Ana səhifə »  Müsahibə »  Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişi hər bir azərbaycanlı üçün qürur tarixidir
A+   Yenilə  A-
Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişi hər bir azərbaycanlı üçün qürur tarixidir

“Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə www.yap.org.az saytına müsahibə verib:
- Əhməd müəllim, bu günlər respublikamızda Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 50-ci ildönümü böyük təntənə ilə qeyd olunur. Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətləri haqqında fikirlərinizi bilmək istərdik...
- Bəşər tarixində öz xalqının mədəniyyət və mənəviyyatı ilə sıx bağlı olan, əsl ümumxalq sevgisi qazanmış ən böyük şəxsiyyətlərdən biri zəmanəmizin böyük siyasətçisi və dövlət xadimi Heydər Əlirza oğlu Əliyevdir. Böyük rəhbərin respublikanın ağır iqtisadi, siyasi, mənəvi böhran keçirdiyi bir vaxtda, 1969-cu ilin iyul ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ölkəni işıqlı gələcəyə doğru aparan yolun başlanğıcına çevrildi və bu tarix hər bir azərbaycanlı üçün qürur tarixidir.
Tarixdə Heydər Əliyev kimi millətin liderinə çevrilmiş, hamının ümid, pənah yeri olmuş rəhbərlər tək-təkdir. Ümummilli Liderimiz Heydər Əliyev Öz ölkəsinin hüdudlarından çıxaraq, dünyanın ən böyük siyasətçilərindən birinə çevrilmişdir. O, bir qəhrəman ömrü yaşadı, canlı əfsanəyə döndü. Tanrının verdiyi ömür payını son anınadək xalqına həsr etdi. Elə ömür yaşadı ki, dövlətin, xalqın mənafeyi Özünün şəxsi maraqlarının fövqündə durdu. Vətənin abadlığı, uşaqların səadəti, həyatın firavanlığı Onun ən böyük arzusu oldu.
Belə bir həyat və fəaliyyət Azərbaycan xalqının xoş alın yazısı, taleyin töhfəsidir. Heydər Əliyev bu xalqın milli sərvətidir. Elə bir sərvətidir ki, peşəsindən, yaşından asılı olmayaraq bütün insanlar Ondan faydalanırlar. Bu, dünən də beləydi, bu gün də belədir, sabah da belə olacaq. Və nə qədər Azərbaycan xalqı var, zaman dəyişdikcə gələn hər yeni nəslə bu sərvətdən pay düşəcək.
1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçilən Heydər Əliyev heç bir ay keçməmiş Mərkəzi Komitənin avqust plenumunu keçirdi, iqtisadiyyatı bərbad vəziyyətdə olan respublikanı dirçəltmək üçün qarşıda duran vəzifələri müəyyənləşdirdi. 1970-ci illərədək Azərbaycan xammal istehsalçısı olan bir respublika sayılırdı. Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi ilə ölkədə hər şey kökündən dəyişməyə başladı. O, ilk növbədə respublika sənayesində, kənd təsərrüfatında yeni istehsal sahələrinə və bu sahələrdə çalışan çoxsaylı mütəxəssislər hazırlanmasına diqqət yetirirdi. Onun hakimiyyəti dövründə neft sənayesi tamamilə yenidən quruldu, xalqın maddi rifah halı yüksəlməyə başladı.
Belə ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəldiyi vaxtdan Azərbaycanın kənd təsərrüfatında, sənayesində, ümumiyyətlə, xalq təsərrüfatının bütün sahələrində xüsusi canlanma başlandı. Kənd təsərrüfatının inkişaf etdirilməsi haqqında bir neçə tarixi qərar qəbul olundu. Bunlardan “Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi tədbirləri haqqında” (1970-ci il), “Azərbaycanda kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında” (1975-ci il), “1976-1980-ci illərdə torpaqların meliorasiyası və meliorasiya olunmuş torpaqların istifadəsinin yaxşılaşdırılması tədbirləri haqqında” (1976-cı il) və “Azərbaycanda kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü və şərabçılığı inkişaf etdirmək tədbirləri haqqında” (1979-cu il) qərarlar xüsusi əhəmiyyət kəsb edirdi. İttifaq dövründə belə qərarların qəbul edilməsinə ancaq Heydər Əliyev nail ola bilərdi. Bu qərarlarda Azərbaycanda kənd təsərrüfatı istehsalının yüksəldilməsi və ixtisaslaşdırılması əsasında gələcək üçün respublika iqtisadiyyatının dinamik inkişaf proqramları qəbul olundu.
Heydər Əliyev şəxsiyyətinin gücü bunda idi ki, O, cəmiyyətdə gedən proseslərdən, ölkədə baş verən hadisələrdən dərhal xəbər tutub Öz münasibətini bildirirdi. Əhali ilə ünsiyyət qurub xalqın həyatına daha yaxın olurdu. Ayrı-ayrı bölgələrə səfərləri zamanı Onun kənd əhalisi ilə söhbətlərini unutmaq olarmı?
Təcrübəli siyasətçi olan Heydər Əliyev Azərbaycanın dövlətçiliyini möhkəmləndirən qüdrətli şəxsiyyət kimi Öz fəaliyyəti ilə tariximizdə mühüm mərhələ təşkil edir.
- Ümummilli Lider Heydər Əliyevin 1969-1982-ci illər ərzində respublikamıza rəhbərlik etdiyi dönəm Azərbaycanın inkişaf və tərəqqi dövrü kimi xarakterizə olunur. Bu dövrdə həyata keçirilən tədbirlər və əldə edilən nəticələrlə bağlı nə deyə bilərsiniz?
- Həmin dövrləri yaşayan və canlı şahidi olan bir şəxs kimi qeyd etmək istərdim ki, həyatımızın elə bir sahəsi yox idi ki, bu dahi şəxsiyyət onunla maraqlanıb, ortaya çıxan problemləri yoluna qoymasın. Elə götürək meliorasiya və irriqasiya sahəsini. Ölkəmizdə bu sahəyə maraq hələ XIX əsrin ikinci yarısından başlanmasına baxmayaraq, onun genişmiqyaslı inkişafı Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969 -1982-ci illərə təsadüf edir.
Bu illər ərzində bir sıra iri irriqasiya və meliorasiya obyektləri, o cümlədən Araz su anbarı elektrik stansiyası ilə birlikdə Mil-Muğan hidroqovşağı, Baş Mil kanalı, Yuxarı Mil və Yeni Xan qızı kanalları, Naxçıvan MR-də Qaraçuq və Arpaçay nasos stansiyaları, Naxçıvan suvarma sistemi, Abşeron suvarma sistemi, Qusar rayonunda Caqar-Cibir magistral kanalı, Şamaxı rayonunda Zaqolovoçay su anbarı, Lənkərançay su qovşağı, Mərkəzi Muğan və Cənubi-Şərqi Şirvan qış otlaqlarının su təminatı sistemləri, Sərsəng su anbarı, Madagiz su anbarı, Arpaçay üzərində Arpaçay su anbarı, Sirab su anbarı, Aşağı Köndələnçay su anbarı, Yuxarı Xanbulançay su anbarı kompleksi, Tovuz rayonunda 3 pilləli nasos stansiyası, Tərtərçay magistral kanalları və digər obyektlər tikilib istismara verildi.
Bu illərdə 200 min hektara yaxın yeni suvarılan torpaqlar kənd təsərrüfatı dövriyyəsinə cəlb edilmiş, 400 min hektara yaxın suvarılan torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmış, 825 min hektar sahədə suvarma sistemləri yenidən qurularaq onların su təminatı artırılmış, 460 min hektar sahədə əsaslı hamarlama və 150 min hektara yaxın sahədə əsaslı yuma işləri aparılmış, texniki cəhətdən mükəmməl irriqasiya və meliorasiya sistemləri yaradılmışdır.
Bu tədbirlərin həyata keçirilməsi kənd təsərrüfatı istehsalının xeyli artırılmasına və məhsuldarlığın yüksəldilməsinə imkan verdi.
- Ulu Öndərin 1969-1982-ci illərdə respublikamıza rəhbərlik etdiyi dövrdə su və meliorasiya təsərrüfatı sahəsində görülən işlərin əhəmiyyəti haqqında da fikirlərinizi bilmək istərdik...
- 1969-1982-ci illərdə meliorasiya və su təsərrüfatı kompleksinə 2,5 milyard manatdan artıq vəsait yönəldilmişdir ki, bu da sovet hakimiyyəti dövrünün ilk 50 ili ərzində bu sahəyə qoyulan vəsaitdən 2 dəfədən artıq idi.
Bu illərdə Azərbaycanda meliorasiya və su təsərrüfatı sahəsi Ulu Öndər Heydər Əliyevin bu sahəyə olan daimi diqqət və köməkliyinin nəticəsində ölkə iqtisadiyyatının güclü istehsal bazasına, respublikanın, demək olar ki, bütün bölgələrində iri tikinti və istismar təşkilatlarına, elmi-tədqiqat və layihə-axtarış institutlarına malik olan müstəqil sahəsinə çevrildi.
Xüsusi olaraq vurğulamaq istəyirəm ki, müdrik və uzaqgörən rəhbər, dünya miqyaslı siyasətçi, xalqımızın, bütün melioratorların sevimlisi Heydər Əliyev Azərbaycanda su təsərrüfatı kompleksinin yaradıcısı, onun inkişaf konsepsiyasının, respublikamızda meliorasiya və su təsərrüfatı sahəsində görülmüş əzəmətli işlərin və əldə edilmiş inqilabi dəyişikliklərin həm müəllifi, həm də təşkilatçısıdır. Onun respublikamıza rəhbərliyi dövründə gördüyü tədbirlərin nəticəsi olaraq 1980-ci ildə 1970-ci ilə nisbətən respublikada kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 2,2 dəfə, taxıl istehsalı 2,1 dəfə, pambıq istehsalı 2,6 dəfə, üzüm istehsalı 4,6 dəfə, tərəvəz və tütün istehsalı 2,3 dəfə, meyvə istehsalı 4,4 dəfə, çay yarpağı istehsalı 2,2 dəfədən çox artmışdır.
Qeyd etmək lazımdır ki, hələ o vaxtlar hər hansı bir ittifaq respublikasında bu həcmdə işlərin görülməsini nəzərdə tutan belə böyük qərarlar çox nadir hallarda verilirdi. Bu qərarların qəbul edilməsi yalnız Heydər Əliyevin qətiyyəti, uzaqgörənliyi, dahiliyi və nüfuzunun bilavasitə nəticəsi idi.
Bütün bu yüksək şəxsi keyfiyyətlər Ona Azərbaycanı keçmiş Sovet İttifaqında müttəfiq respublikalar arasında ön yerlərdən birinə çıxarmağa imkan vermişdi. Qısa zaman kəsiyində görülmüş nəhəng işlər, xarakterindəki bütövlük, qətiyyət, mətin iradə, qeyri-adi zəka, tükənməz enerji, vətənpərvərlik, millət sevgisi, eləcə də yeniliyin, mütərəqqi təcrübənin, milli və ümumbəşəri dəyərlərin tərəfdarı kimi çıxış edən rəhbər, mahir dövlət idarəçisi, islahatçı təfəkkürə malik olması xalqın gözündə Heydər Əliyevin böyük şəxsiyyət və xilaskar obrazını yaratdı.
Şübhəsiz ki, bu deyilənlər Heydər Əliyevin böyük tarixi şəxsiyyət kimi Azərbaycana rəhbərliyi dövründə, həm də SSRİ rəhbərlərindən biri kimi cəmiyyətdə müstəsna və alternativsiz roluna aydınlıq gətirir. O, Azərbaycanın rəhbəri kimi ölkədə plüralizmin, demokratik düşüncə tərzinin, qanunun aliliyinin bərqərar olması üçün böyük qətiyyət göstərirdi.
Heydər Əliyev 1982-ci ildən keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi dünyada gedən proseslərə dərindən nüfuz edir, beynəlxalq və regional problemlərin, münaqişələrin nizama salınmasında yaxından iştirak edir, ittifaq dövlətinin nəhəng imkanlarını məharətlə Azərbaycanın tərəqqisinə, sosial-iqtisadi yüksəlişinə xidmət edən plan və layihələrin reallaşdırılması işinə istiqamətləndirirdi və iqtisadiyyatın bütün sahələrində olduğu kimi, meliorasiya və su təsərrüfatı sahəsinə də Öz qayğısını əsirgəmir, bu sahədə işlərin gedişinə daim nəzarət edir və lazımi köməklik göstərirdi.
1983-cü ildə kənd təsərrüfatında faktiki istifadə olunan suvarılan torpaqların sahəsi 1970-ci ildəkinə nisbətən 265,1 min hektar artmışdı, eyni zamanda, istifadə olunmayan suvarılan torpaqların sahəsi 89,7 min hektara qədər azalmışdı.
Lakin 1987-ci ildən sonra respublikanın iqtisadiyyatında yaranmış ağır vəziyyətlə əlaqədar büdcə vəsaitinin çatışmazlığı üzündən dövlət əhəmiyyətli sistemlərin istismarında ciddi çətinliklər yaranmış, bir sıra mühüm əhəmiyyətli su təsərrüfatı kompleksləri qəza vəziyyətinə düşmüşdü. Tikinti işləri, demək olar ki, dayandırılmışdı. Meliorasiya və su təsərrüfatının maddi-texniki bazası da xeyli zəifləmişdi.
- Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. Bu tarixi qayıdış Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi...
- Ümummilli Lider Heydər Əliyevin ittifaq rəhbərliyindən istefasından sonra milli zəmində başlanan qanlı münaqişələr bütün dünyada söz sahibi sayılan nəhəng bir dövlətin əsaslarını laxlatmış, iqtisadiyyatını tənəzzülə sürükləmişdi. Bunu biz respublikamızda daha çox hiss etmişik.
Həmin dövrdə şəxsən respublika rəhbərliyinin bizim sahəyə laqeyd münasibəti aparılan işlərin sürətinə və həcminə mənfi təsir göstərmiş, meliorasiya və su təsərrüfatına qoyulan kapital heçə endirilmiş, irriqasiya sistemlərinin istismarına ayrılan büdcə vəsaiti ildən-ilə azaldılmışdı. Nəticədə mühüm dövlət əhəmiyyətli bir sıra təşkilatlarımız sıradan çıxarılmış, fəaliyyətsiz hala gətirilmişdi. Xoşbəxtlikdən belə vəziyyət çox uzun sürmədi. 1993-cü ilin iyun ayında xalqımızın böyük oğlu Heydər Əliyev ikinci dəfə yenidən Azərbaycanın rəhbərliyinə qayıtdı.
Yenicə müstəqillik qazanmış Azərbaycan Respublikası həmin vaxt çox təhlükəli bir vəziyyətlə üz-üzə dayanmışdı. Ölkədə, demək olar ki, vətəndaş müharibəsi başlanmışdı. Bax belə bir gərgin vəziyyətdə hakimiyyətə qayıdan Heydər Əliyev bütün dünyaya bəyan etdi ki, həyatının qalan hissəsini xalqına qurban verir.
Bizim böyük xoşbəxtliyimizdir ki, dövlətçiliyin bütün incəliklərini dərindən bilən bu əvəzsiz insan ölkənin ağır məqamında imdadımıza çatdı. Ölkəmizin bazar iqtisadiyyatı yolu ilə inkişaf etdiriləcəyi bəyan olundu. Bununla əlaqədar aqrar sahədə başlanan islahatlarla paralel meliorasiya və su təsərrüfatında da bazar münasibətlərinə uyğun işlərə start verildi. Daxildən və xaricdən törədilən əngəllərə baxmayaraq, az vaxt ərzində ölkədə sabitlik yaradıldı. Əsas sərvətimiz sayılan enerji ehtiyatları hərəkətə gətirildi, dünyanın aparıcı ölkələrinin güclü maliyyə imkanlarına malik şirkətləri ilə “Əsrin müqaviləsi” bağlanıldı və beləliklə, iqtisadiyyatın bütün sahələrində islahatlara geniş meydan açıldı.
Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı ilə meliorasiya və su təsərrüfatı öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Bu sahəyə diqqət və dövlət qayğısı bərpa olundu, mövcud meliorasiya potensialının dağılmasının qarşısı alındı, ondan daha səmərəli istifadə olunması yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Onun rəhbərliyi ilə başlanılmış, lakin yarımçıq qalmış obyektlərin yenidən tikintisinə başlanıldı.
Ulu Öndərin göstərişlərini əsas tutaraq respublikaya qoyulan xarici investisiyalar ilk növbədə meliorasiya və su təsərrüfatı sahəsinə - Baş Mil-Muğan kollektorunun tikintisinə, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına və Vayxır su anbarının tikintisinə yönəldildi.
Ömrünün 35 ilini Azərbaycan Respublikasının tərəqqisinə həsr etmiş Heydər Əliyev demişdir: “Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik”. Ümummilli Liderimizin bu tövsiyəsi meliorasiya və su təsərrüfatı kompleksi kollektivlərinin başlıca fəaliyyət proqramıdır. Biz həmin proqrama daim sadiq qalacağıq.
- Əhməd müəllim, müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Azərbaycan Ulu Öndərin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm nailiyyətlər qazanır. Bugünkü reallıqları və perspektivi necə dəyərləndirirsiniz?
- Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük tarixi xidmətlərindən biri dünyanı bürümüş iqtisadi böhranların, münaqişələrin hökm sürdüyü çətin bir şəraitdə ölkəmizin Onun tərəfindən əsası qoyulmuş uğurlu inkişaf strategiyasının davam etdirilməsi kimi çox böyük məsuliyyətli və taleyüklü bir vəzifəni şərəflə irəli apara biləcək unikal dövlət idarəçiliyi təfəkkürünə malik İlham Əliyev cənablarını xalqımıza bəxş etməsi olmuşdur.
Möhtərəm Prezidentimizin rəhbərliyi ilə son 16 il ərzində ölkəmiz böyük və şərəfli inkişaf yolu keçmişdir. Ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atmışdır. İqtisadiyyatımızın aparıcı sahələrindən biri olan meliorasiya və su təsərrüfatı sistemi qazanılmış nailiyyətlərdə öz yeri və payı olan sahəyə, eyni zamanda, başlanılmış genişmiqyaslı islahatların ünvanına çevrilmişdir.
Bütün maliyyə mənbələri hesabına 2004-2018-ci illərdə 4,2 min kilometr uzunluğunda suvarma kanallarının, 2,8 min km uzunluğunda kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidənqurulması və bərpası, 413 min hektar sahədə torpaqların su təminatının və 264 min hektar sahədə meliorativ vəziyyətinin yaxşılaşdırılması işləri yerinə yetirilmiş, 166 min hektar yeni suvarılan torpaq sahələri əkin dövriyyəsinə daxil edilmişdir. Çaylarda sel və daşqınlara qarşı 187 km-dən artıq mühafizə tədbirləri həyata keçirilmiş, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 2273 ədəd subartezian quyusu qazılaraq istifadəyə verilmişdir. Ümumi sututumu 456 milyon kubmetr olan Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə su anbarları tikilmiş, eləcə də Pirsaatçay, Zoğalavaçay və Ləvain su anbarları təmir-bərpa edilmişdir.
Xanarx kanalının tikintisi 2006-cı ildə, Samur çayı üzərində yerləşən Baş suqəbuledici qurğunun bərpası, Samur çayı yaxınlığında Baş sudurulducunun tikintisi, Samur-Abşeron kanalının ilk 50 km-lik hissəsinin və bu hissədə yerləşən uzunluğu 185,7 km olan təsərrüfatlararası kanalların yenidənqurulması işləri 2007-ci ildə başa çatdırılmışdır. Respublikanın 500 min hektar suvarılan sahələrindən duzlu qrunt sularının Xəzər dənizinə axıdılmasını təmin edən Baş Mil-Muğan kollektorunun 3-cü hissəsinin tikintisi 2006-cı ildə başa çatdırılaraq Mil-Qarabağ kollektoru ilə birləşdirilmişdir.
15 noyabr 2014-cü ildə möhtərəm Prezident İlham Əliyev cənablarının iştirakı ilə açılış mərasimi keçirilmiş Şəmkirçay su anbarı zonasında 2015-ci ildə əkin sahələrini suvarma suyu ilə təmin edəcək 60,5 km uzunluğunda magistral kanalların tikintisi işləri başa çatdırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin ölkədə taxılçılığın, pambıqçılığın, tütünçülüyün, baramaçılığın və digər sahələrin inkişafı, eləcə də aqroparkların və iri təsərrüfatların yaradılması ilə əlaqədar verdiyi tapşırıqların icrası olaraq Səhmdar Cəmiyyəti meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, sahələrin genişləndirilməsi, sel və daşqın sularına qarşı mübarizə və digər istiqamətlərdə əvvəlki illərdə olduğu kimi, 2018-ci ildə də öz uğurlu fəaliyyətini davam etdirmişdir.
Araz çayının 54,2 km uzunluğunda yeni qol-kanalının beton üzlüyə alınması işləri tamamlanmış və əlavə olaraq 13145 ha olmaqla, ümumilikdə 53 min hektar yeni suvarılacaq torpaq sahələrinə suvarma suyu çatdırılmışdır.
Neftçala rayonu ərazisində uzunluğu 24,9 km olan Neftçala magistral kanalının son 11,4 km hissəsinin hidrotexniki qurğularla birlikdə tikintisinin başa çatdırılması ilə 12433 ha sahənin su təminatı yaxşılaşdırılmış və bununla da layihə üzrə 20205 hektar (ondan 6805 hektar yeni suvarılan) sahəyə suvarma suyunun çatdırılması təmin edilmişdir.
2018-ci il iyunun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının iştirakı ilə Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin İpək yolu ilə kəsişmə qurğusunun və ondan sonrakı 4,95 km-lik hissəsinin açılış mərasimi keçirilmişdir. Kanalın son 14 km-nin 5,5 km-lik hissəsinin tikintisi ilə 11788 ha (ondan 1570 hektar yeni suvarılacaq sahələrdir) torpaq sahəsinə suvarma suyu çatdırılmışdır.
Cəbrayıl rayonunun Cocuq Mərcanlı (400 hektar) və Füzuli rayonunun ona bitişik Mirzənağılı kəndlərinin (280 hektar) ümumilikdə 680 hektar əkin sahəsinə Araz çayından suyun verilməsi üzrə işlər tamamlanmış və obyekt istismara verilmişdir.
2019-cu ildə də kənd təsərrüfatının inkişafına bilavasitə təsir edən iri infrastruktur layihələrində nəzərdə tutulan meliorativ tədbirlərin həyata keçirilməsinə başlanmışdır. Bu tədbirlərin reallaşdırılması nəticəsində yeni suvarılacaq torpaqların istifadəyə verilməsi və əkin sahələrinin su təminatının yaxşılaşdırılması nəticəsində ölkədə ixrac yönümlü kənd təsərrüfatı məhsullarının inkişafına geniş imkanlar yaradılacaqdır.
Son olaraq bir daha vurğulamaq istərdim ki, əldə edilən hər bir nailiyyətin, hər bir uğurun təməlində Ulu Öndər Heydər Əliyev ideologiyası və bu ideologiyanı uğurla davam etdirən Prezident İlham Əliyev şəxsiyyəti dayanır.
Biz əminik ki, Ulu Öndərin başladığı və nəzərdə tutduğu bütün işlər möhtərəm Prezidentimizin rəhbərliyi ilə müvəffəqiyyətlə başa çatdırılacaqdır. Xalqımızın ağrılı yeri olan Dağlıq Qarabağ probleminin də yaxın vaxtlarda həll ediləcəyinə əminik.
Möhtərəm Prezidentimiz İlham Əliyev əmin ola bilər ki, respublikanın melioratorları və su təsərrüfatı işçiləri bundan sonra da Ulu Öndərin milli iqtisadiyyat üzrə ideologiyasının həyata keçirilməsində Onun yaxın köməkçiləri olacaqlar.

 
  • Oxunub:  9780  |  
  • Tarix:  12-07-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib
16 Noyabr 12:38
AMEA-nın prezidenti: İran və Azərbaycan alimləri tarixi həqiqətlərin ortaya çıxarılması üçün birgə fəaliyyət göstərməlidirlər
16 Noyabr 12:29
Litvanın ölkəmizdəki səfiri Naxçıvanın istehsal, mədəniyyət və təhsil müəssisələri ilə tanış olub
16 Noyabr 12:17
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub
16 Noyabr 12:12
2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
16 Noyabr 12:07
Mikayıl Müşfiqin xatirəsinə ithaf olunan tamaşa növbəti dəfə səhnədə
16 Noyabr 12:02
Bakıda III Beynəlxalq uroonkologiya simpoziumu keçirilib
16 Noyabr 10:03
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır
16 Noyabr 09:56
“Əbədiyyət günəşi” məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
16 Noyabr 09:54
Məzahir Bayramov: Yeni Azərbaycan Partiyası öz sıralarında 740 min nəfərdən artıq üzvü birləşdirən nəhəng siyasi qüvvədir
16 Noyabr 09:50
2020-ci il ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ili olacaq
16 Noyabr 09:48
Radikal müxalifət ermənipərəst xarici mərkəzlərin xəyanətkar planlarının icraçısı rolunda çıxış edir
16 Noyabr 09:47
“Ədibin Evi” Mir Cəlal adına ikinci hekayə müsabiqəsi elan edib
16 Noyabr 09:45
Seçki mübahisələrinin həllinə dair növbəti seminar-müşavirə Şirvanda keçirilib
16 Noyabr 09:42
Masallı məktəblisi: Ölkəmizin dilbər guşələrini görmək hər bir gəncin arzusudur
16 Noyabr 09:41
Regionlarda meyvə istehsalı artıb
15 Noyabr 22:03
Fələstin Prezidentinin müşaviri: Azərbaycan xalqının multikulturalizm təcrübəsi beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
15 Noyabr 21:47
Pakistanın Təhsil naziri UNESKO-nun Təhsil Komissiyasının sədri seçilib
15 Noyabr 21:39
Rusiyanın Patriarxı Kirill İçərişəhəri ziyarət edib
15 Noyabr 21:36
Azərbaycan və ABŞ ştatlarının qanunverici orqanları arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
15 Noyabr 21:32
Lerikin 3 kəndinə təbii qaz verilib
15 Noyabr 21:29
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təliminin sonuncu mərhələsi keçirilib
15 Noyabr 21:23
Bakıda “İslam sivilizasiyalarının mədəniyyət və irsi” adlı sərgi açılıb
15 Noyabr 21:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrində kadr məsələləri üzrə təlimi davam etdirir
15 Noyabr 21:17
Azərbaycan İlahiyyat İnstitutunda cenevrəli alimlə görüş
15 Noyabr 21:14
Azərbaycan mədəni irsin qorunması, bərpası və təbliği sahəsində UNESKO ilə sıx əməkdaşlıq edir
15 Noyabr 21:10
İqtisadçı ekspertlər vergi qanunvericiliyindəki dəyişikliklər barədə məlumatlandırılıblar
15 Noyabr 21:06
“MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsi müsabiqəsinin qalibləri mükafatlandırılıblar
15 Noyabr 20:53
“Bir əsrin xəzinəsi – Bakı Dövlət Universiteti 100 il” kitabının təqdimatı olub
15 Noyabr 20:50
Beynəlxalq İnkişafa Yardım İdarəsi xarici diplomatlar üçün ixtisasartırma kursu təşkil edir
15 Noyabr 20:47
Bakı 2021-ci və 2022-ci illərdə savat üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək
15 Noyabr 20:45
Qızıl Ordanın 750 illiyinə həsr olunmuş konfrans keçirilib
15 Noyabr 20:39
Şəkərli diabet xəstəliyinə tutulmuş insanlara dövlət qayğısı artırılır
15 Noyabr 20:36
Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb
15 Noyabr 20:34
ADNSU: Aberdin Universitetinin Mühəndislik Məktəbi ilə əməkdaşlıqla bağlı müzakirələr aparılıb
15 Noyabr 20:33
Təhsil nazirinin müavini Mingəçevirdə vətəndaşları qəbul edib
15 Noyabr 19:35
Prezident İlham Əliyev Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavinini və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib
15 Noyabr 18:03
Nəsib Məhəməliyev: 2020-ci ilin dövlət büdcəsi müstəqillik illərinin ən iri həcmli büdcəsidir
15 Noyabr 18:01
Malik Həsənov: İqtisadiyyatımız qeyri-neft sektorunun inkişafı hesabına daha da güclənir
15 Noyabr 18:00
Mahir Abbaszadə: Dövlət büdcəsində baş verən artım ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir
15 Noyabr 17:59
Tahir Rzayev: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzundan xəbər verir
15 Noyabr 17:57
Milli Oftalmologiya Mərkəzinin Gözdən Əlillər Cəmiyyətində keçirdiyi tibbi aksiya zamanı 71 nəfər müayinə olunub
15 Noyabr 17:55
Siyavuş Novruzov: Azərbaycan dini konfessiyalar arasında əlaqələrin qurulması ilə sülhə nail olmağın nümunəsini təqdim edir
15 Noyabr 17:54
Tarixi mirasın tolerantlıq dərsləri
15 Noyabr 17:29
“euro2020.affa.az” saytı istifadəyə verilib
15 Noyabr 17:27
Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan heykəlin açılışı olub
15 Noyabr 17:23
“Ağ Şəhər”də növbəti yaşıllıq zonası yaradılır
15 Noyabr 17:14
Prezident İlham Əliyev Şamaxıda zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsinə 3 milyon manat ayırıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA