Ana səhifə »  Müsahibə »  Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasını təşkil edir
A+   Yenilə  A-
Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasını təşkil edir

YAP Siyasi Şurasının üzvü, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov www.yap.org.az saytına müsahibə verib:
- Tahir müəllim, mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü tamam olur. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın xilaskarı olan Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki yeri və rolu nədən ibarətdir?
- Bildiyiniz kimi, hər il olduğu kimi, bu ildə də xalqımızın böyük oğlu, müasir Azərbaycan dövlətinin qurucusu və banisi, əbədi olaraq ümumxalq sevgisini qazanmış Ulu Öndər Heydər Əliyevin anadan olasının 96-cı ildönümü təntənə ilə qeyd edilir.
Ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan dahi rəhbər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti ən yeni tariximizdə müstəsna yer tutur. Yüksək insani keyfiyyətlərinə, mükəmməl dövləti idarəetmə bacarığına, xalqa xidmət mədəniyyətinə görə Heydər Əliyev dünyada nadir tarixi şəxsiyyətlər sırasındadır. Bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli ölkə kimi təşəkkülü üçün Ümummilli Lider Heydər Əliyevə minnətdarıq. Bunu demək yerinə düşər ki, hər bir vətəndaşımızın qəlbində əbədiyaşarlıq zirvəsini fəth etmiş Heydər Əliyev əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, alternativsiz dövlətçilik konsepsiyası, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində olan güclü Azərbaycanı qoydu.
Ulu Öndər Heydər Əliyev 1969-cu il iyulun 14-dən 1982-ci il noyabrın 22-də SovİKP Siyasi Büronun üzvü, həmin ayın 24-də SSRİ Nazirlər Soveti sədrinin I müavini seçilənə qədər Azərbaycan SSR-ə rəhbərlik etmişdir. Məhz Heydər Əliyevin fədakar əməyinin, səmərəli işgüzarlığının, uzaqgörən rəhbərlik və təşkilatçılıq istedadının sayəsində Azərbaycan bu illər ərzində sürətlə və hərtərəfli inkişaf edərək keçmiş İttifaqın öncül respublikalarından birinə çevrilmişdir. 1969-1982-ci illərdə ölkə iqtisadiyyatının bütün sahələrində istehsalın sürətlə artması nəticəsində iqtisadi və sosial inkişafın ümumiləşdirici göstəricisi olan milli gəlir 2,5 dəfə artdı. Respublikamızda bütün sahələrin - sənayenin, elmin, təhsilin, səhiyyənin sıçrayışlı inkişafı, elm tutumlu istehsal sahələrinin yaradılması məhz Heydər Əliyevin səyləri və məqsədyönlü fəaliyyəti ilə təmin olunmuş, intellektual, elmi-texniki və iqtisadi potensialı ciddi dərəcədə yüksəlmişdi. 60-cı illərə qədər sənaye malları asılılığı ilə üzləşən Azərbaycan artıq 70-ci illərdə dünyanın 65 ölkəsinə 350 adda müxtəlif növ məhsul ixrac edən ölkəyə çevrilmişdi. Azərbaycan həmin illərdə neft, qaz avadanlıqları istehsalına görə dünyada ABŞ-dan sonra ikinci ən güclü ölkə idi. Heydər Əliyev Azərbaycan SSR-ə rəhbərlik etdiyi dövrdə azərbaycanlı milli kadrların hazırlanması işinə də xüsusi diqqət yetirirdi. Məhz Onun təşəbbüsünün nəticəsi idi ki, azərbaycanlı gənclər keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilirdilər. Təkcə onu deyim ki, 1969-1982-ci illərdə 10 mindən çox azərbaycanlı gənc Rusiya, Ukrayna və digər ölkələrin tanınmış ali məktəblərində təhsil alaraq respublikaya qayıtmış, Azərbaycanın inkişafına xidmət göstərmiş və bu gün də göstərirlər.
Bir sözlə, Ümummilli Lider, sözün əsl mənasında, Ən Böyük Azərbaycanlı idi. Ölkənin, xalqın, Azərbaycan tarixinin, onun dövlətçiliyinin böyük təəssübkeşi olan Heydər Əliyev XX yüzilliyin sonunda öz müstəqilliyini bərpa edən Azərbaycanın xilaskarı oldu, beləcə ölkəmiz parçalanmaq, məhv olmaq təhlükəsindən yan keçdi.
- Ümummilli Liderin əsasını qoyduğu dövlət quruculuğu prosesi Azərbaycanın müstəqil dövlət kimi inamlı inkişafını və yeni mərhələdə tarixin siyasi səhnəsində özünəməxsus yer tutmasını təmin etdi. Bu barədə fikirlərinizi bildirməyinizi xahiş edirik.
- Dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 40 ilə yaxın bir dövr ərzindəki bənzərsiz fəaliyyəti Azərbaycanın iqtisadi, sosial və mədəni tərəqqisinə, xalqımızın firavanlığı və xoşbəxtliyi, ölkəmizin dünya birliyində özünəməxsus layiqli yer tutması uğrunda mübarizəyə həsr olunmuşdur. Ulu Öndər Heydər Əliyevin yüksək peşəkarlıqla işləyib hazırladığı milli dövlətçilik strategiyasının əsas nüvəsini müstəqil Azərbaycanın iqtisadi qüdrətinin dirçəldilməsi, artırılması və möhkəmləndirilməsi təşkil edirdi. Onun ölkə iqtisadiyyatının hərtərəfli inkişafı, qloballaşan dünya iqtisadiyyatına inteqrasiyası sahəsində, həqiqətən, misilsiz fəaliyyəti nəticəsində ölkəmiz sürətli tərəqqi yoluna qədəm qoymuşdur. Tam qətiyyətlə və cəsarətlə demək olar ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizin intensiv inkişaf mərhələsini və tariximizin ən şanlı dövrünü təşkil edir. Böyük idarəçilik təcrübəsinə malik Ulu Öndər müstəqil Azərbaycan dövlətçiliyinin milli və bəşəri normalara əsaslanan uzunmüddətli konsepsiyasını işləyib hazırlamış və onu dəqiqliklə həyata keçirmişdir. Bunun nəticəsidir ki, Azərbaycan bu gün dünyada özünəməxsus yeri olan dövlətlərdən biridir. Xalqını sonsuz məhəbbətlə sevən bu böyük insan bütün həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş sivil dövlətlər səviyyəsinə yüksəlməsinə həsr edib.
- Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən biri ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının yaradılmasıdır. Bu tarixi hadisə və partiyanın ötən müddət ərzində keçdiyi zəngin, şərəfli inkişaf yolu barədə nə deyə bilərsiniz?
- Qəbul edilmiş təcrübə göstərir ki, tarixin olduqca vacib, həlledici məqamlarında ictimai-siyasi təşkilatlanmaya, xalqın maraqlarını təmsil edən qüvvələrin vahid qurumda bir araya gəlməsinə nail olmadan qarşıda dayanmış ümummilli problemlərin həlli mümkün deyildir. Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi ən böyük şəxsiyyət olan Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının yaranması məhz belə bir tarixi gerçəklikdən qaynaqlandı. 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etsə də, o dövrdə hakimiyyət sükanı arxasında dayanan bəzi siyasətbazların səriştəsizliyi ucbatından bu müstəqilliyi həqiqi mənada möhkəmləndirmək, dövlətin dayaqlarını gücləndirmək mümkün olmamışdı. Həmçinin Ermənistanın işğalçılıq siyasəti, ölkə daxilindəki çəkişmələr cəmi bir il əvvəl qazanılmış müstəqilliyi təhlükə altında qoymuşdu. Belə bir həlledici zamanda cəmiyyətin sağlam qüvvələrinin diqqəti Naxçıvana yönəlmişdi. Azərbaycanın çətin anında Ümummilli Liderimizin ətrafında sıx birləşməyə, Onun dərin zəkasının köməyi ilə xalqı, yenicə müstəqillik qazanmış dövləti bu fəlakətdən xilas etməyə çalışan insanların çevrəsi cəmiyyətin bütün zümrələrini əhatə edirdi. Xüsusilə ziyalılar Heydər Əliyevin xalq üçün nə qədər lazımlı olduğunu gözəl bilirdilər. Belə bir məqamda, Azərbaycan xalqının iztirablarını, ölkənin iflasa və məhvə sürüklənməsi təhlükəsini, Azərbaycan ziyalılarının ürək ağrısı və nigarançılığını, həmçinin bununla bağlı bir qrup görkəmli şəxsin müraciətini nəzərə alan Ulu Öndər Heydər Əliyev onlara yazdığı 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi.
Bu gün mübaliğəsiz deyə bilərəm ki, 1993-cü ildən indiyədək YAP bütün seçkilərdə böyük qələbələr qazanıb. Yeni Azərbaycan Partiyası Heydər Əliyev siyasi məktəbinin ən əsas sütunudur və ən böyük təsirə malik olan siyasi qüvvədir. Partiyanın keçdiyi 27 ilə yaxın şərəfli yol xalq-iqtidar birliyinin möhkəm təmələ əsaslandığını, sarsılmaz və əbədi olduğunu təsdiqləyir. 2003-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən İlham Əliyev Azərbaycanın daha da qüdrətli, güclü dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdirilməsinin vacibliyini bəyan etdi və bu yola sadiqliyini hər bir fəaliyyəti ilə təsdiq etdi. Ötən illər ərzində görülən işlər, əldə olunan uğurlar dövlətimizin başçısı İlham Əliyevin növbəti seçkilərdə də parlaq qələbəsini təmin etdi. Hər bir vədini əməli işi ilə təsdiqləyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın hərtərəfli inkişafını həyata keçirilən siyasətin önündə saxlayır. Uğurların davamlılığını təmin etmək üçün atılan bir-birindən əhəmiyyətli addımlar da bunu hər gün təsdiq edir.
- Müstəqilliyin ilk illərində xaos və anarxiya məkanına çevrilən Azərbaycanın xarici əlaqələri də arzuolunmaz vəziyyətdə idi. Ümummilli Liderin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsindən sonra Azərbaycan beynəlxalq müstəvidə söz və nüfuz sahibinə çevrildi, etibarlı tərəfdaş kimi tanınmağa başladı. Bu amilin Azərbaycanın inkişafında və beynəlxalq mövqeyinin möhkəmlənməsində əhəmiyyəti nədir?
- İctimaiyyətə yaxşı məlum olduğu kimi, 1991-ci ildə müstəqilliyini bərpa edərək bazar iqtisadiyyatı istiqamətində ilk addımlarını atan Azərbaycan Respublikası böyük iqtisadi və siyasi çətinliklərlə rastlaşmışdır. 1989-cu ildən başlamış geriləmə prosesi müstəqilliyin ilk üç ilində daha da dərinləşmişdir. Əgər 1989-1991-ci illərdə ümumi daxili məhsul istehsalı hər il orta hesabla 5,7 faiz azalırdısa, sonrakı üç il ərzində azalmanın sürəti 3,8 dəfə artmışdır. 1993-cü ildə 1990-cı ilə nisbətən 2 dəfə az sənaye və kənd təsərrüfatı məhsulu istehsal edilmişdir. Ölkənin belə bir çətin vəziyyətdən çıxarılmasında və Azərbaycan Respublikasının beynəlxalq aləmə və qlobal iqtisadi mühitə sürətlə inteqrasiya etməsində, istərsə də ölkənin sosial-iqtisadi istiqamətlərdə ciddi uğurlar qazanmasında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə reallaşan tədbir və islahatların rolu danılmazdır. Heydər Əliyevin bir dövlət və siyasi xadim kimi ölkə, milli iqtisadiyyat, eləcə də onun ayrı-ayrı sahələri qarşısında duran problemlərə kompleks şəkildə yanaşması bu gün əldə edilən ciddi uğurların əsas təkanvericisidir. Yəni Azərbaycanın bugünkü uğurları müasir Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilərək həyata keçirilmiş islahatlarla bağlıdır. Məhz bu islahatlar hesabına Azərbaycanda bazar münasibətlərinə söykənən sosial yönümlü iqtisadiyyatın inkişafına nail olunmuş, ölkə əhalisinin həyat səviyyəsi yüksəldilmişdir. Müstəqilliyin ilk illərində baş vermiş iqtisadi tənəzzülün, vətəndaş müharibəsinin, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin qarşısının alınması, dövlətçilik ənənələrinin və sabitliyin bərpası məqsədilə Heydər Əliyevin atdığı qətiyyətli addımlar qısa müddət ərzində hər bir vətəndaşın həyatında hiss olunmağa başlamışdır.
Ölkənin sosial-iqtisadi inkişafının təmin olunması ilə bağlı görülmüş ən əsas işlərdən biri bu gün nəinki Azərbaycanda, eləcə də dünyada neft strategiyasının və siyasətinin formalaşdırılmasında xüsusi əhəmiyyət kəsb edən “Əsrin müqaviləsi”nin imzalanması olmuşdur. İlk dəfə 8 ölkəni əhatə edən bu müqavilə növbəti illərdə 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 sazişin imzalanmasına yol açmışdır. Bağlanmış müqavilələr hesabına ölkənin neft sektoru sürətlə inkişaf etdirilmiş, ölkəyə daxil olan vəsaitlər hesabına qeyri-neft sektorunun inkişafına və əhalinin sosial problemlərinin həllinə nail olunmuşdur.
İqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltmək məqsədilə MDB məkanında ilk dəfə olaraq torpaq islahatı həyata keçirilmişdir.
Bazar iqtisadiyyatı prinsiplərinin, sahibkarlıq sinfinin formalaşdırılması məqsədilə dövlət tərəfindən zəruri addımlar atılmışdır. Sahibkarlığın, o cümlədən kiçik və orta sahibkarlığın inkişafı və bu sahədə mövcud problemlərin aradan qaldırılması üçün ardıcıl Dövlət proqramları qəbul edilmiş, qanunvericilik bazası yaradılmışdır. İqtisadi sferada dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi məqsədilə ciddi tədbirlər görülmüş, bu sahədə bir-birini təkrarlayan, paralel və lüzumsuz yoxlamaların sayı azaldılmışdır.
1994-cü ildən başlayaraq iqtisadiyyatda aparılan islahatlar, qanunvericiliyin, vergi və bank sistemlərinin sürətlə dəyişən iqtisadi şəraitə uyğunlaşdırılması, bazar iqtisadiyyatı prinsiplərinə cavab verən yeni iqtisadi siyasətin həyata keçirilməsi bütün sahələrdə inkişaf mərhələsinin başlanmasına təkan vermişdir. Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar qısa bir zamanda uğurlu nəticələr verərək iqtisadi inkişafa səbəb olmuş, ölkəmizin qüdrətli iqtisadi dayaqları üçün əsaslar yaratmışdır. Bütün sahələrdə olduğu kimi, Azərbaycan iqtisadi sahədə də dünya iqtisadiyyatına inteqrasiya etmiş, dövlətlərarası münasibətlərin fəal subyektinə çevrilmiş, dünya miqyasında layiqli yerini tutmuşdur.
“Əsrin müqaviləsi” üzrə müvəffəqiyyətlə həyata keçirilmiş işlərdən sonra 1997-ci ilin noyabrında “Çıraq” yatağının ilk quyusundan, sonrakı illərdə “Mərkəzi Azəri” yatağından neft, “Şahdəniz” və “Günəşli” yataqlarından qaz hasil olunmuş, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri, Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz qaz kəməri istismara verilmiş və ölkəmiz neftlə yanaşı, qazın da ixracatçısına çevrilmişdir. Bunlarla yanaşı, elektroenergetika sahəsinin də inkişafı ilə bağlı icra olunmuş nəhəng layihələr nəticəsində Azərbaycan nəinki öz enerji təhlükəsizliyini təmin etmiş, regionun, hətta Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində aparıcı tərəfdaşa çevrilmişdir.
Məhz görülmüş tədbirlər nəticəsində iqtisadi inkişafın ümumiləşdirici göstəricisi olan ümumi daxili məhsul istehsalında yüksəlişə nail olunmuşdur. Artıq bu günün reallıqları sübut edir ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursuna uyğun aparılan islahatlar müsbət nəticələr verir, bəhərini qədirbilən xalqımız daim yüksək qiymətləndirir. İstər müasir tələbata uyğun elmi kadrların hazırlanmasında, istər Azərbaycan Respublikasının beynəlxalq aləmə və qlobal iqtisadi mühitə sürətlə inteqrasiya etməsində, istərsə də ölkənin sosial-iqtisadi istiqamətlərdə ciddi uğurlar qazanmasında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə reallaşan tədbir və islahatların rolu danılmazdır. Heydər Əliyevin bir dövlət başçısı və siyasi xadim kimi ölkə, milli iqtisadiyyat, eləcə də onun ayrı-ayrı sahələri qarşısında duran problemlərə kompleks şəkildə yanaşması bu gün əldə edilən ciddi uğurların əsas təkanvericisidir. Məhz bu yanaşmanın nəticəsidir ki, sosial-iqtisadi və siyasi istiqamətlərdə qazanılmış müvəffəqiyyətlər bir-birinə təkan verməklə, vahid bir prosesə çevrilir.
- Əminliklə söyləmək olar ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi islahatlar konsepsiyası yeni mərhələdə Azərbaycanın inkişafını şərtləndirən əsas faktordur. Bununla bağlı fikirləriniz nədən ibarətdir?
- Heydər Əliyev həyatı boyu qurucusu olduğu Azərbaycanın tarixi məsuliyyətini Öz çiyinlərində daşımış, onu bir dövlət, xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycanın işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. Azərbaycan Respublikası dövlət müstəqilliyini qazandıqdan sonra ölkəmizin ictimai həyatında və dövlət quruculuğu sahəsində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə aparılmış köklü islahatlar nəticəsində dövlətimiz beynəlxalq aləmin bərabərhüquqlu üzvünə çevrilmişdir.
Ulu Öndər Azərbaycan Respublikasının gələcək inkişafını demokratik və dünyəvi dəyərlərə söykənən sistemlər üzərində qurmuşdur. Müdrik rəhbərimiz müstəqilliyin ilk illərində respublikamızın milli iqtisadiyyatını səmərəli iqtisadi sistem əsasında, habelə xüsusi mülkiyyət, azad sahibkarlıq və sağlam rəqabət prinsipləri üzərində qərarlaşdırmaq və inkişaf etdirmək üçün strateji xəttini müəyyən etdi. Buna nail olmaq üçün isə hökumətdən ardıcıl və sistemli iqtisadi islahatlar proqramlarını işləyib hazırlamaq tələb olunurdu. İqtisadi islahat proqramlarının işlənməsi və həyata keçirilməsi prosesində nəzərə alınmalı ən vacib cəhət ondan ibarət idi ki, Azərbaycan vahid mərkəzləşdirilmiş iqtisadiyyatın tərkib hissəsi olan qapalı iqtisadi sistemdən tamamilə müstəqil və suveren dövlətin iqtisadiyyatına - milli iqtisadiyyata keçidi təmin etməli idi. Eyni zamanda, bu mərhələdə iqtisadiyyatın idarə olunması sahəsində hökm sürən inzibati-amirlik metodlarından öz-özünü tənzimləyən sərbəst bazar münasibətlərinə keçid məsələsi həll olunmalı idi.
Göründüyü kimi, Heydər Əliyevin strateji inkişaf kursunun real bəhrələrini hər bir Azərbaycan vətəndaşı, o cümlədən əhalinin aztəminatlı hissəsi rifah halının günbəgün yaxşılaşmasında görür və ölkəmizin daha da inkişaf edəcəyinə qətiyyən şübhə etmir. Çünki bunun üçün möhkəm iqtisadi bazanı Ümummilli Liderimiz artıq yaradıb və davamlı sosial-iqtisadi inkişaf kursunun Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi gələcəyə nikbinliklə baxmağa əsas verir.
- Dünyada güclü və nüfuzlu dövlət kimi tanınan, yüksək nüfuza və müsbət beynəlxalq reputasiyaya malik olan müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında uğurla inkişaf edir. Ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm nailiyyətlər qazanır, yeni zirvələr fəth edir. Bugünkü reallıqları və perspektivi necə dəyərləndirirsiniz?
- Bu gün xalqımız Heydər Əliyev siyasətinin uğurlarını gündəlik həyatında hiss edir və Onun irsindən faydalanır. Bu siyasətin icraçısı Ulu Öndərimizin alternativsiz siyasi varisi cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir. Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır, gələcəyə istiqamətlənmişdir. Onun siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olunması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır. Cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunu keyfiyyətcə yeni müstəvidə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin edir. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rol və nüfuzunu artırır. Xalqımız bu siyasəti yüksək dəyərləndirir. Ölkəmizdə 11 aprel 2018-ci ildə keçirilən prezident seçkiləri dövlət-xalq birliyini, respublika əhalisinin böyük əksəriyyətinin Prezident İlham Əliyevə dərin inam və məhəbbət bəslədiyini bir daha təsdiq etdi. Xalqımız qətiyyətlə inanır və görür ki, ölkəmizin sürətli, hərtərəfli və dinamik inkişafı Heydər Əliyev siyasi kursu və bu kursu inamla irəli aparan Prezident İlham Əliyevin düşünülmüş və yaradıcı fəaliyyəti ilə bağlıdır. İqtidarla xalq arasında qarşılıqlı inam daha da artıb, bu münasibətlər gələcək iqtisadi inkişafın təməl prinsipinə çevrilib. Bütün bu uğurların əldə olunmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin də xüsusi payı var. Azərbaycanın birinci xanımı milli-mənəvi dəyərlərin qorunması, mədəniyyətimizin geniş təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrin dəstəklənməsi, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişməsi, Azərbaycanın beynəlxalq nüfuzunun artmasına yönələn tədbirlər həyata keçirməklə böyük layihələrin müəllifinə çevrilib.
- Tahir müəllim, son olaraq YAP Siyasi Şurasının üzvü kimi gənc partiya üzvlərinə arzularınız, tövsiyələriniz...
- Əvvəla bildirim ki, gənclər bir millətin yaşaması, dövlətin inkişafı üçün təməl daşını təşkil edir. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtlərdəndir. Yeni Azərbaycan Partiyasının və onun Gənclər Birliyinin - Azərbaycanın ən güclü siyasi təşkilatı olmaqla ölkəmizin ictimai-siyasi həyatındakı misilsiz rolu göz qabağındadır. Onu deyim ki, hər bir ölkədə dövlətçiliyin, suverenliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin daha etibarlı təminatı sağlam və intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların cəmiyyətdə aparıcı qüvvəyə çevrilməsindən olduqca asılıdır. Bu baxımdan Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi Azərbaycanın inkişaf strategiyası öz bəhrəsini vermiş və bu strategiya nəticəsində dövlətimizin üçrəngli bayrağı bütün sahələr üzrə dünyanın ən ali beynəlxalq qurumlarında dalğalanır. Dünya miqyaslı siyasətçi Heydər Əliyevin məkəmməl dövləti fəaliyyəti və mənalı həyatı hər birimiz üçün müdriklik məbədidir. Arzu edirəm ki, partiyamızın gənc üzvləri və müasir gənclik dahi şəxsiyyətin zəngin irsindən və bəşəri ideyalarından bəhrələnib, müstəqil Azərbaycanın gələcəyi naminə Heydər Əliyev yoluna daim sadiq olsunlar.

 
  • Oxunub:  2880  |  
  • Tarix:  08-05-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Qafqaz zubrları Azərbaycan təbiətinə qaytarılır

23 May 21:07
FHN-in Akademiyasında İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd edilib
23 May 21:05
Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
23 May 21:02
Şahin İsmayılov: İdmanın siyasi alətə çevrilməsi yolverilməzdir
23 May 21:00
Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib
23 May 19:51
"Tarixçi-alimlərimiz" layihəsi çərçivəsində Bakı Dövlət Universitetində professor İradə Hüseynova ilə görüş keçirilib
23 May 19:40
Almaniya Bundestaqının nümayəndələri Qəbələdə məcburi köçkünlərlə görüşüblər
23 May 19:29
“Duzdağ” Fizioterapiya Mərkəzinin 40 illik yubileyi münasibətilə təltiflərin təqdimatı olub
23 May 18:34
Səməd Seyidov: Ermənistan apardığı mənfur siyasəti artıq gizlədə bilmir
23 May 18:22
Müdafiə Nazirliyi: Armen Qriqoryanın səsləndirdiyi sərsəm fikirlər gülünc doğurur
23 May 18:18
Azərbaycan-Çin münasibətləri inkişaf edir
23 May 18:16
Dünyanın bir sıra aparıcı KİV-ləri UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununa dair məqalələr yayıb
23 May 18:02
Konstitusiya Məhkəməsində Rusiyanın Qanunvericilik və Müqayisəli Hüquq İnstitutunun nümayəndə heyəti ilə görüş keçirilib
23 May 18:00
Regionda mühüm rola malik Azərbaycan Almaniya üçün çox vacib tərəfdaşdır
23 May 17:42
Təlimlərin gecə vaxtı döyüş atışlı mərhələsi keçirilib
23 May 17:38
Gündüz İsmayılov: Elm, təhsil olmayanda din xurafata çevrilir
23 May 17:36
Gövhər Baxşəliyeva: Azərbaycan öz multikulturalizm siyasəti ilə tanınan ölkədir
23 May 17:31
Ziyad Səmədzadə: Azərbaycan iqtisadiyyatı dinamik artım nümayiş etdirir
23 May 17:25
Gənclər Fondu “Xaricdə təhsil” proqramını elan edib
23 May 17:20
Yohannes Kars: Azərbaycanın həm paytaxtı, həm də bölgələri sürətlə inkişaf edir
23 May 17:19
Natali Qule: İdman sülhün möhkəmlənməsi üçün məkan olmalıdır
23 May 17:16
The Associated Press: Mxitaryan UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununda siyasi səbəblərə görə iştirak etməyəcək
23 May 17:06
Niyazi Səfərov: Ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı prioritetdir
23 May 17:00
Oleq Kuznetsov: Qafqazşünasların II Beynəlxalq Forumu fikir mübadiləsi aparmaq üçün əla platformadır
23 May 16:57
YAP Yardımlı rayon təşkilatı GB-nın hesabat konfransı keçirilib
23 May 16:56
ARSENALI MXİTARYAN OLANLAR VƏ HEÇ OLMAYANLAR...
23 May 16:51
Vüqar Rəhimzadə: Bu “qüvvələr” köhnə “üsullarla” ara qatmağa, ürək bulandırmağa çalışırlar
23 May 16:35
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Kiyevdə müalicə alan Milli Qəhrəmanımızla görüşüb
23 May 16:21
Rusiya XİN: ATƏT Minsk qrupunun həmsədrləri əsirlərlə bağlı təklifləri Dağlıq Qarabağ münaqişəsinin tərəflərinə təqdim edəcək
23 May 16:11
Fransa Azərbaycanda bərpaolunan enerji sahəsində əməkdaşlıqda maraqlıdır
23 May 15:53
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib
23 May 15:36
UEFA Avropa Liqasının final oyununun açılış mərasimində ingiltərəli DJ Conas Blu çıxış edəcək
23 May 15:26
Hesablama Palatası bu il dövlət büdcəsinə 6 milyon manatdan çox vəsait qaytarıb
23 May 15:02
İsrailin İ24 xəbər telekanalı: Dağlıq Qarabağ Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınmış ərazisidir
23 May 14:55
Hikmət Şikarov: “Amnesty International” təşkilatının qərəzli çağırışlarının heç bir əsası yoxdur
23 May 14:48
YAP Xızı rayon təşkilatının Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib
23 May 14:41
Sabah Bakıda aerobika gimnastikası üzrə Avropa çempionatına start veriləcək
23 May 14:39
“Anatolian Phoenix-2019” təlimlərinin yekun mərhələsi icra olunub
23 May 14:31
Bu gün futzal üzrə Azərbaycan kubokunun sahibi müəyyənləşəcək
23 May 14:29
Memarlıq və İnşaat Universitetində beynəlxalq elmi konfrans öz işinə başlayıb
23 May 14:24
Daşkənddə Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqram çərçivəsində keçirilən görüşdə Azərbaycan da iştirak edib
23 May 14:20
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Koreya İnkişaf İnstitutu ilə əməkdaşlıq edəcək
23 May 14:16
Rusiya Elmlər Akademiyasının vitse-prezidenti AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda olub
23 May 14:13
Londonda “Azərbaycan-Böyük Britaniya əməkdaşlığının 100 illiyi” kitabının təqdimat mərasimi keçirilib
23 May 14:11
Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır
23 May 14:08
Rusiyalı tarixçi və hüquqşünas Oleq Kuznetsova AMEA Tarix İnstitutunun fəxri doktoru diplomu təqdim olunub
23 May 14:05
“Azərbaycanda qadına qarşı zorakılığın iqtisadi nəticələri” hesabatının təqdimatı olub
23 May 14:01
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
23 May 12:59
UEFA Avropa Liqasının final matçına bilet satışı davam edir
23 May 12:58
Aqrar sahədə ölkənin ixrac potensialının gücləndirilməsi istiqamətində fəal siyasət aparılır
23 May 12:36
DİM magistratura səviyyəsinə qəbul imtahanının II mərhələsini keçirəcək
23 May 12:34
Bu il Hacıqabulda 4 tondan çox barama istehsalı planlaşdırılır
23 May 12:22
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisindəki Nəqliyyat Qovşağında məlumat lövhələri quraşdırılıb
23 May 12:05
Vüqar Gülməmmədov: Dövlət büdcəsinin gəlir və xərcləri son 7 ilin ən yüksək göstəriciləridir
23 May 11:41
Prezident İlham Əliyev Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib
23 May 11:33
Kənd təsərrüfatı naziri İnam Kərimov fransız həmkarı Didye Giyom ilə görüşüb
23 May 11:31
İran portalı Heydər Əliyev Beynəlxalq Aeroportundan yazıb
23 May 11:29
Prezident İlham Əliyev Çinin Xarici İşlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
23 May 11:27
Qafqazşünasların II Beynəlxalq Forumu keçirilir
23 May 11:24
Naxçıvanda “Sabahın müəllimi” layihəsinin təqdimatı olub
23 May 11:22
Heydər Əliyev Fondu müqəddəs Ramazan ayında rayonlarda iftar süfrələri təşkil edir
23 May 11:20
Bakıda Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının Dövlət Borcu üzrə İşçi Qrupunun toplantısı işə başlayıb
23 May 11:18
Bakıda MDB ölkələri Gömrük Xidmətləri Rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin iclası keçirilir
23 May 11:16
Gallup: Erməniləri Qarabağ problemi az maraqlandırır
23 May 11:15
Türkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladı
23 May 10:27
Ermənistan ordusu atəşkəs rejimini 21 dəfə pozub
23 May 10:20
Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində 15 ölkənin qastronomiyası təqdim olunub
23 May 10:17
ABŞ Konqresində Trans-Xəzər regionu ilə bağlı xüsusi brifinq keçirilib
23 May 10:13
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dünya şöhrətli rəssam Zurab Seretelinin sərgisinin açılış mərasimində iştirak edib
23 May 10:09
Cənubi Karolina ştatının qubernatoru ADR-in 101-ci ildönümü və Azərbaycan diplomatik xidmətinin 100 illiyi münasibətilə rəsmi bəyannamə imzalayıb
23 May 09:57
Bakıda I Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi keçirilir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA