Ana səhifə »  Müsahibə »  Prezident İlham Əliyevin qərarları bütün dünya üçün sosial inqilab nümunəsidir
A+   Yenilə  A-
Prezident İlham Əliyevin qərarları bütün dünya üçün sosial inqilab nümunəsidir

Milli Məclisin deputatı Kamilə Əliyeva www.yap.org.az saytına müsahibə verib:
- Kamilə xanım, cənab Prezident İlham Əliyevin vətəndaşlarımızın sosial rifah halının yüksəldilməsi üçün atdığı addımları, verdiyi qərarları necə dəyərləndirirsiniz?
- Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və düşünülmüş sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin davamlı inkişafı təmin edilib, ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisi ciddi şəkildə artıb. İqtisadiyyatın modernləşdirilməsi, qeyri-neft sektorunun inkişafı ilə bağlı irimiqyaslı layihələrin reallaşdırılması nəticəsində yeni iş yerləri açılıb, əhalinin həyat səviyyəsi yüksəlib, məşğulluğu artıb, yoxsulluq azalıb.
Respublikamızda həyata keçirilən sosial siyasət insanların sosial xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yönəldilməklə yanaşı, təhsilin, elmin, səhiyyənin, mədəniyyətin, digər sosial-mədəni tədbirlərin inkişaf etdirilməsi və əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədlərinə dövlət büdcəsindən hər il böyük məbləğdə vəsait ayrılır. Elə 2019-cu ilin dövlət büdcəsinin layihəsində büdcənin sosial yönümlülüyünün təmin edilməsi və bütün sosial proqramların icrası ilə bağlı qarşıya qoyulan vəzifələrin həllini tapması təsadüfi deyildir.
Ölkəmizdə insan amili, onun rifahı, məşğulluğun təmin olunması, yoxsulluğun və işsizliyin aradan qaldırılması, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritetlərindən biridir. Məhz bu kontekstdə Prezident İlham Əliyevin verdiyi qərarlar bütün dünya üçün nümunədir. Elə 12 min 200-dən çox şəhid ailəsinə dövlət tərəfindən 11 min manat ödənişin edilməsi, şəhid ailələrinin müavinətlərinin 242 manatdan 300 manatadək artırılması, Əfqanıstanda həlak olanların ailələrinə verilən müavinətin 220 manatdan 300 manata qaldırılması, minimum əməkhaqqının 38 faiz artırılması, 130 manatdan 180 manata çatdırılması, həmçinin minimum pensiyaların məbləğinin də təxminən 38 faiz - 116 manatdan 160 manata qədər artırılması, eləcə də təqribən 100 minə yaxın tələbənin təqaüdünün qaldırılması cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində insan amilinin dayandığını bir daha sübut etmiş olur.
Eyni zamanda, xüsusi olaraq diqqətə çatdırmaq istərdim ki, cənab Prezident İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı ilə ümumilikdə 576,8 min nəfərə yönələn sosial müavinətlər və Prezidentin aylıq təqaüdləri əhəmiyyətli dərəcədə artırılıb, bu eləcə də həmin təqaüdlərin əhatə dairəsinin daha da genişləndirilməsi məqsədinə xidmət edib. Təsəvvür edin ki, edilən artımlara görə cari ilin 9 ayı üçün əlavə olaraq 300 milyon manat, illik isə əlavə olaraq 400 milyon manat vəsait ayrılacaq.
- Cənab Prezident İlham Əliyevin digər Sərəncamı ilə tələbələrin təqaüdləri də artırıldı. Tələbələrlə daim ünsiyyətdə olan bir professor kimi, tələbələr üçün atılmış bu addıma münasibətiniz necədir?
- Doğru qeyd edirsiniz. Cənab Prezidentin təqaüdlərin artırılması ilə bağlı Sərəncamı tək tələbələrin deyil, valideynlərin də sevincinə səbəb oldu. Amma təbii olaraq, dövlət başçısının atdığı bu addımlar təsadüfi xarakter daşımır. Çünki cənab Prezident daim təhsilimizin inkişafı məsələsinə xüsusi önəm verib. Ona görə də bu gün təhsil sahəsi Azərbaycanda prioritet sahələrdən biridir. Tələbələrə və gənclərə olan bu qayğı haqqında danışdığımız sənədlərdə öz əksini tapdı. Təqaüdlərin artırılması yalnız bakalavr deyil, magistr, doktorantura təhsili alanlara, həmçinin orta ixtisas və peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdlərinə də şamil olundu.
Əlbəttə ki, ölkə başçısı tərəfindən imzalanan sənədlər tələbələrin təkcə sosial rifah halının yaxşılaşdırılmasına deyil, eləcə də təhsilin keyfiyyətinin yüksəlməsinə də xidmət edəcək. Atılan addımlar nəticəsində tələbələr arasında sağlam rəqabətin yaranmasına gətirib çıxaracaq. Bildiyiniz kimi, təqaüdlər bal kriteriyalarına görə fərqlənəcək. Belə olan halda, artıq tələbələr yüksək təqaüd almaq üçün daha yüksək nəticələr əldə etməyə çalışacaqlar ki, bu da təhsilin keyfiyyətinə müsbət təsirini göstərəcək. Bir sözlə ifadə etsək, imzalanan sənədlər tələbələrimizin yüksək təhsil alması üçün bir stimul olacaq. Bunun nəticəsində tələbələrimizin həm sosial vəziyyəti daha da yaxşılaşacaq, həm də onlar valideynlərindən asılı olmayacaqlar.
Bütövlükdə, Azərbaycan Prezidentinin diqqət və qayğısı nəticəsində ölkəmizdə fəaliyyət göstərən təhsil ocaqları müasir standartlara uyğun şəkildə qurularaq, lazımi maddi-texniki avadanlıqlarla təchiz olunub. Ölkəmizdə ödənişli ixtisaslarda təhsil alan şəhid ailələrinin ödənişdən azad olunması, Prezident təqaüdünün verilməsi, eləcə də digər addımlar Azərbaycanda təhsilə göstərilən böyük qayğının göstəricisidir.
- Kamilə xanım, Azərbaycan vətəndaşlarının böyük sevincinə səbəb olmuş daha bir hadisə də problemli kreditlərlə bağlı oldu. Ekspertlərin fikrincə, fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı tədbirlərin görülməsi üçün dünyada analoqu olmayan bir qərar verən cənab Prezident İlham Əliyev sosial inqilab nümunəsi təqdim etmiş oldu. Sizin bu barədə fikirlərinizi bilmək istərdik...
- Əlbəttə, çox düzgün qeyd edirsiniz ki, 800 mindən çox insanın böyük problemini həll edəcək fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı dünyada analoqu olmayan bir qərardır və sosial inqilab nümunəsidir. Çünki qlobal iqtisadi və maliyyə böhranı, bununla əlaqədar enerji resurslarının qiymətinin kəskin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına öz təsirlərini göstərmiş, nəticədə əhalinin müəyyən qrupunun ödəmə qabiliyyəti zəifləmiş, xarici valyutada borc almış vətəndaşların banklar qarşısında öhdəlikləri artmış, bu məsələ ilə bağlı məhkəmə müstəvisində baxılma halları çoxalmışdı. Təsadüfi deyil ki, Azərbaycanda manatın məzənnəsinin devalvasiyasından sonra cəmiyyətdə müzakirə olunan məsələlərdən biri də əhalinin xarici valyutada kreditləri ilə bağlı idi. Lakin qısa müddətdə həyata keçirilən sürətli iqtisadi islahatlar, eyni zamanda, enerji resurslarının ixracından asılılığın azaldılması, qeyri-neft sektorunun inkişafının prioritet seçilməsi Azərbaycan iqtisadiyyatına xarici amillərin təsirini azaldıb, iqtisadi artım tempinin bərpa edilməsinə imkan yaradıb. Məsələ burasındadır ki, son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyinin göstərilməsi üçün münbit şərait yaradıb.
Nəticədə, problemin optimal həlli yollarını tapmaq, bu məsələni əhali və dövlət büdcəsi üçün ən əlverişli variantda aradan qaldırmaq məqsədilə 2018-ci ildən ictimai müzakirələr təşkil olunmağa başlamış və Azərbaycan Prezidentinin tapşırığına əsasən, hökumət bu istiqamətdə fəal iş aparmış və təkliflər hazırlamışdı. Paralel olaraq məsələnin Milli Məclisdə müzakirəsi təşkil edilmiş, müxtəlif təkliflər irəli sürülmüşdü. Bununla da Fərmana görə, fiziki şəxslərin banklara 10 000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə 1 ABŞ dollarına 0,25 manat, 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə 1 ABŞ dollarına 0,6 manat nəzərdə tutulmaqla dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödəniləcək.
Fərmana əsasən, ödənişin ilk növbədə fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməsi, qalan məbləğin isə həmin fiziki şəxslərin sərəncamına verilməsi nəzərdə tutulub. Lakin bir fiziki şəxsə ödəniləcək vəsaitin ümumi məbləği 5000 ABŞ dollarının manat ekvivalentindən çox olmayacaq. Fərmanda, eyni zamanda, ödəniş müddəti 360 günü keçən, kreditin məbləği dollarla 10 min dollara, manatla isə 17 min manata qədərdirsə, bunun üçün də mexanizm nəzərdə tutulub. Bu mexanizmə görə, banklar əhaliyə 5 ilə qədər, 1 ili güzəştli olmaqla illik 1 faiz olmaqla yeni kredit müqaviləsinin bağlanılmasını təklif edəcəklər. Bu məqsədlə banklarda fevralın 28-nə qədər həmin kreditlər üzrə hesablanmış və ödənilməmiş faizlər, dəbbə pulları, cərimələr varsa, onların silinməsi üzrə tədbirlər görüləcək. Eyni zamanda, banklarla borcalanlar arasında hansısa məhkəmə mübahisələri varsa, məhkəmə işləri gedirsə, hətta məhkəmə prosesi tamamlanıb və qərarlar icraya yönəldilibsə, bütün bu işlər geri çağırılacaq, dayandırılacaq. Əhalinin üzərində olan məhkəmə qərarları, icraları aradan götürüləcək. Fərmanla banklara bu barədə tövsiyə verilib.
Bir sözlə, problemli kreditlərin həlli Azərbaycan hakimiyyətinin ciddi sosial təşəbbüsüdür və vətəndaşların rifah halını daha da yüksəltmək, onların maliyyə yükünü azaltmaq, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq məqsədi daşıyır. Məlumdur ki, bəzi ölkələrdə də bu kimi təşəbbüslər irəli sürülüb, lakin son nəticədə onun həlli dövlətin imkanları üçün ciddi problem yaratdığına görə onun həlli ya təxirə salınıb, yaxud da bəlli olmayan müddətə uzadılıb.
Gördüyünüz kimi, 2019-cu ilin əvvəlindən sosial sahədə qəbul olunmuş qərarlar, o cümlədən də problemli kreditlərin həlli öz miqyasına, əhatə dairəsinə görə, sözün əsl mənasında, inqilabi qərarlardır. Bir sözlə, Prezident İlham Əliyevin qərarları bütün dünya üçün sosial inqilab nümunəsidir.

 
  • Oxunub:  12660  |  
  • Tarix:  06-03-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycanın vahid və dayanıqlı dünyada rolu

22 Yanvar 11:53
MSK Milli Məclisə seçkilərlə əlaqədar bülletenlərin çapına yaxın günlərdə başlayacaq
22 Yanvar 11:42
Əli Əhmədov: Azərbaycan islahatlara açıq ölkədir
22 Yanvar 11:38
Seçki mübahisələrinin məhkəmə qaydasında həlli mövzusunda layihəyə start verilib
22 Yanvar 11:31
Məzahir Pənahov: “İndiyə qədər MSK-ya 32 şikayət daxil olub”
22 Yanvar 11:25
Bu gün xalqımızın igid oğlu, general-mayor Həzi Aslanovun anadan olmasının 110 illik yubileyidir
22 Yanvar 11:23
Tieri Mariani: “Yeni tərkibli parlament ölkənin gələcək inkişafında mühüm rol oynayacaq”
22 Yanvar 11:16
19 saylı Nərimanov I seçki dairəsinin məntəqələri bütün zəruri avadanlıqlarla təmin olunub
22 Yanvar 11:13
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi vətəndaşların müraciətlərini dinləyib
22 Yanvar 10:07
IDEA İctimai Birliyi vətəndaşlara müraciət edib
21 Yanvar 22:58
Gürcüstan Parlamentinin sədri Azərbaycanın Müdafiə naziri ilə görüşüb
21 Yanvar 22:46
Arye Qut: Qanlı Qara Yanvar Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixinin mərdlik və qəhrəmanlıq səhifəsidir
21 Yanvar 22:41
Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda aparılan uğurlu islahatları yüksək qiymətləndirir
21 Yanvar 22:11
Prezident İlham Əliyev Davosda Xorvatiya Respublikasının Baş Naziri Andrey Plenkoviç ilə görüşüb
21 Yanvar 21:52
Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşüb
21 Yanvar 21:33
Prezident İlham Əliyev Davosda Türkiyənin Xarici İşlər naziri ilə görüşüb
21 Yanvar 20:47
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
21 Yanvar 20:32
"Signify" şirkətinin baş icraçı direktoru ilə görüşdə Azərbaycana yeni texnologiyaların gətirilməsi məsələsi müzakirə olunub
21 Yanvar 18:56
Azərbaycanın Müdafiə naziri Tbilisidə Qəhrəmanlar meydanını ziyarət edib
21 Yanvar 18:31
70 saylı Masallı şəhər seçki dairəsindən deputatlığa namizəd Məşhur Məmmədovun qadın seçicilərlə görüşü keçirilib
21 Yanvar 18:27
13 saylı Xəzər - Pirallahı seçki dairəsindən namizədliyi irəli sürülmüş Rauf Əliyevin Pirallahı qəsəbəsində ağsaqqal və ziyalı seçiciləri ilə görüşü keçirildi
21 Yanvar 18:26
Mustafa Şəntop: Türkiyə Dağlıq Qarabağ münaqişəsini özünün də çox ciddi problemi hesab edir
21 Yanvar 18:19
38 saylı dairənin seçiciləri: Birmənalı olaraq Naqif Həmzəyevə səs verəcəyik
21 Yanvar 18:15
Mövlud Çavuşoğlu: Türkiyənin məqsədi Liviyada daimi atəşkəsi təmin etməkdir
21 Yanvar 18:14
Səhər yuxudan oyanan kimi su için!
21 Yanvar 18:11
Milli Məclisə seçkilərlə əlaqədar 112 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
21 Yanvar 18:09
MSK: "95 nəfər namizədliyini geri götürərək mübarizəsini dayandırıb"
21 Yanvar 17:59
Deputatlığa namizəd Vüqar İskəndərov Şəki şəhərində Qarabağ qaziləri və şəhid ailələri ilə görüşüb
21 Yanvar 17:51
MSK sədri: "1542 nəfərin namizədliyi qeydə alınıb"
21 Yanvar 17:20
YAP tərəfindən 48 saylı Yevlax seçki dairəsindən deputatlığa namizəd İlham Məmmədovun seçicilərlə görüşü keçirilib
21 Yanvar 17:01
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüş keçirib
21 Yanvar 17:00
Yol hərəkəti təhlükəsizliyinin vəziyyəti müzakirə olunub
21 Yanvar 16:47
Azərbaycan və Gürcüstanın Müdafiə nazirlikləri arasında 2020-ci il üçün ikitərəfli əməkdaşlıq Planı imzalanıb
21 Yanvar 16:44
Ağdaş seçiciləri: Hər zaman yanımızda olan YAP-ın namizədinə səs verəcəyik
21 Yanvar 16:40
Vüsal Qasımlı: Azərbaycan Davos platformasından səmərəli istifadə edir
21 Yanvar 16:35
YAP-ın namizədi Emin Hacıyev Sumqayıt şəhərində seçicilərlə görüşüb
21 Yanvar 16:34
Azərbaycan ilə Dubay aqroturizm sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib
21 Yanvar 16:30
91 saylı Ucar seçki dairəsi üzrə YAP tərəfindən namizədliyi irəli sürülmüş Ramil Həsənin seçicilərlə görüşləri keçirilib
21 Yanvar 16:28
Zakir Həsənov: Azərbaycan və Gürcüstan həm ikitərəfli, həm də üçtərəfli formatlarda səmərəli əməkdaşlıq edir
21 Yanvar 16:22
Türkiyəli politoloq: “Azərbaycanda demokratik seçki ənənəsi formalaşıb”
21 Yanvar 16:06
YAP-ın 103 saylı Gədəbəy seçki dairəsindən deputatlığa namizədi Sevinc Hüseynova Kiçik Qaramurad və Parakənd kəndlərinin seçiciləri ilə görüşüb
21 Yanvar 15:54
Anadolu Agentliyi 20 Yanvar faciəsi ilə bağlı infoqrafika hazırlayıb
21 Yanvar 15:50
ABŞ Konqresinin daha bir üzvü 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bəyanat verib
21 Yanvar 15:34
MDB müşahidəçilər missiyası XİN, DİN və Baş Prokurorluqda görüş keçirəcək
21 Yanvar 15:21
68 saylı Cəlilabad kənd seçki dairəsində 74 müşahidəçi qeydiyyatdan keçib
21 Yanvar 15:02
Azərbaycanın Müdafiə naziri Tbilisidə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib
21 Yanvar 14:58
Akademik Musiqili Teatrın səhnəsində “Fransızsayağı qarnir” təqdim olunacaq
21 Yanvar 14:54
Multikulturalizm Mərkəzi 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş konfrans keçirib
21 Yanvar 14:51
Bakıda “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda beynəlxalq simpozium keçiriləcək
21 Yanvar 14:46
AŞPA nümayəndə heyəti sabah Azərbaycana gələcək
21 Yanvar 14:39
Dünya Səhiyyə Təşkilatı yanvarın 22-də təcili iclas çağırır
21 Yanvar 14:30
WhatsApp-da reklam göstərilməyəcək
21 Yanvar 14:26
Somalidə törədilən partlayış zamanı yaralananlar Türkiyəyə gətirilib
21 Yanvar 14:18
Deputatlığa namizəd Aqiyə Naxçıvanlı Oğuz rayonunda seçicilərlə görüşüb
21 Yanvar 14:15
Şərqdə ilk opera yazan qadın bəstəkar Şəfiqə Axundovanın anadan olmasından 96 il ötür
21 Yanvar 14:07
Deputatlığa namizəd Ziyafət Əsgərov 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüşüb
21 Yanvar 14:03
Yeni Azərbaycan Partiyasının Milli Məclisə seçkilərlə əlaqədar yap2020.az seçki saytı fəaliyyətə başladı
21 Yanvar 12:51
“Carlsberg Group” şirkəti Azərbaycana investisiya qoyuluşunu artırmaq niyyətindədir
21 Yanvar 12:27
UNEC-də növbəti “Açıq qapı” günü
21 Yanvar 12:21
Elxan Şahinoğlu: “Formalaşacaq parlament ölkəmizdəki yeni çağırışlara cavab verməlidir”
21 Yanvar 12:11
Lev Spivak: Əminəm ki, formalaşacaq parlament ölkədəki yeniliklərə uyğun olacaq
21 Yanvar 12:09
Azərbaycanın Müdafiə nazirinin Gürcüstana səfəri başlayıb
21 Yanvar 12:03
Bakı Ali Neft Məktəbinin altı tələbəsi İspaniyada təhsil alacaq
21 Yanvar 11:59
Bu gün Davosda Dünya İqtisadi Forumu işə başlayır
21 Yanvar 11:47
Parlament seçkilərində heç bir siyasi təşkilat Yeni Azərbaycan Partiyasına rəqib ola bilməz
21 Yanvar 11:25
Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən Hicran Hüseynovanın seşicilərlə görüşləri davam edir
21 Yanvar 11:20
Sədaqət Vəliyeva ev görüşlərinə şəhid Zakir Cəfərovun ailəsinin mənzilindən başladı
21 Yanvar 11:16
YAP parlament seçkilərində növbəti möhtəşəm qələbəsini qazanacaq
21 Yanvar 10:52
“Formalaşacaq parlament ölkədə davamlı siyasi sabitliyin daha da möhkəmləndirilməsində mühüm rol oyanyacaq”
21 Yanvar 10:47
MSK parlament seçkiləri ilə bağlı yeni kitabçalar nəşr edib
21 Yanvar 10:44
Osman Gündüz: “Seçkilərdə texnologiyaların tətbiqi şəffaflığın təmin edilməsində mühüm rol oynayır”

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+6 +10
gecə0 +3