Ana səhifə »  Müsahibə »  Xalqımız əmin-amanlıq və rifah şəraitində böyük ümidlərlə 2019-cu ilə qədəm qoyur
A+   Yenilə  A-
Xalqımız əmin-amanlıq və rifah şəraitində böyük ümidlərlə 2019-cu ilə qədəm qoyur

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov www.yap.org.az saytına müsahibə verib:
- Əli müəllim, 2018-ci il müasir Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri hesab olunan prezident seçkilərinin keçirilməsi ilə yaddaşlarda qaldı. Sizcə, bu seçkilərin nəticələri hansı reallıqları ifadə etdi?
- 2018-ci il digər sahələrdə olduğu kimi, ictimai-siyasi sahədə də mühüm uğurlar və əlamətdar hadisələrlə zəngin oldu. İlin ən mühüm və əlamətdar hadisələrindən biri isə Yeni Azərbaycan Partiyasının (YAP) VI Qurultayının keçirilməsi oldu. Təbii ki, xalqımızın arzularının və iradəsinin ifadəçisi olaraq Yeni Azərbaycan Partiyasının Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında olduqca mühüm əhəmiyyətə malik və əlamətdar, hətta deyərdim ki, qəbul etdiyi qərarları ilə tarixi hadisədir. Cəmiyyətin bütün təbəqələrindən olan 730 mindən artıq vətəndaşı öz sıralarında birləşdirən Yeni Azərbaycan Partiyası ölkəmizin inkişafına öz layiqli töhfəsini verməkdədir. Cəmiyyətin ən dinamik təbəqəsi qismində çıxış edən gənclərin də partiyamıza axınının davamlı xarakter daşıması Yeni Azərbaycan Partiyasının gələcəyinə olan yüksək inamın təzahürüdür.
YAP-ın VI Qurultayı Azərbaycanın sürətli sosial-iqtisadi inkişafını, dövlətçilik ənənələrinin və demokratik təsisatlarının gücləndirilməsini, ölkənin beynəlxalq nüfuzunun və müdafiə qabiliyyətinin ciddi şəkildə möhkəmləndirilməsini, habelə Prezident İlham Əliyevin şəxsində Azərbaycanın inkişaf perspektivlərinə etibarlı təminatı nəzərə alaraq cənab İlham Əliyevin prezident seçkilərində namizədliyinin irəli sürülməsi barədə qərar qəbul etdi. Şübhəsiz ki, Yeni Azərbaycan Partiyasının VI Qurultayında partiyamızın Sədri cənab İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağlı qəbul edilən qərar, hər şeydən əvvəl, Azərbaycan xalqının əksəriyyətinin dəstəklədiyi və müdafiə etdiyi bir qərar idi. Aprelin 11-də Azərbaycan seçicilərinin böyük əksəriyyətinin səsvermədə iştirak edərək cənab İlham Əliyevin lehinə səs verməsi bu reallığın bariz ifadəsi oldu. Seçki günü Azərbaycan xalqı yüksək fəallıq və əsl vətəndaş mövqeyi sərgilədi, cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri seçki məntəqələrinə sözün həqiqi mənasında axın edərək, sərbəst şəkildə öz iradələrini ifadə etdilər. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğularının, seçkilər günü isə beynəlxalq və yerli təşkilatlar tərəfindən təşkil olunmuş “exit-poll”ların rəsmi nəticələr ilə üst-üstə düşməsi seçkilərin xalqımızın iradəsini əks etdirdiyini bir daha sübut etdi. Seçki prosesini izləyən yerli və beynəlxalq müşahidəçilərin rəyi müsbət oldu, belə bir qənaət ifadə olundu ki, Azərbaycan növbəti prezident seçkilərini azad və şəffaf şəkildə keçirməklə demokratiyanın inkişafı yolunda növbəti möhtəşəm uğura imza atdı.
Azərbaycan xalqının 11 aprel prezident seçkilərində bir daha Heydər Əliyev siyasətini və bu siyasəti uğurla davam etdirən cənab İlham Əliyevi dəstəkləməklə Onun növbəti dəfə möhtəşəm qələbə qazanmasını təmin etməsi səbəbsiz deyildi. Çünki Azərbaycanın bugünkü inkişafı məhz Prezident İlham Əliyevin adı və titanik fəaliyyəti ilə bilavasitə əlaqədardır. Cənab İlham Əliyevin Prezidentliyi dövründə ölkəmiz böyük inkişaf mərhələsi keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, iqtisadiyyatımız bir neçə dəfə artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənib. Son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin real nəticələrinə nəzər saldıqda, ölkəmizin əzəmətli inkişaf yolu keçdiyini, müasir müstəqil Azərbaycanın qüdrətinin daha da artdığını görürük. Azərbaycan iqtisadiyyatının 3,2 dəfə, qeyri-neft sektorunun 2,8 dəfə, sənaye istehsalının 2,6 dəfə, kənd təsərrüfatının 1,7 dəfə artması, qeyri-neft ixracının 4,1 dəfə çoxalması, valyuta ehtiyatlarının 1,8 milyard dollardan 46 milyard dollara çatdırılması bu reallığın bariz ifadəsi və təcəssümüdür. Digər tərəfdən, Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə Azərbaycanda böyük quruculuq işləri aparılıb, ölkəmizin siması tanınmaz dərəcədə dəyişib. Ötən illər ərzində insanların rifahının xeyli dərəcədə yaxşılaşması bütövlükdə Azərbaycanın güclənməsi ilə əlaqədardır. Bütövlükdə, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 15 il Azərbaycan tarixinin qürur hissi doğuran səhifələrini təşkil edir. Bu illər ərzində Azərbaycan həyatın bütün sferalarında ciddi şəkildə yeniləşib və müasirləşib, ölkəmizdə bütün sahələr üzrə möhtəşəm və əzəmətli dəyişikliklər baş verib. Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafı tam, bitkin, sistemli xarakter daşıyaraq əsl mənada intibah kimi müasir həyatımıza və tariximizə daxil olub. Bütün bu reallıqları görən və yüksək qiymətləndirən Azərbaycan vətəndaşları ölkəmizin cənab İlham Əliyevin rəhbərliyi ilə gələcək 7 il ərzində daha böyük inkişafa, Azərbaycandakı sabitliyə, əmin-amanlığa səs verdilər. Bu, Azərbaycan xalqının Heydər Əliyev siyasətinə və Prezident İlham Əliyevin şəxsiyyətinə, dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətə yüksək inam və etimadının bariz təzahürü idi. Şübhəsiz, Azərbaycan xalqın böyük inam və etimad bəslədiyi Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni, möhtəşəm uğurlar qazanaraq növbəti zirvələri fəth edəcək. Əminliklə söyləmək olar ki, qarşıdakı dövrdə Azərbaycanda Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strategiya əsasında iqtisadiyyat daha da güclənəcək, hökumət insanların rifahının daha da yüksəlməsi üçün müvafiq proqramlar işləyib hazırlayaraq müvəffəqiyyətlə icra edəcək, eyni zamanda, ölkəmizin beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənməkdə davam edəcək.
Bütövlükdə, 2018-ci il aprelin 11-də ölkəmizdə keçirilmiş prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Liderinin möhtəşəm qələbəsi bütövlükdə xalqımızın qələbəsi oldu. Bu, cənab İlham Əliyevin dövlətimizin inkişafı naminə göstərdiyi xidmətlərə Azərbaycan xalqının verdiyi layiqli qiymət idi.
- Azərbaycan 2018-ci ildə də müstəqil, prinsipial, praqmatik və çoxvektorlu siyasətini, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyətli mövqeyini davam etdirdi. Eyni zamanda, ölkəmiz beynəlxalq müstəvidə mühüm nailiyyətlər qazandı. Bu barədə fikirləriniz nədən ibarətdir?
- Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional və praqmatik xarici siyasət nəticəsində 2018-ci ildə Azərbaycanın beynəlxalq mövqeyi daha da güclənib. Hər şeydən əvvəl, Cənubi Qafqaz regionunun lider dövləti olan, dünya siyasətində etibarlı tərəfdaş kimi tanınan, yüksək beynəlxalq nüfuza malik olan Azərbaycanın cari ildə dostları və tərəfdaşları ilə münasibətləri uğurla inkişaf edib. Bu il Prezident İlham Əliyevin 16 rəsmi və işgüzar səfərinin həyata keçirilməsi, müxtəlif ölkələrin dövlət və hökumət başçılarının ölkəmizdə rəsmi və işgüzar səfərlərdə olmaları Azərbaycanın xarici siyasət kursunun intensiv və dinamik xarakter daşıdığını göstərir. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması isə 2018-ci ildə əldə edilmiş ən böyük uğurlardan biri hesab olunmalıdır. 2018-ci ildə TANAP qaz kəmərinin istifadəyə verilməsi, Cənub Qaz Dəhlizinin rəsmi açılışının olması isə regional və beynəlxalq əməkdaşlığın, təhlükəsizliyin möhkəmləndirilməsində ölkəmizin aparıcı rolunun artmasının əyani ifadəsi oldu.
Bundan başqa, bu il rəsmi Bakının təşəbbüsü ilə başlanan, mədəniyyətlər arasında dialoq və əməkdaşlığın inkişafına xidmət edən “Bakı prosesi”nin 10 ili tamam oldu. Tolerantlıq nümunəsi olan, dünyada multikulturalizmin ünvanlarından birinə çevrilən Azərbaycanın Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətləri arasında əməkdaşlıq üçün unikal platforma olan “Bakı prosesi”ni uğurla davam etdirməsi beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Oktyabrın 25-26-da Bakıda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumunda isə bəşəriyyəti narahat edən aktual məsələlərin həlli yollarının müzakirəyə çıxarılması müstəsna önəm kəsb etdi. Bundan başqa, VI Beynəlxalq Humanitar Forum çərçivəsində Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının, İqtisadiyyat Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının ölkə üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən Dayanıqlı İnkişafa dair Bakı Forumu DİM-in həyata keçirilməsində regional tərəfdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malik oldu.
Azərbaycan 2018-ci ildə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində qətiyyətli - prinsipial mövqeyini, diplomatik müstəvidə çoxşaxəli fəaliyyətini davam etdirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən prinsipial siyasətin nəticəsidir ki, beynəlxalq ictimaiyyət Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar Azərbaycanın ədalətli və haqlı mövqeyini dəstəkləyir, bu mövqe ardıcıl olaraq daha da güclənməkdədir. Beynəlxalq ictimaiyyət tərəfindən son zamanlar müxtəlif səviyyələrdə səsləndirilən bəyanatlar, qəbul edilmiş sənədlər Azərbaycanın haqlı və ədalətli mövqeyinin dəstəklənməsinin bariz göstəricisidir. Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun iştirakı ilə Brüsseldə paraflanmış Tərəfdaşlıq Prioritetləri sənədində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dəstəyin, eləcə də dövlətimizin başçısının iştirak etdiyi NATO-nun Brüssel Zirvə toplantısının yekun bəyanatında ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə dəstəyin və münaqişənin bəhs olunan prinsiplər əsasında həllinə çağırış xarakterli konkret mövqeyin ifadə olunması mühüm əhəmiyyətə malikdir. İşğalçı siyasətini davam etdirən Ermənistanın isə regionda təcrid vəziyyəti getdikcə daha da dərinləşməkdədir. Eyni zamanda, olduqca mürəkkəb vəziyyətlə qarşı-qarşıya qalan işğalçı Ermənistan bütün diplomatik cəbhələrdə uduzmaqda davam edir. Şübhəsiz ki, Ermənistanın yeganə çıxış yolu işğal siyasətinə son qoyması və Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmasıdır.
Azərbaycan bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində öz prinsipial mövqeyini işğal altında olan torpaqlarımızın azad ediləcəyi günə qədər davam etdirəcək. Azərbaycanın bu gün işğal altında olan hər qarış torpağı azad ediləcək. Azərbaycanın bu ədalətli və qəti mövqeyinin arxasında isə onun hərbi qüdrəti dayanır. Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə keçirilmiş əzəmətli hərbi parad, o cümlədən Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş möhtəşəm parad, eyni zamanda, Azərbaycan Silahlı Qüvvələri tərəfindən Naxçıvanda 11 min hektara yaxın ərazinin və Şərurun Günnüt kəndinin işğaldan azad edilməsi ordumuzun istənilən vəzifəni icra etməyə qadir olduğunu bir daha nümayiş etdirdi.
- Əli müəllim, artıq 2018-ci il tarixə qovuşmaqdadır. Yola saldığımız bu il Azərbaycan üçün çox mühüm uğurlar və əlamətdar hadisələrlə yadda qaldı. İlk növbədə, cari ildə ölkəmizin dinamik sosial-iqtisadi inkişafı ilə əlaqədar fikirlərinizi bilmək istərdik. Azərbaycanda 2018-ci ilin sosial-iqtisadi mənzərəsini necə səciyyələndirirsiniz?
- Müasir müstəqil Azərbaycanın dayanıqlı və dinamik inkişafı Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ilə bağlıdır. Ötən 15 ilin mənzərəsinə nəzər saldıqda görürük ki, Azərbaycan sürətlə inkişaf edib, bütün sahələrdə parlaq nailiyyətlər qazanıb. 2018-ci il Azərbaycan üçün çox uğurlu və əlamətdar hadisələrlə zəngin oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl, səmərəli və məqsədyönlü siyasət nəticəsində siyasi, iqtisadi, sosial, humanitar, mədəniyyət, idman və digər sahələrdə tarixi əhəmiyyətə malik möhtəşəm nailiyyətlər əldə olundu. Bu müddət ərzində ölkəmizdə bütün sahələri əhatə edən sistemli və kompleks islahatlar həyata keçirildi, Azərbaycan iqtisadiyyatının dayanıqlı və dinamik inkişafı davam etdi. Cari ildə bir çox mühüm infrastruktur layihələrin uğurla icra olunması, xüsusilə də nəqliyyat və neft-qaz sektorunda tarixi nailiyyətlərə imza atılması təqdirəlayiq haldır.
Nüfuzlu beynəlxalq reytinq agentlikləri də ölkəmizin sosial-iqtisadi inkişaf istiqamətində əldə etdiyi uğurları yüksək qiymətləndirirlər. Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan ötən illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, 10 ən islahatçı dövlət siyahısına daxil edilib. Bundan başqa, Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatı da Azərbaycanın sosial-iqtisadi sahədə qazandığı nailiyyətləri əks etdirir.
Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri üzrə vəzifələrin icrası istiqamətində görülən işlər beynəlxalq miqyasda müsbət dəyərləndirilir. Azərbaycan hökuməti bu istiqamətdə öz vəzifələrinə kifayət qədər məsuliyyətlə yanaşır. Prezident İlham Əliyevin 2016-cı il 6 oktyabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb və Şuranın daimi əsaslarla fəaliyyət göstərən katibliyi formalaşıb. Azərbaycan hökuməti Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn vəzifələri həyata keçirmək üçün bütün qüvvələrini səfərbər edib və Milli Əlaqələndirmə Şurası qısa vaxt ərzində bir çox mühüm işlər görüb.
Şübhəsiz ki, Azərbaycan vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsində, sosial rifahının yaxşılaşdırılmasında, inkişafın davamlı olmasında mühüm rol oynayan amillərdən biri ölkəmizdə mövcud olan etibarlı təhlükəsizlik və sabitlik mühitidir. 2018-ci ildə beynəlxalq vəziyyətin gərginləşməsinə, ayrı-ayrı regionlarda qanlı toqquşmaların, müharibələrin baş verməsinə baxmayaraq, Azərbaycan bu gün sabitlik və təhlükəsizlik adası kimi tanınır. Ölkəmizdə sabitliyi təmin edən başlıca faktor isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu, eləcə də xalq-iqtidar birliyidir.
Nəticə etibarilə, Azərbaycanda 2018-ci ilin mənzərəsi müsbət xarakterlidir, cari ildə bütün sahələrdə möhtəşəm nailiyyətlərin qazanılması ölkəmizin qüdrətinin daha da artmasını təmin edib, qarşıda yeni perspektivlər açıb.
- Yeri gəlmişkən, bu, bir reallıqdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu kontekstdə ölkəmizdə həyata keçirilən sosial siyasətin mahiyyəti və nəticələri ilə bağlı nə deyə bilərsiniz?
- Ölkəmizdə dövlət siyasətinin çox mühüm tərkib hissəsini sosial siyasət təşkil edir, Azərbaycanda sosial dövlət ideyası uğurla reallaşdırılır. İnsanların sosial rifahının daha da yüksəldilməsi üçün lazım olan tədbirlərin görülməsi, əhalinin gəlirlərinin mütəmadi olaraq artırılması, maaşların, pensiyaların davamlı şəkildə yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər kompleks şəkildə Prezident İlham Əliyevin sosial siyasətinin ayrı-ayrı komponentlərini əks etdirir.
Qayğıya ehtiyacı olan bütün vətəndaşların, o cümlədən şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin, eləcə də qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi də dövlətin diqqət mərkəzindədir. Azərbaycanda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yüksək dövlət qayğısı davamlı xarakter daşıyır. Dövlətimizin başçısının bu istiqamətdə müvafiq Fərman və sərəncamları əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Son illərdə bu kateqoriyadan olan minlərlə insan mənzillə və minik avtomobilləri ilə təmin olunublar, eyni zamanda, həmin kateqoriyadan olan insanlara çoxsaylı güzəştlər tətbiq edilir.
Əhalinin məşğulluğunun təmin olunması yönündə də məqsədyönlü işlər görülür, həyata keçirilən tədbirlər ardıcıl xarakter daşıyır. 2018-ci il oktabrın 30-da Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın təsdiq olunması haqqında Sərəncamın imzalanması bu baxımdan mühüm addım sayılmalıdır. Son 15 ildə 2 milyona yaxın yeni iş yerinin açılması dövlət başçısının bu sahədə uğurlu siyasətinin əyani göstəricisidir. Hazırda Azərbaycanda işsizlik səviyyəsinin Avropa və MDB məkanında ən aşağı göstəricilərdən biri olması da dediklərimə əyani sübut ola bilər.
Azərbaycanda həyata keçirilən məqsədyönlü sosial siyasətdən bəhs edərkən səhiyyənin inkişafı istiqamətində reallaşdırılan ardıcıl və səmərəli tədbirləri də xüsusi vurğulamaq lazımdır. Ölkəmizdə səhiyyə sektorunun inkişafı ilə bağlı islahatların həyata keçirilməsi, mühüm Dövlət proqramlarının qəbul olunması, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, vətəndaşların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması bu sahədə dövlət siyasətinin prioritetlərini təşkil edir. Bəhs olunan prioritetlərə və qarşıda duran vəzifələrə müvafiq olaraq həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər mühüm nəticələr verir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün hər bir şəhərdə, rayonlarımızın mütləq əksəriyyətində ən müasir standartlara cavab verən tibb müəssisələri fəaliyyət göstərir və vətəndaşlara xidmət edir.
Ölkəmizdə icbari tibbi sığortanın tətbiqi və səhiyyənin maliyyələşmə sisteminin təkmilləşdirilməsi istiqamətində reallaşdırılan məqsədyönlü tədbirlər səhiyyə sahəsində həyata keçirilən islahatların mühüm tərkib hissəsi kimi qeyd edilməlidir.
Bunlarla yanaşı, Azərbaycanda əhalinin sağlam qida ilə təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılır. Son illərdə qida təhlükəsizliyinin təmin edilməsi, qida məhsullarının keyfiyyətinin yüksəldilməsi və ixrac potensialının artırılması sahəsində nəzərəçarpan nailiyyətlər əldə olunub. Respublikamızda bir sıra sahələr üzrə daxili tələbatın sırf yerli istehsal hesabına ödənilməsi isə mühüm əhəmiyyətə malikdir. Görülmüş tədbirlərin davamı kimi əhalini təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin etmək, qida məhsullarının təhlükəsizliyinə nəzarət sisteminin səmərəliliyini daha da artırmaq qarşıdakı dövr üçün əsas vəzifələrdən biri kimi müəyyənləşdirilib.
Bütövlükdə, Azərbaycan hökuməti əhalinin rifah halının daha da yaxşılaşdırılması, onların hərtərəfli qayğı ilə əhatə olunmaları üçün ardıcıl olaraq məqsədyönlü layihələr, islahat xarakterli tədbirlər həyata keçirməkdədir.
- Əli müəllim, 2018-ci ildə bütün sahələrdə möhtəşəm nailiyyətlərin qazanılması qarşıdakı dövrün də ölkəmiz üçün uğurlu olacağını deməyə əsas verir. 2019-cu ildən gözləntiləriniz nədən ibarətdir?
- Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələri əhatə edən ardıcıl, məqsədyönlü islahatların aparılması, uğurlu daxili və xarici siyasət kursunun həyata keçirilməsi Azərbaycanın qüdrətinin artmasında ifadə olunur. Dünyaya nümunəvi və mütərəqqi inkişaf modeli təqdim edən Azərbaycan bu gün, sözün əsl mənasında, özünün qızıl əsrini yaşamaqdadır və bu dövr hələ uzun müddət davam edəcək. Bu gün Azərbaycan insanların arzularının reallaşdığı bir məmləkətə çevrilib, həmçinin bu istək və arzuların həyata keçməsi üçün Azərbaycan dövləti və hökuməti lazım olan bütün şəraiti və imkanları təmin edir. Son 15 ilin nailiyyətləri Azərbaycan vətəndaşlarında belə bir inamı qəti surətdə formalaşdırıb ki, Azərbaycan bundan sonra da taleyini Heydər Əliyev siyasəti və bu siyasəti uğurla həyata keçirən İlham Əliyevlə bağlamalıdır. Çünki bu siyasət Azərbaycana möhtəşəm uğurlar qazandırır, sürətli inkişafı, sabitliyi təmin edir. Nə qədər Prezident İlham Əliyev Azərbaycana rəhbərlik edirsə, ölkəmiz bir o qədər inkişaf edəcək, növbəti illərdə daha böyük uğurlar qazanacaq. Bütün sahələrdə qazanılan uğurlarla yanaşı, ölkəmizin qarşısında gələcək hədəflər də dayanır. Azərbaycan iqtisadiyyatının daha da güclənməsi, əhalinin rifah halının daha da yüksəlməsi, Azərbaycanın regionda və beynəlxalq miqyasda mövqelərinin daha da möhkəmləndirilməsi qarşıda dayanan əsas strateji vəzifələr sırasındadır. Bütövlükdə, Azərbaycan qarşıdakı dövrdə də yeni uğurlar - möhtəşəm nailiyyətlər qazanacaq, qarşıya qoyulan bütün hədəflər və məqsədlər reallığa çevriləcək. Bu isə regionun lider dövləti olan Azərbaycanın inkişaf yolunda inamla və qətiyyətlə irəliləməsini təmin edəcək.

 
  • Oxunub:  9360  |  
  • Tarix:  28-12-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda yeni iş yerlərinin yaradılması daimi prosesə çevrilib

22 Avqust 22:13
“Linfild” və “Qarabağ” komandalarının start heyətləri məlum olub
22 Avqust 22:10
Azərbaycan XİN: Ermənistan heç bir halda demokratiyanın qasidi statusuna iddia edə bilməz
22 Avqust 20:47
“KOB Dostu” Xəzər rayonunda sahibkarlara xidmət göstərəcək
22 Avqust 20:45
Kiçik dövlət müəssisələrində çalışanlar güzəştli satışı xidmətindən elektron formada istifadə edə bilər
22 Avqust 20:38
Vergilər Nazirliyi: Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır
22 Avqust 20:32
Vergilər nazirinin müavini Qobustanda vətəndaşları qəbul edib
22 Avqust 20:28
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
22 Avqust 18:14
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Mədəniyyətlərarası dialoqa Azərbaycanın töhfəsi” mövzusunda konfrans keçirilib
22 Avqust 18:11
Beynəlxalq Cüdo Federasiyasının növbəti konqresi keçirilib
22 Avqust 17:43
AFFA-da “Elit məşq” layihəsinin təqdimatı olub
22 Avqust 17:40
Bəhruz Quliyev: Belə hadisələrin siyasi mübarizə predmetinə çevrilməsinə imkan verməməliyik
22 Avqust 17:06
Bakı metrosunda daha iki yeni qatar xəttə buraxılıb
22 Avqust 17:01
Flora Qasımova: İqtisadi və siyasi böhran işğalçı Ermənistanı uçuruma aparır
22 Avqust 17:00
Mübariz Qurbanlı: Bu il Azərbaycanda dünya din xadimlərinin sammiti keçiriləcək
22 Avqust 16:59
Pərvin Kərimzadə: Azərbaycanda həyata keçirilən uğurlu siyasət istənilən hədəflərə nail olmağa əlverişli şərait yaradır
22 Avqust 16:53
Baş Prokurorluqda Tofiq Yaqubluya xəbərdarlıq edilib
22 Avqust 16:31
Əli Əhmədov: Hökumət süni qiymət artımına yol verilməməsi üçün lazımi tədbirlər görür
22 Avqust 16:29
Məcburi köçkün məktəbləri üzrə şagirdlərin elektron yerdəyişməsinə avqustun 26-dan başlanılacaq
22 Avqust 16:25
Azərbaycan XİN separatçı rejimin hesabatının BMT-də yayılmasına münasibət bildirib
22 Avqust 16:23
Əli Həsənov: Maraqlı dairələr Azərbaycanda özünün koloniyasını yaratmaq istəyirdi
22 Avqust 16:20
“Avro 2020”nin sponsorlarının nümayəndələri Bakıda səfərdədir
22 Avqust 16:19
BMT-nin Baş katibi dini mənsubiyyət və inancına görə zorakılığa məruz qalmış qurbanlarla bağlı müraciət edib
22 Avqust 16:16
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Şəmkir və Tovuzda vətəndaşları qəbul edib
22 Avqust 16:09
Bakıda "Şeyxülislam Allahşükür Paşazadə 70 - Mənəviyyata həsr olunmuş ömür" adlı konfrans keçirilib
22 Avqust 12:35
Pakistanlı astronavt Namirə Səlim: Kosmos diplomatiyası dünyaya sülh gətirəcək
22 Avqust 12:31
Ermənistanda əsgər valideynləri müdafiə nazirliyi qarşısında etiraz aksiyası keçiriblər
22 Avqust 12:17
Bişkekdə Heydər Əliyev parkı və orta məktəb binasının tikintisi ilə bağlı məsələlər müzakirə edilib
22 Avqust 12:15
UEFA Avropa Liqasına pley-off mərhələsinə 21 qarşılaşma ilə start veriləcək
22 Avqust 12:10
Bakı Ali Neft Məktəbinə qəbul planı 100 faiz dolub
22 Avqust 11:47
Əlilliyi olan şəxslərin özünüməşğulluğuna dəstək məqsədilə aparılan işlərin təqdimatı olub
22 Avqust 11:23
Dövlət Sərhəd Xidmətinin 100 illiyinə həsr olunan markalar dövriyyəyə buraxılıb
22 Avqust 11:14
Bu gün “Qarabağ” komandası UEFA Avropa Liqasının pley-off mərhələsində mübarizəyə başlayır
22 Avqust 11:12
“Kənddən Şəhərə” yarmarkası davam edir
22 Avqust 10:59
Müdafiə Nazirliyi: “MiQ-29” tipli döyüş təyyarəsinin qəzaya uğrama səbəbi müəyyən edilib
22 Avqust 10:32
“Vətən bizə əmanətdir” yay istirahət düşərgəsinə 100 nəfər yeniyetmə və gənc cəlb olunub
22 Avqust 10:24
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub
22 Avqust 09:42
Azərbaycanda yeni iş yerlərinin yaradılması daimi prosesə çevrilib
22 Avqust 09:30
Şeyxülislam Allahşükür Paşazadə: xüsusi missiyası olan ali dini lider, böyük maarifçi vətənpərvər, nüfuzlu ictimai xadim
22 Avqust 09:24
Macarıstan, Çin və Latviyada təhsil almaq hüququ qazanmış tələbələrlə görüş
22 Avqust 09:22
BDU-nun 100 illiyi münasibətilə “Riyaziyyat və onun tətbiqləri” Beynəlxalq Avrasiya Konfransı keçiriləcək
22 Avqust 09:19
Əli Kərimli şəhid pilotumuzun dəfn mərasimini siyasi avantüra vasitəsinə çevirməyə çalışıb
22 Avqust 09:17
Nəsimi rayonunda “Mərhəmət və Xeyriyyəçilik həftəsi” keçirilir
22 Avqust 09:10
2019-cu ildə regionlarda 1 milyon 12 min hektarda taxıl əkini həyata keçirilib
21 Avqust 19:46
“OPEC+” formatı: Azərbaycanın enerji siyasətinin növbəti uğuru
21 Avqust 18:47
Prezident İlham Əliyev XDMX-nin hərbi qulluqçularını və mülki işçilərini təltif edib
21 Avqust 17:57
Abşeronda kombi istehsalı zavodu fəaliyyətə başlayıb
21 Avqust 17:51
Lənkəran və Masallıda "Məzhəbçilik-dini təhlükəsizliyə təhdid kimi" mövzusunda seminar-müşavirələr keçirilib
21 Avqust 17:35
Siyavuş Novruzov: Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan seçilməsində Mehriban xanım Əliyevanın xidmətləri böyükdür
21 Avqust 17:31
Ekspert: Təqaüdçülərin sosial durumunun, həyat şəraitinin yaxşılaşdırılması daim dövlətin diqqət mərkəzindədir
21 Avqust 17:29
Xoşbəxt Yusifzadə: Yeni yataqlarımızın uğurla işlənilməsi neft gəlirlərinin qaz gəlirləri ilə balanslaşdırılması üçün şərait yaradır
21 Avqust 17:00
Vilayət Eyvazov Avstriyanın ölkəmizdəki səfirini qəbul edib
21 Avqust 16:57
"Böyük Avrasiya": "sabitsizlik qövsü" və yeni təhlükəsizlik sistemi
21 Avqust 16:41
Əli Əhmədov: Müxalifətin pilotun həlak olmasından siyasi dividend qazanmağa çalışması insanlığa yaraşmayan hərəkətdir
21 Avqust 16:08
Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
21 Avqust 15:59
Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatı “Tokio 2020”yə lisenziya xarakteri daşıyacaq
21 Avqust 15:36
Gəncədə kurqanlardan ibarət arxeoloji park yaradılacaq
21 Avqust 15:04
Daşkəsən rayon icra hakimiyyətinin başçısı səyyar görüş keçirib
21 Avqust 14:59
Azərbaycandan İspaniyaya ixracın dəyərində 189 milyon dollarlıq artım var
21 Avqust 14:34
Hikmət Babaoğlu: “Əli Kərimlinin bu addımı siyasi mənəviyyatsızlıq və məsuliyyətsizlikdir”
21 Avqust 14:29
“Azərsu” ASC-nin sədr müavinləri Şəmkir və Tovuzda vətəndaşları qəbul edib
21 Avqust 14:05
Ukraynada “Nəsimi ili” çərçivəsində tədbir keçirilib
21 Avqust 14:02
İstanbulda Azərbaycan və Türkiyə həmkarlar ittifaqları konfederasiyalarının birgə iclası keçirilib
21 Avqust 13:55
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
21 Avqust 13:54
“Tarixi şəxsiyyətlər” jurnalının növbəti nömrəsi Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyinə həsr olunub
21 Avqust 13:43
Bəhruz Quliyev: “Dəfn mərasimini siyasiləşdirmək cəhdi böyük ədəbsizlikdir”
21 Avqust 13:39
Sahib Məmmədov: Prokurorluq orqanlarına qulluğa qəbul prosesi şəffaf və ədalətli qaydada həyata keçirilir
21 Avqust 13:08
Naxçıvanda sağlamlıq imkanları məhdud şəxslərə qulluq edənlər üçün Prezident təqaüdünün ödənilməsinə başlanılıb
21 Avqust 12:51
Bakıda “Şeyxülislam Allahşükür Paşazadə - 70: mənəviyyata həsr olunmuş ömür” mövzusunda tədbir keçiriləcək
21 Avqust 12:44
Şahmatçımız Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenlə heç-heçə edib
21 Avqust 12:33
Prokurorluq orqanlarına qulluğa qəbulla əlaqədar müsabiqənin yazılı imtahan mərhələsi keçirilir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA