Ana səhifə »  Müsahibə »  Ətraf mühitin mühafizəsi sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Yeni Azərbaycan Partiyasının birgə layihələri davamlıdır
A+   Yenilə  A-
Ətraf mühitin mühafizəsi sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Yeni Azərbaycan Partiyasının birgə layihələri davamlıdır

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev www.yap.org.az saytına müsahibə verib:
- Firdovsi müəllim, öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Yeni Azərbaycan Partiyası arasında imzalanmış birgə Fəaliyyət proqramının əhəmiyyəti və bu çərçivədə nəzərdə tutulan tədbirlər barədə fikirlərinizi bilmək istərdik...
- İnsanların sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi və təbii sərvətlərdən səmərəli istifadəsi ölkədə aparılan sosial islahatların mühüm tərkib hissələrindən biridir. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra digər sahələrlə yanaşı, ətraf mühitin mühafizəsi sahəsinə göstərdiyi diqqət nəticəsində ölkəmizdə yeni ekoloji siyasət formalaşmışdır. Ümummilli Liderin tövsiyələri rəhbər tutularaq müstəqil Azərbaycanın zəngin təbiətini, təbii sərvətlərini qorumaq və bərpa etmək istiqamətində işlər bu gün də uğurla davam etdirilir, yeni-yeni layihələr həyata keçirilir, ekoloji problemlərin həllinə cəmiyyətin, yerli və beynəlxalq təşkilatların diqqətinin daha da artırılması istiqamətində maarifləndirici tədbirlər reallaşdırılır. Azərbaycanın uğurlu gələcəyinə hesablanmış siyasətin son 16 ilə yaxın dövrdə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilməsi yeni-yeni hədəfləri stimullaşdırır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qarşısında qoyulmuş vəzifələr təbiətin mühafizəsi, keçmişdən miras qalmış ekoloji problemlərin aradan qaldırılması və təbii sərvətlərdən səmərəli istifadənin tənzimlənməsindən ibarətdir. Ətraf mühitin mühafizəsi elə bir sahədir ki, burada ictimaiyyətin geniş təbəqəsinin iştirakı faydalı hesab olunur. Buna görə də biz çalışırıq ki, bu sahədə dövlət qurumları, özəl sektorla yanaşı, ictimaiyyət nümayəndələri ilə də əməkdaşlıq edək.
Məlum olduğu kimi, 2019-cu il 5 iyul tarixində ətraf mühitin mühafizəsi və ekoloji layihələrin həyata keçirilməsi istiqamətində birgə əməkdaşlıq məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Yeni Azərbaycan Partiyası arasında birgə Fəaliyyət proqramı imzalanmışdır.
Proqram ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən tədbirlərdə ictimaiyyətin geniş iştirakı, əhalinin maarifləndirilməsi və məlumatlılığın artırılması, insanlarda təbiətə qarşı humanizm ideyalarının aşılanması məqsədini daşıyır. Birgə Fəaliyyət proqramında yaşıllaşdırma tədbirlərinin keçirilməsi, gənclər üçün “Yay məktəbi”nin təşkili, atmosfer havasının mühafizəsi, tullantıların idarə olunması, müxtəlif mövzularda müsabiqələrin keçirilməsi, yeniyetmə və gənclər arasında maarifləndirmə tədbirlərinin aparılması, ekoloji təbliğat yönümlü tədbirlərin təşkili, mühafizə olunan təbiət ərazilərinin tanıdılması, gənclər arasında intellektual yarışların keçirilməsi və s. məsələlər öz əksini tapıb. Ümumiyyətlə, ətraf mühitin mühafizəsi sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Yeni Azərbaycan Partiyası arasında mövcud əməkdaşlıq müxtəlif layihələr çərçivəsində uğurla davam etdirilir.
- Fəaliyyət proqramının imzalandığı vaxtdan ötən qısa müddətdə hansı layihələr həyata keçirilib?
- Yeni Azərbaycan Partiyası ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında birgə Fəaliyyət proqramının imzalanmasından bir aydan artıq müddət keçməsinə baxmayaraq biz artıq sənəddə nəzərdə tutulmuş iki əhəmiyyətli layihəni birlikdə həyata keçirmişik. Xüsusilə mətbuat nümayəndələrinə minnətdarlığımı bildirmək istərdim ki, onlar bu layihələri işıqlandırmaqla yanaşı, özləri də prosesin fəal iştirakçıları oldular. Fəaliyyət proqramına uyğun olaraq iyulun 29-dan avqustun 2-dək “Gənc nəslin ətraf mühitin mühafizəsində rolu” mövzusunda “Yay məktəbi” təşkil olundu. Tədbir ətraf mühit və təbii sərvətlərin milli dəyər kimi gələcək nəsillər üçün qorunub saxlanılması ideyalarının gənclər arasında təbliği, ekoloji maarifləndirmənin, ekoloji təhsilin və təbiətə humanist münasibətin təşviqi, həmçinin yüksək ixtisaslı kadr heyətinin formalaşdırılması məqsədini daşıyırdı. “Yay məktəbi” çərçivəsində gənclər qarşısında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin peşəkar mütəxəssisləri tərəfindən ətraf mühitin mühafizəsində gənclərin rolu, ölkəmizin təbii sərvətləri, ətraf mühitin mühafizəsi istiqamətində görülmüş işlər, xüsusi mühafizə olunan təbiət əraziləri, yaşıllıqların mühafizəsi, iqlim dəyişmələri, dayanıqlı inkişaf məqsədləri, su ehtiyatlarının və tullantıların idarə olunması, yaşıl iqtisadiyyat, ətraf mühitin monitorinqi və s. mövzularda məruzələr edildi, zəngin məlumat əldə etmələrinə şərait yaradıldı. Eyni zamanda, “Yay məktəbi”nin iştirakçıları Dövlət Geologiya Muzeyinə və Abşeron Milli Parkına ekskursiya etmiş, hidrometeoroloji proqnozların hazırlandığı və ətraf mühit komponentlərinin analizlərinin aparıldığı laboratoriyanın fəaliyyəti ilə tanış olmuşlar. Bundan əlavə, 12 avqust “Xəzər günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Buzovna çimərliyi ərazisində dəniz sahilinin plastik və digər tullantılardan təmizlənməsi məqsədilə “Xəzərin mühafizəsində birik, birlikdəyik” devizi altında iməcilik keçirildi. Nazirliyin əməkdaşlarının, YAP nümayəndələrinin, Milli Məclisin deputatlarının, ziyalıların, tanınmış mədəniyyət və incəsənət xadimlərinin, könüllülərin iştirakı ilə keçirilən aksiyada 10 hektar ərazi tullantılardan təmizləndi, tullantılar çeşidlənərək aidiyyəti üzrə daşındı. Tədbirin keçirilməsində məqsəd Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirməkdir və bu çərçivədə Xəzər dənizinin Azərbaycana aid şimaldan cənuba qədər sahil zolağı boyunca bu cür təmizlik aksiyaları keçirilib.
- Proqram çərçivəsində növbəti hansı tədbirlərin həyata keçirilməsi planlaşdırılır?
- Yeni Azərbaycan Partiyası ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında imzalanmış birgə Fəaliyyət proqramı əhatəlidir. Bu sənəddə nəzərdə tutulmuş tədbirlərin bütün respublika üzrə, ictimaiyyətin bütün nümayəndələrinin iştirakı ilə həyata keçirilməsini planlaşdırırıq. Proqramda əkin mövsümləri dövründə yaşıllıq aksiyalarının keçirilməsi, milli parkların və ölkəmizin digər füsunkar təbiət ərazilərinin tanıdılması, atmosfer havasının mühafizəsinin təbliği məqsədilə veloyürüşün, plastik mənşəli məhsullardan istifadənin azaldılması istiqamətində təbliğat xarakterli tədbirlərin, orta və ali təhsil müəssisələrində şagird və tələbələrlə görüşlərin, yeniyetmə və gənclər arasında yazı müsabiqələrinin və intellektual yarışların təşkili və s. tədbirlər nəzərdə tutulur. Ümumiyyətlə, proqram çərçivəsində ətraf mühitin mühafizəsi sahəsində qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsində Yeni Azərbaycan Partiyasının üzvü olan hər bir nazirlik əməkdaşının məsuliyyəti daha böyükdür. Ekologiya və Təbii Sərvətlər Nazirliyində ümumilikdə 5 mindən artıq üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının ilk ərazi təşkilatı fəaliyyət göstərir, sıralarını kəmiyyət və keyfiyyət baxımından günbəgün genişləndirir. Nazirliyin hər bir əməkdaşı və partiya üzvü Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşərək, həyata keçirilən siyasətə dəstəklərini üzərlərinə düşən vəzifələri lazımi səviyyədə yerinə yetirmələri, Azərbaycanın davamlı inkişafına töhfə vermək üçün göstərdikləri səyləri daha da artırmaları ilə nümayiş etdirirlər.
- Firdovsi müəllim, ölkəmizdə həyata keçirilən tədbirlərdə gənclərimizin fəallığı xüsusilə diqqət çəkir. Dövlətimizin başçısı İlham Əliyev daim bildirir ki, gənclərin potensial imkanlarından səmərəli istifadə etmək əsasdır. Ətraf mühitin mühafizəsi sahəsində gənclərə tövsiyələriniz nədir?
- Ölkədə ətraf mühitin mühafizəsi tədbirlərinin səmərəliliyinin artırılması üçün gənclər arasında əlaqələndirilmiş kütləvi maarifləndirmə sisteminin yaradılmasına, onlara təbiətdən səmərəli istifadə olunması vərdişlərinin aşılanmasına böyük ehtiyac var. Azərbaycanda gənc nəslin ekoloji layihələrin həyata keçirilməsində fəal iştirakı üçün bütün imkanlar mövcuddur. Gənclər arasında maarifləndirmə tədbirlərinin aparılması, ekoloji təbliğat yönümlü tədbirlərin keçirilməsi, yaşıllaşdırma aksiyaları, mühafizə olunan təbiət ərazilərinin tanıdılması, gənclər üçün “Yay məktəbi”nin təşkili, gənclər arasında intellektual yarışmaların keçirilməsi istiqamətində bundan sonra da birgə addımlar atılacaq.

 
  • Oxunub:  4380  |  
  • Tarix:  21-08-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban Əliyeva “Əsrin müqaviləsi”nin 25 illiyi ilə əlaqədar İnstaqram səhifəsində paylaşım edib

22 Sentyabr 09:59
Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şuralarının birinci toplantısı keçirilib
22 Sentyabr 09:56
Prezident İlham Əliyev: Azərbaycanın Xəzəryanı ölkələrlə dostluq və mehriban qonşuluq münasibətləri uğurla inkişaf edir
21 Sentyabr 18:51
Bakı dünyanın 60 ən təhlükəsiz şəhəri sırasındadır
21 Sentyabr 16:46
Cenevrədə BAMF-ın qaçqın və məcburi köçkünlərin hüquqlarına dair bəyanatı yayılıb
21 Sentyabr 16:42
Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Xalça Muzeyi ilə tanış olub
21 Sentyabr 16:24
Prezident İlham Əliyevin siyasətində prioritet istiqamətlər milli maraqlarımızın qorunması və əhalinin rifahının yüksəlməsidir
21 Sentyabr 16:20
ATƏT-in görüşündə Azərbaycanda məcburi köçkünlərin problemlərinin həllinə dair görülən işlərdən danışılıb
21 Sentyabr 16:17
Bitki sağlamlığı ilə əlaqədar Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasına dair məsələlər müzakirələr edilib
21 Sentyabr 16:14
Vergilər nazirinin müavini Qazaxda vətəndaşları qəbul edib
21 Sentyabr 16:12
UNEC-in bakalavr və magistr pilləsi üzrə ikili diplom proqramlarının sərgisi keçirilib
21 Sentyabr 16:02
Macarıstanın “Daily News Hungary” portalında AZƏRTAC-ın xüsusi müxbirinin xəbəri dərc edilib
21 Sentyabr 15:59
Çin nümayəndə heyəti Heydər Əliyev Mərkəzi ilə tanış olub
21 Sentyabr 13:49
Yeni Azərbaycan Partiyasının Şirvan bölgəsi üzrə rayon təşkilatlarının ərazi ilk təşkilat sədrlərinin iştirakı ilə İsmayıllıda müşavirə keçirilib
21 Sentyabr 13:26
Seyfəddin Talıbov: Ərzaq təhlükəsizliyinin etibarlı təminatı təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün strateji bir məsələyə çevrilib
21 Sentyabr 13:11
Azərbaycanın Müdafiə naziri Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb
21 Sentyabr 13:07
Mirzə Əliyev: Kənd təsərrüfatı Azərbaycanda qeyri-neft sektorunun ən vacib istiqamətlərindən biridir
21 Sentyabr 13:02
Milli Məclisin Sədri Avrasiya ölkələri parlament sədrlərinin IV konfransında iştirak edəcək
21 Sentyabr 12:59
Orxan Məmmədov: Hazırkı mərhələdə KOB-ların investisiya təşəbbüsləri ətraflı təhlil olunur, onların reallaşdırılması üçün dövlətin dəstək mexanizmləri təşviq edilir
21 Sentyabr 12:56
BP-nin regional prezidenti: “Əsrin müqaviləsi”nin Azərbaycanı müasir enerji mərkəzinə çevirməsi göz qabağındadır
21 Sentyabr 12:54
Samir Vəliyev: Azərbaycan investorlar üçün etibarlı tərəfdaşdır
21 Sentyabr 12:50
Xoşbəxt Yusifzadə: “Əsrin müqaviləsi”nin müddətinin uzadılmasının Azərbaycan neftinin gələcəyi üçün böyük əhəmiyyəti oldu
21 Sentyabr 12:48
Baş Nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov İsmayıllı şəhərində gənclərlə görüşüb
21 Sentyabr 12:45
Deputat: Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan güclü, dinamik inkişaf edən ölkəyə çevrilib
21 Sentyabr 12:39
BMT Baş Assambleyası 74-cü sessiyasının sədri ölkələr arasında etimadsızlığı azaltmağa çağırıb
21 Sentyabr 12:32
Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub
21 Sentyabr 12:29
Nazir Gəncə şəhərində mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub
21 Sentyabr 12:15
Əli Əhmədov İsmayıllı şəhərində Qarabağ müharibəsi veteranları ilə görüşüb
21 Sentyabr 12:11
Baş Nazirin müavini, YAP Sədrinin müavini Əli Əhmədov İsmayıllıda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib
21 Sentyabr 10:27
“Əsrin kontraktı”nın bizim müstəqil tariximizdə xüsusi yeri, xüsusi rolu var
21 Sentyabr 10:13
ADU-nun rektoru Polis Akademiyasının nümayəndə heyəti ilə görüşüb
21 Sentyabr 10:11
YAP Nəsimi rayon təşkilatı “Xəzər dostluq, inkişaf və sülh rəmzidir” adlı tədbir keçirib
21 Sentyabr 10:09
YAP Şəmkir rayon təşkilatında ərazi ilk partiya təşkilat sədrlərinin iştirakı ilə seminar-müşavirə keçirilib
21 Sentyabr 10:08
Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir
21 Sentyabr 09:59
Sosial-iqtisadi böhran və hökumətdəki istefalar Nikol Paşinyanın sonunu yaxınlaşdırır
21 Sentyabr 09:58
Türkiyədə akademik Nizami Cəfərovun “Azərbaycan ədəbiyyatı tarixinin etüdləri” kitabı oxuculara təqdim olunub
20 Sentyabr 21:00
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 87-ci kitabı çapdan çıxıb
20 Sentyabr 20:56
Dövlət Komitəsinin sədri Ağdamda məcburi köçkünləri qəbul edib
20 Sentyabr 20:55
Zhang Yesui: Çin Azərbaycanla əməkdaşlığa böyük önəm verir
20 Sentyabr 20:53
Nazir müavini: Azərbaycanda bərpaolunan enerji sahəsinin investorlar üçün əlverişli olmasına çalışırıq
20 Sentyabr 20:51
Dənizkənarı Milli Parkda Azərbaycanın multikultural dəyərlərinə həsr olunmuş fotosərgi açılıb
20 Sentyabr 20:46
Aran iqtisadi rayonundakı 41 sahibkara 767 min manat güzəştli kredit verilib
20 Sentyabr 20:43
Robert Dadli: “Əsrin müqaviləsi” Azərbaycanın dünyada yüksək strateji enerji təchizatçısı kimi böyüyən rolunu daha da artırıb
20 Sentyabr 20:38
Əhməd bəy Ağaoğluya həsr edilmiş elmi konfrans işini yekunlaşdırıb
20 Sentyabr 20:34
Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Maykl Pompeo Prezident İlham Əliyevi təbrik edib
20 Sentyabr 20:30
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Budapeştdə ofisi açılıb
20 Sentyabr 20:27
Vergilər Nazirliyi BP şirkəti ilə əməkdaşlıq məsələlərini müzakirə edib
20 Sentyabr 20:09
Azərbaycanın Baş Naziri Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
20 Sentyabr 20:05
Maltanın UNESKO üzrə Milli Komissiyasının sədri ölkəmizin zəngin mədəni irsi ilə tanış olub
20 Sentyabr 20:01
Macarıstan nazirinə Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi medalı təqdim olunub
20 Sentyabr 19:44
Azərbaycan ilə Bolqarıstan arasında idman sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
20 Sentyabr 19:41
Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin nümayəndə heyəti İçərişəhərlə tanış olub
20 Sentyabr 19:37
Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr edilmiş konfransın ikinci günü 20-dən çox məruzə dinlənilib
20 Sentyabr 19:36
“Bizim həyət” layihəsi çərçivəsində daha bir həyət abadlaşdırılıb
20 Sentyabr 19:29
Təhsil naziri Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru ilə görüşüb
20 Sentyabr 19:26
Londonda “Könlüm keçir Qarabağdan” adlı konsert proqramı təşkil olunub
20 Sentyabr 19:20
İƏT-in Baş katibi Ermənistan baş nazirinin bəyanatı ilə bağlı dərin narahatlığını ifadə edib
20 Sentyabr 19:01
“Washington Examiner” jurnalında “Əsrin müqaviləsi”nin 25 illiyinə həsr olunmuş məqalə dərc edilib
20 Sentyabr 18:56
Baş Nazir Novruz Məmmədov: “Əsrin müqaviləsi” dövlət müstəqilliyimizin mühüm təminatına çevrildi
20 Sentyabr 18:48
BAMF BMT-nin İnsan Hüquqları Şurasında görüşlərə başlayıb
20 Sentyabr 18:46
Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq
20 Sentyabr 18:44
Ədliyyə naziri Qəbələdə vətəndaşları qəbul edib
20 Sentyabr 18:40
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Məktəb İdmanları Federasiyası birgə əməkdaşlıq haqqında niyyət protokolu imzalayıb
20 Sentyabr 18:26
Mərakeşli nazir: Mərakeş Azərbaycanla münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir
20 Sentyabr 18:10
Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib
20 Sentyabr 18:05
Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərini təbrik edib
20 Sentyabr 18:02
Şahin Mustafayev: İlin sonunadək Çində Azərbaycanın 3 ticarət evi və bir şərab evi açılacaq
20 Sentyabr 17:59
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başa çatıb
20 Sentyabr 17:58
Eldəniz Səlimov: Azərbaycan dövləti inkişaf etdikcə Ermənistan və onun havadarları narahatlıq keçirirlər
20 Sentyabr 17:52
Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edib
20 Sentyabr 17:50
Vüqar Rəhimzadə: MDB-yə üzvlük Azərbaycana geosiyasi məsələlərdə bir çox üstünlüklər qazandırıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA