Ana səhifə »  Müsahibə »  31 mart soyqırımı insanlığa qarşı cinayətdir
A+   Yenilə  A-
31 mart soyqırımı insanlığa qarşı cinayətdir

Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Musa Qasımlı www.yap.org.az saytına müsahibə verib:
- Musa müəllim, 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımının 101 ili tamam olur. Tarix boyu dəfələrlə ermənilər azərbaycanlılara qarşı qırğınlar törədiblər. Ümumiyyətlə, xalqımıza qarşı törədilmiş soyqırımının tarixi kökləri haqqında nə deyə bilərsiniz? Bu prosesdə ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi nə dərəcədə rol oynayıb?
- Qeyd edim ki, Birinci Dünya müharibəsinin getdiyi vaxt, Rusiyada bolşeviklər Müvəqqəti hökuməti devirib hakimiyyətə gəldikdən sonra rus Qafqaz cəbhəsinin dağılması nəticəsində Anadoluda törətdikləri soyqırımına görə cəzasız qalmayacaqlarından qorxan erməni-daşnak dəstələri geri çəkilən ordu ilə birlikdə Cənubi Qafqaza qayıtdı. Bu zaman regionda anarxiya hökm sürürdü, Müvəqqəti hökumətin orqanları, sovetlər və milli komitələr fəaliyyət göstərirdilər. Bakıdan keçib Rusiyaya getməli olan rus əsgərləri silah və sursatını ermənilərə və Bakı bolşeviklərinə vermişdi. Mülki türk, müsəlman əhaliyə qarşı Şərqi Anadoluda törətdikləri qırğınları erməni silahlı dəstələri 1917-ci ilin payızından etibarən tarixi Azərbaycan torpağı olan İrəvan quberniyası - indiki Ermənistan Respublikası, Cənubi Azərbaycan, indiki Azərbaycan Respublikası və Tiflis quberniyası ərazilərində törətdilər.
Erməni silahlı qüvvələrinin mülki azərbaycanlı əhaliyə qarşı törətdikləri kütləvi qırğınların zirvə nöqtəsi 1918-ci ilin martında oldu.
Martda törədilən soyqırımının həm tarixi kökləri, həm daxili şəraitdən, həm də böyük dövlətlərin regionda yürütdükləri siyasətdən törəyən səbəbləri var idi. Soyqırımının kökləri hər şeydən əvvəl, çar Rusiyasının isti dənizlərə yiyələnmək strategiyasını həyata keçirmək üçün özünə “etibarlı” ünsür axtarması ilə bağlı idi. İsti dənizlərə çıxmaq üçün Osmanlı dövləti və İrana qarşı mübarizədə yanında qul psixologiyasına sahib, Şərqi yaxşı bilən, şəraitə tez uyğunlaşmağı bacaran və özünə digər amillər baxımından yaxın hesab etdiyi erməniləri görməsi, onları azərbaycanlı torpaqlarına köçürüb yerləşdirməsi, əlverişli şərait yaradaraq qısa müddətdə varlandırması ilə bütün Cənubi Qafqaz regionunda milli münaqişələrin və sonralar isə baş verən qanlı hadisələrin təməli qoyuldu.
İsti dənizlərə çıxmaq üçün apardığı işğalçı müharibələr nəticəsində Azərbaycanı bölüşdürdükdən sonra Cənubi Qafqaza erməniləri yerləşdirməklə çarizm həm demoqrafik vəziyyəti dəyişdirdi, həm də onları Şərq siyasətində bir alətə çevirdi. Həmin siyasəti çarizm devrildikdən sonra qurulan Müvəqqəti hökumət, ondan sonra isə bolşevik Rusiyası da davam etdirdi. 1917-ci ilin noyabrında Bakıda S.Şaumyan başda olmaqla azərbaycanlıların əleyhinə olan sovet hakimiyyəti quruldu. V.İ.Lenin həmin ilin dekabrında S.Şaumyanı Qafqazda xüsusi səlahiyyətli komissar təyin etdi.
Soyqırımının səbəblərindən biri Azərbaycanın yerləşdiyi əlverişli coğrafi-siyasi mövqeyə yiyələnmək uğrunda dövrün böyük dövlətləri arasında gedən amansız mübarizə ilə bağlı idi. Bakıda bütün Cənubi Qafqazda hakimiyyətin hansı qüvvənin əlində olmasının taleyi həll edilirdi. Bakıya hakim olmaq bütün Cənubi Qafqaza nəzarət imkanı verər, Tiflisdə fəaliyyət göstərən Zaqafqaziya Seyminin süqutuna kömək edərdi.
Digər tərəfdən, Bakıya yiyələnmək Xəzər dənizi və “dünyanın ürəyi” olan Orta Asiyaya gedən yola nəzarət etmək imkanı verərdi. Dünyanın ürəyinə gedən yol Bakıdan, Azərbaycandan keçirdi. Azərbaycan böyük ticarət yollarının üstündə yerləşirdi.
- 1918-1920-ci illərdə azərbaycanlılara qarşı həyata keçirilən soyqırımları ilə bağlı fikirlərinizi bilmək istərdik...
- Qırğınların törədilməsinin digər bir səbəbi Osmanlının əhalisi əsasən türk və müsəlmanlardan ibarət olan Cənubi Qafqaza, xüsusən Bakıya buraxılmaması üçün Bakı və Bakı quberniyasını yerli, aborigen əhalidən təmizləmək və Azərbaycanın müstəqilliyinin qarşısının alınması idi. Bakı Sovetinin istifadə etdiyi erməni-daşnak qüvvələri isə tarixdə olmayan “Böyük Ermənistan” qurmaq yolunda onlara mane ola biləcək azərbaycanlıları məhv etməyə çalışırdılar. Bu şəraitdə qırğınlar üçün kiçik bir bəhanə lazım idi. O da tapıldı.
Belə bir bəhanə general M.Talışinski başda olmaqla müsəlman (Azərbaycan) diviziyasının “Evelina” gəmisi ilə Lənkəranda həlak olan silah yoldaşları, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədi Bakıya gətirən bir qrup zabit və əsgərin Bakı Soveti tərəfindən tərk-silah edilməsi oldu. Diviziyanın əsgər və zabitləri silahların geri qaytarılmasını tələb etsələr də, nəticəsi olmadı. S.Şaumyanla aparılan danışıqlar da uğursuz oldu. Xalq küçələrə çıxıb silahların qaytarılmasını tələb etdi. Sosial dayağı olmayan bolşevik hökumətinin rəhbəri S.Şaumyan erməniləri və bolşevikləri, xüsusən Xəzər hərbi dəniz donanmasının matroslarını azərbaycanlılara qarşı soyqırımına təhrik etdi.
Martın 30-da axşam saat 5-də Bakıda ilk atəş açıldı. Bakı Sovetinin qüvvələri ilə yanaşı, mart qırğını başlananadək özlərinin bitərəfliyini elan etmiş Daşnaksutyun və Erməni Milli Şurası, ziyalıları, o cümlədən erməni kilsəsi bir neçə saatdan sonra Bakı Soveti tərəfindən döyüşə qatıldılar. S.Şaumyan bu hadisə ilə bağlı yazırdı ki, “bizim süvari dəstəyə ilk silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik. Bizim artıq 6 min nəfərə qədər silahlı qüvvəmiz var idi. Həmçinin Daşnaksutyunun 3-4 minə qədər milli hissələri var idi. Onlar da bizim sərəncamımızda idilər. Daşnaksutyunun iştirakı vətəndaş müharibəsinə milli qırğın xarakteri verdi və bundan qaçmaq mümkün deyildi. Biz buna şüurlu olaraq getdik”.
Qırğın qəddarlıqla həyata keçirildi. Şəhər yerdən və havadan bombardman edildi. Mülki azərbaycanlı əhali diri-diri su quyularına, yanan təndirlərə, neft quyularına atılır, hamilə qadınların qarınları süngü ilə deşilir, körpə uşaqlar divarlara mıxlanır, qadınlar hörüklərlə bir-birinə bağlanaraq küçələrdə çılpaq gəzdirilirdi. Silahlı dəstələr uşaqlara, qocalara və qadınlara rəhm etmirdilər. Adamlardan siyasi mənsubiyyət soruşulmurdu. Öldürmək üçün “türk, müsəlman” olmaq kifayət edirdi.
Soyqırımının gedişində azərbaycanlılara məxsus ictimai binalar, milli rəmzlər və mədəniyyət ocaqları dağıdıldı. “Açıq söz”, “Kaspi” qəzetlərinin redaksiyaları, fəaliyyətini bütün Cənubi Qafqaza yayan və müharibə zamanı Qafqaz cəbhəsində hərbi əməliyyatlar meydanında böyük iş aparan, azərbaycanlıların ictimai hərəkatında mühüm rol oynayan Müsəlman Xeyriyyə Cəmiyyətinin yerləşdiyi “İsmailiyyə” binası yandırıldı. Təzəpir məscidinin minarələri zədə aldı.
Qüvvələr bərabər deyildi. Buna görə də martın 31-də azərbaycanlılar döyüşü dayandırdılar. Buna baxmayaraq, azərbaycanlıların öldürülməsi davam edirdi. Döyüş yalnız aprelin 2-də dayandırıldı. Bakıda törədilən soyqırımının ağır nəticələri oldu.
Bakıda baş verən hadisələrlə bağlı olaraq ingilis arxiv sənədində yazılır: “Ermənilərin qoşun qüvvələri bolşeviklərə ümid edirdilər. Belə hesab edirdilər ki, onların yaxşı silahlanmış dəstələri müsəlmanlara qarşı çıxıb onları məhv edə biləcəklər. Ağır döyüşlər oldu. Müsəlmanların dörddə bir hissəsi öldürüldü...”. Qeyd etmək lazımdır ki, o zaman Bakı şəhərində təqribən 280-300 min nəfər əhali yaşayırdı ki, onun da 80-100 min nəfəri azərbaycanlı idi. Bu qədər əhalinin dörddə biri 20-25 min nəfər edir.
- 31 mart soyqırımının araşdırılması işləri hansı səviyyədə idi? Bu istiqamətdə nə kimi nəticələr əldə olundu?
- Martda Bakıda törədilən soyqırımında çoxlu itkilər versə də, Azərbaycan xalqının iradəsini qırmaq mümkün olmadı, dövlət müstəqilliyinin elanı yubadılsa da, dayandırıla bilmədi. Mayın 28-də Azərbaycan xalqı bütün müsəlman Şərqində ilk dəfə olaraq respublika üsul-idarəsini qurdu. Respublika məfkurəsini müsəlman Şərqinə məhz Azərbaycan xalqı gətirdi, müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmaq yolunu və nümunəsini göstərdi. Bakı şəhəri sentyabrın 15-də azad edildi. Azərbaycan hökuməti tarixi şəhərimiz olan Bakıya köçdü. Azərbaycan nefti yadelli qüvvələrin əlindən alındı. Azərbaycan xalqı taleyinin sahibi oldu.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinin təhqiqinə xüsusi diqqət yetirildi. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiyada çalışanlar əsasən ruslar, yəhudilər və digər millətlərin nümayəndələri idilər.
Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı.
31 mart tarixi iki dəfə - 1919 və 1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edildi. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Bundan sonra həmin tarixin daha dərindən araşdırılması istiqamətində geniş işlər görüldü.
Eyni zamanda, bu hadisənin ötən il 100-cü ildönümü ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncam bu istiqamətdə həm tarix tədqiqatlarında yeni səhifə açdığından, həm də milli tarixə marağı artırdığından və həm də vətənpərvərlik hisslərini gücləndirdiyindən böyük tarixi əhəmiyyət daşıyır.
- Musa müəllim, bu hadisələrdən hansı nəticələr çıxarmaq mümkündür? Faciənin ibrət dərsləri nədən ibarətdir?
- 1918-ci ilin mart ayında törədilən soyqırımından alınacaq bir sıra ibarət dərsləri vardır. Hər şeydən əvvəl, bu hadisə insanlığa qarşı cinayətdir və bir daha təkrarlanmamalıdır. İkincisi, Azərbaycan xalqı yaxşı təşkil olunmadığı və ordusu olmadığı üçün soyqırımının qarşısını ala bilmədi. Deməli, Azərbaycan xalqı daim mütəşəkkil olmalı, ordusunun və dövlətinin yanında olmalıdır. Üçüncüsü, Azərbaycan xalqı anarxiya, xaos və qarışıqlıq istəmədiyi üçün belə şəraitlərdən tez baş aça bilmir və həm insan, həm də ərazi itkilərinə məruz qalır. Deməli, həm indi, həm də gələcəkdə ölkədə xaos, anarxiya və qarışıqlığa yol vermək olmaz. Dördüncüsü, o zaman Azərbaycan dövləti olsaydı və güclü olsaydı, bu soyqırımının qarşısını almaq mümkün olardı. Deməli, Azərbaycan xalqı daim güclü Azərbaycan dövlətinin mövcudiyyətinə maraqlı olmalıdır. Çünki yalnız güclü dövlət milləti fiziki baxımdan qoruyur və bütün sahələrdə inkişaf etdirir, əks halda millət daim geriyə gedir.

 
  • Oxunub:  10140  |  
  • Tarix:  30-03-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir

25 Yanvar 19:52
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru ADA Universitetində mühazirə oxuyub
25 Yanvar 19:45
Qafqaz Müsəlmanları İdarəsinin sədri “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları ilə görüşüb
25 Yanvar 17:32
Saatlıda “Pambıqçılıq 2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
25 Yanvar 17:27
Prezident İlham Əliyev Davos Forumunda Azərbaycanın yeni hökumətinin prioritetlərini açıqlayıb
25 Yanvar 17:17
Əli Əhmədov: Beynəlxalq İqtisadi Forum gündən günə inkişaf edən Azərbaycanın və onun iqtisadiyyatının dünyaya açılması üçün gözəl bir imkandır
25 Yanvar 17:11
Deputatlığa namizəd Fatma Yıldırım Bərdə rayonunda şəhid ailələrini ziyarət edib
25 Yanvar 16:37
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
25 Yanvar 16:31
İnanıram ki, seçicilər gələcəyin partiyası olan YAP-ın namizədlərinə səs verəcəklər
25 Yanvar 16:28
Deputatlığa namizəd Elnur Rəhimovun seçicilərlə növbəti görüşü keçirilib
25 Yanvar 16:24
Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatorunu təbrik edib
25 Yanvar 16:22
"Seçkilərin yüksək səviyyədə keçirilməsində məntəqə seçki komissiyaları böyük məsuliyyət daşıyırlar"
25 Yanvar 16:17
Yevlax gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulublar
25 Yanvar 16:15
Deputatlığa namizəd Səməd Seyidov Qazax rayonunda seçicilərlə görüşlər keçirib
25 Yanvar 16:03
Ermənistan işğal olunmuş ərazilərimizdəki abidələri “bərpa” etmək adı altında erməniləşdirmə siyasəti aparır - BƏYANAT
25 Yanvar 15:59
Deputatlığa namizəd Aqiyə Naxçıvanlı Oğuz rayonu Bucaq kəndində seçicilərlə görüşüb
25 Yanvar 15:54
Prezident İlham Əliyev Türkiyədəki azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi haqqında tapşırıq verib
25 Yanvar 15:25
Pakistan portalı Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı məqalə yayıb
25 Yanvar 15:16
Azərbaycan deputatları AŞPA-nın qış sessiyasında iştirak edəcəklər
25 Yanvar 15:12
Bütün seçiciləri daha güclü Azərbaycan naminə partiyamızın namizədlərinə səs verməyə çağırıram
25 Yanvar 15:03
Deputatlığa namizəd Fatma Yıldırım Bərdənin Şatırlı, İkinci Nazırlı, Kürdborakı, Hacılı, Birinci Qazaxlar kəndlərində seçicilərlə görüşüb
25 Yanvar 14:56
Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır”
25 Yanvar 14:22
Azərbaycan Ordusunda Həzi Aslanovun 110 illiyinə həsr olunan silsilə tədbirlər keçirilib
25 Yanvar 13:25
Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verib
25 Yanvar 11:47
YAP-ın 11 saylı Qaradağ seçki dairəsindən namizədi Aydın Hüseynovun Ələt qəsəbəsinin sakinləri ilə görüşü keçirilib
25 Yanvar 11:29
Nazirlər Kabinetində icbari sığorta sahəsində qarşıda duran vəzifələr müzakirə edilib
25 Yanvar 11:26
Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb
25 Yanvar 11:21
Dilarə Cəbrayılova: Azərbaycanın nüfuzlu Davos İqtisadi Forumu ilə fəal əməkdaşlığı ölkəmizin iqtisadi inkişafı üçün yeni imkanlar açıb
25 Yanvar 11:19
Fevralın 24-dən “Gənclər Paytaxtı 2020” müsabiqəsinin onlayn səsvermə mərhələsi start götürəcək
25 Yanvar 11:17
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Dünya İqtisadi Forumunda təmsil olunub
25 Yanvar 11:15
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ötən ilin yekunları müzakirə olunub
25 Yanvar 11:12
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samuxda və Göygöldə nümayəndəlikləri açılıb
25 Yanvar 11:09
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESKO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılacaq
25 Yanvar 10:14
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin açıqlaması
25 Yanvar 10:08
Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir
24 Yanvar 18:11
Dövlət Komitəsinin sədri Sabirabadda məcburi köçkünləri qəbul edib
24 Yanvar 18:09
Yeni Azərbaycan Partiyasının Gəncədən olan 4 namizədinin gənclərlə görüşü keçirilib
24 Yanvar 17:43
Deputatlığa namizəd Kamran Bayramov Şəmkirin Mehrili və Abbaslı kəndlərində seçicilərlə görüşüb
24 Yanvar 17:43
Türkiyəli professor: "Azərbaycanda seçici, media və dövlət arasında əlaqə düzgün qurulub"
24 Yanvar 17:40
YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Niyazi Tağıyev seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 17:36
Yuli Qusman: "Parlament seçkilərindən sonra da Azərbaycanın demokratik inkişafı davam edəcək"
24 Yanvar 17:28
Mariya Zaxarova: "Parlament seçkilərinin nəticələri dost Azərbaycan xalqının rifahının yaxşılaşmasına xidmət edəcək"
24 Yanvar 17:26
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində “Mədəniyyətlərin dialoqu xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirilir
24 Yanvar 17:19
Deputatlığa namizəd Ramil Həsən Ucarda seçicilərlə növbəti görüşlər keçirib
24 Yanvar 17:07
Energetika naziri Siyəzəndə, nazir müavinləri isə Qobustan və Cəlilabadda vətəndaşları qəbul ediblər
24 Yanvar 16:59
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 16:04
“YARAT”da yeni tamaşanın premyerası olacaq
24 Yanvar 15:57
Sabirabadlıların seçimi Əhliman Əmiraslanovdur
24 Yanvar 15:49
Heydər Əliyev Fondunun layihəsi olan “Balaca Şahzadə” növbəti dəfə repertuara salınıb
24 Yanvar 15:40
Deputatlığa namizəd Eldəniz Səlimov Xaçmazda seçicilərlə növbəti görüş keçirib
24 Yanvar 15:36
İmadəddin Nəsimiyə həsr olunmuş “Mənəm, mən...” tamaşası yenidən səhnədə
24 Yanvar 15:34
Seçicilər ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər
24 Yanvar 15:31
Bakı məktəblilərinin beynəlxalq yarışlarda əldə etdiyi uğurların sayı artmaqdadır
24 Yanvar 15:26
MSK-nın Şəkidə keçirdiyi regional seminarda seçki mübahisələrinin həllinə dair məsələlər müzakirə olunub
24 Yanvar 15:22
Gəncədə seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair regional müşavirə keçirilib
24 Yanvar 15:12
Ağdaşlılar YAP-ın namizədinə səs verəcəklər
24 Yanvar 14:51
YAP-ın namizədi Kamaləddin Qafarovun təhsil işçiləri ilə görüşü keçirilib
24 Yanvar 14:43
Deputatlığa namizəd Məşhur Məmmədov Masallı rayonu Xırmandalı kəndində seçicilərlə görüşüb
24 Yanvar 14:35
Fikrət Sadıqov: "Cəmiyyətdə seçkilərə maraq kifayət qədər yüksəkdir"
24 Yanvar 14:29
Yeni TV-də qonaq Yeni Azərbaycan Partiyasının 21 saylı Nəsimi ikinci seçki dairəsindən deputatlığa namizədi Məlahət İbrahimqızıdır (VİDEO)
24 Yanvar 14:20
Prezident İlham Əliyevin Davosda İsveçrənin Montrö şəhərinin meri ilə görüşü olub
24 Yanvar 14:15
Prezident İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb
24 Yanvar 14:08
Şöhrət Barlas: "Parlament seçkilərindən yalnız müsbət gözləntilərim var”
24 Yanvar 14:04
Azərbaycanda qar ehtiyatlarının toplanmasında azalma tendensiyası müşahidə olunur
24 Yanvar 13:58
Prezident İlham Əliyev Davos Forumunun tribunasından Azərbaycan reallıqlarını dünyaya çatdırır
24 Yanvar 13:54
İnanıram ki, 2020-ci il fevral ayının 9-da seçicilərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək
24 Yanvar 13:05
Elçin Əhmədov: Prezident İlham Əliyevin Davosdakı görüşləri Azərbaycanın yüksək beynəlxalq nüfuzunun əyani göstəricisidir
24 Yanvar 12:43
Deputatlığa namizəd Fatma Yıldırım növbəti görüşlərini Bərdə rayonunun mədəniyyət və səhiyyə işçiləri ilə keçirib
24 Yanvar 11:46
"Yeni parlamentdə Azərbaycanın daha da inkişafına töhfə verəcək insanların yer alacağına ümid edirəm"
24 Yanvar 11:29
Stefan Şennak: "Əminəm ki, Azərbaycanda parlament seçkiləri ədalət prinsipləri əsasında keçiriləcək"
24 Yanvar 11:15
Moldova MSK-sının və parlamentinin nümayəndələri Azərbaycanda seçkiləri izləyəcəklər

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA