Ana səhifə »  Müsahibə »  Əli Əhmədov: Ümid edirəm ki, hər bir məmur Prezidentin bu mesajından lazım olan nəticəni çıxaracaq
A+   Yenilə  A-
Əli Əhmədov: Ümid edirəm ki, hər bir məmur Prezidentin bu mesajından lazım olan nəticəni çıxaracaq

Baş Nazirin müavini, YAP sədrinin müavini - İcra katibi Əli Əhmədovun APA-ya müsahibəsi:
- Baş Nazirin iki müavini - Əli Həsənov və Hacıbala Abutalıbov istefa ərizəsi yazaraq vəzifələrindən azad olundu. Prezident İlham Əliyev oktyabrın 21-də həmin şəxslərlə görüşdü, onlara xidmətlərinə görə təşəkkür etdi. Prezidentin bu addımı siyasi əxlaq nümunəsi hesab edilir. Bu barədə nə deyə bilərsiniz?
- Əlbəttə, yüksək ranqlı məmurların vəzifəyə təyin və azad olunması Prezidentin konstitusional səlahiyyətdir. Hesab edirəm ki, dünənki istefalarla əlaqədar təfərrüfat Azərbaycan vətəndaşlarına çatdırılıb. Əli Həsənov və Hacıbala Abutalıbov Prezidentdən onları tutduqları vəzifədən azad etmək haqqında xahiş ediblər. Prezident də onların xahişini və müraciətini təmin edib. Hər iki şəxs Azərbaycan dövlətinin qarşısında böyük xidmət göstərmiş məmur olub, böyük vəzifələr tutub. Zamanında Ulu Öndər Heydər Əliyev, uzun müddət isə Prezident İlham Əliyevlə işləyiblər, üzərilərinə düşən öhdəlikləri layiqincə yerinə yetiriblər. Hesab edirəm, indi bir zaman gəlib çatıb, onların özləri də dərk ediblər ki, yəqin yeri gənclərə buraxmağın zamanı, vaxtı gəlib çatıb. Ümumiyyətlə, hökumət canlı bir orqanizmdir. Daim hökumətdə yenilənmə və təzələnmə gedir. Dünyanın hər yerində hökumətin tərkibi zaman-zaman dəyişir, yenilənir. Azərbaycan da istisna deyil. Azərbaycan hökuməti də illər ərzində tərkib baxımından kifayət qədər dəyişib, müəyyən insanlar vəzifələrini icra edib, yerinə yetirib, istefaya gediblər, əvəzlərinə digərləri gəlib. Bunu normal qəbul etmək lazımdır. Hesab edirəm ki, bundan sonra da buna bənzər hadisələr olacaq. Bir daha təkrar etmək istəyirəm ki, hökumət canlı orqanizmdir. Həyatda baş verənlərlə əlaqədar olaraq, bu və ya digər səbəb və amillərlə bağlı hökumətin tərkibinin dəyişməsinə ehtiyac yaranır. Bu ehtiyaca uyğun olaraq da qərarlar qəbul edilir. Prezidentin də qeyd etdiyi kimi, hər iki şəxs Azərbaycanın ictimai həyatında həm hörməti, nüfuzu, həm də kifayət qədər fəallıq göstərmiş və bu yöndə fəallığını nümayiş etdirmiş insanlardır. Biz inanırıq ki, onlar bundan sonra da Azərbaycanın ictimai və siyasi həyatında fəal iştirak edəcək, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğur qazanmasına töhfələrini verəcəklər.
- Prezident İlham Əliyev Sizin də rəhbərliyində təmsil olunduğunuz Nazirlər Kabinetində yenilənmə anonsunu verib, yeni Baş Nazirə bununla bağlı tapşırıqlar verdiyini bildirib. Nazirlər Kabineti cəmiyyətdə də çevik fəaliyyət göstərməyən qurum kimi xarakterizə olunur. Baş Nazirin müavini kimi, Nazirlər Kabinetində hansı struktur və kadr islahatlarına ehtiyac olduğunu düşünürsünüz?
- Hesab edirəm ki, digər ölkələrdə, o cümlədən Azərbaycanda da hökumətlə əlaqədar tənqidi meyllər müşahidə olunur. Azərbaycanın Nazirlər Kabineti də tənqid olunan hökumət və dövlət qurumları içərisində bəlkə də ön sıralarda gedir. Ən çox tənqid olunan qurumlardan biri məhz Nazirlər Kabinetidir. Hesab edirəm ki, bu da təsadüfi deyil. İnsanlar hər hansı problemlə üzlədikdə onun günahkarını axtararkən yadlarına ilk düşən Nazirlər Kabineti olur. Ona görə də Nazirlər Kabinetini tənqid etməkdən heç kim çəkinmir, tənbəllik etmirlər, Nazirlər Kabinetini məmnuniyyətlə tənqid edirlər. Amma onu da qəbul etmək lazımdır ki, Nazirlər Kabineti geniş qurumdur, anlayışdır. Bura bütün mərkəzi icra hakimiyyəti strukturları daxildir. Bir də Nazirlər Kabinetinin Aparatı var ki, Nazirlər Kabineti kimi böyük bir qurumun idarə olunmasına bilavasitə məsuliyyət daşıyır. Ona görə də Nazirlər Kabineti bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar siyasətinə maksimum dərəcədə uyğunlaşmağa çalışmalıdır. Azərbaycanın həyatı yüksək dinamika ilə inkişaf edir. Ölkəmizdə bütün sahələrdə böyük dəyişikliklər müşahidə olunmaqdadır. Nazirlər Kabineti də bu dəyişikliklərə uyğunlaşmağı bacarmalıdır. Təbiidir ki, Nazirlər Kabinetinin strukturu, orada çalışan insanlar bu tələblər səviyyəsində olmalıdır. Yeni Baş Nazir təyin olunub. Hesab edirəm ki, Prezident ona müvafiq tapşırıqları verərkən, eyni zamanda Nazirlər Kabinetinin tərkibində dəyişikliklərin həyata keçirilməsini də nəzərdə tutub. Güman edirəm ki, Nazirlər Kabineti bundan sonra da Azərbaycan vətəndaşlarının Azərbaycan hökumətinə bəslədiyi ümidləri doğrultmaq üçün səylərini daha da artıracaq.
- Prezident İlham Əliyev son müşavirəsində məmurlar arasında çəkişmələrdən, bu çəkişmələrin media müstəvisinə daşınmasından danışdı, islahatlara mane olmaq istəyən məmurlara xəbərdarlıq etdi. Sizcə, bu xəbərdarlığı zəruri edən amillər hansılardır?
- Təbiidir ki, məmurlar da insandır. Hər bir insana xas olan müsbət və mənfi keyfiyyətlər məmurlarda da var. Biz hər hansı məmurda mənfi keyfiyyətlərin olmasını istəməzdik. Güman edirəm ki, Prezident xüsusi vurğuladığı problemlərin mövcud olduğunu müşahidə edib və narahatlığını ifadə edib. Amma burada verilən mesajın mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın məmur korpusu kifayət qədər mənəvi əxlaqi keyfiyyətlərə malik olsun, öz üzərinə düşən öhdəliklərin yerinə yetirilməsinə ciddi şəkildə yanaşsın və bütün diqqəti onun yerinə yetirilməli olduğu vəzifələrin icrasının üzərinə yönəltmiş olsun. Eyni zamanda digər ölkələrdə də belə hallar müşahidə olunur. Hesab edirəm ki, Prezidentin mesajı Azərbaycanın bütün məmur korpusuna mesaj kimi qəbul olunmalıdır. Ümid edirəm ki, hər bir məmur Prezidentin bu mesajından lazım olan nəticəni çıxaracaq.
- Siz həm də Yeni Azərbaycan Partiyasının (YAP) Sədrinin müavini-İcra katibisiniz. Sirr deyil ki, hakim partiyanın əsas seçkili strukturlarında təmsil olunanların da xeyli hissəsi təqaüd yaşına çatmış və ya keçmiş insanlardır. YAP strukturlarında da yenilənmə gözlənilirmi?
- Həyat inkişaf edirsə, insanların yaşı da artır, pensiya yaşına gəlib çatır və keçir. Bu, həyatın qarşısı alınmayan tələbi və prosesidir. YAP da bu proseslərdən kənarda deyil. YAP həyatın inkişafından və tələbindən geriyə qalmamaq üçün çox ciddi addımları atır və bundan sonra da atmaq niyyətindədir. Biz gənclərə həmişə böyük diqqət və sayğı ilə yanaşmışıq. Gənclərin enerjisindən, biliklərindən YAP-ın potensialının artırılması üçün istifadə etməyə cəhdlər göstərmişik. Bu, bizim qarşımıza qoyduğumuz ən vacib məsələlərdən biridir. Hesab edirəm ki, YAP-ın tərkibində gəncləşmə prosesi daimi olaraq davam edəcək. YAP-ın çox sayda gənc üzvü var ki, onlar Azərbaycan gəncliyinin ən layiqli nümayəndələridir. Biz cəmiyyəti bütövlükdə qavrayırıq ki, bunun içərisində gənc də, orta yaşlı da, dövlət üçün böyük xidmətlər göstərmiş yaşlı insanlar da var. YAP olaraq biz hamıya hörmət və sayğı ilə yanaşırıq. Hər kəsə partiyamızın inkişaf etməsi üçün göstərə biləcəyi xidmətin göstərməsini tövsiyə edirik. YAP olaraq gəncləri həm həvəsləndiririk, həm öz sıralarımıza gəlmək üçün təşviq edirik, həm də onlara bilik və bacarıqlarını nümayiş etdirmək şəraiti yaradırıq.
- Dünən kabinetdən istefa vermiş Əli Həsənov və Hacıbala Abutalıbov YAP-dakı postlarında fəaliyyətlərini davam etdirəcəklərmi?
- Bu barədə Prezident onlara öz tövsiyələrini verib. Əli Həsənov və Hacıbala Abutalıbova tövsiyə edərək bildirib ki, partiyadakı fəaliyyətlərini davam etdirsinlər. Güman edirəm ki, onlar öz fəaliyyətlərini ləyaqətlə davam etdirəcək, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğur qazanmasına bundan sonra da öz töhfələrini verməyə çalışacaqlar.
- “Milli şura”nın 19 oktyabr aksiyası ilə bağlı fikirlərinizi bilmək istərdik. 19 oktyabrda Bakıda nə baş verdi?
- Oktyabrın 19-da Bakı normal həyatını yaşayırdı. Əgər kütləvi informasiya vasitələri, xüsusilə də, insanların adət etdiyi vasitələr - “facebook” və digərləri olmasaydı, bəlkə də Bakı şəhərində yaşayan insanların böyük hissəsi bir qrup insanın icazəsiz mitinq keçirməsindən də xəbər tutmazdı. Mənim və tanıdığım insanlardan aldığım məlumatların mahiyyəti ondan ibarətdir ki, Bakı normal həyatını yaşayırdı. Amma şəhərin çox kiçik bir hissəsində, insanların gur, hərəkətin intensiv olduğu nöqtəsində “Milli şura” və Azərbaycan Xalq Cəbhəsi Partiyası qeyri-qanuni aksiya keçirmək cəhdi göstərdi. Ola bilər ki, 100-200 insan o aksiyada iştirak edirdi, hər hansı çağırışlar səsləndirirdi, insanların rahatlığını pozurdu. Təbiidir ki, hüquq-mühafizə orqanları orada asayişi təmin etməliydilər və qanunsuz aksiyanın qarşısı mütləq alınmalı idi. Bununla əlaqədar olaraq şəhərin məhdud bir hissəsində hərəkət müəyyən qədər məhdudlaşdırılmışdı. Bakı şəhərində oktyabrın 19-da baş verənlər bundan savayı başqa bir şey deyildi. Lakin təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, mətbuat bunu Bakı şəhərində hər hansı fövqəladə vəziyyətin baş verməsi kimi təqdim etdi. Xüsusilə də maraqlı olan mətbuat vasitələrinin təmsilçiləri Azərbaycandan kənarda olan müvafiq qurumlara, orqanlara, beynəlxalq təşkilatlara baş verən hadisələrin həddən artıq böyük rezonansa səbəb olan hadisə kimi təqdim edilməsi üçün cəhdlər göstərdilər. Amma mən və tanıdığım çoxlu sayda adamın hisslərini bir daha təkrar etmək istəyirəm: Bakı şəhəri oktyabrın 19-da normal həyatını yaşayırdı.
- Aksiya iştirakçılarının və polisin qarşılıqlı davranışlarını necə qiymətləndirirsiniz?
- Aksiya iştirakçılarında çox böyük bir aqressiyanın olduğu açıq şəkildə görünürdü. Mən sosial şəbəkələr vasitəsilə qanunsuz aksiyanı müşahidə edirdim. Orada asayişin keşiyində duran polislərin kifayət qədər dözümlü və sərrast davranışının şahidi oldum. Aksiya iştirakçıları asayişi təmin etmək istəyən polis nümayəndələrini nə qədər hövsələdən çıxarmağa çalışsalar da, toqquşma yaratmağa cəhdlər göstərsələr də, polisin peşəkarlığı və dözümlü hərəkəti bu cür qarşıdurmanın və təxribatın baş tutmasına imkan vermədi. Hesab edirəm ki, Azərbaycan polisi onu təxribata çəkmək istəyənlərin hərəkətlərinə uymamaqla böyük peşəkarlıq nümayiş etdirə bildi.
- Aksiya iştirakçılarının zorakılığa məruz qalması ilə bağlı iddialar var. Bunu Əli Kərimli də sərbəst buraxıldıqdan sonra bildirdi, eləcə də Tofiq Yaqublunun vəkili açıqlamasında bu barədə danışdı. Bununla bağlı nə deyə bilərsiniz?
- Əli Kərimli və Tofiq Yaqublu maraqlı tərəflər olduğundan hesab edirəm ki, onların səsləndirdiyi bəyanatların o qədər də düzgün olduğuna inanmaq düzgün olmazdı. Aksiyaya cəhd göstərilməsinin bütün görüntüləri KİV tərəfindən lentə alınıb, canlı şəkildə yayımlanıb. Nə canlı yayımlarda, nə də KİV-in heç birində hər hansı polis tərəfindən lazım olan dərəcədən artıq zorakılıq hallarının göstərilməsi müşahidə olunmadı. Ümumiyyətlə, zorakılıq hallarının tətbiq edildiyinin şahidi olmadıq. Polis, sadəcə olaraq, qeyri-qanuni küçə yürüşünün qarşısını almaq vəzifəsini çox ləyaqətlə, təmkinlə, səbrlə və dözümlə yerinə yetirdi. O ki qaldı müxalifətin bu aksiya zamanı təxribat törədərək, polislə toqquşub, qarşıdurma yaratmaq niyyətlərinə, hansı ki, bu qaşıdurma görüntülərinin yəqin ki, müvafiq ünvanlara göndərilməsi planlaşdırılırdı, əlbəttə ki, o gürüntülər alınmadı. Ümumiyyətlə zor tətbiqi olmadığına görə bu görüntülərin də alınması mümkün olmadı. Mən müqayisə üçün dünyanın ən demokratik imicə malik olan ölkələrindən qeyri-qanuni aksiyaların qarşısının alınması zamanı polisin hansı zorakılıq halları tətbiq etməsi ilə əlaqədar məsələləri diqqətinizə çatdırmaq istəyirəm. Kifayət qədər güc tətbiq etməklə qeyri-qanuni aksiyaların, bəzi hallarda hətta icazəli aksiyaların qarşısının alınması zamanı polislər öz vəzifələrini yerinə yetirərkən zor tətbiq edirlər. Çünki hər bir ölkədə dövlətin üzərinə düşən öhdəliklərdən biri də vətəndaşın təhlükəsizliyinin təmin edilməsidir. Kütləvi aksiyalarda vətəndaşların trəhlükəsizliyinin təmin edilməsi ön plana çıxır. Çünki müxtəlif təxribatlar, müxtəlif niyyətlərlə qarşıdurmalar yaratmağa çalışan qüvvələr ola və bunların təxribatları nəticəsində həm aksiyanın iştirakçılarının, həm də ərazidə olan sadə vətəndaşların təhlükəsizliyinə təminat vermək çətinləşə bilər. Polisin vəzifəsi həm kütləvi aksiyada iştirak edənlərin, həm də orada olan hər bir vətəndaşın təhlükəsizliyini təmin etməkdir. Polis asayişin pozulmasına, təxribatlara imkan verməmək üçün ora gəlib. Bu mənada istər Əli Kərimli, istərsə də mitinqin digər təşkilatçılarının oktyabrın 19-da qanunsuz aksiya zamanı polis tərəfindən zorakılığın tətbiq edilməsi haqqında səsləndirdikləri bəyanatın tamamilə əsassız olduğunu birmənalı şəkildə vurğulamaq istəyirəm.
- 19 oktyabr aksiyasından sonra xarici ölkələrdəki bəzi şəxslərin sosial media üzərindən kütləvi iğtişaşlara, terrora çağırışlarına rast gəlinir, habelə ayrı-ayrı polislər hədəf göstərilir. Bu çağırışlarla bağlı nə deyə bilərsiniz?
- Belə çağırışları qəti şəkildə pisləyirəm. Hesab edirəm ki, bu çağırışlar Azərbaycana qarşı bütövlükdə təxribat törətmək niyyətlərindən xəbər verir. Bu çağırışlar ciddi şəkildə konstitusion hüquqların pozulmasıdır, Azərbaycanda konstitusion quruluşa qarşı cəhd göstərilməsi nümunəsidir. Bu çağırışları edənlər digər tərəfdən isə ölkədə qarşıdurma, xaos və anarxiya yaratmaq niyyətlərini ortaya qoymuş olur. Düşünmürəm ki, Azərbaycan cəmiyyətində kimlərsə xaricdə sığınacaq tapmış və hansı maraqlı dairələrə qulluq etdiyi o qədər də bizə məlum olmayan bəzi məsuliyyətsiz insanların bu cür çağırışlarına diqqətlə yanaşır və ya ona əhəmiyyət verir. Bütün bunlara baxmayaraq, mən Azərbaycanda qarşıdurma yaratmağa çağırışları, eyni zamanda polislə, müvafiq hüquq-mühafizə orqanları ilə qarşıdurma yaratmaq çağırışlarını qəti şəkildə pisləyirəm. Azərbaycanın hər bir vətəndaşı ölkəmizdəki sabitliyi, əmin-amanlığı yüksək qiymətləndirir. Bu, Azərbaycan dövlətinin müstəqillik illərində əldə etdiyi ən böyük nemətlərdən biridir. Azərbaycanın hər bir vətəndaşı ölkəmizin həyatının, iqtisadiyyatının böyük dinamika ilə inkişaf etdiyini yüksək qiymətləndirir. Bu inkişafdan hər bir kəs, hər bir ailə fayda görür. Ən böyük fayda isə bayaq dediyim kimi, sabitlik və əmin-amanlıqdır ki, heç də hər bir ölkədə buna nail olmaq mümkün olmur. Ona görə də heç bir Azərbaycan vətəndaşı ölkəmizdəki sabitliyin, əmin-amanlığın pozulmasına razı olmaz və buna imkan verməz.

 
  • Oxunub:  5010  |  
  • Tarix:  23-10-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb

22 Noyabr 12:01
Nazir: Cənub Qaz Dəhlizinin həyata keçirilməsində ABŞ-ın davamlı dəstəyi təqdirəlayiqdir
22 Noyabr 11:55
Bakıda alpaqut üzrə ikinci dünya çempionatı keçirilir
22 Noyabr 11:54
Komitə sədri: Azərbaycanda zorakılıq halları bir çox ölkələrdən çox aşağıdır
22 Noyabr 11:51
Göyçayda Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub
22 Noyabr 11:47
Siyavuş Novruzov: AXC-Müsavat cütlüyü hakimiyyətdə olduğu dövrdə şiddət-güc ritorikasını onlar kimi düşünməyən hər kəsə qarşı tətbiq edirdi
22 Noyabr 11:40
Naxçıvanda “İdman hamı üçün!” şüarı ilə tədbir keçirilib
22 Noyabr 11:39
Amerikalı diplomatlara Azərbaycanın diplomatik xidmət orqanlarının yubiley medalı təqdim olunub
22 Noyabr 11:27
“OPEC plus” ölkələri neft istehsalının azaldılmasını davam etdirmək barədə qərar qəbul edə bilər
22 Noyabr 11:20
Abşeron rayonunun Qobu qəsəbəsində də 10 yeni fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib
22 Noyabr 11:11
Xing Qu: Maddi mədəni irsin qorunması və davamlı inkişafı məsələsində həmişə Azərbaycanı dəstəkləyirik
22 Noyabr 10:53
Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Bolqarıstanın Daxili İşlər Nazirliyi arasında saziş imzalanıb
22 Noyabr 10:47
UNESKO Dünya Fəlsəfə Gününü qeyd edib
22 Noyabr 10:45
Quba, Qusar və Xızı rayonlarına qar yağıb
22 Noyabr 10:43
Energetika naziri ABŞ-da Azərbaycanın 25 illik nailiyyətlərindən danışıb
22 Noyabr 10:13
Polşa UNESKO-nun İcraiyyə Şurasının üzvü seçilib
22 Noyabr 10:10
Bu gün Azərbaycanın ədliyyə orqanlarının yaradılmasından 101 il ötür
22 Noyabr 10:09
Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 21 dəfə pozub
22 Noyabr 10:01
Əli Həsənov: Mühacir ticarətini quran işbazlar, o cümlədən bu işdə əlini qızdıran bəzi siyasi partiyalar və siyasətçilər üzə çıxacaq
22 Noyabr 09:59
Xəzər türklərinin tarixindən bəhs edən tiralogiya
22 Noyabr 09:55
YAP-ın yaradılmasının 27-ci ildönümü münasibətilə “Neftçi” İdman Sağlamlıq Mərkəzində futbol yarışı keçirilib
22 Noyabr 09:52
Şabran rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb
22 Noyabr 09:49
Görmə məhdudiyyətli insanlar üçün “Nar”ın “Canlı kitab” layihəsi davam edir
22 Noyabr 09:45
Azərbaycanın regionlarında xalçaçılığın inkişafı üçün çox böyük işlər görülür
21 Noyabr 22:05
LDP-nin siyasi şöbəsinin müdiri Akira Amari: Bundan sonra da Yaponiya-Azərbaycan əlaqələrinin inkişafına çalışacağam
21 Noyabr 22:02
Sumqayıtda bu gün istifadəyə verilən “Nizami” kinoteatrı ilk tamaşaçılarını qəbul edib
21 Noyabr 21:58
Yeni Azərbaycan Partiyası: xalqa və dövlətə xidmət amalı
21 Noyabr 21:55
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb
21 Noyabr 21:34
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Çinin ölkəmizdəki səfiri ilə görüşüb
21 Noyabr 21:29
“Daşnaklar Fərqanədən Qarabağa qədər” kitabının təqdimatı olub
21 Noyabr 21:27
Birinci vitse-prezident Mehriban Əliyeva “Lujniki” Olimpiya Kompleksində Gimnastika Mərkəzi ilə tanış olub
21 Noyabr 21:19
AzTU alimlərinin məqalələrinin yüksək indeksli jurnallarda dərc olunması imkanları artırılır
21 Noyabr 21:14
Ədliyyə Nazirliyinin iki əməkdaşına ali xüsusi rütbələr verilib
21 Noyabr 21:13
“Azərbaycan ailəsi-2019” film festivalının qalibləri mükafatlandırılıb
21 Noyabr 21:09
SOCAR və “Özbəkneftqaz” birgə treyder müəssisəsi açacaq
21 Noyabr 21:05
Azərbaycanın və Bolqarıstanın daxili işlər orqanları arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib
21 Noyabr 21:01
Türkiyə Xarici İşlər Nazirliyində Ermənistan-Azərbaycan münaqişəsinə dair müzakirələr aparılıb
21 Noyabr 20:58
Azərbaycan XİN: Nikol Paşinyanın Milanda söylədikləri onun öz əhalisini yanıltmaq cəhdidir
21 Noyabr 20:55
Ankarada “erməni-nasist əməkdaşlığı” mövzusunda konfrans keçirilib
21 Noyabr 20:53
YAP ölkəmizin aparıcı siyası qüvvəsi, regionun ən böyük partiyasıdır
21 Noyabr 20:35
Milli Məclisin Sədri Oqtay Əsədov Sankt-Peterburqda bir sıra görüşlər keçirib
21 Noyabr 20:27
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
21 Noyabr 17:55
Azərbaycan multikulturalizmi Polşada elmi konfransda müzakirə olunub
21 Noyabr 17:48
Hərbi qulluqçular uşaq evlərini ziyarət ediblər
21 Noyabr 17:46
Elman Nəsirov: Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişafının növbəti şərəfli mərhələsini yaşayır
21 Noyabr 17:44
YAP Gəncə şəhər təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub
21 Noyabr 17:42
Sahibə Qafarova: 27 ildə Yeni Azərbaycan Partiyası müstəqil dövlətimizlə birgə addımlayıb, inkişaf edib və bu gün dünya miqyasında geniş nüfuzu olan siyasi təşkilata çevrilib
21 Noyabr 17:35
Təhsil nazirinin müavini Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin iclasında iştirak edib
21 Noyabr 17:31
Türkiyə Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Bakıda səfərdədir
21 Noyabr 17:14
Yeni tikilmiş 39 fərdi yaşayış evini şəhid ailələri və Qarabağ müharibəsi əlillərinın istifadəsinə verilib
21 Noyabr 17:12
UNEC-in kitabxana təcrübəsi öyrənilir
21 Noyabr 17:10
Bakıda “İtaliya mətbəxi həftəsi” keçirilir
21 Noyabr 17:05
Prezident İlham Əliyev Bolqarıstanın Daxili İşlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
21 Noyabr 17:01
YAP Qax rayon təşkilatının üzvləri ictimai-siyasi həyatda fəallıq nümayiş etdirirlər
21 Noyabr 16:49
AHİK sədri Ümum Həmkarlar İttifaqları Konfederasiyasının iclaslarında iştirak edib
21 Noyabr 16:41
Sumqayıt şəhər stadionunun yenidən qurulmasına ilkin olaraq 5 milyon manat ayrılıb – SƏRƏNCAM
21 Noyabr 16:40
AzTU-nun rektoru Fələstin səfiri ilə görüşüb
21 Noyabr 16:21
İqtisadiyyat naziri Moskvada işgüzar görüşlər keçirib
21 Noyabr 16:08
Ədəbiyyat İnstitutunda Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilə görüş
21 Noyabr 15:58
Ermənistan baş nazirinin Milanda səsləndirdiyi cəfəng iddialar azərbaycanlı gənclərin etirazı ilə qarşılanıb
21 Noyabr 15:55
UNESKO Baş Konfransının mədəniyyət komissiyasının iclasında ölkəmiz də təmsil olunub
21 Noyabr 15:51
Pərvin Kərimzadə: Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır
21 Noyabr 15:50
Sona Əliyeva: Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır
21 Noyabr 15:46
Rauf Əliyev: Yeni Azərbaycan Partiyası çətin və şərəfli bir yol keçib
21 Noyabr 15:44
Binəqədi rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü münasibətilə təntənəli tədbir keçirildi
21 Noyabr 15:40
Birinci vitse-prezident Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib
21 Noyabr 15:28
Əli Həsənov: Qanunsuz miqrasiya cinayətinə əli bulaşan insanlar layiqli cəzalarını alacaqlar
21 Noyabr 15:18
YAP sıralarına yeni qoşulan xaçmazlı gənclərə üzvlük vəsiqələri təqdim edilib
21 Noyabr 15:07
Əli Əhmədov: 1990-cı illərin əvvəlində parçalanmaq təhlükəsi ilə üz-üzə olan Azərbaycan indi dünyanın ən uğurlu gənc dövlətlərindən biri kimi qəbul olunur
21 Noyabr 15:04
“StartupFest 2019”a start verilib
21 Noyabr 15:03
Əli Əhmədov: 26 ildən çoxdur ki, YAP şərəflə, ləyaqətlə Azərbaycan xalqına xidmət edir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA