Ana səhifə »  Müsahibə »  Azərbaycan erməni yalanlarının ifşası istiqamətində sistemli iş aparır
A+   Yenilə  A-
Azərbaycan erməni yalanlarının ifşası istiqamətində sistemli iş aparır

Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov www.yap.org.az saytına müsahibə verib:
- Siyavuş müəllim, bir müddət öncə Azərbaycan Xocalı soyqırımının ildönümünü ölkə daxilində və dünyada geniş şəkildə qeyd etdi. Sizcə, 31 Mart soyqırımının da bu miqyasda beynəlxalq aləmdə qeyd edilməsi erməni vəhşiliyinin ifşa edilməsi baxımından faydalı olardımı?
- Təbii ki, 31 Mart soyqırımının da geniş şəkildə qeyd edilməsinə ehtiyac var. Azərbaycan tarixinə nəzər salsaq, görərik ki, demək olar ki, hər ay ermənilər tərəfindən xalqımıza qarşı bu cür qətliamlar, qırğınlar törədilib. Yanvar ayında 20 Yanvar olaylarının ildönümünü qeyd edirik. Fevralda Xocalı soyqırımı, martda isə Mart soyqırımının ildönümü yad edilir. Mart soyqırımı zamanı on minlərlə insan qətlə yetirildi. Onların içərisində azərbaycanlılarla yanaşı, digər millətlərin, eləcə də yəhudilərin də nümayəndələri var idi.
Mart soyqırımının izlərinə respublikamızın, demək olar ki, hər bir guşəsində rast gəlmək mümkündür. Mart soyqırımı zamanı Bakıda, Qubada, Şamaxıda, Naxçıvanda, Lənkəranda insanların kütləvi şəkildə məhvi həyata keçirilib. Qarabağda, dədə-baba torpaqlarımız olan Qərbi Azərbaycanda yaşayan insanlarımıza qarşı da böyük vəhşiliklər törədiblər.
Mart soyqırımı Xocalı soyqırımına bərabər olan, bəlkə, ondan da dəhşətli bir soyqırımı olub. Mart soyqırımına nəzər salsaq, görərik ki, bu soyqırımı bütün ölkəni əhatə edib. Qadınlara, uşaqlara, qocalara münasibətdə dəhşətli vəhşilik və amansızlıq törədilib, onlar müxtəlif işgəncələrlə, qəddarlıqla qətlə yetiriliblər.
Bildiyiniz kimi, Ümummilli Lider Heydər Əliyev həm 20 Yanvar olayları, həm Xocalı soyqırımı, həm də Mart soyqırımı ilə bağlı fərmanlar verib, onların ildönümlərinin keçirilməsi ilə bağlı qərarlar qəbul edib. Təbii ki, biz bu soyqırımlarının, erməni vəhşiliyinin ifşası ilə məşğul olmalıyıq.
Xocalı soyqırımı daha yaxın tarixdir və bununla bağlı kifayət qədər arxiv materialları var. Xocalı hadisəsinin şahidləri var. Video və audio yazılar mövcuddur. Ona görə də Xocalı ilə bağlı faktlar daha çoxdur. Lakin biz Mart soyqırımına da lazımi diqqət göstərməliyik. Mart soyqırımını dünyaya tanıtmaqla göstərməliyik ki, Xocalı soyqırımı ermənilərin Azərbaycan xalqına qarşı ilk soyqırımı deyil. Bundan öncə də xalqımıza qarşı bu cür vəhşiliklər törədilib. Biz bu cinayətlərin ifşasına nail olmalıyıq. Çalışmalıyıq ki, bir də bəşəriyyət əleyhinə, insanlıq əleyhinə bu cür cinayətlər törədilməsin.
- Sizcə, erməni yalanlarına qarşı mübarizə çərçivəsində düşmənlə siyasi-ideoloji, eləcə də elmi müstəvidə mübarizə aparan bütün qurumların, o cümlədən də bu sahədə böyük işlər görən AMEA-nın Qafqazşünaslıq İnstitutunun “Ermənişünaslıq” şöbəsinin fəaliyyətinin də gücləndirilməsinə, maddi-texniki bazasının genişləndirilməsinə ehtiyac varmı?
- Təbii ki, ehtiyac var. Bu, olduqca önəmli bir sahədir. Erməni yalanlarına qarşı mübarizə, onların cinayətlərinin ifşa edilməsi olduqca vacibdir. Hesab edirəm ki, bu qurumların həm də paralel işləməsinə ehtiyac var. Düşünürəm ki, bu qurumlar Azərbaycanın hüquq-mühafizə orqanları, Respublika Prokurorluğu, DTX, DİN və s. ilə geniş əməkdaşlıq etməlidir.
- Son aylar ermənilər ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində Azərbaycanda ermənilərin guya təzyiq və soyqırımına məruz qalması ilə bağlı böhtanlar səsləndirirlər. Bu böhtanların ifşası istiqamətində də Azərbaycan hansı addımlar atmaqdadır?
- Şübhəsiz ki, bu yöndə gərəkli addımlar atılmalıdır və atılır da. Bu gün Azərbaycan erməni yalanlarının ifşası istiqamətində sistemli iş aparır. Bunun nəticəsində artıq dünya erməni yalanlarına inanmır. O vaxt Azərbaycanda bəlli miqdarda erməni ailəsi var idi. Hansı ki, onların bir qismi indi də ölkəmizdə yaşayır.
Əgər onlara qarşı burada, həqiqətən də, bir amansızlıq, bir təzyiq olsaydı, o zaman onlar bu günə qədər Azərbaycanda yaşamazdılar. Azərbaycanlılar ermənilərə qarşı heç vaxt şiddət və amansızlıq sərgiləməyiblər. Əksinə, onları qoruyublar. Sumqayıt hadisələri ilə bağlı aparılan hüquqi araşdırmalar sübut etdi ki, bu şəhərdə öldürülən ermənilərin hamısı “Krunq” təşkilatına pul vermək istəməyən ermənilər olublar və onların qətlini də məhz ermənilər özləri həyata keçiriblər. Bu cinayətlərin başında ermənilərin özləri dayanıblar. Onlar bu olaylardan həm Qarabağ hadisələrini başlatmaq, həm də Qərbi Azərbaycandakı soydaşlarımızı didərgin salmaq üçün istifadə etdilər. 200 mindən artıq insan Qərbi Azərbaycandan didərgin salındı.
1989-1990-cı illərdə Bakını tərk edən ermənilərin bir çoxu özlərinə Şimali Qafqaz və digər respublikalarda mənzil axtarmağa gedəndə Bakıdakı evlərinin açarlarını ermənilərə deyil, azərbaycanlılara həvalə edərək gedirdi. Sumqayıt və Bakıda yaşayan ermənilərin əksəriyyəti öz evlərini dəyişdilər. Təsəvvür edin ki, Azərbaycanı tərk edən ermənilərin heç biri Ermənistana getmədi. Əgər onlara burada təzyiq olsaydı, onlar Ermənistana gedər, orada sığınacaq axtarardılar. Lakin onlar Şimali Qafqaza, Avropaya, Amerikaya köçdülər. Amma Ermənistana getmədilər.
- Siyavuş müəllim, qarşıdan aprel döyüşlərinin ildönümü gəlir. Sizcə, aprel döyüşlərinin ölkəmiz üçün əhəmiyyəti nədən ibarət oldu?
- Aprel döyüşləri hər şeydən öncə psixoloji baxımdan mühüm əhəmiyyət kəsb edən bir məsələdir. Aprel döyüşlərinin yeganə önəmi bu döyüşlərin nəticəsi olaraq işğaldakı ərazilərin müəyyən hissəsinin azad edilməsi ilə yekunlaşmır. Təbii ki, bunun özü də mühüm əhəmiyyətə malik bir məsələdir. Azərbaycan aprel döyüşləri nəticəsində böyük bir ərazini azad etdi, bir çox kəndin təhlükəsizliyi təmin edildi, strateji yüksəkliklər ələ keçirildi. Lakin aprel döyüşləri həm də bir sıra psixoloji amillər baxımından önəmli oldu.
- Bunlar hansı amillərdir?
- Ermənilər Dağlıq Qarabağ probleminin həllini uzatmaqla düşünürdülər ki, Azərbaycanda yetişən gənc nəsil, ötən əsrin 90-cı illərində qaçqın və məcburi köçkün düşən ailələrdə yeni doğulan insanlar Qarabağ və işğal edilmiş torpaqları yaddan çıxaracaqlar. Onlarda döyüş ruhu aşağı olacaq. Onlar ümid edirdilər ki, problemi uzatmaqla məsələni de-yure həll edəcəklər. Lakin aprel döyüşləri ermənilərin bu düşüncəsini alt-üst etdi. Aprel döyüşləri göstərdi ki, gənc nəsil əvvəlki nəsillərdən öz vətənpərvərliyinə görə heç də geri qalmır. Aprel döyüşləri zamanı müxtəlif institutlardan, məktəblərdən, müəssisələrdən minlərlə insan könüllü şəkildə bu döyüşlərdə iştirak etmək üçün əlaqədar qurumlara müraciət etdi.
Aprel döyüşləri İrəvanın ermənilər arasında apardığı təbliğatı da puça çıxardı. İrəvan bu günə qədər öz əhalisini inandırmağa çalışırdı ki, Azərbaycanda döyüş ruhu yoxdur, ordusu zəifdir, texnikası köhnədir və s. Bu məsələdə “sapı özümüzdən olan” müəyyən qüvvələrin də ordumuz haqqında səsləndirdiyi böhtanlar az rol oynamırdı. Əslində isə Azərbaycan ordusu Rusiya, Türkiyə, Belarus, İsrail, Ukrayna və s. ölkələrdən müasir silahlar almaq, sovet dönəminə məxsus bəzi silahları yüksək səviyyədə modernləşdirməklə böyük zərbə qüvvəsi əldə etmişdi. Hərbi təchizat baxımından Azərbaycan ordusu NATO standartlarına uyğunlaşdırılıb. Bütün bunlar aprel döyüşlərində özünü göstərdi. Azərbaycan aprel döyüşlərində öz hərbi potensialının cüzi bir hissəsindən istifadə etməklə erməni ordusunu tamamilə darmadağın elədi.
- Aprel döyüşlərini daha hansı baxımdan əhəmiyyətli hesab edirsiniz?
- Aprel döyüşləri KTMT-nin münaqişəyə baxışı baxımından da önəmlidir. İrəvan həmişə öz əhalisinin başının altına yastıq qoyaraq onları inandırmağa çalışırdı ki, əgər Azərbaycanla hərbi toqquşma baş versə, o zaman KTMT mütləq bu münaqişəyə qoşulacaq və Ermənistana dəstək verəcək. İrəvan iddia edirdi ki, məhz KTMT-nin köməyi ilə onlar Azərbaycanın digər torpaqlarını da ələ keçirə bilərlər. Lakin aprel döyüşləri bunun əksini göstərdi. KTMT-yə qoşulan dövlətlərin bir çoxu açıq şəkildə bəyanat verərək bildirdi ki, Azərbaycan öz ərazisi daxilində hərbi əməliyyat aparır və odur ki, onlar bu məsələyə hər hansı şəkildə müdaxilə edə bilməzlər. Bu hadisələr göstərdi ki, KTMT-yə daxil olan ölkələr nəinki Ermənistanı dəstəkləmədi, onlar dolayısı ilə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədilər. Cənab Prezidentin erməni analarına da müraciəti oldu. Ölkə başçısı bu müraciətdə bidirdi ki, siz öz rəhbərliyinizə sual verin ki, sizin övladlarınız Azərbaycan ərazisində nə gəzir ki, onlar da antiterror əməliyyatı zamanı həyatlarını itirsin?
- Siyavuş müəllim, son vaxtlar ölkə başçısı sosial-iqtisadi sahədə ciddi yeniliklərə imza atdı. Əməkhaqları və təqaüdlərin artırılması, problemli kreditlərin həlli, insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması və s. bu qəbildən olan addımlar idi. Sizcə, bütün baş verənləri Azərbaycanın iqtisadi-sosial həyatında yeni mərhələ hesab etmək mümkündürmü?
- Ötən il aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirildi. Seçkilər dönəmində YAP-ın namizədinin təbliğat-təşviqat qrupuna daxil olan adamlar yerlərdə çoxsaylı görüşlər keçirdilər. Elə bir rayon, elə bir kənd, elə bir böyük yaşayış massivi olmadı ki, bu cür görüşlər keçirilməsin. Bu görüşlərdə vətəndaşların təklif və arzuları, onları narahat edən məsələlərin hamısı toplanaraq proqram şəklini aldı. Bu proqram seçki platforması kimi təqdim olundu. Sonrakı dönəmdə Azərbaycanın dövlət büdcəsi müzakirəyə çıxarılanda bu məsələlər də qaldırıldı. Qaldırılan məsələlərin hamısı nəzərə alındı. Büdcədən bu problemlərin həllinə vəsait ayrıldı. Yəni bütün bu məsələlərin həlli hələ bir il öncədən nəzərdə tutulmuşdu və gördüyünüz kimi, yüksək səviyyədə həyata keçirilməkdədir.

 
  • Oxunub:  2640  |  
  • Tarix:  13-03-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əli Əhmədov: Əli İnsanov əvvəlki səhvinin mənəvi yükünü nəinki dərk edir, hətta onu yenidən etməyə hazırdır

26 Mart 14:11
Azərbaycan ilə ABŞ arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunacaq
26 Mart 13:47
Xanlıqlar dövrünün metafizikası: Akademik Ramiz Mehdiyevin yeni kitabı haqqında ilk təəssüratlar
26 Mart 12:25
Salyanda 30 min nəfərdən çox sakin tibbi müayinədən keçib
26 Mart 12:20
Bayram günlərində Bakı Şəhər İcra Hakimiyyətinin struktur bölmələri xüsusi iş rejimində çalışıb
26 Mart 12:15
Əli Həsənovun əsərləri Buxarestdə rumın dilində nəşr edilib
26 Mart 12:11
Tolerantlıq və multikulturalizmin Azərbaycan modeli əsrlər boyu mövcud olub
25 Mart 14:14
Aprelin əvvəlindən müharibə veteranlarına Prezidentin aylıq təqaüdü təyin olunacaq
25 Mart 11:41
Pekin Xarici Dillər Universitetində Novruz şənliyi
25 Mart 11:24
Vaşinqtonda Novruz şənliyi keçirilib
25 Mart 11:21
Strasburqda “Azərbaycan Ədəbiyyatı Antologiyası” kitabının təqdimatı olub
25 Mart 11:18
"Avro-2020"-nin talismanı təqdim olunub
25 Mart 11:14
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
25 Mart 11:12
Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Gündəliyinin icrasında fəal rol oynayır
25 Mart 11:10
Amerikalı jurnalistlərə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər çatdırılıb
25 Mart 11:07
Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi: Azərbaycan Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə böyük nəticələr əldə edir
24 Mart 11:55
Xarici işlər naziri Elmar Məmmədyarov Paraqvaya rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirib
24 Mart 11:51
Doqquz rayondan olan 360 məktəbli şimal-qərb bölgəsinə ekskursiya çərçivəsində Qəbələyə gəlib
24 Mart 11:47
Tur-aksiya iştirakçılarının Lənkərana ekskursiyası Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan başlayıb
24 Mart 11:40
Naxçıvan məktəbliləri İçərişəhərlə tanış olublar
24 Mart 11:35
Özbəkistanda keçirilən festivalda azərbaycanlı dizaynerin “Novruz” kolleksiyası nümayiş etdirilib
24 Mart 11:29
Qardaşlaşmış Xırdalan və Cocuq Mərcanlı məktəblərinin Novruz görüşü
24 Mart 11:24
Bakılı məktəblilər Naxçıvan şəhərindəki tarixi, mədəni və təhsil müəssisələri ilə tanış olublar
24 Mart 11:21
Ankarada birinci Türk Dünyası Qurultayı təşkil olunub
24 Mart 11:15
Uruqvayın xarici işlər naziri: Azərbaycanla münasibətləri gələcəkdə daha da dərinləşdirmək niyyətindəyik
23 Mart 17:13
Azərbaycan hərbçiləri Pakistanın Milli Gününə həsr olunmuş hərbi paradda iştirak ediblər
23 Mart 16:34
Azərbaycan ilə Uruqvay arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
23 Mart 16:20
İki ayda Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatları 60 milyon dollara çatıb
23 Mart 15:58
Hedva Ser: UNESCO-da “Yeddi gözəl” muğam konserti möhtəşəm oldu
23 Mart 13:49
Cenevrədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatında Beynəlxalq Novruz Günü qeyd edilib
23 Mart 13:41
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Novruz şənliyi təşkil edilib
23 Mart 10:11
Meksika senatında Novruz bayramı təntənəsi
23 Mart 09:49
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsinə start verilir
23 Mart 09:43
Azərbaycanın müdafiə naziri Pakistanın Quru Qoşunları komandanı ilə görüşüb
23 Mart 09:34
Ann-Sofi Kopən: Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
23 Mart 09:32
Azərbaycan nümayəndələri Dünya Bankının Daşkənddə keçirilən iclasında iştirak ediblər
23 Mart 09:29
Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub
23 Mart 09:23
Nazirlik: Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara da gələn aydan Prezidentin təqaüdü veriləcək
23 Mart 09:17
İstanbulda İƏT-in Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçirilib
23 Mart 09:13
Prezident Arif Alvi: Pakistan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir
22 Mart 14:06
Azərbaycan və Argentina parlamentlərarası əlaqələrin daha da dərinləşdirilməsinə dair fikir mübadiləsi aparıb
22 Mart 13:59
Azərbaycan və Pakistan arasında hərblə bağlı sahələrdə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
22 Mart 13:53
"The Washington Times" Azərbaycanın iqtisadi-siyasi nailiyyətlərindən yazıb
22 Mart 13:48
Jan Dürinq: Qarabağ, xüsusən də Şuşa Azərbaycan musiqisinin beşiyidir
22 Mart 13:44
“Saat Meydanı” Kompleksi sakinlərin və turistlərin rahatlığına hesablanıb
22 Mart 13:40
BMT-də Beynəlxalq Novruz Günü qeyd olunub
22 Mart 13:34
Türkiyə KİV-ləri Prezident İlham Əliyevin Azərbaycan xalqına bayram təbrikini geniş işıqlandırıb
22 Mart 13:31
Azərbaycan və Ekvador arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür
21 Mart 17:46
Azərbaycan və Argentina arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
21 Mart 17:42
Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq davam edir
21 Mart 17:39
Mənəvi dəyərlərimizə böyük qayğı
21 Mart 17:35
Əli Həsənov: Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək
21 Mart 15:07
Doğma bulvarda Novruz...
21 Mart 14:09
İstanbulda türk xalqlarının təmsil olunduğu Novruz şənliyi keçirilib
21 Mart 14:07
Suraxanı rayonunda Novruz bayramı geniş qeyd edilir
21 Mart 14:02
Azərbaycan və İran dövlət sərhədində Novruz bayramı münasibətilə tədbir təşkil olunub
21 Mart 13:53
Meksikada Novruz bayramı və Azərbaycan Mədəniyyəti Günü qeyd olunub
21 Mart 13:49
21 mart - Beynəlxalq Meşələr və Ağaclar Günüdür
21 Mart 13:43
Azərbaycan komandası Xüsusi Yay Olimpiya Oyunlarında möhtəşəm qələbə qazanıb
21 Mart 13:38
Paytaxtımızda Novruz bayramı böyük təntənə ilə qeyd edilir
21 Mart 13:30
UNESCO-nun baş qərargahında Alim Qasımovun “Yeddi gözəl” muğam konserti olub
21 Mart 13:24
Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib
21 Mart 10:16
Qırxa yaxın ölkənin iştirak etdiyi sərgidə XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyi öz stendi ilə təmsil olunub
21 Mart 10:12
“Avro 2020”: Bu gün Azərbaycan millisi ilk oyununa çıxacaq
21 Mart 10:09
Azərbaycan və Xorvatiya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə edilib
21 Mart 10:03
Elmar Məmmədyarov: Ermənistanın hərbi işğalına son qoyulacağı təqdirdə, Azərbaycan Cənub-Cənub əməkdaşlığına daha fəal töhfə verə biləcək
21 Mart 09:58
Azərbaycana yaz gəldi…
20 Mart 17:30
Müdafiə Nazirliyinin rəhbərliyi Novruz bayramı münasibətilə hərbi hospitalda olub
20 Mart 16:09
Gürcüstan Prezidenti Salome Zurabişvili Qardabanidə azərbaycanlıların Novruz şənliklərinə qatılıb
20 Mart 16:00
Prezidentin Mətbuat Xidmətinin məlumatı
20 Mart 15:36
Azərbaycan Ordusunun nümayəndələri Pakistanın Milli Gününə həsr olunmuş paradda iştirak edəcəklər

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA