Ana səhifə »  Müsahibə »  Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin əbədiyyətə qədər davam edən yolunu müəyyənləşdirdi
A+   Yenilə  A-
Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin əbədiyyətə qədər davam edən yolunu müəyyənləşdirdi

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərov www.yap.org.az saytına müsahibə verib:
- Fəttah müəllim, 15 İyun - Milli Qurtuluş Günü ərəfəsindəyik. Həmin tarixdə Ümummilli Lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələrək Azərbaycanı məhv olmaqdan xilas etdi. İstərdik ki, o dövrə qayıdaq, baş verən proseslər haqqında fikirlərinizi bildirəsiniz...
- Həqiqətən, bu gün müstəqil Azərbaycanın tarixində ən əhəmiyyətli, yaddaqalan, dövlətçiliyimizin qorunmasında müstəsna rol oynamış bir gündür. Ona görə də hər il bu tarix ölkəmizdə qeyd olunur, yada salınır, geniş təhlil olunur. Milli Qurtuluş Günü taleyüklü gündür. Əgər qurtuluş olmasaydı, Azərbaycanı nə gözlədiyi bəlli deyildi. O zamankı prosesləri təhlil edəndə görürük ki, 15 İyun - Milli Qurtuluş Günü çox tarixi əhəmiyyət kəsb edən gündür. Bu tarix təkcə bu günümüz yox, gələcəyimiz üçün də vacibdir. 15 iyun 1993-cü ildə faktiki olaraq Azərbaycanın müstəqilliyinin əsası qoyulub.
Bilirsiniz ki, 1980-ci illərin sonunda Sovet İttifaqı deyilən dövlət parçalanırdı. Bu dövrdə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları başladı, torpaqlarımızın bir hissəsini itirdik, 20 mindən çox şəhid verdik, 1 milyon insan öz doğma torpağından qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Əgər Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev o zaman hakimiyyətdə olsaydı, bunların heç biri baş verməyəcəkdi. Heydər Əliyevin yüksək vəzifədən kənarlaşdırılması keçmiş SSRİ rəhbərliyinin məkrli addımı idi. Heydər Əliyev Azərbaycanın siması idi. SSRİ-də yüksək dövlət vəzifəsi tutan Heydər Əliyev ilk növbədə böyük azərbaycanlı idi. Böyük ideyaların daşıyıcısı olan Heydər Əliyev bütün dünyada tanınırdı, Onun şəxsiyyətinə böyük hörmət var idi. Ona paxıl olan qüvvələr, Azərbaycana qarşı olan qüvvələr Heydər Əliyevin hakimiyyətdən uzaqlaşdırılmasına bais oldular. Bununla da, Azərbaycanın başı üzərini qara buludlar aldı.
Ulu Öndər Heydər Əliyev Moskvadan Azərbaycana qayıtdıqdan sonra Ona Bakıda da yaşamağa imkan vermədilər. Belə olan halda, O, Naxçıvana pənah gətirdi. Hansı ki, o zaman ermənilər Naxçıvanı işğal etməyə çalışırdılar. Mən o zaman Naxçıvanın mədəniyyət naziri idim, hadisələri çox yaxşı xatırlayıram. Muxtar respublika blokadada idi, ərzaq qıtlığı var idi. Xalq yaddan çıxmışdı, vəzifə uğrunda mübarizə gedirdi. Belə bir vəziyyətdə ilahi bir qismət idi ki, Heydər Əliyev Naxçıvana gəldi və bu torpağa Öz işığını, nurunu gətirdi. Xalq hələ sovetlər dövründə Ulu Öndərin Azərbaycan üçün gördüyü misilsiz işləri yaxşı xatırlayırdı. O dövrdə Heydər Əliyev keçmiş SSRİ-də ən geridə qalan Azərbaycanı inkişaf baxımından ön sıralara çıxardı. Bu mənada, Ulu Öndərin Naxçıvana gəlişi insanlarda inam yaratdı, xalq Heydər Əliyevi böyük sevgi ilə qarşıladı.
O dövrdə mən Türkiyə ilə Naxçıvan arasında Ümid körpüsünün tikintisi ilə bağlı qardaş respublikada bir sıra görüşlər keçirirdim. Çünki belə bir körpünün olması blokadada olan Naxçıvan üçün həyati əhəmiyyət kəsb edirdi. Bu məqsədlə Türkiyədə dövlət rəsmiləri ilə danışıqlarım olmuşdu. Ulu Öndər Heydər Əliyev Naxçıvana qayıtdıqdan sonra Onunla ilk görüşümüzdə bu haqda da məlumat verdim. O, bu məsələni çox müsbət qarşıladı.
Qeyd edim ki, Heydər Əliyev siyasətə qoşulmaq istəmirdi. Amma hər gün dəstə-dəstə adamlar Onun yanına gəlirdilər. Eləcə də Heydər Əliyev Naxçıvanı gəzirdi. Bütün görüşlərdə insanlar Ondan kömək istəyirdilər. Həmin vaxtlar həm ölkəmizdə, həm də muxtar respublikada parlament seçkiləri keçiriləcəkdi. İnsanlar təkidlə Heydər Əliyevdən parlament seçkilərində iştirak etməyi xahiş edirdilər. Amma Ulu Öndər heç bir vəzifə istəmədiyini deyirdi.
Nəhayət, xalqın istəyinə uyğun olaraq Heydər Əliyev parlament seçkilərində iştirak etdi. O, Azərbaycan parlamentinin və muxtar respublika Ali Məclisinin deputatı seçildi. Naxçıvan Ali Məclisinin ilk sessiyasının açılışında O, ağsaqqal millət vəkili kimi iclasa sədrlik etdi. Və inqilabi addım atdı. Belə ki, Ulu Öndər Heydər Əliyev ilk dəfə üçrəngli bayrağımızı qaldırdı və muxtar respublikanın adındakı “sovet sosialist” sözü götürüldü. Əslində, bu addımlar böyük qəhrəmanlıq idi. Bunu Heydər Əliyevdən başqa heç kim edə bilməzdi.
Sonra xalqın tələbi ilə Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin Sədri seçildi. O, Ali Məclisin Sədri olduqdan sonra İran və Türkiyə ilə əlaqələr gücləndi, ərzaq çətinlikləri aradan qaldırıldı. Zaman olub ki, səhərə qədər Onun kabinetində oturub Türkiyədən un maşınlarının çörəkbişirmə müəssisələrinə gəlməsini gözləmişik. Əgər onlar gəlməsəydi, şəhər əhalisi ac qalardı. Hər gün sərhədlərdən şəhidlər gəlirdi. Azərbaycanı istəməyən qüvvələr o zaman da mövcud idi. Onlar Naxçıvanda ikinci cəbhənin açılmasını istəyirdilər. Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Naxçıvan da işğal olunardı.
- O zaman Bakıda da vəziyyət çox gərgin idi. Sizcə, həmin dövrdə Azərbaycanın dərin böhran keçirməsinin əsas səbəbi hansı amillərlə bağlı idi?
- Həmin dövrdə proseslər Azərbaycanın məhvinə yönəlmişdi. Artıq ermənilər işğalçı siyasəti başlamışdılar, torpaqlarımız əldən gedirdi, insanlar qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdülər. Azərbaycanda vəziyyət çox pis idi: iqtidar doğru siyasət yürüdə bilmirdi, cəbhədə müharibə gedirdi, Bakıda isə hər gün mitinq keçirilirdi, hakimiyyət uğrunda mübarizə gedirdi. Azərbaycan parlamenti isə vəziyyətdən çıxmaq üçün heç nə etmirdi. Parlament mübahisə, qarşılıqlı ziddiyyət, xırda məsələlərin müzakirə olunduğu yerə çevrilmişdi. Dövlətin taleyi isə kənarda qalmışdı. Ona görə də dövlətçilik əldən gedirdi. Daxili gərginlikdən istifadə edən xarici qüvvələr Azərbaycanı dağıtmaq istəyirdilər. Çünki təbii sərvətlərimizə göz dikənlər çox idi.
Belə bir şəraitdə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı böyük zərurət idi. Xalq təkidlə Onun hakimiyyətə gəlməsini tələb edirdi. Hakimiyyətdə olan qüvvələr də Heydər Əliyevi köməyə çağırdılar. Yaxşı ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdı, Azərbaycanı parçalamaq istəyən qüvvələr arzularına çata bilmədilər.
- Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra qısa müddət ərzində bütün təhlükələri dəf etdi...
- Hakimiyyətə qayıdan Heydər Əliyev qısa müddətdə problemləri həll etdi, dövləti və xalqı bütün fəlakətlərdən xilas etdi, müstəqilliyimizi əbədi etdi. Mən yuxarıda qeyd etdiyim kimi, Azərbaycanın müstəqilliyinin əsası faktiki olaraq 15 iyun 1993-cü ildə qoyuldu. Azərbaycan dünyada müstəqil dövlət kimi tanınmağa başladı. 10 il ərzində Ulu Öndər Heydər Əliyev Azərbaycan üçün misilsiz xidmətlər göstərdi. Heydər Əliyev insanlara doğru yol göstərdi, Azərbaycanın müstəqilliyinin əbədiyyətə qədər davam edən yolunu müəyyənləşdirdi.
Həm ideoloji, həm siyasi, həm sosial-iqtisadi, həm də mədəni sahələrdə ölkəmizdə köklü dəyişikliklər baş verdi. 15 iyundan ötən dövrdə Azərbaycan beynəlxalq aləmdə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib, dünyada söz sahibi olan nüfuzlu dövlətə çevrilib. Təbii ki, bütün bunlar Ulu Öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində əldə olundu. O fəaliyyət ki, Heydər Əliyev Öz həyatını xalqın xoşbəxtliyinə həsr etdi.
- Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası və cənab Prezident İlham Əliyevin davam etdirdiyi siyasətin uğurları gözümüzün önündədir. Təsadüfi deyil ki, uğurlar ardıcıl olaraq davam edir. Bütün bunların başlanğıcı qurtuluşdan, Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən başlayır. Azərbaycanın müasir inkişafı haqqında nə deyə bilərsiniz?
- Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yol Onun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ötən illər sübut edir ki, bu yol ən doğru yoldur. İndi Azərbaycanımız dünyanın hər yerindən görünür, Prezidentimiz hər yerdə yüksək qarşılanır, xalqımız tərəfindən sevilir. Dövlətimizin başçısı xalqın maddi rifahının yaxşılaşmasına, ölkəmizin hərtərəfli inkişafına şərəflə xidmət edir. Bunu 2018-ci ilin aprel ayında keçirilən prezident seçkiləri də sübut etdi. Cənab İlham Əliyev bu seçkilərdə ana südü qədər halal olan xalqın səsini qazandı. Bu, xalqın gözü qarşısında baş verib. Bu reallığı hər bir insan görür və qəbul edir.
Bu gün Azərbaycan inkişafın ən yüksək zirvəsindədir. Ölkəmizin inkişafını xaricdən gələn qonaqlar da görürlər. Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib.
Mən deputat kimi Qəbələ rayonunu təmsil edirəm. Bu bölgənin insanları da Azərbaycanın inkişafından qürur hissi keçirirlər. Hələ 1995-ci ildə ilk dəfə Qəbələdən deputat seçiləndə Milli Məclisə gəlib işlə təmin olunmaq üçün mənə müraciət edən seçicilərim çox idi. Amma bu gün iş dalınca Bakıya gəlmək üçün müraciət edən yoxdur. İndi dünyanın hər yerindən Qəbələyə turistlər gəlirlər. Yəni Qəbələ bu gün çox inkişaf edib, əcnəbi turistlər də bu inkişafı görürlər. Təkcə Qəbələdə deyil, Azərbaycanın digər bölgələrində də vəziyyət belədir. Bu gün kəndlər qəsəbə, qəsəbələr isə şəhər siması alıb.
Bütövlükdə, ölkəmizin inkişafı göz qabağındadır. Hazırda müxtəlif sahələrdə həyata keçirilən islahatlar Azərbaycanı daha da gücləndirir. Görülən işlərin əsasında da Heydər Əliyev siyasi xətti dayanır. Bu xəttin amalı odur ki, torpaqlarımız barlı-bərəkətli olmalı, dövlətimiz güclü olmalı, insanlarımız xoşbəxt yaşamalıdırlar. Bütün bunlar qurtuluş məfkurəsinin uğurlarıdır.
Hesab edirəm ki, Azərbaycan bundan sonra da inkişaf edəcək, öz müstəqilliyini qoruyub saxlayacaq, dünya üçün nümunə olacaq. Bu gün də ölkəmizi istəməyən qüvvələr var, amma onlar heç zaman məqsədlərinə çata bilməyəcəklər. Dünyada gedən prosesləri hamımız görürük. Ölkələr var ki, daxilində müharibə gedir, dini, məzhəb qarşıdurmaları var və s. Azərbaycan isə tolerantlıq, multikulturalizm məkanıdır. Bütün bunlar göstərir ki, Azərbaycanda Heydər Əliyev siyasəti uğurla davam edir. Bu siyasət nəticəsində Azərbaycan müstəqilliyini əbədiyyətə qədər qoruyacaq.

 
  • Oxunub:  8760  |  
  • Tarix:  15-06-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Bakıda Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclası keçirilib

17 Sentyabr 22:15
Bakıda Əfqanıstanın müstəqilliyinin 100-cü ildönümü münasibətilə qəbul təşkil olunub
17 Sentyabr 22:13
ADA Universitetində “Dağlıq Qarabağ düyünü” kitabının təqdimatı olub
17 Sentyabr 22:12
Azərbaycan və Latviya arasında 300 ikitərəfli və tranzit daşınma həyata keçiriləcək
17 Sentyabr 22:09
Azərbaycan Polisi Bilik Günü ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışıb
17 Sentyabr 22:06
Vatikanda Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyi ilə Pontifik Şərq İnstitutu arasında memorandum imzalanıb
17 Sentyabr 22:04
Vəkillər Kollegiyasının rəhbərliyi Türk-Av Baş Assambleyasının zirvə toplantısında iştirak edib
17 Sentyabr 22:00
15-ci sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib
17 Sentyabr 21:56
Teatrın 147-ci mövsümünün açılışı olub
17 Sentyabr 21:55
Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi müzakirə olunub
17 Sentyabr 21:51
Xoşbəxt Yusifzadə: “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi, sosial vəziyyətini yaxşılaşdırdı
17 Sentyabr 21:19
Milli Məclisin Elm və təhsil komitəsinin payız sessiyasında ilk iclası olub
17 Sentyabr 21:18
Azərbaycan ilə İran arasında Xəzər dənizi məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçirilib
17 Sentyabr 21:15
Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 1,2 milyon manat güzəştli kredit verilib
17 Sentyabr 21:13
Azərbaycanın sənaye məhsullarının Gürcüstan bazarına daha geniş çeşiddə və həcmdə çıxarılmasına dair müzakirələr aparılıb
17 Sentyabr 21:11
Əbülfəs Qarayev: Cəfər Cabbarlının ev-muzeyi ilə bağlı məsələ tezliklə öz həllini tapacaq
17 Sentyabr 21:09
Aydın Mirzəzadə: Azərbaycan-Çin münasibətləri dostluq və qarşılıqlı mənfəət prinsipləri üzərində qurulub
17 Sentyabr 21:08
Azərbaycan şərablarının Çin bazarında satışının artırılması müzakirə olunub
17 Sentyabr 21:05
Bir qrup mədəniyyət xadiminə fəxri adlar verilib
17 Sentyabr 21:01
Kənd Təsərrüfatı Nazirliyinin dəstəklədiyi ilk aqrobiznes dəyər zənciri layihələri fəaliyyətə başlayıb
17 Sentyabr 20:59
Azərbaycan və Vatikan arasında əlaqələr inkişaf edir
17 Sentyabr 20:57
Qadınlarla bağlı dövlət siyasəti Azərbaycanı bu sahədə qabaqcıl ölkələr sırasına çıxarıb
17 Sentyabr 20:53
Azərbaycanla Banqladeş arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb
17 Sentyabr 20:43
Milli Məclisin Mədəniyyət komitəsinin payız sessiyasına dair iş planı təsdiqlənib
17 Sentyabr 20:40
Azərbaycanın Baş Naziri Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri ilə görüşüb
17 Sentyabr 17:53
Bakının işğaldan azad edilməsinin 101 illiyi ilə əlaqədar İğdırda konfrans təşkil olunub
17 Sentyabr 17:45
Nazir İnam Kərimov Azərbaycan Dövlət Aqrar Universitetində təhsilin təşkili prosesi ilə tanış olub
17 Sentyabr 17:43
Hadi Rəcəbli: İslahatlar ölkəmizin bundan sonrakı uğurlu inkişafını şərtləndirən əsas amillərdən biridir
17 Sentyabr 17:40
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
17 Sentyabr 17:36
Azər Badamov: Azərbaycanın regionlarında inkişaf prosesi dinamikdir
17 Sentyabr 17:32
Nəsib Məhəməliyev: Ölkəmiz uğurla inkişaf edir
17 Sentyabr 17:24
Yeni Azərbaycan Partiyası tərəfindən keçirilən müsabiqənin qalibləri ilə görüş olub
17 Sentyabr 17:22
Cəmiyyətimiz xaricdəki “mühacirlər”in əsl simasını görür
17 Sentyabr 17:17
Bərpa olunan enerji mənbələrinin inkişaf istiqamətləri müzakirə olunub
17 Sentyabr 17:13
Ağsu və İsmayıllıda Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binaları istifadəyə verilib
17 Sentyabr 17:08
BMT-nin Baş katibi ozon təbəqəsini dağıdan qazlardan qanunsuz istifadə edilməsinin qarşısını almağa çağırıb
17 Sentyabr 17:03
Komitə sədri: Azərbaycanda Aşura mərasimi çox sakit şəraitdə keçdi
17 Sentyabr 16:30
“Saber Junction - 19” təlimi davam edir
17 Sentyabr 16:27
FHN-in İdman-sağlamlıq Mərkəzində idmançılarla görüş keçirilib
17 Sentyabr 16:23
ADNSU Xarkov Politexnik Universiteti ilə əməkdaşlığı genişləndirir
17 Sentyabr 16:09
Sosial sığorta haqlarının yığımı sahəsində görülmüş işlər müzakirə edilib
17 Sentyabr 16:07
YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Şərq Araşdırma qrupunun nümayəndələri ilə görüşüb
17 Sentyabr 16:04
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
17 Sentyabr 16:00
“Yaxşılıq unudulmur” layihəsinin yekununa həsr edilmiş konfrans keçirilib
17 Sentyabr 15:51
Azərbaycan ilə Qazaxıstan arasında Xəzər dənizi məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçirilib
17 Sentyabr 15:13
Qeyri-neft daşımaları üzrə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımaların həcmi 23 faiz artıb
17 Sentyabr 15:10
Seçenov Universitetinin Bakı filialında yeni dərs ilinin başlanmasına həsr edilmiş tədbir keçirilib
17 Sentyabr 15:02
Nazir: Azərbaycan Gürcüstan iqtisadiyyatına 3 milyard dollardan çox sərmayə yatırıb
17 Sentyabr 14:57
Energetika Nazirliyində Beynəlxalq Sülh Günü ilə bağlı tədbir keçirilib
17 Sentyabr 14:47
Neftçalanın Astanlı kəndi qazlaşdırılıb
17 Sentyabr 14:43
FHN-in Akademiyasında ilkin hərbi hazırlığı başa vurmuş kursantların andiçmə mərasimi keçirilib
17 Sentyabr 14:34
Sabah ölkə ərazisində 32 dərəcə isti olacaq
17 Sentyabr 14:25
Təlimlərdə qoşunlar yerdəyişmə tapşırıqlarını icra ediblər
17 Sentyabr 14:23
AZƏRTAC və Tazpit gündəlik informasiya mübadiləsinə başlayıblar
17 Sentyabr 14:21
“Jewish Journal”: Los-Anceles nasist generalları mədh edən ölkəyə dəyər verməməlidir
17 Sentyabr 14:18
AMEA-nın üç elmi-tədqiqat müəssisəsinin direktoru vəzifəsinə seçkilər keçirilib
17 Sentyabr 14:03
BMT-də “2021-ci ilin Beynəlxalq Sülh və Etimad ili” elan olunması haqqında sənəd qəbul edilib
17 Sentyabr 13:22
Prezident İlham Əliyev Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirini qəbul edib
17 Sentyabr 12:52
ADPU-nun magistratura səviyyəsinə 310 nəfər qəbul olunub
17 Sentyabr 12:51
Qəbələdə 37 kilometrlik 2 avtomobil yolu yenidən qurulub
17 Sentyabr 12:46
Ötən illərdə Heydər Əliyev adına Hərbi Liseyi 3 mindən çox kursant bitirib
17 Sentyabr 12:41
“Mədəniyyət” kanalında yeni layihə - “Bizi birləşdirən mədəniyyət”
17 Sentyabr 12:36
Qida məhsullarını seçərkən nələrə diqqət etməliyik?
17 Sentyabr 12:34
Hüseynbala Mirələmov: Dövlətimiz və xalqımız heç vaxt xarici müdaxilələrə imkan verməyəcək
17 Sentyabr 12:29
Bu gün UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünə start veriləcək
17 Sentyabr 12:27
Ağdam xalçaçıları: Çalışırıq ki, Prezidentimizin bizə göstərdiyi qayğıya cavab olaraq keyfiyyətli xalçalar toxuyaq
17 Sentyabr 12:20
Akademik Xoşbəxt Yusifzadənin fransız dilində nəşr edilən “Ömrümün illəri və izləri” kitabı təqdim olunub
17 Sentyabr 12:19
Naxçıvanda ilk milli hərbi hissənin yaradılmasının 27-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib
17 Sentyabr 12:14
Mariya Stadnik Olimpiya Oyunlarına vəsiqə qazandı
17 Sentyabr 12:07
Əli Əhmədov: Müxalifətin virtual növünün başında Əli Kərimli və xarici ölkələrdə sığınacaq almış fərdlər durur
17 Sentyabr 11:55
Təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunur

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA
Bakı
gündüz+24 +27
gecə+16 +20