Ana səhifə »  Müsahibə »  Azərbaycan heç vaxt öz torpaqlarının işğalı ilə barışmayacaq və torpaqlarının azad edilməsi uğrunda mübarizədən geri çəkilməyəcək
A+   Yenilə  A-
Azərbaycan heç vaxt öz torpaqlarının işğalı ilə barışmayacaq və torpaqlarının azad edilməsi uğrunda mübarizədən geri çəkilməyəcək

“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin sədri Bayram Səfərov www.yap.org.az saytına müsahibə verib:
- Bayram müəllim, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövcüd vəziyyəti necə dəyərləndirirsiniz? Ermənistanın yeni hakimiyyətinin münaqişənin həllinə yanaşması haqda fikirlərinizi bilmək istərdik...
- Uzun müddətdir ki, Ermənistanda daxili vəziyyət gərgindir. Bilirsiniz ki, Sarkisyan rejimi cinayətkar bir rejim idi və bu rejim erməni xalqını, yəni sadə erməniləri səfalət içərisində saxlayırdı. Bu səbəbdən də, erməni xalqı ayağa qalxaraq Serj Sarkisyanı devirdi. İndiki hakimiyyət də bu proseslərin fonunda, küçə mitinqləri, etiraz aksiyaları nəticəsində iqtidara gəldi. Hakimiyyətin dəyişməsi isə hələ ki, Dağlıq Qarabağ probleminin həlli prosesinə heç bir təsir etməyib. Hələ ki, Ermənistanın başı daxili vəziyyətə qarışıb, parlament seçkilərinə hazılıq gedir. Baş nazir Nikol Paşinyan da vəzifəsindən istefa verib.
Bu ilin əvvəlində Ermənistanda vəziyyət gərginləşəndə jurnalistlərin suallarına cavab olaraq demişdim ki, “bu xəmir hələ çox su aparacaq”. Yenə də deyirəm ki, işğalçı ölkədə yeni hakimiyyət seçilənə qədər bir proses olacaq, seçiləndən sonra isə başqa hadisələr baş verəcək. Mən belə düşünürəm ki, ermənilər hakimiyyət uğrunda hələ də bir-birilərini didəcəklər. Bu ölkəyə rəhbər kim təyin olunacaq, onu hansı dövlət idarə edəcək və s. Hakimiyyətə gəlmək asan ola bilər, amma işləmək çətindir. Nikol Paşinyanın isə dövlət idarəçiliyi təcrübəsi yoxdur. İndiyə qədər Ermənistanda sadə xalq cinayətkar siyasətin qurbanı olub. Ermənistandan hər il minlərlə insan köçüb gedir. Ermənistan faktiki olaraq dövlət deyil, forpostdur.
Kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, Ermənistanın sosial-iqtisadi problemlərdən yeganə xilas yolu işğalçı siyasətdən əl çəkməkdir. Əgər torpaqlarımızı xoşluqla azad etməsələr onlar üçün yaxşı olmayacaq. Birincisi, ehtiyac, səfalət içərisində olan sadə xalq yenə də ayağa qalxacaq. İkincisi, Azərbaycan heç vaxt öz torpaqlarının işğalı ilə barışmayacaq və torpaqlarının azad edilməsi uğrunda mübarizədən geri çəkilməyəcək. Dövlətimizin həyata keçirdiyi uğurlu siyasət nəticəsində diplomatik üstünlük bizim tərəfimizdədir. Beynəlxalq miqyasda Azərbaycanın ərazi bütövlüyü dəstəklənir, Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi tanınır. Bu yaxınlarda Almaniya kimi böyük dövlətin bu haqda ortaya qoyduğu mövqe də fikrimi təsdiqləyir.
Əlbəttə ki, Azərbaycanın güclü ordusu var və bu ordu torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Amma Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin sülh tərəfdarı olduğunu, münaqişənin danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu bütün beynəlxalq tribunalardan səsləndirir. Təbii ki, xalqımız sülh istəyir. Çünki müharibə fəlakət, ata, oğul, qardaş itkisi deməkdir. Amma erməni tərəfi xoşluqla torpaqlarımızı azad etməsə biz başqa variantdan istifadə edəcəyik. Başqa variant da müharibə deməkdir. Biz Ali Baş Komandanın əsgərləri kimi torpaqlarımızın azad olunması uğrunda döyüşməyə hazırıq.
- Sizcə, münaqişənin diplomatik həllində nikbinlik gözləmək hələ tezdir?
- Nikol Paşinyan münaqişənin həlli ilə bağlı ziddiyyətli fikirlər səsləndirir. O, əvvəlcə dedi ki, Azərbaycan Dağlıq Qarabağ erməniləri ilə danışıqlara getməlidir. Sonra isə bu fikrindən geri çəkildi. Paşinyanın arvadı Anna Hakopyan da bir qrup rusiyalı qadınla işğal olunmuş torpaqlarımıza qanunsuz səfər etdi. Dağlıq Qarabağın Azərbaycanlı İcmasının üzvü olan qadınlar bu səfərə qarşı kəskin etirazını bildirdi. Çünki həmin torpaqlar Azərbaycana məxsusdur və dövlətimizin icazəsi olmadan belə bir səfərin edilməsi bizim ölkəmizin qanunlarının, eyni zamanda beynəlxalq hüquq normalarının pozulmasıdır.
Əlbəttə ki, Anna Hakopyanın sülh çağırışları səmimi deyil və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi güdür. Əgər belə olmasaydı, nə üçün o, öz oğlunu Azərbaycanın işğal olunmuş ərazisinə hərbi xidmətə göndərib? Bütün dünyaya məlumdur ki, həmin torpaqlarımızda Ermənistanın işğalçı hərbi birləşmələri movcuddur. Mən Nikol Paşinyana və onun həyat yoldaşına sual edirəm ki, əgər həqiqətən sülh istəyirsinizsə, nə üçün Azərbaycanın torpaqlarını işğal altında saxlayırsınız? Axı torpaqlar bizə məxsusdur və o torpaqlardan Ermənistanın işğalçı siyasəti nəticəsində 1 milyondan çox azərbaycanlı öz torpağında yaşamaqdan məhrum olub. Onların yaşadıqları yerlər - evlər, məktəblər, xəstəxanalar, tarixi-mədəni abidələr, hətta məzarlıqlar dağıdılıb. Bunu edən isə erməni hərbi birləşmələridir. İndi bu ermənilər “ürək yanğısı ilə” sülhdən danışır. Kimi aldatmağa çalışırlar? 1 milyondan çox insan öz doğma torpaqlarına qayıdıb sülh şəraitində yaşamaq istəyir. Gerçək sülh əldə etməyin yolu da budur. Əgər Ermənistan tərəfi həqiqətən sülh istəyirsə, öz hərbi birləşmələrini bu insanların torpaqlarından çıxarsın ki, onlar da qayıdıb öz doğma yurdlarında yaşasınlar. Amma bunu edirlərmi? Yox. Əgər erməni tərəfi sülhü mövcud status-kvonu saxlamaqda görürlərsə, yanılırlar. Bizim istəyimiz doğma torpaqlarımıza qayıdıb yaşamaqdır. Biz heç kimin torpağını yox, öz torpaqlarımızı istəyirik. Əgər Anna Hakopyan sülh istəyirsə, buyursun bu suallarımıza cavab versin. Hakopyan həqiqətən sülh istəyirsə, işğalçı erməni hərbi birləşmələrinin torpaqlarımızdan geri çəkilməsinə, dinc, günahsız azərbaycanlıların öz doğma torpaqlarına qaytarılmasına dair çağırışlar edə bilərmi? Bütün bunlar üçün gerçək addımlar atılsa, onda sülh əldə etmək olar. Yoxsa torpaqlarımızı işğal edən erməni hərbi birləşmələrinin o torpaqlarda mövcudluğunu qoruyub saxlamaq üçün etdikləri “sülh təşəbbüsləri” mənasızdır. Yəqin nə Anna Hakopyan, nə də onun həyat yoldaşı bu suallarımıza cavab verməyəcək. Çünki məqsədləri həm erməni xalqını, həm də beynəlxalq birliyi aldatmaqdır. Onların bu addımları qarşıdan gələn seçkilərdə xal toplamağa hesablanıb. Bunu Ermənistan vətəndaşları da yaxşı bilirlər.
Mən şübhə etmirəm ki, Dağlıq Qarabağdakı sadə ermənilər də Azərbaycanın qanunları altında yaşamaq istəyirlər. Çünki Azərbaycan güclü, inkişaf edən, sosial rifahın yüksək olduğu bir dövlətdir. Qarabağ erməniləri bizimlə birgə yaşamaq istəyirlərsə, Azərbaycanın üçrəngli bayrağının altından keçməli, dövlətimizin şəxsiyyət vəsiqəsini daşımalıdırlar. Əgər bunu istəmirlərsə gedib Ermənistanda yaşasınlar.
- Hazırda Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvlərinin sayı nə qədərdir?
- Bu gün Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvlərinin sayı 90 min nəfərə yaxındır. Halbuki 1989-cu ilin statistikasına görə, o zaman Dağlıq Qarabağda yaşayan azərbaycanlıların sayı 35 min nəfərə qədər idi. İndi Qarabağda ermənilərin sayı isə heç 20 min nəfər deyil. Erməni tərəfi real faktları gizlədir.
Mən Dağlıq Qarabağı çox yaxşı tanıyıram, onun bütün kəndlərində olmuşam. Mən Şuşa rayon İstehlak Cəmiyyətinin sədri, “Azərittifaq”in idarə heyətinin üzvü kimi bütün kəndlərdə olmuşam. 1991-ci ilin noyabrına qədər Dağlıq Qarabağın azərbaycanlı kəndlərinin təchizatı ilə mən məşğul idim. Nə imkanım olubsa, gücüm çatanı etmişəm. Döyüşlər gedən zaman kəndlərimizdə aclıq olmayıb, çünki ərzaqla tam təmin edirdik. İnsanların yalnız silaha ehtiyacı olub. Amma ovaxtkı hakimiyyətin səriştəsizliyi ucbatından insanlar yiyəsiz qalmışdılar, onlara özlərini qorumaq üçün silah verilmirdi. Ona görə də torpaqlar işğal olundu.
Vaxtaşırı olaraq Qarabağa Suriyadan və başqa yerlərdən ermənilərin köçürüldüyü haqda məlumatlar verilir. Yəqin ki, onlar aldadılaraq oraya köçürülüblər. Çünki Ermənistanda, Dağlıq Qarabağda da bu gün aclıq hökm sürür. Xaricdən gələn erməni orda nə edəcək? Yəqin ki, imkan tapanlar üçüncü ölkəyə qaçıb gedirlər. İndi nə Ermənistanda, nə də Dağlıq Qarabağda cavan adam yoxdu. Hamısı dolanışıq üçün başqa ölkələrə gedib. Həm də Qarabağ erməniləri bilirlər ki, bu torpaqların sahibləri qayıdacaq. Əgər o torpaqlara qayıtmasaq, şəhidlərimizin ruhu bizi bağışlamaz. Biz torpaqlarımıza qayıdacağıq və işğalçıların beynəlxalq hüquq normaları çərçivəsində mühakimə edilməsinə nail olmalıyıq.
- Münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti haqqında nə deyə bilərsiniz?
- Həmsədrlərin nə fəaliyyəti var ki? Onlar yalnız turist səfərləri etməklə məşğuldurlar.
Bildiyiniz kimi bu yaxınlarda Fransanın bələdiyyə başçıları Dağlıq Qarabağa qanunsuz səfər etdilər. Doğrudur, Fransa qondarma “DQR”-i tanımır. Erməni diasporu bəzi siyasətçiləri pulla ələ alıb. Amma Fransa dövləti işğal olunmuş ərazilərimizə qanunsuz səfər edən vətəndaşlarını cəzalandırmalıdır. Ən azı belə hadisələrin təkrarlanmaması üçün.
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq Fransanın Sent-Etiyen şəhərinin merinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə bağlı bəyanat verdik. Bəyanatda Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq, Fransanın Sent-Etiyen şəhərinin merinin qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini və işğal altında olan Şuşa şəhəri ilə dostluq haqqında qeyri-qanuni bəyanatın imzalanmasını kəskin şəkildə pislədik və hiddətimizi ifadə etdik.
Təəssüflə qeyd etməliyik ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olmasına baxmayaraq, Fransanın mərkəzi hökuməti tərəfindən bu kimi qeyri-qanuni əməllərə passiv seyrçi münasibət göstərilir və təsirli addımlar atılmır. Fransa hökumətini ATƏT-in Minsk qrupunun həmsədri olaraq, münaqişənin həllinə xələl gətirən bu qəbildən olan qeyri-qanuni əməllərin qarşısının alınması üçün təsirli addımlar atmağa, digər həmsədr ölkələrlə birlikdə münaqişənin həlli istiqamətində səylərini gücləndirməyə çağırırıq. İcma üzvləri bununla bağlı Fransa siyasətcilərinin, eləcə də müvafiq beynəlxalq təşkilatların, dünyanın nüfuzlu siyasətçilərinin elektron ünvanlarına yüzlərlə etiraz məktubu göndərib.
- Bayram müəllim, bildiyimiz kimi, Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Sizcə, bu amil Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından nə dərəcədə rol oynayır?
- Əlbəttə ki, mötəbər beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan dünyada böyük nüfuza sahib olan dövlətdir. Xatırlayırsınızsa, 1993-cü ildə Azərbaycan hansı vəziyyətdə idi? Torpaqlarımızın 20 faizi işğal olundu. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdaraq torpaqlarımızın qalan hissəsini işğal olunmaqdan qorudu, müstəqlilliyimizi məhv olmaqdan, ölkəmizi parçalanmaqdan xilas etdi. Məhz o dövrdən etibarən Azərbaycanda yüksəliş başlandı. Ümummilli liderimiz Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirdi və bu gün məhz Heydər Əliyev siyasəti nəticəsində ölkəmiz böyük nailiyyətlər qazanır.
Bu gün Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan dünyada söz sahibinə çevrilib. Ölkəmiz iqtisadi, sosial, humanitar, mədəni, idman və digər sahələrin inkişafı baxımından dünyada ön sıralardadır. Respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətini, milli adət-ənənələrini dünyada geniş təbliğ edir. Təbii ki, bütün bunlar ölkəmizin beynəlxalq miqyasda nüfuzunu artıran amillərdir.
Bu mənada, mötəbər beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi təbii qanunauyğunluqdur. Bu tədbirlər vasitəsilə Qarabağ həqiqətləri əyani şəkildə xarici qonaqlara çatdırılır və onlarda real təsəvvür formalaşır. Bütün bunlar isə münaqişənin həllində Azərbaycanın haqlı mövqeyinin beynəlxalq miqyasda daha da dəstəklənməsini şərtləndirir.

 
  • Oxunub:  11670  |  
  • Tarix:  31-10-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 22:19
İspaniya Dövlət Televiziyasında yayımlanmış “Medina” verilişinin növbəti buraxılışı Azərbaycana həsr olunub
18 Noyabr 21:36
UNESKO-da Qoşulmama Hərəkatına üzv ölkələr qrupuna sədrlik Azərbaycana keçib
18 Noyabr 21:31
Türkiyənin Diyanət İşləri Sədri Əli Erbaş: Naxçıvanla tanışlıq məndə böyük məmnunluq hissi doğurdu
18 Noyabr 21:25
Ədliyyə Nazirliyi ağacəkmə kampaniyasına başlayıb
18 Noyabr 21:04
Vergilər nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edib
18 Noyabr 20:53
Türkiyə Respublikasının Diyanət İşləri Sədri Naxçıvan Muxtar Respublikasında səfərdə olub
18 Noyabr 20:48
Ankarada “Məcburi köçkünlər: Azərbaycanın bu sahədəki təcrübəsi” mövzusunda brifinq keçirilib
18 Noyabr 20:45
UNEC-in rektoru yeni tələbə-rektorla görüşüb
18 Noyabr 20:44
Əli Hüseynli: Dövlət idarəçiliyi sistemində keçirilən irimiqyaslı islahatların əsas istiqamətlərindən biri məhkəmə-hüquq sahəsini əhatə edir
18 Noyabr 20:41
Aydın Mirzəzadə: Sammitin Azərbaycanda keçirilməsi dövlətimizin vicdan azadlığına olan münasibətinin dünya birliyi tərəfindən qiymətləndirilməsidir
18 Noyabr 20:29
YAP Səbail rayon Könüllülər birliyinin təşkilatçılığı ilə “Layihə formatının hazırlanması” və “İctimaiyyətlə əlaqələr işinin təşkili” mövzularında təlim keçirildi
18 Noyabr 20:27
Aydın Hüseynov: Gələn ilin büdcəsi bütün sahələrin daha da inkişafına zəmin yaradacaq
18 Noyabr 20:25
Naqif Həmzəyev: Separatçı rejimin puç olan Brüssel ümidləri
18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA