Ana səhifə »  Müsahibə »  Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti birmənalı şəkildə dəstəkləyir
A+   Yenilə  A-
Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti birmənalı şəkildə dəstəkləyir

Milli Məclisin deputatı Mirzəcan Xəlilov www.yap.org.az saytına müsahibə verib:
- Mirzəcan müəllim, məlum olduğu kimi, Azərbaycan inkişaf baxımından dünyada aparıcı yerlərdən birini tutur. Sizcə, bu inkişafın əsasında hansı amillər dayanır?
- Bu gün Azərbaycan dünyada güclü və nüfuzlu dövlət, ictimai-siyasi sabitliyin və davamlı inkişafın təmin olunduğu ölkə kimi tanınır. Ölkəmizin inkişafının, əldə etdiyi nailiyyətlərin əsasında dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla, uzaqgörənliklə reallaşdırılan daxili və xarici siyasət kursu dayanır. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, prinsipial, milli maraqlara əsaslanan siyasət nəticəsində Azərbaycan güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilib.
Bütün bunların nəticəsidir ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti birmənalı şəkildə dəstəkləyir, bu siyasətə alternativ görmür, əldə olunan uğurları yüksək qiymətləndirir. Təsadüfi deyil ki, ictimai rəyin öyrənilməsi üzrə müxtəlif sosioloji tədqiqat mərkəzlərinin Azərbaycan əhalisi arasında keçirdiyi sorğular da ölkəmizdə vətəndaşların Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə mütləq inam və etimad bəslədiklərini, xalq-iqtidar birliyinin sarsılmaz təməllərə söykəndiyini göstərir.
Son 16 ildə ölkənin ümumi inkişafının təmin edilməsi üçün iki sahəyə xüsusi diqqət yetirildi. Birincisi, neftdən əldə edilən gəlirdən digər sahələrin inkişafı üçün istifadə edilməsi, ikincisi, bu məqsədə çatmaq üçün dərin islahatların aparılmasıdır. Paralel həyata keçirilən bu iqtisadi siyasət qısa müddətdə yüksək nəticələr verdi. Çox yaxşı haldır ki, son illər qeyri-neft sektorunun inkişafında dinamika var. Bu ilin 6 ayında da qeyri-neft sektorunda yüksək artım qeydə alınıb. Sözsüz ki, bu da aparılan uğurlu sosial-iqtisadi siyasətin nəticəsidir. Prezident İlham Əliyev iyul ayında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə cari ilin birinci yarısında ölkədə qazanılan uğurların yüksək olduğunu vurğulayaraq bildirib: “İqtisadiyyatımız bu ilin altı ayında 2,4 faiz, qeyri-neft sektorumuz 3,2 faiz artmışdır. Ən sevindirici göstərici qeyri-neft sənayesindədir. Burada artım 15,7 faizdir. Bu, onu göstərir ki, son illərdə sənayeləşmə siyasətimiz gözəl nəticələr verir. Sənayemizin qeyri-neft sektoru rekord addımlarla irəliləyir”.
- Son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafı böyük vüsət alıb. Bu sahənin perspektivləri haqqında nə deyə bilərsiniz?
- Azərbaycanda aparılan iqtisadi islahatların əsas məqsədlərindən biri də qeyri-neft sektorunu əhəmiyyətli dərəcədə inkişaf etdirmək və qeyri-neft ixracını artırmaqdır. Odur ki, qeyri-neft sənayesinin inkişafına xüsusi önəm verilir. Bu məqsədlə 9 sənaye park və məhəllələrinin fəaliyyətə başlaması planlaşdırılıb. İndi onların bir çoxunda yüksəkkeyfiyyətli məhsul istehsal olunur, daxili bazarın tələbatı ödənilməklə bərabər, xarici bazara da ixrac edilir. Həmin sənaye parkları və məhəllələrində 78 rezident qeydiyyatdan keçib, 45 rezident fəaliyyətə başlayıb. Nəzərdə tutulan 6,4 milyard manat sərmayədən 5,7 milyard manatı faktiki olaraq qoyulub. Həmin layihələrin yerinə yetirilməsi nəticəsində 11 mindən çox yeni iş yeri açılıb. Həmin layihələrin icrası sayəsində 1,5 milyard manatlıq məhsul istehsal olunaraq 300 milyon manatlığı ixrac edilib.
Millət vəkili kimi təmsil etdiyim Sumqayıt şəhərində də son illər yeni sənaye müəssisələri yaradılır. Bu sənaye müəssisələri müxtəlif məhsullar istehsal edir ki, həm daxili tələbatın təmin olunmasına xidmət edir, həm də xarici ölkələrə ixrac edilir. Hazırda bu sahədə işlər uğurla davam edir. Təbii ki, bu amil iqtisadiyyatımızı gücləndirir, ölkəmizə xarici valyutanın daxil olmasını artırır, bütövlükdə, qeyri-neft sənayesinin inkişafında mühüm rol oynayır. Bütün bunlar Sumqayıtın sənaye mərkəzi kimi rolunu daha da gücləndirir.
- Azərbaycan, eyni zamanda, mühüm nəqliyyat-tranzit qovşaqlarından biridir. Bu amil ölkəmizə nə kimi dividendlər qazandırır?
- Əlverişli coğrafi mövqedə yerləşən, mühüm nəqliyyat-tranzit qovşaqlarından birinə çevrilən Azərbaycan Cənubi Qafqazın geoiqtisadi, logistik mərkəzi kimi tanınır. İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan ölkəmiz müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı təminat verir. Əlbəttə ki, müxtəlif ölkələri birləşdirən nəqliyyat layihəsinin təməlində uğurla reallaşdırılan siyasət dayanır və bu layihələr sabitliyin təminatına töhfə verir. Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan yolun üzərində yerləşən Azərbaycan bu imkanından istifadə etməklə qitələri və ölkələri birləşdirir.
Bütün bunlar onu deməyə əsas verir ki, artıq nəqliyyat-logistika aspektlərində Azərbaycan regionun mərkəzi qovşağına çevrilib. Ölkəmizin ərazisindən keçən “Şərq-Qərb”, “Şimal-Cənub” və “Cənub-Qərb” beynəlxalq nəqliyyat dəhlizləri Azərbaycanın logistik mərkəzə çevrilməsi üçün real imkanlar yaradır.
Bu layihələr sırasında “Şimal-Cənub” dəhlizi də mühüm əhəmiyyət kəsb edir. Bu nəqliyyat dəhlizi bütün Avrasiya regionu üçün yeni imkanlar açacaq. Layihə Hindistandan gələn yüklərin gəmi vasitəsilə Süveyş kanalından keçib, Ümid burnunu dolanaraq İranın Bəndər Abbas limanına çatdırılmasını, buradan da onların dəmir yolu vasitəsilə Azərbaycan ərazisindən keçməklə Rusiya və digər ölkələrə ötürülməsini nəzərdə tutur. Azərbaycan bu layihədə də fəal iştirak edərək onu milli maraqların təmin edilməsi baxımından əlverişli hesab edir. Bu nəqliyyat dəhlizinin fəaliyyəti nəticəsində Avrasiya məkanında ölkələrin bir-biri ilə qarşılıqlı əlaqələri genişlənəcək. Layihə qonşu ölkələrin iqtisadi, siyasi sahədə əməkdaşlığını gücləndirəcək və onları dəmir halqalar kimi bir-birinə bağlayacaq. Belə ki, nəqliyyat dəhlizinin istifadəyə verilməsi möhkəm sistem yaradaraq Avrasiya ölkələrinin qarşılıqlı əlaqələrinin genişlənməsində mühüm rol oynayacaq. Bunun nəticəsində Azərbaycanın Fars körfəzinə, Oman dənizinə, Hind okeanına, Afrika ölkələrinə çıxışı asanlaşacaq, Rusiya və Mərkəzi Avropa ilə əməkdaşlıq imkanları xeyli artacaq. Azərbaycan tranzit ölkə kimi böyük iqtisadi səmərə ilə yanaşı, həm də böyük siyasi dividendlər əldə edəcək. Ölkəmiz regionda və dünyada aparıcı mövqeyini daha da möhkəmləndirəcək.
- Bu gün ölkəmizdə uğurlu sosial siyasət həyata keçirilir. Bu siyasət əhalinin rifah halının daha da yüksəlməsi ilə müşayiət olunur...
- Ümumiyyətlə, ölkəmiz dinamik inkişaf yolunda inamla irəliləyir. Neftdən gələn gəlirlərdən səmərəli istifadə olunması nəticəsində ölkəmizdə geniş abadlıq-quruculuq işləri aparılıb, paytaxt Bakının və regionlarımızın siması müasirləşib, əhəmiyyətli dərəcədə dəyişilib, yüksək infrastruktur təminatı yaradılıb, ölkənin maliyyə imkanları və valyuta ehtiyatları artıb və Azərbaycan qüdrətli dövlətə çevrilib. Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, bu gün Azərbaycan yolları keyfiyyətinə görə dünya miqyasında 34-cü yerdədir. Əhalinin təbii qazla təmin olunması 96 faizdir, əhalinin 75 faizi isə daimi içməli su ilə təmin edilir və bu proses davam etdirilir. Sosial infrastruktur tamamilə yenidən qurulub, 3200-dən çox məktəb, 640-dan çox xəstəxana tikilib və təmir olunub.
Azərbaycanda güclü sosial siyasət həyata keçirilir, vətəndaşlar dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunurlar. Ölkəmizdə inqilabi xarakterli sosial islahatlar həyata keçirilir. Prezident İlham Əliyevin ölkə əhalisinin sosial rifahının yaxşılaşması üçün həyata keçirdiyi işlərin miqyası getdikcə genişlənir. Yüz minlərlə məcburi köçkünə yeni evlər, şəhid ailələrinə, müharibə veteranlarına isə güzəştlər, müavinətlər, mənzillər, minik avtomobilləri verilib.
Aztəminatlı ailələrin sosial müdafiəsi daim gücləndirilir. Bu il ərzində müxtəlif kateqoriyadan olan insanların maaşlarının artırılması, minimum əməkhaqqının və pensiyanın artırılması buna nümunədir. Dövlətimizin başçısının vurğuladığı kimi, bu proses davamlı olacaq. Bütövlükdə, dövlət başçısının rəhbərliyi ilə aparılan islahatlar ölkəmizin “Doing Business 2019” hesabatında yeni rekorda imza artmasına imkan yaradıb. Azərbaycan 10 ən islahatçı ölkə siyahısında qərarlaşıb və MDB ölkələri arasında lider mövqe tutur. Bu da çox mühüm göstəricidir.
- Mirzəcan müəllim, Azərbaycanın nailiyyətlərinə, sosial sahədə atılan mühüm addımlara rəğmən müəyyən dairələr ölkəmizə qarşı qarayaxma kampaniyası aparır. Buna münasibətiniz necədir?
- Çox təəssüf ki, belə hallar mövcuddur. Azərbaycan inkişaf etdikcə, gücləndikcə bundan qıcıqlanan dairələr ölkəmizə qarşı müxtəlif qarayaxma kampaniyasına başlayırlar. Xarici dairələr bu prosesdəki daxildəki radikal müxalifətdən, eləcə də “mühacir” müxalifətindən alət kimi istifadə edirlər.
Bu müxalifət bəzi xarici qurumların, eyni zamanda, erməni lobbisinin vəsaiti hesabına ölkəni anarxiyaya, xaosa aparmaq istəyir. Onların missiyası yalnız bundan ibarətdir. Amma buna Azərbaycan dövləti və xalqı heç zaman izin verməyəcək. Ölkəmizdə sabitlik, əmin-amanlıq hökm sürür. Mən millət vəkili kimi seçicilərimlə görüşürəm. İnsanlar ölkəmizin inkişafından, həyata keçirilən sosial addımlardan çox razıdırlar və dövlətimizin başçısının siyasətini birmənalı şəkildə dəstəkləyirlər. Ona görə də Azərbaycanda qarışıqlıq yaratmaq istəyənlər anlamalıdırlar ki, ölkəmizdə sabitlik, inkişaf və vətəndaş həmrəyliyi möhkəm əsaslar üzərində qurulub. Bu səbəbdən də onların niyyətləri iflasa uğrayacaq.

 
  • Oxunub:  6180  |  
  • Tarix:  28-09-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan dünyada 20 ən islahatçı ölkə sırasında yer alır

22 Oktyabr 17:46
Bahar Muradova: Azərbaycan dövləti hər zaman olduğu kimi bu cür hərəkətlərin qiymətini hüquqi müstəvidə verməklə yanaşı, öz yoluna davam edəcək
22 Oktyabr 17:42
Prezident İlham Əliyev Şahin Mustafayevi yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib
22 Oktyabr 17:38
Yaxın Şərqdə geosiyasi dinamikada yeni mərhələ: Türkiyə faktorunun təsiri
22 Oktyabr 17:35
Akademik Gövhər Baxşəliyeva: Biz hamımız vahid komandanın üzvləriyik
22 Oktyabr 17:31
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələri yaradılacaq
22 Oktyabr 17:30
Ölkə başçısı tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında Sərəncam imzalayıb
22 Oktyabr 17:22
Polis Akademiyasını bitirmiş 45 nəfərin zabit yerlərinə təyin edilmələrinə həsr olunmuş tədbir keçirilib
22 Oktyabr 17:19
Pekində əcnəbi jurnalistlər üçün “Bir kəmər, bir yol” informasiya şəbəkəsi çərçivəsində ikinci tədris proqram-seminarı açılıb
22 Oktyabr 17:13
İkinci “Bakı Elektron Ticarət Forumu” davam edir
22 Oktyabr 17:11
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
22 Oktyabr 17:08
Bakı Limanı ilə Aktau və Kurik limanları bilet satışlarını vahid onlayn rejim üzərindən aparacaq
22 Oktyabr 17:07
Suraxanı rayonunda Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
22 Oktyabr 17:03
Prezident İlham Əliyev Macarıstanın milli bayramı münasibətilə Prezident Yanoş Aderi təbrik edib
22 Oktyabr 16:58
Ziyafət Əsgərov: Azərbaycan bundan sonra da inkişaf edəcək və dünyanın ən seçilən dövlətlərindən biri olacaq
22 Oktyabr 16:55
Hikmət Babaoğlu: Belə təxribatlar nə qədər cox olacaqsa, Azərbaycan xalqı radikalları bir o qədər də küncə sıxışdıracaq (VİDEO)
22 Oktyabr 16:53
Eldar İbrahimov: Azərbaycan xalqı onları yaxşı tanıyır
22 Oktyabr 16:51
Siyavuş Novruzov: Hər kəs qanunsuz aksiyalar keçirməklə qarşıdurma yaratmaq istəyənlərin hərəkətlərinə münasibət bildirməlidir
22 Oktyabr 16:32
Lənkəranda çoxmənzilli binaların dam örtükləri dəyişdiriləcək
22 Oktyabr 16:04
Azərbaycan Prezidenti rusiyalı həmkarına başsağlığı verib
22 Oktyabr 15:55
Nigar Arpadarai: Formula 1 yarışına dördgünlük biletlər 20 faiz endirimlə təklif edilir
22 Oktyabr 15:53
Soçidə Rusiya və Türkiyə prezidentlərinin görüşü keçirilir
22 Oktyabr 15:38
Gəncə-Qazax iqtisadi rayonundakı sahibkarlara 631 min manat güzəştli kredit verilib
22 Oktyabr 15:21
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında “Vikipediya” Metodik Mərkəzi yaradılıb
22 Oktyabr 15:15
Azərbaycanda ilk dəfə “StartupFest 2019” adlı beynəlxalq startap festivalı keçiriləcək
22 Oktyabr 15:08
Prezident İlham Əliyevin müəllifi olduğu yeni islahatlar strategiyası inkişafı sürətləndirməkdədir
22 Oktyabr 14:55
Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı keçirilib
22 Oktyabr 14:43
Sofiyada Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığına həsr olunan dəyirmi masa təşkil olunub
22 Oktyabr 14:15
Siyavuş Novruzov: Heydər Əliyev heç bir təhlükə və təhdidin onu yolundan çəkindirməyəcəyini qayıdışı ilə hər kəsə sübut etdi
22 Oktyabr 14:00
Yaxın günlərdə daha 121 şəhidin 177 vərəsəsinə birdəfəlik ödəmə veriləcək
22 Oktyabr 13:41
Rövzət Qasımov Mərkəzi Seçki Komissiyasına üzv təyin edilib
22 Oktyabr 13:35
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı qatılacaq
22 Oktyabr 13:33
Azərbaycan ilə Rusiyanın Primorsk diyarı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
22 Oktyabr 13:29
Monitorinq insidentsiz başa çatıb
22 Oktyabr 13:27
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə 158 ölkə və beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı təsdiqlənib
22 Oktyabr 13:01
Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışına start verilib
22 Oktyabr 12:58
Naxçıvan Dövlət Universitetində “Akademik İsa Həbibbəyli-70” mövzusunda elmi konfrans keçirilib
22 Oktyabr 12:56
Yubiley “BakuBuild 2019” sərgisi açılıb
22 Oktyabr 12:51
Maksim Şevçenko: Aİ Azərbaycandakı aksiyadan narahatlıq ifadə etməkdənsə, İspaniya hökumətinə qarşı bəyanatlar versin
22 Oktyabr 12:48
Bu il TANAP-la 1,8 milyard kubmetrədək təbii qaz nəql olunub
22 Oktyabr 12:42
Brüsseldə Pan Avropa Regional Şurasının İcraiyyə Komitəsinin iclası keçirilib
22 Oktyabr 12:38
Milli Məclisin növbəti plenar iclası keçirilir
22 Oktyabr 12:16
Azərbaycana 10 min tonadək çay idxal edilib
22 Oktyabr 12:13
Oktyabrın 29-da Belarusda Azərbaycan Gəncləri Günlərinə start veriləcək
22 Oktyabr 12:06
Azərbaycanı səsimizlə birinci edək
22 Oktyabr 11:57
Pekində Azərbaycan və Çin Müdafiə nazirlərinin görüşü keçirilib
22 Oktyabr 11:40
Azərbaycanın şimal rayonlarında 12 modul tipli yeni məktəb binası quraşdırılır
22 Oktyabr 11:28
Giorgi Qaxariya: Regionda həyata keçirilən layihələrin çox böyük əhəmiyyəti var
22 Oktyabr 11:05
Beynəlxalq Enerji Agentliyi: "Cənub Qaz Dəhlizi" Avropaya tədarükün təhlükəsizliyinin təmin olunmasında vacib amil olacaq
22 Oktyabr 10:52
UEFA Çempionlar Liqası: bu gün üçüncü tura start verilir
22 Oktyabr 10:51
Təhsil Nazirliyi yanında İctimai Şuranın Əsasnaməsi qəbul edilib
22 Oktyabr 10:48
Mirzəcan Xəlilov: Azərbaycan sosial-iqtisadi sahədə inkişafını uğurla davam etdirir
22 Oktyabr 10:38
Sahibə Qafarova: İmkan vermək olmaz ki, xaricdən tapşırıq alan hansısa qruplar ölkəmizdəki sabitliyə xələl yetirsin
22 Oktyabr 10:34
“Üçüncü Tbilisi İpək Yolu Beynəlxalq Forum”u işə başlayıb
22 Oktyabr 10:21
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
22 Oktyabr 10:19
Sevinc Fətəliyeva: Radikal müxalifətin bütün fəaliyyəti xalqın deyil, şəxsi maraqların təminatına, ölkədəki sabitliyin pozulmasına istiqamətlənib
22 Oktyabr 10:17
İradə Hüseynova: Biz Liderimizin ətrafında daha da sıx birləşməli, ziyalı olaraq dövlətimizin başçısına hər zaman dəstək olmalıyıq
22 Oktyabr 10:14
Naqif Həmzəyev: Xalq dağıdıcı müxalifətin pafoslu çağırışlarını rədd edir
22 Oktyabr 09:50
Azərbaycan Prezidenti İlham Əliyev MDBMİ-ni yubiley münasibətilə təbrik edib
22 Oktyabr 09:46
Yaponiya paytaxtında İmperator Naruhitonun taxta çıxması mərasimi keçiriləcək
22 Oktyabr 09:40
Azərbaycan ilə Meksika gömrük məsələlərində qarşılıqlı inzibati yardıma dair saziş imzalayacaq
22 Oktyabr 09:34
YAP Nərimanov rayon təşkilatının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üzrə ərazi ilk partiya təşkilatında tədbir keçirilib
22 Oktyabr 09:33
Azərbaycan dünyada 20 ən islahatçı ölkə sırasında yer alır
22 Oktyabr 09:32
Siyavuş Novruzov: Onlar mitinq yox, təxribat həyata keçirməyi planlaşdırırdılar
22 Oktyabr 09:30
Türkiyə səfirliyində Azərbaycan media təmsilçiləri ilə görüş keçirilib
22 Oktyabr 09:27
Əli Kərimlinin təxribat planı yenə baş tutmadı
22 Oktyabr 09:26
Əhalinin siyahıyaalınması: dayanıqlı inkişaf üçün mühüm informasiya mənbəyi
22 Oktyabr 09:24
Zəfərin Komandanı
22 Oktyabr 09:21
Ağcabədidə bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə hazırlıq işləri görülür
22 Oktyabr 09:19
Euronews: Zubrlar Qafqaza gedir
21 Oktyabr 21:12
Prezident İlham Əliyev Baş Nazirin müavini Hacıbala Abutalıbovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+19 +22
gecə+15 +17