Ana səhifə »  Müsahibə »  Xalqımız Prezident İlham Əliyevin apardığı siyasəti dəstəkləyir və öz gələcəyinə inamla baxır
A+   Yenilə  A-
Xalqımız Prezident İlham Əliyevin apardığı siyasəti dəstəkləyir və öz gələcəyinə inamla baxır

Milli Məclisin deputatı Nəsib Məhəməliyev www.yap.org.az saytına müsahibə verib:
- Nəsib müəllim, bu gün Azərbaycan dünyanın ən dinamik inkişaf edən dövlətlərindən biridir. Ölkəmizin keçdiyi uğurlu inkişaf yolu haqqında nə deyə bilərsiniz?
- Həqiqətən də, Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələr sırasındadır. Bu, artıq dünya birliyi, beynəlxalq maliyyə institutları tərəfindən təsdiq olunmuş faktdır. Bu inkişafın kökündə Ulu Öndər Heydər Əliyevin hərtərəfli düşünülmüş və əsasını qoyduğu dövlətçilik strategiyası dayanır. Ümummilli Liderin 1990-cı illərdə müəyyənləşdirdiyi bütün strateji hədəflər, cənab Prezidentin zamana uyğun olaraq atdığı taktiki addımlar nəticəsində bir çox ölkələrin yüzilliklər ərzində keçdiyi inkişaf yolunu Azərbaycan qısa bir zaman kəsiyində keçməklə bu inkişafa nail oldu. Gəlin faktlara müraciət edək.
İlk növbədə qeyd etmək yerinə düşər ki, həyata keçirilən BTC və digər neft-qaz kəmərləri, Şərqlə Qərbi birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu, tarixi İpək Yolunun bərpası, Ələt Ticarət limanının tikintisi, şimal-cənub dəmir yolunun birləşdirilməsi təbii olaraq Azərbaycan iqtisadiyyatının əsasını təşkil etməklə yanaşı, ölkəmizi beynəlxalq nəqliyyat qovşağına çevirmişdir.
Son 15 ildə ÜDM 3,3 dəfə artmışdır, ölkəyə 250 milyard dollar sərmayə qoyulmuşdur, valyuta ehtiyatları artaraq 45 milyard dollara çatmışdır, sənaye istehsalı 2,6 dəfə, maaşlar 7 dəfə, pensiyalar 9 dəfə artmışdır. 2 milyon yeni iş yeri yaradılmışdır. Azərbaycan bir çox ölkələrə, ələlxüsus da qardaş Türkiyəyə sərmayələr qoymuşdur. Bu da gələcəkdə Azərbaycana iqtisadi dividendlər gətirəcəkdir.
Hər bir azərbaycanlının qürur hissinə çevrilmiş, dünyanın ən güclü orduları siyahısına düşmüş ordumuz formalaşmışdır. Ordumuzun saxlanılmasına, texniki təchizatına, yeni silahların alınmasına ayrılan vəsait bütövlükdə düşmən ölkənin dövlət büdcəsindən çoxdur. Bu da, təbii olaraq, zərurətdən doğur.
Son illər Azərbaycanda, paytaxt Bakıda demək olar elə bir gün yoxdur ki, beynəlxalq tədbirlər, simpoziumlar, forumlar, idman yarışları keçirilməsin. Cənab Prezidentin apardığı aktiv xarici siyasət nəticəsində Bakı bir çox dövlətlərin, beynəlxalq təşkilatların dialoq apardığı məkana çevrilmişdir. Hətta dünya supergüclərinin danışıqlar aparmaq üçün Bakını seçməsi də ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir. Təsadüfi deyil ki, Azərbaycan keçmiş SSRİ respublikaları arasında Rusiyadan sonra BMT TŞ-nin qeyri-daimi üzvü seçilmiş və Təhlükəsizlik Şurasına sədrlik etmişdir.
2011-ci ildən üzvü olduğumuz Qoşulmama Hərəkatına 2019-2022-ci illərdə ölkəmiz sədrlik edəcəkdir. Bu təşkilat özündə 120 dövləti birləşdirərək BMT-dən sonra dünyanın ən böyük təşkilatı hesab olunur. İƏT, AŞ, Aİ-Şərq Tərəfdaşlığı proqramı çərçivəsində, MDB, GUAM və digər təşkilatlarla aparılan fəal siyasət Azərbaycanı nəinki regionda, eyni zamanda, bütün dünyada etibarlı tərəfdaş kimi tanıtmışdır.
Bütövlükdə cəmiyyətimizin elə bir sahəsi yoxdur ki, orada güclü inkişaf olmasın. Bütün bunların kökündə yalnız bir amil durur: Prezident cənab İlham Əliyevin yaratdığı sabitlik və Onun apardığı hərtərəfli düşünülmüş dövlətçilik siyasəti.
- Məlum olduğu kimi, ölkəmizdə bütün sahələr üzrə mühüm islahatlar həyata keçirilir. Həmçinin dövlət başçısı tərəfindən əhalinin sosial rifahının daha da yüksəldilməsi istiqamətində önəmli qərarlar qəbul edilir...
- Mən artıq qeyd etdim ki, ölkəmizdə bütün sahələr üzrə islahatlar aparılır. Bu islahatlar daima aparılır və aparılacaqdır. Ötən il aprel ayında keçirilən prezident seçkilərindən sonra islahatlar daha da intensiv xarakter almışdır. Dövlət başçısı islahatların hansı istiqamətdə aparılacağı barədə sistemli şəkildə keçirdiyi Nazirlər Kabinetinin geniş iclaslarında bəyan edir və onların icrasına nail olur. Özünün də dəfələrlə qeyd etdiyi kimi, islahatlar islahat xatirinə deyil, ancaq və ancaq Azərbaycan vətəndaşının rifah halının yaxşılaşmasına xidmət etməlidir. Buna görə də cənab Prezidentin apardığı sosial siyasətin kökündə insan amili durur.
Qeyd etmək istərdim ki, SSRİ dağıldıqdan sonra Azərbaycan bir çox çətinliklərlə üzləşdi. Ərazilərimizin itirilməsi, əhalinin 1 milyonunun qaçqın, məcburi köçkün vəziyyətinə düşməsi, müharibə, çoxlu şəhid ailələrinin, əlillərin mövcudluğu, daxili hərc-mərclik, pensiyaların, təqaüdlərin verilməməsi - bütün bunlar AXC-”Müsavat” cütlüyündən qalmış xoşagəlməz miras idi.
Ölkəmizin iqtisadiyyatı möhkəmləndikcə bir çox sosial layihələr icra olundu. Cənab İlham Əliyev 2003-cü ildə Prezident seçiləndə ilk növbədə sosial siyasət proqramını elan etdi. O zamanlar mövcud olmuş çadır düşərgələrinin ləğvi, qaçqınların və məcburi köçkünlərin məişət şəraitinin yaxşılaşdırılması, yeni məktəblərin, səhiyyə ocaqlarının, mədəniyyət müəssisələrinin tikilməsi və yaxud əsaslı təmir olunması, enerji, qaz, içməli və texniki su təminatı, əməkhaqlarının, pensiya və təqaüdlərin artırılması, əlillərin müalicəsinin həm ölkə xaricində, həm də daxilində təşkil olunması dövlət başçısının apardığı sosial siyasətin nəticəsidir.
Burada xüsusi olaraq Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətlərini qeyd etmək istərdim. Təkcə keçən il 5800 məcburi köçkün, 600-ə yaxın Qarabağ əlili, şəhid ailəsi yeni mənzillərlə təmin olunmuşdur. Təhsil, səhiyyə, mədəniyyət sahəsində aparılan işlər, son vaxtlar pensiyaların, təqaüdlərin artması ilə bağlı verilən qərarlar dövlətin sosial siyasətə verdiyi önəmin nə qədər əhəmiyyətli olduğunu göstərir və bu da əhali tərəfindən çox yüksək qiymətləndirilir. Tam səmimi demək istəyirəm ki, cənab Prezidentin Mehriban xanımla birlikdə şəhid ailələri ilə, regionlarda əhali ilə görüşləri xalq tərəfindən necə də böyük sevinclə qarşılanır və əhali bunu xalqa xidmətin ən böyük nümunəsi kimi qiymətləndirir. Əhəmiyyəti isə ondan ibarətdir ki, xalq cənab Prezidentin apardığı siyasəti dəstəkləyir və öz gələcəyinə ümidlə baxır.
- Məlumdur ki, 2004-cü ildən həyata keçirilən regionların sosial-iqtisadi inkişafı ilə bağlı 3 Dövlət Proqramı uğurla icra edilib. Artıq dördüncü Dövlət Proqramı da qəbul olunub. Bir millət vəkili olaraq, Dövlət proqramlarının icrasını necə dəyərləndirərdiniz?
- Hər bir işi nəticəsinə görə qiymətləndirmək lazımdır. 2004-cü ildən sonra regionların sosial-iqtisadi inkişafı ilə bağlı 3, eyni zamanda, Bakı şəhəri və qəsəbələrlə bağlı 2 Dövlət Proqramı artıq icra olunmuşdur. Proqramlarda əks olunan müddəaları saymaq saatlarla vaxt aparar. Çalışacağam konkretləşdirim və əsas məsələləri diqqətinizə çatdırım. Rayon mərkəzləri ilə yanaşı, kəndlər də abadlaşdırılmışdır. Respublika ərazisində bütün magistral və yerli əhəmiyyətli yollar müasir dünya standartlarına uyğun yenidən qurulmuşdur. Fantastik görünə bilən bir rəqəm olaraq son 15 ildə 15 min km-dən çox yol, 3272 məktəb, 640 səhiyyə müəssisəsi, 44 olimpiya kompleksi, 31 elektrik stansiyası, xeyli sayda mədəniyyət müəssisəsi tikilib və yaxud yenidən qurulmuşdur. Qazlaşdırma 95%, elektrik enerjisi 100%, içməli su 70%-ə çatdırılmışdır.
Kənd təsərrüfatının inkişafı üçün meliorasiya tədbirləri həyata keçirilmişdir. Kənd təsərrüfatı ilə məşğul olan fermerlərə subsidiya, texnika verilmişdir.
Nəticədə Davos İqtisadi Forumunun hesablamalarına əsasən, avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan dünyada 34-cü yeri tutmuşdur. ÜDM artmış, qeyri-neft sektoru, turizm inkişaf etmiş, qeyri-neft sektoru üzrə ixrac potensialı artmışdır.
Əhalinin pul gəlirləri artmış, təhsilin, səhiyyənin keyfiyyəti yaxşılaşmışdır. Taxıl, tərəvəz, pambıq, tütün, baramaçılıq, ət, süd məhsullarının istehsalı xeyli artmışdır. Əhalinin məşğulluq səviyyəsi artmışdır. İdman, bədən tərbiyəsi inkişaf etmişdir. Xeyli sayda infrastruktur layihələri icra olunmuşdur.
Artıq 34 rayon özünü maliyyələşdirmə sisteminə keçərək mərkəzdən maliyyə asılılığını azaltmışdır. Cənab Prezident tərəfindən 4-cü proqram təsdiq olunub və hesab edirəm ki, bu proqram da əvvəlkilər kimi tam şəkildə icra olunacaq və xalqımız onun bəhrəsini görəcəkdir. Budur dövlət proqramlarının icrasının nəticələri və mən bunu çox yüksək qiymətləndirirəm.
- Regionların sosial-iqtisadi inkişafından söz düşmüşkən, bu baxımdan, təmsil etdiyiniz bölgədə əldə edilən nailiyyətlər haqqında da fikirlərinizi bilmək istərdik...
- Təmsil etdiyim Balakən rayonu respublikamızın ən ucqar rayonlarından olsa da, icra olunmuş Dövlət proqramlarının nəticəsində 34 yeni məktəb, 5 uşaq bağçası, Heydər Əliyev Mərkəzi, Olimpiya Kompleksi, rayon Mərkəzi Xəstəxanası, Mədəniyyət Mərkəzi, Gənclər Evi, İncəsənət Gimnaziyası, Bayraq Muzeyi, avtovağzal kompleksi, bir çox inzibati binalar, parklar, fərdi sahibkarlığın inkişafı ilə “ABAD” mərkəz, “Aqrolizinq” ASC-nin rayon filialı, emal müəssisələri, soyuducu anbarlar, yeni mehmanxanalar, kanat yolu, elektrik stansiyası, 2011-ci ildə regionda baş vermiş zəlzələdən sonra minlərlə fərdi ev, əlil və şəhid ailələri üçün 2 çoxmənzilli bina, fərdi evlər, məcburi köçkünlər üçün 45 mənzilli yaşayış binası tikilmişdir. Balakən-Qazma-Darvazbinə, Balakən-Sarıbulaq-Qabaxçöl-Xalatala yolları istifadəyə verilmiş, Balakən-Hənifə-Gülüzanbinə avtomobil yolunun inşası aparılır. Rayon ərazisində qazlaşma 100% aparılmışdır, elektrik enerjisi üzrə çox böyük işlər aparılır, dağ çaylarının daşmasının qarşısının alınması üçün minlərlə paqonmetr bənd işləri aparılmış, meliorasiya işləri və əhalinin içməli su ilə təmin olunması üçün xeyli sayda subartezian quyuları qazılmışdır və proses davam edir.
Bütün bu göstərilən dövlət qayğısına görə balakənlilər cənab Prezidentə öz minnətdarlıqlarını bildirir və hər zaman Onun apardığı siyasəti dəstəklədiklərini ifadə edirlər.
- Nəsib müəllim, ölkəmizin hərtərəfli inkişafına rəğmən Azərbaycana qarşı müəyyən qərəzli dairələr tərəfindən qarayaxma kampaniyası aparılır. Buna münasibətiniz necədir?
- Təbii ki, münasibətim çox mənfidir. Mən bunu qətiyyətlə pisləyirəm və hesab edirəm ki, bu barmaqla sayılacaq qədər bir neçə adamın apardığı çirkin kampaniya heç bir məntiqə, sağlam düşüncəyə sığmır və Azərbaycanın bugünkü inkişafını gözü götürməyən, sabitliyi pozmaq istəyən hansısa şər qüvvələr tərəfindən idarə olunur. Heç kimə sirr deyil ki, hal-hazırda dünyada geosiyasi təsirlər uğrunda, ayrı-ayrı ölkələrə məxsus təbii sərvətlərin ələ keçirilməsi, sivilizasiyalararası müharibə və bir çox neqativ proseslər gedir. Buna misal olaraq Yaxın Şərqdə, Tunis, Liviya, İraq, Suriya, Yəmən, Fələstin, eyni zamanda, bizə çox yaxın olan Ukraynada, Latın Amerikası ölkəsi olan Venesuelada gedən proseslərə nəzər salmaq kifayətdir.
Bütün bu dağıdıcı proseslərin kökündə sadaladığım məsələlər durur. Demokratiya adı altında həmin dövlətlərdə 3-cü qüvvələri ələ alaraq həmin dövlətlərin siyasi hakimiyyətinə qarşı itaətsizliyə çağırırlar, onları silahlandırırlar və nəticədə milyonlarla insan həlak olur, öz yurd-yuvalarından didərgin düşür, şəhərlər, kəndlər dağıdılır, infrastruktur məhv olur. Qədim tarixi olan ölkələr parçalanır, hətta parçalanmasa belə, onların bərpasına yüz illər lazımdır ki, bu da bütöv xalqların faciəsinə səbəb olur. Bax budur reallıq. Azərbaycanın sərvətlərində maraqları olan ayrı-ayrı qüvvələr istədiklərini ala bilmədikləri zaman dərhal şər-böhtan maşınını işə salır, xalqı aldatmağa çalışırlar. Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, Azərbaycan xalqının mənafeyinə uyğun olmayan hər hansı bir layihəyə razılıq verməyəcəkdir. Məsələnin kökündə bu dayanır. Ancaq xalqımız müdrik xalqdır. 1990-cı illərin əvvəllərində bu hərc-mərcliyi, xaotik prosesləri yaşamışdır.
Artıq güclü Lider ətrafında sıx birləşmiş güclü dövlət, güclü xalq vardır. Xalq artıq müxalifət adına populizm xatirinə, hətta bir-birini qəbul etməyən dırnaqarası “liderlərin” sözlərinə inanmır, onları dəstəkləmir.
Hər bir dövlətdə problemlər mövcuddur, ən inkişaf etmiş ölkələrdə belə. Problemsiz ölkə yoxdur. Azərbaycanın fərqi ondadır ki, burada Azərbaycan xalqının rifahını düşünən və ölkəni inkişaf etdirən siyasi rəhbərlik vardır. Mövcud problemlər sistemli şəkildə zaman-zaman öz həllini tapır.
Xalqımızın isə əsas vəzifəsi odur ki, xalq-Prezident vəhdəti əsasında mövcud sabitliyi qorusun və Azərbaycanın xoşbəxt gələcəyinə öz töhfəsini versin.

 
  • Oxunub:  11490  |  
  • Tarix:  02-03-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycanın vahid və dayanıqlı dünyada rolu

22 Yanvar 11:53
MSK Milli Məclisə seçkilərlə əlaqədar bülletenlərin çapına yaxın günlərdə başlayacaq
22 Yanvar 11:42
Əli Əhmədov: Azərbaycan islahatlara açıq ölkədir
22 Yanvar 11:38
Seçki mübahisələrinin məhkəmə qaydasında həlli mövzusunda layihəyə start verilib
22 Yanvar 11:31
Məzahir Pənahov: “İndiyə qədər MSK-ya 32 şikayət daxil olub”
22 Yanvar 11:25
Bu gün xalqımızın igid oğlu, general-mayor Həzi Aslanovun anadan olmasının 110 illik yubileyidir
22 Yanvar 11:23
Tieri Mariani: “Yeni tərkibli parlament ölkənin gələcək inkişafında mühüm rol oynayacaq”
22 Yanvar 11:16
19 saylı Nərimanov I seçki dairəsinin məntəqələri bütün zəruri avadanlıqlarla təmin olunub
22 Yanvar 11:13
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi vətəndaşların müraciətlərini dinləyib
22 Yanvar 10:07
IDEA İctimai Birliyi vətəndaşlara müraciət edib
21 Yanvar 22:58
Gürcüstan Parlamentinin sədri Azərbaycanın Müdafiə naziri ilə görüşüb
21 Yanvar 22:46
Arye Qut: Qanlı Qara Yanvar Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixinin mərdlik və qəhrəmanlıq səhifəsidir
21 Yanvar 22:41
Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda aparılan uğurlu islahatları yüksək qiymətləndirir
21 Yanvar 22:11
Prezident İlham Əliyev Davosda Xorvatiya Respublikasının Baş Naziri Andrey Plenkoviç ilə görüşüb
21 Yanvar 21:52
Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşüb
21 Yanvar 21:33
Prezident İlham Əliyev Davosda Türkiyənin Xarici İşlər naziri ilə görüşüb
21 Yanvar 20:47
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
21 Yanvar 20:32
"Signify" şirkətinin baş icraçı direktoru ilə görüşdə Azərbaycana yeni texnologiyaların gətirilməsi məsələsi müzakirə olunub
21 Yanvar 18:56
Azərbaycanın Müdafiə naziri Tbilisidə Qəhrəmanlar meydanını ziyarət edib
21 Yanvar 18:31
70 saylı Masallı şəhər seçki dairəsindən deputatlığa namizəd Məşhur Məmmədovun qadın seçicilərlə görüşü keçirilib
21 Yanvar 18:27
13 saylı Xəzər - Pirallahı seçki dairəsindən namizədliyi irəli sürülmüş Rauf Əliyevin Pirallahı qəsəbəsində ağsaqqal və ziyalı seçiciləri ilə görüşü keçirildi
21 Yanvar 18:26
Mustafa Şəntop: Türkiyə Dağlıq Qarabağ münaqişəsini özünün də çox ciddi problemi hesab edir
21 Yanvar 18:19
38 saylı dairənin seçiciləri: Birmənalı olaraq Naqif Həmzəyevə səs verəcəyik
21 Yanvar 18:15
Mövlud Çavuşoğlu: Türkiyənin məqsədi Liviyada daimi atəşkəsi təmin etməkdir
21 Yanvar 18:14
Səhər yuxudan oyanan kimi su için!
21 Yanvar 18:11
Milli Məclisə seçkilərlə əlaqədar 112 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
21 Yanvar 18:09
MSK: "95 nəfər namizədliyini geri götürərək mübarizəsini dayandırıb"
21 Yanvar 17:59
Deputatlığa namizəd Vüqar İskəndərov Şəki şəhərində Qarabağ qaziləri və şəhid ailələri ilə görüşüb
21 Yanvar 17:51
MSK sədri: "1542 nəfərin namizədliyi qeydə alınıb"
21 Yanvar 17:20
YAP tərəfindən 48 saylı Yevlax seçki dairəsindən deputatlığa namizəd İlham Məmmədovun seçicilərlə görüşü keçirilib
21 Yanvar 17:01
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüş keçirib
21 Yanvar 17:00
Yol hərəkəti təhlükəsizliyinin vəziyyəti müzakirə olunub
21 Yanvar 16:47
Azərbaycan və Gürcüstanın Müdafiə nazirlikləri arasında 2020-ci il üçün ikitərəfli əməkdaşlıq Planı imzalanıb
21 Yanvar 16:44
Ağdaş seçiciləri: Hər zaman yanımızda olan YAP-ın namizədinə səs verəcəyik
21 Yanvar 16:40
Vüsal Qasımlı: Azərbaycan Davos platformasından səmərəli istifadə edir
21 Yanvar 16:35
YAP-ın namizədi Emin Hacıyev Sumqayıt şəhərində seçicilərlə görüşüb
21 Yanvar 16:34
Azərbaycan ilə Dubay aqroturizm sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib
21 Yanvar 16:30
91 saylı Ucar seçki dairəsi üzrə YAP tərəfindən namizədliyi irəli sürülmüş Ramil Həsənin seçicilərlə görüşləri keçirilib
21 Yanvar 16:28
Zakir Həsənov: Azərbaycan və Gürcüstan həm ikitərəfli, həm də üçtərəfli formatlarda səmərəli əməkdaşlıq edir
21 Yanvar 16:22
Türkiyəli politoloq: “Azərbaycanda demokratik seçki ənənəsi formalaşıb”
21 Yanvar 16:06
YAP-ın 103 saylı Gədəbəy seçki dairəsindən deputatlığa namizədi Sevinc Hüseynova Kiçik Qaramurad və Parakənd kəndlərinin seçiciləri ilə görüşüb
21 Yanvar 15:54
Anadolu Agentliyi 20 Yanvar faciəsi ilə bağlı infoqrafika hazırlayıb
21 Yanvar 15:50
ABŞ Konqresinin daha bir üzvü 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bəyanat verib
21 Yanvar 15:34
MDB müşahidəçilər missiyası XİN, DİN və Baş Prokurorluqda görüş keçirəcək
21 Yanvar 15:21
68 saylı Cəlilabad kənd seçki dairəsində 74 müşahidəçi qeydiyyatdan keçib
21 Yanvar 15:02
Azərbaycanın Müdafiə naziri Tbilisidə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib
21 Yanvar 14:58
Akademik Musiqili Teatrın səhnəsində “Fransızsayağı qarnir” təqdim olunacaq
21 Yanvar 14:54
Multikulturalizm Mərkəzi 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş konfrans keçirib
21 Yanvar 14:51
Bakıda “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda beynəlxalq simpozium keçiriləcək
21 Yanvar 14:46
AŞPA nümayəndə heyəti sabah Azərbaycana gələcək
21 Yanvar 14:39
Dünya Səhiyyə Təşkilatı yanvarın 22-də təcili iclas çağırır
21 Yanvar 14:30
WhatsApp-da reklam göstərilməyəcək
21 Yanvar 14:26
Somalidə törədilən partlayış zamanı yaralananlar Türkiyəyə gətirilib
21 Yanvar 14:18
Deputatlığa namizəd Aqiyə Naxçıvanlı Oğuz rayonunda seçicilərlə görüşüb
21 Yanvar 14:15
Şərqdə ilk opera yazan qadın bəstəkar Şəfiqə Axundovanın anadan olmasından 96 il ötür
21 Yanvar 14:07
Deputatlığa namizəd Ziyafət Əsgərov 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüşüb
21 Yanvar 14:03
Yeni Azərbaycan Partiyasının Milli Məclisə seçkilərlə əlaqədar yap2020.az seçki saytı fəaliyyətə başladı
21 Yanvar 12:51
“Carlsberg Group” şirkəti Azərbaycana investisiya qoyuluşunu artırmaq niyyətindədir
21 Yanvar 12:27
UNEC-də növbəti “Açıq qapı” günü
21 Yanvar 12:21
Elxan Şahinoğlu: “Formalaşacaq parlament ölkəmizdəki yeni çağırışlara cavab verməlidir”
21 Yanvar 12:11
Lev Spivak: Əminəm ki, formalaşacaq parlament ölkədəki yeniliklərə uyğun olacaq
21 Yanvar 12:09
Azərbaycanın Müdafiə nazirinin Gürcüstana səfəri başlayıb
21 Yanvar 12:03
Bakı Ali Neft Məktəbinin altı tələbəsi İspaniyada təhsil alacaq
21 Yanvar 11:59
Bu gün Davosda Dünya İqtisadi Forumu işə başlayır
21 Yanvar 11:47
Parlament seçkilərində heç bir siyasi təşkilat Yeni Azərbaycan Partiyasına rəqib ola bilməz
21 Yanvar 11:25
Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən Hicran Hüseynovanın seşicilərlə görüşləri davam edir
21 Yanvar 11:20
Sədaqət Vəliyeva ev görüşlərinə şəhid Zakir Cəfərovun ailəsinin mənzilindən başladı
21 Yanvar 11:16
YAP parlament seçkilərində növbəti möhtəşəm qələbəsini qazanacaq
21 Yanvar 10:52
“Formalaşacaq parlament ölkədə davamlı siyasi sabitliyin daha da möhkəmləndirilməsində mühüm rol oyanyacaq”
21 Yanvar 10:47
MSK parlament seçkiləri ilə bağlı yeni kitabçalar nəşr edib
21 Yanvar 10:44
Osman Gündüz: “Seçkilərdə texnologiyaların tətbiqi şəffaflığın təmin edilməsində mühüm rol oynayır”

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+6 +10
gecə0 +3