Ana səhifə »  Müsahibə »  Anti-Azərbaycan dairələrin ölkəmizə qarşı qarayaxma kampaniyası iflasa məhkumdur
A+   Yenilə  A-
Anti-Azərbaycan dairələrin ölkəmizə qarşı qarayaxma kampaniyası iflasa məhkumdur

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyev www.yap.org.az saytına müsahibə verib:
- Ağalar müəllim, dinamik inkişaf yolunda əmin addımlarla irəliləyən Azərbaycanın sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətlərin əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Azərbaycan mütərəqqi və nümunəvi inkişaf modeli yaradıb. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər nəticəsində Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib, ölkəmizin iqtisadi, siyasi, hərbi gücü artıb. Təsadüfi deyil ki, Azərbaycan çoxəsrlik tarixində heç vaxt indiki qədər qüdrətli olmayıb. Son 15 ildə bütün sahələrdə qazanılmış möhtəşəm uğurlar müstəqil Azərbaycanın inkişaf yolunda inamla irəlilədiyini göstərir. Həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticəsi kimi, ötən illər ərzində ölkəmizin valyuta ehtiyatları artıb, müxtəlif sahələri əhatə edən layihələr uğurla reallaşdırılıb, islahatlar davam etdirilib. İqtisadiyyatın diversifikasiyasına nail olmaq üçün həyata keçirilən tədbirlər və əldə edilən nailiyyətlər yeni inkişaf perspektivlərinin meydana çıxmasını şərtləndirib. 2004-cü ildən etibarən bütün dünya üzrə ÜDM istehsalının artımında rekord göstərici 3,3 dəfə olmaqla məhz Azərbaycanda qeydə alınıb. Bəhs olunan dövrdə respublikamıza 250 milyard dollar sərmayə yönəldilib, ölkəmizin sənaye potensialı 2,6 dəfə, valyuta ehtiyatları 24 dəfə artıb və bu gün 45 milyard dollar təşkil edir. Ölkəmizin inkişaf göstəriciləri müxtəlif beynəlxalq reytinq institutları tərəfindən də yüksək qiymətləndirilir. Dünyada maliyyə-iqtisadi böhranın olduğu şəraitdə Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafının təmin edilməsi, nəzərdə tutulan bütün proqramların, o cümlədən infrastruktur layihələrinin müvəffəqiyyətlə icra olunması təqdirəlayiq hal olaraq dəyərləndirilir.
Ötən müddət ərzində ölkəmizdə həmçinin uğurlu sosial siyasət həyata keçirilib, əhalinin sosial müdafiəsi gücləndirilib, insanların rifahı daha da yaxşılaşıb. Son 15 ildə ölkəmizdə əməkhaqları 7 dəfə, eləcə də minimum əməkhaqları 6,5 dəfə artırılıb. Prezident İlham Əliyevin “Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” 8 fevral 2019-cu il tarixli Sərəncamı ilə minimum əməkhaqqının artırılması respublikamızda əhalinin rifah səviyyəsinin yaxşılaşdırılması istiqamətində növbəti mühüm addımdır. Sərəncama əsasən, Azərbaycanda minimum əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 50 manat artırılaraq 130 manatdan 180 manata çatdırılır. Ümumiyyətlə, Prezident İlham Əliyevin fəaliyyətinin əsasında duran ali məqsəd - prioritet istiqamət vətəndaşların rifah halının yaxşılaşdırılması, iqtisadi inkişafın güclü sosial siyasətlə tamamlanmasıdır. Hələ 2003-cü ildə “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən Azərbaycan Prezidenti cənab İlham Əliyev verdiyi bütün vədlərə əməl edərək xalqın rifah halının yaxşılaşmasına, dövlətimizin qüdrətinin artmasına nail oldu, ölkəmizin qarşısında yeni inkişaf üfüqləri açıldı. İndi Azərbaycanın perspektivi parlaq - gələcəyi işıqlıdır, xalqın sabaha inamı güclüdür, ölkəmiz, qeyd etdiyimiz kimi, inkişaf yolunda gələcəyə doğru əmin addımlarla irəliləyir.
- Müstəqil siyasət həyata keçirən və yüksək beynəlxalq nüfuza malik olan Azərbaycana qarşı müəyyən qərəzli dairələr, ermənipərəst qüvvələr tərəfindən qarayaxma kampaniyası aparılır. Bu qərəzli kampaniyanın arxasında duran səbəblər nədən ibarətdir?
- Ölkəmizin dinamik inkişafını, müstəqil və prinsipial siyasət həyata keçirməsini, milli maraqlarını qorumasını həzm edə bilməyən müəyyən qərəzli mərkəzlər var. Bunlar ermənipərəst mövqedən çıxış edən anti-Azərbaycan dairələrdir. Həmin qüvvələr Azərbaycan əleyhinə çirkin təbliğat, yəni qarayaxma kampaniyası apararaq yanlış ictimai rəy formalaşdırmağa çalışırlar. Bu məqsədlə müxtəlif təşkilatların, transmilli media qurumlarının xidmətlərindən istifadə edərək Azərbaycana təzyiq göstərməyə cəhd edirlər. Bu mənada, son olaraq “Freedom House” adlı təşkilatın hazırladığı “Dünyada Azadlıq 2019” adlı qərəzli və qeyri-obyektiv “hesabat”da Azərbaycanla bağlı əsassız iddiaların, yalan və böhtan xarakterli məlumatların əks olunması ölkəmizə qarşı qarayaxma kampaniyasının tərkib hissəsidir. Bütün azadlıqların təmin edildiyi, demokratik təsisatların mövcud olduğu Azərbaycanın tənqid obyektinə çevrilməsi, işğalçı, anti-demokratik, insan hüquq və azadlıqlarının məhdudlaşdırıldığı Ermənistanın isə “qismən azad” ölkə kimi təqdim edilməsi həm paradoksaldır, həm də “hesabat”ın subyektiv məqamlara söykəndiyini, reallıqları əks etdirmədiyini göstərir. Əslində, “Freedom House” kimi konkret dairələrin sifarişlərini yerinə yetirən təşkilatlar faktiki olaraq ermənipərəst mövqedən çıxış edirlər, Azərbaycan kimi müstəqil siyasət həyata keçirən dövlətləri hədəfə alırlar.
Ölkəmizə qarşı qarayaxma kampaniyasının aparılmasının səbəblərindən biri də Azərbaycanın prinsipial xarici siyasət həyata keçirərək öz milli mənafeyini qətiyyətlə müdafiə etməsidir. Bilirsiniz ki, Azərbaycanın yaratdığı yeni reallıqlar Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə tam zəmin formalaşdırıb. Digər tərəfdən, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə uğurla çatdırılır, erməni lobbisinin “qara piar” kampaniyası iflasa uğradılır. Bununla yanaşı, Azərbaycanın iqtisadi, siyasi və hərbi qüdrəti artdığı halda, Ermənistanın regionda təcrid vəziyyəti dərinləşir, işğalçı ölkədə sosial-iqtisadi tənəzzül və ictimai-siyasi gərginlik davam edir. Bu ölkənin baş naziri Nikol Paşinyan ötən müddət ərzində sosial-iqtisadi və siyasi problemlərin həlli istiqamətində heç bir uğurlu addım ata bilməyib, iqtisadiyyatın inkişaf etdirilməsi ilə bağlı hər hansı plan irəli sürməyib. Təbii ki, bütün bu hallar Ermənistanın yeni siyasi xaosa sürükləndiyini göstərir. Elə bu ölkə mediası da ekspertlərə istinadən yazır ki, Ermənistanda qarşıdakı dövrdə siyasi, iqtisadi böhran dərinləşəcək. Çünki bu ölkə sosial-iqtisadi problemləri aradan qaldırmaq üçün kifayət qədər gücə malik deyil, dərin tənəzzül hakimiyyətlə xalq arasında ciddi qarşıdurmaya zəmin yaradıb. Əlbəttə, bütün bunlar anti-Azərbaycan, ermənipərəst qüvvələr tərəfindən ciddi narahatlıqla qarşılanır. Ona görə də həmin dairələr, qeyd etdiyimiz kimi, Azərbaycana qarşı qarayaxma kampaniyası aparırlar. Əlbəttə, anti-Azərbaycan dairələrin ölkəmizə qarşı qarayaxma kampaniyası iflasa məhkumdur, heç bir nəticə verməyəcək.
- Anti-Azərbaycan dairələrin sifarişlərini yerinə yetirən radikal müxalifət dağıdıcı çağırışlar səsləndirir, ictimai rəyi manipulyasiyaya məruz qoymağa çalışır. Bu barədə nə deyə bilərsiniz?
- Azərbaycanın sabitlik adası adlandırılması təsadüfi xarakter daşımır. Ölkəmizdə möhkəm təməllərə söykənən ictimai-siyasi sabitlik mövcuddur, müxtəlif xalqların nümayəndələri dinc şəraitdə və mehriban şəkildə yaşayırlar. Azərbaycan dünyaya nümunəvi tolerantlıq modeli təqdim edib, cəmiyyətimizdə multikultural ənənələr və dəyərlər hökm sürür. Ölkəmizin nüfuzlu beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsi də Azərbaycanın müsbət imici, ölkəmizdəki dinamik inkişaf və ictimai-siyasi sabitliklə əlaqədardır.
Əfsuslar olsun ki, anti-Azərbaycan dairələrin göstərişləri əsasında hərəkət edən “beşinci kolon” nümayəndələri, yəni ölkəmizdəki antimilli ünsürlər bu sabitliyin pozulmasının tərəfdarı kimi çıxış edirlər. Azərbaycan cəmiyyətinə yeni, faydalı və konstruktiv heç bir ideya təqdim edə bilməyən radikal müxalifət konkret olaraq Azərbaycan əleyhinə məkrli planların tərkib hissəsi kimi çıxış edir. Sosial şəbəkələr vasitəsilə Azərbaycan xalqına təhqirlər ünvanlayan, ictimai rəyi çaşdırmağa çalışan antimilli ünsürlər həmçinin zaman-zaman “mitinq” şouları vasitəsilə ictimai asayişi pozmağa çalışırlar.
Azərbaycan xalqı bu dağıdıcı ünsürlərin ermənipərəst qüvvələrlə sinxron hərəkət etdiyini və anti-Azərbaycan dairələrin sifarişlərini yerinə yetirdiyini yaxşı bilir. Ona görə də Azərbaycan ictimaiyyəti radikal müxalifətin milli maraqlara zidd mövqeyini və təxribatçı hərəkətlərini qınayır, ciddi etiraz və narazılıqla qarşılayır.

 
  • Oxunub:  4020  |  
  • Tarix:  14-02-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əli Əhmədov: Əli İnsanov əvvəlki səhvinin mənəvi yükünü nəinki dərk edir, hətta onu yenidən etməyə hazırdır

24 Mart 11:55
Xarici işlər naziri Elmar Məmmədyarov Paraqvaya rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirib
24 Mart 11:51
Doqquz rayondan olan 360 məktəbli şimal-qərb bölgəsinə ekskursiya çərçivəsində Qəbələyə gəlib
24 Mart 11:47
Tur-aksiya iştirakçılarının Lənkərana ekskursiyası Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan başlayıb
24 Mart 11:40
Naxçıvan məktəbliləri İçərişəhərlə tanış olublar
24 Mart 11:35
Özbəkistanda keçirilən festivalda azərbaycanlı dizaynerin “Novruz” kolleksiyası nümayiş etdirilib
24 Mart 11:29
Qardaşlaşmış Xırdalan və Cocuq Mərcanlı məktəblərinin Novruz görüşü
24 Mart 11:24
Bakılı məktəblilər Naxçıvan şəhərindəki tarixi, mədəni və təhsil müəssisələri ilə tanış olublar
24 Mart 11:21
Ankarada birinci Türk Dünyası Qurultayı təşkil olunub
24 Mart 11:15
Uruqvayın xarici işlər naziri: Azərbaycanla münasibətləri gələcəkdə daha da dərinləşdirmək niyyətindəyik
23 Mart 17:13
Azərbaycan hərbçiləri Pakistanın Milli Gününə həsr olunmuş hərbi paradda iştirak ediblər
23 Mart 16:34
Azərbaycan ilə Uruqvay arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
23 Mart 16:20
İki ayda Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatları 60 milyon dollara çatıb
23 Mart 15:58
Hedva Ser: UNESCO-da “Yeddi gözəl” muğam konserti möhtəşəm oldu
23 Mart 13:49
Cenevrədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatında Beynəlxalq Novruz Günü qeyd edilib
23 Mart 13:41
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Novruz şənliyi təşkil edilib
23 Mart 10:11
Meksika senatında Novruz bayramı təntənəsi
23 Mart 09:49
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsinə start verilir
23 Mart 09:43
Azərbaycanın müdafiə naziri Pakistanın Quru Qoşunları komandanı ilə görüşüb
23 Mart 09:34
Ann-Sofi Kopən: Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
23 Mart 09:32
Azərbaycan nümayəndələri Dünya Bankının Daşkənddə keçirilən iclasında iştirak ediblər
23 Mart 09:29
Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub
23 Mart 09:23
Nazirlik: Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara da gələn aydan Prezidentin təqaüdü veriləcək
23 Mart 09:17
İstanbulda İƏT-in Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçirilib
23 Mart 09:13
Prezident Arif Alvi: Pakistan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir
22 Mart 14:06
Azərbaycan və Argentina parlamentlərarası əlaqələrin daha da dərinləşdirilməsinə dair fikir mübadiləsi aparıb
22 Mart 13:59
Azərbaycan və Pakistan arasında hərblə bağlı sahələrdə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
22 Mart 13:53
"The Washington Times" Azərbaycanın iqtisadi-siyasi nailiyyətlərindən yazıb
22 Mart 13:48
Jan Dürinq: Qarabağ, xüsusən də Şuşa Azərbaycan musiqisinin beşiyidir
22 Mart 13:44
“Saat Meydanı” Kompleksi sakinlərin və turistlərin rahatlığına hesablanıb
22 Mart 13:40
BMT-də Beynəlxalq Novruz Günü qeyd olunub
22 Mart 13:34
Türkiyə KİV-ləri Prezident İlham Əliyevin Azərbaycan xalqına bayram təbrikini geniş işıqlandırıb
22 Mart 13:31
Azərbaycan və Ekvador arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür
21 Mart 17:46
Azərbaycan və Argentina arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
21 Mart 17:42
Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq davam edir
21 Mart 17:39
Mənəvi dəyərlərimizə böyük qayğı
21 Mart 17:35
Əli Həsənov: Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək
21 Mart 15:07
Doğma bulvarda Novruz...
21 Mart 14:09
İstanbulda türk xalqlarının təmsil olunduğu Novruz şənliyi keçirilib
21 Mart 14:07
Suraxanı rayonunda Novruz bayramı geniş qeyd edilir
21 Mart 14:02
Azərbaycan və İran dövlət sərhədində Novruz bayramı münasibətilə tədbir təşkil olunub
21 Mart 13:53
Meksikada Novruz bayramı və Azərbaycan Mədəniyyəti Günü qeyd olunub
21 Mart 13:49
21 mart - Beynəlxalq Meşələr və Ağaclar Günüdür
21 Mart 13:43
Azərbaycan komandası Xüsusi Yay Olimpiya Oyunlarında möhtəşəm qələbə qazanıb
21 Mart 13:38
Paytaxtımızda Novruz bayramı böyük təntənə ilə qeyd edilir
21 Mart 13:30
UNESCO-nun baş qərargahında Alim Qasımovun “Yeddi gözəl” muğam konserti olub
21 Mart 13:24
Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib
21 Mart 10:16
Qırxa yaxın ölkənin iştirak etdiyi sərgidə XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyi öz stendi ilə təmsil olunub
21 Mart 10:12
“Avro 2020”: Bu gün Azərbaycan millisi ilk oyununa çıxacaq
21 Mart 10:09
Azərbaycan və Xorvatiya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə edilib
21 Mart 10:03
Elmar Məmmədyarov: Ermənistanın hərbi işğalına son qoyulacağı təqdirdə, Azərbaycan Cənub-Cənub əməkdaşlığına daha fəal töhfə verə biləcək
21 Mart 09:58
Azərbaycana yaz gəldi…
20 Mart 17:30
Müdafiə Nazirliyinin rəhbərliyi Novruz bayramı münasibətilə hərbi hospitalda olub
20 Mart 16:09
Gürcüstan Prezidenti Salome Zurabişvili Qardabanidə azərbaycanlıların Novruz şənliklərinə qatılıb
20 Mart 16:00
Prezidentin Mətbuat Xidmətinin məlumatı
20 Mart 15:36
Azərbaycan Ordusunun nümayəndələri Pakistanın Milli Gününə həsr olunmuş paradda iştirak edəcəklər
20 Mart 15:25
Prezidentin Mətbuat Xidmətinin məlumatı
20 Mart 14:41
Novruz bayramı muxtar respublikamızda yüksək əhval-ruhiyyə ilə qeyd edilib
20 Mart 14:32
Azərbaycan ilə Çili arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün geniş potensial var
20 Mart 14:29
20 mart – Ümumdünya Yer Kürəsi Günüdür
20 Mart 14:24
Bayram konserti əsgər və zabitlərdə xoş əhval-ruhiyyə yaradıb
20 Mart 14:19
Hikmət Hacıyev: Azərbaycanın işğal edilmiş torpaqları azad olunmalı, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdırlar
20 Mart 11:51
İsveçrədə Novruz bayramı sevinci yaşanıb
20 Mart 11:49
Prezident: Bizim beynəlxalq mövqelərimiz möhkəmlənir
20 Mart 11:45
“İdman – sağlamlıq, dostluq, birlik...” mövzusunda keçiriləcək rəsm müsabiqəsinin təqdimatı olub
20 Mart 11:43
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20 Mart 11:40
“Azərxalça”nın filiallarında Novruz şənlikləri keçirilib
20 Mart 11:37
Prezident: Cənub Qaz Dəhlizinin icrası ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcək
20 Mart 11:36
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20 Mart 11:34
Novruz bayramı - ortaq mənəvi dəyər kimi
20 Mart 11:33
Prezident İlham Əliyev: Bu gün Azərbaycan islahatların yeni mərhələsinə qədəm qoyub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA