Ana səhifə »  Müsahibə »  Prezident İlham Əliyevin davamlı, sistemli islahatları Azərbaycanın iqtisadi qüdrətini və əhalinin sosial rifahını daha da yüksəldib
A+   Yenilə  A-
Prezident İlham Əliyevin davamlı, sistemli islahatları Azərbaycanın iqtisadi qüdrətini və əhalinin sosial rifahını daha da yüksəldib

Milli Məclisin deputatı Bəxtiyar Sadıqov www.yap.org.az saytına müsahibə verib:
- Bəxtiyar müəllim, 2019-cu ilin ötən dövrü ölkəmizdə mühüm ictimai-siyasi hadisələrlə zəngindir. Bunlardan biri də Prezident İlham Əliyevin şəhid ailələrinin üzvləri ilə görüşüdür. Bu görüş cəmiyyətə hansı mesajı verdi, ictimaiyyət tərəfindən necə qarşılandı?
- Bu görüş Azərbaycanda ictimaiyyətin bütün təbəqələri tərəfindən böyük rəğbətlə qarşılandı. Cəmiyyətimizin vətənpərvərlik hissinin daha da güclənməsinə xidmət etdi. Şəhid ailələrinin timsalında hər kəs bir daha əmin oldu ki, güclü Azərbaycan dövləti kimi dayağı var.
Dövlət, xalq onda böyük sayılır ki, onun uğrunda canından keçənləri olur. Bu mənada xalqımızın başını uca tutmağa, qürur hissi keçirməyə tam mənəvi haqqı var. Biz sovet hakimiyyətinin çətiri altında birləşdirilmiş digər xalqlardan fərqli olaraq azadlığımızı rahatlıqla əldə etmədik. Bu yol xalqımız üçün hamar olmadı, enişlərdən-yoxuşlardan, dolanbaclardan keçdik. Torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə minlərlə vətən övladı silaha sarıldı, qan tökdülər, canlarını fəda etdilər.
Şəhidlərimizin canlarını qurban verdikləri Azərbaycan indi sayılıb-seçilən, müstəqil siyasət yürüdən, heç bir kənar qüvvədən asılı olmayan dövlətdir. Şəhidlərin vaxtilə sıralarında vuruşduqları ordu isə indi dünyanın ən qüdrətli silahlı qüvvələri sırasında yer alıb.
Şəhidlərimizin ruhu həm də ona görə rahatdır ki, əmanət qoyub getdikləri doğmalarının - valideynlərinin, övladlarının yanında qüdrətli Azərbaycan dövləti var. Şəhidlərin xatirəsi bizə nə qədər əzizdirsə, onların əzizlərinin, ailələrinin sosial rifahı, mənzil-məişət şəraiti də bir o qədər dövlətimiz üçün əzizdir və daim diqqət mərkəzində saxlanılır. Bu sahədə ən gözəl nümunələri isə Azərbaycan Prezidenti cənab İlham Əliyev ortaya qoyur.
Hələ ötən ilin aprelində seçkilərdə xalqın birmənalı dəstəyini qazanaraq Prezident seçilən cənab İlham Əliyevin ilk Fərmanının məhz şəhid ailələri ilə bağlı olması dövlət başçısının şəhidlərin əziz xatirəsinə dərin ehtiramının və şəhid ailələrinə qayğısının təzahürüdür. 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmana əsasən şəhid hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi nəzərdə tutuldu. Bu Fərman həmin ailələrin sosial müdafiəsinin yaxşılaşdırılmasının dövlət başçısının sosial siyasətinin başlıca məqsədlərindən biri olduğunu təsdiq etdi, ictimaiyyət tərəfindən böyük rəğbət və məmnunluqla qarşılandı.
Bu il yanvar ayının 28-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələri ilə görüşü və 11 min manat məbləğində birdəfəlik ödəmə alacaq vətəndaşların sayının artırılması barədə yeni Fərmanı cənab İlham Əliyevin böyüklüyünü, şəhidlərimizə və onların ailə üzvlərinə olan ehtiramını bir daha sübut etdi. Bu görüş həmin ailələrə yüksək səviyyədə diqqət və qayğının növbəti sübutu kimi Azərbaycan ictimaiyyəti tərəfindən rəğbət və minnətdarlıqla qarşılandı.
Qeyd edim ki, ölkədə şəhid ailələrinin, o cümlədən döyüşlərdə əlil olmuş şəxslərin sosial rifahının daha da yaxşılaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirilir. Belə ki, indiyədək bu statusu daşıyan vətəndaşlara dövlət tərəfindən 6 min 654 mənzil verilib. Təqdirəlayiqdir ki, təkcə ötən il şəhid ailələrinə və müharibə əlillərinə planlaşdırıldığından 3 dəfə artıq - 626 ev verilib. Bu il həmin vətəndaşlara təxminən 800 mənzil verilməsi nəzərdə tutulur.
Şəhid ailələrinə verilən Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün məbləği də ötən dövrdə mütəmadi olaraq artırılıb. Sonuncu dəfə yanvarın 30-da Prezident İlham Əliyev bu barədə müvafiq Fərman imzalayıb. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında” Fərmana əsasən, şəhid ailələrinə verilən Prezident təqaüdünün aylıq məbləği 58 manat artırılaraq 300 manat müəyyən edildi.
Şəhidlər bizim müqəddəs and yerimiz, qürur mənbəyimizdir. Onlar heç vaxt unudulmayacaq, həmişə minnətdarlıq duyğuları ilə yada salınacaqlar, xatirələrinə dərin ehtiram bəsləniləcək. Bu, indi də belədir, sabah da belə olacaq. Bu mənada Prezident İlham Əliyevin şəhid ailələri ilə səmimi görüşü şəhidlərin əziz xatirəsinə ehtiramın böyük nümunəsi idi. Bununla həm də bir həqiqət növbəti dəfə öz təsdiqini tapdı ki, Prezident İlham Əliyevin sayəsində şəhid ailələri haqlı olaraq ən yüksək dövlət qayğısı ilə əhatə olunublar.
- Ötən ay Prezident İlham Əliyev ardıcıl olaraq sosial məsələləri əhatə edən sərəncamlar imzaladı. Bu barədə fikirlərinizi bilmək maraqlı olardı.
- Dövlət də ailə kimidir. Hər bir ailənin öz gəliri olur və ailə həmin gəlirə uyğun xərclərini müəyyən edir. Yəni ailənin kommunal xərcləri, o cümlədən hər bir üzvünün qida, geyim və digər ehtiyacları var. Ailə öz ehtiyaclarına uyğun olaraq xərclərini bölür və hissə-hissə qayğılarını yoluna qoyur. Dövlət də belədir, nə qazanırsa, onu xərcləyir. Ayrı-ayrı sahələrin xərclərinin ödənilməsi üçün dövlət əvvəlcə o pulu tapıb büdcəyə cəlb etməli, sonra istifadə etməlidir. Bu mənada Azərbaycan iqtidarının daim öz vətəndaşının qayğısına qaldığını, hər bir sahənin inkişafı üçün lazımi qədər vəsait ayırdığını görməmək mümkün deyil. İlk növbədə, həmişə çalışıb ki, gəlirindən, qazancından vətəndaşların sosial rifahının yüksəldilməsinə sistemli şəkildə pul ayırsın.
Biz həmişə dövlət büdcəsini müzakirə edərkən onu sosialyönümlü büdcə adlandırırıq. Bu, o deməkdir ki, ilk növbədə, sosial ehtiyacların daha dolğun ödənilməsi və vətəndaşların rifahının yüksəldilməsini əsas məqsəd kimi qarşıya qoymuşuq.
Amma dövlətin inkişafı üçün də xərclər tələb olunur. Bildiyiniz kimi, indiyədək Azərbaycan qlobal enerji layihələrinin həyata keçirilməsinə sərmayələr yatırıb. Çünki Ulu Öndər Heydər Əliyev yaxşı bilirdi ki, enerji layihələrinə çəkilən xərclər gələcəkdə qazanc şəklində dövlətə qayıdacaq. Bu siyasəti layiqincə davam etdirən Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolunun, Cənub Qaz Dəhlizinin çəkilməsinə nail oldu. Çünki bunların hər biri Azərbaycanın inkişafına, beynəlxalq mövqelərinin möhkəmlənməsinə, imicinin yüksəlməsinə və həm də əhalinin sosial rifahının daha da yaxşılaşmasına xidmət edir.
Lakin Azərbaycan iqtidarı bununla kifayətlənmir. Son 15 ildə ölkədə regionların tarazlı inkişafına xidmət edən 3 Dövlət Proqramı icra olunub. Bu proqramlar xüsusən qeyri-neft sektorunun inkişafını təmin edib, bütövlükdə Azərbaycan iqtisadiyyatının 3 dəfədən çox artmasına yol açıb. Salınan sənaye parkları, aqroparklar məhz bir məqsədə - inkişafa xidmət edir. İqtisadi inkişaf ilə yanaşı, əhalinin fasiləsiz enerji ilə təmin edilməsi, içməli suya olan tələbatın ödənilməsi, bütün yaşayış məntəqələrinin qazlaşdırılması son 15 ildə ölkədə həyata keçirilən inkişaf siyasətinin prioritetlərini təşkil edib. Bu illərdə yolların yenidən qurulması da diqqət mərkəzində olub. Çünki yol inkişaf deməkdir və bu məqsədlə olduqca vacib layihələr həyata keçirilib. Şərq-Qərb, Şimal-Cənub istiqamətində nəqliyyat dəhlizi yaradılıb. Gediş-gəlişi asanlaşdırmaq üçün bəzi yerlərə, hətta tarix boyu avtomobil yolu olmayan yaşayış məntəqələrinə müasir yollar çəkilib.
Yəni bütün bunların hər biri külli miqdarda vəsait tələb edir. Lakin bu dövrdə Azərbaycan iqtidarı bütün bu vəzifələrin öhdəsindən inamla gəlib. Hər bir sahəyə lazımi qədər vəsait yönəldilib, iqtisadiyyatın inkişafı təmin olunub. O cümlədən kənd təsərrüfatının inkişafı təmin olunub, bunun üçün on minlərlə hektar yeni əkin sahəsi becərilməyə cəlb olunub, suvarma üçün yeni su anbarları inşa olunub. Bütün bunlar isə öz növbəsində insanların sosial güzəranının yaxşılaşması deməkdir. Məsələn, yeni açılan müəssisələr, təsərrüfatlar yeni iş yerlərinin yaradılmasına, məşğulluğun təmin olunmasına, yoxsulluğun aradan qaldırılmasına xidmət edir. Görünən odur ki, dövlət həm bu gün vətəndaşının qayğısına qalır, həm sabah, həm də perspektivdə. Ona görə də qarşıya qoyulan məsələlər mərhələ-mərhələ həll olunur.
Onu da qeyd edim ki, Azərbaycanda dövlət başçısı pensiyaların, müavinətlərin artırılması ilə bağlı hər il sərəncamlar verib. Son vaxtlar isə artan maliyyə imkanlarımız əhalinin digər sosial ehtiyaclarının ödənilməsinə yol açır. Təkcə fevral ayında dövlət başçısının imzaladığı sərəncamlar göstərir ki, Azərbaycan iqtidarı artan maliyyə imkanlarından ilk növbədə öz vətəndaşının sosial rifahının gücləndirilməsi üçün istifadə edir.
Minimum əməkhaqqının məbləğinin 50 manat artırılaraq 180 manata çatdırılması, əmək pensiyalarının minimum məbləğinin 38 faiz artırılaraq 116 manatdan 160 manata çatdırılması, təqribən 100 minə yaxın tələbənin təqaüdünün artırılması, Əfqanıstan veteranlarının müavinətinin 220 manatdan 300 manata qaldırılması, ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayının 16 min vahid artırılması, problemli kreditlərlə bağlı məsələnin öz həllini tapması ölkədə həyata keçirilən təkmil və ardıcıl sosial siyasətin ayrı-ayrı nümunələridir.
Prezident İlham Əliyevin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı isə sosial sahədə atılan addımların davamı kimi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Bu, onu göstərir ki, respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının qaytarılmasına da dövlət dəstəyi göstərilməsi üçün şərait yaratmışdır.
Bütövlükdə, bütün bunlar təsdiqləyir ki, dövlət öz vətəndaşının sosial rifahı üçün bütün lazımlı addımları atır. Amma əvvəldə qeyd etdiyim kimi, bunlara nail olmaq üçün, ilk növbədə, iqtisadiyyatın, gəlir gətirən sahələrin inkişafına nail olmaq lazımdır. Təbii ki, maliyyə imkanlarımız artdıqca bu sahədə növbəti addımların da şahidi olacağıq.
Bir məqamı da unutmayaq. Hazırda bizim iki vacib problemimiz var ki, onlara daim diqqət yetirməli və lazım olduğu qədər vəsait ayırmalıyıq. Bunun biri çətin şəraitdə yaşayan qaçqın və məcburi köçkünlərin yeni mənzillərlə təmin olunmasıdır. Bunun üçün külli miqdarda vəsait tələb olunur. Artıq indiyədək ölkədə 100-dən artıq yeni qəsəbə salınıb və bu iş davam edir.
İkinci sahə isə ordu quruculuğudur. Çünki Azərbaycan müharibə şəraitindədir və əsas ağrılı problemimiz torpaqlarımızın işğal altında olmasıdır. Ona görə biz daim düşməndən güclü olmalıyıq. Güclü Azərbaycan Ordusu isə danışıqlar prosesində ölkəmizin üstünlüyünü təmin edən mühüm amildir. Digər tərəfdən, Ermənistanı sistemli şəkildə silahlandırdıqlarına görə biz silahlanmaya daha çox vəsait ayırmalı və üstünlüyü daim qoruyub saxlamalıyıq.
- Bəxtiyar müəllim, Azərbaycanın bütün uğurlarını həmişə inkar etmiş dağıdıcı müxalifət sosial məsələlərlə bağlı atılan addımları öz adına çıxmaq istəyir. Bu barədə nə deyə bilərsiniz?
- Azərbaycanda bütün iqtisadi və sosial təşəbbüslər dövlət başçısı tərəfindən sistemli şəkildə həyata keçirilir. Əgər biz Prezident İlham Əliyevin gördüyü işləri öz adına çıxmaq istəyən Əli Kərimlinin iqtidarda olduğu dövrə nəzər salsaq, görərik ki, hətta 1992-ci ildə növbəti ilin dövlət büdcəsi təsdiq olunmadı. Çünki dövlətin büdcəsi boş idi, gəliri yox idi. Əgər Əli Kərimli belə bacarıq sahibidirsə, o zaman niyə ölkəni iqtisadi böhrandan çıxara bilmədilər?
Bu cür boş-boş iddialarla çıxış etmək dağıdıcı müxalifətin köhnə vərdişidir. İkincisi isə, mən təəccüblənirəm ki, nə əcəb indiyədək Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərini, Bakı-Tbilisi-Qars dəmir yolu xəttini, Cənub Qaz Dəhlizini, ordumuzun dünyanın 50 güclü ordusu sırasında yer almasını, qaçqın şəhərciklərinin tikilməsini, 3 peykimizin orbitə göndərilməsini, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini Əli Kərimli öz adına çıxmayıb?! Nə əcəb demir ki, biz bu məsələləri qaldırdıq, sonra İlham Əliyev etdi. Bəlkə, Ələt azad iqtisadi zonasının yaradılması təklifini də Əli Kərimli verib? Bütün bunları Azərbaycan hakimiyyəti edəndə, Prezident İlham Əliyev bu inkişafı təmin edən Dövlət proqramlarını təsdiqləyəndə, Azərbaycanı kosmik dövlətə çevirəndə, qlobal enerji və nəqliyyat layihələrinə başlayanda Əli Kərimli hardaydı? Əlbəttə, qrant axtarışında!
Əli Kərimli onsuz da bu cür gülməli iddiaları ilə xalqın qınaq hədəfinə çevrilib. Xalq bu müxalifətin dabbaqda gönünə bələddir. Birillik yarıtmaz iqtidarları ilə xalqa və dövlətə vurduqları yaraları insanlar heç vaxt onlara bağışlamayacaq!

 
  • Oxunub:  10410  |  
  • Tarix:  05-03-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir

25 Yanvar 19:52
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru ADA Universitetində mühazirə oxuyub
25 Yanvar 19:45
Qafqaz Müsəlmanları İdarəsinin sədri “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları ilə görüşüb
25 Yanvar 17:32
Saatlıda “Pambıqçılıq 2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
25 Yanvar 17:27
Prezident İlham Əliyev Davos Forumunda Azərbaycanın yeni hökumətinin prioritetlərini açıqlayıb
25 Yanvar 17:17
Əli Əhmədov: Beynəlxalq İqtisadi Forum gündən günə inkişaf edən Azərbaycanın və onun iqtisadiyyatının dünyaya açılması üçün gözəl bir imkandır
25 Yanvar 17:11
Deputatlığa namizəd Fatma Yıldırım Bərdə rayonunda şəhid ailələrini ziyarət edib
25 Yanvar 16:37
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
25 Yanvar 16:31
İnanıram ki, seçicilər gələcəyin partiyası olan YAP-ın namizədlərinə səs verəcəklər
25 Yanvar 16:28
Deputatlığa namizəd Elnur Rəhimovun seçicilərlə növbəti görüşü keçirilib
25 Yanvar 16:24
Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatorunu təbrik edib
25 Yanvar 16:22
"Seçkilərin yüksək səviyyədə keçirilməsində məntəqə seçki komissiyaları böyük məsuliyyət daşıyırlar"
25 Yanvar 16:17
Yevlax gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulublar
25 Yanvar 16:15
Deputatlığa namizəd Səməd Seyidov Qazax rayonunda seçicilərlə görüşlər keçirib
25 Yanvar 16:03
Ermənistan işğal olunmuş ərazilərimizdəki abidələri “bərpa” etmək adı altında erməniləşdirmə siyasəti aparır - BƏYANAT
25 Yanvar 15:59
Deputatlığa namizəd Aqiyə Naxçıvanlı Oğuz rayonu Bucaq kəndində seçicilərlə görüşüb
25 Yanvar 15:54
Prezident İlham Əliyev Türkiyədəki azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi haqqında tapşırıq verib
25 Yanvar 15:25
Pakistan portalı Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı məqalə yayıb
25 Yanvar 15:16
Azərbaycan deputatları AŞPA-nın qış sessiyasında iştirak edəcəklər
25 Yanvar 15:12
Bütün seçiciləri daha güclü Azərbaycan naminə partiyamızın namizədlərinə səs verməyə çağırıram
25 Yanvar 15:03
Deputatlığa namizəd Fatma Yıldırım Bərdənin Şatırlı, İkinci Nazırlı, Kürdborakı, Hacılı, Birinci Qazaxlar kəndlərində seçicilərlə görüşüb
25 Yanvar 14:56
Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır”
25 Yanvar 14:22
Azərbaycan Ordusunda Həzi Aslanovun 110 illiyinə həsr olunan silsilə tədbirlər keçirilib
25 Yanvar 13:25
Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verib
25 Yanvar 11:47
YAP-ın 11 saylı Qaradağ seçki dairəsindən namizədi Aydın Hüseynovun Ələt qəsəbəsinin sakinləri ilə görüşü keçirilib
25 Yanvar 11:29
Nazirlər Kabinetində icbari sığorta sahəsində qarşıda duran vəzifələr müzakirə edilib
25 Yanvar 11:26
Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb
25 Yanvar 11:21
Dilarə Cəbrayılova: Azərbaycanın nüfuzlu Davos İqtisadi Forumu ilə fəal əməkdaşlığı ölkəmizin iqtisadi inkişafı üçün yeni imkanlar açıb
25 Yanvar 11:19
Fevralın 24-dən “Gənclər Paytaxtı 2020” müsabiqəsinin onlayn səsvermə mərhələsi start götürəcək
25 Yanvar 11:17
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Dünya İqtisadi Forumunda təmsil olunub
25 Yanvar 11:15
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ötən ilin yekunları müzakirə olunub
25 Yanvar 11:12
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samuxda və Göygöldə nümayəndəlikləri açılıb
25 Yanvar 11:09
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESKO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılacaq
25 Yanvar 10:14
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin açıqlaması
25 Yanvar 10:08
Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir
24 Yanvar 18:11
Dövlət Komitəsinin sədri Sabirabadda məcburi köçkünləri qəbul edib
24 Yanvar 18:09
Yeni Azərbaycan Partiyasının Gəncədən olan 4 namizədinin gənclərlə görüşü keçirilib
24 Yanvar 17:43
Deputatlığa namizəd Kamran Bayramov Şəmkirin Mehrili və Abbaslı kəndlərində seçicilərlə görüşüb
24 Yanvar 17:43
Türkiyəli professor: "Azərbaycanda seçici, media və dövlət arasında əlaqə düzgün qurulub"
24 Yanvar 17:40
YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Niyazi Tağıyev seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 17:36
Yuli Qusman: "Parlament seçkilərindən sonra da Azərbaycanın demokratik inkişafı davam edəcək"
24 Yanvar 17:28
Mariya Zaxarova: "Parlament seçkilərinin nəticələri dost Azərbaycan xalqının rifahının yaxşılaşmasına xidmət edəcək"
24 Yanvar 17:26
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində “Mədəniyyətlərin dialoqu xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirilir
24 Yanvar 17:19
Deputatlığa namizəd Ramil Həsən Ucarda seçicilərlə növbəti görüşlər keçirib
24 Yanvar 17:07
Energetika naziri Siyəzəndə, nazir müavinləri isə Qobustan və Cəlilabadda vətəndaşları qəbul ediblər
24 Yanvar 16:59
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 16:04
“YARAT”da yeni tamaşanın premyerası olacaq
24 Yanvar 15:57
Sabirabadlıların seçimi Əhliman Əmiraslanovdur
24 Yanvar 15:49
Heydər Əliyev Fondunun layihəsi olan “Balaca Şahzadə” növbəti dəfə repertuara salınıb
24 Yanvar 15:40
Deputatlığa namizəd Eldəniz Səlimov Xaçmazda seçicilərlə növbəti görüş keçirib
24 Yanvar 15:36
İmadəddin Nəsimiyə həsr olunmuş “Mənəm, mən...” tamaşası yenidən səhnədə
24 Yanvar 15:34
Seçicilər ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər
24 Yanvar 15:31
Bakı məktəblilərinin beynəlxalq yarışlarda əldə etdiyi uğurların sayı artmaqdadır
24 Yanvar 15:26
MSK-nın Şəkidə keçirdiyi regional seminarda seçki mübahisələrinin həllinə dair məsələlər müzakirə olunub
24 Yanvar 15:22
Gəncədə seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair regional müşavirə keçirilib
24 Yanvar 15:12
Ağdaşlılar YAP-ın namizədinə səs verəcəklər
24 Yanvar 14:51
YAP-ın namizədi Kamaləddin Qafarovun təhsil işçiləri ilə görüşü keçirilib
24 Yanvar 14:43
Deputatlığa namizəd Məşhur Məmmədov Masallı rayonu Xırmandalı kəndində seçicilərlə görüşüb
24 Yanvar 14:35
Fikrət Sadıqov: "Cəmiyyətdə seçkilərə maraq kifayət qədər yüksəkdir"
24 Yanvar 14:29
Yeni TV-də qonaq Yeni Azərbaycan Partiyasının 21 saylı Nəsimi ikinci seçki dairəsindən deputatlığa namizədi Məlahət İbrahimqızıdır (VİDEO)
24 Yanvar 14:20
Prezident İlham Əliyevin Davosda İsveçrənin Montrö şəhərinin meri ilə görüşü olub
24 Yanvar 14:15
Prezident İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb
24 Yanvar 14:08
Şöhrət Barlas: "Parlament seçkilərindən yalnız müsbət gözləntilərim var”
24 Yanvar 14:04
Azərbaycanda qar ehtiyatlarının toplanmasında azalma tendensiyası müşahidə olunur
24 Yanvar 13:58
Prezident İlham Əliyev Davos Forumunun tribunasından Azərbaycan reallıqlarını dünyaya çatdırır
24 Yanvar 13:54
İnanıram ki, 2020-ci il fevral ayının 9-da seçicilərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək
24 Yanvar 13:05
Elçin Əhmədov: Prezident İlham Əliyevin Davosdakı görüşləri Azərbaycanın yüksək beynəlxalq nüfuzunun əyani göstəricisidir
24 Yanvar 12:43
Deputatlığa namizəd Fatma Yıldırım növbəti görüşlərini Bərdə rayonunun mədəniyyət və səhiyyə işçiləri ilə keçirib
24 Yanvar 11:46
"Yeni parlamentdə Azərbaycanın daha da inkişafına töhfə verəcək insanların yer alacağına ümid edirəm"
24 Yanvar 11:29
Stefan Şennak: "Əminəm ki, Azərbaycanda parlament seçkiləri ədalət prinsipləri əsasında keçiriləcək"
24 Yanvar 11:15
Moldova MSK-sının və parlamentinin nümayəndələri Azərbaycanda seçkiləri izləyəcəklər

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA