ukrayna, Almaniya, İtaliya, İspaniya, ABŞ, Böyük Britaniya, Bolqarıstan, Moldova, Macarıstan, Çexiya, Polşa, Rusiyanın Kalininqrad vilayətində nümayəndəliyi fəaliyyət göstərməkdədir. Yaxın perspektivdə Niderland, Belçika və İran İslam Respublikasında da analoji nümayəndəliklərin açılması gözlənilir.
Son illərdə konfederasiya rəhbərliyi Azərbaycanda fəaliyyət göstərən ölkələrin səfirləri ilə görüşmüş, ölkələr arasında mövcud iqtisadi əməkdaşlıq imkanları müzakirə edilmişdir.
Ümumiyyətlə, konfederasiya beynəlxalq təşkilatlarla, o cümlədən Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Birliyinin komissiyaları və təşkilatları ilə, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Biznes Şurası ilə əməkdaşlığı daha da genişləndirmişdir.
Qeyd edək ki, son illərdə konfederasiya daha 3 nüfuzlu təşkilata - İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası, “Dünya Kiçik və orta sahibkarlıq Forumu”, “İpək yolu” beynəlxalq təşkilatlarına üzv olmuş və konfederasiyanın prezidenti kimi “İpək yolu” Beynəlxalq Təşkilatının İdarə Heyəti sədrinin müavini seçilmişəm.
Bundan başqa, Azərbaycan Sahibkarlar Konfederasiyası 2001-ci ildən etibarən Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresində təmsil olunur. Bu günlərdə Konqresin Şura üzvləri arasında qiyabi səsvermə keçirilmiş, sesvermə nəticəsində Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti kimi məni dördüncü dəfə Sənayeçilər və Sahibkarların Beynəlxalq Konqresi Şurası sədrinin müavini vəzifəsinə seçmişlər. Bu fakt beynəlxalq təşkilatlar tərəfindən bizim təşkilata göstərilən böyük etimadın təzahürüdür.
Qeyd edim ki, son illər konfederasiya ölkəmizdə və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən təşkilatlarla, o cümlədən İşəgötürənlər Təşkilatları və Assosiasiyaları ilə 80-dən çox Əməkdaşlıq Müqaviləsi imzalamışdır. Bu müqavilələr ölkələrimiz arasında biznes əlaqələrinin genişlənməsi və daha səmərəli nəticə verməsi istiqamətində mühüm rol oynayır.
Cari il ərzində Azərbaycan sahibkarlarının xarici ölkələrə investisiya yatırması istiqamətində konfederasiya əməkdaşları tərəfindən araşdırmalar aparılmış, bu günədək imzalanan əməkdaşlıq müqavilələri sayəsində faydalı əməkdaşlıq imkanları yaranmışdır.
Beynəlxalq əlaqələrimizin bundan sonra daha da genişləndirilməsini planlaşdırırıq. Hesab edirik ki, bu yolla Azərbaycan sahibkarlarının istehsal etdiyi məhsulların dünya bazarına çıxarılmasına, ölkəyə yeni texnologiyaların gətirilməsinə, investisiya yatırımının stimullaşdırılmasına nail olmaq mümkündür.
- Məmməd müəllim, rəhbərlik etdiyiniz təşkilat Azərbaycan sahibkarlarının potensialını səfərbər etmək üçün hansı addımları atır?
- Hesab edirik ki, qarşıdakı illərdə qeyri-neft sektorunun inkişafında, bu sahədə istehsal və ixrac potensialının artırılmasında qeyri-neft sənayesi əhəmiyyətli rol oynayacaq. Növbəti illərdə sənayenin inkişafına dövlət dəstəyi tədbirləri daha da gücləndiriləcək, yeni istehsal sahələrinin yaranması və rəqabətqabiliyyətli məhsul istehsalının artırılması diqqət mərkəzində saxlanılacaq.
Qeyri-neft sektorunun son 15 ildə orta illik artım tempi 8,1 faiz olmuş, 2017-ci ildə qeyri-neft sektorunda 2,7 faizlik iqtisadi artım müşahidə edilmişdir. 2003-cü ildə ümumi daxili məhsulda özəl sektorun payı 74 faiz olmuşdursa, 2018-ci ildə bu rəqəm 83 faizi ötüb. Məşğulluqda qeyri-neft sektorunun payı 2003-cü ildə 68 faiz idisə, 2018-ci ildə 73 faizə çatıb. Bu müddətdə Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sayı 4,2 dəfə, hüquqi şəxslərin sayı 1,9 dəfə, kiçik müəssisələrin sayı 2 dəfə, fərdi sahibkarların sayı isə 5 dəfə artıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2018-ci il avqustun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artaraq 1,5 milyon nəfər olmuşdur ki, onların əsas hissəsi qeyri-dövlət sektorunda fəaliyyət göstərir.
Göründüyü kimi, son illərdə ölkəmizdə makroiqtisadi sabitlik, davamlı və dayanıqlı iqtisadi inkişaf təmin olunmuş, əlverişli biznes və investisiya mühiti yaradılmışdır. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycan Respublikası sosial-iqtisadi inkişaf tempinə görə dünyada öncül yerlərdədir.
Azərbaycanın dünya bazarına ixrac olunan məhsullarına böyük maraq heç kəsə sirr deyil. Ona görə də ölkədə istehsal edilən məhsulların rəqabət qabiliyyətinin artırılması və dünya miqyasında brendə çevrilməsi üçün iri investisiyaların ayrılmasına ciddi ehtiyac duyulur və bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.
Statistik məlumatlara əsasən, 2018-ci ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 170 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 101 ölkəyə məhsul ixrac olunmuş, 162 ölkədən idxal olunmuşdur.
Azərbaycan Sahibkarlar Konfederasiyası da ölkə sahibkarlarını təmsil edən bir təşkilat olaraq həm əldə etdiyimiz uğurları dəyərləndirir, həm də müasir çağırışları dərindən təhlil edir.
Konfederasiya sahibkarların problemlərinin həll edilməsində, onların maariflənməsində daima maraqlıdır. Eyni zamanda, regionlarda sahibkarlığın inkişafının sürətləndirilməsi üçün onların təşkilatlanmasına çalışır.
Konfederasiya öz fəaliyyətini daha da canlandırmalı, müasir dövrün tələbləri ilə uyğunlaşan iş ahənginə malik olmalıdır.
Azərbaycan Sahibkarlar Konfederasiyası bununla bağlı silsilə və ardıcıl tədbirlər həyata keçirir. Bu istər qanunvericilik aktlarının təkmilləşdirilməsi, istər sahibkarlıq subyektlərinin problemlərinin öyrənilib əlaqədar təşkilatlar tərəfindən onların həllinə nail olunması, istərsə də sahibkarların maarifləndirilməsi işinin daha da dərinləşdirilməsi ilə bağlıdır.
Biz Sahibkarlar Konfederasiyası olaraq, Azərbaycanın tərəqqisi, xalqımızın firavan gələcəyi naminə ölkə Prezidenti tərəfindən müəyyənləşdirilmiş vəzifələrin icrasında fəal iştirak edəcək, Azərbaycan dövlətinin qarşımızda qoyduğu hədəflərə çatmaq üçün bundan sonra da əzmlə çalışacağıq.

 
  • Oxunub:  2580  |  
  • Tarix:  05-10-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Azərbaycan dünyada mövqeyi nəzərə alınan güc amilinə çevrilir

17:05
20 Oktyabr
Pərviz Şahbazov: İtaliyada TAP-ın tikintisi ilə bağlı görülən işlərdən razıyıq
17:00
20 Oktyabr
Azərbaycan Prezidenti dəniz nəqliyyatı işçilərini təltif edib
16:54
20 Oktyabr
Energetiklər ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
16:49
20 Oktyabr
Budapeştdə güləş üzrə dünya çempionatı başlayıb
16:37
20 Oktyabr
Van Çen: Azərbaycanın seçdiyi inkişaf yolunu dəstəkləyirik
16:32
20 Oktyabr
Hadi Rəcəbli: Azərbaycanın sosial-iqtisadi və digər sahələrdə əldə etdiyi nailiyyətlər milli iqtisadiyyatın dinamik tərəqqisini şərtləndirib
16:29
20 Oktyabr
Əli Əhmədov: Azərbaycan Çin ilə əlaqələrin bütün sahələrdə inkişafına xüsusi əhəmiyyət verir
13:44
20 Oktyabr
Akif Əlizadə: AMEA-da elmlə təhsilin inteqrasiyası istiqamətində uğurlu addımlar atılır
13:40
20 Oktyabr
Biləsuvar rayonunda Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib
13:30
20 Oktyabr
Elman Məmmədov: Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyətli mövqe nümayiş etdirir
13:20
20 Oktyabr
“Star” neft emalı zavodu Türkiyənin ilk Xüsusi Sənaye Zonası elan olunub
13:15
20 Oktyabr
Ekspert: İnvestisiya mühitinin daha da yaxşılaşdırılması sahibkarlığın inkişafı üçün zəmin formalaşdırır
12:57
20 Oktyabr
Türkiyə KİV-ləri “Star” zavodunun açılışını Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının göstəricisi kimi qiymətləndirir
12:47
20 Oktyabr
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi Bolqarıstanın Plovdiv şəhərində qeyd olunub
12:35
20 Oktyabr
Qida Təhlükəsizliyi Agentliyində sahibkarlarla görüş keçirilib
12:28
20 Oktyabr
Aydın Hüseynov: “Star” layihəsinin reallaşması Azərbaycan və Türkiyə liderlərinin güclü siyasi iradəsi nəticəsində mümkün olub
10:57
20 Oktyabr
Kamilə Əliyeva: Regionun lider dövləti olan Azərbaycan bütün sahələrdə möhtəşəm uğurlar qazanıb
10:31
20 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 30 dəfə pozub
10:29
20 Oktyabr
Bakıda Çingiz Aytmatovun 90 illiyi qeyd olunub
10:24
20 Oktyabr
Prezident İlham Əliyev: “Star Rafineri”nin açılışı Türkiyə-Azərbaycan birliyinin, həmrəyliyinin, dostluğunun əlamətidir
10:19
20 Oktyabr
Türkiyə Prezidenti: Azərbaycan torpaqlarının 20 faizinin əsrin dörddəbiri qədər işğal altında qalması qəbul edilə bilməz
10:12
20 Oktyabr
Rəcəb Tayyib Ərdoğan: “Star” zavodunun açılışı ilə dünyaya örnək olan əlaqələrimizi bir addım da inkişaf etdiririk
10:03
20 Oktyabr
20 oktyabr - Azərbaycanda Energetiklər Günüdür
17:50
19 Oktyabr
Şəkidə yaş barama istehsalı ötən illə müqayisədə 2,7 dəfə artıb
17:43
19 Oktyabr
Bakı Beynəlxalq Animasiya Filmləri Festivalı çərçivəsində “ReAnimasiya” sərgisi açılıb
17:37
19 Oktyabr
Avropa Komissiyasının ali təhsil üzrə nümayəndələri ADNSU-da
17:28
19 Oktyabr
“Sağlam məktəbli” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib
17:24
19 Oktyabr
Kənd təsərrüfatı naziri Masallıda cənub bölgəsinin vətəndaşlarını qəbul edib
17:21
19 Oktyabr
Dövlət Komitəsində Türkiyə və Azərbaycan diasporlarının birgə fəaliyyəti müzakirə olunub
17:19
19 Oktyabr
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
17:15
19 Oktyabr
Vətəndaş məmnunluğuna və şəffaflığa nail olmaq başlıca məqsədə çevrilməlidir
17:14
19 Oktyabr
Sevinc Fətəliyeva: Azərbaycanın ərazi bütövlüyü və suverenliyi müzakirə mövzusu deyil
17:04
19 Oktyabr
Azərbaycan “Qlobal Rəqabətlilik Hesabatı-2018”də rəqəmsal bacarıqlar üzrə 140 ölkə arasında 15-ci yeri tutub
16:55
19 Oktyabr
Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirilir
16:55
19 Oktyabr
Bakıda “Ağsaqqalların ölkənin ictimai-siyasi həyatında rolu” mövzusunda konfrans keçirib
16:51
19 Oktyabr
AZAL və “Belavia” aviaşirkəti Bakı-Minsk marşrutu üzrə kod-şerinq sazişi imzalayıb
16:48
19 Oktyabr
Lerikdə dini radikalizmlə mübarizəyə dair seminar-müşavirə işini davam etdirib
16:42
19 Oktyabr
UNEC Biznes Məktəbinin magistrləri Avropa əmək bazarına birbaşa çıxış imkanına malikdirlər
16:41
19 Oktyabr
MM-n deputatı: Azərbaycanla Türkmənistan arasında əlaqələrin inkişaf dinamikası artır
16:32
19 Oktyabr
Azərbaycan və Latviya bələdiyyələri arasındakı əməkdaşlıq ikitərəfli münasibətlərin inkişafında mühüm yer tutur
16:13
19 Oktyabr
İtaliya Senatının sədri Heydər Əliyev Mərkəzində olub
16:06
19 Oktyabr
Qanunsuz tikintinin qarşısının alınması üçün yeni qanunvericilik təşəbbüsləri hazırlanır
15:56
19 Oktyabr
Latviyalılar Azərbaycan narını xüsusi dəyərləndirirlər
15:54
19 Oktyabr
Rəcəb Tayyib Ərdoğan: Azərbaycan hər zaman Türkiyənin yanında olub
15:50
19 Oktyabr
Son doqquz ayın nəticələri ölkəmizin qarşıya qoyulan strateji hədəflərə doğru inamla irəlilədiyini bir daha təsdiqləyir
15:48
19 Oktyabr
“İnternet istifadəçiləri” göstəricisinə görə Azərbaycan digər MDB ölkələri ilə müqayisədə liderdir
15:39
19 Oktyabr
Hikmət Hacıyev: “Star” layihəsi Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin strateji xarakter daşımasının nümunəsidir
15:33
19 Oktyabr
Gəmiçilər ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
15:31
19 Oktyabr
Tahir Mirkişili: Azərbaycan iqtisadiyyati gələcək dövrün çağırışlarına cavab vermək üçün hazırlanır
14:45
19 Oktyabr
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
14:43
19 Oktyabr
Batika parça üzərində nəqqaşlıq sənətidir
14:39
19 Oktyabr
Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib
14:34
19 Oktyabr
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Göyçayda vətəndaşları qəbul edəcək
14:18
19 Oktyabr
Azərbaycanın müdafiə naziri “Czechoslovak Group” holdinqin rəhbərliyi ilə görüşüb
14:12
19 Oktyabr
“Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışının qalibləri ilə Dövlət Sərhəd Xidmətində görüş keçirilib
14:08
19 Oktyabr
İsrailin səfiri Dan Stav: Naxçıvan Muxtar Respublikası ilə İsrail arasında geniş əməkdaşlıq imkanları mövcuddur
14:05
19 Oktyabr
Bioloji fəallığa malik qida əlavələri və qida təhlükəsizliyi sahəsində Anlaşma Memorandumu imzalanıb
14:03
19 Oktyabr
“Buenos-Ayres 2018” Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına yekun vurulub
14:01
19 Oktyabr
"The Guardian": Xınalıq kəndi Avropanın 10 ən yaxşı turizm məntəqəsindən biridir
12:12
19 Oktyabr
Murmanskın “TV-21” telekanalında Azərbaycan və azərbaycanlılar haqqında süjet göstərilib
12:08
19 Oktyabr
"Bir Pəncərə" İxraca Dəstək Mərkəzində ixracın hüquqi prosedurları üzrə seminar keçirilib
11:45
19 Oktyabr
Naxçıvanda Dövlət Müstəqilliyi Günü silsilə tədbirlərlə qeyd olunub
11:37
19 Oktyabr
Vyetnamda Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilmiş ibtidai məktəbin açılışı olub
11:34
19 Oktyabr
QHT-lərə Dövlət Dəstəyi Şurası Ucarda ictimai müzakirə keçirib
11:23
19 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 26 dəfə pozub
11:16
19 Oktyabr
2019-cu il Formula 1 yarışlarının mövsümqabağı testlərinin cədvəli məlum olub
11:07
19 Oktyabr
Samir Vəliyev: TANAP-la Türkiyəyə 415 milyon kubmetrdən çox Azərbaycan qazı göndərilib
11:02
19 Oktyabr
Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir
10:56
19 Oktyabr
Nazir müavini: TAP layihəsi üzrə işlərin 79 faizi icra edilib
10:48
19 Oktyabr
“Azərbaycanda gender əsaslı cinsi sistemin qarşısının alınması və aradan qaldırılması üzrə Milli Fəaliyyət Planı” layihəsinin təqdimatı keçirilir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA