Ana səhifə »  Müsahibə »  Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycanın regional və beynəlxalq iqtisadi əməkdaşlıq mərkəzinə çevrilməsini təmin edib
A+   Yenilə  A-
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycanın regional və beynəlxalq iqtisadi əməkdaşlıq mərkəzinə çevrilməsini təmin edib

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov www.yap.org.az saytına müsahibə verib:
- Vüsal müəllim, məlum olduğu kimi, bu gün Azərbaycan Respublikası uğurlu daxili və xarici siyasət həyata keçirir. Bu mənada, dövlətimizin miqrasiya siyasətinin əsas prioritetləri nədən ibarətdir?
- Şərqlə Qərbin qovşağında yerləşən, Cənubi Qafqazda təkrarsız təbiətə, çoxəsrlik mədəniyyətə, qədim tarixə və müasir sürətli sosial-iqtisadi inkişafa, turizm imkanlarına sahib olan müasir müstəqil Azərbaycan dövləti sürətlə inkişaf edir. Bu inkişafın əsası Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Dahi öndərin düşünülmüş və uzaqgörənliklə həyata keçirdiyi siyasət bu gün Onun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə Prezidentinin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar, qlobal enerji layihələrinin uğurlu icrası, qeyri-neft sektorunun sürətli inkişafı respublikamızın dünya siyasi arenasında müsbət imiclə tanınmasını, regional və beynəlxalq iqtisadi əməkdaşlıq mərkəzinə çevrilməsini təmin edib.
“Əlbəttə ki, bizim inkişafımızın təməlində həm düşünülmüş siyasət, həm güclü iradə, eyni zamanda, güclü iqtisadiyyat dayanır. Biz güclü iqtisadiyyat qura bilmişik, bu gün heç kimdən asılı deyilik, özümüz öz taleyimizin sahibiyik və iqtisadi sahədə böyük uğurlar əldə etmişik” söyləyən Prezident İlham Əliyevin sözlərini Azərbaycanın inkişaf modelini başqalarına nümunə göstərən beynəlxalq təşkilatlar da təsdiqləyir.
Son illər Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin turizm imkanlarının genişləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi istiqamətində yaradılan münbit şərait ölkəmizdə iş adamlarına səmərəli fəaliyyət üçün də mühüm imkanlar yaradıb. Azərbaycan tərəfindən həyata keçirilən irimiqyaslı tədbirlər, geniş infrastruktur layihələri, Ələt Azad Ticarət Zonasının yaradılması, Bakı-Tbilisi-Qars dəmir yolunun və Trans-Anadolu (TANAP) qaz kəmərinin istifadəyə verilməsi, Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Cənub Qaz Dəhlizi layihəsinin reallaşması ölkəmizə xarici investisiyanın cəlb edilməsinə xüsusi təkan verib. Bu da öz növbəsində çevik miqrasiya idarəçiliyini şərtləndirir. Bu baxımdan miqrasiya sahəsində təhlükəsizliyin, şəffaflığın və rahatlığın təmin edilməsi ilə biznes mühitinin inkişafına dəstək olmaq Dövlət Miqrasiya Xidmətinin əsas prioritetlərindəndir. Çünki turizmin və biznes mühitinin inkişafı miqrasiya məsələləri ilə birbaşa əlaqəlidir. Dövlət başçısının müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq, Dövlət Miqrasiya Xidməti də bu sahə ilə bağlı mərkəzi icra hakimiyyəti orqanı kimi qanunla müəyyən edilmiş səlahiyyətləri çərçivəsində işəgötürənlərin iş icazəsi ilə bağlı müraciətlərinə tam şəffaf şəkildə baxılmasını təmin edir. Xidmət tərəfindən hər zaman özəl sektora diqqət göstərilir, işəgötürənlərlə mütəmadi görüşlər keçirilir. İş icazələrinin verilməsi prosesini təkmilləşdirmək, şəffaflığı artırmaq və sahibkarların müraciətlərinə operativ baxılmanı təmin etmək məqsədi ilə DMX-də iş icazələrinə baxılma üzrə birbaşa Dövlət Miqrasiya Xidmətinin rəhbərinə müraciət imkanı təmin edən qaynar xətt yaradılıb. İşəgötürən DMX ilə bağlı hər hansı problemlə qarşılaşsa və yaxud iş icazələrinin verilməsi ilə əlaqədar sualı yaranarsa, dərhal həmin qaynar xətt vasitəsi ilə Xidmətin rəhbərinə müraciət edə bilər. Xidmətin rəsmi saytında xüsusi pəncərədə qaynar xətt nömrəsi və elektron ünvan yerləşdirilib.
Qeyd edək ki, daxili əmək bazarının qorunması da Xidmətin üzərinə düşən vəzifələrdəndir. Miqrasiya Məcəlləsinə əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün əsas şərtlər iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ya ixtisasa malik Azərbaycan vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğundan, məşğulluq xidməti orqanları tərəfindən işəgötürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanının olmamasından ibarətdir.
Ölkəmizdə biznes və investisiya mühitinin yaxşılaşdırılması üçün islahatların aparılması məqsədilə biznes sektoru nümayəndələri - sahibkarlarla, iş adamları ilə mütəmadi olaraq görüşlər, biznes forumları keçirilir, səmərəli müzakirələr aparılır, onların təklifləri ətraflı təhlil olunur və nəticəsindən asılı olaraq nəzərə alınır. Çünki DMX-nin fəaliyyəti ilə bağlı təklif və iradları bilmək, Xidmətin fəaliyyətinin günün tələblərinə uyğun qurulması və ölkəmizə xarici investisiyanın cəlb olunması üçün işgüzar dairələr ilə əməkdaşlıq əlaqələrini genişləndirmək önəmli məsələdir. DMX-nin təşəbbüsü ilə iş icazələri ilə bağlı şəffaflığın təmin edilməsi, işəgötürənlərin rastlaşdıqları çətinliklərin təhlili məqsədilə ölkəmizdə fəaliyyət göstərən yerli və xarici sahibkarlar konfederasiyalarının, iş icazələri üçün müraciət edən iri şirkətlərin nümayəndələrinin təmsilçiliyi ilə Dövlət Miqrasiya Xidməti yanında Məşvərət Şurası yaradılmışdır.
Bundan başqa, “ASAN Viza” sistemi vasitəsilə elektron əmək vizasının alınması təmin edilib. “ASAN Viza” sistemində viza növlərinin siyahısına əmək vizasının daxil edilməsi, bu prosesin sadələşdirilməsi və asanlaşdırılması Azərbaycan Respublikasına haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq məqsədilə səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin, həmçinin Dövlət Miqrasiya Xidmətinə iş icazəsi almaq üçün müraciət edən işəgötürənlərin məmnunluqlarının təmin olunmasına xidmət edir.
- Hazırda Azərbaycan dünyanın dinamik inkişaf edən ölkələri sırasındadır. Sosial-iqtisadi nailiyyətlər ölkəmizi əcnəbilər üçün də əlverişli dövlətə çevirib və bu gün Azərbaycan dünya ölkələrinin vətəndaşları üçün böyük maraq kəsb edir. Bu amil miqrantların ölkəmizə gəlişində əsas rol oynayır. Miqrasiya məsələlərinin tənzimlənməsi ilə əlaqədar qanunvericilik bazası hansı səviyyədədir?
- Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasının miqrasiya sahəsində vahid dövlət siyasətini həyata keçirən dövlət orqanıdır. Qurum əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatını, müvəqqəti olma müddətlərinin uzadılmasını, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınmasını, vətəndaşlığa qəbul, bərpa, xitamla bağlı müraciətlərin qəbulunu, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsini, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətlərinin uzadılmasını və qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirlərini həyata keçirir. Miqrasiya proseslərinin idarə olunması və tənzimlənməsi məqsədilə həm qanunvericilik, həm də onun tətbiqi sahəsində bir sıra ciddi addımlar atılıb, əsaslı tədbirlər həyata keçirilib.
Əcnəbilərin ölkədə olma və yaşamaları, həmçinin iş icazələri ilə bağlı məsələlər qanunvericilik baxımından kifayət qədər sadələşdirilib. Bununla bağlı Miqrasiya Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliklər edilib.
Məsələn, qanunvericiliyə edilən dəyişikliyə əsasən, Azərbaycana daxil olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı ilə bağlı müddət artırılıb. Miqrasiya Məcəlləsinin 21-ci maddəsinə edilmiş dəyişikliyə əsasən əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin ölkədə olduqları yer üzrə qeydiyyatı 10 gündən 15 günədək uzadılıb. Bu da, şübhəsiz ki, ölkəmizə turist kimi və yaxud işgüzar qaydada qısamüddətli səfərə gələn şəxslərin məmnunluğunun artırılmasına xidmət edir.
Bundan əlavə, olduğu yer üzrə qeydiyyatla bağlı müraciət imkanları genişləndirilib və “ASAN xidmət” mərkəzlərində də qeydiyyata düşmək imkanı yaradılıb. Bununla bağlı bu ilin may ayında Dövlət Miqrasiya Xidməti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb. Məqsəd olduğu yer üzrə qeydiyyat prosesində şəffaflığı, rahatlığı təmin etməklə mümkün növbələrin qarşısını almaq, xidmətdən istifadə məmnunluğunu artırmaq və şəxslərin müraciət imkanlarını genişləndirməkdir. Qeyd edim ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir.
Qanuna edilən digər dəyişikliklərdən biri də əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ölkədə olma, yaşama və ya iş icazəsinin ləğv edilməsinə səbəb olmuş əsaslar aradan qalxdıqda onların ölkəyə gəlməsinə qoyulmuş məhdudiyyətin götürülməsidir.
Digər məsələ miqrasiya qanunvericiliyini pozduğuna görə barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisini tərk etməsi və yenidən ölkəyə gəlməsi ilə bağlıdır.
Ümumiyyətlə, miqrasiya ilə bağlı qanunvericiliyə edilmiş dəyişikliklərin məqsədi vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, əməkçi miqrantların vəziyyətlərinin yaxşılaşdırılmasına, məmnunluqlarının artırılmasına, rahatlıqlarının təmin edilməsinə, şəffaflığa, ölkə ərazisində ailə bağlılığı və işgüzar əlaqələri olan əcnəbilərin öz hüquqlarından sərbəst istifadəsinə xidmət edir.
- Nəzərə alaq ki, bu gün qeyri-qanuni miqrasiya problemlərinə başqa dövlətlərdə olduğu kimi, Azərbaycanda da rast gəlinir. Bu problemin qarşısının alınması üçün hansı əsaslı addımlar atılır?
- Bu gün təhlükəsiz, nizamlı və qanuni miqrasiyanın təmin edilməsi bütün dünyanın qarşısında duran prioritetlərdən biridir. Ölkəmizdə də qeyri-qanuni miqrasiyaya qarşı mübarizə diqqət mərkəzdə saxlanılır. Ölkəmizin bir sıra dövlətlərlə vizasız gediş-gəliş rejiminin mövcud olması respublikamızın ərazisindən tranzit qaydada keçən, qısa müddətə gələn, həmçinin qanuni əsaslar olmadan ölkə ərazisində yaşamaq istəyən əcnəbilərin sayının artmasına səbəb olub. Qeyri-qanuni miqrasiyanın qarşısının alınması Azərbaycan Respublikasının təhlükəsizliyinin təmin edilməsinin və Azərbaycan vətəndaşlarının maraqlarının müdafiəsinin vacib şərtlərindən biridir.
Ölkənin milli təhlükəsizliyini və milli maraqlarını qorumaqla miqrasiya axınlarının tənzimlənməsi, nəzarətsiz miqrasiya proseslərinin neqativ nəticələrinin qarşısının alınması, miqrantların öz hüquqlarını həyata keçirməsi üçün Dövlət Miqrasiya Xidməti tərəfindən kompleks tədbirlər həyata keçirilir.
Ötən müddət ərzində DMX tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bir sıra qanunsuz miqrasiya kanalı aşkar edilib, əcnəbilərin müxtəlif vədlərlə aldadılaraq Azərbaycan Respublikasına gətirilməsində, qanunsuz miqrasiyanın təşkili və dələduzluqda təqsirləndirilən şəxslər məsuliyyətə cəlb olunublar.
Hesab edirəm ki, qeyri-qanuni miqrasiyaya qarşı ən effektli mübarizə qanuni miqrasiyanın təbliği və təşviqidir. Dövlət Miqrasiya Xidməti tərəfindən ölkə ictimaiyyətinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müxtəlif dillərdə məlumatlandırılması məqsədilə mütəmadi olaraq iş aparılır. Belə ki, olduğu yer üzrə qeydiyyatla bağlı Dövlət Miqrasiya Xidmətinin Azərbaycan, rus və ingilis dillərində yeni dizaynda hazırladığı bildirişlər ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində təqdim edilir. Həmçinin əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin ölkədə olduqları yer üzrə qeydiyyatı ilə bağlı məlumatlandırılmaları məqsədilə 3 dildə yeni videoçarx hazırlanıb, Xidmətin qəbul şöbələrində, hava limanında və digər müvafiq yerlərdə yerləşdirilib.
Bundan başqa, Dövlət Miqrasiya Xidməti sosial şəbəkələrin imkanlarından istifadəyə önəm verir. Xidmətin rəsmi Tvitter, Facebook səhifələri, Youtube kanalı fəaliyyət göstərir. Məqsəd sosial şəbəkələrin imkanlarından istifadə etməklə DMX-nin fəaliyyəti barədə məlumatlandırma və maarifləndirilmə işini təşkil etmək, hər kəsin miqrasiya orqanlarının fəaliyyəti ilə əlaqədar istədiyi məlumatın sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə qanunla müəyyən edilmiş qaydada əldə olunmasını təmin etmək, vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin suallarını operativ, çevik cavablandırmaq və müraciətlərini qəbul etməkdir. Eləcə də Xidmətin rəsmi saytının fəaliyyəti məzmun, texniki, vizual və əlçatanlıq baxımından təkmilləşdirilib. Yeni bölmələr və altbölmələr yaradılıb. İstifadə imkanları rahatlaşdırılıb. Səhifədə Xidmətin fəaliyyəti barədə operativ məlumatlar, yeniliklər, miqrasiya qanunvericiliyi, normativ-hüquqi sənədlər, keçirilən görüşlər, tədbirlər, statistika, təşkil edilən səyyar xidmətlər, foto və video materialların yayımı hər zaman diqqətdə saxlanılır.
- Dövlət Miqrasiya Xidməti miqrasiya məsələlərinin tənzimlənməsi istiqamətində gələcəkdə nə kimi tədbirlərin həyata keçirilməsini nəzərdə tutur?
- Xidmətdə müasir innovasiyaların tətbiqinə önəm verilir, miqrasiya ilə bağlı elektron xidmətlərin imkanları genişləndirilir. Bu gün DMX tərəfindən 11 elektron xidmətin “Elektron hökumət” portalına inteqrasiyası təmin edilib və bu da öz növbəsində vətəndaşlara göstərilən xidmətlərin operativliyini, rahatlığını, habelə şəffaflığını təmin edir.
Həmçinin Xidmətin fəaliyyət imkanları genişləndirilir. Bu yaxınlarda “Samur” və “Şıxlı” dövlət sərhəd buraxılış məntəqələrində Dövlət Miqrasiya Xidmətinin 24 saat xidmət göstərən xidməti bölmələri fəaliyyətə başlayıb. Miqrasiya bölmələri əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisinə daha rahat giriş-çıxış etmələrinin təmin olunması, onlara operativ və yerində xidmətlərin göstərilməsi, miqrasiya sahəsində göstərilən xidmətlərin regionlara səfər edən və orada yaşayan əcnəbilər, habelə vətəndaşlar üçün daha əlçatan olmasının təmin edilməsi, onların miqrasiya qanunvericiliyi ilə bağlı məlumatlandırılması və məmnunluğunun artırılmasına xidmət edir. Tezliklə “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində də Dövlət Miqrasiya Xidmətinin yeni xidmət bölməsinin fəaliyyətə başlaması nəzərdə tutulur.
Bir sözlə deyim ki, ölkəyə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciət etdiyi ilk dövlət qurumlarından biri də Dövlət Miqrasiya Xidmətidir. Xidmət həm də ölkəmiz haqda əcnəbidə təəssürat yaradan, imic formalaşdıran orqandır. Çalışırıq ki, əcnəbilərə ölkəmizin sahib olduğu milli dəyərlərimiz - yüksək qonaqpərvərliyimiz, humanizm və insapərvərliyimiz, eyni zamanda, qanunlarımıza hörmət prinsipi barədə doğru və düzgün məlumatlar verək. Xidmət istifadəçilərinin rahatlığını və məmnunluğunu təmin etmək üçün üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırıq.
Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının tələblərini rəhbər tutaraq qarşıya qoyulmuş vəzifələrin vaxtında və yüksək peşəkarlıqla yerinə yetirilməsi üçün hər bir miqrasiya əməkdaşının fəaliyyətini ciddi tələbkarlıq şəraitində və günün tələbləri səviyyəsində qurması önəmlidir. Ölkəmizdə miqrasiya ilə bağlı məsələlərin operativ şəkildə həlli işinə, xidmət istifadəçilərinin məmnunluğunun və şəffaflığın təmin edilməsinə, xidmətin keyfiyyətinin yüksəldilməsinə diqqət günbəgün daha da artırılır. Odur ki, hər bir miqrasiya orqanı əməkdaşı üzərinə düşən vəzifə borcunu böyük məsuliyyət hissi ilə yerinə yetirməli, neqativ hallara yol aça biləcək nüanslara fürsət verməməlidir.
DMX-yə müraciət edənlərin məmnunluğunun təmin edilməsi, miqrasiya proseslərinin tənzimlənməsi, daxili əmək bazarının qorunması kimi vəzifə və tapşırıqların müvəffəqiyyətlə yerinə yetirilməsi üçün miqrasiya orqanlarında xidmət aparan əməkdaşlar daha böyük səylə çalışmalıdırlar.
Onu da qeyd edim ki, 2017-2018-ci illərdə “ASAN xidmət indeksi” üzrə mərkəzi icra hakimiyyəti orqanları sırasında ən yüksək nəticəni Dövlət Miqrasiya Xidməti (68,98 %) göstərib. Uğurlu bir nəticəyə nail ola bilmişiksə, buna görə sevinmək olar. Miqrasiya Xidmətinin işinə verilən bu yüksək qiymətdə hər bir əməkdaşın xidməti var. Əməkdaşlarımızın bilik və bacarıqlarını cəmləyərək Xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, müasir tələblər səviyyəsində qurulması məqsədilə səylə, əzmlə çalışmalıyıq. Bizim amalımız dövlətə və dövlətçiliyə, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi müdrik siyasətə sadiq qalaraq yüksək peşəkarlıqla Vətənimizə, xalqımıza, azərbaycançılıq ideologiyasına xidmət göstərməkdir.

 
  • Oxunub:  8760  |  
  • Tarix:  26-12-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır

22 İyul 21:54
Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb
22 İyul 21:44
Litvanın və İordaniyanın Azərbaycandakı səfirlərinin diplomatik fəaliyyəti başa çatır
22 İyul 20:58
“EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarının ikinci günü başa çatıb
22 İyul 20:45
Azərbaycanın Gənclər və İdman naziri Slovakiya Baş Nazirinin müavini ilə görüşüb
22 İyul 20:41
Azərbaycan Prezidenti milli bayram münasibətilə misirli həmkarını təbrik edib
22 İyul 20:25
ATƏT-in İnsan Ölçüsü üzrə görüşündə Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə bağlı görülən işlərdən danışılıb
22 İyul 20:22
Məhkəmə-hüquq islahatlarının yeni mərhələsi
22 İyul 18:04
BDU-nun rektoru Milli Mətbuat Günü münasibətilə görüş keçirib
22 İyul 18:01
Qadın güləşçimiz “EYOF Bakı 2019”un gümüş medalına sahib olub
22 İyul 18:00
AzerTelecom Microsoft şirkətinin rəsmi tərəfdaşı oldu
22 İyul 17:59
Vergilər nazirinin müavini Qaxda vətəndaşları qəbul edib
22 İyul 17:55
Milli Məclisin deputatı Sahibə Qafarova seçicilərlə görüş keçirib
22 İyul 17:37
“EYOF 2019” Güləşçimiz Həsrət Cəfərov komandamızın aktivinə dördüncü qızıl medalı yazdırıb
22 İyul 17:18
Bakıda "Si Cinpinin yeni dövrü Çin səciyyəvi sosializm ideyası" mövzusunda konfrans keçirilib
22 İyul 17:13
Əli Əhmədov: Azərbaycanda insanlar öz həyatları, övladlarının gələcəyi üçün hər hansı narahatlıq yaşamırlar
22 İyul 17:11
Səttar Möhbalıyev: Azərbaycanda mətbu nəşrlərin sərbəst fəaliyyəti, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsi üçün bütün imkanlar yaradılıb
22 İyul 17:10
İsmayıllıda Milli Mətbuat Günü qeyd olunub
22 İyul 17:04
Yunan-Roma güləşçisi Qurban Qurbanov festivalda Azərbaycana üçüncü qızıl medalı qazandırıb
22 İyul 17:01
Gədəbəyin Koroğlu qalasına yol çəkilib
22 İyul 16:26
Bakıda “Gənc Qırğız şeiri antologiyası” şeirlər toplusunun təqdimatı olub
22 İyul 16:23
Çağırışçıların hərbi hissələrə qəbulu prosesi davam edir
22 İyul 16:01
Komitə sədri: Çin ilə Azərbaycan arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir
22 İyul 16:00
Baş nazir: Müasir Azərbaycan mətbuatı bütün sahələrdə əldə edilən nailiyyətlərə uyğun olaraq, öz inkişaf dövrünü yaşayıb
22 İyul 15:26
Azərbaycanlıların 83,4 faizi xaricə dəmir yolu və avtomobil nəqliyyatından istifadə edərək gedib
22 İyul 15:19
Hikmət Babaoğlu: 144 yaşlı milli mətbuatımız ötən zaman ərzində böyük inkişaf yolu keçib
22 İyul 15:12
Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndə heyətini qəbul edib
22 İyul 15:05
“Azərsu” ASC-nin sədri Şəkidə vətəndaşları qəbul edib
22 İyul 14:59
Azərbaycanla Türkiyənin əmlak idarəçiliyi sahəsində əməkdaşlığı daha da genişlənir
22 İyul 14:53
“Gənc Heydərçilər” hərbi-vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsi davam edir
22 İyul 14:42
“EYOF Bakı 2019”: Kişi və qadın voleybolçuların yarışında ilk görüşlər başa çatıb
22 İyul 14:38
Altı ayda ölkəyə gələn əcnəbilərin 40 faizdən çoxu hava nəqliyyatından istifadə edib
22 İyul 14:29
Milli Mətbuat Günü münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətində tədbir keçirilib
22 İyul 14:04
Mədəniyyət naziri “Real” televiziyasına müsahibə verib
22 İyul 13:45
Əli Əhmədov: Yeni Azərbaycan Partiyası olaraq fəaliyyətimizdə mətbuatla əməkdaşlığa böyük əhəmiyyət veririk
22 İyul 13:40
Baş Nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov 22 iyul Milli Mətbuat Günü münasibətilə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşüb
22 İyul 13:27
Azərbaycanın və Ukraynanın Gənclər və İdman nazirlikləri arasında Bədən tərbiyəsi və idman sahəsində İkiillik Əməkdaşlıq Proqramı imzalanıb
22 İyul 13:16
Milli Mətbuat Günü münasibətilə keçirilmiş müsabiqənin nəticələri təsdiq edilib
22 İyul 13:10
Baş nazirin müavini: Azərbaycanda mətbuatın sərbəst fəaliyyəti üçün heç bir maneə yoxdur
22 İyul 12:58
Azərbaycan İlahiyyat İnstitutunda təlim: İş həyatında sosial məsuliyyət və etik-davranış qaydaları
22 İyul 12:50
Azərbaycanda nəşr olunan qəzetlərə əlavə maliyyə yardımı ayrılıb
22 İyul 12:45
Təhsil Nazirliyi yanında İctimai Şura yaradılır
22 İyul 12:38
Hesablama Palatası daha bir kənar dövlət maliyyə nəzarətinin nəticələrini açıqlayıb
22 İyul 12:29
XV Avropa Gənclər Olimpiya Festivalında kişi və qadın voleybolçular mübarizəyə başlayıblar
22 İyul 12:06
Yaqub Mahmudov: KİV-lər Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tuturlar
22 İyul 12:03
MM-in deputatı: Azərbaycan mətbuatı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimayyətinə çatdırılmasında mühüm rol oynayır
22 İyul 11:59
Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə
22 İyul 11:57
Altı ayda Bakı Limanından daşınan TIR-ların sayı 57,8 faiz artıb
22 İyul 11:36
Hikmət Şikarov: 144 il ərzində Azərbaycan milli mətbuatı zəngin və mənalı bir inkişaf yolu keçib
22 İyul 11:21
Dövlət Gömrük Komitəsinin bəzi gömrük ödənişləri “ASAN ödəniş” sisteminə inteqrasiya olunub
22 İyul 11:18
Prezident İlham Əliyev: Bünövrəsi "Əkinçi" ilə qoyulmuş milli mətbuatımız bu gün Azərbaycanın dünyada eşidilən səsidir
22 İyul 11:08
Bakıda II Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri sərgisi keçiriləcək
22 İyul 11:02
Bakı Şəhər İcra Hakimiyyəti: Yeni layihənın ilkin nəticələri uğurlu alınıb
22 İyul 10:56
Əlilliyi olan bir qrup şəxs “Duzdağ” fizioterapiya mərkəzinə yola salınıb
22 İyul 10:54
Cəlilabad-Yardımlı yolunun yenidən qurulması yekunlaşır
22 İyul 10:42
XV Avropa gənclər Yay Olimpiya Festivalının ikinci günündə güləşçilər 7 çəki dərəcəsində yarışacaqlar
22 İyul 10:38
Azərbaycan mətbuatının nümayəndələri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
22 İyul 10:30
Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarının ikinci gününün oyunları başlayıb
22 İyul 10:28
Avropa Gənclər Olimpiya Festivalının atletika yarışları başlayıb
22 İyul 10:15
Azərbaycan milli mətbuatının yaranmasından 144 il ötür
21 İyul 21:47
XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimi keçirilib
21 İyul 20:13
“EYOF Bakı 2019”un birinci günündə medal siyahısına Azərbaycan yığma komandası başçılıq edir
21 İyul 20:07
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi başa çatıb
21 İyul 17:55
Milli Məclisin deputatı Qənirə Paşayeva Tailandda bir sıra görüşlər keçirib
21 İyul 13:40
Gənclər və İdman naziri: Olimpiya Festivalına 6750 bilet satılıb
21 İyul 12:49
Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi mətbuat konfransı keçirib
21 İyul 10:35
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 17 dəfə pozub
21 İyul 09:48
XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışları start götürüb
21 İyul 09:46
Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar polis gücləndirilmiş iş rejiminə keçib
20 İyul 21:11
AOK: Avropanın güclü yeniyetmə idmançıları Bakıda mübarizəyə hazırdırlar
20 İyul 19:53
Azad Rəhimov: XV Avropa Gənclər Yay Olimpiya Festivalı atletlər və idman həvəskarlarının xatirəsində xoş izlər buraxacaq

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA