Ana səhifə »  Müsahibə »  Azərbaycan gənclərinin mütləq əksəriyyəti Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti birmənalı olaraq dəstəkləyir
A+   Yenilə  A-
Azərbaycan gənclərinin mütləq əksəriyyəti Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti birmənalı olaraq dəstəkləyir

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi Ofisinin rəhbəri Fərid Nəsibov www.yap.org.az saytına müsahibə verib:
- Fərid müəllim, məlumdur ki, hər il 2 Fevral - Gənclər Günü ölkəmizdə yüksək səviyyədə qeyd olunur. Ümumiyyətlə, belə bir günün təsis olunması Azərbaycan gəncliyinin həyatında nə kimi rol oynayır?
- Bildiyiniz kimi, 2 Fevral - Gənclər Günü 1997-ci ildə Ulu öndər Heydər Əliyevin sərəncamı ilə təsis olunub və bu, Ümummilli liderin gəncliyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. Azərbaycanda 2 Fevral - Gənclər Günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Azərbaycanda hər il Gənclər Günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verir, onların fəaliyyəti qiymətləndirilir.
Onu da qeyd etmək istərdim ki, dünyada 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda keçirilən konfransda BMT-nin qərarı ilə avqustun 12-si Beynəlxalq Gənclər Günü elan edilib. Bu da onun göstəricisidir ki, Azərbaycanın müəyyən olunmuş siyasi, ideoloji inkişaf istiqaməti zamanın tələbini qabaqlamış, ölkə gənclərinin özünü inkişafı üçün münbit şəraitin yaradılmasına xidmət etmişdir.
Bu gün də ölkə başçısı, cənab Prezident İlham Əliyev gəncləri xüsusi diqqət mərkəzində saxlayır, onların qayğıları ilə yaxından maraqlanır. Məhz zamanında atılmış bu addımın nəticəsində Azərbaycan gəncliyi bu gün dünyada öz sözünü deyir, bir sıra xarici dövlətlərin hökumət strukturlarında təmsil olunurlar.
- Azərbaycan Respublikasının dövlət gənclər siyasətinin reallaşmasında müvafiq Dövlət proqramlarının icrası da böyük əhəmiyyət kəsb edir. Xahiş edirik, gənclərlə bağlı həyata keçirilən proqramların əhəmiyyəti barədə ümumi fikirlərinizi bildirəsiniz...
- Ötən illər ərzində Azərbaycanda gəncliyin inkişafı ilə bağlı Dövlət proqramları həyata keçirilib. Bu proqramlar Azərbaycan gəncliyinin inkişafına böyük töhfələr verir. Dövlət başçısının Sərəncamı ilə gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə 2005-2009-cu illəri əhatə edən “Azərbaycan gəncliyi” Dövlət Proqramı təsdiq edilərək həyata keçirildi. Eləcə də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2007-ci ilin “Gənclər ili” elan edilməsi, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” haqqında Sərəncamın imzalanması Azərbaycanda gəncliyə diqqət və qayğının davamlı bir siyasət olduğunu bir daha təsdiqlədi. Bununla yanaşı, ölkə Prezidenti tərəfindən Gənclər Fondunun yaradılması, “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi də əhəmiyyətli addımlardandır. Xüsusilə qeyd etmək istəyirəm ki, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” da gənclər üçün böyük perspektivlər açır. Təbii ki, bütün bunlarda məqsəd gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını təmin etməkdir. Hesab edirəm ki, gənclər öz fəaliyyəti ilə dövlətin göstərdiyi etimadı doğrultmalıdırlar.
- Hər bir cəmiyyətdə gənclər aparıcı qüvvə hesab olunur. Bu baxımdan, sizcə, gənclər ölkəmizin ictimai-siyasi həyatında hansı səviyyədə təmsil olunur?
- Gənclərimiz ölkəmizin ictimai-siyasi həyatında fəallığı ilə xüsusi seçilirlər. Həqiqətən gənclər hər bir cəmiyyətin avanqard qüvvəsidir. Savadlı, intellektual gənclik bu gün düzgün istiqaməti, düzgün və sağlam ideoloji inkişaf yolunu seçmək iqtidarındadır.
Bu baxımdan, Azərbaycan gənclərinin mütləq əksəriyyəti Heydər Əliyev ideyalarına sadiqdir, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti birmənalı olaraq dəstəkləyir. Dövlətimizin siyasəti nəticəsində Azərbaycanda sağlam ruhlu, intellektual gənc nəsil yetişib. Təbii ki, bu gənclik hər bir sahədə fəal şəkildə təmsil olunur. O cümlədən gənclərimiz ictimai-siyasi proseslərdə də fəal iştirak edirlər. Bu gün gənclərimiz dövlət idarəçiliyində, seçkili orqanlarda, eləcə də vətəndaş cəmiyyətində aktiv şəkildə təmsil olunurlar. Və ölkəmizin inkişafına, milli maraqlarımızın qorunmasına, Prezident İlham Əliyevin uğurlu siyasətinin təbliğ olunmasına öz töhfələrini verirlər.
Yeni Azərbaycan Partiyasının gəncləri bu baxımdan Azərbaycan gəncliyinin önündə gedir. Partiyamızın gəncləri daim ictimai-siyasi proseslərdə fəaldırlar. Onlar dövlətimizin və partiyamızın qarşıya qoyduğu vəzifələrin layiqincə yerinə yetirilməsi üçün məsuliyyətlərini dərindən dərk edir və bu yolda fəaliyyətlərini davam etdirirlər.
- YAP Gənclər Birliyinin ötən il ərzindəki fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz?
- Ötən il ərzində fəaliyyətimiz çoxşaxəli olmuşdur. Yeni Azərbaycan Partiyası Gənclər Birliyi 2018-ci ildəki fəaliyyətini də Ulu öndər Heydər Əliyev ideyalarının təbliği, Prezident İlham Əliyevin daxili və xarici siyasətinin dəstəklənməsi, ölkə həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, gənclərin ictimai fəallığının, dil, İKT biliklərinin artırılması, sosial mühitə adaptasiyası, dövlətimizin aparmış olduğu siyasətin sosial şəbəkələrdə təbliği istiqamətində quraraq, müxtəlif layihələr həyata keçirmişdir.
2018-ci ildə ölkəmiz üçün əlamətdar hadisələrdən ən önəmlisi məhz 11 aprel prezident seçkiləri oldu. Seçkilərə hazırlıq, təbliğat-təşviqat prosesində YAP Gənclər Birliyinin üzvləri aktiv şəkildə iştirak edərək, Yeni Azərbaycan Partiyasının namizədinin seçki platformasının əhali arasında təbliğində, təbliğat bukletlərinin paylanılmasında, imzatoplama kampaniyasında aktiv iştirak etmişlər.
Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin Azərbaycan Xalq Cümhuriyyəti İli elan edilməsi ilə əlaqədar Gənclər Birliyi də bu istiqamətdə bir sıra tədbirlər həyata keçirmişdir. Belə ki, YAP Gənclər Birliyinin üzvləri 23 may 2018-ci il tarixində partiyanın Xətai rayon təşkilatının qərargahında AXC-nin 100 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisi - Prezidentin köməkçisi Dilarə Seyidzadə ilə görüşmüşlər. Görüşdə AXC-nin tarixi və yaranma zərurətindən, 2018-ci ilin Azərbaycan Xalq Cümhuriyyəti İli elan edilməsinin əhəmiyyətindən danışılmış, gəncləri maraqlandıran suallar cavablandırılmışdır.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyi hər zaman olduğu kimi Ulu öndərin irsinin gənclər arasında təbliği məqsədilə müxtəlif tədbirlər həyata keçirmişdir. Bütövlükdə, YAP Gənclər Birliyi il ərzində aktual mövzular, cəmiyyətin gündəmində olan məsələlər haqqında müxtəlif tədbirlər, layihələr reallaşdırıb.
- Məlumdur ki, sosial şəbəkələr həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilib. Sosial şəbəkələrdə Azərbaycanın inkişafını gözü götürməyən müəyyən dairələr ölkəmizə qarşı kampaniyalar aparırlar. Gənclərimizin sosial şəbəkələr müstəvisində həmin dairələrə qarşı mübarizəsi hansı səviyyədədir?
- Bəli, bu məsələ bu gün çox aktualdır. Dünyada yeni, müasir texnologiyalardan geniş istifadə olunur. Sosial şəbəkələr isə, demək olar ki, hər bir insanın gündəlik həyatının tərkib hissəsinə çevrilib. Sualınıza gəlincə, demək istəyirəm ki, bu məsələ həqiqətən narahatlıq doğurur. Çünki müəyyən dairələr sosial şəbəkələr vasitəsilə ölkəmiz haqqında yalan, iftira dolu məlumatlar yayırlar. Burada məqsəd həm ölkəmizdə vətəndaşları çaşdırmaq, həm də Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaqdır.
Yeni Azərbaycan Partiyasının gəncləri olaraq bizlər bu istiqamətdə bütün imkanlarımızı səfərbər etmişik. Gənclərimizlə həm fərdi olaraq, həm də sosial şəbəkələrdə yaradılmış qruplar çərçivəsində yayılan həmin yalan məlumatların ifşası istiqamətində işlər görülür, gənclər arasında maarifləndirmə işləri aparılır.
Eyni zamanda, dövlətimizin həyata keçirdiyi siyasətin uğurlu nəticələri insanlar arasında geniş şəkildə təbliğ olunur. Hesab edirəm ki, ölkəmizə qarşı kampaniya aparan dairələr heç vaxt məqsədlərinə nail olmayacaq. Onların indiyə qədər olan cəhdləri həmişə iflasa uğrayıb. Çünki Azərbaycan cəmiyyəti bütövlükdə yetkindir, gənclərimiz isə sağlam, vətənpərvərlik ruhunda formalaşıb. Belə bir cəmiyyət daim məkrli qüvvələrə öz sözünü deyəcək.

 
  • Oxunub:  6930  |  
  • Tarix:  02-02-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır

22 İyul 21:54
Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb
22 İyul 21:44
Litvanın və İordaniyanın Azərbaycandakı səfirlərinin diplomatik fəaliyyəti başa çatır
22 İyul 20:58
“EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarının ikinci günü başa çatıb
22 İyul 20:45
Azərbaycanın Gənclər və İdman naziri Slovakiya Baş Nazirinin müavini ilə görüşüb
22 İyul 20:41
Azərbaycan Prezidenti milli bayram münasibətilə misirli həmkarını təbrik edib
22 İyul 20:25
ATƏT-in İnsan Ölçüsü üzrə görüşündə Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə bağlı görülən işlərdən danışılıb
22 İyul 20:22
Məhkəmə-hüquq islahatlarının yeni mərhələsi
22 İyul 18:04
BDU-nun rektoru Milli Mətbuat Günü münasibətilə görüş keçirib
22 İyul 18:01
Qadın güləşçimiz “EYOF Bakı 2019”un gümüş medalına sahib olub
22 İyul 18:00
AzerTelecom Microsoft şirkətinin rəsmi tərəfdaşı oldu
22 İyul 17:59
Vergilər nazirinin müavini Qaxda vətəndaşları qəbul edib
22 İyul 17:55
Milli Məclisin deputatı Sahibə Qafarova seçicilərlə görüş keçirib
22 İyul 17:37
“EYOF 2019” Güləşçimiz Həsrət Cəfərov komandamızın aktivinə dördüncü qızıl medalı yazdırıb
22 İyul 17:18
Bakıda "Si Cinpinin yeni dövrü Çin səciyyəvi sosializm ideyası" mövzusunda konfrans keçirilib
22 İyul 17:13
Əli Əhmədov: Azərbaycanda insanlar öz həyatları, övladlarının gələcəyi üçün hər hansı narahatlıq yaşamırlar
22 İyul 17:11
Səttar Möhbalıyev: Azərbaycanda mətbu nəşrlərin sərbəst fəaliyyəti, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsi üçün bütün imkanlar yaradılıb
22 İyul 17:10
İsmayıllıda Milli Mətbuat Günü qeyd olunub
22 İyul 17:04
Yunan-Roma güləşçisi Qurban Qurbanov festivalda Azərbaycana üçüncü qızıl medalı qazandırıb
22 İyul 17:01
Gədəbəyin Koroğlu qalasına yol çəkilib
22 İyul 16:26
Bakıda “Gənc Qırğız şeiri antologiyası” şeirlər toplusunun təqdimatı olub
22 İyul 16:23
Çağırışçıların hərbi hissələrə qəbulu prosesi davam edir
22 İyul 16:01
Komitə sədri: Çin ilə Azərbaycan arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir
22 İyul 16:00
Baş nazir: Müasir Azərbaycan mətbuatı bütün sahələrdə əldə edilən nailiyyətlərə uyğun olaraq, öz inkişaf dövrünü yaşayıb
22 İyul 15:26
Azərbaycanlıların 83,4 faizi xaricə dəmir yolu və avtomobil nəqliyyatından istifadə edərək gedib
22 İyul 15:19
Hikmət Babaoğlu: 144 yaşlı milli mətbuatımız ötən zaman ərzində böyük inkişaf yolu keçib
22 İyul 15:12
Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndə heyətini qəbul edib
22 İyul 15:05
“Azərsu” ASC-nin sədri Şəkidə vətəndaşları qəbul edib
22 İyul 14:59
Azərbaycanla Türkiyənin əmlak idarəçiliyi sahəsində əməkdaşlığı daha da genişlənir
22 İyul 14:53
“Gənc Heydərçilər” hərbi-vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsi davam edir
22 İyul 14:42
“EYOF Bakı 2019”: Kişi və qadın voleybolçuların yarışında ilk görüşlər başa çatıb
22 İyul 14:38
Altı ayda ölkəyə gələn əcnəbilərin 40 faizdən çoxu hava nəqliyyatından istifadə edib
22 İyul 14:29
Milli Mətbuat Günü münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətində tədbir keçirilib
22 İyul 14:04
Mədəniyyət naziri “Real” televiziyasına müsahibə verib
22 İyul 13:45
Əli Əhmədov: Yeni Azərbaycan Partiyası olaraq fəaliyyətimizdə mətbuatla əməkdaşlığa böyük əhəmiyyət veririk
22 İyul 13:40
Baş Nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov 22 iyul Milli Mətbuat Günü münasibətilə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşüb
22 İyul 13:27
Azərbaycanın və Ukraynanın Gənclər və İdman nazirlikləri arasında Bədən tərbiyəsi və idman sahəsində İkiillik Əməkdaşlıq Proqramı imzalanıb
22 İyul 13:16
Milli Mətbuat Günü münasibətilə keçirilmiş müsabiqənin nəticələri təsdiq edilib
22 İyul 13:10
Baş nazirin müavini: Azərbaycanda mətbuatın sərbəst fəaliyyəti üçün heç bir maneə yoxdur
22 İyul 12:58
Azərbaycan İlahiyyat İnstitutunda təlim: İş həyatında sosial məsuliyyət və etik-davranış qaydaları
22 İyul 12:50
Azərbaycanda nəşr olunan qəzetlərə əlavə maliyyə yardımı ayrılıb
22 İyul 12:45
Təhsil Nazirliyi yanında İctimai Şura yaradılır
22 İyul 12:38
Hesablama Palatası daha bir kənar dövlət maliyyə nəzarətinin nəticələrini açıqlayıb
22 İyul 12:29
XV Avropa Gənclər Olimpiya Festivalında kişi və qadın voleybolçular mübarizəyə başlayıblar
22 İyul 12:06
Yaqub Mahmudov: KİV-lər Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tuturlar
22 İyul 12:03
MM-in deputatı: Azərbaycan mətbuatı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimayyətinə çatdırılmasında mühüm rol oynayır
22 İyul 11:59
Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə
22 İyul 11:57
Altı ayda Bakı Limanından daşınan TIR-ların sayı 57,8 faiz artıb
22 İyul 11:36
Hikmət Şikarov: 144 il ərzində Azərbaycan milli mətbuatı zəngin və mənalı bir inkişaf yolu keçib
22 İyul 11:21
Dövlət Gömrük Komitəsinin bəzi gömrük ödənişləri “ASAN ödəniş” sisteminə inteqrasiya olunub
22 İyul 11:18
Prezident İlham Əliyev: Bünövrəsi "Əkinçi" ilə qoyulmuş milli mətbuatımız bu gün Azərbaycanın dünyada eşidilən səsidir
22 İyul 11:08
Bakıda II Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri sərgisi keçiriləcək
22 İyul 11:02
Bakı Şəhər İcra Hakimiyyəti: Yeni layihənın ilkin nəticələri uğurlu alınıb
22 İyul 10:56
Əlilliyi olan bir qrup şəxs “Duzdağ” fizioterapiya mərkəzinə yola salınıb
22 İyul 10:54
Cəlilabad-Yardımlı yolunun yenidən qurulması yekunlaşır
22 İyul 10:42
XV Avropa gənclər Yay Olimpiya Festivalının ikinci günündə güləşçilər 7 çəki dərəcəsində yarışacaqlar
22 İyul 10:38
Azərbaycan mətbuatının nümayəndələri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
22 İyul 10:30
Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarının ikinci gününün oyunları başlayıb
22 İyul 10:28
Avropa Gənclər Olimpiya Festivalının atletika yarışları başlayıb
22 İyul 10:15
Azərbaycan milli mətbuatının yaranmasından 144 il ötür
21 İyul 21:47
XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimi keçirilib
21 İyul 20:13
“EYOF Bakı 2019”un birinci günündə medal siyahısına Azərbaycan yığma komandası başçılıq edir
21 İyul 20:07
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi başa çatıb
21 İyul 17:55
Milli Məclisin deputatı Qənirə Paşayeva Tailandda bir sıra görüşlər keçirib
21 İyul 13:40
Gənclər və İdman naziri: Olimpiya Festivalına 6750 bilet satılıb
21 İyul 12:49
Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi mətbuat konfransı keçirib
21 İyul 10:35
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 17 dəfə pozub
21 İyul 09:48
XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışları start götürüb
21 İyul 09:46
Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar polis gücləndirilmiş iş rejiminə keçib
20 İyul 21:11
AOK: Avropanın güclü yeniyetmə idmançıları Bakıda mübarizəyə hazırdırlar
20 İyul 19:53
Azad Rəhimov: XV Avropa Gənclər Yay Olimpiya Festivalı atletlər və idman həvəskarlarının xatirəsində xoş izlər buraxacaq

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA