Ana səhifə »  Müsahibə »  Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir
A+   Yenilə  A-
Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının keçmiş baş katibi, “İdman Bütövlüyü üzrə Qlobal Alyans”ın vitse-prezidenti Ramil Həsən www.yap.org.az saytına müsahibə verib:
- Ramil müəllim, milli maraqlara əsaslanan xarici siyasət həyata keçirən Azərbaycanın beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir, nüfuzu daha da artır. Bu barədə nə deyə bilərsiniz?
- Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu praqmatik və milli maraqlara əsaslanan xarici siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu strateji kurs konseptual əsaslara söykənir, Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsini və beynəlxalq nüfuzunun artmasını təmin edir.
Azərbaycanın xarici siyasət kursunun ən mühüm prioriteti Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həll olunmasıdır. Ölkəmiz bu istiqamətdə qətiyyətli mövqe nümayiş etdirir. Bununla yanaşı, Prezident İlham Əliyev Azərbaycanın sülhə hazır və mehriban qonşuluq tərəfdarı olduğunu bəyan edib. Amma bu, Azərbaycanın uzun müddət işğala göz yumacağı, mövcud status-kvonu qəbul edəcəyi mənasına gəlmir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan dövləti və xalqı heç vaxt işğalla barışmayacaq. Qeyd etdiyim kimi, Azərbaycan praqmatik xarici siyasətini davam etdirərək milli maraqların təmin edilməsinə nail olur, eyni zamanda, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş imicini daha da gücləndirir. Ölkəmizin regionda yaratdığı yeni reallıqlar Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə tam zəmin formalaşdırıb. Bununla yanaşı, Azərbaycan istənilən yolla öz ərazi bütövlüyünü bərpa etmək iqtidarındadır.
Prezident İlham Əliyev Real televiziyasına müsahibəsində Azərbaycanın xarici siyasət kursu ilə bağlı mühüm fikirlər səsləndirdi. Dövlətimizin başçısı ölkəmizin yüksək beynəlxalq nüfuza malik olduğunu bir daha diqqətə çatdırdı. Şübhəsiz ki, Azərbaycanın BMT, Avropa Şurası, ATƏT, İƏT, Türk Şurası kimi beynəlxalq təşkilatlarda uğurla təmsil olunması ölkəmizin yüksək nüfuzundan xəbər verir. Respublikamızın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olması da bunun əyani ifadəsidir. Digər tərəfdən, Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir ki, Azərbaycan vətəndaşları müxtəlif beynəlxalq təşkilatlarda yüksək vəzifələrdə təmsil olunurlar. Bu, ölkəmizə olan etimadın göstəricisidir.
Azərbaycanın təşəbbüsü və liderliyi ilə TAP, TANAP, Cənub Qaz Dəhlizi, BTC, BTQ kimi tarixi layihələr gerçəkləşdirilib. Bu layihələrə Çin, Qazaxıstan və digər Orta Asiya ölkələrinin qoşulmaq niyyətlərini ifadə etmələri Azərbaycanın beynəlxalq müsnasibətlər sistemində artan rolunun və etibarlı tərəfdaş kimi qəbul olunmasının ifadəsidir.
Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasətin bəhrələridir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) baş katibi vəzifəsində işləmiş şəxs kimi deyə bilərəm ki, həm türkdilli ölkələr səviyyəsində, həm regionda, həm də BMT və digər beynəlxalq qurumlar səviyyəsində Azərbaycan Prezidentinin şəxsinə böyük hörmət var. Bu da, şübhəsiz ki, ölkənin beynəlxalq imicinə müsbət təsir göstərir. Şəxsi münasibətlər və liderlik keyfiyyətləri xarici siyasətdə və dövlətlərarası münasibətlərdə unikal rol oynayır. Prezident İlham Əliyevin Türkiyə, Rusiya, Qazaxıstan, Belarus və digər ölkələrin liderləri ilə şəxsi dostluq münasibətləri dövlətlərimiz arasında əlaqələrin inkişafına böyük töhfə verir.
- Azərbaycanın dünyada yüksək nüfuzunun göstəricilərindən biri ölkəmizin beynəlxalq təşkilatlarda uğurla təmsil olunması, respublikamıza etimadın ifadə edilməsidir. Bu baxımdan, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün Bakı şəhərində keçirilməsini, həmçinin 2019-2022-ci illərdə təşkilata sədrliyin Azərbaycana həvalə edilməsini necə dəyərləndirirsiniz?
- Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməsi böyük əhəmiyyətə malikdir. Bilirsiniz ki, ölkəmiz 2011-ci ildə bu təşkilata üzv olub və Qoşulmama Hərəkatının Zirvə toplantısının Bakıda keçirilməsi haqqında qərar 2016-cı ildə qəbul olunub. Daha dəqiq desək, 2016-cı ilin sentyabrında Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının XVII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illərdə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdilliklə qərar qəbul olunması respublikamızın artan nüfuzunun göstəricisidir.
Bu təşkilat üzvləri bloklara qoşulmayan, öz ərazisində xarici hərbi baza yerləşdirməyən, beynəlxalq münasibətlər sistemində mövcud olan konfliktlərin sülh yolu ilə həll olunmasına dair mövqe ortaya qoyan bir hərəkatdır. Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün Bakı şəhərində keçirilməsi ölkəmizə mühüm dividendlər gətirəcək. Ümumiyyətlə, nüfuzlu beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi regional və beynəlxalq təhlükəsizlik, əməkdaşlıq baxımından xüsusi önəm kəsb edir. Qoşulmama Hərəkatına sədrlik də Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini gücləndirməsi, ikitərəfli və çoxtərəfli münasibətlərini inkişaf etdirməsi baxımından çox əhəmiyyətlidir.
- Ramil müəllim, bu il həmçinin Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasının 10 illik yubileyi ərəfəsində təşkilatın zirvə toplantısına ev sahibliyi edəcək. Bununla bağlı nə söyləmək olar?
- Bilirsiniz ki, Türk Şurası türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Azərbaycanın qədim şəhərlərindən biri olan Naxçıvanda keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir. Təsadüfi deyil ki, 2019-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Dövlət Başçılarının Zirvə görüşü Azərbaycanda keçiriləcək. Qeyd etmək istərdim ki, 2013-cü ildə Dövlət Başçılarının Zirvə görüşü Qəbələ şəhərində keçirilib. Bu da Azərbaycanın türkdilli dövlətlər arasında nə qədər inamlı və əvəzsiz körpü rolu oynadığının bariz nümunələrindən biri kimi göstərilə bilər. Ortaq tarix, ortaq dil, ortaq kimlik və ortaq mədəniyyət kimi dörd əsas sütun üzərində qurulmuş olan Türk Şurası özünü bu ümumiliklərlə məhdudlaşdırmır. Daha doğrusu, təşkilat üzv dövlətlər arasında iqtisadiyyat, elm, təhsil, nəqliyyat, gömrük, turizm və digər müxtəlif sahələr kimi mövcud ikitərəfli əməkdaşlıq sahələrini genişləndirərək regiona fayda verməsi üçün çoxtərəfli əməkdaşlığa çevrilmək niyyəti daşıyır. Təşkilat, eyni zamanda, tarixi İpək Yolunun bərpası, regional türk diasporu mərkəzlərinin qurulması kimi əhəmiyyətli mövzularda önəmli qərarlar qəbul etmişdir.
Qeyd etdiyim kimi, bu il Türk Şurasının 10 illik yubileyidir. Ona görə də bu zirvə toplantısının xüsusi əhəmiyyəti var. Təşkilatın həm 10 illik yubileyi, həm də zirvə toplantısı yeniliklərə səhnə olacaq. Türk Şurasının ötən sammitində Özbəkistan iştirak edib. Budəfəki zirvə toplantısında bütün türk dövlətlərinin iştirakı tarixi anlara şahidlik etmək baxımından xüsusi əhəmiyyətə malik olar.
Azərbaycan türk dövlətləri arasında daim əlaqələndirici rol oynayır. Bu həm coğrafi mövqeyimizə, həm tarixi-mədəni köklərimizə, həm də körpü rolunda çıxış etməyimizə görədir. Azərbaycan dili türk dilləri sırasında ləhcə və dialekt yaxınlığına görə həm Anadolu, həm də Orta Asiya türklərinin başa düşdüyü dildir. Bütövlükdə, türk dövlətlərinin iqtisadi, siyasi, mədəni, humanitar sahələrdə əməkdaşlığı və çoxtərəfli münasibətlərinin güclənməsi başqa dövlətlərə qarşı yönəlməyib. Türkdilli ölkələr arasında siyasi və iqtisadi əməkdaşlıq dövlətlərimizin milli maraqlarına əsaslanır və yüksələn xətlə inkişaf edir.
- Tolerantlıq nümunəsi olan Azərbaycan həm də beynəlxalq əməkdaşlıq məkanına çevrilib. Mötəbər beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi nəyin ifadəsidir?
- Doğrudur, Cənubi Qafqazın lider dövləti olan Azərbaycan həm də beynəlxalq dialoq və əməkdaşlıq məkanıdır. Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, Dini Liderlərin Zirvə toplantısı, Qlobal Bakı Forumu və digər tədbirlər məhz Azərbaycanda keçirilir. Yəni ölkəmiz nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edir, Azərbaycanda qlobal əhəmiyyətli məsələlər müzakirə predmetinə çevrilir. Bu, hər şeydən əvvəl, Azərbaycana və Azərbaycan Prezidentinə olan yüksək inam və etimadın göstəricisidir. Bu etimad Prezident İlham Əliyevin rəhbərliyi ilə uzun illər ərzində həyata keçirilən uğurlu strateji xəttin real nəticəsidir.
Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsini şərtləndirən mühüm amillərdən biri ölkəmizdə etibarlı sabitlik və təhlükəsizlik mühitinin mövcud olmasıdır. Tolerantlıq nümunəsi olan ölkəmizdə müxtəlif dinlərin və xalqların nümayəndələri sülh, əmin-amanlıq və mehribanlıq şəraitində yaşayırlar, ölkəmiz dünyada sabitlik adası kimi tanınır. Ölkəmizdə beynəlxalq səviyyəli siyasi, iqtisadi, humanitar, mədəni tədbirlərin keçirilməsi artıq ənənə halını alıb. O cümlədən mötəbər beynəlxalq idman tədbirlərinin Azərbaycanda keçirilməsi mühüm göstəricidir. Digər tərəfdən, Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkə reallıqlarının təbliği baxımından da mühüm əhəmiyyətə malikdir.
- Azərbaycanın inkişafından və beynəlxalq mövqeyinin davamlı olaraq möhkəmlənməsindən ciddi narahatlıq keçirən anti-Azərbaycan dairələri və “beşinci kolon” nümayəndələri ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar. Bunun arxasında duran səbəblər nədir?
- Azərbaycan uğurla inkişaf edir, ölkəmizdə bütün sahələri əhatə edən məqsədyönlü islahatlar həyata keçirilir. Azərbaycanın dinamik inkişafı və əldə edilən nailiyyətlər beynəlxalq müstəvidə də yüksək qiymətləndirilir. Şübhəsiz ki, ölkəmizin inkişafı bəzi dairələr tərəfindən qısqanclıq və narahatlıqla qarşılanır. Onlar ölkəmizin əldə etdiyi uğurları həzm edə bilmirlər. Əlbəttə, antimilli mövqedə duran bu satqın qruplar qaragüruh dəstələrdir. Bu ünsürlər daxildə və xaricdə Azərbaycanın əleyhinə qarayaxma kampaniyası aparırlar.
Bütövlükdə, anti-Azərbaycan dairələr və antimilli ünsürlər ölkəmizin müsbət beynəlxalq imicinə kölgə salmağa çalışırlar. Müxtəlif xarici fondlar tərəfindən maliyyələşdirilən bu dəstələr konkret olaraq Azərbaycanın milli maraqlarına zidd mövqedən çıxış edirlər. Amma təbii ki, bütün bu cəhdlər faydasızdır və heç bir nəticə verməyəcək. Azərbaycanı öz inkişaf yolundan və müstəqil siyasətindən bu cür vasitələrlə döndərmək mümkun deyil. Azərbaycan özünün doğru yolu ilə inamla irəliləyir.

 
  • Oxunub:  10890  |  
  • Tarix:  01-03-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir

25 Yanvar 19:52
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru ADA Universitetində mühazirə oxuyub
25 Yanvar 19:45
Qafqaz Müsəlmanları İdarəsinin sədri “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları ilə görüşüb
25 Yanvar 17:32
Saatlıda “Pambıqçılıq 2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
25 Yanvar 17:27
Prezident İlham Əliyev Davos Forumunda Azərbaycanın yeni hökumətinin prioritetlərini açıqlayıb
25 Yanvar 17:17
Əli Əhmədov: Beynəlxalq İqtisadi Forum gündən günə inkişaf edən Azərbaycanın və onun iqtisadiyyatının dünyaya açılması üçün gözəl bir imkandır
25 Yanvar 17:11
Deputatlığa namizəd Fatma Yıldırım Bərdə rayonunda şəhid ailələrini ziyarət edib
25 Yanvar 16:37
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
25 Yanvar 16:31
İnanıram ki, seçicilər gələcəyin partiyası olan YAP-ın namizədlərinə səs verəcəklər
25 Yanvar 16:28
Deputatlığa namizəd Elnur Rəhimovun seçicilərlə növbəti görüşü keçirilib
25 Yanvar 16:24
Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatorunu təbrik edib
25 Yanvar 16:22
"Seçkilərin yüksək səviyyədə keçirilməsində məntəqə seçki komissiyaları böyük məsuliyyət daşıyırlar"
25 Yanvar 16:17
Yevlax gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulublar
25 Yanvar 16:15
Deputatlığa namizəd Səməd Seyidov Qazax rayonunda seçicilərlə görüşlər keçirib
25 Yanvar 16:03
Ermənistan işğal olunmuş ərazilərimizdəki abidələri “bərpa” etmək adı altında erməniləşdirmə siyasəti aparır - BƏYANAT
25 Yanvar 15:59
Deputatlığa namizəd Aqiyə Naxçıvanlı Oğuz rayonu Bucaq kəndində seçicilərlə görüşüb
25 Yanvar 15:54
Prezident İlham Əliyev Türkiyədəki azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi haqqında tapşırıq verib
25 Yanvar 15:25
Pakistan portalı Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı məqalə yayıb
25 Yanvar 15:16
Azərbaycan deputatları AŞPA-nın qış sessiyasında iştirak edəcəklər
25 Yanvar 15:12
Bütün seçiciləri daha güclü Azərbaycan naminə partiyamızın namizədlərinə səs verməyə çağırıram
25 Yanvar 15:03
Deputatlığa namizəd Fatma Yıldırım Bərdənin Şatırlı, İkinci Nazırlı, Kürdborakı, Hacılı, Birinci Qazaxlar kəndlərində seçicilərlə görüşüb
25 Yanvar 14:56
Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır”
25 Yanvar 14:22
Azərbaycan Ordusunda Həzi Aslanovun 110 illiyinə həsr olunan silsilə tədbirlər keçirilib
25 Yanvar 13:25
Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verib
25 Yanvar 11:47
YAP-ın 11 saylı Qaradağ seçki dairəsindən namizədi Aydın Hüseynovun Ələt qəsəbəsinin sakinləri ilə görüşü keçirilib
25 Yanvar 11:29
Nazirlər Kabinetində icbari sığorta sahəsində qarşıda duran vəzifələr müzakirə edilib
25 Yanvar 11:26
Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb
25 Yanvar 11:21
Dilarə Cəbrayılova: Azərbaycanın nüfuzlu Davos İqtisadi Forumu ilə fəal əməkdaşlığı ölkəmizin iqtisadi inkişafı üçün yeni imkanlar açıb
25 Yanvar 11:19
Fevralın 24-dən “Gənclər Paytaxtı 2020” müsabiqəsinin onlayn səsvermə mərhələsi start götürəcək
25 Yanvar 11:17
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Dünya İqtisadi Forumunda təmsil olunub
25 Yanvar 11:15
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ötən ilin yekunları müzakirə olunub
25 Yanvar 11:12
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samuxda və Göygöldə nümayəndəlikləri açılıb
25 Yanvar 11:09
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESKO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılacaq
25 Yanvar 10:14
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin açıqlaması
25 Yanvar 10:08
Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir
24 Yanvar 18:11
Dövlət Komitəsinin sədri Sabirabadda məcburi köçkünləri qəbul edib
24 Yanvar 18:09
Yeni Azərbaycan Partiyasının Gəncədən olan 4 namizədinin gənclərlə görüşü keçirilib
24 Yanvar 17:43
Deputatlığa namizəd Kamran Bayramov Şəmkirin Mehrili və Abbaslı kəndlərində seçicilərlə görüşüb
24 Yanvar 17:43
Türkiyəli professor: "Azərbaycanda seçici, media və dövlət arasında əlaqə düzgün qurulub"
24 Yanvar 17:40
YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Niyazi Tağıyev seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 17:36
Yuli Qusman: "Parlament seçkilərindən sonra da Azərbaycanın demokratik inkişafı davam edəcək"
24 Yanvar 17:28
Mariya Zaxarova: "Parlament seçkilərinin nəticələri dost Azərbaycan xalqının rifahının yaxşılaşmasına xidmət edəcək"
24 Yanvar 17:26
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində “Mədəniyyətlərin dialoqu xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirilir
24 Yanvar 17:19
Deputatlığa namizəd Ramil Həsən Ucarda seçicilərlə növbəti görüşlər keçirib
24 Yanvar 17:07
Energetika naziri Siyəzəndə, nazir müavinləri isə Qobustan və Cəlilabadda vətəndaşları qəbul ediblər
24 Yanvar 16:59
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 16:04
“YARAT”da yeni tamaşanın premyerası olacaq
24 Yanvar 15:57
Sabirabadlıların seçimi Əhliman Əmiraslanovdur
24 Yanvar 15:49
Heydər Əliyev Fondunun layihəsi olan “Balaca Şahzadə” növbəti dəfə repertuara salınıb
24 Yanvar 15:40
Deputatlığa namizəd Eldəniz Səlimov Xaçmazda seçicilərlə növbəti görüş keçirib
24 Yanvar 15:36
İmadəddin Nəsimiyə həsr olunmuş “Mənəm, mən...” tamaşası yenidən səhnədə
24 Yanvar 15:34
Seçicilər ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər
24 Yanvar 15:31
Bakı məktəblilərinin beynəlxalq yarışlarda əldə etdiyi uğurların sayı artmaqdadır
24 Yanvar 15:26
MSK-nın Şəkidə keçirdiyi regional seminarda seçki mübahisələrinin həllinə dair məsələlər müzakirə olunub
24 Yanvar 15:22
Gəncədə seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair regional müşavirə keçirilib
24 Yanvar 15:12
Ağdaşlılar YAP-ın namizədinə səs verəcəklər
24 Yanvar 14:51
YAP-ın namizədi Kamaləddin Qafarovun təhsil işçiləri ilə görüşü keçirilib
24 Yanvar 14:43
Deputatlığa namizəd Məşhur Məmmədov Masallı rayonu Xırmandalı kəndində seçicilərlə görüşüb
24 Yanvar 14:35
Fikrət Sadıqov: "Cəmiyyətdə seçkilərə maraq kifayət qədər yüksəkdir"
24 Yanvar 14:29
Yeni TV-də qonaq Yeni Azərbaycan Partiyasının 21 saylı Nəsimi ikinci seçki dairəsindən deputatlığa namizədi Məlahət İbrahimqızıdır (VİDEO)
24 Yanvar 14:20
Prezident İlham Əliyevin Davosda İsveçrənin Montrö şəhərinin meri ilə görüşü olub
24 Yanvar 14:15
Prezident İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb
24 Yanvar 14:08
Şöhrət Barlas: "Parlament seçkilərindən yalnız müsbət gözləntilərim var”
24 Yanvar 14:04
Azərbaycanda qar ehtiyatlarının toplanmasında azalma tendensiyası müşahidə olunur
24 Yanvar 13:58
Prezident İlham Əliyev Davos Forumunun tribunasından Azərbaycan reallıqlarını dünyaya çatdırır
24 Yanvar 13:54
İnanıram ki, 2020-ci il fevral ayının 9-da seçicilərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək
24 Yanvar 13:05
Elçin Əhmədov: Prezident İlham Əliyevin Davosdakı görüşləri Azərbaycanın yüksək beynəlxalq nüfuzunun əyani göstəricisidir
24 Yanvar 12:43
Deputatlığa namizəd Fatma Yıldırım növbəti görüşlərini Bərdə rayonunun mədəniyyət və səhiyyə işçiləri ilə keçirib
24 Yanvar 11:46
"Yeni parlamentdə Azərbaycanın daha da inkişafına töhfə verəcək insanların yer alacağına ümid edirəm"
24 Yanvar 11:29
Stefan Şennak: "Əminəm ki, Azərbaycanda parlament seçkiləri ədalət prinsipləri əsasında keçiriləcək"
24 Yanvar 11:15
Moldova MSK-sının və parlamentinin nümayəndələri Azərbaycanda seçkiləri izləyəcəklər

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA