Ana səhifə »  Müsahibə »  10 oktyabr 1993-cü il müstəqil Azərbaycan üçün yeni tarixi mərhələnin başlanğıcıdır
A+   Yenilə  A-
10 oktyabr 1993-cü il müstəqil Azərbaycan üçün yeni tarixi mərhələnin başlanğıcıdır

Milli Məclis Sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova www.yap.org.az saytına müsahibə verib:
- Bahar xanım, müstəqil Azərbaycanın tarixində oktyabr ayı bir neçə əlamətdar hadisə ilə yaddaşımıza həkk olunub. Onlardan biri də müstəqil Azərbaycanda ilk dəfə Prezident seçilən Ümummilli Lider Heydər Əliyevin 26 il əvvəl, oktyabrın 10-da andiçmə mərasiminin keçirilməsidir. Həmin tarixi hadisə barədə fikirlərinizi bilmək istərdik.
- Bu tarixi hadisənin əhəmiyyətinə toxunmazdan öncə, Azərbaycanın xilaskarı olan Heydər Əliyevin 98,84 faiz seçici səsi ilə ilk dəfə ölkə Prezidenti seçilməsinə qədər olan dövrə qısa ekskurs etmək lazımdır. Mən SSRİ-nin dağılmasından sonrakı illəri nəzərdə tuturam. O zaman bütün dünyada gedən proseslər Azərbaycanın daxil olduğu Cənubi Qafqaz regionunda da ciddi kataklizmlər doğurmuşdu. Sovet İttifaqının süqutunu müşayiət edən separatçılıq meyilləri, etnik qarşıdurmalar və silahlı münaqişələr müstəqilliyini bərpa edən bəzi ölkələrin suverenliyini, ərazi bütövlüyünü də sual altına almışdı. Eyni təhlükə ilə üzləşən Azərbaycan elan olunmamış müharibəyə cəlb edilmişdi, təcavüzkar Ermənistan torpaqlarımızın işğalını həyata keçirməkdə davam edirdi.
Həmin dövrdə çevriliş yolu ilə hakimiyyətə gəlmiş AXC-”Müsavat” cütlüyünün ordu quruculuğunda və dövlət idarəçiliyində, habelə xalqın müdafiə qabiliyyətini müharibə şəraitində olan ölkənin təhlükəsizliyinə yönəltmək sahəsində heç bir iş görməməsi Azərbaycanı nəinki müstəqilliyin itirilməsi, ümumiyyətlə, parçalanma təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir çətin dövrdə xalqın təkidli tələbinə və çağırışına biganə qalmayan Heydər Əliyevin hakimiyyətə qayıtması dövlətçiliyin xilası yönündə mühüm addım oldu. Belə ki, 1993-cü il iyunun 9-da Bakıya qayıdan Ümummilli Lider həmin ayın 15-də parlamentin Sədri seçildi. Dörd ay sonra isə, yəni oktyabrın 3-də keçirilən və xalqın seçki məntəqələrinə misli görünməmiş izdihamlı axını ilə müşayiət olunan prezident seçkilərində Heydər Əliyev çox yüksək nəticə ilə dövlət başçısı seçildi. 10 oktyabr 1993-cü il tarixində isə dövlət başçısı kimi andiçmə mərasimi baş tutdu və rəsmi olaraq öz vəzifəsinin icrasına başladı. Bu təqvim, doğrudan da, müstəqil Azərbaycan tarixində elə bir əlamətdar gündür ki, biz hər il keçdikcə onun əhəmiyyətini daha da dərindən dərk edirik.
- Qeyd etdiyiniz kimi, hələ həmin tarixi hadisəyə qədər Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdışı baş tutmuşdu. 10 oktyabra qədər olan 4 ay ərzində Ulu Öndərin gördüyü işlərdən bəhs etməyinizi xahiş edirik.
- Təəssüf hissi ilə qeyd edim ki, həmin dövr ictimai-siyasi və sosial-iqtisadi baxımdan çox mürəkkəb və gərgin keçmişdi. Əvvəlki dövlət başçısı öz postunu tərk etmiş, hakimiyyətdə yüksək vəzifədə çalışanların bir çoxu isə öz vəzifələrini icra etməkdən imtina etmişdilər. Üstəlik, əlacsız qaldıqları üçün Heydər Əliyevin hakimiyyətə gəlməsinə razılıq verənlər daha sonra hər vəchlə çalışırdılar ki, parlamentin Sədri seçilən və daha sonra Prezident səlahiyyətlərini icra edən Ümummilli Lider Azərbaycan dövləti üçün görülməsi vacib olan işləri həyata keçirə bilməsin. Onlar bununla da gələcək tarixi qınaqdan və məsuliyyətdən özlərini sığortalamaq istəyirdilər.
Ulu Öndərin üzərində olan tarixi məsuliyyət isə çox böyük idi. Vəziyyət elə gətirdi ki, O, Prezident səlahiyyətlərini Öz üzərinə götürməklə yanaşı, Ali Baş Komandan vəzifəsini də icra etməli oldu. Mövcud olmayan bir ordunun komandanlığını yerinə yetirməyin nə dərəcədə ağır olduğunu təsəvvür etmək, mənə elə gəlir, o qədər də çətin olmaz. Qarşıda ayrı-ayrı siyasi qruplaşmaların nəzarətində olan silahlı dəstələri bir araya gətirmək, onları vahid komandanlıq altında birləşdirmək, dövlətin və vətəndaşların təhlükəsizliyini təmin etmək kimi məsuliyyətli vəzifələr dayanırdı.
Belə bir şəraitdə bəzi vacib qanunların qəbul edilməsi, xüsusilə nəzərdə tutulan prezident seçkilərinə hazırlığın aparılması, bu seçkilərin müasir standartlara uyğun şəkildə keçirilməsi, legitim prezident hakimiyyətinin formalaşdırılması həmin dövr üçün prioritet məsələ idi.
Xatırladım ki, Ümummilli Lider həmin vaxt yaranmış gərgin və mürəkkəb vəziyyətdən çıxış yollarını arayırdı. Məsləhətləşmə üçün O, ilk olaraq siyasi partiyalara müraciət etdi. Heydər Əliyev çətinliklə də olsa, bütün siyasi qüvvələri dinləməyi özünə borc bilirdi. Bununla həm də 1992-ci ilin noyabrında yaratdığı Yeni Azərbaycan Partiyasının Sədri, bir siyasi partiya lideri kimi Heydər Əliyev siyasi mədəniyyətin formalaşması üçün əlindən gələni etdi. Problemlər çox olsa da, Ulu Öndər hüquqi dövlət quruculuğu prosesində vacib olan işlərin öhdəsindən lazımınca gələ bildi.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, prezident seçkilərinə qədər Heydər Əliyev həm ordu quruculuğunda, həm iqtisadi tənəzzülün aradan qaldırılmasında, həm də vətəndaş təhlükəsizliyinin və insan hüquqlarının təmin olunması istiqamətində çox ciddi addımlar atdı.
Bu addımların atılması da xalqda öz gücünə, öz potensialına inamı formalaşdırdı. Ən azı ona görə ki, Ulu Öndər Azərbaycanda ikinci dəfə hakimiyyətə gələn dövrə qədər xalqın gələcəyə, sabaha ümidi az idi. Bu mənada, düşünürəm ki, o dövrdə Heydər Əliyevin ən böyük xidməti xalqın öz gücünə inamını bərpa etməsi oldu. Öz gücünə və potensialına inanan xalq, təbii ki, seçdiyi liderin arxasınca getməyə, qaldırdığı bayrağın altında birgə addımlamağa, dövlət və dövlətçilik üçün bütün çətinlikləri aşmağa hazır idi. 3 oktyabrda keçirilən seçkilər isə bir sınaq idi. Bu sınaqdan xalq özünəinam hissi ilə, Heydər Əliyev isə qalib lider kimi çıxdı. Bu sınağın nəticələri isə 10 oktyabrda keçirilən möhtəşəm andiçmə mərasimi ilə təsdiqləndi. Həmin tarix Azərbaycanda sabitliyin, tərəqqinin, əmin-amanlığın, dinamik inkişafın başlanğıcı oldu. Prezident kimi rəsmi olaraq səlahiyyətlərinin icrasına başlayan Ulu Öndərin qısa müddət ərzində gördüyü işlər isə xalqın öz seçimində yanılmadığını sübut etdi.
- Bahar xanım, həmin tarixi hadisədən sonra xalqda gələcəyə inam yaradan bu işlər barədə bir qədər geniş danışmağınızı istərdik.
- Əvvəla, bir məqamı xatırladım ki, istənilən siyasi liderin uğur qazanmasının şərtləri var. Təbii ki, onun mənsub olduğu xalqın, millətin keçdiyi yol, həmin siyasi liderin yetişdiyi dövr, siyasi liderə tələbatı şərtləndirən əsas məsələlər burada mühüm rol oynayır. Bu baxımdan, təsadüfi deyildi ki, xalqın mütləq əksəriyyəti həmin dövr üçün Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasını layiqincə yerinə yetirəcəyinə inanırdı. Bu inam da Ulu Öndərin keçdiyi ömür yolu, Onun fəaliyyəti ilə əlaqədar idi. Çünki O, bütün həyatını canından da çox sevdiyi xalqına xidmətə həsr etmişdi. Azərbaycana ilk dəfə rəhbərliyi dövründə, üstəlik, Sovet İttifaqının rəhbərliyində təmsil olunduğu zaman Heydər Əliyevin bütün ölkə miqyasında mühüm və yüksək vəzifələrdə təcrübəsi, SSRİ-ni və Azərbaycanı əhatə edən daxili və xarici mühit haqqında məlumatlı olması Onun liderlik məharətini şərtləndirirdi. Digər tərəfdən, təmsil etdiyi xalqı yaxşı tanıyan Heydər Əliyev onun mentalitetinə, milli-mənəvi dəyərlərinə, keçdiyi tarixi yola, yaratdığı bütün irsə bələd idi. Bütün bunların doğurduğu müsbət keyfiyyətlər də Ümummilli Liderin şəxsiyyətində cəmləşmişdi.
Bu baxımdan, həmin dövrdə Onun şəxsiyyətinə olan inam birinci və həlledici məqam idi. Xalqın üzünü Heydər Əliyevə tutmasının, Onu xilaskar rolunda görməsinin əsas səbəbi birmənalı olaraq Onun şəxsiyyəti ilə bağlı idi. O, bütün gərgin vəziyyətlərdən çıxış yolunu doğru müəyyənləşdirən, heç bir zaman qətiyyətli mövqeyindən geri çəkilməyən, həyəcana və emosiyaya qapılmayaraq, hər kəsi dinləyərək soyuqqanlı bir şəkildə lazımi qərarı qəbul etmək iqtidarında olan böyük düha idi. Məhz bu səbəbdən xalqımız Azərbaycanı xilas edəcək yeganə şəxsiyyətin məhz Heydər Əliyev olacağına inanırdı və bu seçim də özünü doğrultdu.
Bir daha qeyd edim ki, Ulu Öndər müstəqilliyinə yenicə qovuşmuş Azərbaycanın çox çətin dövründə dövlət başçısı seçildi. Beynəlxalq hüququn bütün prinsiplərini pozan təcavüzkar Ermənistan ərazilərimizin işğalını davam etdirirdi. Təbii ki, bu vəziyyətdə bir Prezident və Ali Baş Komandan kimi Heydər Əliyev işğal prosesini dayandırmaq, döyüş meydanında Azərbaycanın üstünlüyünü təmin etmək, atəşkəsə nail olmaq, həmçinin daxildə sabitliyi təmin etmək üçün çox ciddi və tarixi addımlar atdı. Prezident seçildikdən dərhal sonra Vətənin müdafiəsi üçün Azərbaycan xalqına müraciət edən Ümummilli Lider vətəndaşların, o cümlədən gənclərin kütləvi şəkildə ordu sıralarına qoşularaq, torpaq uğrunda döyüşlərə atılmasına nail oldu.
Beləliklə, düşmənin döyüş meydanında məğlubiyyəti ilə müşayiət olunan hərbi əməliyyatların, o cümlədən Azərbaycanın hərb tarixində, ümumiyyətlə, Qarabağ müharibəsi dövründə həlledici hesab edilən Horadiz əməliyyatından sonra işğalçı tərəfin atəşkəs sazişini imzalamağa məcbur qalması Ümummilli Lider Heydər Əliyevin qısamüddətli fəaliyyətinin konkret nəticəsi idi. Atəşkəs əldə edildikdən sonra sosial-iqtisadi inkişaf, dövlət quruculuğu yönündə atılan addımlar Azərbaycanın sonrakı inkişafına təkan oldu, uzaqgörən və müdrik siyasətin uğurunu şərtləndirdi.
- 10 oktyabr 1993-cü il tarixindən sonra Ulu Öndərin ölkəmizin gələcək inkişafı üçün daxili və xarici siyasət sahəsində atdığı addımlar haqqında nə deyə bilərdiniz?
- Təbii ki, dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başlayandan sonra Ümummilli Lider daxili siyasətlə yanaşı, xarici siyasətdə bir çox uğurlara imza atdı. Azərbaycanın mövqeyini gücləndirmək üçün həmin dövrdə ölkəmizə səfərə gələn bütün qonaqlara, habelə özünün xarici səfərlərində görüşdüyü yüksəkvəzifəli şəxslərə hər fürsətdə Azərbaycanın ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müfəssəl məlumat verirdi. Eyni zamanda, Azərbaycanın haqlı mövqeyini beynəlxalq aləmə çatdırmaq üçün dövlətimizin BMT-nin bütün qurumları ilə fəaliyyəti genişləndirildi, beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələr yaradıldı.
Bunun nəticəsində ölkəmizin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı düşdüyü informasiya blokadası yarıldı və Azərbaycan malik olduğu enerji resurslarının istismarı üçün dünyaya açıq olduğunu da nümayiş etdirdi.
Beləliklə, Heydər Əliyev şəxsiyyəti təkcə Azərbaycan üçün deyil, bu bölgədə marağı olan beynəlxalq güclər üçün də əsas fiqur rolunu oynayırdı. Onlar öz maraqlarını təmin etmək istəyir, Ulu Öndər isə böyük siyasi ustalıqla və müdrik gedişlərə qarşılıqlı maraqların təmin olunması, ən əsası da, Azərbaycanın mövqeyinin gücləndirilməsi, dövlətimizin maraqlarının önə çıxarılması yönündə çalışırdı. Son nəticədə Heydər Əliyev böyük işlər görməyi bacardı. Belə ki, dünyanın nəhəng aparıcı xarici şirkətləri müharibə gedən, ərazisinin bir qismi işğal altında olan bir ölkəyə milyardlarla sərmayə qoymağa razı oldular.
1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanmasından sonrakı prosesdə əsas ixrac neft kəməri təkcə Azərbaycan neftini xarici bazarlara çıxaran boru deyil, həmçinin ölkəmiz və bölgəmiz üçün bir “təhlükəsizlik kəməri” rolunu oynadı. Ulu Öndər məhz belə nəhəng və tarixi önəm daşıyan layihələrin müəllifidir. Əgər O, böyük ustalıqla, peşəkarcasına həmin prosesi o dövrün çətinlikləri içərisindən keçirib sona çatdırmasaydı, təbii ki, Azərbaycan bugünkü uğurlarına nail ola bilməzdi. “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyi ilə bağlı tədbirdə çıxışında dövlət başçısı İlham Əliyev də həmin tarixi hadisənin önəmini xüsusi vurğulayıb. Onu qeyd edim ki, illər ötdükcə tarix bu xidmətləri daha yüksək qiymətləndirəcək.
- Bahar xanım, sonda dövlət başçısı seçildikdən sonra Ümummilli Liderin müstəqil Azərbaycanın dövlətçiliyinin inkişafında və siyasi sistemində hansı yeniliklərin müəllifi olduğu barədə danışardınız.
- Məlum olduğu kimi, Heydər Əliyev hakimiyyətə gələnə qədər müstəqil Azərbaycanda bir neçə dəfə hakimiyyət dəyişikliyi olmuşdu. Hakimiyyətə yeni gələnlər özündən əvvəlkilərin gördükləri işi gözdən salmağa çalışır, gedənlərə qarşı mübarizə aparmaqla məşğul olurdular. Amma Ulu Öndər yüksək siyasi mədəniyyət nümunəsini ortaya qoymaqla Azərbaycanda siyasi proseslərin bir an belə dayanmasına imkan vermədi. Belə ki, Heydər Əliyev 1993-cü ildə dövlət başçısı seçiləndən sonra Azərbaycanı uçurumun kənarına gətirmiş dairələrin cəmləşdiyi siyasi partiyaların üzvlərinə, onun rəhbərlərinə heç bir maneə törədilmir, üstəlik, onlara sərbəst şəkildə fəaliyyət göstərmək imkanı yaradılırdı. Azərbaycan hakimiyyətinə qarşı müxalifətdə olsalar da, Ümummilli Lider Öz opponentlərinə qayğı ilə yanaşırdı.
Digər tərəfdən, Heydər Əliyev xalqa öz gücünə istinad etməyin ən çətin məqamlardan yeganə çıxış yolu olduğunu təlqin edə bildi. Separatçıların fəaliyyətinə, silahlı mübarizə yolu ilə hakimiyyəti qəsb etmək ənənəsinə birdəfəlik son qoydu. Azərbaycandakı siyasi qüvvələrə hakimiyyətə gəlməyin yeganə qanuni yolunun ədalətli seçkilər olduğunu göstərə bildi.
İki il sonra, 1995-ci ilin noyabrında ilk parlament seçkiləri, ilk Konstitusiyamızın qəbulu üçün ümumxalq səsverməsi keçirildi. Bu proseslər ictimai-siyasi sabitliyin təmin olunmasında əssas amil rolunu oynadı. Buna nail olmağın əsasında isə Ümummilli Liderin siyasətinin geniş xalq kütlələri tərəfindən dəstəklənməsi dayanırdı. Məhz bu səbəbdən Ulu Öndərin irsini beynəlxalq əhəmiyyətli siyasi-politoloji irs kimi dəyərləndirmək lazımdır. Çünki Heydər Əliyev Azərbaycan dövlətini qurmaq, xalqımızı təhlükələrdən xilas etmək kimi böyük bir missiyanı yerinə yetirməklə yanaşı, belə bir çətin şəraitdə demokratik, müasir, öz potensialına, öz vətəndaşlarının gücünə söykənən bir dövlət qurmağın mümkünlüyünün nümunəsini yaratdı. Məhz buna görə O, xalqın qəlbində və Onun ideyalarının təcəssümü olan əməllərində yaşayır.
Heydər Əliyev dünya çapında özünəməxsus yeri və nüfuzu olan siyasi xadim kimi canından artıq sevdiyi Azərbaycanın beynəlxalq aləmdə söz sahibinə çevrilməsi üçün mümkün olan hər şeyi etdi, ölkəmizin bir çoxlarına nümunə ola biləcək yeni nəsil dövlət modelinin əsasını qoydu.
Bu gün Heydər Əliyevin fəaliyyətini davam etdirən siyasi varisi, Onun müəllifi olduğu dövlətçilik modelini inkişaf etdirən İlham Əliyev dövlət başçısı, lider kimi siyasi meydanda tək deyil. Heydər Əliyevin dövründə olduğu kimi, xalq öz lideri İlham Əliyevin yürütdüyü siyasətin, ölkədə gedən ictimai-siyasi və sosial-iqtisadi proseslərin bərabərhüquqlu iştirakçısıdır. Lider və xalqımızı birləşdirən isə Ulu Öndərin müəyyənləşdirdiyi yol, onun əsasında dayanan Azərbaycançılıq ideologiyasıdır. Ona görə də biz 26 il bundan əvvəl baş vermiş tarixi hadisəni yada salarkən Azərbaycanın müstəqillik dövrünün yeni mərhələsinin başlanmasının əsasını qoyduğuna görə Ümummilli Lider Heydər Əliyevə və xalqımızın müdrikliyinə minnətdar olmalıyıq. Çünki xalqımız Onu dövlət başçısı, Lider olaraq seçdi, Ona dəstək oldu və bu gün də Onun müəyyənləşdirdiyi yolla inamla irəliləyir.

 
  • Oxunub:  5520  |  
  • Tarix:  10-10-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Əlibaba Məmmədovun evində qonaq olub

05 Dekabr 21:50
Heydər Əliyev Fondu Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonuna görə xüsusi mükafata layiq görülüb
05 Dekabr 21:45
Növbəti illərdə ATƏT-ə sədrlik edəcək ölkələrin adları müəyyənləşib
05 Dekabr 21:37
DİN vakant post-patrul xidmətinə qəbulla əlaqədar müsabiqə elan edir
05 Dekabr 21:34
Azərbaycanın Xarici İşlər naziri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb
05 Dekabr 21:31
Azərbaycanla Asiya İnkişaf Bankının əməkdaşlığının 20 illiyi qeyd olunub
05 Dekabr 21:28
“Rossiya-24” telekanalı “Bakutel-2019” sərgisi ilə bağlı reportaj yayımlayıb
05 Dekabr 21:19
ATƏT-in Minsk qrupuna daxil olan həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərləri bəyanat yayıblar
05 Dekabr 20:45
Azərbaycan və Ukrayna arasında nəqliyyat sahəsində mövcud əməkdaşlıq müzakirə olunub
05 Dekabr 19:37
Elmar Məmmədyarov: Azərbaycan ərazilərinin hərbi işğalı həll yolu deyil və heç vaxt Ermənistanın istədiyi siyasi nəticəni verməyəcək
05 Dekabr 19:07
Şamaxıda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş binada yaradılmış şəraitlə tanışlıq
05 Dekabr 19:00
Prezident İlham Əliyev Şamaxı rayonuna səfərə gəlib
05 Dekabr 18:55
Şamaxıda "ASAN Həyat" kompleksinin açılışı olub
05 Dekabr 18:15
Prezident İlham Əliyev Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci kilometrlik hissəsinin açılışında iştirak edib
05 Dekabr 17:54
Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq
05 Dekabr 17:45
Azərbaycan-Qırğızıstan əlaqələrinin inkişaf perspektivləri barədə müzakirələr aparılıb
05 Dekabr 17:34
Görkəmli xanəndə Əlibaba Məmmədovun anadan olmasının 90 illiyi qeyd olunacaq
05 Dekabr 17:15
Dövlət Komitəsində gənc könüllülərlə görüş olub
05 Dekabr 17:05
Əli Əhmədov: Yeni Azərbaycan Partiyası bütün partiyaları Milli Məclisə keçiriləcək seçkilərdə iştiraka, öz gücünü sınamağa, xalqla səmimi dialoq şansından faydalanmağa çağırır
05 Dekabr 16:47
Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib - SƏRƏNCAM
05 Dekabr 16:47
Madriddə İmadəddin Nəsiminin 650, Aşıq Veysəlin isə 125 illiyi qeyd olunub
05 Dekabr 16:31
Qida zəncirinin mərhələlərində beynəlxalq standartların tətbiqi müzakirə olunub
05 Dekabr 16:10
Türkiyə qəzetləri Azərbaycanda həyata keçirilən islahatlardan yazır
05 Dekabr 16:07
2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
05 Dekabr 16:01
Dövlət Komitəsinin sədri Abşeronda vətəndaşları qəbul edib
05 Dekabr 16:00
YAP Nərimanov rayon təşkilatında bələdiyyə üzvlüyünə qadın namizədlərlə görüş keçirilib
05 Dekabr 15:48
YAP İcra Katibliyində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov mətbuat konfransı keçirib
05 Dekabr 15:41
Bakıda Gənc Sahibkarlar Forumu keçiriləcək
05 Dekabr 15:37
Zakir Həsənov Pakistan səfiri ilə görüşüb
05 Dekabr 15:30
Çavuşoğlu: "Ərazi bütövlüyünə əsaslanaraq Dağlıq Qarabağ münaqişəsinin həllini tapmalıyıq”
05 Dekabr 15:14
Müdafiə naziri cəbhəboyu zonada artilleriyaçıların döyüş hazırlığını yoxlayıb
05 Dekabr 15:09
Formula 1 Azərbaycan Qran-Prisi üçün könüllülərin qeydiyyatına başlanıb
05 Dekabr 15:08
Nizami rayonunun qadın seçiciləri YAP-ın namizədlərinə səs verəcəklər
05 Dekabr 15:04
Bakıda “Dövlət idarəçiliyində səriştə modeli: çətinliklər və həll yolları” mövzusunda seminar keçirilir
05 Dekabr 15:01
Nazir Zakir Həsənov cəbhəboyu zonadakı hərbi hissələrdə aparılan tikinti işlərinin gedişi ilə tanış olub
05 Dekabr 14:58
Fuad Muradov: Bu günədək 88 diaspor təşkilatı 69 fərdi şəxs müvafiq elektron qeydiyyatdan keçib
05 Dekabr 14:56
Nazirlər Kabinetinin Qərarı ilə Yeni il bayram tətilinin fasiləsizliyi və uzunmüddətliliyi təmin edilib
05 Dekabr 14:53
Elçin Əhmədov: Azərbaycanın dinamik inkişafı Prezident İlham Əliyev tərəfindən uğurla və novatorcasına aparılan siyasətin nəticəsidir
05 Dekabr 14:50
Bakıda dövlət qulluğunda insan resurslarının idarə olunması mövzusunda beynəlxalq konfrans keçirilir
05 Dekabr 14:48
Komitə sədri: “Soydaşlar və diaspor təşkilatları haqqında” yeni qanun layihəsi demək olar ki, hazırdır
05 Dekabr 14:46
Pərvin Kərimzadə: Azərbaycanın Birinci vitse-prezidentinin humanist addımı sənətə, sənətkara hörmətin təsdiqidir
05 Dekabr 14:44
Yüz milyon oxucusu olan "China Daily" Azərbaycandakı islahatlardan yazır
05 Dekabr 14:43
Argentina səfiri: AZƏRTAC–ın ispan dilində xəbər yayması təqdirəlayiqdir
05 Dekabr 14:39
AzTU-da Belarus Dövlət Rabitə Akademiyası ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb
05 Dekabr 13:10
Bakıda "Nəsimi 650: haqqın carçısı" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilir
05 Dekabr 09:55
5 dekabr – Beynəlxalq Könüllülər Günüdür
05 Dekabr 09:37
Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatları birmənalı şəkildə dəstəkləyir
05 Dekabr 09:35
Regionlarda heyvandarlıq məhsulları istehsalını daha da artırmaq məqsədilə yeni təsərrüfatlar yaradılır
05 Dekabr 09:32
Pambıq qəbulu məntəqələrinə bu günədək 293 min tondan çox məhsul təhvil verilib
05 Dekabr 09:31
Bakcell Bakutel - 2019 sərgisində: ən üstün şəbəkə və müştəri təcrübəsi
05 Dekabr 09:29
Azercell Bakutel çərçivəsində yeni əməkdaşlıqlara imza atdı
04 Dekabr 21:29
Naxçıvanda Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyi qeyd olunub
04 Dekabr 21:26
Azərbaycan Prezidenti İlham Əliyev “Bakutel-2019” sərgisi ilə tanış olub
04 Dekabr 21:25
İzmir şəhərində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan anım tədbiri keçirilib
04 Dekabr 21:09
Azərbaycan nümayəndə heyəti İran Prezidenti Administrasiyasının rəhbəri ilə görüşüb
04 Dekabr 21:04
Prezident İlham Əliyev: Azərbaycanda aparılan köklü islahatlar bütün sahələri əhatə edir
04 Dekabr 20:57
Rufiz Qonaqov: Azərbaycanın dünya birliyində nüfuzu, dövlətlərarası münasibətlərdə çəkisi artır
04 Dekabr 20:55
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Beynəlxalq Telekommunikasiya İttifaqı regional təşəbbüs layihəsi imzalayıb
04 Dekabr 20:49
Prezident İlham Əliyev: Ölkəmizin uğurlu inkişafı danılmaz həqiqətdir
04 Dekabr 20:47
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
04 Dekabr 20:46
Beyləqan, Xocavənd, Cəbrayıl və Füzuli rayon təhsil şöbələri müdirlərinin hesabat məruzələri dinlənilib
04 Dekabr 20:41
Azərbaycan Prezidenti: Kadr islahatları davam etdiriləcək
04 Dekabr 20:30
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
04 Dekabr 20:25
Səfa Mirzəyev: Konstitusiya Məhkəməsi Milli Məclisin səlahiyyətlərinin parlamentin yeni tərkibi formalaşanadək saxlanılmasını nəzərə alıb
04 Dekabr 20:23
Mədəniyyət naziri Əbülfəs Qarayev Bəhreyn Krallığının ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb
04 Dekabr 20:22
BDU-da Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi ilə görüş keçirilib
04 Dekabr 20:17
Hakimliyə namizədlərlə yazılı imtahan keçiriləcək
04 Dekabr 20:13
“Könüllülük sərhəd tanımır!” devizi altında silsilə tədbirlərin təşkilinə 500 gənc cəlb olunub
04 Dekabr 20:10
YAP Qaradağ rayon təşkilatında seçicilərlə görüş keçirilib
04 Dekabr 20:10
Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Əlibaba Məmmədovun evində qonaq olub
04 Dekabr 17:50
Bratislavada Azərbaycanın və Ermənistanın Xarici İşlər nazirlərinin görüşü keçirilir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA