Ana səhifə »  Müsahibə »  Bəhruz Quliyev: “Səs” qəzeti Azərbaycan mətbuatına bir çox önəmli ənənələr gətirib
A+   Yenilə  A-
Bəhruz Quliyev: “Səs” qəzeti Azərbaycan mətbuatına bir çox önəmli ənənələr gətirib

“Səs” qəzetinin Baş redaktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyevin SİA-ya müsahibəsi:
- Bəhruz müəllim, bu gün “Səs” qəzeti 28 yaşını qeyd edir. Sizcə, “Səs”in yaranması dövrün hansı zərurətlərindən doğub?
- Əlbəttə ki, “Səs” qəzeti müstəqil Azərbaycan mətbuatının qaranquşlarından hesab olunur və bu qəzet ictimai-siyasi mətbuat orqanı kimi 1990-cı ilin noyabrında “Əlincə” Xeyriyyə Cəmiyyətinin orqanı olaraq qeydiyyatdan keçib, 1991-ci il yanvarın 11-dən isə dərcinə başlanılıb. Yəni qəzetin tarixi Azərbaycanın müstəqillik tarixindən bir neçə ay əvvələ təsadüf edir. Qəzetin əsas məramı Ulu öndər Heydər Əliyevin ideyalarının cəmiyyətə çatdırılması idi və bu amil müqəddəs missiya kimi yerinə yetirilib. Ümumiyyətlə, istər yarandığı vaxtlarda, istərsə də hazırkı dövrdə “Səs” qəzetinin ətrafında Ulu öndəri sevənlər cəmləşiblər. Həmçinin bütün zamanlardakı fəaliyyətinə nəzər salarkən, deyərdim ki, qəzetimiz sağlam ideyanın cəmiyyətə çatdırılması missiyasını şərəflə, vicdanla və mərdliklə yerinə yetirib. Qəzetimiz Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlməsi, Onun ideyalarının cəmiyyətə çatdırılması istiqamətində böyük, hətta deyərdim ki, əvəzolunmaz işlər görüb. Bu, danılmaz faktdır. Həmin dövrlərdə ziyalıların Heydər Əliyevə müraciəti, Ulu öndərin isə ziyalılara cavabı məhz “Səs” qəzetində dərc olundu və bu addım sonradan ölkənin ictimai-siyasi həyatında köklü dəyişikliklərə səbəb oldu. Məhz bu xidmətin nəticəsidir ki, Ulu öndər Heydər Əliyev Öz çıxışlarında hər zaman vurğulayardı ki, “Səs” qəzeti Onun üçün ən əziz qəzetdir. O, qəzetin xidmətlərini xüsusi qiymətləndirir, əmin olduğunu bildirirdi ki, qəzet daim inkişaf edəcək, modernləşəcək. Ulu öndərin bu uzaqgörənliyi hazırda reallaşıb və təsdiqini tapıb.
- Bir çox tanınmış jurnalistlər də etiraf edirlər ki, “Səs” qəzeti bir əqidə, mübarizlik məktəbidir, bu fikri necə şərh edərdiniz?
- Tamamilə doğrudur. Bilirsiniz, “Səs” qəzeti həmin qəzetlərdəndir ki, müxalif qəzet kimi fəaliyyətə başlayıb. Yəni müxalifət qəzeti kimi işıq üzü görərək, çətin dövrlərin enişli-yoxuşlu yollarını keçib. Əbəs yerə deyil ki, yarandığı dövrlərdə “Səs” qəzeti dəfələrlə hücumlara, təzyiqlərə məruz qalıb. Hətta redaksiyaya o zamankı iqtidarın silahlı hücumları da olub. Amma qəzet öz yolundan, öz mövqeyindən dönməyib, əksinə olaraq, yoluna daha qətiyyətlə, mübarizəylə davam edib. Bu baxımdan, “Səs” qəzeti iqtidara müxalif olub və indiki bəzi müxalifət qəzetlərindən fərqli olaraq, dövlətə, xalqa müxalif mövqedə dayanmayıb. Ona görə də istər müxalifət mətbuatı olduğu zamanlarda, istərsə də iqtidar mətbuatı olduqdan sonra “Səs” Azərbaycan mediasına bir mayak olaraq, hətta müxalif mövqedə olmaqla da xalqa xidmət etməyin ənənəsini yaratdı.
- “Səs” qəzetinin 28 illik ömür yoluna bir nəzər salmanızı xahiş edərdik...
- “Səs” qəzeti yarandığı gündən yenilənməyə meyilli olub, daim inkişafda olmağa və bu sahədə hər bir dəyişiklikdən, yenilikdən bəhrələnməyə çalışıb. Qəzetimiz hər zaman informasiya məkanının genişlənməsi, informasiya texnologiyalarının tərəqqisi istiqamətində əldə edilən yeniliklərdən maksimum şəkildə faydalanmağa çalışmışdır. Qəzet modernləşərək öz bazasında “Səs” İnformasiya Agentliyini (SİA) və SƏS TV internet televiziyasını yaradıb. Bu bazalar ətrafında bir neçə portal da fəaliyyət göstərir. Bu gün “Səs” İnformasiya Agentliyi dünyanın bir çox tanınmış informasiya agentlikləri ilə əməkdaşlıq edir, informasiya mübadilələri aparır. Lakin biz bununla da kifayətlənmirik və yaxın gələcəkdə əhatə dairəmizin daha da genişlənməsi üçün fəaliyyət planlarımız üzərində işlər aparırıq. Ölkənin regionlarında da müxtəlif layihələr həyata keçirilir. Ümumiyyətlə, “Səs” qəzeti mütəmadi olaraq regionların sosial-iqtisadi inkişafı, problemlər, əldə olunan uğurlarla bağlı “dəyirmi masa”lar təşkil edib. “Səs” qəzetinin redaksiyası hər zaman ictimai fikri maraqlandıran ən aktual məsələlərlə bağlı görkəmli ictimai-siyasi xadimlər, deputatlar və hökumət təmsilçilərinin iştirakı ilə keçirilən müzakirələrin ünvanına çevrilib. Ölkə mətbuatında ilk “dəyirmi masa”ların keçirilməsi təşəbbüsünü də məhz “Səs” qəzeti irəli sürərək, reallaşdırıb.
Beləliklə, “Səs” ictimai-siyasi qəzet kimi üzərinə düşən missiyanı layiqincə yerinə yetirməyə çalışıb. Əminəm ki, bundan sonra da “Səs” qəzeti öz ənənəsinə sadiq qalacaq, özünəməxsusluğunu qoruyub saxlamaqla, müasir zamanın yeniliklərində öz sözünü deməyi bacaracaq, dövlətçilik uğrunda mübarizəsini, fəaliyyətini davam etdirəcək.
- Necə fikirləşirsiniz, SİA və SƏS TV internet televiziyası özünü oxucuları və tamaşaçıları qarşısında hansı fəaliyyətləri ilə doğruldub?
- İfadə azadlığı şəraitində ölkədə çoxsaylı internet portalının olması sağlam rəqabətə imkan yaradır. Sağlam rəqabətdə SİA-nın da öz dəstxətti, öz yeri var. Mən deyə bilmərəm ki, SİA ölkənin aparıcı agentliklərindən biridir. Bu, təkəbbür, yersiz, subyektiv fikir olar. Hesab edirəm ki, SİA və SƏS TV kifayət qədər auditoriyaya sahiblənə bilib, onun öz oxucu və tamaşaçı auditoriyası var. SİA və SƏS TV bu gün müasir tələblərə və mətbuatın qarşısında duran vəzifələrə cavab verir. Bir məqama toxunaraq demək istərdim ki, SİA-da, yaxud da SƏS TV-də günün tələbinə aid hər hansı bir problemə elə həssaslıqla toxunulur ki, sonradan bu amil həm auditoriyamızda, həm də ictimaiyyətdə uzun illər unudulmayacaq hisslər doğurur. Məhz bu nüansın özü də “Səs” qəzeti məktəbinin bir parçasıdır.
- Bəhruz müəllim, hazırda müasir Azərbaycan mətbuatının ümumi vəziyyətini necə şərh edərdiniz?
- Bu gün Azərbaycanda söz azadlığının təmin olunması, plüralizmin inkişafı istiqamətində dövlət öz üzərinə düşən vəzifəni yerinə yetirir. Bu sahədə qanun qəbul olunub, müasir dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilib. Prezident İlham Əliyev mediaya xüsusi diqqətlə yanaşır. Bunun nəticəsidir ki, Azərbaycan mətbuatının inkişafına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb, Fond ötən dövr ərzində mediaya dəstək verilməsi sahəsində mühüm işlər görüb. Bundan əvvəl 2003-cü ildə Azərbaycan Mətbuat Şurasının yaradılmasını da xüsusi qeyd etmək lazımdır. Söz və mətbuat azadlığının təmin edilməsi dövlət siyasətində prioritet istiqamətlərdən biridir. Sadəcə, bu gün Azərbaycan mətbuatının özündən qaynaqlanan bir sıra problemləri var. Bu problemləri mətbuat özü tədricən aradan qaldırmalıdır və qaldırır da...
Məsələn, reketçilik yazılı mətbuatdan artıq internet portallara keçib, təəssüf ki, bəzi internet media orqanlarında bunu açıq müşahidə edirik. Belə problemlərlə mübarizə aparmağa ehtiyac var idi və ötən ilin son aylarında biz həmin mübarizənin nəticələrini gördük. Reketçiliklə mübarizədə görülən işlər, hesab edirəm ki, öz müsbət nəticələrini verməyə başlayıb. Digər tərəfdən, mətbuatımızın dünyaya tam inteqrasiya etdiyini, dünya mətbuatı ilə tam ayaqlaşdığını da söyləmək olmaz, bu sahədə də çatışmazlıqlar var. Əlbəttə ki, zaman-zaman bu çatışmazlıqların da aradan qalxacağı şübhəsizdir. Çünki dövlət də daim mətbuatın inkişafına, jurnalistlərin sosial problemlərinin həllinə çalışır. 2013 və 2017-ci illərdə jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün jurnalistlər mənzillə təmin olundular, növbəti bina da tikilmək üzrədir. Demək istədiyim odur ki, əgər dövlətimiz bu kimi mütərəqqi addımları atırsa, bu addımlar jurnalistlər cameəsində dinamika yaradır, stimul verir. Ancaq biz əldə edilən uğurlarla kifayətlənməməli, daim öyrənməli, problemlərin aradan qaldırılması istiqamətində mətbuat olaraq daha çox çalışmalıyıq. Məhz bu halda mediamızın daha sürətli inkişafına, tərəqqisinə nail ola bilərik. Düşünürəm ki, biz bu amili öz məsləyimizə kredo olaraq aid etməliyik.
- “Səs” qəzetinin gələcək planları, reallaşdırmağa hesabladığı arzuları nədən ibarətdir?
- Əlbəttə ki, gələcəyə inamla addımlamaq üçün, bu istiqamətdə yeniliklərin də zəruriliyinə hər zaman ehtiyac var. Bu baxımdan, bizim də bir sıra layihələrimiz, planlarımız hər zaman olub və olacaqdır. İlk növbədə çalışacağıq ki, ümumi xarakterli problemlərin işıqlandırılması, görülən işlərin zamanında ictimaiyyətə çatdırılması istiqamətində öz yolumuzu davam etdirək. Belə bir deyim var - mətbuat cəmiyyətin güzgüsüdür. Ona görə də hesab edirəm ki, rəhbərlik etdiyim mətbu orqan ictimai nəzarət funksiyasını yerinə yetirməlidir. Bu barədə cənab Prezident İlham Əliyev də çıxışlarında dəfələrlə vurğulayıb. Hesab edirəm ki, “Səs” qəzeti bu gün ictimai nəzarət funksiyasını da yerinə yetirməyi bacarmalıdır və buna maksimum qaydada çalışır. Bu istiqamətdə yolumuzu davam etdirərək qəzetlə yanaşı, SİA və SƏS TV-nin inkişafına, yeniliklərimizi də oxucu auditoriyamıza təqdim etməyə davam edəcəyik. Fürsətdən istifadə edərək, bütün kollektivimizi qəzetimizin 28-ci ildönümü münasibəti ilə təbrik edirəm, fəaliyyətlərində davamlı uğurlar, səslərinin daim ucadan gəlməsini arzu edirəm.

 
  • Oxunub:  6510  |  
  • Tarix:  11-01-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan dünyada 10 ən islahatçı ölkə sırasında yer alır

21 May 17:47
Daxili işlər naziri Qəbələdə və Bakıda sıra baxışları keçirib
21 May 17:41
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi qərb bölgəsində vətəndaşların müraciətlərini dinləyiblər
21 May 17:33
İlahiyyat İnstitutu əməkdaşlıq əlaqələrini genişləndirir
21 May 17:23
Təlimlərdə qoşunların yerdəyişməsi, qüvvələrin ehtiyat atəş və start mövqelərinə çıxarılması icra olunub
21 May 17:19
Sevinc Hüseynova: Davamlı və məqsədyönlü siyasət bütövlükdə ölkəmizdə ailə institutunun inkişafına müsbət təsir göstərib
21 May 17:15
Malik Həsənov: Azərbaycanda həyata keçirilən kompleks islahatlar beynəlxalq səviyyədə yüksək dəyərləndirilir
21 May 17:13
Sona Əliyeva: Ermənistandakı son proseslər yaxşı heç nə vəd etmir
21 May 17:10
Naxçıvan Muxtar Respublikası Ali Məclisində təltif və mükafatların təqdimatı olub
21 May 17:05
UEFA Avropa Liqasının kuboku Cocuq Mərcanlıda
21 May 17:04
Milli Məclisin komitə iclasında 2018-ci il dövlət büdcəsinin icrası müzakirə olunub
21 May 16:58
BMT-nin Əhali Fondu tərəfindən media nümayəndələri üçün seminar keçirilir
21 May 16:54
Bakıda “Kibertəhlükəsizlik üzrə Gənclər Seminarı” keçirilib
21 May 16:52
Dövlət Gömrük Komitəsi ilə BMT arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
21 May 16:47
UEFA Avropa Liqasının final oyununa bilet satışının dördüncü mərhələsi başlayıb
21 May 16:45
Şimal bölgəsində fəaliyyət göstərən vəkillər Sumqayıtda “Vəkillik etikası: müasir çağırışlar” mövzusunu müzakirə ediblər
21 May 16:32
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Şura iclası
21 May 16:30
Bakıda Menecment və İnnovasiya Forumu işə başlayıb
21 May 16:25
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə təsdiqlənib
21 May 16:23
Rüfət Quliyev: “Doing Business 2019” hesabatında Azərbaycanın 190 ölkə arasında 25-ci yerdə qərarlaşması ölkəmizin böyük uğurudur
21 May 16:10
Kamilə Əliyeva: Azərbaycanın arzusu, istəyi olmadan bu regionda heç nəyi reallaşdırmaq, icra etmək mümkün deyil
21 May 15:56
Azərbaycanla Yaponiya arasında potensial əməkdaşlıq imkanları müzakirə olunub
21 May 15:52
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Fransada silsilə görüşlər keçirib
21 May 15:35
Vəkillər Kollegiyasının ilk regional qurumu olan Sumqayıt Regional Vəkil Bürosunun binası istifadəyə verilib
21 May 15:15
Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Kürdəxanı qəsəbəsində olub
21 May 14:49
İspaniyada Azərbaycan diasporunun fəaliyyətinin genişləndirilməsi məsələləri müzakirə olunub
21 May 14:27
Azərbaycanlı tələbələr Pekində mədəniyyət festivalında ölkəmizi təmsil ediblər
21 May 14:13
Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıqla əlaqədar atletika hakimləri üçün növbəti seminara start verilib
21 May 14:07
“Sərhəd” hərbi-idman oyununun respublika birinciliyinin final mərhələsinin təntənəli açılışı olub
21 May 14:04
Paytaxtın ümumi təhsil müəssisələri direktorlarının iştirakı ilə müşavirə keçirilib
21 May 14:01
DST dünyada sağlamlığın möhkəmləndirilməsi məsələləri üzrə dörd yeni xoşməramlı səfirini təqdim edir
21 May 13:59
AMEA ilə Rusiya Elmlər Akademiyası arasında əməkdaşlıq haqqında saziş imzalanıb
21 May 13:51
Tahir Süleymanov: Ölkəmizdə aparılan islahatların səmərəliliyi beynəlxalq səviyyədə etiraf olunur
21 May 13:01
Azərbaycandan Avropa İttifaqı ölkələrinə məhsul ixracı 1 milyard dollardan çox artıb
21 May 12:58
Dövlət proqramlarının icrası nəticəsində regionlarda infrastruktur müasir tələblər çərçivəsində yenidən qurulur
21 May 12:53
Azərbaycan və Paraqvay arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür
21 May 12:48
“Araz” klubu növbəti dəfə UEFA Çempionlar Liqasında iştirak edəcək
21 May 12:44
Vüqar Bayramov: "Doing Business" hesabatında mövqeyimizin yaxşılaşması dərinləşdirilən islahatların nəticəsi olaraq xarakterizə edilməlidir
21 May 12:26
Maliyyə naziri: Problemli kreditlərin həlli ilə bağlı işlər mayın 28-dək yekunlaşacaq
21 May 12:08
Müdafiə Nazirliyinin nümayəndə heyəti “BOO - 2019” yarışları üzrə növbəti konfransda iştirak edib
21 May 11:56
Muxtar respublikada ümumi daxili məhsul istehsalı 727 milyon manatı ötüb
21 May 11:51
Nazir: Məqsəd xarici dövlət borcunu daha çox milli valyutada olan dövlət borcu ilə əvəzləməkdir
21 May 11:46
Heydər Əliyev Mərkəzində Zurab Seretelinin sərgisi açılacaq
21 May 11:41
Bakıda Asiya İnkişaf Bankının Dövlət Borclarının İdarəedilməsinə dair Regional Forumu işə başlayıb
21 May 11:38
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Elmlər Akademiyasının prezidentini qəbul edib
21 May 11:36
Milli Dram Teatrının yaradıcı kollektivi ayın sonu üçün maraqlı tamaşalar hazırlayıb
21 May 11:34
Qubada ən çox kitab oxuyanlar mükafatlandırılıb
21 May 11:30
Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib
21 May 11:10
Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın iclası və enerji forumu keçiriləcək
21 May 11:04
Dörd ay ərzində Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 4208 cərrahi əməliyyat icra olunub
21 May 10:21
Silahlı Qüvvələrin təlimlərinin planına uyğun olaraq xəritə üzərində tapşırıqlar icra edilir
21 May 10:14
Nazir İnam Kərimov : Kənd təsərrüfatının intensiv inkişafı peşəkar kadrlardan birbaşa asılıdır
21 May 10:10
Düşmən Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqda davam edir
21 May 10:01
Azərbaycan dünyada 10 ən islahatçı ölkə sırasında yer alır
21 May 09:55
Avropa İttifaqı ilə əlaqələr Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir
21 May 09:54
Hikmət Babaoğlu: Azərbaycan milli maraqlarını tərəfdaşlarının maraqları ilə ustalıqla uzlaşdıra bilir
21 May 09:48
General-mayor Kamil Məmmədov: Bu gün bizim Cocuq Mərcanlıda olmağımız ordumuzun şücaəti sayəsindədir
21 May 09:47
Ədliyyə Akademiyası Beynəlxalq Maliyyə Korporasiyası ilə birgə hakimlər üçün təlim keçirib
21 May 09:46
Əli Kərimli artıq siyasi etikanın bütün mümkün sədlərini aşıb
20 May 21:07
ADNSU: Dünya Metrologiya Gününə həsr olunan elmi-praktik seminar
20 May 20:59
Əlyazmalar İnstitutunun jurnalları UNESCO-nun “ROAD” elmi indeksləşdirmə reyestrinə daxil edilib
20 May 20:55
Quba, Qusar, Xaçmaz və Şabran rayonlarının təhsil şöbələrinin fəaliyyətinə dair hesabatlar dinlənilib
20 May 19:55
Tamara Sinyavskaya: Heydər Əliyev Müslümü çox sevirdi və Bakıda bizim üçün toy məclisi təşkil etdi
20 May 19:48
Şəmkirdə “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda seminar-treninq keçirilib
20 May 19:44
SOCAR-ın vitse-prezidentləri AMEA YT Parkın məhsulları ilə tanış olublar
20 May 19:32
Azərbaycan Çinə nar şirəsi və nar şərabı ixrac edəcək
20 May 19:29
Milli Məclisdə inklüziv təhsilin genişləndirilməsi mövzusunda müzakirələr aparılıb
20 May 19:23
Avropa Şurasının konfransında Azərbaycan uğurlu siyasət aparan ölkə kimi qeyd olunub
20 May 19:20
Pekində Azərbaycanın Çindəki səfirliyi üçün bina inşa olunacaq
20 May 19:17
Cüzeppe Kaniliya: Azərbaycan İtaliya üçün olduqca vacib ölkədir
20 May 19:14
Elçin Mirzəbəyli: Azərbaycan Prezidentinin siyasətinin əsasında insan amili dayanır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+21 +25
gecə+15 +17