Ana səhifə »  Müsahibə »  Ermənilərin təmir bəhanəsi ilə “Yuxarı Gövhər ağa” məscidinə zərər vurmaları onların özününküləşdirmə siyasətini bir daha sübut edir
A+   Yenilə  A-
Ermənilərin təmir bəhanəsi ilə “Yuxarı Gövhər ağa” məscidinə zərər vurmaları onların özününküləşdirmə siyasətini bir daha sübut edir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Trend-in suallarını cavablandırıb:
- Mübariz müəllim, təmir-bərpa işləri adı altında ermənilər Şuşadakı “Yuxarı Gövhər ağa” məscidinin daxili interyerində ciddi dəyişikliklər ediblər. Bunu son günlər məscidin mediada yayılmış şəkilləri də təsdiqləyir. Açıq-aydın görünür ki, bərpa adı altında tariximiz saxtalaşdırılır. Belə halların qarşısını almaq üçün hansı tədbirlər görülür?
- Ermənistanın Azərbaycana qarşı ərazi iddiası, onun işğalçı müharibə yolu ilə apardığı təcavüzkar siyasəti illərdir davam edir. Ermənilərin torpaqlarımıza təcavüzü nəticəsində yüzminlərlə soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum edilib. Azərbaycanın tarixi abidələrinə münasibətdə də erməni vandalizmi özünü göstərir. Ermənilər işğal altında olan ərazilərimizdə yüzlərlə tarixi-dini abidəmizi məhv ediblər. Onlar bu yolla bizim minilliklər boyu yaşadığımız torpaqlardan həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı silmək istəyirlər.
Onu da deyim ki, işğal altındakı torpaqlarımızda müəyyənləşdirdiyimiz tarixi-dini abidələrin sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si isə ziyarətgahdır. Bu mədəniyyət nümunələri təkcə Azərbaycan xalqına deyil, bütövlükdə bəşəriyyətə aiddir. Bu baxımdan xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış tarix və mədəniyyət abidələrinin mühafizəsi həm də beynəlxalq əhəmiyyət kəsb edən məsələdir. Bu, təkcə Azərbaycana, yaxud İslam mədəniyyətinə deyil, bəşər mədəniyyətinə qarşı təcavüzdür.
“Yuxarı Gövhər ağa” məscidi üzərində yerləşən və Azərbaycan dilində yazılmış lövhənin ermənilər tərəfindən sökülməsi, əvəzində erməni dilində “Tarixi-mədəni abidə, Yuxarı məscid, 1883, dövlət tərəfindən qorunur” sözlərini əks etdirən lövhə vurulması ilə qane olmayan ermənilər məscidin görünüşündə də dəyişiklik etməkdən çəkinməyiblər. Bu, Azərbaycan xalqının mirasına qarşı yönəldilmiş vandallıq hərəkətlərinin davamı kimi başa düşülməlidir.
Erməni işğalçılarının özbaşınalığı nəticəsində tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasına, habelə “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESKO-nun 1972-ci il Konvensiyasına ziddir. Buna baxmayaraq, işğalçılar yurd yerlərimizdə qanunsuz apardıqları arxeoloji qazıntı işlərini davam etdirir, tarixi abidələrimizi, məscidləri dağıdır, tarixi-mədəni irsimizi isə saxtalaşdırırlar.
Azərbaycan torpaqlarında ermənilər tərəfindən nəinki İslam abidələri, eləcə də Qafqaz Albaniyasına aid olan abidələr təcavüzə məruz qalır. Ermənilər işğal olunmuş torpaqlarımızda bütün xristian abidələrinə qarşı da saxtalaşdırma, mənimsəmə aktları həyata keçirməkdə davam edirlər.
Biz bu məsələ ilə bağlı dəfələrlə beynəlxalq təşkilatlara müraciət ünvanlamışıq. Tələb etmişik ki, Ermənistan vandalizm əməllərinə görə birbaşa beynəlxalq hüquqi məsuliyyətə cəlb olunmalı, bu vəhşiliyə hüquqi qiymət verilməlidir. Biz beynəlxalq ictimaiyyətdən işğalçı Ermənistana layiq olduğu münasibəti göstərməsini tələb edirik. Bu istiqamətdə mümkün tədbirləri görürük.
- Təmir işlərinin İran şirkəti tərəfindən aparıldığı bildirilir. Bununla bağlı hansısa araşdırma aparılıbmı?
- Bizdə olan məlumata əsasən, “bərpa” işlərini İranın “Part Saman Cahan Co” şirkəti həyata keçirir. Hətta erməni tərəfi bildirib ki, “bərpa” üçün İran şirkətinin seçilməsi təsadüfi deyil. Çünki guya bu məscidin İran tarixi və mədəniyyəti ilə sıx bağlılığı var. Ümumiyyətlə, işğal altında qalmış Azərbaycan xalqına məxsus İslam inciləri məqsədli şəkildə İran mədəni irsinə mənsub abidələr kimi qələmə verilir. Məsələn, məlum olduğu kimi, İrəvandakı Göy məscidin Azərbaycana məxsus milli memarlıq uslubu dəyişdirilərək iranlaşdırılıb. Halbuki işğal altında qalmış bütün tarixi-mədəni abidələr Azərbaycan xalqına, onun mədəni irsinə məxsusdur. Tarixdən hamıya məlumdur ki, “Yuxarı Gövhər ağa” məscidi 1883-1884-cü illərdə İbrahimxəlil xanın qızı Gövhər ağanın tapşırığı ilə memar Kərbəlayı Səfixan Sultanhüseyn oğlu Qarabaği tərəfindən inşa edilib. İndiki məscidin yerində hələ Pənahəli xanın dövründə qarğı və qamışdan bir məscid tikilmişdi. Pənahəli xanın tikdirdiyi qarğı məscid 1768-ci ildə İbrahimxəlil xan tərəfindən daşla əvəz edilmişdi. Həmin məscid də minarəsiz, kasıb görünüşə malik idi. Görünür ki, elə məscidin bu görünüşü Gövhər ağanı qane etməyib və buna görə həmin məscidin yerində müasir dövrümüzə qədər gəlib çatmış “Yuxarı Gövhər ağa” məscidi kimi tanınan həmin bina inşa edilmişdi.
Erməni mətbuatının yazdığına görə, “Yuxarı Gövhər ağa” məscidinin “bərpası layihəsi” qondarma Artsax hökuməti, Ermənistandakı Tarixi Şərq Mirasının Dirçəlişi Fondu və İran-Ermənistan Dostluq Assosiasiyasının maddi və mənəvi dəstəyi ilə icra olunur. Ümumi restavrasiya, incə işləmələr və çini işlər iranlı incəsənət ustaları tərəfindən həyata keçirilir.
Onu da deyim ki, “Part Saman Cahan Co” şirkətinin rəhbəri Səid Nəhəvəndinin Ermənistanda memarlıq ixtisası üzrə ali təhsil aldığı bildirilir. Məncə, təkcə bu fakt çox şeyi deyir.
- İran tərəfinə bu barədə hansısa formada müraciət edilibmi?
- Ermənilərin təmir-bərpa işləri bəhanəsi ilə “Yuxarı Gövhər ağa” məscidinin daxili interyerində ciddi dəyişiklik etməsi, tarixi abidənin bədii-estetik dəyərlərinə ciddi zərər vurması, guya bu abidənin Azərbaycan xalqına mənsub olmaması barədə iddialar irəli sürülməsi onların “özgələşdirmə və özününküləşdirmə” siyasətini bir daha sübut edir. Qarşı tərəfin beynəlxalq humanitar hüququn bütün norma və prinsiplərini kobudcasına pozaraq məsciddə qanunsuz “təmir-bərpa işləri” aparması və hansısa xarici şirkəti cəlb etməsi Azərbaycanla yanaşı, bütün İslam dünyasına, dünya mədəniyyətinə qarşı qəsd deməkdir. Bu baxımdan qonşu, dost ölkə olan İranın hansısa şirkətinin bu prosesdə iştirakı bizi çox təəssüfləndirir. Biz bu barədə İranın müvafiq dövlət qurumlarının rəhbərlərinə, eləcə də ölkəmizdəki səfirliyinə dəfələrlə mövqeyimizi bildirmişik. Qeyd etmişik ki, ermənilərin işğalçılıq siyasəti nəticəsində İslam abidələrinin məhv edilməsi və ya tarixinin saxtalaşdırılması bütün İslam dünyasına qarşı yönəlmiş mənəvi terrordur. Hansısa müsəlman ölkəsinin və ya onun vətəndaşının bu mənəvi terrorda iştirakı qəbuledilməzdir. Üstəlik, bütün İslam dünyasının bir araya gəldiyi İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı işğalçı kimi tanıyıb. Bu faktdan sonra hansısa müsəlman ölkəsinin belə bir məsələdə ermənilərlə əməkdaşlığı nə dinimizin, nə beynəlxalq hüququn prinsiplərinə uyğundur. Ümid edirik ki, dost, qardaş İran bu ölkədə yaşayan ermənilərin İran-Azərbaycan münasibətlərinə xələl gətirmək niyyətinin qarşısını alacaqdır.

 
  • Oxunub:  4440  |  
  • Tarix:  08-10-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb

22 Noyabr 13:50
Azərbaycan Milli Məclisinin Sədri MDB Parlament Assambleyasının yubiley sessiyasında iştirak edib
22 Noyabr 13:47
Milli Kitabxanada Xal yazıçı Elçinin kitablarının təqdimatı olub
22 Noyabr 13:01
Bağdad Amreyev: Türk Şurası Transxəzər fiber-optik kabel xəttinin çəkilişini dəstəkləyəcək
22 Noyabr 12:35
Azərbaycan nümayəndə heyəti Rusiyada “Nəqliyyat həftəsi–2019” tədbirində iştirak edib
22 Noyabr 12:35
Professor Əli Birinci: Əhməd bəy Ağaoğlu Azərbaycan və Türkiyə üçün misilsiz xidmətlər göstərib
22 Noyabr 12:30
Dünya Səhiyyə Təşkilatı: uşaq və gənclər getdikcə daha az hərəkət edirlər
22 Noyabr 12:23
Azərbaycandan göndərilən məhsulların 5,8 faizi avtomobil nəqliyyatı ilə daşınıb
22 Noyabr 12:19
Daşkənddə MDB Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilib
22 Noyabr 12:04
Hicran Hüseynova: Azərbaycanda qadın sahibkarların sayı artıb
22 Noyabr 12:01
Nazir: Cənub Qaz Dəhlizinin həyata keçirilməsində ABŞ-ın davamlı dəstəyi təqdirəlayiqdir
22 Noyabr 11:55
Bakıda alpaqut üzrə ikinci dünya çempionatı keçirilir
22 Noyabr 11:54
Komitə sədri: Azərbaycanda zorakılıq halları bir çox ölkələrdən çox aşağıdır
22 Noyabr 11:51
Göyçayda Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub
22 Noyabr 11:47
Siyavuş Novruzov: AXC-Müsavat cütlüyü hakimiyyətdə olduğu dövrdə şiddət-güc ritorikasını onlar kimi düşünməyən hər kəsə qarşı tətbiq edirdi
22 Noyabr 11:40
Naxçıvanda “İdman hamı üçün!” şüarı ilə tədbir keçirilib
22 Noyabr 11:39
Amerikalı diplomatlara Azərbaycanın diplomatik xidmət orqanlarının yubiley medalı təqdim olunub
22 Noyabr 11:27
“OPEC plus” ölkələri neft istehsalının azaldılmasını davam etdirmək barədə qərar qəbul edə bilər
22 Noyabr 11:20
Abşeron rayonunun Qobu qəsəbəsində də 10 yeni fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib
22 Noyabr 11:11
Xing Qu: Maddi mədəni irsin qorunması və davamlı inkişafı məsələsində həmişə Azərbaycanı dəstəkləyirik
22 Noyabr 10:53
Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Bolqarıstanın Daxili İşlər Nazirliyi arasında saziş imzalanıb
22 Noyabr 10:47
UNESKO Dünya Fəlsəfə Gününü qeyd edib
22 Noyabr 10:45
Quba, Qusar və Xızı rayonlarına qar yağıb
22 Noyabr 10:43
Energetika naziri ABŞ-da Azərbaycanın 25 illik nailiyyətlərindən danışıb
22 Noyabr 10:13
Polşa UNESKO-nun İcraiyyə Şurasının üzvü seçilib
22 Noyabr 10:10
Bu gün Azərbaycanın ədliyyə orqanlarının yaradılmasından 101 il ötür
22 Noyabr 10:09
Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 21 dəfə pozub
22 Noyabr 10:01
Əli Həsənov: Mühacir ticarətini quran işbazlar, o cümlədən bu işdə əlini qızdıran bəzi siyasi partiyalar və siyasətçilər üzə çıxacaq
22 Noyabr 09:59
Xəzər türklərinin tarixindən bəhs edən tiralogiya
22 Noyabr 09:55
YAP-ın yaradılmasının 27-ci ildönümü münasibətilə “Neftçi” İdman Sağlamlıq Mərkəzində futbol yarışı keçirilib
22 Noyabr 09:52
Şabran rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb
22 Noyabr 09:49
Görmə məhdudiyyətli insanlar üçün “Nar”ın “Canlı kitab” layihəsi davam edir
22 Noyabr 09:45
Azərbaycanın regionlarında xalçaçılığın inkişafı üçün çox böyük işlər görülür
21 Noyabr 22:05
LDP-nin siyasi şöbəsinin müdiri Akira Amari: Bundan sonra da Yaponiya-Azərbaycan əlaqələrinin inkişafına çalışacağam
21 Noyabr 22:02
Sumqayıtda bu gün istifadəyə verilən “Nizami” kinoteatrı ilk tamaşaçılarını qəbul edib
21 Noyabr 21:58
Yeni Azərbaycan Partiyası: xalqa və dövlətə xidmət amalı
21 Noyabr 21:55
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb
21 Noyabr 21:34
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Çinin ölkəmizdəki səfiri ilə görüşüb
21 Noyabr 21:29
“Daşnaklar Fərqanədən Qarabağa qədər” kitabının təqdimatı olub
21 Noyabr 21:27
Birinci vitse-prezident Mehriban Əliyeva “Lujniki” Olimpiya Kompleksində Gimnastika Mərkəzi ilə tanış olub
21 Noyabr 21:19
AzTU alimlərinin məqalələrinin yüksək indeksli jurnallarda dərc olunması imkanları artırılır
21 Noyabr 21:14
Ədliyyə Nazirliyinin iki əməkdaşına ali xüsusi rütbələr verilib
21 Noyabr 21:13
“Azərbaycan ailəsi-2019” film festivalının qalibləri mükafatlandırılıb
21 Noyabr 21:09
SOCAR və “Özbəkneftqaz” birgə treyder müəssisəsi açacaq
21 Noyabr 21:05
Azərbaycanın və Bolqarıstanın daxili işlər orqanları arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib
21 Noyabr 21:01
Türkiyə Xarici İşlər Nazirliyində Ermənistan-Azərbaycan münaqişəsinə dair müzakirələr aparılıb
21 Noyabr 20:58
Azərbaycan XİN: Nikol Paşinyanın Milanda söylədikləri onun öz əhalisini yanıltmaq cəhdidir
21 Noyabr 20:55
Ankarada “erməni-nasist əməkdaşlığı” mövzusunda konfrans keçirilib
21 Noyabr 20:53
YAP ölkəmizin aparıcı siyası qüvvəsi, regionun ən böyük partiyasıdır
21 Noyabr 20:35
Milli Məclisin Sədri Oqtay Əsədov Sankt-Peterburqda bir sıra görüşlər keçirib
21 Noyabr 20:27
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
21 Noyabr 17:55
Azərbaycan multikulturalizmi Polşada elmi konfransda müzakirə olunub
21 Noyabr 17:48
Hərbi qulluqçular uşaq evlərini ziyarət ediblər
21 Noyabr 17:46
Elman Nəsirov: Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişafının növbəti şərəfli mərhələsini yaşayır
21 Noyabr 17:44
YAP Gəncə şəhər təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub
21 Noyabr 17:42
Sahibə Qafarova: 27 ildə Yeni Azərbaycan Partiyası müstəqil dövlətimizlə birgə addımlayıb, inkişaf edib və bu gün dünya miqyasında geniş nüfuzu olan siyasi təşkilata çevrilib
21 Noyabr 17:35
Təhsil nazirinin müavini Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin iclasında iştirak edib
21 Noyabr 17:31
Türkiyə Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Bakıda səfərdədir
21 Noyabr 17:14
Yeni tikilmiş 39 fərdi yaşayış evini şəhid ailələri və Qarabağ müharibəsi əlillərinın istifadəsinə verilib
21 Noyabr 17:12
UNEC-in kitabxana təcrübəsi öyrənilir
21 Noyabr 17:10
Bakıda “İtaliya mətbəxi həftəsi” keçirilir
21 Noyabr 17:05
Prezident İlham Əliyev Bolqarıstanın Daxili İşlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
21 Noyabr 17:01
YAP Qax rayon təşkilatının üzvləri ictimai-siyasi həyatda fəallıq nümayiş etdirirlər
21 Noyabr 16:49
AHİK sədri Ümum Həmkarlar İttifaqları Konfederasiyasının iclaslarında iştirak edib
21 Noyabr 16:41
Sumqayıt şəhər stadionunun yenidən qurulmasına ilkin olaraq 5 milyon manat ayrılıb – SƏRƏNCAM
21 Noyabr 16:40
AzTU-nun rektoru Fələstin səfiri ilə görüşüb
21 Noyabr 16:21
İqtisadiyyat naziri Moskvada işgüzar görüşlər keçirib
21 Noyabr 16:08
Ədəbiyyat İnstitutunda Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilə görüş
21 Noyabr 15:58
Ermənistan baş nazirinin Milanda səsləndirdiyi cəfəng iddialar azərbaycanlı gənclərin etirazı ilə qarşılanıb
21 Noyabr 15:55
UNESKO Baş Konfransının mədəniyyət komissiyasının iclasında ölkəmiz də təmsil olunub
21 Noyabr 15:51
Pərvin Kərimzadə: Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA