Ana səhifə »  Müsahibə »  Son doqquz ayın nəticələri ölkəmizin qarşıya qoyulan strateji hədəflərə doğru inamla irəlilədiyini bir daha təsdiqləyir
A+   Yenilə  A-
Son doqquz ayın nəticələri ölkəmizin qarşıya qoyulan strateji hədəflərə doğru inamla irəlilədiyini bir daha təsdiqləyir

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev www.yap.org.az saytına müsahibə verib:
- Tahir müəllim, bu günlərdə Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirildi. Bu dövrdə əldə olunan nəticələr haqqında nə deyə bilərsiniz?
- Ümumiyyətlə, ölkəmizin inkişafı istiqamətində görülən işlərin təhlil edilməsi, nəticələrin dəyərləndirilməsi və qarşıda dayanan vəzifələrin müəyyənləşdirilməsi çox əhəmiyyətlidir. Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası da bu baxımdan önəmlidir. Bu kimi iclaslarda inkişaf göstəriciləri faktlarla sadalanır, nöqsanlar qeyd olunur və bu nöqsanların aradan qaldırılması üçün dövlət başçısı səviyyəsində tapşırıqlar verilir. Beləliklə, gələcək inkişafımız üçün yeni vəzifələr müəyyənləşdirilir.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında geniş məzmunlu çıxış etdi. Dövlət başçısının vurğuladığı kimi, bu ilin ötən dövründə əldə olunan nəticələr müsbətdir. Bu dövrdə də sosial-iqtisadi sahədə gözəl nəticələr əldə olunub, eləcə də ölkəmizin beynəlxalq miqyasda mövqeləri daha da möhkəmlənib.
Qeyd edim ki, respublikamızda qeyri-neft iqtisadiyyatının möhkəmləndirilməsinə, istehsal və ixrac imkanlarının artırılmasına hesablanan islahatlar bir-birini tamamlayır ki, bu da investisiyaların daha prioritet sahələrə istiqamətləndirilməsi baxımından çox önəmlidir. Hazırda respublikamızda dövlət başçısının imzaladığı müvafiq Fərmanla təsdiqlənən milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin uğurla icra edilməsi ölkədə reallaşdırılan islahatların səmərəliliyini daha da artırır. Son doqquz ayın nəticələri ölkəmizin qarşıya qoyulan strateji hədəflərə doğru inamla irəlilədiyini bir daha təsdiqləyir. Artıq milli iqtisadiyyatımızda özəl sektorun ümumi payı 70 faizi ötüb ki, bu da böyük nailiyyətdir. Bəhs olunan dövrdə də milli iqtisadiyyatımızda ən yaxşı inkişaf göstəriciləri məhz neftdənkənar istiqamətlərdə qeydə alınıb.
- Hazırda qeyri-neft sektorunun inkişafına böyük önəm verilir. Bu, cari ilin ötən dövründə də özünü göstərir...
- Respublikamızda iqtisadi inkişafın yeni paradiqmaları sırasında qeyri-neft sektoru üzrə müasir sənaye quruculuğu siyasəti mühüm yer tutur. Ölkəmizdə müasir texnologiyaların tətbiqinə əsaslanan elm tutumlu qeyri-neft sənayesinin geniş inkişaf perspektivləri var. Azərbaycanın dünya kosmos ailəsinin üzvü olması, xarici bazarlara müdafiə təyinatlı məhsullar çıxarması qürurverici haldır. Qeyd etmək xoşdur ki, Azərbaycan bu yaxınlarda üçüncü peykini orbitə buraxmaqla dünya kosmos ailəsində öz mövqeyini daha da möhkəmləndirib. Hazırda paytaxt Bakıda və regionlarda yeni sənaye müəssisələri yaradılır, paralel şəkildə Pirallahıda, Sumqayıtda, Mingəçevirdə və digər ünvanlarda sənaye parkları formalaşdırılır. Ötən 9 ayda respublikada sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə 10,8 faiz artıb. İlin əvvəlindən bəri əldə olunan bu kimi uğurlar respublikamızda aparılan sənayeləşmə siyasətinin nəticəsidir.
Diqqətəlayiq məqamlardan biri də odur ki, müxtəlif mənbələrdən milli iqtisadiyyatımıza yönəldilən sərmayələrin həcmi ilbəil artır. Bəhs olunan dövrdə respublikamıza yönəldilən investisiyaların həcmi 9 milyard dollara bərabər olub. O cümlədən sərmayələrin 5,6 milyard dolları qeyri-neft sektoruna yönəldilib. Qeyri-neft sektoruna sərmayə qoyuluşunun artması milli iqtisadiyyatımızın bundan sonra da şaxələndirilməsinə xidmət göstərəcək.
Qeyd edim ki, doqquz ayda Azərbaycanın xarici ticarət dövriyyəsi 37 faiz artıb. Ölkəmizdən ixrac da təxminən bir o qədər genişlənib. Qeyri-neft ixracında isə təxminən 14 faiz artım qeydə alınıb.
- Kənd təsərrüfatının inkişafı da prioritet istiqamətdir. Bu sahədə əldə olunan nəticələri necə dəyərləndirirsiniz?
- Azərbaycanın iqtisadi potensialının davamlı olaraq artmasında qeyri-neft sektorunun mühüm bir qolu kimi aqrar sektorun rolunu xüsusi qeyd etmək lazımdır. Son illərdə ölkə miqyasında böyük potensiala malik aqrar sektor yeni yanaşmalar əsasında inkişaf etdirilir, burada əmək tutumu böyük, gəlir imkanları geniş olan bitkilərin becərilməsi diqqət mərkəzində saxlanılır. Artıq respublikamızda dövlət dəstəyi hesabına yaradılan 32 fermer təsərrüfatı uğurla fəaliyyət göstərir. Bu təsərrüfatlarda məhsuldarlıq əhəmiyyətli dərəcədə artıb. Ölkədə dəyər zəncirinin bütün halqalarını özündə birləşdirən aqroparkların yaradılması güclü şəkildə təşviq edilir. Perspektivdə ölkədə bitkiçilik və heyvandarlıq üzrə aqroparkların sayını 45-ə çatdırmaq hədəflənib. Həyata keçirilən bu kimi tədbirlərin nəticəsidir ki, respublikamızda ötən 9 ayda kənd təsərrüfatı 4,3 faiz artıb.
Aqrar sektorda istehsal imkanlarının genişlənməsinin nəticəsidir ki, artıq Azərbaycan bir sıra istiqamətlər üzrə ərzaq təminatını sırf yerli istehsal hesabına həyata keçirir, eyni zamanda, ölkəmizin ixrac imkanları genişlənir. Bir sözlə, ölkəmizdə kənd təsərrüfatının inkişafına xüsusi diqqət var və bu sahə prioritet istiqamətdir. Son illər pambıqçılığın, tütünçülüyün, baramaçılığın inkişafına dəstək də buna sübutdur. Eləcə də kənd təsərrüfatı məhsullarının xaricə ixracı da əhəmiyyətli dərəcədə artmaqdadır. Təbii ki, bütün bunlar dövlətin dəstəyi ilə baş verir.
- Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı baxımından mühüm nəticələr əldə olunmaqdadır. Sizcə, bunun əsasında hansı amillər dayanır?
- Azərbaycanda 2004-cü ildən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində bölgələrimizin siması əhəmiyyətli dərəcədə dəyişməkdədir. Bölgələrlə paytaxt arasında fərqin minimuma enməsində və bəhs olunan müsbət dinamikanın yaranmasında Prezident İlham Əliyevin respublikanın hərtərəfli və tarazlı inkişafına göstərdiyi diqqət, siyasi iradə əsas amil rolunda çıxış edib. Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin, müxtəlif istiqamətləri əhatə edən layihələrin reallaşdırılması sayəsində respublikanın bölgələrində yeni müsbət reallıqlar yaranıb və hədəflərə çatmaq üçün sistemli tədbirlər həyata keçirilir.
Bildiyiniz kimi, indiyə qədər üç Dövlət Proqramı qəbul olunub və bu proqramlar bir-birini tamamlayır. Artıq üçüncü Dövlət Proqramının icrası bu il başa çatır. Sonuncu proqramda daha köklü məsələlər öz əksini tapır. Bu proqramlar nəticəsində bölgələrin bir çox sosial problemləri həllini tapıb. Sosial obyektlər tikilib istifadəyə verilib ki, xeyli sayda məktəbləri, tibb ocaqlarını və digərlərini əhatə edir.
Ötən dövrdə minlərlə kilometr yeni yollar çəkilib, körpülər tikilib, kəndlərin əksəriyyəti qazlaşdırılıb, elektrik enerjisi problemi həll olunub. Bütün bunlar əhalinin rahat yaşayışını təmin etmək üçündür. Regionlarda kənd təsərrüfatının inkişafı ilə yanaşı, sənaye müəssisələri də tikilib istifadəyə verilir ki, bu da yeni iş yerlərinin yaradılması deməkdir.
Prezident İlham Əliyev tez-tez bölgələrə səfər edir, görülən işlərlə şəxsən tanış olur. Dövlət başçısının bölgələrə hər bir səfəri yeni-yeni obyektlərin açılışı, yeni yolların, məktəblərin, xəstəxanaların, müəssisələrin istifadəyə verilməsi deməkdir. Son vaxtlar dövlət başçısının Quba, Xızı rayonlarına, eləcə də cənub bölgəsinə səfərləri də fikrimizi təsdiqləyir. Həmin səfərlər zamanı xeyli sayda obyektin açılışı reallaşdı. Bu səfərlərdə cənab Prezident vətəndaşlarla görüşür, onları dinləyir və qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verir.
- Tahir müəllim, regionların sosial-iqtisadi inkişafı təmsil etdiyiniz Ağcabədi rayonunda özünü necə göstərir?
- Ağcabədi rayonu da digər bölgələrimiz kimi xeyli dərəcədə inkişaf edib. Rayonumuz tanınmaz dərəcədə dəyişib. Son illər rayonda 40-dan artıq yeni məktəb tikilib və əsaslı təmir olunub, yeni yollar çəkilib, rayon xəstəxanası tikilib istifadəyə verilib və s. Rayonun su-kanalizasiya sisteminin yenidən qurulması da yekunlaşıb, rayonun mərkəzinə yeni su xətti çəkilib.
Yəni əhalinin rifahının daha da yüksəlməsi üçün zəruri addımlar atılır. Artıq kənd yolları da yenidən qurulub. Elektrik enerjisi problemi tam həllini tapıb. Kəndlərin böyük əksəriyyəti qazlaşdırılıb. Bir neçə kənd qalıb ki, onların da qazlaşdırılması prosesi davam edir. Kənd təsərrüfatı da rayonumuzda inkişaf edir. Bilirsiniz ki, Ağcabədi pambıqçılığın inkişafı baxımından respublikada ən öndə gedən rayonlar sırasındadır. Bununla yanaşı, baramaçılıq da inkişaf edir. İnsanlar baramaçılıqdan da böyük gəlir götürürlər.
Bir sözlə, rayonumuz sosial-iqtisadi cəhətdən uğurla inkişaf edir. Bu, hər bir bölgənin reallığıdır. Hesab edirəm ki, republikamızda hər bir sahədə əldə olunan uğurları əhali arasında geniş təbliğ etməliyik. Çünki bəzi dairələr uğurlarımıza kölgə salmağa çalışırlar. Amma onlar məqsədlərinə çata bilməyəcəklər. Onlara ən tutarlı cavab ölkəmizin inamla irəli getməsi, hər bir sahədə yeni-yeni uğurların qazanılmasıdır.

 
  • Oxunub:  3630  |  
  • Tarix:  20-10-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan ilə Belarus arasında strateji tərəfdaşlığa və qarşılıqlı etimada əsaslanan münasibətlər uğurla inkişaf edir

11:27
21 Noyabr
Azərbaycan ilə Gürcüstan arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub
11:23
21 Noyabr
Türkiyənin və Gürcüstanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri Şəhidlər xiyabanını ziyarət ediblər
10:50
21 Noyabr
Azərbaycanda ilk dəfə laboratoriya şəraitində mikroklonal çoxaltma üsulu ilə calaqaltılar yetişdiriləcək
10:46
21 Noyabr
Bakıda Azərbaycanın müdafiə nazirinin, Türkiyənin və Gürcüstanın Baş Qərargah rəislərinin iştirakı ilə üçtərəfli görüş keçirilir
10:27
21 Noyabr
Yeni Azərbaycan Partiyasının yaradılmasından 26 il ötür
09:59
21 Noyabr
Elman Nəsirov: Prezident İlham Əliyevin Belarusa səfəri ikitərəfli münasibətlərin strateji xarakterə malik olduğunu bir daha təsdiqlədi
09:43
21 Noyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 27 dəfə pozub
09:21
21 Noyabr
Vyanada dahi bəstəkar Qara Qarayevin 100 illiyi münasibətilə konsert keçirilib
09:15
21 Noyabr
UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulub
09:09
21 Noyabr
Heydər Əliyev Fondunun Nizami Gəncəvi irsini təbliğ edən daha bir layihəsi – “Yeddi gözəl” sərgisi Moskvada açılıb
09:07
21 Noyabr
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
09:04
21 Noyabr
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
19:58
20 Noyabr
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
17:45
20 Noyabr
“Son iclas” bədii-sənədli filmi Antalyada təqdim olundu
17:36
20 Noyabr
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
17:30
20 Noyabr
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
17:18
20 Noyabr
Deputat: Azərbaycan Prezidentinin Belarusa səfəri göstərdi ki, qarşılıqlı münasibətlərin böyük perspektivləri var
17:15
20 Noyabr
Azərbaycan nümayəndə heyəti AŞPA-ya gedir
17:14
20 Noyabr
Bakıda “Mənəvi dəyərlərin təbliğində dini təhsil amili” mövzusunda konfrans keçirilib
17:01
20 Noyabr
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş keçirilib
16:50
20 Noyabr
Kiçik və orta sahibkarlığın inkişafı sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair ictimai müzakirə keçirilib
16:49
20 Noyabr
Prezident İlham Əliyev hakimlərin və ədliyyə orqanları işçilərinin bir qrupunun təltif edilməsinə dair sərəncamlar imzalayıb
16:29
20 Noyabr
Baş nazir Novruz Məmmədov ATƏM-in Minsk konfransının ilk sədri ilə görüşüb
16:17
20 Noyabr
Vüqar Rəhimzadə: Yeni Azərbaycan Partiyasının hər bir üzvü bu günümüzün uğurlarının əsası olan Heydər Əliyev ideyalarının təbliğatçısıdır
16:13
20 Noyabr
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
15:44
20 Noyabr
Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığı davam etdirir
15:35
20 Noyabr
Operativ məlumat: Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
15:25
20 Noyabr
Belarus KİV-ləri: Azərbaycan Prezidentinin Belarusa səfəri iki ölkənin strateji tərəfdaşlıq münasibətlərində yeni səhifələr açır
15:22
20 Noyabr
Firdovsi Umudov: Heyətdə gənclərə üstünlük verməyə çalışırıq
15:09
20 Noyabr
YAP Qubadlı rayon təşkilatında partiyanın yaranmasının 26 illiyi qeyd olunub
15:01
20 Noyabr
Hikmət Hacıyev: Prezident İlham Əliyevin Belarusa rəsmi səfəri ikitərəfli əlaqələrimizin strateji tərəfdaşlıq xarakteri daşıdığını bir daha təsdiq etdi
14:59
20 Noyabr
Nazir Əmir Mehmud Kiyani: Pakistan Azərbaycanla səhiyyə sahəsində əməkdaşlığa hazırdır
14:45
20 Noyabr
Moskvada MDB-yə üzv dövlətlərin təhlükəsizlik şuraları katiblərinin VI görüşü keçiriləcək
14:36
20 Noyabr
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
14:32
20 Noyabr
Ukraynada Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş beynəlxalq müsabiqənin qalibləri müəyyənləşib
14:28
20 Noyabr
Nəcməddin Sadıkov: Azərbaycan müdafiə qüdrətinin artırılması məqsədilə Türkiyə ilə əməkdaşlığı genişləndirir
14:27
20 Noyabr
Nyu-Yorkda Amerika Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib
14:24
20 Noyabr
Qarşılıqlı mədəni əlaqələr xalq diplomatiyasının ən mühüm vasitəsidir
14:21
20 Noyabr
Prezident İlham Əliyev Rusiyanın Jurnalistlər İttifaqının sədrini qəbul edib
14:16
20 Noyabr
Auditorlar Palatası Gömrük Komitəsi ilə əməkdaşlığa dair sənəd imzalayacaq
14:15
20 Noyabr
Məlahət İbrahimqızı: YAP milli siyasi iradəni təmsil edən və xalqımızın milli maraqlarını ifadə edən avanqard siyasi qüvvədir
14:12
20 Noyabr
Prezident İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
14:08
20 Noyabr
Ziyafət Əsgərov: Azərbaycanın qazandığı uğurlarda Yeni Azərbaycan Partiyasının böyük rolu var
12:41
20 Noyabr
NATO PA-nın payız sessiyasında Ermənistanın işğalçılıq siyasətinin yaratdığı təhlükələrdən danışılıb
12:39
20 Noyabr
Vüsal Qasımlı Parisdə "Avrasiya həftəsi" tədbirində çıxış edib
12:07
20 Noyabr
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası işə başlayıb
11:59
20 Noyabr
İtaliyanın məşhur şirkəti mühəndislər komandası üçün BANM-dən 25 tələbə seçib
11:55
20 Noyabr
AZƏRTAC-ın fotomüxbirinin işləri nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb
11:50
20 Noyabr
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
11:04
20 Noyabr
Azərbaycan dövlətinin qazandığı böyük nailiyyətlərdə Yeni Azərbaycan Partiyası müstəsna rol oynayıb və bu gün də eyni missiya ilə çıxış edir
10:41
20 Noyabr
Seymur Orucov: Yeni Azərbaycan Partiyası ötən 26 ildə böyük və güclü siyasi qüvvəyə çevrilib
10:30
20 Noyabr
Azərbaycanın müdafiə naziri Türkiyənin və Gürcüstanın Baş Qərargah rəisləri ilə üçtərəfli görüş keçirəcək
10:04
20 Noyabr
Nyu-Yorkda Azərbaycan İrəvanı haqqında film Amerika ictimaiyyətinə təqdim edilib
09:59
20 Noyabr
Bertrand Sorre: Fransa “Dağlıq Qarabağ hökumətini” tanımır
09:55
20 Noyabr
Bu gün Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu oyunun keçirəcək
09:52
20 Noyabr
Azərbaycan Lüksemburq Beynəlxalq Bazarında təmsil olunacaq
09:48
20 Noyabr
Ümumdünya İrs Komitəsinin xüsusi işçi qrupunun ilk iclası keçirilib
09:42
20 Noyabr
Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 8-ci Qlobal Forumunda təmsil olunur
09:37
20 Noyabr
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edir
22:11
19 Noyabr
Minskdə ticari-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçirilib
21:58
19 Noyabr
Moskvada Nəsiminin büstünün təntənəli açılış mərasimi olub
21:46
19 Noyabr
Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü Yasamal rayonunda qeyd olunub
20:31
19 Noyabr
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin ABŞ-a səfəri davam edir
20:26
19 Noyabr
Berlində “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans keçirilib
20:20
19 Noyabr
Prezident İlham Əliyevin Belarusa rəsmi səfəri başa çatıb
17:54
19 Noyabr
YAP Qadınlar Şurasının təşkilatçılığı ilə “XXI əsr: Modern cəmiyyət-insan tərbiyəsində qadınların rolu” mövzusunda konfrans keçirilib
17:52
19 Noyabr
Hicran Hüseynova: Ölkəmizin qoşulduğu konvensiyalarda gender məsələsi də xüsusi yer tutur
17:49
19 Noyabr
Azərbaycan Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
17:39
19 Noyabr
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri
17:34
19 Noyabr
Ekspert: Prezidentin Belarusa səfəri ölkələrimizin iqtisadi əlaqələrində yeni bir mərhələnin əsasını formalaşdırır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+12 +14
gecə+7 +10