Ana səhifə »  Müsahibə »  Prezident İlham Əliyevin müəllifi olduğu yeni islahatlar strategiyası inkişafı sürətləndirməkdədir
A+   Yenilə  A-
Prezident İlham Əliyevin müəllifi olduğu yeni islahatlar strategiyası inkişafı sürətləndirməkdədir

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov www.yap.org.az saytına müsahibə verib:
- Aydın müəllim, 2019-cu ilin ötən 9 ayının sosial-iqtisadi yekunlarını necə qiymətləndirərdiniz?
- 2019-cu ilin ötən 9 ayı ərzində ölkəmizin sosial-iqtisadi inkişafı davam edib, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli irəliləyişlərə nail olunub, əhalinin rifah halının daha da yüksəldilməsi təmin edilib. Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə də qeyd olunduğu kimi, cari ilin 9 ayı ölkəmiz üçün uğurlu olub. Bu uğurların əldə olunmasında son bir ildə başlanmış yeni islahatların mühüm təsiri olubdur. Cənab Prezidentin də vurğuladığı kimi, əldə edilmiş sosial və iqtisadi nəticələr müsbətdir, biz düzgün yoldayıq, islahatlara alternativ yoxdur. Bu dövrdə əldə edilmiş sosial və iqtisadi nəticələr aparılan məqsədyönlü, sistemli və düşünülmüş islahatların məntiqi nəticəsidir. 2019-cu ilin 9 ayı ərzində iqtisadi artım təmin edilib. Azərbaycan iqtisadiyyatı neftdən asılı olmadan inkişaf edib. Qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çox olub. Qeyri-neft sənayesi sahəsində yüksək göstəricilər əldə olunub, 15 faizdən çox artım baş veribdir. Bu, onu göstərir ki, son illərdə aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar öz bəhrəsini verir. Son illərdə kənd təsərrüfatına böyük investisiyaların qoyulması və bu sahəyə göstərilən dövlət dəstəyi tədbirləri sayəsində aqrar sektorda 7 faizdən çox artım əldə edilib. Digər iqtisadi göstəricilərimiz də müsbətdir. İnflyasiya çox aşağı səviyyədədir, 2 faizdən bir qədər çoxdur. Yeri gəlmişkən onu qeyd etmək istərdim ki, 2019-cu ildə çox böyük sosial paketin reallaşması sayəsində 4 milyon 200 mindən çox insanın maddi vəziyyətinin yaxşılaşması və bu sosial tədbirlərə dövlət büdcəsindən 1 milyard manatdan artıq vəsaitin ayrılmasına baxmayaraq, ölkəmizdə inflyasiyanın səviyyəsi sabit qaldı. Bəzi şəxslər hesab edirdilər ki, bu həcmdə böyük artımlar qiymətlərin bahalaşmasına, inflyasiyanın sürətlənməsinə səbəb olacaq. Ancaq dövlətimizin yürütdüyü uğurlu siyasət sayəsində inflyasiyanın sabit qalması təmin edildi.
- İqtisadi artımın əldə olunmasında aparılan islahatlar hansı dərəcədə rol oynamaqdadır?
- Məlum olduğu kimi, 2019-cu ilin əvvəllərindən başlayaraq iqtisadiyyatda yeni islahatların başlanması “kölgə iqtisadiyyatı”nın azalmasında və şəffaflığın təmin edilməsində mühüm rol oynamaqdadır. Aparılan islahatlar iqtisadi idarəetmədə yeniliklərin tətbiq olunması ilə müşayiət edilməkdədir, bu islahatlar bütün sahələrdə hesabatlılığın, maliyyə intizamının və şəffaflığın təmin edilməsini möhkəmləndirir. Şəffaf iqtisadiyyat iqtisadi imkanların daha da artmasını təmin edir. Məhz şəffaflıq və yeni yanaşma nəticəsində birinci rübdə böyük məbləğdə əlavə vəsait əldə edilib, iqtisadi potensialımız, maliyyə imkanlarımız da güclənib. Cənab Prezident bunu müşavirədə xüsusilə vurğuladı və bildirdi ki, aparılan yeni islahatlar, vergi və gömrük sahələrində təmin edilən şəffaflıq öz səmərəsini verməkdədir. Gömrük və vergi orqanları doqquz ayda büdcəyə plandan əlavə 700 milyon manatdan çox vəsait ödəyibdir. Bu, şəffaflıq, dürüstlük sayəsində, sahibkarların uçotunun düzgün qurulması nəticəsində mümkün olubdur.
- Beynəlxalq maliyyə institutlarının son hesabatlarında da ölkəmizdə aparılan islahatlar təqdir olunmaqdadır. Həmin hesabatları necə şərh edərdiniz?
- Azərbaycanda davam etdirilən iqtisadi islahatları Dünya Bankı, Ümumdünya İqtisadi Forumu, Asiya İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu və digər aparıcı beynəlxalq maliyyə qurumları da yüksək qiymətləndirməkdədirlər. Bu günlərdə Dünya İqtisadi Forumu tərəfindən nəşr edilən “Qlobal Rəqabətlilik İndeksi”ndə ölkəmiz 11 pillə irəliləyərək 58-ci mövqedə qərarlaşıb.
Hesabatı təhlil etdikdə görərik ki, Azərbaycan 141 ölkə arasında ən böyük yüksəliş balı əldə edib, Cənubi Qafqaz ölkələri arasında lider, MDB ölkələri arasında isə ilk üçlükdədir. Yaxud Azərbaycan Dünya Bankının “Doing Business 2020” hesabatında iqtisadi islahatlar aparan ən yaxşı 20 ölkə sırasında yer alıbdır. Bu hesabatlarda Azərbaycanın mövqeyinin yaxşılaşması birbaşa son illərdə dərinləşən islahatların nəticəsi olaraq xarakterizə olunmalıdır. Bütün bunlar təsdiqləyir ki, Azərbaycan hökumətinin apardığı islahatlar mütəmadi olaraq əksər indikatorlar üzrə mövqeyin daha üst səviyyəyə qalxmasına imkan veribdir. Bu uğurlar Azərbaycan Prezidentinin həyata keçirdiyi sosial-iqtisadi siyasətin alternativsiz olduğunu və aparılan islahatların cəmiyyətin bütün təbəqələrinin, o cümlədən biznes subyektlərinin mənafelərini əks etdirdiyini bir daha göstərir. Azərbaycan hökuməti növbəti dövrlərdə də islahatları davam etdirəcək və beynəlxalq aləmdə mövqeyimiz daha da yaxşılaşacaq, ölkəmiz yenə də liderliyini qoruyub saxlayacaq.
- Dövlətimizin başçısı islahatlara kölgə salan, hələ də köhnə təfəkkürlə işləyən dövlət məmurlarının olmasına da diqqət çəkdi, bu istiqamətdə kadr islahatlarının aparılacağının anonsunu da verdi...
- Tamamilə doğru qeyd edirsiniz, Prezident İlham Əliyev çox mühüm tapşırıqlar verdi və bildirdi ki, ötən il keçirilən prezident seçkilərindən sonra andiçmə mərasimindəki çıxışımda Azərbaycanda başlanılan yeni islahatların əsas istiqamətləri üzrə hədəfləri elan etdim. İslahatların əsas hədəflərindən biri də dövlət qurumlarının fəaliyyətinin yeni dövrə, çağırışlara uyğun qurulmasıdır. Yeni çağırışlar nədir? Yeni hədəflər bürokratik idarəetmədən uzaqlaşmaqdır, şəffaflıqdır, köhnə məmurçuluqdan əl çəkməkdir, vətəndaşa xidmət etməkdir, yeniliyə uyğunlaşmaqdır. Təəssüf ki, dövlət orqanlarında olan bəzi vəzifəli şəxslər iqtisadi və sosail sahədə bir sıra xoşagəlməz halların baş verməsinə səbəb olurlar, islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə hökumətin işinə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar. Ona görə də köhnə təfəkkürə malik bu adamlarla sürətlənən islahatlar kursunda bərabər addımlamaq mümkün deyil, artıq yeni komandada onlarla davam edilə bilməz. Dövlət başçısı da konkret və qəti xəbərdarlıq etdi, bütün dövlət məmurları artıq dərinləşdirilən bu islahatların ruhuna uyğun işləməlidirlər. Əgər bacarmırlarsa, belə adamlarla bir yolun yolçusu ola bilmərik.
- Dövlət başçısı 2020-ci ilin dövlət büdcəsi layihəsinin hazırlandığını və büdcə ilə əlaqədar hökumət üzvlərinə tapşırıqlar verildiyini də bildirdi. Gələn ilin büdcə layihəsini necə dəyərləndirərdiniz?
- Cənab Prezidentin də bəyan etdiyi kimi, hökumət üzvləri artıq neçə vaxtdır ki, yeni büdcə paketi üzərində işləyirlər. Məlum olduğu kimi, Maliyyə Nazirliyi tərəfindən hazırlanmış “Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama” ötən ay hökumətə təqdim edilib. Həmin sənədin göstəricilərinə əsasən qeyd etmək mümkündür ki, 2020-ci ilin dövlət büdcəsi layihəsi kifayət qədər praqmatik, nikbin və təmkinli ssenarilər əsasında hazırlanır. 2020-ci ildə icmal büdcə xərclərinin yuxarı həddi cari ilin təsdiq olunmuş icmal büdcə xərclərinin 103 faizindən çox olmamaqla xərclənə bilən neft gəlirləri ilə qeyri-neft və digər daxilolmaların proqnozunun cəminə əsaslanır. 2019-cu ildə olduğu kimi, 2020-ci il və orta müddətli dövrdə də icmal büdcə xərclərinin yuxarı həddi bu qaydaya uyğun olaraq müəyyən ediləcəkdir. 2020-ci ilin dövlət büdcəsinin gəlirləri isə 24,484 mln. manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1,316 mln. manat və ya 5,7 faiz çoxdur. Büdcədə artımın əsas mənbəyi qeyri-neft gəlirləridir. Qeyri-neft gəlirlərinin artım tempi 11,3 faizdir, yəni cari illə nisbətdə 1 milyard 68 milyon manat. Ümumilikdə, gələn ilin büdcə gəlirlərinin tərkibində qeyri-neft gəlirləri 10 milyard 536,5 milyon manat olmaqla payını 43 faizə çatdırmış olacaq. 2020-ci ildə dövlət büdcəsinin xərcləri isə 25 milyard 618,2 mln. manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 428,2 mln. manat çoxdur. Ümumilikdə, 2020-ci ilin büdcəsi həm sosialyönümlü, həm də investisiyayönümlü olacaqdır.
- Ölkəmizin qarşıdakı dövrdə sosial-iqtisadi inkişafını necə proqnozlaşdırardınız?
- Azərbaycan Prezident İlham Əliyevlə yeni davamlı uğurların və uzunömürlü xoşbəxt gələcəyin astanasındadır. Reallıq bundan ibarətdir ki, Azərbaycan, həqiqətən, zəngin bir ölkəyə çevrilmək mərhələsinə daxil olub. Yeni iqtisadi idarəetmənin və şəffaf iqtisadiyyatın qurulması Azərbaycanın yaxın illərdə yüksək inkişafa və keyfiyyətli həyat şəraitinə çatmasına imkan verəcəkdir. Respublikamızda qeyri-neft sektorunun yüksək inkişaf perspektivləri, iqtisadiyyatın şaxələndirilməsi Azərbaycanın yaxın onillikdə qeyri-neft məhsullarının ixracatçısı kimi dünyada böyük nüfuza malik olmasını təmin edəcək. Qarşıdakı illərdə demokratik cəmiyyətin, liberal bazar münasibətlərinə əsaslanan iqtisadi siyasətin yeni müstəvidə və modern mərhələdə gücləndirilməsi, neft gəlirlərinin məqsədyönlü idarə olunması və birbaşa insan amilinə, yəni intellektual kapitala yönəlməsi, qeyri-neft sahələrinin innovativ iqtisadiyyatın baş xəttinə çevrilməsi, kiberinformasiya cəmiyyətinin formalaşdırılması, ən yeni kreativ texnologiyaların meydanının genişləndirilməsi də cənab İlham Əliyevin hədəflədiyi sahələrdir.

 
  • Oxunub:  4710  |  
  • Tarix:  23-10-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb

22 Noyabr 11:20
Abşeron rayonunun Qobu qəsəbəsində də 10 yeni fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib
22 Noyabr 11:11
Xing Qu: Maddi mədəni irsin qorunması və davamlı inkişafı məsələsində həmişə Azərbaycanı dəstəkləyirik
22 Noyabr 10:53
Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Bolqarıstanın Daxili İşlər Nazirliyi arasında saziş imzalanıb
22 Noyabr 10:47
UNESKO Dünya Fəlsəfə Gününü qeyd edib
22 Noyabr 10:45
Quba, Qusar və Xızı rayonlarına qar yağıb
22 Noyabr 10:43
Energetika naziri ABŞ-da Azərbaycanın 25 illik nailiyyətlərindən danışıb
22 Noyabr 10:13
Polşa UNESKO-nun İcraiyyə Şurasının üzvü seçilib
22 Noyabr 10:10
Bu gün Azərbaycanın ədliyyə orqanlarının yaradılmasından 101 il ötür
22 Noyabr 10:09
Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 21 dəfə pozub
22 Noyabr 10:01
Əli Həsənov: Mühacir ticarətini quran işbazlar, o cümlədən bu işdə əlini qızdıran bəzi siyasi partiyalar və siyasətçilər üzə çıxacaq
22 Noyabr 09:59
Xəzər türklərinin tarixindən bəhs edən tiralogiya
22 Noyabr 09:55
YAP-ın yaradılmasının 27-ci ildönümü münasibətilə “Neftçi” İdman Sağlamlıq Mərkəzində futbol yarışı keçirilib
22 Noyabr 09:52
Şabran rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb
22 Noyabr 09:49
Görmə məhdudiyyətli insanlar üçün “Nar”ın “Canlı kitab” layihəsi davam edir
22 Noyabr 09:45
Azərbaycanın regionlarında xalçaçılığın inkişafı üçün çox böyük işlər görülür
21 Noyabr 22:05
LDP-nin siyasi şöbəsinin müdiri Akira Amari: Bundan sonra da Yaponiya-Azərbaycan əlaqələrinin inkişafına çalışacağam
21 Noyabr 22:02
Sumqayıtda bu gün istifadəyə verilən “Nizami” kinoteatrı ilk tamaşaçılarını qəbul edib
21 Noyabr 21:58
Yeni Azərbaycan Partiyası: xalqa və dövlətə xidmət amalı
21 Noyabr 21:55
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb
21 Noyabr 21:34
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Çinin ölkəmizdəki səfiri ilə görüşüb
21 Noyabr 21:29
“Daşnaklar Fərqanədən Qarabağa qədər” kitabının təqdimatı olub
21 Noyabr 21:27
Birinci vitse-prezident Mehriban Əliyeva “Lujniki” Olimpiya Kompleksində Gimnastika Mərkəzi ilə tanış olub
21 Noyabr 21:19
AzTU alimlərinin məqalələrinin yüksək indeksli jurnallarda dərc olunması imkanları artırılır
21 Noyabr 21:14
Ədliyyə Nazirliyinin iki əməkdaşına ali xüsusi rütbələr verilib
21 Noyabr 21:13
“Azərbaycan ailəsi-2019” film festivalının qalibləri mükafatlandırılıb
21 Noyabr 21:09
SOCAR və “Özbəkneftqaz” birgə treyder müəssisəsi açacaq
21 Noyabr 21:05
Azərbaycanın və Bolqarıstanın daxili işlər orqanları arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib
21 Noyabr 21:01
Türkiyə Xarici İşlər Nazirliyində Ermənistan-Azərbaycan münaqişəsinə dair müzakirələr aparılıb
21 Noyabr 20:58
Azərbaycan XİN: Nikol Paşinyanın Milanda söylədikləri onun öz əhalisini yanıltmaq cəhdidir
21 Noyabr 20:55
Ankarada “erməni-nasist əməkdaşlığı” mövzusunda konfrans keçirilib
21 Noyabr 20:53
YAP ölkəmizin aparıcı siyası qüvvəsi, regionun ən böyük partiyasıdır
21 Noyabr 20:35
Milli Məclisin Sədri Oqtay Əsədov Sankt-Peterburqda bir sıra görüşlər keçirib
21 Noyabr 20:27
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
21 Noyabr 17:55
Azərbaycan multikulturalizmi Polşada elmi konfransda müzakirə olunub
21 Noyabr 17:48
Hərbi qulluqçular uşaq evlərini ziyarət ediblər
21 Noyabr 17:46
Elman Nəsirov: Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişafının növbəti şərəfli mərhələsini yaşayır
21 Noyabr 17:44
YAP Gəncə şəhər təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub
21 Noyabr 17:42
Sahibə Qafarova: 27 ildə Yeni Azərbaycan Partiyası müstəqil dövlətimizlə birgə addımlayıb, inkişaf edib və bu gün dünya miqyasında geniş nüfuzu olan siyasi təşkilata çevrilib
21 Noyabr 17:35
Təhsil nazirinin müavini Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin iclasında iştirak edib
21 Noyabr 17:31
Türkiyə Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Bakıda səfərdədir
21 Noyabr 17:14
Yeni tikilmiş 39 fərdi yaşayış evini şəhid ailələri və Qarabağ müharibəsi əlillərinın istifadəsinə verilib
21 Noyabr 17:12
UNEC-in kitabxana təcrübəsi öyrənilir
21 Noyabr 17:10
Bakıda “İtaliya mətbəxi həftəsi” keçirilir
21 Noyabr 17:05
Prezident İlham Əliyev Bolqarıstanın Daxili İşlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
21 Noyabr 17:01
YAP Qax rayon təşkilatının üzvləri ictimai-siyasi həyatda fəallıq nümayiş etdirirlər
21 Noyabr 16:49
AHİK sədri Ümum Həmkarlar İttifaqları Konfederasiyasının iclaslarında iştirak edib
21 Noyabr 16:41
Sumqayıt şəhər stadionunun yenidən qurulmasına ilkin olaraq 5 milyon manat ayrılıb – SƏRƏNCAM
21 Noyabr 16:40
AzTU-nun rektoru Fələstin səfiri ilə görüşüb
21 Noyabr 16:21
İqtisadiyyat naziri Moskvada işgüzar görüşlər keçirib
21 Noyabr 16:08
Ədəbiyyat İnstitutunda Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilə görüş
21 Noyabr 15:58
Ermənistan baş nazirinin Milanda səsləndirdiyi cəfəng iddialar azərbaycanlı gənclərin etirazı ilə qarşılanıb
21 Noyabr 15:55
UNESKO Baş Konfransının mədəniyyət komissiyasının iclasında ölkəmiz də təmsil olunub
21 Noyabr 15:51
Pərvin Kərimzadə: Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır
21 Noyabr 15:50
Sona Əliyeva: Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır
21 Noyabr 15:46
Rauf Əliyev: Yeni Azərbaycan Partiyası çətin və şərəfli bir yol keçib
21 Noyabr 15:44
Binəqədi rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü münasibətilə təntənəli tədbir keçirildi
21 Noyabr 15:40
Birinci vitse-prezident Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib
21 Noyabr 15:28
Əli Həsənov: Qanunsuz miqrasiya cinayətinə əli bulaşan insanlar layiqli cəzalarını alacaqlar
21 Noyabr 15:18
YAP sıralarına yeni qoşulan xaçmazlı gənclərə üzvlük vəsiqələri təqdim edilib
21 Noyabr 15:07
Əli Əhmədov: 1990-cı illərin əvvəlində parçalanmaq təhlükəsi ilə üz-üzə olan Azərbaycan indi dünyanın ən uğurlu gənc dövlətlərindən biri kimi qəbul olunur
21 Noyabr 15:04
“StartupFest 2019”a start verilib
21 Noyabr 15:03
Əli Əhmədov: 26 ildən çoxdur ki, YAP şərəflə, ləyaqətlə Azərbaycan xalqına xidmət edir
21 Noyabr 14:54
Gənc kadrlar dəmir yollarının şimal sahəsinin stansiyalarında işlə təmin olunublar
21 Noyabr 14:50
Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti müzakirə edilib
21 Noyabr 14:48
Prezident İlham Əliyev Sumqayıt Bulvar Kompleksinin yeni salınmış hissəsində yaradılan şəraitlə tanış olub
21 Noyabr 14:40
Sumqayıtda Muğam Mərkəzi istifadəyə verilib
21 Noyabr 14:34
Sumqayıtda “Nizami” kinoteatrının yeni binasının açılışı olub
21 Noyabr 14:21
Qida Təhlükəsizliyi İnstitutunda “Açıq qapı” günü keçirilib
21 Noyabr 14:20
Prezident İlham Əliyev Sumqayıtda Ulu Öndərin abidəsini ziyarət edib
21 Noyabr 14:17
Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA