Ana səhifə »  Müsahibə »  Azərbaycanda ailə, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində mühüm tədbirlər həyata keçirilir
A+   Yenilə  A-
Azərbaycanda ailə, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində mühüm tədbirlər həyata keçirilir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova www.yap.org.az saytına müsahibə verib:
- Hicran xanım, bu gün Azərbaycan dünya miqyasında dinamik inkişaf edən ölkələrdən biridir. Bütün sahələr üzrə böyük uğurlar əldə olunub. Bu baxımdan, rəhbərlik etdiyiniz Dövlət Komitəsinin fəaliyyəti və əldə etdiyi nəticələr haqqında fikrilərinizi bilmək istərdik...
- Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş prinsiplərə sadiq qalaraq bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada nəhəng quruculuq işləri aparılır. Artıq ölkəmiz nəinki regionun, dünyanın lider ölkələri sırasında olmaqla bərabər, əksər regional və ya beynəlxalq layihələrin əsas tərəfdaşına çevrilib. Möhtərəm Prezidentimizin uğurlu dövlət idarəçiliyi, Onun başçılığı ilə aparılan sistemli islahatlar, göstərdiyi siyasi iradə hər bir vətəndaşın rifahının yüksədilməsinə yönəlmişdir. Vahid dövlətçilik siyasəti nəticəsində Azərbaycan iqtisadi, siyasi, mədəni, sosial, idman, hərbi sahələrdə davamlı və dinamik sürətlə inkişaf edir. İnfrastrukturun, o cümlədən sosial infrastrukturun yaradılması, yeni müəssisələrin, texno və sənaye parklarının açılması ümumi iqtisadi inkişafla yanaşı, regionların, ən ucqar kəndlərin inkişafına təkan verir, insanların rifahını yaxşılaşdırır. Xüsusi ilə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurla həyata keçirilməsi öz müsbət nəticələrini verməkdədir. 15 il əvvəl (2004-cü ilin əvvəllərində) qəbul edilmiş birinci proqram, demək olar ki, Azərbaycan regionlarında dönüş yaratdı. Keçən müddət ərzində ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atmışdır. Azərbaycanın beynəlxalq nüfuzu artıb, aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Bütün mötəbər beynəlxalq qurumların reytinqlərində Azərbaycan qabaqcıl yerlərdədir. Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan reytinqdə 35-ci yerdədir. Azərbaycan sosial bərabərsizliyin ən aşağı olduğu ölkələrdən biri kimi dəyərləndirilib. Dünya İqtisadi Forumu ölkəmizlə bağlı daha bir hesabatını açıqlayıb. Belə ki, Azərbaycan Dünya İqtisadi Forumunun illik “İnklüziv inkişaf indeksi - 2018” hesabatında inkişaf etməkdə olan ölkələr arasında 3-cü yeri tutub. Bu hesabatda Azərbaycan 7 mümkün baldan 4,69 bal toplayıb. 2018-ci ildə Dünya Bankının yaydığı “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunmuşdur. Yeni hesabatda 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşan Azərbaycan Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlmişdir. Bütün bunlar onu göstərir ki, müasir inkişaf dövrünü yaşayan Azərbaycanın imkanları genişlənir və bu, dövlətimizin dünyada nüfuzunun ildən-ilə artmasına səbəb olur. Bu gün artıq Azərbaycan özünü dünya miqyasında müstəqil siyasət aparan ölkə kimi təqdim edir. Bunun təməlində cənab Prezidentin və Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Ümummilli lider Heydər Əliyevin ideyalarına, irsinə olan sadiqliyi, güclü siyasi iradə, gərgin əmək, yüksək şəxsi keyfiyyətlər, xalqla sıx təmas dayanır. Qeyd etmək lazımdır ki, bu uğurlarda digər dövlət qurumları ilə yanaşı, Komitəmizin də mühüm töhfələri olub. Və bu da bizim həm iş yükümüzü, həm də məsuliyyətimizi artırır. Demək olar ki, qəbul olunan bütün qanunvericilik aktlarında, Dövlət proqramlarında Komitənin üzərinə düşən öhdəliklər var. Və bu, o deməkdir ki, Komitənin fəaliyyətinə xüsusi önəm verilir. Əlbəttə ki, biz də öz işimizlə bunu bir daha təsdiqləməliyik.
Ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində bir sıra mühüm qanunlar qəbul edilmiş və bu sahədə davamlı islahatlar aparılmışdır. Həmin qanunların qəbul edilməsi yeni düşüncə tərzinin formalaşmasına və müəyyən stereotiplərin aradan qaldırılmasına təkan vermişdir. Qeyd edim ki, ölkə başçısının sərəncamları ilə təsdiq edilən “Azərbaycan 2020 gələcəyə baxış” İnkişaf Konsepsiyası və 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərindən, eləcə də Strateji Yol Xəritəsindən irəli gələrək, ailə institutunun daha da gücləndirilməsi, gender bərabərliyinin təmin edilməsi, bütün sahələrdə qadınların və qızların, uşaqların hüquqlarının müdafiəsi üçün geniş imkanlar yaranmışdır.
Ölkə rəhbərliyinin böyük dəstəyi ilə həyata keçirilən dövlət siyasətinə uyğun olaraq ailə, qadın və uşaqlarla bağlı bir çox məsələlər öz real həllini tapıb. Dünyada risklərin, təhlükələrin artdığı, qanlı münaqişələrin, hərbi qarşıdurmaların geniş vüsət aldığı bir şəraitdə Azərbaycanda insanlar üçün sabitlik, təhlükəsizlik şəraiti təmin edilmişdir. Bu gün təhlükəsizlik və ictimai asayiş baxımından Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Ölkə başçısının yürütdüyü siyasət Azərbaycan xalqının maraqları üzərində qurulub və bu maraqları təmin etmək üçün bütün imkanlar səfərbər olunur. Çox önəmli faktdır ki, hər il ölkə başçısının imzaladığı Fərman və sərəncamların 65 faizi məhz sosialyönümlüdür. Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan dövləti daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Bu isə insanların bütövlükdə cənab Prezident İlham Əliyevin siyasətinə və sözünə olan inam və etimadını daha da gücləndirir. Nəticədə xalqla hökumətin sıx birliyi yaranmışdır.
Əhalinin yarısını, bəzi ölkələrdə isə hətta yarıdan çoxunu qadınlar təşkil etdiyindən yeni inkişaf gündəliyi məhz qadın hüquqlarının müdafiəsinin daha da gücləndirilməsinə əsaslanıb. Azərbaycanda hər zaman qadının ailədə, işdə, həm də cəmiyyətdə layiqli yer tutması dövlətimizin prioritet sahəsidir. Qadınlarımız, gənc qızlarımız dövlətin yaratdığı bütün imkanlardan yararlanır, sərbəst təhsil alır, peşə səviyyəsini artırır, ictimai-siyasi proseslərdə iştirak edir, siyasət, sahibkarlıq kimi sahələrdə də geniş təmsil olunurlar. Səhiyyədə, təhsildə, elmdə, orduda, idmanda, milli təhlükəsizlik və hüquq-mühafizə orqanlarında çalışırlar. Bu isə Azərbaycan hökuməti və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən aparılan güclü dövlət qadın siyasətinin məntiqi nəticəsidir.
- Hazırda qadın sahibkarlığının inkişafı da diqqət mərkəzindədir. Bu barədə nə deyə bilərsiniz?
- Bu gün qarşımızda dayanan əsas məqsədlərdən biri qadın sahibkarlığının inkişafıdır. Bununla əlaqədar olaraq bir sıra mühüm tədbirlər keçirilib, memorandumlar imzalanıb. 2018-ci ilin iyul ayında Bakıda “İşgüzar Qadınlar” Assosiasiyası ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində “Qadın Sahibkarlığı: inkişaf perspektivləri və əməkdaşlıq” mövzusunda dəyirmi masa ətrafında müzakirələr aparılıb. Daha sonra əməkdaşlıq memorandumu imzalanıb. Həmin ilin sentyabrında Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində “Qadın sahibkarlığının inkişafında ikitərəfli əməkdaşlığın perspektivləri” mövzusunda xüsusi sessiya keçirilib. Bu tədbirin sonunda da əməkdaşlıq memorandumu imzalanıb. Bu sənədin əsas məqsədi regionlararası qadın sahibkarlığının inkişafı, ikitərəfli işbirliyinin qurulması idi. Oktyabr ayında isə Rusiya Federasiyasının Həştərxan vilayətində “Həştərxan-Azərbaycan: Qadın sahibkarlığı” biznes forumu keçirildi.
Nəzərinizə çatdırım ki, 30-a qədər azərbaycanlı sahibkar qadın bu forumda iştirak etmişdir. Bizim məqsədimiz odur ki, sahibkar qadınlarımız daha da inkişaf etsinlər, yeni bazarlara çıxış imkanlarına malik olsunlar, öz işlərini daha da genişləndirsinlər. Buna görə də çox vacibdir ki, həm yerli, həm də beynəlxaq səviyyədə əlaqələr qurulsun, şəbəkələr yaradılsın. Bu məsələləri biz bütün səviyyələrdə qaldırırıq. Azərbaycan 2012-ci ildən BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) Gender və İqtisadiyyat üzrə Tematik İşçi Qrupuna sədrlik edir. 2018-ci ildə Qazaxıstanda BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) Gender və İqtisadiyyat üzrə Tematik İşçi Qrupunun iclası və BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) və BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) təşkilatçılığı ilə SPECA İqtisadi Forumunda da bu məsələlər müzakirə olunmuşdur. Qeyd edim ki, bir sıra layihələrimiz Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP), Əhali Fondu (UNFPA), Uşaq Fondu (UNICEF), Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), Beynəlxalq Miqrasiya Təşkilatı (İOM), Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə reallaşır. Nə üçün qadın sahibkarlığının inkişafı və xüsusilə də kiçik və orta sahibkarlığın inkişafı bu qədər önəmlidir. İlk növbədə qadınlar əhalinin yarısını təşkil edirlər və onların arasında məşğulluğun artırılması çox vacibdir. Bunun üçün isə qadın “iş axtaran” statusundan “iş yerləri yaradan” statusuna keçməlidir. İkincisi, qadının iqtisadi cəhətdən güclü olması onun zorakılığa məruz qalma riskini azaldır. Üçüncüsü isə, ölkədə ömür uzunluğunun artması əmək qabiliyyətli yaşda olan insanlar üçün müəyyən çətinliklər yarada bilər. Bunlardan ən başlıcası əhalinin ömür boyu təhsil almaq və yeni peşəyə sahib olmasıdır. Strateji Yol Xəritəsi də insanların özünü reallaşdırması üçün imkanların genişləndirilməsini nəzərdə tutur. Buna görə də əhalinin, əsasən də qadınların peşə təhsilinin gücləndirilməsi və zamanın tələblərinə uyğunlaşdırılması aktualdır. Qadınların peşə hazırlığı kurslarına cəlb olunması, onların bazar iqtisadiyyatı və sahibkarlıq fəaliyyəti haqqında bilik və təcrübə qazanmaları üçün maarifləndirici tədbirlərin keçirilməsinin böyük əhəmiyyəti vardır. Artıq bizdə belə bir təcrübə var ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən qadınlar üçün imkanlar yaradıldıqda və onlara stimul verdikdə çox müsbət nəticələrə nail olmaq mümkündür. Və bu gün fəaliyyət göstərən Qadın Resurs Mərkəzləri, eyni zamanda, 11 regional Uşaq və Ailələrə Dəstək Mərkəzləri buna əyani misaldır. Qeyd etmək lazımdır ki, 2018-ci ildə biz Qadın Resurs Mərkəzlərinin sayını 8-ə çatdırmışıq. Bu Mərkəzlər Qusar, Zaqatala rayonları və Bakının Xəzər rayonlarında yaradılıb. Ümumiyyətlə, 2011-2018-ci illər ərzində təlim və tədbirlərdə iştirak edən qadınların və gənclərin sayı 5 500 nəfər olub. Keçən dövrdə 102 qadın sahibkarlıq fəaliyyətinə başlayıb, 50-yə yaxın qadın əlavə işlə təmin edilib. Regional Uşaq və Ailələrə Dəstək Mərkəzlərin fəaliyyəti gündən-günə genişlənir və yerli əhali real nəticələri görür. İl ərzində Mərkəzlərin fəaliyyətindən iyirmi mindən çox (20 748) vətəndaş bəhrələnmişdir. Ümumilikdə 6 il ərzində Mərkəzlərin fəaliyyətindən 110385 nəfər faydalanmışdır. Buna görə də Mərkəzlərin fəaliyyətini təkmilləşdirmək məqsədilə əməkdaşların peşəkarlığının artırılması ilə yanaşı, maddi-texniki bazası da intensiv şəkildə möhkəmləndirilir. 2018-ci ildə daha bir Mərkəzin Zaqataladakı yeni binasının açılışı olmuşdur. Bu il investisiya layihəsi çərçivəsində Goranboydakı Mərkəzin yenidən inşası nəzərdə tutulur. Mərkəzlərin maddi-texniki bazasının gücləndirilməsi göstərilən xidmətlərin keyfiyyətini daha da artırır. Bu şəraiti yaratdıqlarına görə ölkə rəhbərliyinə və İqtisadiyyat Nazirliyinə xüsusi olaraq təşəkkür edirik.
Bu gün qızlar üçün qapalı heç bir peşə yoxdur. Texniki, innovativ, neft sənayesi və digər sahələrdə qızlarımızın sayı artmaqdadır. Tədqiqatların analizi də onu göstərir ki, qızlarımız dövlət sektorunda işləmək arzusundadırlar. Statistik rəqəmlər də onu təsdiq edir ki, qadınların 30%-i dövlət, 70%-ə qədəri isə özəl sektorda işləyir. Baxmayaraq ki, qadınlar bilik və bacarıqlarına görə kişilərdən geri qalmırlar. Lakin onlar dövlət sektorunda istənilən səviyyədə təmsil olunmayıblar. Bizdə belə bir praktika var. Dövlət qurumları yalnız qadınlar üçün işə qəbul imtahanları keçirirlər və beləliklə də, qadınların bu və ya digər sahələrdə təmsilçiliyinin artmasına nail olunur. Məsələn, Gömrük Komitəsində 2-ci dəfədir ki, belə bir imtahan keçirilir. Artıq qadınların gömrük xidmətlərində iştirak səviyyəsi 20%-ə qədər yüksəlmişdir. Bundan həm qadınlar və onların ailələri, həm də dövlət orqanları müsbət yararlanırlar. Doğrudur, bu, pozitiv diskriminasiya sayılsa da, biz çalışırıq ki, fərqi aradan qaldıraq.
- Bu gün aktual mövzulardan biri də məişət zorakılığının qarşısının alınmasıdır. Məişət zorakılğı hallarının qarşısının alınması istiqamətində nə kimi nəticələr əldə olunub?
- Bəli, aktual məsələlərdən biri də məişət zorakılığı və gender əsaslı zorakılıq hallarının qarşısının alınmasıdır. Artıq hamı tərəfindən qəbul edilib ki, qadın və qızlara qarşı zorakılıq qlobal sülh və təhlükəsizliyə zərbə vurur. Zorakılıq ailələri və cəmiyyətləri bir araya gətirən ictimai əlaqələri zəiflədir. Bütövlükdə ölkələrin sosial sabitliyə və iqtisadi inkişafa nail olmasına mane olur. Hər bir zorakılıq əməli, o cümlədən məişət zorakılığı qadınların hüquqlarının ciddi pozuntusudur. Məişət zorakılığı qadınlar, uşaqlar, ailələr və bütövlükdə cəmiyyət üçün ağır fiziki, emosional, iqtisadi və sosial nəticələr doğurur. Buna görə də məsələyə adekvat münasibətin göstərilməsi son dərəcə zəruridir. Bildiyiniz kimi, problemin dərindən öyrənilməsini, dərk olunmasını və onunla mübarizəni təmin etmək üçün bütün rayonların icra hakimiyyətləri yanında monitorinq qrupları yaradılmışdır. Qrup üzvləri ilə mütəmadi olaraq aparılan təlimlər, görüşlər nəticəsində qrup üzvlərinin aktivliyi müşahidə olunur. Və onlar daha operativ şəkildə zorakılığa məruz qalan insanlara yardım edirlər, zorakılığı törədən insana qarşı müvafiq tədbirlər görürlər.
Məişət zorakılığının qurbanlarının, eləcə də zorakılığı törətmiş insanların şəxsiyyətlərinin öyrənilməsi problemin səbəblərinin araşdırılması və preventiv tədbirlərin tətbiqi imkanlarını artırır. Bu baxımdan zorakılığa məruz qalanların sosial-demoqrafik vəziyyətinin, zorakılıq qurbanı ilə zorakılığı törətmiş şəxs arasında qarşılıqlı əlaqənin (qohumluq, qonşuluq, dostluq və s.), eyni zamanda, viktim şəraitin səciyyəvi xüsusiyyətlərinin (yəni zorakılığın situativ və ya uzunmüddətli olması, regional xüsusiyyətləri və s.) öyrənilməsi zəruridir. Təhlillər göstərir ki, gender bərabərliyini daha az dəstəkləyən və xüsusilə də qadınlara qarşı zorakılıq barədə bəzi fikirlərin (məsələn, “qadın öz ailəsini qoruyub saxlamaq üçün zorakılığa dözməlidir” və “bəzi hallarda qadın döyülməyə layiqdir”) tərəfdarı olan kişilər rəsmi və ya qeyri-rəsmi nikahda olduğu şəxslərə qarşı daha çox zorakılıq törədən şəxslərdir. Təəssüflər olsun ki, hazırda bütün dünyada hər 3 qadından 1-i öz həyatı boyu fiziki və ya cinsi zorakılığa məruz qalır. Hər il dünyada zorakılıq səbəbindən öz partnyorları və qohumları tərəfindən 1200-ə yaxın qadın öldürülür, 2 milyon qadın yaralanır, 4 minə yaxın qadın evdə ağır şəkildə döyülür, 1000-ə yaxın qadın isə hər gün müxtəlif təzyiqlərlə üzləşir. 750 milyon qız 18 yaşına çatmamış erkən nikaha girir. Qadın və qızların faizi insan alverinin qurbanına çevrilir.
Ölkəmizdə qadınlara və qızlara qarşı zorakılığın aradan qaldırılması sahəsində qanunvericilik bazası mövcuddur və daim təkmilləşir, qadınların hüquqlarının müdafiəsi üçün sosial proqramlar həyata keçirilir, davamlı olaraq maarifləndirmə kampaniyaları aparılır. Lakin bütün bunlara baxmayaraq, hələ də bütövlükdə qadınlara qarşı zorakılıq tam şəkildə aradan qaldırılmayıb. Bəzən nikaha məcbur etmə, qız qaçırma, hansısa milli adət, ənənəni, qıcqanclıq zəminində baş verən qətlləri zorakılıq kimi qəbul etmirlər. Ümumiyyətlə, biz mübarizə aparmalıyıq ki, insanların bu anlayışa münasibəti dəyişsin.
Son onillik ərzində mütəxəssislər, tədqiqatçılar və ictimai fəallar arasında gender bərabərliyinin təşviqində kişilərin rolunun əhəmiyyəti daha çox vurğulanır. Digər tərəfdən, kişilərin gender bərabərliyinin təşviqində tərəf-müqabili və müttəfiq kimi cəlb olunmaması qadınların və qızların bununla əlaqədar olan yükünü daha da artır. Bunu nəzərə alaraq, 2017-ci ildə BMT-nin Əhali Fondunun dəstəyi ilə ölkədə “Kişilərin gender bərabərliyinə münasibətinə dair” Tədqiqat (IMAGES) aparıldı. Bu tədqiqat kişi və qadınların gender normaları ilə bağlı təcrübəsi və bu məsələlərə dair yanaşma tərzi, gender bərabərliyi siyasətinə münasibət, qayğı göstərmə və kişilərin ata qismində iştirakı da daxil olmaqla ev təsərrüfatındakı dinamika, ailədaxili zorakılıq, sağlamlıq və iqtisadi təzyiq kimi məsələləri əhatə edən ən müfəssəl araşdırma hesab olunur. Bu tədqiqatın nəticələri aidiyyəti dövlət qurumlarının məsul şəxslərinin, millət vəkillərinin, qeyri-hökumət təşkilatlarının, tanınmış mütəxəssislərin iştirakı ilə ictimaiyyətə təqdim edilib və müzakirələr aparılıb. Bu sahədə həyata keçirilən layihələrdən biri də “Məcburi köçkün icmalarında cinsi və gender zorakılığının qarşısının alınması və cavab tədbirləri”dir. Layihə çərçivəsində Bakı şəhəri Binəqədi və Sabunçu, Goranboy, Bərdə, Ağdam rayon İcra hakimiyyətləri yanındakı gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları nəzdində operativ işçi qrupları (şəbəkələr) yaradılmışdır.
Hal-hazırda dünyanın bir sıra ölkələrində aktual problemlərdən biri də doğulan uşaqların cinsə görə nisbətinin pozulmasıdır. Əfsuslar olsun ki, Azərbaycan da bu problemdən kənarda qalmayıb. Son 20 ildə kişilərin sayı sürətlə artmış və əhali arasında cins nisbəti, demək olar ki, bərabərləşmişdir. Belə ki, hazırda əhalinin 49.9%-ni kişilər, 50.1%-ni qadınlar təşkil edirlər. Problemin aradan qaldırılması istiqamətində maarifləndirmə işlərinin geniş şəkildə aparılması və səhiyyə xidmətlərinin inkişaf etdirilməsi vacibdir. Xüsusilə kənd yerlərində qadınlar arasında bir çox məsələlərlə (ailə planlaması, hamiləlikdən qorunma, süni mayalanma, reproduktiv sağlamlığın qorunması, doğulan uşaqların cinsə görə nisbətinin pozulması və s.) bağlı maarifləndirmə kampaniyalarının aparılması zəruridir. BMT-nin Əhali Fondu, Niderland Krallığı və Avropa İttifaqının maliyyə dəstəyi ilə ölkəmizdə uşağın cinsinə görə selektiv abortların qarşısının alınması, ailədə və cəmiyyətdə qız uşaqlarına dəyər verilməsi, gender əsaslı zorakılıqla mübarizə məqsədilə 3 illik yeni layihənin icrasına başlanılıb. Layihədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Gənclər və İdman Nazirliyi əsas hökumət tərəfdaşlarıdır. Artıq layihə çərçivəsində KİV nümayəndələri, gənc oğlanlar, gənc atalar, kişilər üçün ailədə və cəmiyyətdə qız uşaqlarına dəyər verilməsi ilə bağlı bir neçə təlimlər keçirilmiş, sosial çarxlar hazırlanmışdır. 11 oktyabr “Beynəlxalq Qızları Müdafiə Günü” ilə bağlı “ Atalar və Qızlar” adlı fotosərgi, festival keçirilib, “Qız yükü” tamaşasının ictimai baxışı olmuşdur. Nəzərdə tutulan tədbirlərdən biri də Azərbaycan Hökumətinin və BMT-nin Əhali Fondunun əməkdaşlığı ilə doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılmasına dair Milli Fəaliyyət Planının hazırlanmasıdır. Bununla əlaqədar olaraq, 2017-ci ilin dekabr ayında BMT Əhali Fondu tərəfindən ABŞ-ın Meriland Universitetinin professoru, demoqrafiya sahəsi üzrə tədqiqatçı Monika Das Qupta dəvət edilib. O, bir sıra dövlət və qeyri-dövlət təşkilatlarının nümayəndələri ilə görüşlər keçirib. 2018-ci ilin birinci yarısında ilkin sənəd hazırlanaraq dövlət qurumlarına göndərilmişdir. 2018-ci ilin oktyabr ayında isə həmin sənəd müəllifin iştirakı ilə aidiyyəti dövlət qurumlarının məsul şəxslərinin, millət vəkillərinin, qeyri-hökumət təşkilatlarının, tanınmış mütəxəssislərin iştirakı ilə ictimaiyyətə təqdim edilib və müzakirələr aparılıb. Hazırda sənəd üzrə son işlər görülür və bu il Milli Fəaliyyət Planının qəbulu nəzərdə tutulur.
Yeni qanun layihələri ilə yanaşı, mövcud qanunların ekspertizası aparılır, yeni təkliflər hazırlanır. Məsələn, “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın tərkibi haqqında” Qərar layihəsi 11 nəfərdən ibarət yeni tərkibdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli, 308 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 may 2011-ci il tarixli, 81 saylı Qərarı ilə təsdiq edilmiş “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”ın Tədbirlər Planının 4.1.5-ci bəndində nəzərdə tutulan “Övladlığa götürmə prosedurunun təkmilləşdirilməsi” ilə bağlı Komitə tərəfindən “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsi hazırlanmışdır. Qanun layihəsi “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə müəyyən edilmiş qaydada Nazirlər Kabinetinə göndərilmişdir. “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsi aidiyyəti dövlət qurumları ilə razılaşdırılaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilmişdir.
- Hicran xanım, ailə institutunun qorunması da vacib məsələlərdən biridir. Bu baxımdan, Azərbaycanda mövcud vəziyyəti necə səciyyələndirərdiniz?
- Son illər ailə institutunun qorunması ilə bağlı keçirilən beynəlxalq konfranslar bu məsələlərin dünya ölkələri üçün nə qədər aktual olduğunu bir daha göstərir. Əfsuslar olsun ki, bu gün biz dünyada ailələrin sayının azaldığını müşahidə edirik. Bir çox ölkələrdə isə ailə anlayışı sosial institut kimi öz əhəmiyyətini itirmək üzrədir. Belə ki, dünyada son 53 ildə boşanmaların sayı 2 dəfə artmış, nikahların sayı da bir o qədər azalmışdır. Və biz bu gün ətrafda nə görürük? Ekstremizm, zorakılıq, hərbi münaqişələr, iqtisadi böhranlar, sosial ədalətsizlik bəşəriyyətin gələcəyinə təhlükə yaradır. Nəticədə ailələr dağılır, milli-mənəvi dəyərlər deformasiyaya məruz qalır. Lakin bütün bunların fonunda Azərbaycanda ailə institutu qorunub saxlanılır, insanlar təhlükəsizlik, dostluq, mehribançılıq, tolerantlıq şəraitində yaşayırlar. Artıq dünyanın bütün ölkə və xalqları Azərbaycanın ailə və mədəni tolerantlıq modelini qəbul edir. Bu gün ölkədə ailə institutunun möhkəmləndirilməsi üçün hansı imkanlar var? İlk növbədə qeyd etmək lazımdır ki, güclü qanunvericilik bazası mövcuddur. Yeni tələblər və ehtiyaclar əsasında bu baza daim təkmilləşir. Bütövlükdə ailələrin sosial rifahını yüksəltmək üçün hökumət mütəmadi zəruri tədbirlər həyata keçirir. İldən-ilə ailələrimizin sosial müdafiəsi güclənir, müxtəlif layihələr reallaşdırılır. Və bunun nəticəsində son 20 il ərzində əhalimizin sayı artaraq 9 milyon 900 mini ötmüşdür. Bu gün Azərbaycanda 2 milyon 100 mindən çox ailə vardır. Yüzlərlə ömrünün 25, 50, 60 və daha çox müddətini bir yerdə yaşayan uzunömürlü ailələrimiz var.
Lakin qeyd etməliyik ki, bir çox problemlər hələ də öz aktuallığını saxlamaqdadır. Biz araşdırırıq ki, ailələrdə hansı risklər var? Bu neqativ tendensiyaları aradan qaldırmaq üçün nə edə bilərik? İlk növbədə ailədə valideyn məsuliyyətinin artırılması ən önəmli məsələlərdən biridir. Ailədaxili münasibətlərin pozulması zamanı erkən müdaxilə etmək və problemin vaxtında həll olunması üçün “Ailə psixoloqu” institutunun yaradılması da qarşıda dayanan məsələlərdəndir. Ailə dəyərlərimizin təbliğində KİV-in, xüsusilə televiziyanın üzərinə böyük iş düşür. Əfsuslar olsun ki, bir çox hallarda sosial-məişət mövzulu proqramlarda yalnız cəmiyyətin neqativ hissəsi nümayiş olunur. Halbuki bizim çox sayda nümunəvi ailələrimiz var. Düzdür, ailələrin problemlərini işıqlandırmaq lazımdır, lakin balans pozulmamalıdır. Ən təhlükəli məsələlərdən biri də internetin, sosial şəbəkələrin görünmədən, lakin çox sürətlə ailələrə daxil olmasıdır. Biz görürük ki, insanlar öz ailə üzvləri ilə müqayisədə virtual məkanda daha çox vaxt keçirirlər. Bu isə insanları bir-birindən uzaqlaşdırır, övlad-valideyn ünsiyyətində soyuqluq yaradır.
Xüsusən də bu, böyüməkdə olan gənclərimizə, onların psixikasına mənfi təsir göstərir, asılılıq yaradır. Ona görə də biz uşaqları onların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorumalıyıq. Bunun üçün biz, valideynlər və uşaqlarla görüşlər keçirir, texnologiyanın müsbət və mənfi tərəfləri barədə məlumatlar veririk. Eyni zamanda, ailə üzvləri arasında ünsiyyətin güclənməsi üçün “Ailəlikcə kitabxanaya” layihəsi keçirilir. Bu həm uşaqlarımızın kitaba, mütaliəyə marağını artırır, həm də ailə üzvlərini bir-birinə daha da mehriban edir. Baxmayaraq ki, ailə institutunun möhkəmləndirilməsi məqsədi ilə qanunvericilik bazası yaradılmışdır. Lakin bununla yanaşı, mövcud qanunların düzgün dərk edilməsi sahəsində ardıcıl və sistemli maarifləndirici işlərin aparılması çox vacibdir. Buna görə də rayon və kənd əhalisi arasında, məktəblərdə, ali təhsil müəssisələrində, hərbi hissələrdə ailə münasibətlərinin formalaşması, yeni keyfiyyətlərin müsbət və mənfi təsiri haqqında seminarlar keçirir, yaşlı nəsillə gənc nəslin dialoqunu təşkil edirik. Bizim maraqlı və uzunömürlü layihələrimizdən biri də “Ailə bayramı” və “Azərbaycan ailəsi” adlı filmlər festivalıdır. Bu il layihələrin 10 ili tamam olur. Festivalın əsas məqsədi kinomatoqrafiyanın geniş imkanlarından istifadə edərək ailə dəyərlərini, milli-mənəvi dəyərləri gənclər arasında təbliğ etməkdir. Eyni zamanda, cəmiyyətdə bu istiqamətdə mövcud olan problemləri işıqlandırmaqla onların həlli yollarının axtarılması və ailə institutunun inkişafına töhfə verməkdir. Bu filmlərdən maarifləndirici tədbirlərdə əyani vəsait kimi istifadə edilir. Bəzən məruzə ilə, təlimlə izah olunmayan məqamlar, ekran dili ilə daha effektiv və emosional formada çatdırılır ki, bu da insanda dərin psixoloji iz qoyur.
- Bəs uşaq hüquqlarının müdafiəsi sahəsində hansı işlər görülür?
- Uşaq hüquqlarının müdafiəsi sahəsində Azərbaycan hökuməti tərəfindən mühüm işlər görülmüşdür. Ölkədə vahid dövlət uşaq siyasətini həyata keçirən dövlət qurumu kimi, Komitəmiz mütəmadi olaraq, müxtəlif layihələr həyata keçirir. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı güclü qanunvericilik bazası mövcuddur. Keçən il “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi qəbul olunub. Bu da bizim bir uğurumuzdur. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “2018-2028-ci illər üçün Azərbaycan Respublikasının Milli Uşaq Strategiyası”nın layihəsi hazırlanmış və hökumətə təqdim edilmişdir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bütün uşaqlar üçün, xüsusilə də, cəmiyyətdəki daha həssas uşaqlar - xüsusi qayğıya ehtiyacı olan, ailələrini itirmiş azyaşlılar, münaqişədən zərər çəkmiş bölgələrdə yaşayan uşaqların müdafiəsi ilə bağlı müxtəlif layihələr keçirilir. Və bu gün ölkədə hər bir uşaq üçün bərabər imkanlar yaradılmışdır. Onlar üçün təhsil, tibb, istirahət və digər xidmətlər əlçatandır. Ədalətli, inklüziv çıxış imkanları var. Uşaq hüquqlarının müdafiəsi üzrə çox ciddi nəzarət və monitorinq mexanizmi yaradılıb. Mütəmadi olaraq uşaqların qidalanma, nəzarət, təhlükəsizlik, zorakılığa məruz qalma və digər məsələlərlə bağlı monitorinqi aparılır, tövsiyələr hazırlanır, sənədlər Nazirlər Kabinetində toplanır və cənab Prezidentə hesabat verilir. Və bu, müvafiq dövlət qurumlarının uşaq məsələlərini daha çox diqqətdə saxlamaqlarına səbəb olur. Ölkəmiz “Uşaq hüquqları haqqında” Konvensiyadan irəli gələrək bir sıra öhdəliklərlə bağlı hər 4 ildən bir hesabat verir. BMT-dən hesabata dair verilən yüksək qiymətlər alırıq, bu, onu göstərir ki, dövlətimiz uşaq hüquqlarının həyata keçirilməsi üçün çox böyük uğurlar əldə edib. Mühüm qanunlar, Dövlət proqramları qəbul olunur. Vacib layihələr həyata keçirilir. Bir çox ölkələrdən, hətta inkişaf etmiş ölkələrdən bu sahədə biz öndəyik. 2009-cu il “Uşaq ili” elan olunmuşdur. Uşaq hüquqlarının müdafiəsi ilə məşğul olan qeyri-hökumət təşkilatlarının sayı 350-dək artmışdır. Bizim üçün çox vacibdir ki, uşaqlarımızın ictimai fəallığı artsın və dövlət siyasətinin həyata keçirilməsində aktiv iştirak edə bilsinlər.
Qeyd etmək lazımdır ki, bu sahədə görülən işlər öz müsbət nəticəsini verir. Artıq uşaqlarımız dövlət rəsmilərinə onları maraqlandıran suallarla müraciət edir, həmçinin sərbəst şəkildə hökumətə öz hüquqları ilə bağlı istək və arzularını çatdırır, mühüm məsələlərə münasibətlərini bildirirlər. Azərbaycanın bütün regionlarında bizim dəstəyimizə çevrilən uşaqlardan ibarət güclü Liderlər Komandası formalaşıb. Cənab Prezident Öz çıxışlarında könüllülərin fəaliyyətini xüsusi olaraq vurğulayır: “Əminəm ki, bütün başqa sahələrdə könüllülər institutu Azərbaycanda daha da sürətlə formalaşacaq və ümumiyyətlə, bu, cəmiyyətin niyyətini ifadə edir”. Qeyd etmək istərdik ki, Forumun iştirakçılarından formalaşan çevik və fəal könüllülərimiz var. Onlar bütün layihələrdə çox həvəslə iştirak edirlər. Hər iki ildən bir UNİCEF və Heydər Əliyev Fondu ilə birgə Ümumrespublika Uşaq Forumları keçirilir. BMT Uşaq Fondunun da qeyd etdiyi kimi, Azərbaycanın bu təcrübəsi uşaq liderliyinin reallaşması sahəsində digər ölkələr üçün yaxşı nümunələrdən biridir. BMT-nin Uşaq Hüquqları Komitəsinin tövsiyələrinə əsasən, Komitənin təşəbbüsü ilə “Uşaqların internet təhlükəsizliyi” layihəsi çərçivəsində “Valideyn nəzarəti və internet təhlükəsizliyi” proqramı (kidsafe) yaradılmışdır.
Müxtəlif dövlət qurumları çox vacib layihələr həyata keçirir. Bunlardan “Uşaq qayğı sistemində islahatlar”, “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi”, “Azərbaycanda erkən yaşlı uşaqların inkişafının monitorinqi üzrə mütəxəssislərin hazırlanması”, “Ana südü ilə qidalandırma həftəsi”, “Uşaq hüquqlarına dair elektron məlumat bankı”nın yaradılması, Uşaq və Ailələrə Dəstək Mərkəzlərində mövcud elektron məlumat bazasının yenidən qurulması və başqa layihələrin adlarını çəkmək olar. Mərkəzlərdə hesabatlılıq sisteminin təkmilləşdirilməsi məqsədilə UNİCEF-in dəstəyi ilə keys menecment üzrə yeni elektron CES məlumat bazasının qurulması istiqamətində birgə iş aparılır. Burada həmçinin yeni təqdim olunan SİB-R sistemi 0-90 arası şəxsin davranışı haqqında qrafiklər əsasında ətraflı informasiya əldə etməyə imkan yaradacaq. Qeyd edək ki, bu elektron məlumat bazası MDB ölkələri arasında yalnız Azərbaycanda mövcuddur. Belə önəmli layihələr maarifləndirmə, uşaq hüquqlarının müdafiəsi işini daha da gücləndirir, həm də yaxşı nəticələr verməkdədir.
- Mövcud məsələlərin həlli üçün maarifləndirmə işləri də böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, Dövlət Komitəsi tərəfindən hansı tədbirlər həyata keçirilir və bu yöndə KİV-lə əməkdaşlıq hansı səviyyədədir?
- KİV-lə əməkdaşlıq çox vacib məsələdir. Biz ildə 4 dəfə monitorinq keçiririk. Həmin monitorinqlər zamanı jurnalistlərin bu sahədə bilik və bacarıqlarının kifayət qədər olmadığı üçün bir neçə maarifləndirici təlim keçirmişik. Komitə jurnalistlər üçün yerli ekspertlərin iştirakı ilə 2014-cü ildə “Azərbaycan ailə modelinin KİV-də düzgün tanıdılmasının əhəmiyyəti”, 2015-ci ildə “Məişət zorakılığı KİV-də necə işıqlandırılmalıdır”, 2016-cı ildə “Gender məsələləri və selektiv abort problemi KİV-də”, həmçinin Komitə və Avropa İttifaqının TAİEX proqramının birgə əməkdaşlığı çərçivəsində 2017-ci ildə “Gender problemləri və Media” mövzusunda 2 günlük beynəlxalq seminar keçirib. Seminar çərçivəsində “Avropa Birliyində gender bərabərliyinin media vasitəsilə təbliği”, “Azərbaycan və Avropa Birliyi ölkələri mediasında qadınların balanslı və stereotiplərdən uzaq təsvirinin ən uğurlu nümunələri”, “Məişət və gender əsaslı zorakılıqlar zamanı qadınların kütləvi mətbuatda balanslı və stereotiplərdən uzaq təsvirinin yaradılmasının təbliği”, “Azərbaycanda kütləvi mətbuatda və kütləvi mətbuat vasitəsilə gender bərabərliyinin təbliği sahəsində atıla biləcək növbəti addımlar” adlı 4 sessiya keçirilib. 2019-cu ilin yanvar ayında Avropa Şurasının və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Mediada gender bərabərliyi” mövzusunda 3 günlük təlim keçirilib. Eyni zamanda, gender stereotiplərin aradan qaldırılması üzrə, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində aktiv fəaliyyət göstərən jurnalistlərin stimullaşdırılması üçün ildə bir dəfə müsabiqə keçirir və fərqlənən jurnalistləri mükafatlandırırıq.
Bizim əsas istiqamətimiz əhalini maarifləndirməkdir. Bu, çox vacib məsələdir. Xüsusilə indiki şəraitdə ki, dünyada müxtəlif proseslər gedir, qloballaşma adı ilə faktiki olaraq eyniləşmə siyasəti aparılır, həmçinin bu prosesin neqativ tendensiyaları insanların düşüncəsinə təsir edir, yad elementlər yaranır, kütləvi informasiya vasitələri ilə müxtəlif təxribatlar yaradılır. Və imkan vermək olmaz ki, bu boşluqlar ailələrimizə, gənclərimizə mənfi təsir göstərsin. Bu baxımdan maarifləndirmə layihələri müxtəlif mövzulara həsr edilir, cəmiyyətdə gənclərin və qadınların rolu qabardılır. Qadın ailənin möhkəmliyini, onun bütövlüyünü qoruyan, yeni nəsli böyüdən, tərbiyə edəndir. O, cəmiyyətin inkişafında, dövlət quruculuğunda xüsusi rol oynayan xanımdır, vətəndaşdır. Bizim qadınlarımız istənilən sahədə uğur qazanmaqla yanaşı, çox gözəl ailə sahibi olmağı və vətənə layiqli vətəndaşlar yetişdirməyi bacarırlar. Uşaqlar və gənclər isə bizim gələcəyimizdir. Onlar sosial həyatda daha fəal iştirak etməli, ölkəmizin inkişafına, gələcəyinə öz töhfələrini verməlidirlər.
Cənab Prezident İlham Əliyev Öz çıxışlarında vurğulayıb ki, “Qara qızılı insan kapitalına çevirmək, sadəcə, şüar deyil. Bu, reallıqdır”. İnsan kapitalının inkişafı hər bir ölkənin, o cümlədən də Azərbaycanın qarşısında dayanan əsas məqsəddir. Çünki insan kapitalına qoyulan investisiya bütövlükdə insanların rifahı, dövlətin inkişafı deməkdir. Məhz bu baxımdan Azərbaycan Respublikasında dövlət tərəfindən ailə institutunun möhkəmləndirilməsi, qadın hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi məqsədilə mühüm tədbirlər görülməkdədir və bu, gələcəkdə də davam etdiriləcəkdir.

 
  • Oxunub:  5070  |  
  • Tarix:  06-02-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir

21 Aprel 20:47
Bakıda keçirilən bədii gimnastika üzrə II "AGF Junior Trophy" beynəlxalq turnirinə yekun vurulub
21 Aprel 19:52
“Oş-Türk dünyasının mədəniyyət paytaxtı” tədbirləri çərçivəsində biznes-forum keçirilib
21 Aprel 19:40
Rafael Ağayev "Karate 1" seriyasından Premyer Liqa turnirində bürünc medal qazanıb
21 Aprel 19:38
Naqif Həmzəyev: Ukraynada səsvermə xirda problemlər çıxmaq şərti ilə yaxşı təşkil olunub
21 Aprel 16:20
Bakı Qarnizonunda nizam-intizamın vəziyyəti təhlil edilib
21 Aprel 15:48
Milli Məclisin deputatı Ukraynada seçki məntəqələrində səsvermə prosesini izləyir
21 Aprel 15:45
Orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün keçirilən buraxılış imtahanları başa çatıb
21 Aprel 15:11
Azərbaycan gimnastı lentlə hərəkətlərdə gümüş medal qazanıb
21 Aprel 14:53
Bədii gimnastika üzrə II "AGF Junior Trophy" turnirində gürzlərlə hərəkətlərdə mükafatçıların adları məlum olub
21 Aprel 14:25
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında ənənəvi olaraq “Açıq qapı” günü keçirilib
21 Aprel 13:37
Fransanın Nant şəhərində Azərbaycan məktəbi açılıb
21 Aprel 12:48
Bədii gimnastika üzrə II "AGF Junior Trophy" turnirində ayrı-ayrı alətlər üzrə final yarışları keçirilir
21 Aprel 12:12
Azərbaycan nümayəndə heyəti Qırğızıstanda keçirilən mədəni tədbirdə iştirak edib
21 Aprel 10:55
Oş şəhərində türkdilli dövlətlər arasında əlaqələrin daha da dərinləşdirilməsi məsələlərindən danışılıb
21 Aprel 10:52
Bədii gimnastika üzrə Azərbaycan komandası çoxnövçülük yarışlarında gümüş medal qazanıb
21 Aprel 10:49
Masallıda əhalinin su təminatı yaxşılaşdırılır
21 Aprel 10:24
Qırğızıstanda “Oş – Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin rəsmi açılış mərasimi keçirilib
21 Aprel 10:04
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
20 Aprel 18:49
Milli Məclisin deputatı Ukraynada bir sıra görüşlərdə iştirak edib
20 Aprel 18:48
Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçirilib
20 Aprel 18:19
Aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olmasının 10 illiyi ilə bağlı tədbir keçirilib
20 Aprel 18:15
Balaxanı Tullantıların Zərərsizləşdirilməsi Poliqonunda indiyədək 12 mindən artıq ağac əkilib
20 Aprel 18:00
“Heydər Əliyev siyasi məktəbini öyrənirik” gənc liderlər proqramının icrasına başlanılıb
20 Aprel 17:55
Qobustan qoruğunda “açıq qapı” günü təşkil olunub
20 Aprel 17:53
“Olimpsport” jurnalının fəaliyyətə başlamasının 10 illik yubileyi qeyd olunub
20 Aprel 17:47
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Kitabın işığın olsun” adlı tədbir keçirilib
20 Aprel 17:44
Milli Məclisin deputatı sağlam qidalanma ilə bağlı regional simpoziumda iştirak edəcək
20 Aprel 17:40
Bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadın Ədilə Hüseynzadəyə həsr edilən kitabın təqdimatı olub
20 Aprel 17:36
Brüsseldə NATO Parlament Assambleyasının 100-cü Rouz-Rout seminarı keçiriləcək
20 Aprel 17:33
Seçenov Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib
20 Aprel 17:30
Gömrük sistemində həyata keçirilən islahatlarla bağlı məlumat verilib
20 Aprel 16:27
Erl Litzenberqer: Amerikada təhsil alan azərbaycanlı tələbələrin sayının ildən-ilə artmasından qürur duyuruq
20 Aprel 16:19
YAP-ın təşkilatçılığı ilə Şəki şəhərində “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda regional müşavirə keçirilib
20 Aprel 15:54
Baş nazirin müavini Əli Əhmədov: Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsini insanların rifahının yaxşılaşdırılması təşkil edir
20 Aprel 15:25
Səfir: ABŞ Azərbaycanda aparılan islahatları dəstəkləyirik
20 Aprel 15:03
Əli Əhmədov: Azərbaycanda mövcud olan sabitlik insanların həyatı üçün böyük sərvətdir
20 Aprel 14:33
Türkiyə universitetləri ilə əməkdaşlıq Azərbaycanın inklüziv inkişafı barədə elmi ictimaiyyəti məlumatlandırmağa geniş imkanlar yaradır
20 Aprel 14:20
Professor Akkan Suver: Elmira Axundovanın əsərləri ulu öndər Heydər Əliyev ideyalarını dərindən mənimsəmək üçün əsaslı vəsaitdir
20 Aprel 14:19
Daxili işlər nazirinin birinci müavini Qubada vətəndaşların qəbulunu keçirib
20 Aprel 14:11
YAP-ın təşkilatçılığı ilə Şəkidə “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda müşavirə keçirilir
20 Aprel 14:06
Azərbaycan-Fransız Universitetinin gələcək superkompüterinin təqdimatı olub
20 Aprel 14:02
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüşüblər
20 Aprel 13:53
Rauf Əliyev: Qarşıda duran bütün vəzifələr müvəffəqiyyətlə həyata keçiriləcək
20 Aprel 13:45
Baş nazirin müavini Əli Əhmədov Şəki şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib
20 Aprel 13:17
Hikmət Babaoğlu: Mürəkkəb beynəlxalq və regional şərtlər daxilində ölkəmizin əldə etdiyi uğurlar anti-Azərbaycan şəbəkəni ciddi narahat edir
20 Aprel 13:07
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturu təsdiqlənib
20 Aprel 13:03
YAP rayon təşkilatlarında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
20 Aprel 12:59
Cavid Osmanov: Enerji sektorunda uğurlarımız davamlıdır
20 Aprel 12:57
Qadınlar İKT-də Beynəlxalq Gününə həsr olunan elmi-praktik konfrans təşkil ediləcək
20 Aprel 12:55
Sona Əliyeva: Azərbaycan reallığında birgəyaşayış nümunəsi dünya üçün örnəkdir
20 Aprel 12:50
Azərbaycan və Rusiya arasında pensiya təminatı sahəsində müqavilə layihəsi hazırlanır
20 Aprel 12:48
Tahir Rzayev: Bu gün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ölkəmizdə davamlı addımlar atılır
20 Aprel 11:08
“Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
20 Aprel 10:58
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə ikinci “AGF Junior Trophy” beynəlxalq turniri başlayıb
20 Aprel 10:49
Elçin Əhmədov: Anti-Azərbaycan qüvvələrin ölkəmizə təzyiq göstərmək, onu öz yolundan döndərmək cəhdləri əbəsdir
20 Aprel 10:44
Hanoyda OANA İcraiyyə Komitəsinin 44-cü iclası başa çatıb
20 Aprel 10:41
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub
20 Aprel 10:32
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir
20 Aprel 10:30
Sağlamlıq imkanları məhdud uşaq və gənclərin, sosial müəssisə sakinlərinin sərgisi təşkil olunub
20 Aprel 10:28
Azərbaycandakı diplomatik nümayəndəliklərin rəhbərləri Şamaxıya səfər ediblər
20 Aprel 10:26
Masallıda “Milli aktyorluq məktəbi” mövzusunda keçirilən mühazirə maraqla qarşılanıb
20 Aprel 10:22
YAP Səbail rayon təşkilatında Könüllülər Birliyinin təqdimatı keçirilib
20 Aprel 10:21
YAP Qubadlı rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib
20 Aprel 10:16
Anti-Azərbaycan dairələr tərəfindən ölkəmizə qarşı aparılan “qara piar” kampaniyası heç bir nəticə verməyəcək
20 Aprel 10:13
BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun keçirdiyi beynəlxalq konfransın əsərləri “Clarivate Analytics”də yerləşdirilib
20 Aprel 10:11
“France-24” kanalının saytında Naftalan nefti haqqında məqalə verilib
20 Aprel 10:10
“Nar” korporativ müştərilərinə ödənişsiz MiFi cihazını təqdim edir
20 Aprel 10:09
Azərbaycanın regionlarında əhalinin su təchizatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır
19 Aprel 21:36
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib
19 Aprel 21:33
Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydası təsdiqlənib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA