Ana səhifə »  Müsahibə »  Vüqar Səfərli: Məqsədimiz qəzetləri sıxışdırmaq yox, inkişaf etdirməkdir
A+   Yenilə  A-
Vüqar Səfərli: Məqsədimiz qəzetləri sıxışdırmaq yox, inkişaf etdirməkdir

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərlinin Trend-ə müsahibəsi:
- Vüqar müəllim, bir müddətdir ki, ictimai-siyasi qəzetlərə maliyyə yardımının ayrılması ilə bağlı müsabiqənin şərtlərinin dəyişdirilməsi müzakirə olunur. Bununla bağlı yekun olaraq hansı qərar qəbul olundu?
- Bildiyiniz kimi, biz bu il yanvarın 31-də qəzetlərin II rüb ərzində maliyyələşdirilməsi üçün elan vermişdik. Həmin elanın bəzi şərtləri narazılıqlar yaratmışdı. Elanın şərtlərində qəzetin gündəlik tirajının 5000 və yayımının 2000 nüsxə olması tələb olunurdu. Bu, əvvəlki illərə nisbətən bir qədər fərqli idi. Yəni əvvəlki illərdə qəzetin tirajı ilə bağlı tələb 2500, yayımı ilə bağlı tələb isə 1000 nüsxə qoyulmuşdu. Birdən-birə bu tələb iki dəfə artırıldı və bu da qəzetlər üçün bir qədər çətinlik yaratdı. O vaxt mətbuatda bu barədə bir az ajiotaj yarandı. Bir çoxları iddia edirdi ki, guya qəsdən belə şərtlər qoyulur ki, qəzetlər bağlansın. Ancaq bizim fikrimiz qəzetləri inkişaf etdirməkdir. 10 il ərzində bu qəzetlərə vəsait ayrılıb, bu müddət ərzində şərtlər üç dəfə dəyişib və bu da növbəti dəyişiklik idi. Qəzetlərin hesabatlarını qəbul edərkən gördük ki, qəzetlər həmin şərtləri yerinə yetirə bilmirlər. Bundan sonra Fondun Müşahidə Şurası yığışdı və müzakirə olundu ki, biz o şərtlərə əlavə güzəştlər edək. Yəni həmin şərtləri - 5000 tiraj, 2000 yayım tələbini yerinə yetirə bilməyən qəzetlər üçün II kateqoriya nəzərdə tutduq ki, həftəlik buraxılışa keçsinlər və həftəlik nəşrlərin 5000 tirajının çap və kağız məsrəflərini Fond ödəsin.
Bununla belə, müsabiqə başa çatandan sonra araşdırıb gördük ki, bu şərtləri də qəzetlər yerinə yetirə bilmirlər və qəzetlərin bir çoxu kənarda qalır. Ona görə də bunları nəzərə alaraq martın 30-da qəzet baş redaktorları ilə böyük bir toplantı keçirildi və bu məsələlər orada müzakirə edildi. Görüşdə vəziyyətdən çıxış yolları axtarıldı və bir çox təkliflər verildi. Fondun da öz təklifləri var idi. Biz belə təklif irəli sürmüşdük ki, 3 kateqoriya müəyyənləşsin. I kateqoriyada gündəlik 3000 nüsxədən çox tirajı olan və 2000 nüsxədən yuxarı yayımı olan qəzetlər maliyyələşdirilsin və bu qəzetlər üçün hər ay 20 000 manat vəsait ayrılsın. Bu kateqoriyaya düşə bilməyən qəzetlər isə II kateqoriyaya aid edilsin və həmin qəzetlər öz istəklərindən asılı olaraq həm gündəlik, həm də günaşırı çap olunsun. Bu qəzetlərə isə hər ay 10 000 manat vəsaitin ayrılması nəzərdə tutulsun. III kateqoriyaya daxil olan, yəni həftəlik qəzetlər üçün isə 5000 manat yardım ayrılması nəzərdə tutulurdu.
Onu da qeyd edim ki, günaşırı və həftəlik qəzetlər üçün tiraj 2500 nüsxə, yəni əvvəl olduğu kimi saxlanıldı, yayım isə 1500-ə qaldırıldı. Bu məsələ ümumi iclasdan sonra Müşahidə Şurasında bir daha müzakirə olundu və tədqirəlayiq hesab edildi.
Burada Fondun məqsədi qəzetləri sıxışdırmaq yox, inkişaf etdirməkdir. Fondun Müşahidə Şurasının son qərarı onu göstərdi ki, bəli, bu gün qəzetlərin inkişafı üçün dövlət nə lazımdırsa edir. Müsabiqə şərtlərinin yenidən dəyişdirilməsi, günün tələbinə uyğunlaşdırılması və yardımların artırılması göstərdi ki, dövlət həmişə medianın yanındadır.
- Vüqar müəllim, belə aydın olur ki, müsabiqənin şərtləri dəyişdirilsə də, maliyyə yardımının məbləği artırılır. Ancaq bu məsələ cəmiyyətdə yanlış anlaşılmışdı...
- Bəli, elədir. Əvvəlki illərdə “kateqoriya” demirdik. Onda da gündəlik, günaşırı və həftəlik qəzetlər var idi. Onu da deyim ki, həftəlik qəzetlərə əvvəl 1500 manat vəsait ayrılırdısa, indi 5000 manat, yəni üç dəfədən çox vəsait ayrılır. Günaşırı qəzetlərə ayda 6000 manata qədər vəsait ayrılırdısa, indi 10 000 manat vəsait ayrılır. Tirajları və yayımları çox olan gündəlik qəzetlər üçün isə ayda 10 000 manat vəsait ayrılırdı ki, bu məbləğ də iki dəfə artırıldı, yəni 20 000 manata qaldırıldı.
- Necə düşünürsünüz, qəzetlər bu tələblərə əməl edə biləcəklərmi? Əgər edə bilməsələr, necə olacaq?
- Bir məsələni deyim ki, ayda 10 000 manat vəsait ayrılan qəzetlərin hazırda 1500 nüsxə yayımı yoxdur. Hamısında 2500 tiraj var, ancaq 1500 nüsxə yayım yoxdur. Biz onlara üç ay vaxt verdik ki, üç ay müddətində yayımı 1500 nüsxəyə çatdırsınlar. Üç ay müddətində həmin şərtləri yerinə yetirə bilməyən qəzetlərə maliyyə yardımı dayandırılacaq. Əgər şərtlərə əməl edə bilməsələr, yəqin ki, onlar da həftəlik qəzetlər sırasına keçiriləcək. I kateqoriyaya uyğun olaraq öz tiraj və yayımlarını artıracaq qəzetlər isə həmin kateqoriya üzrə maliyyələşdiriləcək.
- Vüqar müəllim, qəzet rəhbərləri qəzet köşklərinin az olmasından şikayət edirlər və yayımın artırılması üçün əlavə köşklərin qoyulmasını təklif edirlər. Bu barədə nə deyə bilərsiniz?
- Əlavə köşklərin qoyulmasına ehtiyac yoxdur. Bu gün şəhərimizin mərkəzi yerlərində, insanların ən sıx olduğu ərazilərdə, metro stansiyalarının çıxışlarında müasir köşklər qoyulub və qəzetlər həmin köşklərdə satılır. Sadəcə köşklərdə yayıma diqqəti artırmaq lazımdır. Bunun üçün Mətbuat Şurasında komissiya yaradılıb. Yəqin ki, bu məsələlər də müzakirə olunacaq və həllini tapacaq.
- Şübhəsiz ki, qəzetlərin yayımının azalmasına onlayn medianın da öz təsiri var. Bununla bağlı da fikirlərinizi bilmək istərdik.
- Əlbəttə, onlayn media yaranandan sonra qəzetlərin tirajı, satışı sürətlə aşağı düşdü. Çünki qəzet nə qədər operativ olmağa çalışsa da, məlumatı bir gündən tez verə bilmir. Bu günün məlumatları oxucuya növbəti gün çatdırılır. Ancaq onlayn media məlumatı oxuculara dərhal çatdırır. Təkcə Azərbaycanda deyil, bütün dünyada bu təsir var. Lakin klassik mətbuat da, yəni çap mediası da öz işini davam etdirməlidir. Çünki çap mediasının öz yeri var. Çap mediası bir salnamədir, onun böyük arxivi qalır və lazım olanda o arxivə müraciət etmək olur. Ancaq onlayn media belə deyil, elektron media silinərsə, arxivi də silinir.
Hesab edirəm ki, qəzetlər təkcə xəbər arxasınca qaçmamalı, təhlillər, maraqlı yazılar verməli, bununla oxucuları cəlb etməlidirlər. Hər bir qəzetin öz oxucusu olmalıdır. Əlbəttə, əvvəlki qədər tiraj, oxucu olmayacaq, ancaq hər halda olacaq.
- Vüqar müəllim, bir məsələ də var ki, gənc nəsil qəzetlərə o qədər də maraq göstərmir. Qəzetləri əsasən internetdən istifadə edə bilməyən yaşlı nəsil oxuyur və nəsil dəyişdikcə qəzetlərə maraq da azalır.
- Bəli, doğrudur, bu amil də var. Hətta yaşlı nəslin bir qismi də var ki, latın qrafikalı Azərbaycan əlifbası ilə oxuya, yaza bilmir və öyrənməkdə də maraqlı deyil. Soruşanda isə deyirlər ki, yaşlı adamdırlar, bundan sonra əlifbanı öyrənib nə edəcəklər. Təbii ki, belə düşünən yaşlı nəslin nümayəndələri də qəzet almırlar.
- Jurnalistlər üçün növbəti binanın inşasına da toxunmaq istərdik. Hazırda vəziyyət nə yerdədir?
- Jurnalistlər üçün tikilən binanın artıq sonuncu mərtəbəsində tamamlanma işləri aparılır. Mənzillərin 2020-ci ilin yayında jurnalistlərin istifadəsinə verilməsi planlaşdırılır.
- Bəs mənzillərin verilməsi ilə bağlı meyarlar dəyişdirilə bilər?
- Meyarlar haqqında indidən heç nə demək olmaz. Həmin meyarlar yəqin ki, mənzillərin verilməsinə 4-5 ay qalmış müzakirə olunacaq və açıqlanacaq. Lakin hansısa yeni meyarların əlavə olunacağını düşünmürəm.

 
  • Oxunub:  10920  |  
  • Tarix:  09-04-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: İslahatlar təkmilləşmə deməkdir, islahatlar yeni dövrə uyğunlaşma deməkdir, islahatlar tərəqqi deməkdir

14 Noyabr 22:19
Azərbaycanın Xarici İşlər naziri BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi ilə görüşüb
14 Noyabr 22:14
Ali Erbaş: Terror təşkilatlarına yardım edənlərə Bakı Sammiti vasitəsilə mesaj göndərməyə çalışacağıq
14 Noyabr 22:12
Milli Xalça Muzeyində “Muzeylər, tekstil kolleksiyaları və qarşılıqlı əməkdaşlıq perspektivləri” adlı konfransın açılışı olub
14 Noyabr 22:10
Azərbaycan və Kolumbiya arasında əməkdaşlıq məsələləri müzakirə olunub
14 Noyabr 21:20
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib
14 Noyabr 21:13
Martin Pammer: Azərbaycan dinlər arasında dialoqun təmin olunmasında mühüm rol oynayır
14 Noyabr 21:11
Dünya dini liderlərinin II Sammiti işini plenar iclasla davam etdirib
14 Noyabr 21:01
İsrailin Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır
14 Noyabr 20:57
AQTİ “Məktəbəqədər təhsil müəssisələrində qida təhlükəsizliyi” mövzusunda təlimlərə başlayıb
14 Noyabr 20:53
Prezident İlham Əliyevin təşəbbüsü xalqlar və dövlətlər arasında əməkdaşlığa böyük töhfədir
14 Noyabr 20:51
Şeyxülislam Allahşükür Paşazadə Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb
14 Noyabr 20:49
Azərbaycan ilə Sinqapur arasında əməkdaşlıq məsələləri müzakirə olunub
14 Noyabr 20:46
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətin Vyanada görüşləri davam etdirir
14 Noyabr 20:43
Milli Məclisin deputatları Belarusda keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər
14 Noyabr 20:37
Mirzəcan Xəlilov: Gələn ilin dövlət büdcəsində qeyri-neft sektoruna verilən üstünlük xüsusi olaraq nəzərə çarpır
14 Noyabr 20:33
Tahir Süleymanov: Ölkəmizin müsbət reallıqları, inkişaf meylləri gələn ilin büdcə proqnozlarının müəyyənləşdirilməsinə də öz müsbət təsirini göstərib
14 Noyabr 20:31
Azərbaycan Dillər Universitetində Əhməd bəy Ağaoğluya həsr edilən dəyirmi masa keçirilib
14 Noyabr 20:30
Elman Nəsirov: Müsavat Partiyasının rəhbərliyi Azərbaycanın adına ləkə gətirəcək addımlarla bağlı öz mövqeyini bildirməlidir
14 Noyabr 17:55
Bakıda “MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsi çərçivəsində sərgi təşkil olunub
14 Noyabr 17:44
Azərbaycan Prezidenti İlham Əliyev Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb
14 Noyabr 17:33
İtalyan mətbəxində Azərbaycan kənd təsərrüfatı məhsullarından istifadə olunacaq
14 Noyabr 17:31
Prezident İlham Əliyev Rusiyanın Qaraçay-Çərkəz Respublikasının başçısının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
14 Noyabr 17:27
Prezident İlham Əliyev Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
14 Noyabr 17:06
Əli Hüseynli: Azərbaycan Prezidenti İlham Əliyevin məhkəmə-hüquq sahəsindəki islahatları yeni mərhələyə qədəm qoyub
14 Noyabr 17:02
Rusiya Federasiyasının nümayəndə heyəti yeni Peşə Təhsil Mərkəzində
14 Noyabr 16:45
“Türkün dastanı” kitabının təqdimatı olub
14 Noyabr 16:44
Goranboyun Xasadarlı kəndində 54 fərdi yaşayış evinə təbii qaz verilib
14 Noyabr 16:37
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
14 Noyabr 16:27
Parisdə Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
14 Noyabr 16:24
Hərbi Dəniz Qüvvələri genişmiqyaslı təlim çərçivəsində tapşırıqları icra edir
14 Noyabr 16:20
Tur-aksiya: Məktəblilər Azərbaycanın şimal qapısı sayılan Qusarın və qədim Qubanın görməli yerlərini gəziblər
14 Noyabr 15:38
Qlobal neft tələbatı 2040-cı ildə 106,4 milyon barrelə çatacaq
14 Noyabr 15:38
Bakıda Dünya dini liderlərinin II Sammiti keçirilir
14 Noyabr 15:32
II Azərbaycan Diabet Konqresi keçirilib
14 Noyabr 15:15
“Caspian Ecology” – X yubiley Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinin rəsmi açılışı olub
14 Noyabr 15:02
İstanbulda "Azərbaycan Respublikasının xarici siyasəti" mövzusunda konfrans keçirilib
14 Noyabr 14:56
Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkiləri ilə əlaqədar Şəkidə seminar-müşavirə təşkil edib
14 Noyabr 14:40
Zülfiyyə Veysova: Bir gündə 650 min ağacın əkilməsi ekoloji tarazlığın bərpası baxımından əvəzolunmazdır
14 Noyabr 14:24
Azərbaycan ilə Türkiyə, Rusiya və Malayziya arasında təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
14 Noyabr 14:19
İcbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək klinik diaqnostik laboratoriyalarda beynəlxalq standartlar tətbiq ediləcək
14 Noyabr 14:12
Multikulturalizm Mərkəzində ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə komissarı ilə görüş olub
14 Noyabr 14:09
UNEC İsrail ali təhsil müəssisəsi ilə əməkdaşlığa başlayır
14 Noyabr 14:07
Əməliyyat təlimində qoşunlar yerdəyişmə tapşırıqlarını icra edib
14 Noyabr 14:05
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
14 Noyabr 13:57
Azərbaycan iqtisadi potensialı kifayət qədər böyük olan ölkədir
14 Noyabr 13:56
İlham Mirzəliyev: 2005-2019-cu illərdə 2700-dən artıq istilik təhcizatı sistemi ilə bağlı layihələr icra olunub
14 Noyabr 13:52
Azərbaycan ilə Rusiya arasında gənclər siyasəti sahəsində əməkdaşlığa dair Saziş imzalanıb
14 Noyabr 13:49
YAP Pirallahı rayon təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
14 Noyabr 13:46
YAP İcra Katibliyində “Azəristiliktəchizat” ASC-nin sədrinin müavini İlham Mirzəliyev mətbuat konfransı keçirib
14 Noyabr 12:46
Stefania Ciannini: Azərbaycanla əməkdaşlıqda maraqlıyıq
14 Noyabr 12:45
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi davam edir
14 Noyabr 12:42
Abdullahi Godah Barre : Azərbaycanla münasibətlərimiz uğurla inkişaf edir
14 Noyabr 12:34
Muxtar respublikada gənclərin sağlamlığının qorunması və fiziki inkişafına xüsusi diqqət yetirilir
14 Noyabr 12:28
Doqquz ayda bank sektorunun aktivləri 6,3 faiz artıb
14 Noyabr 12:19
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün də bir qrup şəhid ailəsi və müharibə əlilini mənzillə təmin etdi
14 Noyabr 12:04
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının iştirakçıları Gəncədə
14 Noyabr 11:59
“Bakı” İstilik Elektrik Mərkəzi qışa hazır vəziyyətə gətirilib
14 Noyabr 11:57
FAO Azərbaycanda meşəçilik sahəsində yeni layihələr həyata keçirəcək
14 Noyabr 11:39
Əli Həsənov: “Radikal müxalifətə başçılıq edənlərin təfəkkürü dünyada baş verən prosesləri yamsılamaqdan o yana keçmir”
14 Noyabr 11:29
Bakı Nəqliyyat Agentliyi tərəfindən gətirilən 280 yeni avtobus artıq paytaxtdadır
14 Noyabr 11:24
Azərbaycanla İsveçrə Əməkdaşlıq Ofisinin əməkdaşlığının perspektiv imkanları müzakirə olunub
14 Noyabr 11:13
Ölkəmiz “Dünya Robot Olimpiadası”nda təmsil edilib
14 Noyabr 11:10
Noyabrın 14-ü Dünya Diabetlə Mübarizə Günüdür
14 Noyabr 11:07
Bakıda MDB-yə üzv dövlətlərin Gənclərlə İiş üzrə Şurasının iclası keçirilir
14 Noyabr 10:57
Heydər Əliyev Fondu 18 yaşınadək olan şəkərli diabet xəstələrini insulinlə təmin edəcək
14 Noyabr 10:40
AQTA sədri İsveçrə Əməkdaşlıq Ofisinin nümayəndələri ilə görüşüb
14 Noyabr 10:32
Bu gün “Avro-2020” seçmə mərhələsində 11-ci tura start veriləcək
14 Noyabr 10:22
Bu gün Dünya dini liderlərinin II Bakı Sammiti öz işinə başlayır
14 Noyabr 10:13
Avstriyanın Zaltsburq şəhərində Azərbaycanın fəxri konsulluğunun açılışı olub
14 Noyabr 10:10
Ankarada geniş bir ərazidə Xocalı parkı salınır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA