Ana səhifə »  Müsahibə »  Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının rifahı dayanır
A+   Yenilə  A-
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının rifahı dayanır

Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov www.yap.org.az saytına müsahibə verib:
- Siyavuş müəllim, Prezident İlham Əliyev İqtisadi və sosial məsələlərlə bağlı müşavirədə bildirdi ki, 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır. Siz bunu necə şərh edərdiniz?
- Azərbaycanda aparılan iqtisadi islahatlar, şəffaflaşdırma siyasəti büdcə gəlirlərinin, maliyyə imkanlarının artmasına şərait yaradıb və Prezident İlham Əliyev ilk növbədə bu vəsaitlərin məhz sosial sferaya yönəldilməsini təmin edib. 2019-cu ildə sosial sahədə atılan addımlar həyata keçirilən böyük sosial paketin tərkib hissəsidir. Bu addımlar cənab Prezident İlham Əliyev tərəfindən hələ ötən il müxtəlif tədbirlərdə anons edilib və hazırda onun reallaşdırılması prosesi gedir.
Bu gün Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar öz miqyasına, təsir dairəsinə, əhəmiyyətinə görə heç bir ölkədə müşahidə olunmur. Azərbaycan hakimiyyətinin yürütdüyü sosial siyasət həqiqətən də inqilabi xarakter daşıyır. Bu, ilk növbədə, cənab Prezidentin, Azərbaycan dövlətinin öz vətəndaşına olan diqqət və qayğısının təzahürüdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının rifahı dayanır. Bildiyiniz kimi, hazırda 12 min 200-dən çox şəhid ailəsinə dövlət tərəfindən 11 min manat ödəniş edilir. Şəhid ailələrinin müavinətləri 242 manatdan 300 manata qədər artırıldı. Bu günə qədər 6500-dən çox şəhid ailəsi dövlət tərəfindən mənzillərlə, evlərlə təmin edilib. Bu il minimum əməkhaqqı 38 faiz artırılaraq 130 manatdan 180 manata qaldırıldı. Eləcə də dövlət qulluğunda çalışan insanların əməkhaqlarının artırılması nəzərdə tutulub. Bir sözlə, əhalinin bütün təbəqələrini əhatə edən bütün bu addımlar insanların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.
- Ölkə başçısı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzaladı. Bu Fərmanın əsas mahiyyəti nədən ibarətdir?
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman çox mühüm əhəmiyyətə malikdir. Heç kimə sirr deyil ki, bu gün dünyada çox mürəkkəb proseslər və böyük iqtisadi dəyişikliklər müşahidə edilir. Dəfələrlə qeyd etmişəm ki, neftin qiymətinin aşağı düşməsi və artması iqtisadi proseslərin deyil, siyasi proseslərin nəticəsidir. Təbii ki, bəzi dövlətlər də bundan sui-istifadə edir və nəticədə bunun əziyyətini bir çox ölkələrin vətəndaşları çəkir. Bütün bu proseslərin fonunda devalvasiyaya ən az məruz qalan məhz Azərbaycan manatı oldu. Çünki rus rublu, türk lirəsi, çin yuanında ən azı 4-5 dəfə fərqli dəyişikliklər olundu. Məsələn, Türkiyə lirəsi. “1 ABŞ dolları-6 türk lirəsi” səviyyəsinə gəlib çıxmışdı. Eləcə də Avropa dövlətlərinin özündə də avroya nisbət kəskin şəkildə dəyişdi. Məhz bunun nəticəsində kredit götürən insanlar, xüsusilə fiziki şəxslər üçün böyük problemlər yarandı. Bu gün 10 min ABŞ dolları məbləğində götürülən kreditlərin əksəriyyəti, demək olar ki, bu və ya digər şəkildə problemi həll etməkdən ötrü götürülən kreditlər idi. Elə insanlar var idi ki, bu kreditləri müalicə məqsədilə, yas, toy mərasimini yola vermək üçün götürmüşdü və s. Ümumilikdə, insanlar üçün bir növ çətinlik yaranmışdı. Cənab Prezident İlham Əliyev bəhs olunan qərarı ilə bir daha göstərdi və sübut etdi ki, hər şey vətəndaşlar üçün nəzərdə tutulub, Azərbaycan dövləti öz vətəndaşının yanındadır.
Əlbəttə, Azərbaycanın iqtisadi potensialı və maliyyə imkanları belə addımların atılmasına imkan verir. Bu məsələlər seçkilər dövründən başlayaraq, gündəmdə idi, sonradan isə noyabr ayında dövlət büdcəsi müzakirə olunanda buraya daxil olunmuşdu. Burada banklara da heç bir ziyan dəymədi. Çünki bu addım həm bankların sağlamlaşdırılmasına, həm də inkişafına təkan verdi. Hətta deyərdim ki, banklar da buradan qazandı və vətəndaşların da problemləri həll edilmiş oldu. Digər sahələrdə də işlər gedir ki, bu da hüquqi şəxslərlə bağlı olan məsələlərdir. Bu gün dünyanın heç bir ölkəsində belə addımlar atılmır. Mən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında” 14 mart 2012-ci il tarixli Fərmanının tarixi əhəmiyyətinə toxunmaq istərdim. Həmin Fərmanla 2012-ci il iyunun 1-dən keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsinə başlandı və əmanətçilərdən müraciətlərin qəbulu müvafiq Fərmana uyğun olaraq, 31 dekabr 2012-ci il tarixində başa çatdırıldı. Bu gün nə yaradılırsa, qurulursa hamısı vətəndaşlar üçündür. Məhz buna görə də Azərbaycan xalqı, ölkə vətəndaşları Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti, atılan addımları dəstəkləyir. Bu, həm də iqtidar-xalq birliyinin bariz nümunəsidir.
- Gürcüstan Respublikasının Prezidenti xanım Salome Zurabişvili region dövlətləri arasında ilk xarici səfərini Azərbaycana etdi. Bu gün iki ölkə arasındakı əlaqələri necə xarakterizə etmək olar?
- Bu gün Gürcüstan ilə Azərbaycan arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq mövcuddur. Bizim iqtisadi layihələrimizin böyük əksəriyyəti Gürcüstan üzərindən keçməklə dünya bazarına çıxarılır. Təbii ki, bundan Gürcüstan kifayət qədər vəsait əldə edir. Orada yeni iş yerləri açılır və vətəndaşlar işlə təmin olunurlar. Eyni zamanda, Gürcüstanla Azərbaycan bir-biri ilə səmimi qonşuluq münasibətlərini qoruyub saxlayırlar. Bəzi hallarda bu məsələləri qarışdırmaq istəyənlər olur. Məsələn, Gürcüstanın Axalkalaki rayonunun Buğaşen kəndində erməni hərbçi Mixail Avaqyana abidənin qoyulması kimi əməllərlə təxribat yaratmaq istəyirlər. Ümumilikdə artıq onlar da başa düşürlər ki, Gürcüstan, Azərbaycan və Türkiyə birlikdə böyük layihələr həyata keçirirlər. Bu gün Gürcüstan və Azərbaycanın turizm sektorundan hər iki ölkə faydalanır və gəlir əldə edir. Eləcə də Azərbaycanın istehsal etdiyi müəyyən məhsullardan Gürcüstan istifadə edir. Bu baxımdan, əlaqələr qarşılıqlı faydalı xarakter daşıyır. Orada azərbaycanlılar kifayət qədər kompakt halda yaşayırlar və fəaliyyət göstərirlər. Onlar Gürcüstan dövlətinə bu günə kimi hər hansı bir problemlər yaratmayıblar. Hətta deyərdim ki, onlar Gürcüstan dövlətinin nümunəvi vətəndaşlarıdır. Soydaşlarımız həm seçkilərdə fəal iştirak edirlər, həm də kənd təsərrüfatı məhsullarının istehsal olunmasında aktiv rola malikdirlər. Bir sözlə, azərbaycanlılar Gürcüstanda nümunəvi vətəndaşlıq nümayiş etdirirlər.
- Bu yaxınlarda Azərbaycan daha bir mötəbər tədbirə ev sahibliyi edəcək. “Dinlər və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda təşkil olunacaq beynəlxalq konfransın əhəmiyyəti barəsində nə deyə bilərsiniz?
- Azərbaycanın nüfuzlu, mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi artıq ənənə halını alıb. Ölkəmizdə indiyə qədər qlobal əhəmiyyətli çox mühüm tədbirlər keçirilib. Heydər Əliyev Fondu bu məsələlərdə çox yaxından iştirak edir və bu işlərin böyük hissəsinə rəhbərlik edir. Azərbaycanda “Bakı prosesi” çərçivəsində sivilizasiyalararası dialoqla bağlı tədbirlər keçirilir. Ümumiyyətlə, ölkəmiz bu baxımdan mütərəqqi nümunə yaradıb. Ölkəmizdə qanunla qadağan olunmayan bütün dinlər azad şəkildə fəaliyyət göstərirlər. Dövlət tərəfindən onlara daimi olaraq diqqət və qayğı göstərilir. Baxmayaraq ki, Azərbaycanda din dövlətdən ayrıdır, amma bununla yanaşı ölkəmizdə tolerantlıq, dini dözümlülük mövcuddur. Avropada və dünyanın hər bir yerində keçirilən konfranslarda da bu məsələlər öz əksini tapmaqdadır. Azərbaycanda məscidlərlə yanaşı, kilsələrin, sinaqoqların, digər ibadət yerlərinin təmirini, tikintisini dövlət həyata keçirir. Eləcə də ayrı-ayrı dini icmalara dövlət büdcəsindən vəsaitlər ayrılır və onların tam azad, sərbəst şəkildə fəaliyyəti təmin olunur.
- Ermənistan rəhbərliyinin danışıqlar prosesinin formatının dəyişdirilməsi barədə iddiaları, qəsdən danışıqları dalana dirəmək və danışıqlar prosesini pozmağa xidmət edir. Bu cəhdlər nədən xəbər verir?
- Bu gün Ermənistanda hakimiyyətə gələn qüvvələr hələ Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara hazır deyillər. Onlar ümumiyyətlə idarəçilikdə olmayıblar. Küçələrdə, meydanlarda olmaq başqa, dövlətin idarə olunması, dövlətin problemlərinin həll olunması, iqtisadiyyatın inkişafı, sosial vəziyyətin yaxşılaşdırılması tamam başqadır. Bu gün Ermənistan rəhbərliyində təmsil olunan insanların nə təcrübəsi, nə də bu sahədə hər hansı bir bilgisi var. Ona görə də Ermənistan baş naziri Nikol Paşinyan bu və ya digər şəkildə vaxtı uzadır. Ona görə də danışıqların formatının dəyişdirilməsi, qondarma “Dağlıq Qarabağ”ın burada tərəf kimi iştirakını ortaya atmaqla vaxt uzatmaq istəyir. İkincisi isə, oradakı hakimiyyətin taleyi hələ qeyri-müəyyəndir. Çünki verilən vədlər yerinə yetirilmir, əhalinin güzəranı getdikcə pisləşir və insanlar ölkəni tərk edir. Hər il yüz mindən artıq insan Ermənistanı tərk edir, insanlar işsizlikdən əziyyət çəkirlər, ölkədə ciddi demoqrafik problemlər hökm sürür. Keçmişdə dövlət vəzifəsində olanlar artıq həbs edilir. Çünki onların kifayət qədər cinayət əməlləri var. Paşinyan onlardan pul qoparmaqla dövlət büdcəsini formalaşdırmaq istəyir. Çünki onun başqa yerdən gəliri yoxdur. Xarici dövlətlərin verdiyi qrantlar, yardımlar hesabına, heç olmasa, əhalinin gəlirlərini təmin etməyə çalışırlar. Bu da uzağı bir il çəkəcək və yenidən Ermənistan indi olduğundan daha ciddi iqtisadi böhranla qarşı-qarşıya qalacaq.
- Xaricdəki antimilli dairələr, qruplar tərəfindən ölkəmizə qarşı “təhqir kampaniyası” davam etdirilir. Sizcə, bunun qarşısının alınması istiqamətində hansı mexanizmlər tətbiq olunmalıdır?
- Bu gün xaricdən ölkəmizə qarşı davam etdirilən “təhqir kampaniyası” həm hüquqi müstəvidə, həm də Azərbaycan vətəndaşlarının ictimai qınağı vasitəsilə aradan qaldırılır. Təbii ki, “təhqir kampaniyası”nda olanlar heç öz doğma valideynlərini eşitmirlər. Xarici təşkilatlar qrantları məhz o söyüşə görə verirlər. Çünki onlarda hər hansı bir təhlil aparmaq, təklif vermək qabiliyyəti və hər hansı bir məsələyə normal münasibət bildirmək düşüncəsi yoxdur. Bunlar Dağlıq Qarabağda törətdiyi cinayətlərə, soyqırımlarına görə Ermənistana qarşı bir kəlmə də olsun fikir söyləməyiblər. Əgər fikir söyləsələr, dərhal qrantları kəsiləcək. Onların hətta Ermənistanı təbliğ edərək guya orada demokratik ab-havanın yüksək səviyyədə olması barədə absurd fikirlər söyləmələri və insanlara müraciət etmələri Azərbaycan xalqı tərəfindən hiddətlə qarşılanır. Bu şəxslər öz çıxışlarında antidövlət xarakterli fikirlər (silah yolu ilə üsyan, çevriliş etmək və s.) səsləndiriblər. Təbii ki, bunlar hamısı Cinayət Məcəlləsinə tövsif olunur. Bu məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Prokurorluğu cinayət işi qaldırmalıdır və İnterpol vasitəsilə həmin adamların tutulub gətirilməsi təmin olunmalıdır. Necə ki, bu proses artıq davam edir. Eləcə də onların Azərbaycan məhkəmələri qarşısında cavab verməsi təmin olunmalıdır. İkincisi, həmin ölkələrdə fəaliyyət göstərən və Azərbaycanda olan səfirliklərə müraciət olunmalıdır. Soruşulmalıdır, əgər onların hər hansı bir vətəndaşı Azərbaycan ərazisindən öz dövlətlərinə qarşı “təhqir kampaniyaları” aparardılarsa, onlar hansı addımı atardılar? Hesab edirəm ki, bu məsələlər onların diqqətinə çatdırılmalıdır. Üçüncü yol isə ictimai qınaqdır. Azərbaycan xalqı kifayət qədər savadlı xalqdır. Azərbaycanın kifayət qədər tanınmış insanları var. Martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü oldu. Orada qaldırılan məsələlərin hər biri dərhal öz həllini tapdı. Amma bu günə qədər xaricdə oturanlar hələ bir məsələ qaldırmayıblar. Onların ağızları söyüşlə açılıb-bağlanır, o şəxslər həqiqətə uyğun olmayan fikirlər səsləndirirlər. Xaricdən ölkəmizə gələnlərin hər biri görür ki, Azərbaycanda nə qədər inkişaf vardır. Heç şübhəsiz ki, onların burada oturan əlaltıları - “sapı özümüzdən olan baltaları” da qaldırılan məsələlərin öz həllini tapmasına görə əndişələnirlər.
Əfv olunacaq şəxslərlə bağlı artıq Əfv Komissiyası işləyir. Siyasi baxışlarından asılı olmayaraq cinayət törətmiş şəxslər bu və ya digər şəkildə öz peşmançılıqları ilə əlaqədar müraciət edirlər. Əfv Komissiyası bu məsələlərə baxır. Ümumiyyətlə, ölkəmizdə Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanda bu addımlar davamlı olaraq atılıb. 70-dən artıq əfv, 13-ə yaxın Amnistiya aktı qəbul olunub. Sonuncu Amnistiya aktı da ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul olunmuşdu ki, bu da 10 mindən artıq insana şamil edilmişdi. Yəni bunların hamısı Azərbaycanda olub. Onları narahat edən nədir? Bunlar o adamların adından və ailə üzvündən istifadə edirlər. Amma həmin insanlar azadlığa çıxdığı halda onlarla maraqlanmırlar. Çünki onlar bu məsələlərdən gəlir əldə etmək üçün istifadə edirlər. Məsələn, keçmişdə Leyla Yunus və bir qrup hüquq müdafiə təşkilatları var idi ki, onlar bu və ya digər şəkildə cinayət törətmiş şəxslərdən pul alaraq guya onların adını “siyahı”ya salaraq “siyasi məhbus” adı altında Avropaya, başqa-başqa yerlərə göndərəcəkdilər. Hətta bundan sui-istifadə edən bəzi vəkillər də var idi. Onlar şantaj yolu ilə insanların guya azadlığa buraxılmasına çalışmaq istəyirdilər. Həmin metod bu gün Azərbaycanda müxtəlif qurumların və siyasi partiya rəhbərlərinin “çörək ağacı”na çevrilib. Bu məsələ də yaxın vaxtlarda Azərbaycanda öz həllini tapacaq. Onlar qəsdən qızışdırırlar ki, dövlət buna getməsin. Çünki dövlətin bu cür addımlar atması onlara sərf etmir.

 
  • Oxunub:  11340  |  
  • Tarix:  05-03-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycanın vahid və dayanıqlı dünyada rolu

22 Yanvar 11:53
MSK Milli Məclisə seçkilərlə əlaqədar bülletenlərin çapına yaxın günlərdə başlayacaq
22 Yanvar 11:42
Əli Əhmədov: Azərbaycan islahatlara açıq ölkədir
22 Yanvar 11:38
Seçki mübahisələrinin məhkəmə qaydasında həlli mövzusunda layihəyə start verilib
22 Yanvar 11:31
Məzahir Pənahov: “İndiyə qədər MSK-ya 32 şikayət daxil olub”
22 Yanvar 11:25
Bu gün xalqımızın igid oğlu, general-mayor Həzi Aslanovun anadan olmasının 110 illik yubileyidir
22 Yanvar 11:23
Tieri Mariani: “Yeni tərkibli parlament ölkənin gələcək inkişafında mühüm rol oynayacaq”
22 Yanvar 11:16
19 saylı Nərimanov I seçki dairəsinin məntəqələri bütün zəruri avadanlıqlarla təmin olunub
22 Yanvar 11:13
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi vətəndaşların müraciətlərini dinləyib
22 Yanvar 10:07
IDEA İctimai Birliyi vətəndaşlara müraciət edib
21 Yanvar 22:58
Gürcüstan Parlamentinin sədri Azərbaycanın Müdafiə naziri ilə görüşüb
21 Yanvar 22:46
Arye Qut: Qanlı Qara Yanvar Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixinin mərdlik və qəhrəmanlıq səhifəsidir
21 Yanvar 22:41
Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda aparılan uğurlu islahatları yüksək qiymətləndirir
21 Yanvar 22:11
Prezident İlham Əliyev Davosda Xorvatiya Respublikasının Baş Naziri Andrey Plenkoviç ilə görüşüb
21 Yanvar 21:52
Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşüb
21 Yanvar 21:33
Prezident İlham Əliyev Davosda Türkiyənin Xarici İşlər naziri ilə görüşüb
21 Yanvar 20:47
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
21 Yanvar 20:32
"Signify" şirkətinin baş icraçı direktoru ilə görüşdə Azərbaycana yeni texnologiyaların gətirilməsi məsələsi müzakirə olunub
21 Yanvar 18:56
Azərbaycanın Müdafiə naziri Tbilisidə Qəhrəmanlar meydanını ziyarət edib
21 Yanvar 18:31
70 saylı Masallı şəhər seçki dairəsindən deputatlığa namizəd Məşhur Məmmədovun qadın seçicilərlə görüşü keçirilib
21 Yanvar 18:27
13 saylı Xəzər - Pirallahı seçki dairəsindən namizədliyi irəli sürülmüş Rauf Əliyevin Pirallahı qəsəbəsində ağsaqqal və ziyalı seçiciləri ilə görüşü keçirildi
21 Yanvar 18:26
Mustafa Şəntop: Türkiyə Dağlıq Qarabağ münaqişəsini özünün də çox ciddi problemi hesab edir
21 Yanvar 18:19
38 saylı dairənin seçiciləri: Birmənalı olaraq Naqif Həmzəyevə səs verəcəyik
21 Yanvar 18:15
Mövlud Çavuşoğlu: Türkiyənin məqsədi Liviyada daimi atəşkəsi təmin etməkdir
21 Yanvar 18:14
Səhər yuxudan oyanan kimi su için!
21 Yanvar 18:11
Milli Məclisə seçkilərlə əlaqədar 112 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
21 Yanvar 18:09
MSK: "95 nəfər namizədliyini geri götürərək mübarizəsini dayandırıb"
21 Yanvar 17:59
Deputatlığa namizəd Vüqar İskəndərov Şəki şəhərində Qarabağ qaziləri və şəhid ailələri ilə görüşüb
21 Yanvar 17:51
MSK sədri: "1542 nəfərin namizədliyi qeydə alınıb"
21 Yanvar 17:20
YAP tərəfindən 48 saylı Yevlax seçki dairəsindən deputatlığa namizəd İlham Məmmədovun seçicilərlə görüşü keçirilib
21 Yanvar 17:01
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüş keçirib
21 Yanvar 17:00
Yol hərəkəti təhlükəsizliyinin vəziyyəti müzakirə olunub
21 Yanvar 16:47
Azərbaycan və Gürcüstanın Müdafiə nazirlikləri arasında 2020-ci il üçün ikitərəfli əməkdaşlıq Planı imzalanıb
21 Yanvar 16:44
Ağdaş seçiciləri: Hər zaman yanımızda olan YAP-ın namizədinə səs verəcəyik
21 Yanvar 16:40
Vüsal Qasımlı: Azərbaycan Davos platformasından səmərəli istifadə edir
21 Yanvar 16:35
YAP-ın namizədi Emin Hacıyev Sumqayıt şəhərində seçicilərlə görüşüb
21 Yanvar 16:34
Azərbaycan ilə Dubay aqroturizm sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib
21 Yanvar 16:30
91 saylı Ucar seçki dairəsi üzrə YAP tərəfindən namizədliyi irəli sürülmüş Ramil Həsənin seçicilərlə görüşləri keçirilib
21 Yanvar 16:28
Zakir Həsənov: Azərbaycan və Gürcüstan həm ikitərəfli, həm də üçtərəfli formatlarda səmərəli əməkdaşlıq edir
21 Yanvar 16:22
Türkiyəli politoloq: “Azərbaycanda demokratik seçki ənənəsi formalaşıb”
21 Yanvar 16:06
YAP-ın 103 saylı Gədəbəy seçki dairəsindən deputatlığa namizədi Sevinc Hüseynova Kiçik Qaramurad və Parakənd kəndlərinin seçiciləri ilə görüşüb
21 Yanvar 15:54
Anadolu Agentliyi 20 Yanvar faciəsi ilə bağlı infoqrafika hazırlayıb
21 Yanvar 15:50
ABŞ Konqresinin daha bir üzvü 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bəyanat verib
21 Yanvar 15:34
MDB müşahidəçilər missiyası XİN, DİN və Baş Prokurorluqda görüş keçirəcək
21 Yanvar 15:21
68 saylı Cəlilabad kənd seçki dairəsində 74 müşahidəçi qeydiyyatdan keçib
21 Yanvar 15:02
Azərbaycanın Müdafiə naziri Tbilisidə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib
21 Yanvar 14:58
Akademik Musiqili Teatrın səhnəsində “Fransızsayağı qarnir” təqdim olunacaq
21 Yanvar 14:54
Multikulturalizm Mərkəzi 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş konfrans keçirib
21 Yanvar 14:51
Bakıda “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda beynəlxalq simpozium keçiriləcək
21 Yanvar 14:46
AŞPA nümayəndə heyəti sabah Azərbaycana gələcək
21 Yanvar 14:39
Dünya Səhiyyə Təşkilatı yanvarın 22-də təcili iclas çağırır
21 Yanvar 14:30
WhatsApp-da reklam göstərilməyəcək
21 Yanvar 14:26
Somalidə törədilən partlayış zamanı yaralananlar Türkiyəyə gətirilib
21 Yanvar 14:18
Deputatlığa namizəd Aqiyə Naxçıvanlı Oğuz rayonunda seçicilərlə görüşüb
21 Yanvar 14:15
Şərqdə ilk opera yazan qadın bəstəkar Şəfiqə Axundovanın anadan olmasından 96 il ötür
21 Yanvar 14:07
Deputatlığa namizəd Ziyafət Əsgərov 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüşüb
21 Yanvar 14:03
Yeni Azərbaycan Partiyasının Milli Məclisə seçkilərlə əlaqədar yap2020.az seçki saytı fəaliyyətə başladı
21 Yanvar 12:51
“Carlsberg Group” şirkəti Azərbaycana investisiya qoyuluşunu artırmaq niyyətindədir
21 Yanvar 12:27
UNEC-də növbəti “Açıq qapı” günü
21 Yanvar 12:21
Elxan Şahinoğlu: “Formalaşacaq parlament ölkəmizdəki yeni çağırışlara cavab verməlidir”
21 Yanvar 12:11
Lev Spivak: Əminəm ki, formalaşacaq parlament ölkədəki yeniliklərə uyğun olacaq
21 Yanvar 12:09
Azərbaycanın Müdafiə nazirinin Gürcüstana səfəri başlayıb
21 Yanvar 12:03
Bakı Ali Neft Məktəbinin altı tələbəsi İspaniyada təhsil alacaq
21 Yanvar 11:59
Bu gün Davosda Dünya İqtisadi Forumu işə başlayır
21 Yanvar 11:47
Parlament seçkilərində heç bir siyasi təşkilat Yeni Azərbaycan Partiyasına rəqib ola bilməz
21 Yanvar 11:25
Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən Hicran Hüseynovanın seşicilərlə görüşləri davam edir
21 Yanvar 11:20
Sədaqət Vəliyeva ev görüşlərinə şəhid Zakir Cəfərovun ailəsinin mənzilindən başladı
21 Yanvar 11:16
YAP parlament seçkilərində növbəti möhtəşəm qələbəsini qazanacaq
21 Yanvar 10:52
“Formalaşacaq parlament ölkədə davamlı siyasi sabitliyin daha da möhkəmləndirilməsində mühüm rol oyanyacaq”
21 Yanvar 10:47
MSK parlament seçkiləri ilə bağlı yeni kitabçalar nəşr edib
21 Yanvar 10:44
Osman Gündüz: “Seçkilərdə texnologiyaların tətbiqi şəffaflığın təmin edilməsində mühüm rol oynayır”

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+6 +10
gecə0 +3