Ana səhifə »  Müsahibə »  Yeni Azərbaycan Partiyası Azərbaycanın ən avanqard və güclü siyasi partiyasıdır
A+   Yenilə  A-
Yeni Azərbaycan Partiyası Azərbaycanın ən avanqard və güclü siyasi partiyasıdır
Mübariz Qurbanlı: YAP-ın seçki kampaniyasına hazırlığı yüksək səviyyədə olub, yeni texnologiyaların tətbiqinə görə də ən qabaqcıl partiyadır
Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı www.yap.org.az saytına müsahibə verib:
- Mübariz müəllim, Yeni Azərbaycan Partiyasının qurultaya hazırlıq üzrə rayon və şəhər təşkilatlarının konfranslarının keçirilməsinin vəziyyəti ilə bağlı nə deyə bilərsiniz?
- Məlum olduğu kimi, artıq Yeni Azərbaycan Partiyasının rayon, şəhər təşkilatlarının konfransları uğurla başa çatıb. Rayon, şəhər təşkilatlarının seçdikləri qurultay nümayəndələrinin iştirakı ilə avqust ayının əvvələrində partiyamızın növbəti IV qurultayı keçiriləcəkdir. Qeyd etmək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının rayon, şəhər təşkilatları seçkilərə ciddi şəkildə hazırlığı həyata keçirməkdədir. Bu gün Yeni Azərbaycan Partiyasının sıraları durmadan artır. Son məlumatları diqqətə çatdırmaq istərdim. Bu gün Yeni Azərbaycan Partiyasının sıralarında 456 min nəfər partiya üzvü vardır. Yalnız ötən 6 ay ərzində partiya sıralarına 20 min nəfərə qədər üzv qəbul olunmuşdur. Bu rəqəmin özü bir daha onu göstərir ki, Yeni Azərbaycan Partiyasına daxil olmaq istəyənlərin sayı kifayət qədər çoxdur. Bu isə Yeni Azərbaycan Partiyası Azərbaycan cəmiyyətinin ən avanqard və ən güclü siyasi partiyası olduğunu göstərir.
Qarşıdan gələn seçkilərdə parlaq qələbə çalacağımıza heç bir şübhə yoxdur. Yeni Azərbaycan Partiyasının qarşıdan gələn seçkilərdə qələbəsini təmin edən ən başlıca amil, sözsüz ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin özünün şəxsən göstərdiyi fəaliyyətdir. Cənab İlham Əliyev alternativsiz liderdir. Onun Prezident olaraq gördüyü işlər xalq tərəfindən birmənalı şəkildə dəstəklənir, müdafiə edilir. Bütün bunlar isə, bir daha Onun seçkilərdə qalib gələcəyinə əsas verir.
Bir daha bu faktı təkrar qeyd etmək istərdim ki, partiyamızın sıraları getdikcə artmaqdadır. Eyni zamanda, Yeni Azərbaycan Partiyası intellektual səviyyəsinə görə də, birinci yerdə gedən partiyadır. Bu gün partiyanın sıralarında 1000-dən artıq elmi dərəcəsi və müxtəlif sahələrdə çalışan, cəmiyyətdə böyük hörmət və nüfuza malik olan alimlər, mütəxəssislər təmsil olunurlar. Həmçinin, Yeni Azərbaycan Partiyasının ilk təşkilatlarının da sayı artaraq 7500-ə çatmışdır. Bu isə, bir daha onu göstərir ki, Yeni Azərbaycan Partiyası ölkənin ən güclü və avanqard partiyasıdır.
Bütün bu faktları deməkdə məqsədim ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyasının seçki kampaniyasına hazırlığı yüksək səviyyədə olub, yeni texnologiyaların tətbiqinə görə də ən qabaqcıl partiyadır. Azərbaycanda bizimlə bu yöndə yarışmaq, rəqabət aparmaq gücünə malik olan hər hansı bir siyasi partiya yoxdur. Biz hər hansı bir yarışda istənilən partiyanı məğlub edə bilərik və məğlub da edirik. Seçki ilə bağlı partiyamızın keçirdiyi konfranslarda, birmənalı olaraq, xalqın istəyini ifadə edən sıravi partiya üzvləri yenidən möhtərəm Prezidentimiz İlham Əliyevin namizədliyinin irəli sürülməsini bəyan ediblər. Partiyamızın konfranslarında irəli sürülən bu çağırışlar qurultayda da namizədimizin irili sürülməsi ilə davam edəcəkdir.
Partiyamızın IV qurultayında prezidentliyə namizəd olaraq, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin namizədliyini irəli sürəcəyik. Onun qələbəsinin təmin edilməsi üçün hər bir partiya üzvü öz fəaliyyəti ilə bu işə yaxından köməklik göstərəcəkdir.
- Qurultayda prezidentliyə namizədin müəyyənləşməsindən başqa daha hansı məsələlərin müzakirə ediləcəyi gözlənilir? çünki ölkə ictimaiyyəti arasında Yeni Azərbaycan Partiyasının qurultayına diqqət, maraq çox yüksəkdir. Bu qurultayda müzakirə edilə biləcək hər hansı məsələyə cəmiyyətin həssaslıqla yanaşması da məlumdur.
- Yeni Azərbaycan Partiyasının qurultayı, həqiqətən də, Azərbaycanın ictimai-siyasi həyatında böyük hadisədir. Bizim bundan əvvəl keçirilmiş üç qurultayımız Azərbaycanın ictimai-siyasi həyatında iz buraxıb, Azərbaycan tarixinin ən yeni dövrünün mühüm hadisələri kimi qeyd olunub. ümummilli liderimiz Heydər Əliyevin şəxsən özünün iştirakı ilə keçirilən I, II qurultaylarda Onun söylədiyi dərin məzmunlu nitq və partiyamızın gələcək istiqamətləri ilə bağlı mülahizələri bu gün də Azərbaycanın bütün təbəqələri üçün qəbul edilən çağırışlara çevrilib. Partiyamızın III qurultayında ölkə Prezidenti İlham Əliyevin nitqindən irəli gələn vəzifələri bu gün yerinə yetiririk və yetirməkdə davam edəcəyik. Yeni Azərbaycan Partiyasının bu yaxınlarda 15 illik yubileyini qeyd etdik. Yubiley zamanı möhtərəm Prezidentimizin dərin məzmunlu, proqram xarakterli nitqindən irəli gələn vəzifələr bizi səfərbər edib və buna uyğun da işlərimizi davam etdiririk. Təbii ki, partiyamızın IV qurultayının bir nömrəli vəzifəsi qarşıdan gələn prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədini rəsmən elan edilməsidir. Sözsüz ki, qurultayın gedişində hansısa digər məsələlər də təklif edilərsə, o da müzakirə mövzusu ola bilər. Lakin əsas məsələ partiyanın irəli sürələn namizədinin rəsmən elan edilməsidir.
- Mübariz müəllim, Yeni Azərbaycan Partiyasının namizədi olan cənab İlham Əliyevin seçki blokunun yaradılmayacağı ilə bağlı kütləvi informasiya vasitələri tərəfindən məlumatlar yayılır. Seçki Blokunun yaradılmaması, hansı zərurətdən irəli gəlir?
- Bilirsiniz, Yeni Azərbaycan Partiyası 1993-cü ildən bu günə kimi ölkədə keçirilən prezident, parlament, bələdiyyə seçkilərində iştirak edib. Yeni Azərbaycan Partiyası kifayət qədər güclü partiyadır və bu gün onun sıralarında 456 min partiya üzvünün birləşməsi də bunu təsdiqləyir. Bu səbəbdən də Yeni Azərbaycan Partiyası istənilən müstəvidə siyasi fəaliyyətini müstəqil şəkildə həyata keçirməyə qadir olub, istər ideoloji, istərsə də təşkilatlanma baxımdan da kifayət qədər potensiala malikdir.
Təbii ki, möhtərəm Prezidentimizin namizədliyi müxtəlif ictimai-siyasi qurumlar tərəfindən müdafiə olunur. Biz bunu alqışlayırıq, seçki və təbliğat kampaniyası dövründə bu qurumlarla fəaliyyətimizi möhkəmləndirə bilərik. Eyni zamanda, Yeni Azərbaycan Partiyasının hansısa bir siyasi blokla seçkilərə getmək təcrübəsi yoxdur və bunu sınaqdan keçirməyib. Ona görə də, biz hesab edirik ki, Yeni Azərbaycan Partiyası möhtərəm Prezidentimizi dəstəkləyən siyasi-ictimai qurumlarla müəyyən koordinasiyaları həyata keçirə bilər. Lakin xüsusi blok yaratmağa ehtiyac duymuruq. çünki biz bu kampaniyanı təkbaşına aparmağa qadirik. Digər bir tərəfdən isə cənab İlham Əliyevin namizədliyi əhalinin geniş təbəqəsi tərəfindən dəstəklənir və bundan sonra da dəstəklənəcəyinə əminik. Bunu bizim apardığımız ictimi rəy və araşdırmalar da təsdiqləyib. Bu səbəbdən də Yeni Azərbaycan Partiyası seçkilərdə hansısa siyasi quruplar və partiyalarla koalisiyada deyil. özü müstəqil seçkilərə gedərək namizədini dəstəkləməklə seçki kampaniyasını həyata keçirmək üçün müstəqil fəaliyyət göstərir. Amma hansı ictimai-siyasi qurumlar Prezidentimizin namizədliyinə dəstək verəcəksə, biz onlarla əməkdaşlıq əlaqələri quracağıq.
- Yeni Azərbaycan Partiyasının qurultayı ilə bağlı müxalifət partiyaları və onların təsir dairəsində olan qəzetlər narahatlıq dolu yazılar yazır və şərhlər verirlər. Partiya sədrləri fikirlər bildirirlər. Sizcə, bu narahatlığın səbəbi nə ilə bağlıdır?
- Bu, bir həqiqətdir ki, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyev həm ölkə daxilində, həm də beynəlxalq miqyasda güclü reytinqə, imicə malikdir. Bu da bizim rəqiblərimizi həmişə narahat edib. Sözsüz ki, bizim rəqiblərimizi təkcə uğurlarımız məyus etmir. Rəqiblərimizin bəziləri hətta millətimizin, dövlətimizin, xalqımızın qazandığı uğurlardan məyus olurlar. çünki onlar ölkəmizin uğuru ilə hakimiyyətlə xalq arasında dərin birliyin, vəhdətin yaranmasını görərək, bundan narahatlıq keçirirlər. çox təəssüf ki, Azərbaycanda müxalifət necə vardısa elə də qalır və belə də qalmaqda davam edəcək.
- Bəzi müxalifət partiyaları seçkilərdəki məğlubiyyətlərini sığortalmaq üçün boykot qərarı verib. Sizcə, onların bu qərarı seçki prosesinə təsir edə bilərmi?
- ölkənin əsas siyasi partiyalarının əksəriyyəti seçkilərdə iştirak etmək barədə qərar qəbul edib. Hesab edirəm ki, bəzi müxalifət partiyalarının boykotla bağlı bəyanatları qeyri-ciddi siyasi xarakter daşıyır və siyasi həyata təsir etmək gücünə malik deyil.

 
  • Oxunub:  26850  |  
  • Tarix:  26-07-2008  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Qafqazda təhlükəsizliyin daha da möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün Rusiya-Azərbaycan münasibətləri həlledici rol oynayır

19 Noyabr 22:11
Aşqabadda SPECA-nın dayanıqlı nəqliyyat, tranzit və əlaqə mövzusunda növbəti iclası keçirilir
19 Noyabr 21:43
Ankarada “Anadan olmasının 150-ci ildönümündə ortaq dəyərimiz Əhməd bəy Ağaoğlu” mövzusunda konfrans keçirilib
19 Noyabr 21:13
Kəlbəcər, Naftalan, Xocalı və Goranboy təhsil şöbələri müdirlərinin hesabat məruzələri dinlənilib
19 Noyabr 21:07
Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi Vaşinqton şəhərində müzakirə olunub
19 Noyabr 20:51
Dövlət Gömrük Komitəsində kollegiya iclası keçirilib
19 Noyabr 20:45
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
19 Noyabr 20:30
DİN polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir
19 Noyabr 20:21
Əmək və sosial siyasət komitəsinin iclası keçirilib
19 Noyabr 20:12
Prezident İlham Əliyev Bakı dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin yenidənqurmadan sonra açılışında iştirak edib
19 Noyabr 20:08
SOCAR və “Equinor” “Qarabağ” yatağında ilk quyunun qazılmasına hazırlaşır
19 Noyabr 20:05
UNEC-də Xalq yazıçısı İsmayıl Şıxlının yubileyinə həsr olunan tədbir
19 Noyabr 19:57
Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar Bakıya gələn qonaqlar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olublar
19 Noyabr 19:41
Hikmət Şikarov: Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvədir
19 Noyabr 19:38
Hərbi ekspert: Azərbaycan Ordusunun Naxçıvan istiqamətində əldə etdiyi uğurlar erməniləri ciddi narahat edir
19 Noyabr 19:33
Çin Azərbaycanın nəqliyyat infrastrukturundan istifadə ilə bağlı müzakirələr aparıb
19 Noyabr 19:19
Azərbaycanın və Qazaxıstanın Baş nazirləri Aktauda iki ölkə arasında fiber-optik rabitə xəttinin təməlqoyma mərasimində iştirak ediblər
19 Noyabr 17:28
YAP Pirallahı rayon təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirildi
19 Noyabr 17:27
Vüqar Rəhimzadə: Saxta arayış və vəsiqə ilə soydaşlarımızı aldatmış Müsavat və AXCP rəhbərliyi dələduzluğa görə məsuliyyətə cəlb edilməlidir
19 Noyabr 17:24
Aloha Nunyez: Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının prinsiplərinin daha səmərəli şəkildə həyata keçiriləcəyinə əminəm
19 Noyabr 17:20
Naxçıvanda sosial qayğıya ehtiyacı olan məktəbli uşaqlara qış geyimləri verilib
19 Noyabr 17:11
İyirmi dörd yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun yenidən qurulmasına ilkin olaraq 5 milyon manat ayrılıb - SƏRƏNCAM
19 Noyabr 16:53
Haaqada “İstanbul prosesi”nin 7-ci iclasında Azərbaycandakı dini tolerantlıqdan və multikulturalizm siyasətindən danışılıb
19 Noyabr 16:49
Rusiyanın Novqorod vilayəti və Azərbaycanın Şəki rayonu arasında əməkdaşlıq memorandumu imzalanıb
19 Noyabr 16:33
GUAM XİN-in rəsmiləri Kiyevə toplaşır
19 Noyabr 16:28
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ağdam rayonunda vətəndaşları qəbul edib
19 Noyabr 16:07
Sədaqət Vəliyeva: 650 min ağacın əkilməsi təşəbbüsü ekologiyanın sağlamlaşdırılmasına daha bir sanballı töhfə olacaq
19 Noyabr 15:26
BƏƏ, Hindistan və Çin turoperatorları ilə əlaqələr genişləndirilir
19 Noyabr 15:05
“Türkiyə” qəzeti: Mehriban Əliyeva Avropa və dünyada genişmiqyaslı mədəni və sosial layihələrə verdiyi dəstəklə böyük nüfuz qazanıb
19 Noyabr 14:58
Qanunsuz hərəkətlərə yol verən vəzifəli şəxsin 7 milyonluq əmlakına həbs qoyulub
19 Noyabr 14:40
BSU-da “Nəsimi ili”: Çün Nəsimi əyyamın sultanıdır, dövr onun, dövran onun dövranıdır
19 Noyabr 14:39
Xarici ölkələrin səfirliyində çalışan şəxsin vergi öhdəliyi
19 Noyabr 14:23
Hala Tavil: Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə təşkilatın daha da güclənəcəyinə inanıram
19 Noyabr 14:17
Şəki Xan Sarayı ilə tanışlıq tur-aksiya iştirakçılarında böyük maraq doğurub
19 Noyabr 14:10
Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi UNESKO-da qeyd ediləcək
19 Noyabr 14:06
AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub
19 Noyabr 14:03
UNESKO-nun Baç Konfransı çərçivəsində Mədəniyyət nazirlərinin forumu keçirilib
19 Noyabr 13:59
Bakıda III “Beynəlxalq dərgi Qara dəniz sosial elmlər simpoziumu” keçirilir
19 Noyabr 13:16
Yeni Azərbaycan Partiyasının İcra Katibliyində partiyanın yaradılmasının 27-ci ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib
19 Noyabr 13:12
Siyavuş Novruzov: Yeni Azərbaycan Partiyasının yaradılması tarixi hadisədir
19 Noyabr 13:01
Həssas qruplardan olan uşaqlar hər cür qayğı ilə əhatə olunublar
19 Noyabr 12:33
“Jewish Journal” nəşrində Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun abidəsinin açılışı barədə məqalə dərc edilib
19 Noyabr 12:23
Salim Əl-Malik: Azərbaycanın İSESKO ilə münasibətlərinin zəngin tarixi var
19 Noyabr 12:22
MDBMİ-də Azərbaycan həftəsi açılıb
19 Noyabr 12:13
Milli Məclisin növbəti plenar iclası keçirilir
19 Noyabr 12:10
Milli Məclis Sədrinin rəhbərliyi ilə parlament nümayəndə heyəti Sankt-Peterburqda səfərdə olacaq
19 Noyabr 12:08
Maliyyə Bazarlarına Nəzarət Palatası “Sinqapur Fintech Festival x Switch” tədbirində iştirak edib
19 Noyabr 12:04
Sumqayıt şəhəri 70 illik yubileyini qeyd edir
19 Noyabr 12:02
Azərbaycan Mədəniyyət naziri Kuba və Bəhreyndən olan həmkarları ilə görüşüb
19 Noyabr 11:28
Ölkəmiz “Jazz Across Borders” Beynəlxalq Caz Forumunda təmsil olunub
19 Noyabr 11:07
Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri Los-Ancelesdə Amerika Yəhudi Komitəsnin və Sinay Sinaqoqunun rəhbərliyi ilə görüşlər keçirib
19 Noyabr 10:56
Amerikalı din xadimi Azərbaycan İlahiyyat İnstitutunda olub
19 Noyabr 10:53
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alan xarici kursantların sayı hər il artır
19 Noyabr 10:47
“The Press Herald” erməni separatçılarının Amerika tərəfindən qəbul edilməməsini çağıran məqalə yayıb
19 Noyabr 10:41
Fransa portalı dünya dini liderlərinin II Bakı Sammitindən yazıb
19 Noyabr 10:39
Bu gün “Avro 2020”-nin seçmə mərhələsinə yekun vurulacaq
19 Noyabr 10:33
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub
19 Noyabr 10:17
Prezident İlham Əliyev: Qafqazda təhlükəsizliyin daha da möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün Rusiya-Azərbaycan münasibətləri həlledici rol oynayır
19 Noyabr 10:15
Bakıda “Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” mövzusunda II forum keçirilib
19 Noyabr 10:13
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi ikinci oxunuşda müzakirə olunub
19 Noyabr 10:11
Erməni yalanlarının beynəlxalq miqyasda ifşa edilməsi istiqamətində növbəti addım
19 Noyabr 10:10
Cəlil Məmmədquluzadə nəslinin davamçıları ilk dəfə Azərbaycana gəliblər
19 Noyabr 10:08
Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılmış qeyri-qanuni rejimin “rəhbər”i Bako Saakyanın Belçika Krallığına “dilənçilik turnesi” uğursuz olub
19 Noyabr 10:05
Radikal müxalifət düşərgəsi partiyalarının “mühacir biznesi”nin detalları açıqlanır
19 Noyabr 10:03
Ermənistanda faşizmin təbliğ olunması bütün bəşəriyyət üçün təhlükə mənbəyidir
19 Noyabr 10:01
Şəhid Elgün İsmayılovun mənalı ömür yolu gənclərə örnəkdir
18 Noyabr 22:19
İspaniya Dövlət Televiziyasında yayımlanmış “Medina” verilişinin növbəti buraxılışı Azərbaycana həsr olunub
18 Noyabr 21:36
UNESKO-da Qoşulmama Hərəkatına üzv ölkələr qrupuna sədrlik Azərbaycana keçib
18 Noyabr 21:31
Türkiyənin Diyanət İşləri Sədri Əli Erbaş: Naxçıvanla tanışlıq məndə böyük məmnunluq hissi doğurdu
18 Noyabr 21:25
Ədliyyə Nazirliyi ağacəkmə kampaniyasına başlayıb
18 Noyabr 21:04
Vergilər nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA