Ana səhifə »  Müsahibə »  Xalqın maraqlarının təmsilçisi Prezident İlham Əliyevdir
A+   Yenilə  A-
Xalqın maraqlarının təmsilçisi Prezident İlham Əliyevdir

Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov www.yap.org.az saytına müsahibə verib:
- Azərbaycandakı ümumi ictimai-siyasi vəziyyəti necə qiymətləndirirsiniz?
- Azərbaycanda ictimai-siyasi, sosial-iqtisadi sahədə atılan addımlar, həyata keçirilən islahatlar yüksək qiymətləndirilir. Görürsünüz ki, dünyanın əksər beynəlxalq tədbirləri Azərbaycanda keçirilir. İstər idman, istərsə də ümumdünya mədəniyyətlərarası, dinlərarası dialoq forumları Bakıda təşkil olunur. Bu tədbirlər zamanı paytaxta dünyanın ayrı-ayrı ölkələrinin siyasi xadimləri, mütəxəssisləri gəlirlər. Demək olar, hər gün bu tipli tədbirlər keçirilir. Bu, ölkəmizin həm iqtisadi inkişafının, həm də siyasi sabitliyinin göstəricisidir, iqtidar-xalq birliyinin sübutudur. Bunun nəticəsidir ki, dünyanın ayrı-ayrı ölkələrindən respublikamıza üz tuturlar, çünki burada sərbəst, azad şəkildə fəaliyyət göstərmək mümkündür. Azərbaycan iş qurmaq, investiya yatırmaq üçün ən əlverişli ölkələrdəndir. Dövlət başçısı İlham Əliyev Çinin paytaxtı Pekində 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edib. Çinlə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir, Çinin böyük şirkətlərinin nümayəndələrinin Azərbaycanla bağlı müsbət fikirləri mövcuddur. Ölkəmizin qapıları açıqdır, düzgün niyyətlə işləmək istəyənlərə bütün şərait yaradılır.
- Avropa İttifaqı ilə Azərbaycan arasında hərtərəfli sazişin imzalanması ilə bağlı müzakirələr hansı mərhələdədir?
- Bu layihə ilə bağlı uzun müddətdir müzakirələr aparılır. Azərbaycanla Avropa İttifaqı arasında müqavilə 1996-cı ildə imzalanıb, 1999-cu ildə qüvvəyə minib. Yeni saziş də onun davamıdır. Azərbaycan bir çox sahələrdə Avropa İttifaqı ilə əməkdaşlıq edir, 20 milyard avrodan artıq dəyərə malik layihələr həyata keçirilib. Heç Avropa İttifaqına üzv dövlətlərdə belə deyil. Azərbaycan Avropanın enerji təhlükəsizliyində müstəsna rol oynayır. Avropa İttifaqı ilə imzalanacaq layihədə Azərbaycanın ərazi bütövlüyü məsələsi əksini tapıb. Əsas məsələ də ərazi bütövlüyünün təmin olunmasıdır. Əgər əvvəllər viza və digər kiçik məsələlərlə bağlı müqavilələr imzalanırdısa, indi isə bu, daha da genişləndirilib. Bu layihə daha əhatəlidir.
- Bəzi müxalifət təmsilçiləri saziş layihəsinin ictimaiyyətə açıqlanmasını israr edirlər...
- Bu insanlar öz dövlətlərinə, o cümlədən Avropaya inanmırlarsa, burada onların hansı fikirlərinin, rəylərinin müzakirəsi gedə bilər? Sadəcə, onlar detalları bilmirlər, bilmədikləri üçün də mane olmağa çalışırlar. Baxın, müqaviləni oxumayıblar, amma müzakirə edirlər... Bu layihə ilə bağlı məlumatlar ictimaiyyətə açıqlanır, müzakirələr də aparılır. Müqavilənin imzalanması istiqamətində addımlar atılırsa, burada şou düzəltməyin nə əhəmiyyəti var? Onlar bu prosesə kölgə salmağa cəhd edirlər. Bu addımlarla Avropa İttifaqını təhdid və şantaj edirlər, bu da erməni lobbisinin həyata keçirdiyi planın bir hissəsidir. Postsovet, Şərqi Avropa ölkələrinin əksəriyyəti Avropa İttifaqına ona görə daxil olub ki, yardım alsınlar. İttifaq bilir ki, Azərbaycan layihəni bərabər tərəf kimi imzalayır. Ona görə də Azərbaycan kimi ölkələrlə əməkdaşlıq etmək Avropa İttifaqı üçün də əhəmiyyətlidir. Görürsünüz ki, Avropa İttifaqının üzvləri arasında narazılıq yaranıb. Böyük Britaniya qurumu tərk etməyə hazırlaşır. İttifaqa yeni üzv olan Şərqi Avropa və daha əvvəldən üzv olan dövlətlərin bəziləri həmin büdcədən kifayət qədər vəsait alırlar, burada nəzarətsizlik mövcuddur. Bu da Avropa büdcəsinə xeyir gətirmir. Azərbaycan isə bərabər əsaslarla əməkdaşlığın tərəfindədir. Azərbaycan sərbəst, müstəqil xarici siyasət həyata keçirir, heç bir dövlətdən, beynəlxalq təşkilatdan asılı deyil. Hansısa “böyük qardaş”ın, dövlətin maraqları Azərbaycan xalqının maraqlarından üstün deyil. Xalqının maraqlarının təmsilçisi Prezident İlham Əliyevdir.
- Bir müddətdir ki, müxalifət nümayəndələri mitinq keçirilməsinə yer ayrılması üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edirlər, amma mitinqin keçirilməsinə razılıq ala bilmirlər. Bunun səbəbi nədir, niyə razılıq verilmir?
- Mitinq keçirilməsinin bir neçə şərti var. Mitinq təşkilatçıları “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun tələblərinə əməl etməlidirlər. Ölkədə sərbəst toplaşma ilə bağlı hər hansı məhdudiyyət qoyulmur. İstənilən şəxs fikrini, etirazını çatdıra bilər. Təbii ki, bu, qanun çərçivəsində olmalıdır. Bilirsiniz ki, Bakı şəhər İcra Hakimiyyətinə mitinq üçün müraciət edən təşkilatçılar üzərlərinə öhdəliklər götürürlər. Bu öhdəliklər arasında vətəndaşların hüquq və azadlıqlarını pozmamaq, şəxsiyyəti təhqir etməmək, dini ayrı-seçkiliyə yol verməmək, dövlət çevrilişinə, silahlı üsyana çağırış etməmək kimi tələblər var. Təəssüflər olsun ki, mitinq təşkilatçıları üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmirlər. Onlar çıxışlarında bəzi şəxslərin ünvanına ifadələr səsləndirirlər, bununla da həmin insanların hüquqlarını pozurlar. Qəsdən edirlər ki, müdaxilə olunsun, sonra da bu məsələdən sui-istifadə etsinlər. Sadaladıqlarım dəfələrlə onlara xatırladılıb, amma əhəmiyyət verməyiblər. Diqqət edin, onlar daha çox beynəlxalq tədbirlərin keçirilməsi, müqavilələrin imzalanması zamanı ortaya çıxırlar. Avroviziya Mahnı Müsabiqəsi, Avropa Oyunları keçirilərkən mitinq keçirirdilər. Amma İslam Həmrəyliyi Oyunları təşkil edilən zaman mitinq keçirmədilər, baxmayaraq ki, bu tədbirə gələn dövlət adamlarının sayı Avropa Oyunlarına gələnlərin sayından çox idi. Buradan onların məqsəd və məramları aydın olur. Hüquq-mühafizə orqanlarında ciddi məlumatlar var ki, mitinq təşkilatçıları təxribat törədərək bunu dövlətin üzərinə yıxmaq istəyirlər. İddia edirlər ki, Azərbaycanda insan haqları pozulur, vətəndaşların təhlükəsizliyi təmin edilmir, bunu da dünya ictimaiyyətinə çatdırmağa cəhd edirlər. Onların dedikləri həqiqət deyil. Mitinq iştirakçıları da Azərbaycan vətəndaşlarıdır, ona görə dövlət onların da təhlükəsizliyini təmin edir. Hüquq-mühafizə orqanları bilir ki, təşkilatçıların təxribatı ola bilər, ona görə də bu istiqamətdə addımlar atır.
- Belə başa düşülür ki, bir müddət mitinqlərə razılıq verilməyəcək...
- Bu, Bakı şəhər İcra Hakimiyyətinin və hüquq-mühafizə orqanlarının səlahiyyətində olan məsələdir.
- Hakim partiya olaraq Milli Məclisdə təmsil olunmayan hansı partiyalarla dialoqu uyğun hesab edirsiniz?
- Ümumiyyətlə, Yeni Azərbaycan Partiyasının qapıları hər bir partiya üçün açıqdır. Yəni istər Milli Məclisdə təmsil olunan, istərsə də təmsil olunmayan partiyaları dinləməyə hazırıq. Milli Məclisdə təmsil olunmamaq faciə deyil, növbəti mərhələdə cəhd edərlər. Siyasi partiyanın əsas funksiyalarından biri seçkidə iştirakdır. Məsələn, bu il bələdiyyə seçkiləri keçirilir, hazırlaşsınlar, iştirak etsinlər. Əfsuslar olsun ki, bunların heç namizədi yoxdur. Bələdiyyə seçkilərində namizədliyin irəli sürülməsi, qeydə alınması çox sadədir. Elə yer var ki, namizədin qeydə alınması üçün 15 imza tələb olunur. Bu seçkidə imzaların maksimum sayı 150-dir. Daha sonra təbliğat işinə başlaya bilərlər. Bunun özü bir təcrübədir. 2020-ci ildə də Milli Məclisə seçkilər keçiriləcək, təəssüflər olsun ki, müxalifət hazırlaşmır. Yeni Azərbaycan Partiyası isə daim fəaliyyətdədir, seçkiyə hazırlaşır. Hazırda yerlərdə tədqiqat işləri aparılır, ictimai rəy, regionun hansı xarakterə, yaş qrupuna aid namizəd arzu etdiyi öyrənilir. Tutaq ki, bir dairədə gənc nümayəndə istəyirlərsə, yaşlı şəxsin namizədliyi irəli sürülürsə, deməli, səslərin xeyli hissəsi itiriləcək. Ona görə də bunlar dəqiqləşdirilməlidir.
- Milli Məclisdə çıxışlarınızda bələdiyyələrin sayının azaldılmasını təklif edirsiniz. Konkret olaraq təklifiniz nədən ibarətdir?
- Hesab edirəm ki, bələdiyyələrin, o cümlədən üzvlərin sayı azaldılmalıdır. Azərbaycanda ən böyük bələdiyyənin 19, ən kiçik bələdiyyənin isə 3 üzvü var. Ölkədə 3-4 seçki mütəxəssisi varsa, onun da biri mənəm. Ona görə də həm hüquqi, həm də praktiki cəhətdən müzakirələr aparmağa hazıram. Təklif edirəm ki, bələdiyyə üzvlərinin sayı 1-5 arası olsun. Bələdiyyə üzvlərinin sayının azaldılması effekt verə bilər. Digər təklifim də ondan ibarətdir ki, bələdiyyə sədrləri də seçkilərdə seçilsinlər. Düzdür, indi də seçki yolu ilə müəyyənləşir, üzvlər seçildikdən sonra öz aralarından bir nəfəri sədr seçirlər. Mən sədrin də üzvlüyə seçkilər zamanı müəyyənləşməsini təklif edirəm.
- Dediyiniz təkliflər həyata keçərsə, bələdiyyələrin fəaliyyətində yeni keyfiyyət dəyişikliyi olacaqmı?
- Təbii ki. Tutaq ki, hazırda üzvlərin sayı 15-dir, iş 15 nəfərin arasında bölünməkdənsə, 3 nəfərin arasında bölünərsə, daha faydalı olar. Həmin şəxslər əməkhaqqı alırlar, bu da ayrılan vəsaitə ciddi şəkildə təsir edir. Türkiyə təcrübəsinə baxsaq, görərik ki, ard-arda seçilən bələdiyyə üzvləri var. Çünki təcrübəlidirlər, seçicilərin etimadını doğruldurlar, ona görə də davamlı olaraq səs ala bilirlər. Azərbaycanda tərkib hər seçkidə 30-40 faiz dəyişir, iş mexanizmində problemlər yaranır.
- Dövlət büdcəsindən bələdiyyələrə subvensiya ayrılır, bələdiyyələr bu vəsaiti gəlir gətirən sahələrə deyil, yol çəkilişinə, park salınmasına sərf edirlər. Sizcə, bu, doğrudurmu?
- Bələdiyyələrin sayının azaldılması ayrılan subvensiyadan səmərəli istifadəyə şərait yaradacaq. Bələdiyyələrin səlahiyyəti var ki, məktəb, bağça yaratsın, digər gəlirgətirən sahələr təşkil etsin. Bələdiyyələr nəzarətlərində olan torpaqlarda kənd təsərrüfatı məhsullarını becərməklə gəlir əldə edə bilərlər. Tutaq ki, meyvə bağı sala bilər, amma etmir, çünki həmin bağ 3 ilə gəlir gətirəcək, bu da 3 ilə qalıb-qalmayacağını bilmir. Ona görə də torpağı dərhal satır, növbəti seçkilərdə formalaşan bələdiyyə problemlə üzləşir. Axı torpaq artmır... Ona görə də işin düzgün qurulması vacibdir. Ədliyyə Nazirliyi yanında Bələdiyyələrlə İş Mərkəzi ayrılan maliyyənin səmərəli istifadəsinə və digər məsələlərə nəzarət edir. Bilirsiniz ki, onlar mütəmadi olaraq araşdırmalar aparırlar, müxtəlif vaxtlarda bələdiyyə üzvləri inzibati, cinayət məsuliyyətinə cəlb edilirlər.
- Mərkəzi Seçki Komissiyasına 2018-ci il üzrə maliyyə hesabatını dövlət qeydiyyatına alınan 55 partiyadan 7-si təqdim etməyib. Hesabatların da əksəriyyəti formal olur, bəzi partiyalar isə, ümumiyyətlə, hesabat vermir. Sizcə, bu cür partiyalara ehtiyac varmı?
- Bu məsələ ciddi şəkildə tənzimlənməlidir, yəni qanunvericilik sərtləşdirilməlidir. Hər bir siyasi partiya illik maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir. Yalnız şəffaflıq tələb olunur. Partiyaların haradan maliyyələşməsini göstərmək şəffaflığın ilk şərtidir. Elə partiyalar var ki, hesabat verirlər, sənəddə rəqəmlərin hamısı sıfır olur, amma partiyanın qərargahı, təşkilat rəhbərlərinin avtomobilləri, hətta cangüdənləri də var. Sual verirəm, bunlar hansı maliyyənin hesabına edilib? Burada qaranlıq məqamlar ortaya çıxır. Həmin qüvvələr xaricdəki müxtəlif dairələrdən, daxildə müxtəlif şəxslərdən maliyyə vəsaiti alırlar. İstənilən maliyyə vəsaitinin hesabatı verilməlidir. Yeni Azərbaycan Partiyası hər il Mərkəzi Seçki Komissiyasına maliyyə hesabatı verir və bunu ictimaiyyətə açıqlayır. Milli Məclisdə təmsil olunan partiyalar da yalnız dövlət büdcəsindən ayrılan vəsaitin hesabatını verirlər. Şəffaflıqdan danışanlar, sinəsinə döyənlər desinlər ki, görək haradan vəsait alırlar...
- “Milli şura” təmsilçiləri iddia edirlər ki, ReAl funksionerləri Natiq Cəfərli və Erkin Qədirli Brüsseldə Azərbaycan hökumətinin atdığı addımları dəstəkləyiblər. Ona görə də ReAl təmsilçilərini sərt tənqid ediblər. Sizcə, nə baş verir, hansı tərəf haqlıdır?
- “Milli şura” təmsilçiləri ReAl-ın üzvlərini “vətən xaini” adlandırırdı. Biz bütün partiyalara bərabər münasibət bəsləyirik. Onların dartışması “bazara girmək” üstündə idi. Azərbaycan Xalq Cəbhəsi Partiyası və təmsil olunduğu “Milli şura” hesab edir ki, “Avropa bazarı” bunlara məxsusdur. Düşünürlər ki, Avropadan qrantı və digər formada gələn maliyyə vəsaitlərini yalnız bunlar ala bilərlər. İstər Cəmil Həsənli, istərsə də Əli Kərimli ReAl-ın üzvlərini satqınlıqda ittiham etdilər, hakimiyyətə işlədiklərini dedilər. Müxtəlif fikirlər söylədilər... Halbuki əllərində heç bir əsas yox idi. Avropaya ReAl-ı dəvət ediblər, onlar da gediblər. “Milli şura” təmsilçiləri dəvət edilmədiklərinə görə narahat olublar. Konkret olaraq, dava “yorğan” davasıdır. 1990-cı illərdən indiyədək heç bir yeni ideya, fikir ortaya qoymayıblar, yalnız xaricdən vəsait almaqla öz məsrəflərinə sərf ediblər. Təbii ki, beynəlxalq təşkilatlar da hansı qurumla əməkdaşlıq edilməsi üçün axtarışdadırlar, həmin təşkilatlar Azərbaycan cəmiyyətinin “Milli şura” və onun ətrafındakılara dəstək verməməsini yaxşı bilirlər. “Milli şura” çalışır ki, müxalifəti monopoliyaya götürsün. Bilirsiniz ki, onların əməkdaşları dəfələrlə xaricdən pul gətirərkən sərhəd məntəqələrində saxlanılıblar. “Milli şura” həmin vəsaitin kəsilməsindən qorxur, ona görə bu cür davranırlar. Biz bütün siyasi partiyalarla dialoqa hazırıq. Kifayət qədər sosial bazamız var, bu da xalqın etimadının göstəricisidir. Onlar təkliflərini ünvanlamalıdırlar, biz də baxıb qiymətləndirə bilərik.
- Bəzi hallarda iddia olunur ki, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlara hakimiyyətdaxili hansısa qüvvə əngəl olur. Bu cür iddialarla bağlı nə deyə bilərsiniz?
- İlk növbədə seçkiöncəsi tədqiqat aparılıb. YAP ötən il keçirilən prezident seçkilərindən əvvəl yerlərdəki vəziyyəti öyrənmişdi. Bakıdan bölgələrə ezam olunan şəxslər tərəfindən 1000-dən artıq, yerli təşkilatlar tərəfindən isə 5 minə yaxın görüş keçirilmişdi. Hər bir kənd, yaşayış massivində insanlarla görüşüb, onların arzu və istəklərini öyrəndik. Bütün bunlar toplanıldıqdan sonra Prezident İlham Əliyevə təqdim olundu və seçkidən sonra dərhal islahatlar həyata keçirildi. İlk növbədə struktur, daha sonra isə digər islahatların həyata keçirilməsinə başlanıldı. Prezidentin imzaladığı müvafiq sərəncamlarla pensiya, müavinət, təqaüdlər, minimum əməkhaqqı artırıldı. Dedilər ki, bu islahatlar müxalifətin yanvarın 19-da keçirdiyi mitinqlə bağlıdır, amma bu, əsasını tapmadı. Çünki 2019-cu ilin dövlət büdcəsi 2018-ci ilin noyabrında qəbul edilib. Bu islahatların aparılması üçün lazım olan maliyyənin dövlət büdcəsindən ayrılması nəzərdə tutulmuşdu. Necə olur, tərsinə gedir? Sonra dedilər ki, Avropa İttifaqlı ilə hərtərəfli saziş imzalanacaq, ona görə islahatlar həyata keçirilir. Bu da öz təsdiqini tapmadı, çünki islahatlar ötən ilin dekabrından başlayıb. İndi də deyirlər ki, guya hakimiyyət daxilində islahatların həyata keçirilməsini istəməyən qüvvələr var, qarşıdurma yaradırlar. İslahatı ölkənin başçısı İlham Əliyev həyata keçirir, Ona da heç kəs maneçilik törədə bilməz. Kim öz vəzifəsini yerinə yetirmirsə, tutduğu vəzifədən azad edilir, yeni şəxs təyin olunur. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar bundan sonra da davam etdiriləcək.
- Sosial şəbəkələrdə və mətbuat orqanlarında İçərişəhərdə qala divarlarının yaxınlığında guya restoranların tikilməsi ilə bağlı məlumatlar yer alıb. Bu da sosial şəbəkələrdə etirazla qarşılanıb. Baş verənlərə sizin münasibətiniz necədir?
- Baş verənləri izləmişəm. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bu məsələyə dərhal reaksiya verdi. O, İçərişəhərdə vəziyyətlə tanış oldu. Mehriban xanım Əliyeva həm yerli, həm də xarici mətbuat orqanları vasitəsilə bildirdi ki, ərazidə hər hansı söküntü işləri aparılmır, aparıla da bilməz. Bilirsiniz ki, İçərişəhər Birinci vitse-prezidentin şəxsi təşəbbüsü ilə UNSECO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib. Belə olan halda, İçərişəhərdə hansı söküntü işindən söhbət gedə bilər? Qala divarlarının sökülməsindən söhbət gedə bilməz. Sosial şəbəkə vasitəsilə yanlış informasiya yayırdılar, 2011-ci ildə aparılan təmir-bərpa işlərinə aid şəkilləri tirajlayırdılar, bunu yeni məlumat kimi təqdim edirdilər. Bu cür hallar çox olub, bəzən qəzalı vəziyyətdə olan məktəb şəkillərini yayırlar. Halbuki o təhsil müəssisəsi xeyli müddətdir, təmir olunub. Birinci vitse-prezidentin İçərişəhərdəki vəziyyətlə tanış olması, məsələyə aydınlıq gətirməsi bəzi şəxslərin çirkin niyyətini alt-üst etdi. Heç bir azərbaycanlı İçərişəhərə xələl gətirəcək hər hansı tikinti aparmaz.
- Deyirlər ki, qala divarları ətrafında restoranların tikintisi yolverilməzdir...
- Dünyanın bir çox yerlərində olmuşam. Qədim Çin Səddində, o cümlədən Avropadakı tarixi yerlərdə bu cür obyektlər mövcuddur.
- Bakının 162 saylı məktəbinin şagirdi Elina Hacıyevanın intiharı ciddi şəkildə müzakirə olunur. E.Hacıyevanın intihara cəhd etməsindən sonra məktəbin direktoru Sevinc Abbasovanın hadisə yerinə təcili tibbi yardım deyil, Səbail rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramovanı dəvət etməsi tənqid olunub. Hadisə ilə bağlı siz nə düşünürsünüz?
- Məktəbdə baş verənlərlə bağlı bir neçə dəfə müzakirə aparmışıq. Hesab edirik ki, hər bir məktəbdə iki psixoloq olmalıdır. Yalnız məktəblərdə deyil, universitetlərdə, orduda psixoloq olmalıdır. Ümumiyyətlə, psixoloqların sayı artmalıdır. Elə adamlar var ki, yalnız söhbətə ehtiyacı var, bir söhbətlə onu xilas etmək olar, amma bu insanı kimsə dinləmir. Mən kiminsə psixoloqa müraciət etməsinə rast gəlməmişəm. O məktəbdə baş verənləri ciddi şəkildə araşdırmaq lazımdır, şou düzəltməyə ehtiyac yoxdur. Kimin günahı varsa, məsuliyyətə cəlb olunmalıdır. Burada məktəb direktorunun, icra başçısının birinci müavininin və digər şəxslərin hər hansı günahı varsa, cəzasını almalıdır. Bəzi hallarda kimlərsə münasibət bildirir, müzakirə olunur, axı bu məsələ siyasi partiyalara, Azərbaycan Yazıçılar İttifaqına, Azərbaycan Bəstəkarlar İttifaqına və s. qurumlara aid deyil. Hadisə baş verib, araşdırılmalıdır, vəssalam. Müvafiq strukturlar araşdırıb qərar verməmişdən əvvəl bəziləri fikirlər söyləyirlər, məhkəmə də təşkil edirlər, cəza da kəsirlər... Bu, doğru deyil. Məhkəmə hansı qərarı qəbul edəcəksə, o qərar əsasında da nəticə çıxarılmalıdır.
- Milli Məclisdə rəhbəri olduğunuz komitədə yeni qanun layihəsi hazırlanırmı?
- Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsində hazırlanan qanun layihələri, əlavə və dəyişikliklər cəmiyyətin bütün sferalarını əhatə edir. Məsələn, tutaq ki, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi, Əmək və sosial siyasət komitəsi konkret çərçivədə fəaliyyət göstərirlər. Rəhbəri olduğum komitəyə isə cəmiyyətin bütün sferalarının təklifləri daxil olur, müzakirə edilir. Hazırda Azərbaycan vətəndaşlarının xarici ölkələrdəki müqəddəs yerlərə ziyarətlərinin təşkilinin qanunvericiliklə tənzimlənməsi məsələsi diqqət mərkəzindədir.

 
  • Oxunub:  9870  |  
  • Tarix:  30-04-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
YAP İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən ağacəkmə kampaniyasında fəal iştirak edib

07 Dekabr 16:04
Kamilə Əliyeva: Mehriban xanım Əliyevanın təşəbbüsü Azərbaycanın qlobal ekoloji tarazlığın qorunmasına töhfəsi, vətəndaş həmrəyliyimizin nümunəsi kimi yadda qalacaq
07 Dekabr 16:02
Səbail rayon seçiciləri Bələdiyyə seçkilərində YAP-ın namizədlərini dəstəkləyir
07 Dekabr 13:50
Vüqar Bayramov: TANAP daxil olmaqla Cənub Qaz Dəhlizinin reallaşması birbaşa Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində baş verib
07 Dekabr 13:41
Jalə Əliyeva: Bu məsələ ümummilli maraqları qorumaq deməkdir
07 Dekabr 13:33
Sevinc Hüseynova: Ölkəmizdə aparılan islahatlar son vaxtlar daha böyük vüsət alıb
07 Dekabr 12:49
Fəzail İbrahimli: Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə xalqımız üçün misilsiz xidmətlər göstərib
07 Dekabr 12:46
Gəncə gəncləri YAP-ın namizədlərinə səs verəcəklər
07 Dekabr 12:43
Nəriman Əliyev: Parlament islahatları ölkəmiz üçün təbii qanunauyğunluqdur
07 Dekabr 10:43
Ermənistan silahlı qüvvələrinin bölmələri snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 24 dəfə pozub
07 Dekabr 10:38
Moskvada MDB İqtisadi Şurasının 84-cü iclası keçirilib
07 Dekabr 10:32
YAP Qaradağ rayon təşkilatı Lökbatan qəsəbəsində seçicilərlə görüş keçirib
07 Dekabr 10:31
Tərtər seçiciləri YAP-ın namizədlərinə səs verəcəklər
07 Dekabr 10:30
Mingəçevirdə bələdiyyə seçkiləri ilə əlaqədar mədəniyyət işçiləri ilə görüş keçirilib
07 Dekabr 10:28
YAP Ağstafa rayon təşkilatında bələdiyyə seçkiləri ilə əlaqədar növbəti görüş keçirilib
07 Dekabr 10:24
Qazax rayonunun Birinci Şıxlı, İkinci Şıxlı, Aslanbəyli və Qaymaqlı kəndlərində seçicilərlə görüşlər keçirilib
07 Dekabr 10:23
Azərbaycan ilə Gürcüstan arasında elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub
07 Dekabr 10:22
Bərdə rayonunda bələdiyyə seçkiləri ilə əlaqədar Həsənqaya, Tağılar, Hacallı kəndlərində seçicilərlə görüş keçirilib
07 Dekabr 10:20
YAP Sumqayıt şəhər təşkilatının seçki qərargahının üzvləri və namizədlər seçicilərlə görüş keçiriblər
07 Dekabr 10:19
YAP bu seçkilərin də qalibi olacaq
07 Dekabr 10:17
Multikulturalizm siyasətinin ölkəmiz üçün əhəmiyyəti
07 Dekabr 10:14
BDU-da Nəsiminin 650 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçirilib
07 Dekabr 10:11
İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar bu sahə üzrə qanunvericilik təkmilləşdirilir
07 Dekabr 10:07
Ölkəmizdə aqrar sahənin inkişafında mühüm nəticələr əldə olunub
06 Dekabr 21:45
TRASEKA Hökumətlərarası Komissiyasına sədrlik Azərbaycana keçib
06 Dekabr 21:29
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən ekoloji aksiyada 650 mindən çox ağac əkilib
06 Dekabr 21:20
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
06 Dekabr 21:09
Şahbuz rayonunun Türkeş kəndində qapalı suvarma şəbəkəsi istifadəyə verilib
06 Dekabr 20:26
Yevlax: genişmiqyaslı kampaniya zamanı minlərlə ağac əkilib
06 Dekabr 17:53
YAP Zərdab rayon təşkilatı böyük Azərbaycan şairi və mütəfəkkiri Nəsiminin 650 illik yubileyi ilə bağlı ağacəkmə kampaniyası keçirib
06 Dekabr 17:52
YAP Bərdə rayon təşkilatı “Bir gündə 650 min ağac əkək” kampaniyasında fəal iştirak edib
06 Dekabr 17:47
Ekspert: Azərbaycan Prezidentinin islahatları rəqabətədavamlı dövlət və cəmiyyətin formalaşdırılmasına xidmət edir
06 Dekabr 17:38
Kənd Təsərrüfatı Nazirliyinin kollektivi “Bir gündə 650 min ağac əkək” kampaniyasında fəal iştirak edib
06 Dekabr 17:33
Mübariz Qurbanlı: Hər bir vətəndaş ətraf mühiti, təbiəti qorumaq üçün çox işlər görməlidir
06 Dekabr 17:30
650 min ağacın əkilməsi ekoloji təmizliyə, təbiətin yaşıllaşdırılmasına bir çağırışdır - Bəhruz Quliyev
06 Dekabr 17:26
Səhiyyə naziri Neftçalada vətəndaşları qəbul edib
06 Dekabr 16:57
Lənkəran və Cəlilabadda “KOB Dostu” fəaliyyətə başlayıb
06 Dekabr 16:55
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Gürcüstana səfər edib
06 Dekabr 16:48
Moldovada “Nəsimi dünya dilində” mövzusunda tədbir keçirilib
06 Dekabr 16:47
Almaniyada Azərbaycan mədəniyyətinə hər olunmuş tədbir təşkil edilib
06 Dekabr 16:31
Müdafiə Nazirliyi ağacəkmə aksiyasında iştirak edib
06 Dekabr 16:23
Xəzər rayonunda Nəsiminin 650 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilib
06 Dekabr 16:14
Bir gündə 650 min ağac əkək: Nizami yurdunda əkilən minlərlə ağac təbiətə töhfədir
06 Dekabr 16:09
Nəsimi rayonunda ağacəkmə aksiyası keçirildi
06 Dekabr 16:08
Alessandro Frakasetti: Bu cür təşəbbüslər iqlim dəyişikliyinin fəsadları ilə mübarizə aparmağa kömək edir
06 Dekabr 15:41
Əli Əhmədov: 650 min ağacın əkilməsi kimi möhtəşəm aksiyanın təşəbbüskarı hər cür minnətdarlığa və ehtirama layiqdir
06 Dekabr 15:31
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
06 Dekabr 15:26
Elman Nəsirov: Ölkə üzrə 650 min ağacın əkilməsinin bir çox baxımdan böyük əhəmiyyəti var
06 Dekabr 15:21
Masallı sakinləri ağacəkmə aksiyasına yüksək əhval-ruhiyyə ilə qoşulublar
06 Dekabr 15:17
Bu gün Qaradağ rayonunda 2 mindən çox ağac əkilib
06 Dekabr 15:13
Ağacların əkilməsi ilə yanaşı, onlara qulluq edilməsi də diqqət mərkəzindədir
06 Dekabr 15:11
Tünzalə Ağayeva: Bugünkü ekoloji aksiyada ilk dəfə ağac əkdim
06 Dekabr 15:09
Milli Məclisin deputatları Gürcüstana səfər edəcəklər
06 Dekabr 14:55
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar
06 Dekabr 14:36
Nazir Mikayıl Cabbarov erməni nümayəndənin təxribat xarakterli fikrinə tutarlı cavab verib
06 Dekabr 14:34
Dmitri Savelyev: Mehriban Əliyeva Azərbaycanın müasir beynəlxalq imicini yaradır
06 Dekabr 14:27
Kestutis Yankauskas: Bir gündə 650 min ağacın əkilməsi ekologiyanın təmizlənməsində mühüm rol oynayacaq
06 Dekabr 14:24
Yeni Azərbaycan Partiyası İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən ağacəkmə kampaniyasında fəal iştirak edib
06 Dekabr 14:21
Ümumi təhsil məktəblərinin gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri üçün seminar-treninq keçirilib
06 Dekabr 14:17
“Əqli mülkiyyət hüquqlarının müdafiəsinin təminatı: ixtisaslaşmış məhkəmələrin milli və beynəlxalq təcrübəsi” mövzusunda seminar işini davam etdirir
06 Dekabr 14:10
İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Nərimanov rayonunda ağacəkmə kampaniyası keçirilib
06 Dekabr 14:07
Bahar Muradova: Bu təşəbbüs torpağımızın yaşıllaşmasına, ekologiyanın sağlamlaşmasına çox böyük töhfədir
06 Dekabr 14:04
Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir
06 Dekabr 13:59
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantlarının çöl çıxışları başlayıb
06 Dekabr 13:52
Qətər Azərbaycanın ərazi bütövlüyünü tanıyır və haqq işini dəstəkləyir
06 Dekabr 13:48
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çin Xalq Respublikasında fəaliyyətini gücləndirməkdədir
06 Dekabr 13:18
Səfir Auqusto Massari: Bu təşəbbüs insanları təbiətin qorunması istiqamətində həmrəy olmağa çağırır
06 Dekabr 12:58
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları ağacəkmə kampaniyasına qoşulublar
06 Dekabr 12:25
Ukraynalı nazir: TRASEKA-ya üzv ölkələrdə tariflərin eyniləşdirilməsi məqsədəuyğun olar
06 Dekabr 12:20
Əli Əhmədov: Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə sosial xarakter daşıyan layihələrin həcmi daha da genişlənəcək
06 Dekabr 12:16
Baş nazirin müavini: Əkilən ağaclar Azərbaycanın ekoloji şəraitini yaxşılaşdıracaq

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+10 +13
gecə+3 +5