Ana səhifə »  Müsahibə »  Zərifə xanım Əliyevanın keçdiyi şərəfli həyat yolu kamillik və müdriklik məktəbidir
A+   Yenilə  A-
Zərifə xanım Əliyevanın keçdiyi şərəfli həyat yolu kamillik və müdriklik məktəbidir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova www. yap. org. az saytına müsahibə verib:
- Hicran xanım, aprelin 28-də görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümü tamam olur. Xalqımız tərəfindən Zərifə xanım Əliyevanın həyatı və fəaliyyəti hər zaman böyük ehtiramla yad edilir. Bu barədə fikirlərinizi bilmək istərdik...
- Həyatda elə insanlar var ki, onlar hər hansı sahəyə, peşəyə bütün qəlbi ilə bağlanır, ömrünü ona həsr edirlər. Və zaman keçdikcə onların bu zəhməti böyük bir elmi məktəbin əsasını təşkil edir. Biz fəxr edirik ki, belə insanlar içərisində qadın alim və ziyalılarımız çoxdur. Yüksək intellektual potensiala malik olan bu xanımların hər biri öz sahəsində novator ideyaları, dəyərli araşdırmaları ilə elmdə dərin izlər qoyublar. Və illər sonra bu şəxsiyyətlərin həyatı, elmi fəaliyyəti bir nümunə kimi qalmaqda davam edir. Bu görkəmli simalardan biri də ictimai xadim Zərifə xanım Əliyevadır.
Dövlətimizin, dövlətçiliyimizin inkişafının bütün mərhələlərində qadınlarımız kişilərlə bərabər fəal iştirak etmiş, öz layiqli töhfələrini vermişlər. Qəhrəmanlıqla dolu keçmişimizə nəzər salsaq, görərik ki, istər torpaqlarımızın müdafiəsində, milli dövlətçiliyin formalaşmasında və idarə olunmasında, istərsə də xalqımıza məxsus dəyərlər sisteminin yaşadılmasında xidmətləri olan qadınlarımıza hər zaman hörmət və ehtiram olub. Xalqımızın qadın fəallığı sahəsində çoxəsrlik tarixə söykənən böyük ənənələri var. Tarixi palitra kifayət qədər zəngindir: massagetlərin məğrur çariçası, Əhəmənilər sülaləsinin əsasını qoymuş əfsanəvi Kirə qalib gəlmiş Tomris, qəhrəman qadın hökmdarlar Nüşabə, Şirvana hücum edən Krım xanını və osmanlı qoşunlarını məğlub edən Heyran Nisə Bəyim, mərkəzləşdirilmiş Azərbaycan dövlətinin yaradıcısı Fətəli xanın həyat yoldaşı Tuti Bikə, Sara xatun, Dəspinə xatun və Mehinbanu Sultanım xanım özlərini diplomatiya sahəsində göstərmişlər. Mədəni fonda məşhur şairələr pleyadası parlamışdır: orta əsrlər dövründə məhşur olan Məhsəti Gəncəvi, Şuşada ilk ədəbiyyat məclisi yaratmış Xurşidbanu Natəvan, Heyran xanım, Fatma xanım Kəminə, Şahnigar xanım, Aşıq Pəri. Zaman keçdikcə nə qədər istedadlı və ağıllı, əzəmətli və cəsarətli qadının adı tarixə yazıldı.
XIX əsrin sonu - XX əsrdə Azərbaycanda qadınların ictimai fəallığının çox gözəl nümunələri mövcuddur. O vaxtın qabaqcıl qadınları yeni gender münasibətlərinin kontekstini yaradırdılar. Qadın təhsili ilə bağlı ideyalarının gerçəkləşməsi istiqamətində Hənifə xanım Məlikova-Abayevanın, Şəfiqə Əfəndizadənin danılmaz müstəsna rolu olmuşdur. Qafqazın müsəlman qadınları xeyriyyə cəmiyyətinin təşkilatçısı Həmidə xanım Cavanşir Məmmədquluzadə Qarabağın Kəhrizli kəndində ilk qız məktəbi açdırmış, toxuculuq emalatxanası yaratmışdı. Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat yoldaşı Sona xanım Azərbaycanda incəsənətin, mədəniyyətin inkişafına, qızların təhsil almasına öz əvəzsiz töhfələrini vermişdi. İlk azərbaycanlı qadın pedaqoq Mədinə Qiyasbəyli, ilk qadın dramaturq Səkinə Axundzadə. Ağabacı Rzayeva həm Azərbaycanda, həm də bütün Şərqdə peşəkar musiqi təhsilini almış ilk qadın bəstəkardır. Onun ardınca digər istedadlı xanımlar Ədilə Hüseynzadə, Hökümə Nəcəfova, Şəfiqə Axundova bəstəkarlıq sahəsinə gəliblər. Şərqdə ilk opera yazan bəstəkar qadın Şəfiqə Axundova, ilk xanım opera müğənnisi Şövkət Məmmədova, balet sahəsində ilkə imza atan Qəmər Almaszadə, ilk peşəkar rəssam Maral Rəhmanzadə, ilk qadın heykəltəraş Zivər Məmmədova, ilk həkim-ginekoloq Ədilə Şaxtaxtinskaya, ilk kinoaktrisa, ilk xanım neft mühəndisi və ilk xanım kimyaçı akademik İzzət Orucova bu gün ehtiramla anılır. İlk qadın akademik - Validə Tutayuq biologiya sahəsində ilk qadın elmlər doktoru, professordur. 1968-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilərək böyük ilkə imza atıb. Məhz o, akademiyanın həqiqi üzvü seçildikdən sonra, nəhayət, Azərbaycan elminin də qadın akademiki olub. Azərbaycanın ilk qadın akademiki seçilən bu xanım sonradan bir çox ilklərə imza atıb. Ən əsası isə, ondan sonra qadın elmi kadrlar irəli çəkiliblər. İlk qadın nazirimiz xarici işlər naziri olan Tahirə Tahirova olub. O həm də neft sənayesi üzrə ali təhsil alan ilk azərbaycanlı qadın mütəxəssis idi. Azərbaycanda ilk dəfə qadınlar arasında riyaziyyat üzrə elmlər doktoru adını almaq Tamilla Nəsirovaya nəsib olub. İlk uşaq pediatrı Adilə Namazova beynəlxalq aləmdə tanınan pediatr-kardioloqlardan biridir. İlk qadın şərqşünaslarımızdan biri də professor Aida İmanquliyeva olmuşdur. İlk qadın oftalmoloq Zərifə Əliyeva Azərbaycanda oftalmologiya sahəsində həm də ilk akademik olmuşdur. Onun səyi və təşəbbüsü ilə ölkədə ilk dəfə peşəkar göz patologiyası laboratoriyaları yaradılmışdır.
Zərifə xanım özünün çoxillik fəaliyyəti dövründə neçə-neçə gözə şəfa bəxş etmiş, ən ağır, mürəkkəb əməliyyatlar aparmış, görmə qabiliyyəti zəif olanların, yaxud tamamilə görməyənlərin qaranlıq dünyasını işıqlandırmışdı. Bu işdə ona təkcə biliyi, savadı və səriştəsi deyil, həm də gendən və böyüdüyü ailədən irəli gələn yüksək keyfiyyətlər dəstəkçi olurdu. Doğulub boya-başa çatdığı mühitin onun taleyində böyük rolu olmuşdur. Zərifə xanım Əliyeva atasının - görkəmli dövlət və elm xadimi, pedaqoq-alim, professor Əziz Əliyevin yolunu davam etdirmişdi. Azərbaycan səhiyyə sisteminin inkişafında misilsiz xidmətləri olan Əziz Əliyev yüksək intellekti ilə onu əhatə edənlərin dərin rəğbət və hörmətini qazanmışdı. O, özünün şəxsi nümunəsi ilə övladlarına mübariz olmağı aşılamış, gələcəyə ümid, inam bəsləməyi öyrətmiş, hər zaman hamıya xeyirxah, qayğıkeş münasibətdə olmağı tövsiyə etmişdi. Əziz Əliyev möhkəm iradəyə, böyük təmkinə malik güclü şəxsiyyət idi. Həyatının bütün mürəkkəb mərhələləri əslində onun övladları üçün həyat məktəbi idi. Belə bir ailədə böyüyən Zərifə xanım, təbii ki, səmimiyyəti, zərifliyi, insanlara olan sevgisi ilə fərqlənirdi. Ailəyə məxsus ziyalılıq, əməksevərlik, səmimilik, doğma ocağa, xalqa və Vətənə məhəbbət onun həyatında öz təcəssümünü tapmışdı.
Zərifə xanım, eyni zamanda, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Zərifə xanım, eyni zamanda, qayğıkeş ana idi. İncə təbiətli bu kövrək qadın dünya şöhrətli siyasətçinin inam və etibarını hər addımda doğrultmuşdu. Ən ağır və təhlükəli vaxtlarda belə Zərifə xanım həyat yoldaşını bir an belə tək qoymamış, Onun dayağına çevrilmişdi.
Cəmiyyətin həyatında fəal rol oynayan Zərifə xanım ailəsinə son dərəcə bağlı bir qadın, gözəl ana idi. Öz analıq missiyasını sevdiyi peşəsi ilə birləşdirən bu xanımı bir qadın, bir alim və həkim kimi cəmiyyətin inkişafına xidmət edən ailəsindən ayrı düşünmək olmazdı. Zərifə xanım analıq vəzifəsinin öhdəsindən də çox gözəl gəlmişdir. Onun təmkinliliyi, səbirliliyi, ağlı, savadı və digər müsbət xüsusiyyətləri övladları - cənab Prezident İlham Əliyevin və tarix üzrə fəlsəfə doktoru Sevil Əliyevanın da onun yolunu getməsinə köməkçi olmuşdu. Biz bu ailəyə - Ulu Öndər Heydər Əliyevə və Zərifə xanım Əliyevaya minnətdarıq ki, qəlblərində daim Azərbaycan sevgisi ilə yaşayan, Vətənimizin qüruru sayılan övladlar yetişdirmişlər. Yüksək keyfiyyətlərin mövcud olduğu belə bir ailədə İlham Əliyev kimi övladın böyüyüb boya-başa çatması, tərbiyə alması hər valideynin, ailənin arzusudur. Bu gün cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasəti nəticəsində dövlətimizin dayaqları möhkəmlənir, Azərbaycan daha da çiçəklənib qüdrətli bir ölkəyə çevrilir.
- Məlumdur ki, Zərifə xanım Əliyeva oftalmologiya elminin inkişafına mühüm töhfələr verib. Onun elmi və peşə fəaliyyəti barədə nə deyə bilərsiniz?
- Xeyirxahlığına, yüksək intellektinə, diqqət və qayğısına görə hər bir kəsin hörmət və məhəbbətini qazanmış bu insan, ilk növbədə, böyük ziyalı, işıqlı, nurlu şəxsiyyət idi. Zərifə xanım Əliyeva Azərbaycanın səhiyyə sahəsində silinməz iz buraxmışdır. O, Azərbaycan tibb elminin inkişafına böyük töhfə verən akademik olub. Onun həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri zəngin və çoxşaxəlidir. Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan Zərifə xanım Əliyeva təbabətdə öz dəst-xətti olan novator bir alim idi. Zərifə xanım haqlı olaraq hesab edirdi ki, həkimin peşə mövqeyi onun xəstəyə münasibətini müəyyənləşdirən başlıca amildir: “Yalnız o şəxs əsl həkimdir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir. Belə bir həkim üçün hər dəfə xəstəni qəbul etmək, hər dəfə xəstəliyə düçar olmuş insanla söhbət etmək həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıcası isə, öz vicdanı qarşısında əxlaqi məsuliyyət deməkdir”.
Zərifə xanım Əliyevanın elmi tədqiqatlara olan sonsuz marağı onu Oftalmologiya Elmi Tədqiqat İnstitutuna gətirib çıxarmışdı. O, bu ixtisası seçərkən ölkə əhalisinin bu sahəyə böyük ehtiyacı olduğunu düşünmüş və Vətənə bu istiqamətdə daha çox xeyir verəcəyini fikirləşərək bu addımı atmışdı. Həmin illərdə Azərbaycanda gözü zədələyən, hətta tam korluğa səbəb olan traxoma göz xəstəliyinə qarşı təsirli müalicə üsulları yox idi. Bu xəstəliklə mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Zərifə xanım Əliyeva elmi-pedaqoji fəaliyyətində təkcə elmi tədqiqat işləri aparmaqla kifayətlənməmiş, eyni zamanda, yüksəkixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirmişdir. Onun birbaşa rəhbərliyi ilə gənc alimlərin və həkim oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsi öyrətmiş, onlara xüsusi diqqət və qayğı ilə yanaşmışdır. Bu gün onun yetişdirdiyi kadrlar insanlara sağlamlıq bəxş edirlər. Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi qayğı, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır. Böyük xidmətlərinə, çoxillik elmi tədqiqat işlərinə görə professor Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir. Zərifə xanım bir sıra orden və medallara layiq görülmüş, Azərbaycanın Əməkdar elm xadimi fəxri adını almışdır.
- Bildiyimiz kimi, Zərifə xanım Əliyeva geniş ictimai fəaliyyətlə də məşğul olmuşdur. Onu ictimai xadim kimi necə xarakterizə edərdiniz?
- Zərifə xanım uzun müddət Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan “Bilik” Cəmiyyətinin üzvü, Oftalmoloqların Elmi Cəmiyyətinin Rəyasət Heyətinin üzvü, “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü olmuşdur. Əlbəttə, bütün bunlar çoxlu enerji tələb edirdi, lakin Zərifə xanım təbiəti üçün adi hal idi. Zərifə xanım, eyni zamanda, ədəbiyyatı, musiqini də çox sevirdi. Onun ədəbiyyat sahəsindəki bilikləri, incəsənət, xüsusilə təsviri incəsənət, rəsm əsərləri haqqında mülahizələri adamı heyrətləndirməyə bilməzdi.
Zərifə xanım bir həkim, alim və vətəndaş kimi bütün ömrü boyu xalqı üçün çalışmışdı və onun bir həkim kimi səhiyyənin inkişafında oynadığı rol, insanların sağlamlığı yolunda gördüyü işlər, o cümlədən bir qadın və ana kimi ideal olması və digər onun haqqındakı əbədi xatirələr xalqın yaddaşında daim yaşayır. Bu gün onun müqəddəs ailə çırağını iki gözəl övladı, nəvələri yandırırlar. Xalqa xidmət amalını bir ailə ənənəsi kimi yaşadan Prezident İlham Əliyev Zərifə xanımı dərin ehtiramla xatırlayaraq demişdir: “Onun bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə dayanırdı. Çünki o həm peşəkar həkim, eyni zamanda, çox xeyirxah insan idi. Böyük Lider, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanım bütün işlərdə Ona dayaq olur, Onu dəstəkləyirdi. Hər bir insan üçün valideynləri əziz və müqəddəsdir. Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur”.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva Zərifə xanımın ənənələrini davam etdirir. Yüksək dəyərləri öz şəxsiyyətində birləşdirmiş Mehriban xanım milli-mənəvi sərvətlərimizin qoruyucusudur. O, Azərbaycanda təhsilin, səhiyyənin, mədəniyyətin və digər sahələrin inkişafı üçün əlindən gələni edir. Özünün ictimai fəallığı və şəxsi örnəyi ilə müasir Azərbaycan qadınını bütün dünyada ləyaqətlə təmsil edir, Azərbaycan ailəsinin yüksək mənəvi dəyərlərə söykəndiyini və ümumbəşəri ideallar əsasında yaşadığını təcəssüm etdirir.
- Bu günlər respublikamızın bütün guşələrində Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü yüksək səviyyədə qeyd olunur. Bu, xalqımızın görkəmli alim və ictimai xadimin əziz xatirəsinə olan böyük ehtiramının ifadəsidir. . .
- Həqiqətən də, belədir. Onu da qeyd edim ki, Zərifə xanım Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Naxçıvan şəhər poliklinikası, Akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutu, adına küçələr, xəstəxanalar, körpələr evi, təlim-təhsil ocaqları və s. onun adının əbədiləşdirilməsinin layiqli göstəricisi, ona qoyulan hörmətin, bəslənilən rəğbətin, göstərilən ehtiramın nəticəsidir. Bakıda müasir Oftalmologiya Mərkəzinin yaradılması Zərifə xanımın ən böyük arzularından biri idi. Oftalmologiya Mərkəzi görmə qabiliyyətində problem olan hər kəsin pənah gətirdiyi yerdir. Klinikanın fəaliyyəti dövründə respublikamızın şəhər və rayonlarından gələn yüz minlərlə xəstəyə yüksək səviyyəli xidmət göstərilmişdir. O cümlədən yaşadığı müddətdə respublikamızın ən yüksək keyfiyyətli oftalmoloji avadanlıqlarla təchiz edilməsində də Zərifə xanımın misilsiz xidmətləri olmuşdur.
Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir insan kimi dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Tibb aləmində bir çox yeniliklərə imza atmış, Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan, yüksək intellekt sahibi, yorulmaz alim, akademik, tibb elmləri doktoru, professor Zərifə xanım Əliyevanın elmdə açdığı yol ildən-ilə inkişaf edir, onun yazıb-yaratdığı monumental əsərləri, qoyub-getdiyi elmi nailiyyətləri, pedaqoqluq səriştəsi, mədəni irsi daim araşdırılır, öyrənilir, neçə-neçə tədqiqat əsərlərinin mövzusuna çevrilir. Onun zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. İnsanlara bitib-tükənməyən sevgi, məhəbbət dolu geniş ürəyə sahib olan, gözlərə işıq, nur bəxş edən, özünün fitri istedadı ilə elmin, insanlığın ən yüksək zirvəsinə ucalan akademik Zərifə xanım Əliyeva bu xüsusiyyətləri ilə həm müasir gənclərə, həm də gələcək nəsillərə nümunə və örnəkdir.
İnsan Yaradan tərəfindən maddi və mənəvi sınaqlara məruz qalır. Hansı insan bu sınaqlardan şərəflə çıxırsa, bax əsl insan da odur. Belə şəxslərə Allah hər iki dünyada əbədi səadət bəxş edir. Zərifə Əliyeva da həyatın bütün sınaqlarından şərəflə çıxmış məhz belə bir insan idi. Son dərəcə vətənpərvər, ləyaqətli şəxsiyyət, ailə səadətinin qoruyucusu, fədakar ana, ən əsası isə, xeyirxah insan. Bu gün Zərifə Əliyeva Azərbaycan xalqının ürəyində məhz belə yaşayır.

 
  • Oxunub:  6930  |  
  • Tarix:  27-04-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır

17 Avqust 15:43
Anna Netrebko Azərbaycana qonaqpərvərlik üçün təşəkkür edib
17 Avqust 15:02
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb
17 Avqust 13:36
Şəhriyar Məmmədyarov Sinkfild kuboku turnirində mübarizə aparacaq
17 Avqust 12:47
Dünyanı fəth edən ecazkar səs
17 Avqust 12:36
“ASAN Yay Festivalı” Gəncədə
17 Avqust 12:31
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir
17 Avqust 12:27
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
17 Avqust 10:38
Bakalavrların nəzərinə: qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər
17 Avqust 10:36
Deputat: Ölkəmizdə sosial siyasət ardıcıl və davamlı olacaq
17 Avqust 10:33
Dünya birjalarında neftin qiyməti bahalaşıb
17 Avqust 10:02
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
17 Avqust 09:57
İmtahanda rekord bal toplayan Bərdə məktəblisi
17 Avqust 09:50
“İaşə müxalifəti” bütün ümidlərini xarici anti-Azərbaycan dairələrin ayırdığı qrantlara bağlayıb
17 Avqust 09:48
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır
16 Avqust 21:23
Prezident İlham Əliyev Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16 Avqust 21:16
Gürcüstanın hökumət rəsmiləri azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda olublar
16 Avqust 20:24
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Beynəlxalq Bank ilə əməkdaşlıq edəcək
16 Avqust 20:17
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan edilir
16 Avqust 19:59
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb
16 Avqust 19:55
General-mayor Elçin İbrahimov: Azərbaycan sərhədçiləri qoyulan tapşırıqları qısa müddətdə yerinə yetirməyə qadirdirlər
16 Avqust 19:48
Rusiyanın və İranın hərbi gəmiləri Bakı limanını tərk edib
16 Avqust 19:35
Bakıda WKF hakimlər komissiyasının seminarı yüksək səviyyədə keçirilib
16 Avqust 18:07
Prezident İlham Əliyev milli bayram münasibətilə İndoneziya Prezidentini təbrik edib
16 Avqust 17:53
Bu il Zaqatalanın fındıq bağlarından 15 min tondan çox məhsul yığılması gözlənilir
16 Avqust 17:41
Patruşev İrəvanda: şübhələr, qeyri-müəyyənlik və suallarla dolu müttəfiqlik
16 Avqust 17:33
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib
16 Avqust 17:10
“DOST” mərkəzinə 25 mininci vətəndaş müraciəti qeydə alınıb
16 Avqust 17:04
Prezident İlham Əliyev DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif edib
16 Avqust 17:03
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Ağstafada iki rayonun sakinlərini qəbul edib
16 Avqust 16:52
DSX-nin fəaliyyəti dövründə sərhədçilərimiz tərəfindən 10 min 989 sərhəd pozucusu saxlanılıb
16 Avqust 16:47
Dövlət sərhədinin mühafizə altında götürülməsi sərhədçilərimiz üçün mühüm vəzifədi
16 Avqust 16:26
ADA Universitetinin bakalavr pilləsinə abituriyentlərin qeydiyyatı başlanıb
16 Avqust 16:15
Əsas kapitala yönəldilən ümumi vəsaitin 67,7 faizi tikinti işlərinə sərf olunub
16 Avqust 15:51
Şəkinin kəndlərində üç modul tipli məktəb quraşdırılır
16 Avqust 15:47
Sumqayıtlı əkiz qardaşlardan qəbul imtahanlarında yüksək nəticə – biri 694, digəri isə 676 bal toplayıb
16 Avqust 15:41
Yaponiyanın İto şəhərindən olan qonaqlar İsmayıllıya gəliblər
16 Avqust 15:37
Qusarda Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri üçün “Yay məktəbi” keçiriləcək
16 Avqust 15:34
Məlumat Hesablama Mərkəzinin stendi I Xəzər İqtisadi Forumunda maraqla qarşılanıb
16 Avqust 15:29
Xəzər İqtisadi Forumu: perspektivli yeni əməkdaşlıq formatı
16 Avqust 15:24
Eldar Sultanov: İntiharlarla bağlı xəbərlərin KİV-də yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir
16 Avqust 15:11
Zaqatalada "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda seminar-müşavirə keçirilib
16 Avqust 15:00
2019-cu il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşəcək
16 Avqust 14:53
“Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı işçi qrupu yaradılıb
16 Avqust 14:49
Səid Rəsuli: İran ilə Azərbaycanın dəmir yolları arasında faydalı əməkdaşlıq əlaqələri mövcuddur
16 Avqust 14:43
Qazaxda taxıl sahələrində orta məhsuldarlıq 33,7 sentner təşkil edib
16 Avqust 14:06
Abşeronda “Grand Aqro” tərəfindən 80 hektarda badam, 287 hektarda isə zeytun bağı salınıb
16 Avqust 13:58
Azərbaycanın Müdafiə naziri “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının bağlanış mərasimində iştirak edəcək
16 Avqust 12:36
İlin əvvəlindən ölkə əhalisinin sayı 10 milyon 19 min 575 nəfərə çatıb
16 Avqust 12:31
DSX-nin rəhbərliyi və şəxsi heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
16 Avqust 12:28
Otel əməkdaşlarının xoşuna gəlməyən davranışlar
16 Avqust 12:10
“Azərbaycan Sərhəd Mühafizəsi - 100 il” sənədli filminin təqdimatı olub
16 Avqust 12:05
“Hərbi-tibbi estafet” müsabiqəsində hərbi həkimlərimiz medalla təltif olunub
16 Avqust 12:02
“Jizel” baleti Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunacaq
16 Avqust 11:56
Yeddi ayda qeyri-neft-qaz sektorunda məhsul istehsalı 15,8 faiz artıb
16 Avqust 11:50
“Nəsimi ili” ilə əlaqədar açıq havada sərgi təşkil edilib
16 Avqust 11:39
Muxtar respublikada keyfiyyət standartlarına nəzarət olunur
16 Avqust 11:25
Azərbaycanlı alim Birinci Xəzər İqtisadi Forumunda çıxış edib
16 Avqust 11:19
Şabran rayonunda 25 kilometrlik avtomobil yolu yenidən qurulur
16 Avqust 11:12
“5-ci kolon”un biri “5-ci kolon”..!
16 Avqust 11:01
Azərbaycan İlahiyyat İnstitutuna qəbul planı 100 faiz yerinə yetirilib
16 Avqust 10:41
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək
16 Avqust 10:36
BMT-də “kosmik silahlanma” təhlükəsi ilə bağlı diskussiya keçirilib
16 Avqust 10:26
Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir
16 Avqust 10:22
Ermənistan silahlı qüvvələrinin bölmələri snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
16 Avqust 10:19
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasına start verilir
16 Avqust 09:33
Azərbaycan polisinin uğurlu fəaliyyəti cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir
16 Avqust 09:31
Beynəlxalq yardımların idarə olunmasında səmərəliliyin artırılması ölkəmiz üçün prioritetdir
16 Avqust 09:29
Dövlətin göstərdiyi diqqət və qayğı sayəsində təhsildə yüksək uğura nail olan gənclərin sayı artır
16 Avqust 09:24
Daşkəsəndə su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatıb
16 Avqust 09:23
“Beşinci kolon” Azərbaycan dövlətinin və xalqının maraqlarını hədəfə alıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA