Ana səhifə »  Müsahibə »  İqtisadi islahatlar Azərbaycanın hərtərəfli inkişafını təmin etməkdədir
A+   Yenilə  A-
İqtisadi islahatlar Azərbaycanın hərtərəfli inkişafını təmin etməkdədir

Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov www.yap.org.az saytına müsahibə verib:
- Aydın müəllim, 2018-ci ilin ötən 9 ayının sosial-iqtisadi göstəricilərini necə qiymətləndirərdiniz?
- Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi islahatlar nəticəsində ölkəmizdə iqtisadi və siyasi sabitlik möhkəmlənib, iqtisadi inkişaf dinamikası davam etməkdədir. Aparılan məqsədyönlü və mükəmməl siyasətin nəticəsində 2018-ci ilin ötən 9 ayı ərzində ölkəmizin sosial-iqtisadi inkişafı davam edib, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft istehsalı və ixracının həcminin artması, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli irəliləyişlərə nail olunub, əhalinin rifah halının daha da yüksəldilməsi təmin edilib. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin üçüncü rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında vurğuladığı kimi, respublikamızda iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı siyasət çox uğurludur, iqtisadiyyat hərtərəfli inkişaf edir.
Ötən 9 ayda ümumi daxili məhsul 0,8 faiz, qeyri-neft sektoru 1, qeyri-neft sənayesi 10,8, kənd təsərrüfatı 4,3 faiz artıb. Bu, qlobal şokların hələ də davam etdiyi bir vaxtda yaxşı göstərici hesab oluna bilər. Qeyri-neft sektorunun ÜDM-də payı 60 faizə çatıb. Qeyri-neft sektorunun hesabına əldə edilən bu artım iqtisadiyyatın strukturunun tam mənada keyfiyyət dəyişikliklərinə məruz qaldığını şərtləndirir. Bu tendensiya onu göstərir ki, iqtisadiyyatda güclü dinamika və şaxələnmə siyasətinin məntiqi nəticəsi olaraq neftdənkənar sahələrin sıçrayışı və bu potensialın umumi inkişaf yönləndirilməsi bir sistem təşkil etməkdədir. Qeyri-neft sektorunun hesabına əldə edilən bu artım iqtisadiyyatın strukturunda keyfiyyət dəyişikliklərinin, şaxələndirmə siyasətinin mühüm göstəricisi sayıla bilər. Qeyri-neft sektoru iqtisadiyyatda dominant rol oynamaqla, gələcək inkişafın əsas iqtisadi təməllərindən biri olacağını şərtləndirir.
2018-ci ildə Azərbaycanın beynəlxalq nüfuzu da artıb, regionda enerji-nəqliyyat qovşaqlarının yaradılmasında rolu güclənib. Dövlət başçısının vurğuladığı kimi, bu gün Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarda çox böyük rol oynayır və böyük rəğbət qazanıbdır. Azərbaycanın dünya enerji siyasətində rolu artır, respublikamız çox önəmli nəqliyyat mərkəzinə çevrilir.
- Sosial sahədə hansı müsbət dəyişikliklərə nail olunub?
- Həyata keçirilən islahatlar sosial sahədə də özünün müsbət təsirlərini göstərib. Pensiyaçıların və digər sosial qrupların sosial müdafiəsinin gücləndirilməsi, maaşların davamlı artımı, tələbələrin təqaüdlərinin artırılması, təhsil, səhiyyə və mədəniyyət işçilərinə dövlət qayğısının artırılması, məcburi köçkünlər üçün yeni qəsəbələrin salınması, əlillərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılıması istiqamətində işlər davam etdirilib. Ölkə iqtisadiyyatında iqtisadi göstəricilərlə yanaşı, həm də sosial sahədə müsbət artım meyilləri müşahidə olunub. Cari ilin 9 ayında orta aylıq əməkhaqqı 541 manata çatıb. Əhalinin gəlirləri 9,5 faiz artıb, inflyasiya 2,6 faiz təşkil edib. Bu isə əhalinin gəlirlərinin qiymət artımını 4 dəfə üstələdiyini göstərir. Beləliklə, hər il olduğu kimi, əhalinin gəlirləri inflyasiyanı üstələyir və beləliklə bu, bilavasitə insanların yaşayış səviyyəsinə müsbət təsir göstərir. Ölkəmizin strateji valyuta ehtiyatları 45 milyard dolları keçib. Ümumiyyətlə, insanların daha da yaxşı yaşaması və onların illik gəlirlərinin artmasına dövlət dəstəyinin gücləndirilməsi hökumətin diqqət yetirdiyi əsas prioritetlərdən biridir. Dövlət başçısının qeyd etdiyi kimi, respublikamızın maliyyə resurslarının və büdcə gəlirlərinin artması davam etdikcə, sosial sahəyə ayrılan vəsaitlərin həcmi də artacaq, maaş və pensiyaların, təqaüdlərin qaldırılması siyasəti davam etdiriləcək.
- Hazırda regionlarda həyata keçirilən layihələr iş yerlərinin yaradılmasında hansı rol oynamaqdadır?
- Regionların sosial-iqtisadi inkişafı ilə bağlı yürüdülən siyasət cari ilin ötən 9 ayı ərzində ölkə iqtisadiyyatının şaxələnməsinə, qeyri-neft sektorunun inkişafına möhkəm zəmin yaradıb. 9 ayda 100 mindən çox yeni iş yeri açılıb ki, onlardan 86 mini daimi iş yeridir. Ümumilikdə, regionların inkişafı strategiyasının icrasına başlanmasından indiyədək 1 milyon 300 mindən artıq iş yeri açılıb, onlardan təxminən 1 milyonu daimi iş yeridir. Regionların inkişafı ilə bağlı strategiyanın davam etdirilməsi bölgələrdə işsizliyin səviyyəsinin azalmasına mühüm təsir göstərib. Hazırda ölkəmizdə işsizlik səviyyəsi 5 faiz təşkil edir ki, bu da dünya göstəricisindən xeyli aşağıdır.
- Biznes sektoru və ixracın artırılması sahəsində aparılan islahatları necə şərh edərdiniz?
- Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığa dövlət dəstəyi tədbirlərinin artırılması yürüdülən siyasətin əsas prioritetlərindəndir. Prezident İlham Əliyevin iqtisadi islahatlar paketi çərçivəsində sahibkarlığın inkişafı ilə bağlı qəbul etdiyi qərarlar iqtisadiyyatın davamlı inkişafının təmin olunması baxımından strateji xarakter daşıyır və sahibkarlığın inkişafı üçün yeni dövrün başlanmasına səbəb olub. Bu siyasətin nəticəsi olaraq sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırılıb, lisenziyalar və icazələrin sayı azaldılıb. Bütün bunlar iqtisadiyyatın artıq qeyri-neft əsasları üzərində inkişaf etdiyini göstərir. Həmin siyasətin ən mühüm uğurlarından biri ötən 9 ayda investisiya cəlbediciliyinin artmasıdir. Qeyd olunan müddət ərzində iqtisadiyyata 9 milyard dollar sərmayə qoyulub ki, onun da 5,6 milyard dolları qeyri-neft sektorunun payına düşür. Sərmayələr qeyri-neft bölmələrinin hərtərəfli inkişafına və güclü iqtisadi potensialımızın artırılmasına imkan verib. Hazırda ölkə iqtisadiyyatının 70 faizə yaxın hissəsi qeyri-neft sektorunun payına düşür.
Yaxın 5 ildə bu rəqəmin daha da artırılması hədəf seçilib, eyni zamanda, qeyri-neft məhsullarının ixracının artırılması başlıca məqsədlərdəndir. Hazırda qeyri-neft iqtisadiyyatının şaxələndirilməsi və ixrac potensialının artırılması istiqamətində islahatlar davam etdirilir. Bu məqsədlə iqtisadiyyatın bir çox sahələrində - maliyyə, fiskal, gömrük, vergi, biznes, sahibkarlıq və digər sektorlarda sistemli şəkildə dərin iqtisadi islahatların həyata keçirilməsi istiqamətində mühüm addımlar atılmaqda, perspektiv inkişafa dair elmi-iqtisadi ssenarilər hazırlanmaqdadır. Milli iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin əsas prioritetləri kimi iqtisadiyyatın bütün sahələrində səmərəliliyin və rəqabətliliyin artırılması, ixracda rəqabətliliyin və birbaşa xarici investisiyaların yüksəldilməsi nəzərdə tutulur.
Bu gün qarşıda duran ümdə vəzifələrdən biri ixrac məhsullarının həm çeşidinin, həm də coğrafiyasının şaxələndirilməsidir. Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması məqsədilə və “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi üçün müxtəlif tədbirlər görülür. Beynəlxalq sərgi və ya yarmarkalarda “Made in Azerbaijan” brendi uğurla təşviq edilir.
- Dövlət başçısı Nazirlər Kabinetinin iclasında islahatların davam etdirilməsinə və gələcək inkişaf hədəflərinə də toxundu...
- Prezident İlham Əliyevin müşavirədə iqtisadiyyatın yeni inkişaf hədəfləri ilə bağlı fikirləri konkret istiqamətlərin müəyyənləşdirilməsi baxımından çox mühüm əhəmiyyət kəsb edir. Cənab Prezidentin proqram xarakterli çıxışı Azərbaycanın indiki iqtisadi inkişaf mənzərəsini və qarşıda duran yeni iqtisadi-siyasi, sosial tədbirlərin ssenarilərini, atılacaq addımların hədəflərini özündə əks etdirir. Bu istiqamətlər neftdən kənar sahələrin hər birinin öz inkişaf planının həyata keçirilməsi ilə bağlıdır. İqtisadi siyasətlə bağlı əsas hədəflər şaxələndirmə, qeyri-neft sektorunun inkişafı, aqrar sahədə əlavə tədbirlər, biznes mühitinin yaxşılaşdırılması, xarici investisiyaların cəlb edilməsi, süni əngəllərin aradan qaldırılması, inflyasiyanın nəzarətdə saxlanılması və daxili bazarın qorunması, inhisarçılığa qarşı mübarizə və digər prioritetlərdir.
Dövlət başçısı iqtisadiyyatda şəffaflığın və hesabatlılığın artırılması, biznes sektorunda uçot-mühasibatlıq sisteminin düzgün qurulması istiqamətində çox ciddi addımlar atılması, qarşıdakı dövrdə bu istiqamətdə mühüm işlər görülməsi, dövlət investisiya layihələrinin icra olunması və digər mühüm tədbirlərin görülməsi üçün müvafiq qurumlar qarşısında konkret tapşırıqlar qoydu. Eyni zamanda, ölkəmizin sənaye potensialının artırılması, kənd təsərrüfatının bütün sahələrində, o cümlədən pambıqçılıq, üzümçülük və s. sahələrin inkişaf potensialının artırılması, aqrar sahəyə dövlət dəstəyinin artırılması istiqamətində digər layihələrin həyata keçirilməsinin zəruriliyinə diqqət çəkdi. İnanıram ki, müvafiq qurumlar verilmiş tapşırıqların icrası üçün öz çevikliyini artıracaq.
- Milli Məclis yaxın günlərdə 2019-cu il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrini müzakirəyə çıxaracaq. Gələn ilin büdcə layihəsi barədə fikirlərinizi bilmək maraqlı olardı?
- Gələn ilin büdcə layihəsi təmkinli, praqmatik ssenarilər üzrə hazırlanıb və əsas məzmunu iqtisadi inkişafın dayanıqlılığını təmin etmək, güclü sosial islahatların əhatəsini genişləndirmək, bununla da insanların rifahını ən yüksək səviyyəyə çatdırmaqdır. Bu sahədə möhkəm bünövrə qoyulub və insanların etibarlı və layiqli həyatının təmin edilməsi üçün dövlət büdcəsində sosial məsələlər ön planda dayanır. İnsanlara yüksək qayğı göstərilməsini fəaliyyətinin əsas prinsiplərindən biri hesab edən Prezident İlham Əliyev Nazirlər Kabinetinin müşavirəsində 2019-cu ilin dövlət büdcəsi barədə fikirlərini bildirərkən büdcənin sosial və investisiya yönümlü olacağını, büdcə zərfində bütün sosial proqramların öz əksini tapmalı olduğunu vurğulayıb. Büdcə, eyni zamanda, daxili investisiyalar, sahibkarlıq, qeyri-neft sektorunun inkişafında əsas rol oynayan sənaye, kənd təsərrüfatı, İKT, turizmin inkişafı üçün əsas maliyyə mənbəyidir. Eyni zamanda, dövlətin bu sahəyə yönəltdiyi vəsaitlər mühüm iqtisadi və sosial layihələrin icrası üçün xüsusi rol oynayır. Həmin layihələrin icrası isə minlərlə insanın işlə təmin olunması deməkdir.
- 2018-ci ilin başa çatmasına az müddət qalır. Ümumiyyətlə, cari ili iqtisadi-siyasi baxımdan necə proqnozlaşdırmaq olar?
- Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş, təmkinli, lakin olduqca çevik və qətiyyətli, uzaqgörən iqtisadi siyasət Azərbaycan iqtisadiyyatının davamlı uğurlarından xəbər verir. Prezident İlham Əliyev qarşıdakı dövr üçün fəaliyyət proqramını, Azərbaycanın daha 5 illik inkişaf platformasının başlıca hədəflərini açıqlamışdır və dövlət başçısının bəyan etdiyi islahatların ana konturları, inkişaf ssenariləri çox ümidverici, nikbin və daha irəliyə baxmaq üçün stimullu fundamental konsepsiya təsiri bağışlayır. Bu konsepsiyanın başlıca məzmunu Azərbaycanın yeni iqtisadi siyasətini müəyyən edən, yeni istiqamətlər açan, sosial dövlət - sosial cəmiyyətin inkişafına geniş imkanlar yaratmaqdan ibarətdir.
Azərbaycanın gələcək inkişaf ssenariləri nikbin iqtisadi uğurlardan xəbər verir. Qarşıdakı dövrdə ölkə iqtisadiyyatının strukturunun təkmilləşdirilməsi, neft-yanacaq kompleksinin yenidən qurulması, qeyri-neft sektorunun çoxşaxəli inkişafının təmin olunması, özəl sektora dövlət dəstəyinin gücləndirilməsi, milli sahibkarlığın ixrac potensialının gücləndirilməsi, sosial infrastrukturun tamamilə yenilənməsi kimi mühüm istiqamətlər müəyyənləşib. Nazirlər Kabinetinin iclasında müzakirə olunan məsələlər və dövlət başçısının müəyyən etdiyi yeni hədəflər onu göstərir ki, Azərbaycan iqtisadiyyatının hazırkı uğurlu inkişafı qarşıdakı aylarda daha da sürətlənəcək və 2018-ci il əlamətdar iqtisadi və sosial hadisələrlə yadda qalacaq. Davam etdirilən islahatlar və əldə edilmiş nəticələr onu deməyə əsas verir ki, Azərbaycan 2018-ci ili regionda ən sürətli inkişafla başa vuran ölkə olacaq.

 
  • Oxunub:  11490  |  
  • Tarix:  16-10-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan vətəndaşlara dövlət xidmətlərinin göstərilməsində nümunəvi modelə malik olan ölkədir

19 İyul 20:14
Elmar Məmmədyarov: Təşəbbüskarı olduğumuz layihələr Avropa ilə Asiya arasında əlaqələrin genişlənməsinə töhfə verəcək
19 İyul 20:11
“Azərbaycan milli mətbuatı 144 il: müasir gəncliyin gözü ilə” mövzusunda tədbir keçirilib
19 İyul 20:06
Azərbaycanda Paralimpiya hərəkatının təbliğində mətbuatın rolu danılmazdır
19 İyul 19:59
Dövlət Neft Fondu media nümayəndələrini mükafatlandırıb
19 İyul 19:55
Prezidentin Mətbuat Xidmətinin məlumatı
19 İyul 17:52
Vüqar Rəhimzadə: Dövlətçilik maraqları şəxsi maraqlardan öndə dayanmalıdır
19 İyul 17:49
Ali Məhkəmənin sədri və kollegiya sədrləri bölgələrdə vətəndaşları qəbul ediblər
19 İyul 17:48
Pərvin Kərimzadə: “Yay məktəbləri” partiyamızın gənc fəalları üçün həm təcrübə, həm də bilik mənbəyidir
19 İyul 17:41
Vergilər naziri Qəbələdə vətəndaşları qəbul edib
19 İyul 17:33
Azərbaycan Ordusunun zabiti Çin Hərbi Akademiyasını qızıl medalla bitirib
19 İyul 17:27
Mobil qeydiyyat kampaniyası çərçivəsində 4 minə yaxın mənzillərin çıxarışı hazırlanıb
19 İyul 16:57
Akademik Məmmədağa Şirəliyevin 110 illiyi qeyd ediləcək
19 İyul 16:53
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri “ASAN xidmət”lə tanış olub
19 İyul 16:44
Azərbaycan Dillər Universitetində media nümayəndələri mükafatlandırılıb
19 İyul 16:27
“Qadın və uşaq hüquqları media müstəvisində” mövzusunda konfrans keçirilib
19 İyul 16:22
ABŞ-ın Azərbaycanda yeni hərbi attaşesi təyin olunub
19 İyul 16:15
AHİK-in sədri “Elm və sülh səfiri” beynəlxalq fəxri adına layiq görülüb
19 İyul 15:46
Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları 2019”da iştirak edəcəklər
19 İyul 15:31
DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tabeçiliyindəki orqanlarda vakant vəzifələrə müsabiqə elan edir
19 İyul 15:25
Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib
19 İyul 15:10
Milli Arxiv İdarəsində İmadəddin Nəsimin 650 illiyinə həsr edilmiş tədbir keçirilib
19 İyul 15:08
Eldəniz Səlimov: XV Avropa Gənclər Olimpiya Festivalının Bakıda keçirilməsi ölkəmiz üçün qürurvericidir
19 İyul 14:44
Rusiyalı qonaqlar Bakı Slavyan Universitetində
19 İyul 14:35
Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycan milli komandasının bayraqdarı müəyyənləşib
19 İyul 14:33
Nazirlər Kabinetində Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın iclası keçirilib
19 İyul 13:50
Müdafiə Nazirliyinin nümayəndələri veteranlarla görüşüblər
19 İyul 13:38
Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirilib
19 İyul 13:33
İqtisadiyyat nazirinin müavinləri şimal bölgəsindən olan vətəndaşları qəbul ediblər
19 İyul 12:48
Bəhruz Həsənov: Azərbaycan mətbuatında müəyyən neqativ hallar var, amma sayı azdır
19 İyul 11:53
Muxtar respublikada hərbi infrastruktur quruculuğu uğurla davam etdirilir
19 İyul 11:39
Rezidenturaya qəbul olmaq üçün 100-dən çox namizəd ixtisas seçimi ərizəsini təsdiqləyib
19 İyul 11:33
Sizə inananlar bezdi, özünüz bezmədinizmi?..
19 İyul 11:30
Hikmət Babaoğlu: Azərbaycan mətbuatı çətin və böyük inkişaf yolu keçib
19 İyul 11:29
Şamaxıda kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılmasına dair pilot layihənin təqdimatı olub
19 İyul 11:23
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19 İyul 11:12
XV Avropa Gənclər Yay Olimpiya Festivalı keçiriləcəyi dövrdə 41 təcili tibbi yardım briqadaları növbə çəkəcəklər
19 İyul 11:01
“Grand Tourisme” qəzeti Şəki Xan Sarayından yazır
19 İyul 10:54
Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 1 milyard 279 milyon manatı ötüb
19 İyul 10:51
Azərbaycan və İtaliya alimləri tibb sahəsində əməkdaşlıq edəcəklər
19 İyul 10:38
Bu gün riyaziyyat və fiziki tərbiyə müəllimliyi üzrə imtahanlar keçirilir
19 İyul 10:29
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 26 dəfə pozub
19 İyul 10:13
Loran Tardivel: Azərbaycanda xalçaçılıq sənətinin qorunub saxlanması və inkişaf etdirilməsi diqqətəlayiqdir
19 İyul 10:06
“Neftçi” avrokuboklarda ən böyük hesablı qələbəsini qazanmaqla ölkəmizin futbol tarixinə düşüb
19 İyul 09:57
Maliyyə Nazirliyi 6 ayda dövlət büdcəsinin icrasına dair məlumat yayıb
19 İyul 09:54
Hesablama Palatasında nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub
19 İyul 09:52
Yarım ildə Hesablama Palatasının həyata keçirdiyi nəzarət tədbirlərinin əhatəsi 1 milyard manatdan çox olub
19 İyul 09:47
Sivilizasiyalararası və dinlərarası dialoqun inkişafında Şeyxülislam Allahşükür Paşazadənin mühüm rolu var
19 İyul 09:41
Bu ilin birinci yarımilində yaşa görə pensiya təyinatlarının 82 faizi avtomatlaşdırılmış qaydada həyata keçirilib
19 İyul 09:39
Regionlarda meyvəçiliyin və çayçılığın inkişafı ilə bağlı çoxşaxəli tədbirlər görülür
19 İyul 09:36
Azərbaycan vətəndaşlara dövlət xidmətlərinin göstərilməsində nümunəvi modelə malik olan ölkədir
18 İyul 20:36
ATƏT-in yeni qətnaməsi: ərazi bütövlüyünə və beynəlxalq hüquqa hörmətin ifadəsi
18 İyul 20:32
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti İranda səfərdədir
18 İyul 20:30
Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək cüdo komandalarının heyəti açıqlanıb
18 İyul 20:28
BDU Braziliya universitetləri ilə əlaqələrin qurulmasında maraqlıdır
18 İyul 20:25
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
18 İyul 20:23
Kassa çeklərinin təqdim olunması ilə bağlı vergi nəzarəti tədbirlərinə başlanılıb
18 İyul 20:16
Con Love: Azərbaycan multikulturalizm dəyərlərinin dünyada təbliği istiqamətində müxtəlif layihələr həyata keçirir
18 İyul 20:08
Bakı Şəhər Prokurorluğunda geniş əməliyyat müşavirəsi keçirilib
18 İyul 20:06
Fermerlərə 23 milyondan çox subsidiya verilməsinə dair qərar qəbul edilib
18 İyul 20:03
Leyla Abdullayeva: Bu hadisə Minsk qrupu həmsədrlərinin xalqların sülhə hazırlanması ilə bağlı çağırışına tam şəkildə ziddir
18 İyul 17:52
Zakir Həsənov İran İslam Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb
18 İyul 17:49
Dövlət Miqrasiya Xidmətində altı ayının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
18 İyul 17:45
Azərbaycan və Qətər arasında ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb
18 İyul 17:42
Sona Əliyeva: Gənclər üçün yay məktəbləri Yeni Azərbaycan Partiyasının ən uğurlu layihələrdən biridir
18 İyul 17:38
Səfir Cavad Cahangirzadə: Azərbaycan-İran əlaqələri heç zaman belə yüksək səviyyədə olmayıb
18 İyul 17:35
Dilarə Cəbrayılova: Yay məktəbləri gənclərimiz üçün yaddaqalan hadisələrlə zəngindir
18 İyul 17:32
Tahir Süleymanov: Ölkəmizin nəqliyyat mərkəzinə çevrilməsini təmin etmək üçün böyük işlər görülüb
18 İyul 17:29
Mirzə Əliyev: Aqrar sahədə lizinq fəaliyyəti tam olaraq liberallaşdırılıb
18 İyul 17:28
Azər Badamov: Azərbaycan dünyada müxtəlif xalqların, dini konfessiyaların mehriban şəraitdə yaşadığı ölkə kimi tanınır
18 İyul 17:23
Abraham Kuper: Azərbaycan tolerantlıq ənənələri və dinlərarası dialoqa dair nümunəvi modelə malikdir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA