Ana səhifə »  Müsahibə »  Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə şəhid ailələrinə hərtərəfli diqqət və qayğı göstərilir
A+   Yenilə  A-
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə şəhid ailələrinə hərtərəfli diqqət və qayğı göstərilir

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Musa Quliyev www.yap.org.az saytına müsahibə verib:
- Musa müəllim, məlumdur ki, ölkəmizdə uğurlu sosial siyasət həyata keçirilir. Bu baxımdan, Azərbaycanda şəhid ailələrinə göstərilən dövlət qayğısı haqqında fikirlərinizi bilmək istərdik...
- Ümumiyyətlə, şəhid ailələrinə dövlət qayğısının göstərilməsi Azərbaycanın daxili siyasətində prioritetdir. Bu, Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi-mənəvi yoldur. Xatırladım ki, Ulu öndərimizin təşəbbüsü ilə “Şəhid adının əbədiləşdirilməsi haqqında” qanun qəbul olunmuşdu və bu qanun məhz Heydər Əliyevin 1993-cü il 3 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmişdi. Bütövlükdə, Ümummilli liderimiz Heydər Əliyevin siyasətində şəhid ailələrinə dövlət qayğısı xüsusi yer tutmuşdur.
Hazırda Prezident İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir. 2003-cü ildən indiyə qədər bu istiqamətdə görülən işlər bunu sübut edir. Bilirsiniz ki, ötən il keçirilmiş prezident seçkilərindən sonra dövlət başçısı İlham Əliyevin imzaladığı ilk Fərman şəhid ailələri ilə bağlı oldu. Yəni Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə şəhid ailələrinə hərtərəfli diqqət və qayğı göstərilir. İndiyə qədər 7 minə qədər şəhid ailəsi mənzillə təmin olunub. Şəhid övladlarının təhsil haqları dövlət tərəfindən ödənilir, şəhid ailələrinə güzəştli ipoteka kreditləri, torpaq sahələri, onlara müavinət, pensiya ilə yanaşı Prezident təqaüdü verilir. Eyni zamanda, şəhid adının əbədiləşdirilməsi ilə bağlı addımlar atılır, onların əziz xatirəsi daim yad edilir.
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə görüşüblər. Sizcə, bu görüşün əhəmiyyəti nədən ibarətdir?
- Bu görüş bir daha göstərdi ki, Prezident İlham Əliyev şəhid ailələrinə nə qədər böyük qayğı, hörmət və ehtiram göstərir. Bu görüşün sosial-siyasi əhəmiyyəti ilə yanaşı milli-mənəvi, vətənpərvərlik baxımından da çox böyük önəmi var. Görüş zamanı dövlət başçısı vətəndaşların sosial məsələlərinin bundan sonra da diqqət mərkəzində olacağını bildirdi. Cənab Prezident xüsusilə vurğuladı ki, Azərbaycan xalqı şəhidlərimizlə fəxr edir, şəhidlərimiz daim bizim ürəyimizdə yaşayır və əbədi yaşayacaqdır. “Azərbaycan xalqına xidmət etmək mənim üçün böyük şərəfdir. Prezident kimi həmişə çalışmışam ki, xalqıma ləyaqətlə xidmət edim, Azərbaycanın hərtərəfli inkişafına təkan verim”, - deyən ölkə başçısı ölkəmizdə vətəndaşların sosial rifahının daim diqqət mərkəzində olduğunu vurğulayıb.
Görüşdə şəhid ailələrinə dövlət tərəfindən verilən dəstək bir daha vurğulandı. Qeyd olundu ki, bu günə qədər 6650 şəhid ailəsinə dövlət tərəfindən mənzillər, evlər, 6 mindən çox şəhid ailəsinə minik avtomobilləri verilib. Yəni bu, dövlətimizin şəhid ailələrinə olan münasibətinin təzahürüdür. Bu proses davamlı olacaq. Ümumiyyətlə, cənab Prezidentin fikirləri bütün cəmiyyətimiz üçün mesajdır ki, hər kəs şəhid ailələrinə hörmətlə yanaşmalıdır.
- Dövlətimizin başçısı yanvarın 28-də “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Bu Fərman bütün cəmiyyətimiz tərəfindən yüksək dəyərləndirilir...
- Dövlət başçısının imzaladığı bu Fərmanla çox ciddi məsələ öz həllini tapır. Bilirsiniz ki, 1997-ci ildə “Həqiqi hərbi qulluqçuların icbari sosial sığortası haqqında” qanun qəbul olunub. Və bundan sonra şəhid olan hərbi qulluqçuların ailələri qanuna uyğun olaraq sosial sığorta haqqı alıblar. Amma o vaxta qədər şəhid olanların problemi qalmışdı. Yəni cənab Prezidentin ötən ilin aprel ayında imzaladığı Fərmanla 1997-ci ilə qədər şəhid olmuş həqiqi hərbi qulluqçuların ailələrinə 11 min manat məbləğində birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulur. Bu Fərmana əsasən 10 minə yaxın şəhid ailəsinin siyahısı dəqiqləşdirildi, 11 min manat birdəfəlik ödəmə üçün ötən il 58 milyon manat vəsait ayrıldı və bu il 50 milyon manatın ayrılması nəzərdə tutulur. Artıq həmin qərara uyğun olaraq birdəfəlik ödəmənin verilməsinə başlanıb və bu il də proses davam edəcək.
1997-ci ildə sözügedən qanun qəbul olunandan sonra şəhid ailələrinə verilən birdəfəlik ödəmənin məbləği isə xeyli az idi. Ona görə də, cəmiyyətimizdə bununla bağlı müxtəlif fikirlər səslənirdi. Görüş zamanı cənab Prezident söylədi ki, bizim siyasətimiz iki mühüm əsasa söykənir. Bu, qanunçuluq və sosial ədalətdir. Dövlət başçısının 28 yanvar tarixində imzaladığı Fərmanla həm qanunçuluq, həm də sosial ədalət təmin olundu. Beləliklə, 1997-ci ildən sonra az məbləğdə sığorta haqqı alan 2725 nəfərə də 11 min manat birdəfəlik ödəmə veriləcək. Eyni zamanda, o dövrdə ərazi bütövlüyünün qorunması zamanı şəhid olmuş 460-dan çox polis ailələri də dövlətin qayğısından yararlanaraq bu vəsaiti alacaq.
Artıq Fərmanın icrası ilə bağlı işlər başlanıb. Dövlət başçısının Fərmanının icrası ilə bağlı müvafiq dövlət qurumlarına tapşırıqlar verilib. Bütün bunlar bir daha göstərir ki, Prezident İlham Əliyev Azərbaycanda əhalinin sosial rifahının yüksəlməsi məsələsinə böyük həssaslıqla yanaşır, o cümlədən şəhid ailələrinə daim qayğı göstərir.

 
  • Oxunub:  7140  |  
  • Tarix:  30-01-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yüksək səviyyəli infrastruktur quruculuğu Azərbaycanda prioritet sahə kimi müəyyənləşdirilib

23 Avqust 14:42
Azərbaycanın xarici dövlət borcu açıqlanıb
23 Avqust 14:19
Kənd Təsərrüfatı naziri Beyləqanda vətəndaşları qəbul edib
23 Avqust 14:15
İlin sonunadək Şəkidə 13 subartezian quyusu istismara veriləcək
23 Avqust 14:10
Bu il 750-dək məcburi köçkün özünüməşğulluq proqramına cəlb olunub
23 Avqust 14:01
Vüqar Rəhimzadə: Bu gün Azərbaycan dövləti və xalqı əleyhinə satqınlardan ibarət “virtual terrorçular” fəaliyyət göstərir
23 Avqust 12:57
KOB-lar “Kapital bazarları vasitəsilə maliyyələşdirmə” mövzusunda maarifləndirilib
23 Avqust 12:54
Hava hücumundan müdafiə vasitələri döyüş atışları icra edib
23 Avqust 12:52
Naxçıvanda Dövlət Bayrağı Muzeyinin yaradılmasının beş illiyi qeyd olunub
23 Avqust 12:43
Səidə Əhmədova: Müəllimlər işə qəbul olunarkən onların psixoloji hazırlıq səviyyəsi nəzərə alınmalıdır
23 Avqust 12:37
Gənclər və İdman naziri Göygöl rayonunda vətəndaşları qəbul edib
23 Avqust 12:09
Şeyxülislam Allahşükür Paşazadə Çeçenistanda səfərdədir
23 Avqust 12:03
Şərurda icbari tibbi sığortanın tətbiqi ilə bağlı ikigünlük təlim başa çatıb
23 Avqust 12:01
UNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil olan müsəlman qəbiristanlığı
23 Avqust 11:42
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında hərbi hissənin yaradılmasının 27-ci ildönümü qeyd olunub
23 Avqust 11:36
Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalarası Əməkdaşlıq Mərkəzi bəyanat yayıb
23 Avqust 11:31
Azərbaycanda istilik təchizatı sisteminin səmərəliliyinin artırılması mövzusunda İşçi Qrupunun iclası keçirilib
23 Avqust 11:05
Jewish Journal: Azərbaycanda qadınlara seçki hüququ verilməsinin 100 illiyi tamam olur
23 Avqust 10:40
Dünya birjalarında neftin qiyməti bahalaşıb
23 Avqust 10:13
Bu gün Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranmasının 26-cı ildönümü tamam olur
23 Avqust 10:03
Füzuli rayonunun tarixi memarlıq və arxeoloji abidələri erməni vəhşiliyinin qurbanına çevrilib
23 Avqust 10:00
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
23 Avqust 09:58
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Füzuli və Cəbrayıl rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar bəyanat yayıb
23 Avqust 09:49
Füzuli və Cəbrayıl rayonlarının işğalından 26 il ötür
23 Avqust 09:44
Nur-Sultanda “Etnos günü” festivalında qədim adətlərimiz nümayiş olunub
23 Avqust 09:43
UEFA Avropa Liqasının play-off mərhələsinin oyunları keçirilib
23 Avqust 09:40
Yüksək səviyyəli infrastruktur quruculuğu Azərbaycanda prioritet sahə kimi müəyyənləşdirilib
23 Avqust 09:36
Birinci xanım nümunəsi: Azərbaycan qadınının xeyirxahlığı, müasirliyi və fəallığı modeli
23 Avqust 09:33
Koreya Respublikasının Azərbaycandakı səfiri Pirşağı tullantı sutəmizləyici qurğusunun tikintisi ilə tanış olub
23 Avqust 09:31
“Nar”-ın abunəçi bazası sürətlə artmaqdadır
23 Avqust 09:29
Əli Kərimlinin budəfəki avantürası alınmadı
22 Avqust 22:13
“Linfild” və “Qarabağ” komandalarının start heyətləri məlum olub
22 Avqust 22:10
Azərbaycan XİN: Ermənistan heç bir halda demokratiyanın qasidi statusuna iddia edə bilməz
22 Avqust 20:47
“KOB Dostu” Xəzər rayonunda sahibkarlara xidmət göstərəcək
22 Avqust 20:45
Kiçik dövlət müəssisələrində çalışanlar güzəştli satışı xidmətindən elektron formada istifadə edə bilər
22 Avqust 20:38
Vergilər Nazirliyi: Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır
22 Avqust 20:32
Vergilər nazirinin müavini Qobustanda vətəndaşları qəbul edib
22 Avqust 20:28
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
22 Avqust 18:14
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Mədəniyyətlərarası dialoqa Azərbaycanın töhfəsi” mövzusunda konfrans keçirilib
22 Avqust 18:11
Beynəlxalq Cüdo Federasiyasının növbəti konqresi keçirilib
22 Avqust 17:43
AFFA-da “Elit məşq” layihəsinin təqdimatı olub
22 Avqust 17:40
Bəhruz Quliyev: Belə hadisələrin siyasi mübarizə predmetinə çevrilməsinə imkan verməməliyik
22 Avqust 17:06
Bakı metrosunda daha iki yeni qatar xəttə buraxılıb
22 Avqust 17:01
Flora Qasımova: İqtisadi və siyasi böhran işğalçı Ermənistanı uçuruma aparır
22 Avqust 17:00
Mübariz Qurbanlı: Bu il Azərbaycanda dünya din xadimlərinin sammiti keçiriləcək
22 Avqust 16:59
Pərvin Kərimzadə: Azərbaycanda həyata keçirilən uğurlu siyasət istənilən hədəflərə nail olmağa əlverişli şərait yaradır
22 Avqust 16:53
Baş Prokurorluqda Tofiq Yaqubluya xəbərdarlıq edilib
22 Avqust 16:31
Əli Əhmədov: Hökumət süni qiymət artımına yol verilməməsi üçün lazımi tədbirlər görür
22 Avqust 16:29
Məcburi köçkün məktəbləri üzrə şagirdlərin elektron yerdəyişməsinə avqustun 26-dan başlanılacaq
22 Avqust 16:25
Azərbaycan XİN separatçı rejimin hesabatının BMT-də yayılmasına münasibət bildirib
22 Avqust 16:23
Əli Həsənov: Maraqlı dairələr Azərbaycanda özünün koloniyasını yaratmaq istəyirdi
22 Avqust 16:20
“Avro 2020”nin sponsorlarının nümayəndələri Bakıda səfərdədir
22 Avqust 16:19
BMT-nin Baş katibi dini mənsubiyyət və inancına görə zorakılığa məruz qalmış qurbanlarla bağlı müraciət edib
22 Avqust 16:16
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Şəmkir və Tovuzda vətəndaşları qəbul edib
22 Avqust 16:09
Bakıda "Şeyxülislam Allahşükür Paşazadə 70 - Mənəviyyata həsr olunmuş ömür" adlı konfrans keçirilib
22 Avqust 12:35
Pakistanlı astronavt Namirə Səlim: Kosmos diplomatiyası dünyaya sülh gətirəcək
22 Avqust 12:31
Ermənistanda əsgər valideynləri müdafiə nazirliyi qarşısında etiraz aksiyası keçiriblər
22 Avqust 12:17
Bişkekdə Heydər Əliyev parkı və orta məktəb binasının tikintisi ilə bağlı məsələlər müzakirə edilib
22 Avqust 12:15
UEFA Avropa Liqasına pley-off mərhələsinə 21 qarşılaşma ilə start veriləcək
22 Avqust 12:10
Bakı Ali Neft Məktəbinə qəbul planı 100 faiz dolub
22 Avqust 11:47
Əlilliyi olan şəxslərin özünüməşğulluğuna dəstək məqsədilə aparılan işlərin təqdimatı olub
22 Avqust 11:23
Dövlət Sərhəd Xidmətinin 100 illiyinə həsr olunan markalar dövriyyəyə buraxılıb
22 Avqust 11:14
Bu gün “Qarabağ” komandası UEFA Avropa Liqasının pley-off mərhələsində mübarizəyə başlayır
22 Avqust 11:12
“Kənddən Şəhərə” yarmarkası davam edir
22 Avqust 10:59
Müdafiə Nazirliyi: “MiQ-29” tipli döyüş təyyarəsinin qəzaya uğrama səbəbi müəyyən edilib
22 Avqust 10:32
“Vətən bizə əmanətdir” yay istirahət düşərgəsinə 100 nəfər yeniyetmə və gənc cəlb olunub
22 Avqust 10:24
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub
22 Avqust 09:42
Azərbaycanda yeni iş yerlərinin yaradılması daimi prosesə çevrilib
22 Avqust 09:30
Şeyxülislam Allahşükür Paşazadə: xüsusi missiyası olan ali dini lider, böyük maarifçi vətənpərvər, nüfuzlu ictimai xadim
22 Avqust 09:24
Macarıstan, Çin və Latviyada təhsil almaq hüququ qazanmış tələbələrlə görüş
22 Avqust 09:22
BDU-nun 100 illiyi münasibətilə “Riyaziyyat və onun tətbiqləri” Beynəlxalq Avrasiya Konfransı keçiriləcək

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+35 +38
gecə+20 +24