Ana səhifə »  Müsahibə »  Azərbaycanda prezident seçkiləri demokratik inkişafın nümunəsi olacaq
A+   Yenilə  A-
Azərbaycanda prezident seçkiləri demokratik inkişafın nümunəsi olacaq
Natiq Məmmədov: Bu seçkilərdə mühüm yeniliklərdən biri ondan ibarətdir ki, biz seçkiyə start verilənə qədər normativ bazanın 90 faizini hazırlamışıq
Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov www.yap.org.az saytına müsahibə verib:
- Natiq müəllim, artıq prezident seçkilərinə rəsmi start verildi. ümumiyyətlə, Azərbaycanda seçki mühitini necə qiymətləndirirsiniz? Seçki komissiyaları seçkiləri keçirməyə hazırdırmı?
- Mərkəzi Seçki Komissiyası Azərbaycanda bütün seçkiləri və referendumları hazırlayıb həyata keçirmək üçün qanunla səlahiyyət verilən orqandır. Bilirsiniz ki, bu orqan kollegial fəaliyyət göstərir. Azərbaycanda üçpilləli seçki sistemi mövcuddur. Ən yuxarıda MSK durur, sonra 125 dairə seçki komissiyası, məntəqə seçki komissiyaları isə 5000-5200 say çərçivəsində fəaliyyət göstərir. Seçki keçirmək üçün komissiyaların üzərinə bir çox vəzifələr düşür. Ona görə də MSK bu istiqamətdə daim fəaliyyət göstərir. Beynəlxalq müşahidəçilərin rəylərinə fikir versəniz, görərsiniz ki, Azərbaycan seçkiləri ildən-ilə inkişafa doğru gedir. Bu da bizi sevindirməyə bilməz. Əlbəttə, hər hansı seçki və referendumun keçirilməsi üçün çoxlu şərtlər mövcuddur. Bunlar qruplaşdırılsa, birinci növbədə ölkədə olan vəziyyət, ikincisi isə seçkinin həyata keçirilməsi üçün subyektlər tərəfindən görülməli olan işlər və onların əhatə etməli olduqları məsələlərə nə dərəcədə keyfiyyətlə yanaşmalarından asılıdır. Normal seçki və referendum keçirmək üçün ölkədə ilk növbədə siyasi sabitlik olmalıdır. İkincisi, Azərbaycanda qanunvericilik imkanları mövcud olmalıdır. üçüncü növbədə, ölkədə seçki və referendum prosesini həyata keçirmək üçün səlahiyyətli, öz işinin öhdəsindən gəlməyi bacaran komissiyalar fəaliyyət göstərməlidir. Bu komissiyaların lazımi texniki imkanları mövcud olmalıdır. ölkədə siyasi iradə olmalıdır və seçicilər gedən proseslərlə bağlı geniş məlumatlandırılmalıdırlar. Seçkilərin hazırlanıb keçirilməsi aşkar olmalıdır. Yəni, bunlar normal seçkilərin keçirilməsi üçün müəyyən olunmuş ümumi hədlərdir. Ən başlıcası odur ki, bütün proseslərin şəffaf olması üçün müşahidəçilik institutundan geniş istifadə edilməlidir.
- Oktyabr ayında prezident seçkilərinin keçirilməsi üçün MSK nə kimi işlər görüb?
- Məlumat üçün deyim ki, ötən ildən başlayaraq Azərbaycanda mövcud olan 125 seçki dairəsinin hamısı yeni, yüksək standartlara cavab verən inzibati binalarla təmin olunublar. Onların maddi-texniki imkanları genişləndirilib, rabitə-kommunikasiya sistemləri təkmilləşdirilib. Yəni, məlumatın qısa müddət ərzində ictimailəşməsi üçün geniş imkanlarla təmin ediblər. ölkədə mövcud olan 5000 məntəqənin hamısı üçün normal, yüksək standartlara cavab verən şəraitin yaradılması üzərində iş gedir. Həmin məntəqələrdə də məlumatların aşkar şəkildə sürətli ötürülməsi, aşağı seçki komissiyalarının üzvləri ilə bağlı çox ciddi işlər aparılır. Bilirsiniz ki, ölkə Prezidenti 2006-cı ildə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında sərəncam imzaladı. Bu sərəncamın tələbinə görə, MSK ölkədə mövcud olan aşağı seçki komissiyaları üzvlərinin kurslardan keçirilməsi ilə bağlı mütəmadi işlər görməliydi. Məlumat üçün deyim ki, həmin sərəncamın icrası ilə bağlı 30 mindən artıq seçki komissiyasının üzvünün hamısı bu kurslardan keçirilib. Bu proses "Seçki hüququ üzrə kurslar" adlanırdı. Yəni, burada komissiya üzvlərinin vəzifələri ilə bağlı çox düzgün proqram müəyyən edilmişdi. Həmin proqramın tədrisinə MSK-nın səlahiyyətliləri, eyni zamanda, ölkənin nüfuzlu elm xadimləri, hüquqşünaslar cəlb edilmişdilər. Habelə, hüquq-mühafizə orqanlarının rəhbərləri də prosesdə iştirak etdilər. Bu kursların tədris edilməsində iki məqsəd var idi. Birincisi odur ki, komissiya üzvlərinin hüquqi bilikləri artırılsın. O cümlədən, hüquq-mühafizə orqanlarının rəhbərlərinin də seçkilərlə bağlı müəyyən biliklərinin artırılması və onların bu istiqamətdə baxışlarının dəqiqləşdirilməsi üçün işlər görülüb. Bu prosesin bir dövrü başa çatıb. Qarşımızda duran vəzifələrdən biri ikinci mərhələni də davam etdirməkdən ibarətdir.
Seçki komissiyası üzvlərinin öz işini nə dərəcədə yaxşı bilməsi seçki prosesində mühüm rol oynayır. Komissiya üzvləri öz işini yaxşı bilsə, protokolların tərtib olunmasında qüsurlara yol verilmir, seçicilərin hüquqları lazımi formada təmin edilir. Yəni, bu baxımdan MSK bu proqramı davam etdirəcək.
- Bu prosesdə MSK kütləvi informasiya vasitələri ilə əməkdaşlığı necə qurur?
- Görülən işlərin cəmiyyətə çatdırılmasında KİV-in müstəsna rolu var. Ona görə də MSK ATƏT-in Bakı ofisi ilə birgə KİV nümayəndələri üçün seçkilərlə bağlı maarifləndirilmə istiqamətində kurslar təşkil etdi. Bilirsiniz ki, mütəmadi olaraq komissiya üzvləri üçün treninqlər keçirilir. Builki seçkilərdə yenilik ondan ibarətdir ki, treninqlər üçün də təlimlər keçirilir. MSK-nın KİV-lə sıx əməkdaşlığı mövcuddur. Ona görə də, KİV-in imkanlarından istifadə edib seçicilərin maarifləndirilməsi istiqamətində xüsusi proqram tərtib etmişik. MSK üzvləri seçki hüququnun bütün mərhələlərini ardıcıl olaraq seçicilərə çatdıracaq. TV-lərdə, radiolarla çıxışlar olacaq, mətbuatda məqalələr dərc ediləcək. Məqsədimiz odur ki, seçicilərimiz öz hüquqlarını bilsinlər.
- Bəs komissiyanın beynəlxalq təşkilatlarla əməkdaşığı hansı səviyyədədir?
- MSK-nın fəaliyyətinin mühüm istiqamətlərindən biri də beynəlxalq təşkilatlarla əməkdaşlıqdır. Onların bizim seçkiyə münasibətdə nələr görmək istədiyini öyrənirik və qanunun imkanları daxilində, beynəlxalq standartların tələbləri səviyyəsində tövsiyyələrin tətbiqi ilə məşğuluq. İyulun əvvəlində ATƏT-in Bakı ofisi, Prezident Aparatı və MSK birgə icra strukturları rəhbərlərinin seçkiyə müdaxiləsinin yolverilməzliyi ilə bağlı tədbir keçirdi. Bu, çox maraqlı məsələlərdəndir. Keçən seçki təcrübəsində icra hakimiyyətlərinin seçkiyə müdaxilələri ilə bağlı bəzi söz-söhbətlər gəzirdi. Bu söz-söhbətlərin aradan qaldırılması üçün bu tədbir yüksək qiymətləndirilməlidir. Bilirsiniz ki, ötən seçkilərdə müdaxilə faktları olmuşdu ki, ölkə Prezidenti bununla bağlı ciddi tədbirlər gördü. Qeyd etdiyim tədbir isə qabaqlayıcı tədbir kimi qiymətləndirilməlidir.
- Seçki Məcəlləsinə dəyişikliklərin edilməsi seçkilərin hazırlanıb keçirilməsində hansı yenilikləri özündə ehtiva edir?
- Bu dəyişikliklər seçki hərəkətlərinin sadələşdirilməsinə xidmət edir. Dəyişiklərə əsasən zərflərdən imtina edilib, o cümlədən, protokolların daha sadə tərtibi üçün imkanlar yaradılıb. MSK Seçki Məcəlləsinin yeni variantda böyük tirajla hazırlanmasına nail olub. MSK normativ xarakterli xeyli sayda sənədlər qəbul edir və bu sənədlər əsasən, Seçki Məcəlləsinin tətbiqinin sadələşdirilməsinə xidmət edir. Ona görə də hesab edirəm ki, MSK-nın əvvəlki seçkilərdə olduğu kimi, bu seçkilərdə də işini məhsuldar qiymətləndirmək olar. Bu seçkilərdə mühüm yeniliklərdən biri ondan ibarətdir ki, biz əvvəl seçki başlayanda normativ bazanın yeniləşdirilməsi ilə bağlı işlər görürdüksə, indi seçkiyə start verilənə qədər normativ bazanın 90 faizini hazırlamışıq.
- Natiq müəllim, seçki prosesində əsas məsələlərdən biri də seçici siyahılarının düzgün tərtib edilməsidir. Bu istiqamətdə görülən işləri qənaətbəxş qiymətləndirmək olarmı?
- Doğrudur, seçkiqabağı mərhələnin əsas istiqamətlərindən biri də seçici siyahılarının dəqiqləşdirilməsidir. Seçkilərin normal, şəffaf, ədalətli keçirilməsi üçün seçici siyahıları önəmlidir. Hər il olduğu kimi bu il də Azərbaycan seçicilərinin illik siyahıları tərtib edilib. Yanvar ayında başlamış iş may ayında başa çatıb. ölkədə 4 milyon 850 mindən artıq seçici var və onların adları siyahılara daxil edilib. Əlbəttə, istisna deyil ki, siyahılara düşməyən seçicilər olsun. Ona görə də bu problemi aradan qaldırmaq üçün Seçki Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən yeni imkanlar açılıb. Seçicilər seçki günü daxil olmaqla, heç bir məhdudiyyət olmadan siyahılara daxil edilə bilərlər. Amma bu məsələnin də qanuni əsasları olmalıdır. Yəni seçicilər daimi və müvəqqəti qeydiyyatda olduğu yerdə siyahılara daxil edilməlidirlər. Səsvermə gününə ən çox 35 gün qalmış biz siyahıları yenidən dəqiqləşdirmək üçün yoxlayacağıq. Hazırda siyahı üzərində ciddi iş gedir. ümid edirəm ki, builki siyahılar daha təkmil olacaq. Eyni zamanda, seçicilərimizin müvəqqəti yaşayış yeri üzrə siyahılara daxil edilmə prosesindən də istifadə ediləcək. MSK-nın qəbul etdiyi təlimata əsasən, 6 aydan az olmayaraq hər hansı ərazidə vətəndaş yaşayırsa, amma başqa ərazidə qeydiyyatdadırsa, yaşayış yeri üzrə siyahılara daxil ediləcək. Bu faktları sadalayaraq hesab edirəm ki, görülən işlər seçkilərin şəffat, azad, demokratik keçirilməsinə xidmət edir və belə də olacaq.
- Bugünlərdə prezident seçkilərinə rəsmi start verildi və MSK seçki hərəkətləri ilə bağlı Təqvim Planını təsdiq etdi. Təqvim Planı barədə ətraflı məlumat verməyinizi xahiş edirik.
- Məlumat üçün deyim ki, Təqvim Planı 61 bənddən ibarətdir. Təqvim Planına əsasən, prezident seçkilərində iştirak etmək niyyətində olan şəxslər seçkilərin elan edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra MSK-ya müraciət edə bilərlər. Belə ki, aktiv seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar və siyasi partiyaların blokları namizəd irəli sürmək hüququna malikdirlər. Namizədliyin irəli sürülməsi ilə bağlı vətəndaşın müraciəti MSK-ya daxil olduqdan sonrakı 5 gün müddətində qurum namizədliyin irəli sürülməsinin təsdiq edilib-edilməməsi ilə bağlı qərar qəbul etməli və namizədə imza vərəqələri verməlidir.
Sənədin tələblərinə görə, namizəd tələb olunan imzaları topladıqdan sonra sentyabrın 5-i saat 18.00-a qədər vərəqələri MSK-ya təqdim etməlidir. MSK isə imza vərəqələrini aldıqdan sonra 10 gün müddətində imzaları yoxlayıb namizədliyin qeydə alınıb-alınmaması barədə qərar qəbul edir, qeydə alınmış namizəd müvafiq lövhəciklə təmin olunur. Sənədin tələblərinə əsasən, MSK sentyabrın 20-dək qeydə alınmış namizədlərin siyahısını dərc edir, səsvermə gününə 28 gün qalmış təbliğat-təşviqat kampaniyası başlayır və sentyabrın 17-də başlanan kampaniya səsverməyə 24 saat qalmış dayandırılır. MSK sentyabrın 17-dək təbliğat-təşviqat kampaniyası aparmaq üçün müvafiq yerlər ayırmalıdır. Səsvermə günü müşahidə aparmaq istəyən təşkilatlar və vətəndaşlar seçkilər elan edildiyi gündən səsverməyə 10 gün qalanadək MSK-ya müraciət edə bilərlər.
Seçici siyahılarının dəqiqləşdirilməsi işi isə səsverməyə 35 gün qalmış başlayacaq və seçkiyə 5 gün qalmış başa çatacaq. Səsvermə günü xarici dövlətlərdə olan və konsul qeydiyyatına durmuş seçicilərin səs verməsi üçün Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin olduğu şəhərlərdə səsvermə gününə ən azı 30 gün qalmış seçki məntəqələri yaradılacaq. Namizədlərin qeydiyyatı tam başa çatdıqdan sonra MSK oktyabrın 10-dək seçki bülletenlərini dərc edərək dairə seçki komissiyalarına, DSK-lar isə öz növbəsində oktyabrın 12-dək məntəqə seçki komissiyalarına təqdim edəcək. Səsvermə oktyabrın 15-i səhər saat 8.00-da başlayacaq və 19.00-da seçki məntəqələri bağlanacaq. Səsvermənin gedişi ilə bağlı gün ərzində 5 dəfə ilkin məlumatlar ictimaiyyətə açıqlanacaq. Səsvermənin nəticələri haqqında məntəqə və dairə seçki komissiyalarının yekun protokolu barədə məlumatlar MSK-nın nəzdində "Seçkilər" İnformasiya Mərkəzinin internet saytında seçki günü və ondan sonra mütəmadi olaraq yerləşdiriləcək. Bundan əlavə, səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyalarının yekun protokolu 24 saatdan gec olmayaraq DSK-lara, DSK-ların yekun protokolu isə 2 gün müddətində MSK-ya təqdim olunmalıdır.
Prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq edilməsi üçün oktyabrın 24-dək MSK-nın yekun protokolu Konstitusiya Məhkəməsinə təqdim olunacaq. Səsvermədə iştirak etmiş və seçicilərin etibarlı hesab edilmiş səslərinin azı 3 faizini toplamamış namizədlərin seçki fondlarında pul olmadıqda, yaxud çatışmadıqda dövlət büdcəsindən alınmış vəsait seçkilərin nəticələrinin elan olunmasından ən geci 10 gün müddətində geri qaytarılmalıdır. Qeyd edək ki, maliyyə məsələsi də namizədlər üçün önəmlidir və onlar üç dəfə maliyyə hesabatları verməlidirlər.
Namizədlərin təşviqat materiallarının yapışdırılması üçün artıq seçki komissiyaları və yerli icra hakimiyyəti orqanları seçki məntəqələrinin ərazisində müvafiq yerlər müəyyənləşdirməyə başlayıb. Hər seçki məntəqəsinin ərazisində müvafiq yerlər ayrılacaq və bütün namizədlər üçün bərabər şərait yaradılacaq.

 
  • Oxunub:  24180  |  
  • Tarix:  31-07-2008  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Qafqazda təhlükəsizliyin daha da möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün Rusiya-Azərbaycan münasibətləri həlledici rol oynayır

19 Noyabr 22:11
Aşqabadda SPECA-nın dayanıqlı nəqliyyat, tranzit və əlaqə mövzusunda növbəti iclası keçirilir
19 Noyabr 21:43
Ankarada “Anadan olmasının 150-ci ildönümündə ortaq dəyərimiz Əhməd bəy Ağaoğlu” mövzusunda konfrans keçirilib
19 Noyabr 21:13
Kəlbəcər, Naftalan, Xocalı və Goranboy təhsil şöbələri müdirlərinin hesabat məruzələri dinlənilib
19 Noyabr 21:07
Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi Vaşinqton şəhərində müzakirə olunub
19 Noyabr 20:51
Dövlət Gömrük Komitəsində kollegiya iclası keçirilib
19 Noyabr 20:45
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
19 Noyabr 20:30
DİN polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir
19 Noyabr 20:21
Əmək və sosial siyasət komitəsinin iclası keçirilib
19 Noyabr 20:12
Prezident İlham Əliyev Bakı dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin yenidənqurmadan sonra açılışında iştirak edib
19 Noyabr 20:08
SOCAR və “Equinor” “Qarabağ” yatağında ilk quyunun qazılmasına hazırlaşır
19 Noyabr 20:05
UNEC-də Xalq yazıçısı İsmayıl Şıxlının yubileyinə həsr olunan tədbir
19 Noyabr 19:57
Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar Bakıya gələn qonaqlar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olublar
19 Noyabr 19:41
Hikmət Şikarov: Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvədir
19 Noyabr 19:38
Hərbi ekspert: Azərbaycan Ordusunun Naxçıvan istiqamətində əldə etdiyi uğurlar erməniləri ciddi narahat edir
19 Noyabr 19:33
Çin Azərbaycanın nəqliyyat infrastrukturundan istifadə ilə bağlı müzakirələr aparıb
19 Noyabr 19:19
Azərbaycanın və Qazaxıstanın Baş nazirləri Aktauda iki ölkə arasında fiber-optik rabitə xəttinin təməlqoyma mərasimində iştirak ediblər
19 Noyabr 17:28
YAP Pirallahı rayon təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirildi
19 Noyabr 17:27
Vüqar Rəhimzadə: Saxta arayış və vəsiqə ilə soydaşlarımızı aldatmış Müsavat və AXCP rəhbərliyi dələduzluğa görə məsuliyyətə cəlb edilməlidir
19 Noyabr 17:24
Aloha Nunyez: Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının prinsiplərinin daha səmərəli şəkildə həyata keçiriləcəyinə əminəm
19 Noyabr 17:20
Naxçıvanda sosial qayğıya ehtiyacı olan məktəbli uşaqlara qış geyimləri verilib
19 Noyabr 17:11
İyirmi dörd yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun yenidən qurulmasına ilkin olaraq 5 milyon manat ayrılıb - SƏRƏNCAM
19 Noyabr 16:53
Haaqada “İstanbul prosesi”nin 7-ci iclasında Azərbaycandakı dini tolerantlıqdan və multikulturalizm siyasətindən danışılıb
19 Noyabr 16:49
Rusiyanın Novqorod vilayəti və Azərbaycanın Şəki rayonu arasında əməkdaşlıq memorandumu imzalanıb
19 Noyabr 16:33
GUAM XİN-in rəsmiləri Kiyevə toplaşır
19 Noyabr 16:28
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ağdam rayonunda vətəndaşları qəbul edib
19 Noyabr 16:07
Sədaqət Vəliyeva: 650 min ağacın əkilməsi təşəbbüsü ekologiyanın sağlamlaşdırılmasına daha bir sanballı töhfə olacaq
19 Noyabr 15:26
BƏƏ, Hindistan və Çin turoperatorları ilə əlaqələr genişləndirilir
19 Noyabr 15:05
“Türkiyə” qəzeti: Mehriban Əliyeva Avropa və dünyada genişmiqyaslı mədəni və sosial layihələrə verdiyi dəstəklə böyük nüfuz qazanıb
19 Noyabr 14:58
Qanunsuz hərəkətlərə yol verən vəzifəli şəxsin 7 milyonluq əmlakına həbs qoyulub
19 Noyabr 14:40
BSU-da “Nəsimi ili”: Çün Nəsimi əyyamın sultanıdır, dövr onun, dövran onun dövranıdır
19 Noyabr 14:39
Xarici ölkələrin səfirliyində çalışan şəxsin vergi öhdəliyi
19 Noyabr 14:23
Hala Tavil: Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə təşkilatın daha da güclənəcəyinə inanıram
19 Noyabr 14:17
Şəki Xan Sarayı ilə tanışlıq tur-aksiya iştirakçılarında böyük maraq doğurub
19 Noyabr 14:10
Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi UNESKO-da qeyd ediləcək
19 Noyabr 14:06
AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub
19 Noyabr 14:03
UNESKO-nun Baç Konfransı çərçivəsində Mədəniyyət nazirlərinin forumu keçirilib
19 Noyabr 13:59
Bakıda III “Beynəlxalq dərgi Qara dəniz sosial elmlər simpoziumu” keçirilir
19 Noyabr 13:16
Yeni Azərbaycan Partiyasının İcra Katibliyində partiyanın yaradılmasının 27-ci ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib
19 Noyabr 13:12
Siyavuş Novruzov: Yeni Azərbaycan Partiyasının yaradılması tarixi hadisədir
19 Noyabr 13:01
Həssas qruplardan olan uşaqlar hər cür qayğı ilə əhatə olunublar
19 Noyabr 12:33
“Jewish Journal” nəşrində Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun abidəsinin açılışı barədə məqalə dərc edilib
19 Noyabr 12:23
Salim Əl-Malik: Azərbaycanın İSESKO ilə münasibətlərinin zəngin tarixi var
19 Noyabr 12:22
MDBMİ-də Azərbaycan həftəsi açılıb
19 Noyabr 12:13
Milli Məclisin növbəti plenar iclası keçirilir
19 Noyabr 12:10
Milli Məclis Sədrinin rəhbərliyi ilə parlament nümayəndə heyəti Sankt-Peterburqda səfərdə olacaq
19 Noyabr 12:08
Maliyyə Bazarlarına Nəzarət Palatası “Sinqapur Fintech Festival x Switch” tədbirində iştirak edib
19 Noyabr 12:04
Sumqayıt şəhəri 70 illik yubileyini qeyd edir
19 Noyabr 12:02
Azərbaycan Mədəniyyət naziri Kuba və Bəhreyndən olan həmkarları ilə görüşüb
19 Noyabr 11:28
Ölkəmiz “Jazz Across Borders” Beynəlxalq Caz Forumunda təmsil olunub
19 Noyabr 11:07
Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri Los-Ancelesdə Amerika Yəhudi Komitəsnin və Sinay Sinaqoqunun rəhbərliyi ilə görüşlər keçirib
19 Noyabr 10:56
Amerikalı din xadimi Azərbaycan İlahiyyat İnstitutunda olub
19 Noyabr 10:53
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alan xarici kursantların sayı hər il artır
19 Noyabr 10:47
“The Press Herald” erməni separatçılarının Amerika tərəfindən qəbul edilməməsini çağıran məqalə yayıb
19 Noyabr 10:41
Fransa portalı dünya dini liderlərinin II Bakı Sammitindən yazıb
19 Noyabr 10:39
Bu gün “Avro 2020”-nin seçmə mərhələsinə yekun vurulacaq
19 Noyabr 10:33
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub
19 Noyabr 10:17
Prezident İlham Əliyev: Qafqazda təhlükəsizliyin daha da möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün Rusiya-Azərbaycan münasibətləri həlledici rol oynayır
19 Noyabr 10:15
Bakıda “Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” mövzusunda II forum keçirilib
19 Noyabr 10:13
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi ikinci oxunuşda müzakirə olunub
19 Noyabr 10:11
Erməni yalanlarının beynəlxalq miqyasda ifşa edilməsi istiqamətində növbəti addım
19 Noyabr 10:10
Cəlil Məmmədquluzadə nəslinin davamçıları ilk dəfə Azərbaycana gəliblər
19 Noyabr 10:08
Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılmış qeyri-qanuni rejimin “rəhbər”i Bako Saakyanın Belçika Krallığına “dilənçilik turnesi” uğursuz olub
19 Noyabr 10:05
Radikal müxalifət düşərgəsi partiyalarının “mühacir biznesi”nin detalları açıqlanır
19 Noyabr 10:03
Ermənistanda faşizmin təbliğ olunması bütün bəşəriyyət üçün təhlükə mənbəyidir
19 Noyabr 10:01
Şəhid Elgün İsmayılovun mənalı ömür yolu gənclərə örnəkdir
18 Noyabr 22:19
İspaniya Dövlət Televiziyasında yayımlanmış “Medina” verilişinin növbəti buraxılışı Azərbaycana həsr olunub
18 Noyabr 21:36
UNESKO-da Qoşulmama Hərəkatına üzv ölkələr qrupuna sədrlik Azərbaycana keçib
18 Noyabr 21:31
Türkiyənin Diyanət İşləri Sədri Əli Erbaş: Naxçıvanla tanışlıq məndə böyük məmnunluq hissi doğurdu
18 Noyabr 21:25
Ədliyyə Nazirliyi ağacəkmə kampaniyasına başlayıb
18 Noyabr 21:04
Vergilər nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA