Ana səhifə »  Müsahibə »  Elmar Məmmədyarov: Əlamətdar yol keçən milli diplomatiyamız Azərbaycanın tarixi inkişaf yolunu tam şəkildə əks etdirir
A+   Yenilə  A-
Elmar Məmmədyarov: Əlamətdar yol keçən milli diplomatiyamız Azərbaycanın tarixi inkişaf yolunu tam şəkildə əks etdirir

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov diplomatik xidmət orqanlarının 100 illik yubileyi ilə əlaqədar AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.
- Cənab nazir, tezliklə əlamətdar tarix - Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi qeyd olunacaq. Bu bir əsrlik yol boyunca hansı ən mühüm mərhələləri göstərə bilərdiniz?
- Məlum olduğu kimi, 9 iyul 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) Hökuməti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimat qəbul edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 avqust 2007-ci il tarixli Sərəncamına uyğun olaraq, məhz bu tarix Azərbaycanın diplomatik xidmət orqanlarının işçiləri gününün təsis olunmasının əsasını təşkil edib.
Fəaliyyəti bu şərəfli və məsuliyyətli missiyanı yerinə yetirməklə bağlı olan bizlər üçün xüsusi peşə bayramının təsis edilməsi qürur və Prezident İlham Əliyevə dərin minnətdarlığımızın bildirilməsi səbəbidir. Hər il 9 iyul ərəfəsində biz ruh yüksəkliyi ilə Azərbaycanın beynəlxalq müstəvidə maraqlarının təşviq edilməsi baxımından nəyə nail olduğumuzu, eləcə də daha nələr və necə etməli olduğumuzu nəzərdən keçirməyə çalışırıq. Belə ki, hər hansı dövlətin diplomatik xidmətinin səmərəliliyi dərəcəsi bu ölkənin öz mövqeyini dünyada təmin etmək qabiliyyəti ilə müəyyənləşdirilir. Bu baxımdan, milli diplomatiyamızın keçdiyi yol çox əlamətdardır və o, tam şəkildə Azərbaycanın tarixi inkişaf yolunu əks etdirir.
Ümumiyyətlə, Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq arenada ilk addımlarını atdığı dövrdən bizi yüz il ayırır. Bu, keçmiş imperiyaların dağılması, Azərbaycanın dövlət müstəqilliyinin müsəlman Şərqində ilk respublika şəklində bərpa olunması, həmin müstəqilliyin itirilməsi, SSRİ-nin tərkibində 70 illik mövcudluq və yeni bir tarixi nailiyyət - 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsini və onun otuz ilə yaxın bir dövr ərzində regionda və ümumiyyətlə, dünyada mövqelərinin möhkəmləndirilməsini ehtiva edən olduqca dinamik bir əsr idi.
Azərbaycan diplomatiyasının bir əsrlik yolu barədə daha aydın təsəvvürün yaradılması üçün AXC-nin mövcudluğu zamanı Bakıda 16 dövlətin, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, İran, Polşa, Ukrayna və digər ölkələrin diplomatik missiyalarının fəaliyyət göstərdiyini yada salmaq olar. AXC Hökuməti, öz növbəsində, Gürcüstan, Ermənistan, Türkiyə, Ukrayna və digər ölkələrdə diplomatik və konsulluq missiyalarına malik idi. Hələ mən Paris Sülh Konfransındakı nümayəndə heyətimizi qeyd etmirəm. Hazırda isə Bakıda 66 ölkənin və 11 beynəlxalq təşkilatın diplomatik missiyaları fəaliyyət göstərir və eyni zamanda, Azərbaycanın xaricdə 59 səfirliyi, beynəlxalq təşkilatların yanında 5 daimi nümayəndəliyi və 9 baş konsulluğu ölkəmizi təmsil edir.
Bununla yanaşı, AXC Hökuməti 11 yanvar 1920-ci ildə Paris Sülh Konfransının Ali Şurası tərəfindən de-fakto tanınmaya müvəffəq olsa da, 28 aprel 1920-ci ildə ilk respublikanın süquta uğraması Azərbaycanın müstəqilliyinin beynəlxalq miqyasda tanınması prosesinə, yəni, məntiqi nəticə olaraq Millətlər Liqasına qəbul edilməsinin başa çatdırılmasına imkan verməmişdir. Hazırkı Azərbaycan Respublikası isə 1992-ci il martın 2-də BMT-yə üzv olaraq tammiqyaslı beynəlxalq tanımaya nail olmuşdur. Təsadüfi deyil ki, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyev 2001-ci ildə “Bizim ən böyük tarixi nailiyyətimiz dövlət müstəqilliyini əldə etməyimizdir”, - deyə bəyan etmişdir.
- Azərbaycan diplomatiyasının son illərdəki hansı nailiyyətlərini xüsusilə qeyd etmək istərdiniz?
- Bütün nailiyyətlərimiz dövlət başçısının müəyyən etdiyi xarici siyasət kursunun ardıcıl şəkildə həyata keçirilməsi ilə bağlıdır. Xarici təcavüz amilinin mövcudluğuna baxmayaraq, Azərbaycan dövlətinin yürütdüyü tarazlaşdırılmış, balanslı və çoxşaxəli xarici siyasət sayəsində ölkəmizin beynəlxalq münasibətlər sistemində nüfuz və əhəmiyyətinin davamlı olaraq gücləndirilməsi uğurlar sırasında göstərilə bilər.
Azərbaycan xarici əlaqələrin və tərəfdaşlığın təşviqi vasitəsilə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda bərabərhüquqlu əsasda qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirərək, milli tərəqqinin tələbatlarını qarşılamaq yolunu məqsədli şəkildə davam etdirir. Beləliklə, bütün qonşu dövlətlərlə, təbii ki, hamıya məlum səbəblərə görə Ermənistan istisna olmaqla, müxtəlif müstəvilərdə əməkdaşlıq uğurla inkişaf edir. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Cənub-Qərb dəhlizləri çərçivəsində logistik layihələrin həyata keçirilməsi üçün öz tranzit imkanlarını təqdim edir. Ölkəmizin zəngin enerji potensialının gerçəkləşməsi davam edir, uzun illər böyük mənfəət gətirən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri ilə yanaşı, Cənub Qaz Dəhlizi çərçivəsində işlər sürətlə tamamlanır. Azərbaycan Xəzəryanı ölkələrin dialoqunda fəal iştirak edir və bu, 2018-ci ildə Xəzərin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasına gətirib çıxararaq Xəzərin sülh, mehriban qonşuluq və əməkdaşlıq zonasına çevrilməsi üçün şərait yaradıb.
Bu yolla toplanılan daxili potensial davamlı olaraq Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarda və təşəbbüslərdə uğurlarına çevrilir. Beləliklə, 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyünün ardınca ölkəmiz 2017-2019-cu illər üçün 176 səs lehinə olmaqla BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilir. 2019-cu ildən etibarən Azərbaycan 2011-ci ildə üzv olduğu və BMT-dən sonra ikinci ən böyük beynəlxalq platforma olan Qoşulmama Hərəkatında sədrlik vəzifəsini icra edəcək. Təşkilatın nisbətən yeni bir üzvünün onu idarə etməyə hazırlaşması faktı özü-özlüyündə əlamətdar haldır. Avropa İttifaqı ilə əməkdaşlığın irəli aparılmasında əldə edilən mühüm tərəqqi ilə yanaşı, NATO, Şanxay Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Liqası, Afrika İttifaqı, Amerika Dövlətləri Təşkilatı ilə də qarşılıqlı təmasların davamlı inkişafı milli maraqlarımızı təmsil və müdafiə etmək üçün əlverişli şərait yaradır. Eyni zamanda, rəsmi Bakı üzvü olduğu beynəlxalq strukturlar çərçivəsində aparılan əməkdaşlıqda çox fəal iştirak edir. ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, MDB, GUAM, Avropa Şurası və QDİƏT bu çoxtərəfli formatlardan yalnız bəziləri qismində qeyd oluna bilər.
- Ötən əsri təhlil edərək, Azərbaycanın diplomatiyasının həm yaranma zamanı, həm də hazırkı dövrdə eyni əsas problem - Ermənistanın təcavüzü və ərazi iddialarına cavab vermək məcburiyyətində olduğunu qeyd etməliyik. Bu məqamı necə şərh edə bilərsiniz?
- Həqiqətən, 1991-ci ildə dövlət müstəqilliyini bərpa edərək Azərbaycan XX əsrin başlanğıcında olduğu kimi, Ermənistan Respublikasının xarici təcavüzü ilə üzləşdi. Yüz il bundan əvvəl AXC-nin bütün sakinləri üçün bərabər vətəndaş hüquqlarını, onların dövlət və yerli hakimiyyət orqanlarında əhalinin sayında nisbətinə görə uyğun təmsilçiliyi təmin etməsinə baxmayaraq, qonşu Ararat Respublikasının hökuməti əzəli azərbaycanlı əhalini İrəvan və onun nəzarətinə düşən digər rayonlardan çıxarmaq üçün genişmiqyaslı etnik təmizləməyə başladı. Bu, Azərbaycana və digər qonşu ölkələrə pənah gətirən qaçqınların axınına səbəb oldu. Yəni, erməni millətçiliyinin siyasi proqramının həyata keçirilməsi bu gün olduğu kimi, o zaman da humanitar fəlakətə gətirib çıxardı.
Bununla kifayətlənməyərək, bir tərəfdən, Ararat Respublikası bilavasitə və ya müxtəlif paramilitar qruplaşmaların pərdəsi altında AXC-yə qarşı Naxçıvanda, Zəngəzurda, Qarabağda və Qazax qəzasının dağlıq hissəsində təcavüzə əl atdı. Digər tərəfdən isə Stepan Şaumyanın rəhbərliyi altında daşnak-bolşeviklər Bakı, Şamaxı, Quba və digər ərazilərdə azərbaycanlı əhalinin kütləvi şəkildə məhv edilməsini həyata keçirmişlər.
İki cəbhədə müharibənin aparıldığı belə bir çətin şəraitdə Azərbaycan nəinki Qafqaz İslam Ordusunun dəstəyi sayəsində 15 sentyabr 1918-ci il tarixində Bakını silah gücü ilə azad etməyə müvəffəq oldu, bununla yanaşı, bir sıra mühüm diplomatik qələbələr də qazandı, o cümlədən Antanta dövlətləri tərəfindən AXC-nin bütün Qarabağ üzərində suverenliyi tanındı və orada Xosrov bəy Sultanovun başçılığı ilə mərkəzi Şuşada olan Baş Qubernatorluq yaradıldı.
Bildiyiniz kimi, erməni millətçiləri Qafqazın sovetləşdirilməsindən sonra da Azərbaycanın ərazilərini parçalamaq cəhdlərindən imtina etməyiblər. Lakin onların hamısı uğursuzluğa düçar oldu. Bölgədə sülh və əmin-amanlıq yeganə mümkün olan formada - Qarabağın, o cümlədən onun dağlıq və aran hissələrinin Azərbaycanın tərkibində saxlanılması şəklində bərqərar olundu. Bölgənin dağlıq hissəsindəki erməni əhalisi Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) çərçivəsində geniş muxtariyyətin təqdim etdiyi bütün imkanlardan istifadə edirdi. Yeri gəlmişkən, ümumi yaşayış səviyyəsi və adambaşına düşən əsas göstəricilər baxımından DQMV Azərbaycan SSR və ümumiyyətlə, Sovet İttifaqı üzrə orta səviyyəni xeyli üstələyirdi. Bütün bunlara baxmayaraq, 1980-ci illərin sonlarında erməni millətçiləri sonradan silahlı təcavüzə çevrilən, öz ərazi iddialarını həyata keçirmək kampaniyasına yenidən başladılar.
Azərbaycan Respublikasının ərazilərini ələ keçirmək üçün qanunsuz gücdən istifadə edilməsi kütləvi etnik təmizləmələr, beynəlxalq humanitar hüquq pozuntuları, o cümlədən Xocalı soyqırımı aktı ilə müşayiət olunub. Yəni, XX əsrin əvvəllərində olduğu kimi, eyni dəstxət göz qabağındadır.
Hazırkı vəziyyətdə Ermənistan Respublikası tərəfindən hərbi təcavüzün nəticələrinin aradan qaldırılması beynəlxalq ictimaiyyətin məsul üzvü olan Azərbaycan Respublikasının dinc şəkildə substantiv və nəticəyə yönəlik intensiv danışıqlar yolu ilə həll etməyə çalışdığı başlıca və ən mühüm problemdir. Məlum olduğu kimi, BMT Təhlükəsizlik Şurası 1993-cü ildə 4 qətnamə (822, 853, 874 və 884) qəbul etdi və orada birmənalı şəkildə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstək verdiyini, Dağlıq Qarabağ bölgəsinin Azərbaycana məxsusluğunu təsdiqlədi, təcavüzü və ölkəmizin ərazilərinin zəbt olunmasını qınayaraq işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdi.
Uzun illərdir ki, Ermənistan Respublikası hər vəchlə münaqişənin həlli prosesini əngəlləməyə çalışaraq güc və güclə hədələməni tətbiq etməmək, beynəlxalq mübahisələri sülh yolu ilə həll etmək, dövlət sərhədlərinin toxunulmazlığına və dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşmaq kimi beynəlxalq öhdəliklərindən yayınır. Buna baxmayaraq, belə davranış xətti bu ölkəni elə bir dalana salıb ki, oradan çıxış yalnız qonşularla münasibətlərin normallaşdırılması və ilhaq niyyətlərindən əl çəkilməsi yolu ilə mümkündür.
Düşünürəm ki, erməni tərəfi də bunda maraqlı olmalıdır. Axı burada istər-istəməz bəsit bir sual meydana gəlir: otuz il davam edən hərbi münaqişədən Ermənistanın sıravi vətəndaşları nə əldə ediblər? Hər hansı qərəzsiz yanaşma onu göstərir ki, Azərbaycan ərazilərinin zəbt edilməsi və bütün bu illər ərzində davam edən işğalı Ermənistan üçün heç bir hiss olunan mənfəət gətirməyib. Əksinə, bu, yoxsulluq və işsizlik səviyyəsinin artımına, əhalinin ölkədən çıxmasına və böhranın digər təzahürlərinə gətirib çıxarıb.
Bu danılmaz həqiqətləri Ermənistan rəhbərliyi nə qədər tez dərk edərsə və öz silahlı qüvvələrini ölkəmizin zorla ələ keçirdiyi ərazilərindən geri çəkməyə başlamaq üçün siyasi iradəsini nə qədər tez nümayiş etdirərsə, bir o qədər də yaxın zamanda bölgədə dayanıqlı sülh, təhlükəsizlik, rifah və davamlı inkişaf üçün şəraitin təmin edilməsinə doğru addımlamaq mümkün olacaq.
- Azərbaycanın xarici siyasətinin hansı əsas prioritetlərini qeyd edə bilərsiniz və yaxın gələcəkdə onların həyata keçirilməsi perspektivləri necə görünür?
- Qeyd etdiyim kimi, ölkəmiz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında milli maraqlara və mövqelərimizin dünya səviyyəsində müdafiə edilməsinə əsaslanan müstəqil, çoxşaxəli, balanslı və fəal xarici siyasət yeridir.
Bu gün Azərbaycan böyük layihələrin təşəbbüskarı və iştirakçısı qismində regional əməkdaşlığı inkişaf etdirən və beynəlxalq nüfuza malik olan bir dövlətdir. Hazırda etibarlı tərəfdaş kimi qəbul edilən ölkəmizin xarici siyasi uğurları, əlbəttə ki, qonşu ölkələrlə və dünyanın digər dövlətləri ilə balanslaşdırılmış münasibətlərin qurulması, qarşılıqlı maraqlardan irəli gələn bərabər dialoq və əməkdaşlığın həyata keçirilməsinə əsaslanır.
Xarici siyasət prioritetlərinin sırasına, ilk növbədə, ölkəmizin suverenliyi və müstəqilliyinin gücləndirilməsi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinin aradan qaldırılması və beynəlxalq səviyyədə tanınmış sərhədlərimiz çərçivəsində ərazi bütövlüyümüzün bərpa edilməsi daxildir. Bundan başqa, prioritetlərə, həmçinin Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu bütün irimiqyaslı beynəlxalq layihələrin gerçəkləşdirilməsinin davam etdirilməsi, habelə dövlətlər, onların birləşmələri və beynəlxalq təşkilatlar daxil olmaqla bütün beynəlxalq aktorlarla qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi aiddir.
Azərbaycanın beynəlxalq əlaqələr sistemində yeri və rolu barədə danışarkən, qeyd etmək lazımdır ki, son illər ərzində Bakı mədəniyyətlər, dinlər və sivilizasiyalar arasında dialoq dəyərlərini təşviq edən aparıcı platformalardan biri kimi bərqərarlaşıb. 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə başlanan “Bakı Prosesi” qlobal səviyyədə humanizmin ən yüksək dəyərlərini təbliğ etmək üçün təsirli amil olmuşdur.
Böyük qətiyyətlə qeyd etmək olar ki, bu gün Azərbaycan diplomatiyası keçdiyi bir əsrlik keşməkeşli yoluna ləyaqətlə nəzər sala və Prezident İlham Əliyevin 2018-ci ildə Qlobal Bakı Forumunda söylədiyi sözlərini təkrarlaya bilər: “Hesab edirəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları müasir Azərbaycanın inkişafının şahidi ola bilsəydilər, bizimlə fəxr edərdilər. Biz isə onlarla fəxr edirik və həm özümüzə, həm də dünyaya nümayiş etdiririk ki, insanlar yalnız müstəqillik dövründə, öz taleyinin sahibi olanda uğura nail olurlar. Bu gün Azərbaycan bunun bariz nümunəsidir”.

 
  • Oxunub:  2460  |  
  • Tarix:  09-07-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan vətəndaşlara dövlət xidmətlərinin göstərilməsində nümunəvi modelə malik olan ölkədir

19 İyul 15:46
Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları 2019”da iştirak edəcəklər
19 İyul 15:31
DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tabeçiliyindəki orqanlarda vakant vəzifələrə müsabiqə elan edir
19 İyul 15:25
Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib
19 İyul 15:10
Milli Arxiv İdarəsində İmadəddin Nəsimin 650 illiyinə həsr edilmiş tədbir keçirilib
19 İyul 15:08
Eldəniz Səlimov: XV Avropa Gənclər Olimpiya Festivalının Bakıda keçirilməsi ölkəmiz üçün qürurvericidir
19 İyul 14:44
Rusiyalı qonaqlar Bakı Slavyan Universitetində
19 İyul 14:35
Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycan milli komandasının bayraqdarı müəyyənləşib
19 İyul 14:33
Nazirlər Kabinetində Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın iclası keçirilib
19 İyul 13:50
Müdafiə Nazirliyinin nümayəndələri veteranlarla görüşüblər
19 İyul 13:38
Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirilib
19 İyul 13:33
İqtisadiyyat nazirinin müavinləri şimal bölgəsindən olan vətəndaşları qəbul ediblər
19 İyul 12:48
Bəhruz Həsənov: Azərbaycan mətbuatında müəyyən neqativ hallar var, amma sayı azdır
19 İyul 11:53
Muxtar respublikada hərbi infrastruktur quruculuğu uğurla davam etdirilir
19 İyul 11:39
Rezidenturaya qəbul olmaq üçün 100-dən çox namizəd ixtisas seçimi ərizəsini təsdiqləyib
19 İyul 11:33
Sizə inananlar bezdi, özünüz bezmədinizmi?..
19 İyul 11:30
Hikmət Babaoğlu: Azərbaycan mətbuatı çətin və böyük inkişaf yolu keçib
19 İyul 11:29
Şamaxıda kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılmasına dair pilot layihənin təqdimatı olub
19 İyul 11:23
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19 İyul 11:12
XV Avropa Gənclər Yay Olimpiya Festivalı keçiriləcəyi dövrdə 41 təcili tibbi yardım briqadaları növbə çəkəcəklər
19 İyul 11:01
“Grand Tourisme” qəzeti Şəki Xan Sarayından yazır
19 İyul 10:54
Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 1 milyard 279 milyon manatı ötüb
19 İyul 10:51
Azərbaycan və İtaliya alimləri tibb sahəsində əməkdaşlıq edəcəklər
19 İyul 10:38
Bu gün riyaziyyat və fiziki tərbiyə müəllimliyi üzrə imtahanlar keçirilir
19 İyul 10:29
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 26 dəfə pozub
19 İyul 10:13
Loran Tardivel: Azərbaycanda xalçaçılıq sənətinin qorunub saxlanması və inkişaf etdirilməsi diqqətəlayiqdir
19 İyul 10:06
“Neftçi” avrokuboklarda ən böyük hesablı qələbəsini qazanmaqla ölkəmizin futbol tarixinə düşüb
19 İyul 09:57
Maliyyə Nazirliyi 6 ayda dövlət büdcəsinin icrasına dair məlumat yayıb
19 İyul 09:54
Hesablama Palatasında nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub
19 İyul 09:52
Yarım ildə Hesablama Palatasının həyata keçirdiyi nəzarət tədbirlərinin əhatəsi 1 milyard manatdan çox olub
19 İyul 09:47
Sivilizasiyalararası və dinlərarası dialoqun inkişafında Şeyxülislam Allahşükür Paşazadənin mühüm rolu var
19 İyul 09:41
Bu ilin birinci yarımilində yaşa görə pensiya təyinatlarının 82 faizi avtomatlaşdırılmış qaydada həyata keçirilib
19 İyul 09:39
Regionlarda meyvəçiliyin və çayçılığın inkişafı ilə bağlı çoxşaxəli tədbirlər görülür
19 İyul 09:36
Azərbaycan vətəndaşlara dövlət xidmətlərinin göstərilməsində nümunəvi modelə malik olan ölkədir
18 İyul 20:36
ATƏT-in yeni qətnaməsi: ərazi bütövlüyünə və beynəlxalq hüquqa hörmətin ifadəsi
18 İyul 20:32
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti İranda səfərdədir
18 İyul 20:30
Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək cüdo komandalarının heyəti açıqlanıb
18 İyul 20:28
BDU Braziliya universitetləri ilə əlaqələrin qurulmasında maraqlıdır
18 İyul 20:25
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
18 İyul 20:23
Kassa çeklərinin təqdim olunması ilə bağlı vergi nəzarəti tədbirlərinə başlanılıb
18 İyul 20:16
Con Love: Azərbaycan multikulturalizm dəyərlərinin dünyada təbliği istiqamətində müxtəlif layihələr həyata keçirir
18 İyul 20:08
Bakı Şəhər Prokurorluğunda geniş əməliyyat müşavirəsi keçirilib
18 İyul 20:06
Fermerlərə 23 milyondan çox subsidiya verilməsinə dair qərar qəbul edilib
18 İyul 20:03
Leyla Abdullayeva: Bu hadisə Minsk qrupu həmsədrlərinin xalqların sülhə hazırlanması ilə bağlı çağırışına tam şəkildə ziddir
18 İyul 17:52
Zakir Həsənov İran İslam Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb
18 İyul 17:49
Dövlət Miqrasiya Xidmətində altı ayının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
18 İyul 17:45
Azərbaycan və Qətər arasında ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb
18 İyul 17:42
Sona Əliyeva: Gənclər üçün yay məktəbləri Yeni Azərbaycan Partiyasının ən uğurlu layihələrdən biridir
18 İyul 17:38
Səfir Cavad Cahangirzadə: Azərbaycan-İran əlaqələri heç zaman belə yüksək səviyyədə olmayıb
18 İyul 17:35
Dilarə Cəbrayılova: Yay məktəbləri gənclərimiz üçün yaddaqalan hadisələrlə zəngindir
18 İyul 17:32
Tahir Süleymanov: Ölkəmizin nəqliyyat mərkəzinə çevrilməsini təmin etmək üçün böyük işlər görülüb
18 İyul 17:29
Mirzə Əliyev: Aqrar sahədə lizinq fəaliyyəti tam olaraq liberallaşdırılıb
18 İyul 17:28
Azər Badamov: Azərbaycan dünyada müxtəlif xalqların, dini konfessiyaların mehriban şəraitdə yaşadığı ölkə kimi tanınır
18 İyul 17:23
Abraham Kuper: Azərbaycan tolerantlıq ənənələri və dinlərarası dialoqa dair nümunəvi modelə malikdir
18 İyul 16:51
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
18 İyul 16:46
Azərbaycanlı gənclər Çində təhsil almaq hüququ qazanıblar
18 İyul 16:34
Azərbaycan elminin yeni mərhələdə inkişafını nəzərdə tutan strategiya hazırlanır
18 İyul 16:29
Dövlət Miqrasiya Xidmətinə 50-yə yaxın şəxs qulluğa qəbul edilib
18 İyul 16:27
Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək güləş komandalarının heyəti açıqlanıb
18 İyul 16:17
Bakıda “Dini qurumlar və müasir informasiya texnologiyalarından istifadə” mövzusunda konfrans keçirilib
18 İyul 16:08
Abşeron rayonundakı 15 sahibkara 2,5 milyon manat güzəştli kredit verilib
18 İyul 16:01
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini Göygöldə vətəndaşlarla görüşüb
18 İyul 15:49
Leri Xabelov: İnanırıq ki, XV Avropa Gənclər Olimpiya Festivalı yüksək səviyyədə təşkil olunacaq
18 İyul 15:43
“Əhalinin siyahıyaalınması: dayanıqlı inkişaf üçün mühüm informasiya mənbəyi” mövzusunda yazı müsabiqəsi elan edilib
18 İyul 15:41
Heydər Əliyev Beynəlxalq Aeroportu və AZAL Qazaxıstanda beynəlxalq aviasiya forumunda iştirak edib
18 İyul 15:30
Vüsal Hüseynov: Azərbaycanda yaşama icazələrinin alınması məsələsində yenilik edilib
18 İyul 15:27
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı sədrinin 2019-cu ilin I yarımilliyinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Hesabat iclası
18 İyul 15:08
Bu gün “Neftçi” və “Səbail” klubları UEFA Avropa Liqasının təsnifat mərhələsində cavab görüşləri keçirəcəklər
18 İyul 15:04
Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının və Avropa Komissiyasının yeni seçilmiş prezidentlərini təbrik edib
18 İyul 14:48
Kamal Abdulla: ADU-nu maraqlı və faydalı perspektivlər gözləyir
18 İyul 14:28
BMT Baş katibinin müşaviri Azərbaycanda aparılan sosial-iqtisadi islahatları yüksək qiymətləndirib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +35
gecə+22 +25