Ana səhifə »  Müsahibə »  Azərbaycanda təhsilin inkişafı istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir
A+   Yenilə  A-
Azərbaycanda təhsilin inkişafı istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir

Milli Məclisin deputatı Dilarə Cəbrayılova www.yap.org.az saytına müsahibə verib:
- Dilarə xanım, noyabrın 28-də Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçirildi. Qurultayın iştirakçısı kimi bu mötəbər tədbirin əhəmiyyətini və müzakirə edilən məsələlərin təhsil sahəsinin inkişafı kontekstində önəmini necə qiymətləndirirsiniz?
- Noyabrın 28-də Bakıda keçirilən Azərbaycan müəllimlərinin XV qurultayında təhsilin inkişafı istiqamətində bir çox fundamental əhəmiyyətli məsələlər, o cümlədən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda müəyyənləşdirilmiş hədəflərə nail olunması istiqamətində əldə edilmiş uğurlar, XIV qurultaydan sonrakı müddətdə təhsil sistemində reallaşdırılmış tədbirlər və islahatlar müzakirə olundu, qarşıda duran yeni vəzifələr müəyyənləşdirildi. Ümumi təhsil, orta ixtisas və peşə təhsili müəssisələrindən 1400-ə yaxın, ali təhsil müəssisələrindən isə 200-dən çox nümayəndənin iştirakı ilə keçirilən Azərbaycan müəllimlərinin XV qurultayının ölkəmizdə təhsil sisteminin inkişafına mühüm töhfələr verəcəyinə əminlik ifadə olundu, Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası, müəllimin nüfuzunun daha da artırılması ilə bağlı konkret təkliflər irəli sürüldü. Diqqətə çatdırıldı ki, ölkədə davamlı olaraq aparılan məktəb tikintisi, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəticəsində əməkhaqqı artımı, işə qəbulun şəffaf təşkili bu peşəyə marağı ilbəil artırır.
Digər tərəfdən, qurultay çərçivəsində panel sessiyalarda çox mühüm və aktual məsələlər müzakirə predmetinə çevrildi. Bu istiqamətdə bir sıra məqamlara nəzər salmaq istərdim. Peşəyönümü işinin təşkili və peşə təhsilinin təbliği mövzusunda keçirilmiş sessiya ölkəmizdə peşə təhsili sisteminin inkişafının müzakirəsi və gələcək hədəflərin müəyyənləşdirilməsi baxımından olduqca əhəmiyyətli idi. Məlumdur ki, peşə təhsilinin maddi-texniki bazasının gücləndirilməsi və genişləndirilməsi istiqamətində dövlət tərəfindən davamlı olaraq məqsədyönlü addımlar atılır, həyata keçirilən tədbirlər səmərəli nəticələr verir. Prezident İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda peşə təhsili ilə bağlı xüsusi müddəalar öz əksini tapıb. Eyni zamanda, 2016-cı ildə Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması bu istiqamətdə qarşıya qoyulan hədəflərin gerçəkləşdirilməsi baxımından çox əhəmiyyətlidir. Çünki bu sahənin inkişafı ölkənin ixtisaslı kadrlara olan tələbatının ödənilməsi baxımından önəmlidir. Biz cəmiyyətdə bu sahəyə marağın davamlı olaraq artdığını müşahidə edirik. Peşə təhsili müəssisələri peşəyönümü işinin təşkilində və təbliğində yaxından iştirak edirlər.
Qurultayda “Ümumi təhsil: bu günə və gələcəyə baxış. Ümumi təhsilin məzmunu”, “Ümumi təhsil: bu günə və gələcəyə baxış. Şagird nailiyyətlərinin qiymətləndirilməsi”, “Ümumi təhsil: bu günə və gələcəyə baxış. Müəllim və cəmiyyət”, “Ümumi təhsil: bu günə və gələcəyə baxış. Ümumi təhsilin idarə olunması”, “Ali təhsil: mövcud vəziyyət, perspektivlər”, “Təhsildə innovasiyalar” mövzularında panel sessiyalarında da ölkəmizdə müvafiq sahələrin inkişafı istiqamətində görülən işlərdən danışıldı, qarşıda duran vəzifələr müəyyənləşdirildi. Düşünürəm ki, bəhs olunan istiqamətlərdə müzakirələr olduqca səmərəlidir və gələcəkyönümlü xarakter daşıyır.
- Ümumiyyətlə, təhsil sahəsinin inkişafı Azərbaycan dövləti üçün prioritet məsələlərdən biridir. Dövlət tərəfindən bu istiqamətdə görülən işlər və aparılan islahatlarla bağlı nə deyə bilərsiniz?
- Azərbaycanda mühüm prioritetlərdən biri kimi müəyyənləşdirilmiş təhsilin inkişafı istiqamətində davamlı işlər görülür, həyata keçirilən islahat xarakterli tədbirlər müsbət göstəricilərin əldə olunmasını təmin edir. Yəni Azərbaycanda hər bir sahədə müşahidə olunan dinamik inkişaf təhsil sektorunda da aşkar şəkildə nəzərə çarpır. Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində, eləcə də müvafiq göstərişləri əsasında atılan addımlar, icra edilən Dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin meydana çıxmasını, yüksək nəticələrin qazanılmasını şərtləndirib.
Bu gün təhsilin bütün pillələrində - uşaq bağçalarında, məktəbdənkənar müəssisələrdə, orta məktəblərdə, kolleclərdə, peşə təhsilində, ali təhsil sahəsində, ali təhsildən sonrakı təhsil, əlavə təhsil sahəsində yeni layihələrin reallaşdırılması istiqamətində mühüm addımlar atılır. Təhsil sahəsində həyata keçirilən islahatlar - təhsildə infrastrukturun yenilənməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, ümumtəhsil məktəblərinin kadr potensialının və tədrisin keyfiyyətinin yüksəldilməsi xüsusi qeyd edilməlidir. Təsadüfi deyil ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan ötən 5 il ərzində ölkəmizdə təhsil sahəsində müsbət dinamika müşahidə olunub.
- Təhsil infrastrukturunun yenilənməsi istiqamətində həyata keçirilən işlərin əhəmiyyəti və nəticələri barədə fikirləriniz nədən ibarətdir?
- Təhsil infrastrukturunun yenilənməsi daim dövlətin diqqət mərkəzindədir və bu istiqamətdə görülən məqsədyönlü işlər ardıcıl xarakter daşıyır. Təsadüfi deyil ki, son 5 ildə ölkədə 500-dən çox, 2003-2018-ci illər ərzində isə 3500-dək məktəb binası tikilib və ya əsaslı təmir olunub ki, bunun da nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşıb.
Ümumiyyətlə, son 15 ildə məktəb tikintisinə dair bir neçə Dövlət Proqramı qəbul edilib, eyni zamanda, digər sahələri əhatə edən Dövlət proqramlarında da məktəb tikintisinə böyük diqqət yetirilib. Regionların, Bakı şəhərinin və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı, eləcə də yoxsulluğun azaldılması, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması ilə bağlı Dövlət proqramlarında məktəb tikintisinə dair geniş müddəalar öz əksini tapıb. Eyni zamanda, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da təhsil müəssisələrinin infrastrukturunun yenilənməsinə geniş yer ayrılıb. Sözügedən Dövlət proqramları çərçivəsində son 15 il ərzində Bakıda və şəhərətrafı qəsəbələrdə, həmçinin regionlarda 3 mindən çox məktəbin tikilməsi və ya əsaslı təmir edilməsi ayrıca qeyd edilməlidir.
Təhsil infrastrukturunun yenilənməsi istiqamətində Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi işləri xüsusi qeyd etmək lazımdır. Ümumiyyətlə, Heydər Əliyev Fondu bir çox sahələrdə səmərəli layihələr həyata keçirməklə yanaşı, təhsilin inkişafı istiqamətində də mühüm təşəbbüslərlə çıxış etmiş, bu sahədə genişmiqyaslı işlər reallaşdırmışdır. Bu baxımdan, “Yeniləşən Azərbaycana yeni məktəb” proqramını diqqətə çatdırmaq gərəkdir. Bu proqramda respublikamızın rayon və şəhərlərində yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, təhsil ocaqlarının əsaslı təmiri, maddi-texniki bazasının yaxşılaşdırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi kimi məsələlər öz əksini tapıb və qarşıya qoyulan məqsədlərə müvafiq olaraq həyata keçirilən tədbirlər səmərəli nəticələr verib.
- Dilarə xanım, Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyasını və bu istiqamətdə əldə edilən nailiyyətləri necə dəyərləndirirsiniz?
- Azərbaycan dövləti təhsilin dünya təhsil sisteminə inteqrasiyasını diqqət mərkəzində saxlayır və bu istiqamətdə davamlı tədbirlər, islahatlar həyata keçirilir. Ümumiyyətlə, ölkəmizdə təhsil sahəsində reallaşdırılan islahatlar beynəlxalq miqyasda da yüksək qiymətləndirilir və nüfuzlu reytinq agentliklərinin hesabatlarında öz əksini tapır. Bəllidir ki, 2018-ci il üçün “Qlobal Rəqabətlilik Hesabatı”nda 140 ölkə arasında 69-cu yerdə qərarlaşan Azərbaycanın mövqeyi 12 indikatordan 9-u üzrə yaxşılaşıb. Təhsil indikatorları üzrə ciddi irəliləyişə nail olunması, Azərbaycanın göstəricilərinin dünyanın bir sıra inkişaf etmiş ölkələrinin göstəricilərindən də yüksək olması xüsusi əhəmiyyətə malikdir. Bəhs olunan qurultayda təhsil naziri Ceyhun Bayramovun da qeyd etdiyi kimi, təhsilin kəmiyyət və keyfiyyət parametrlərinə əsaslanan bacarıqlar indeksi üzrə ölkəmiz ümumilikdə 54-cü yerə, bu kateqoriyanın tərkib hissəsi olan rəqəmsal bacarıqlar üzrə 15-ci, tədrisdə tənqidi düşüncə üzrə 27-ci, bacarıqlı işçilər tapmaq asanlığı üzrə 31-ci, məzunların bacarıqları üzrə 32-ci, ibtidai təhsildə müəllim-şagird nisbəti üzrə 48-ci yerə yüksəlib.
Digər tərəfdən, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın müvəffəqiyyətlə icra olunması, bu günlərdə isə yeni “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın qəbul edilməsi Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyasını sürətləndirən çox mühüm amillərdir. Prezident İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunda “Bilik iqtisadiyyatı”na keçid və ölkənin modernləşməsi üçün həlledici amil kimi insan kapitalının inkişafını təmin edəcək “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrasına başlanılmasından beş il keçir. Bu müddətdə ölkəmizdə müasir təhsil quruculuğu istiqamətində uğurlu addımlar atılmış və Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası sürətlənmişdir”, - deyə vurğulanıb.
Bunlarla yanaşı, təhsil sahəsində müxtəlif proqramların icra olunması dünya təhsil sisteminə inteqrasiyanın çevik və səmərəli xarakter daşımasında mühüm rola malikdir. Bundan əvvəl Erasmus proqramı Avropa ölkələri ilə müəllim-tələbə mübadiləsi həyata keçirilib və bu, ölkədə ali təhsilin inkişafına öz təsirini göstərən mühüm amillərdən biri olub. Hazırda isə Erasmus+ proqramı çərçivəsində Şərq Tərəfdaşlığı ölkəsi olan Azərbaycan ali təhsil müəssisələri birgə magistratura proqramları, Kredit mobilliyi (keçmiş “Erasmus Mundus”), Potensialın gücləndirilməsi layihələri (keçmiş “Tempus”), Jan Mone Proqramı, Bilik Alyansları, Strateji Tərəfdaşlıq və Sektor Bacarıqları (müəyyən şərtlər ilə) kimi imkanlardan istifadə edəcək.
Bütövlükdə, ölkəmizdə təhsilin inkişafı ilə bağlı müxtəlif proqramların uğurla həyata keçirilməsi və ardıcıl islahatların aparılması çox mühüm nəticələrin, nailiyyətlərin əldə edilməsinə səbəb olub. Bütün bunlar isə Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyasını təmin edən və sürətləndirən mühüm amillərdir.

 
  • Oxunub:  9570  |  
  • Tarix:  01-12-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır

22 İyul 21:54
Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb
22 İyul 21:44
Litvanın və İordaniyanın Azərbaycandakı səfirlərinin diplomatik fəaliyyəti başa çatır
22 İyul 20:58
“EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarının ikinci günü başa çatıb
22 İyul 20:45
Azərbaycanın Gənclər və İdman naziri Slovakiya Baş Nazirinin müavini ilə görüşüb
22 İyul 20:41
Azərbaycan Prezidenti milli bayram münasibətilə misirli həmkarını təbrik edib
22 İyul 20:25
ATƏT-in İnsan Ölçüsü üzrə görüşündə Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə bağlı görülən işlərdən danışılıb
22 İyul 20:22
Məhkəmə-hüquq islahatlarının yeni mərhələsi
22 İyul 18:04
BDU-nun rektoru Milli Mətbuat Günü münasibətilə görüş keçirib
22 İyul 18:01
Qadın güləşçimiz “EYOF Bakı 2019”un gümüş medalına sahib olub
22 İyul 18:00
AzerTelecom Microsoft şirkətinin rəsmi tərəfdaşı oldu
22 İyul 17:59
Vergilər nazirinin müavini Qaxda vətəndaşları qəbul edib
22 İyul 17:55
Milli Məclisin deputatı Sahibə Qafarova seçicilərlə görüş keçirib
22 İyul 17:37
“EYOF 2019” Güləşçimiz Həsrət Cəfərov komandamızın aktivinə dördüncü qızıl medalı yazdırıb
22 İyul 17:18
Bakıda "Si Cinpinin yeni dövrü Çin səciyyəvi sosializm ideyası" mövzusunda konfrans keçirilib
22 İyul 17:13
Əli Əhmədov: Azərbaycanda insanlar öz həyatları, övladlarının gələcəyi üçün hər hansı narahatlıq yaşamırlar
22 İyul 17:11
Səttar Möhbalıyev: Azərbaycanda mətbu nəşrlərin sərbəst fəaliyyəti, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsi üçün bütün imkanlar yaradılıb
22 İyul 17:10
İsmayıllıda Milli Mətbuat Günü qeyd olunub
22 İyul 17:04
Yunan-Roma güləşçisi Qurban Qurbanov festivalda Azərbaycana üçüncü qızıl medalı qazandırıb
22 İyul 17:01
Gədəbəyin Koroğlu qalasına yol çəkilib
22 İyul 16:26
Bakıda “Gənc Qırğız şeiri antologiyası” şeirlər toplusunun təqdimatı olub
22 İyul 16:23
Çağırışçıların hərbi hissələrə qəbulu prosesi davam edir
22 İyul 16:01
Komitə sədri: Çin ilə Azərbaycan arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir
22 İyul 16:00
Baş nazir: Müasir Azərbaycan mətbuatı bütün sahələrdə əldə edilən nailiyyətlərə uyğun olaraq, öz inkişaf dövrünü yaşayıb
22 İyul 15:26
Azərbaycanlıların 83,4 faizi xaricə dəmir yolu və avtomobil nəqliyyatından istifadə edərək gedib
22 İyul 15:19
Hikmət Babaoğlu: 144 yaşlı milli mətbuatımız ötən zaman ərzində böyük inkişaf yolu keçib
22 İyul 15:12
Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndə heyətini qəbul edib
22 İyul 15:05
“Azərsu” ASC-nin sədri Şəkidə vətəndaşları qəbul edib
22 İyul 14:59
Azərbaycanla Türkiyənin əmlak idarəçiliyi sahəsində əməkdaşlığı daha da genişlənir
22 İyul 14:53
“Gənc Heydərçilər” hərbi-vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsi davam edir
22 İyul 14:42
“EYOF Bakı 2019”: Kişi və qadın voleybolçuların yarışında ilk görüşlər başa çatıb
22 İyul 14:38
Altı ayda ölkəyə gələn əcnəbilərin 40 faizdən çoxu hava nəqliyyatından istifadə edib
22 İyul 14:29
Milli Mətbuat Günü münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətində tədbir keçirilib
22 İyul 14:04
Mədəniyyət naziri “Real” televiziyasına müsahibə verib
22 İyul 13:45
Əli Əhmədov: Yeni Azərbaycan Partiyası olaraq fəaliyyətimizdə mətbuatla əməkdaşlığa böyük əhəmiyyət veririk
22 İyul 13:40
Baş Nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov 22 iyul Milli Mətbuat Günü münasibətilə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşüb
22 İyul 13:27
Azərbaycanın və Ukraynanın Gənclər və İdman nazirlikləri arasında Bədən tərbiyəsi və idman sahəsində İkiillik Əməkdaşlıq Proqramı imzalanıb
22 İyul 13:16
Milli Mətbuat Günü münasibətilə keçirilmiş müsabiqənin nəticələri təsdiq edilib
22 İyul 13:10
Baş nazirin müavini: Azərbaycanda mətbuatın sərbəst fəaliyyəti üçün heç bir maneə yoxdur
22 İyul 12:58
Azərbaycan İlahiyyat İnstitutunda təlim: İş həyatında sosial məsuliyyət və etik-davranış qaydaları
22 İyul 12:50
Azərbaycanda nəşr olunan qəzetlərə əlavə maliyyə yardımı ayrılıb
22 İyul 12:45
Təhsil Nazirliyi yanında İctimai Şura yaradılır
22 İyul 12:38
Hesablama Palatası daha bir kənar dövlət maliyyə nəzarətinin nəticələrini açıqlayıb
22 İyul 12:29
XV Avropa Gənclər Olimpiya Festivalında kişi və qadın voleybolçular mübarizəyə başlayıblar
22 İyul 12:06
Yaqub Mahmudov: KİV-lər Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tuturlar
22 İyul 12:03
MM-in deputatı: Azərbaycan mətbuatı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimayyətinə çatdırılmasında mühüm rol oynayır
22 İyul 11:59
Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə
22 İyul 11:57
Altı ayda Bakı Limanından daşınan TIR-ların sayı 57,8 faiz artıb
22 İyul 11:36
Hikmət Şikarov: 144 il ərzində Azərbaycan milli mətbuatı zəngin və mənalı bir inkişaf yolu keçib
22 İyul 11:21
Dövlət Gömrük Komitəsinin bəzi gömrük ödənişləri “ASAN ödəniş” sisteminə inteqrasiya olunub
22 İyul 11:18
Prezident İlham Əliyev: Bünövrəsi "Əkinçi" ilə qoyulmuş milli mətbuatımız bu gün Azərbaycanın dünyada eşidilən səsidir
22 İyul 11:08
Bakıda II Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri sərgisi keçiriləcək
22 İyul 11:02
Bakı Şəhər İcra Hakimiyyəti: Yeni layihənın ilkin nəticələri uğurlu alınıb
22 İyul 10:56
Əlilliyi olan bir qrup şəxs “Duzdağ” fizioterapiya mərkəzinə yola salınıb
22 İyul 10:54
Cəlilabad-Yardımlı yolunun yenidən qurulması yekunlaşır
22 İyul 10:42
XV Avropa gənclər Yay Olimpiya Festivalının ikinci günündə güləşçilər 7 çəki dərəcəsində yarışacaqlar
22 İyul 10:38
Azərbaycan mətbuatının nümayəndələri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
22 İyul 10:30
Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarının ikinci gününün oyunları başlayıb
22 İyul 10:28
Avropa Gənclər Olimpiya Festivalının atletika yarışları başlayıb
22 İyul 10:15
Azərbaycan milli mətbuatının yaranmasından 144 il ötür
21 İyul 21:47
XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimi keçirilib
21 İyul 20:13
“EYOF Bakı 2019”un birinci günündə medal siyahısına Azərbaycan yığma komandası başçılıq edir
21 İyul 20:07
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi başa çatıb
21 İyul 17:55
Milli Məclisin deputatı Qənirə Paşayeva Tailandda bir sıra görüşlər keçirib
21 İyul 13:40
Gənclər və İdman naziri: Olimpiya Festivalına 6750 bilet satılıb
21 İyul 12:49
Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi mətbuat konfransı keçirib
21 İyul 10:35
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 17 dəfə pozub
21 İyul 09:48
XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışları start götürüb
21 İyul 09:46
Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar polis gücləndirilmiş iş rejiminə keçib
20 İyul 21:11
AOK: Avropanın güclü yeniyetmə idmançıları Bakıda mübarizəyə hazırdırlar
20 İyul 19:53
Azad Rəhimov: XV Avropa Gənclər Yay Olimpiya Festivalı atletlər və idman həvəskarlarının xatirəsində xoş izlər buraxacaq

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA