Ana səhifə »  Müsahibə »  Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
A+   Yenilə  A-
Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir

Milli Məclisin deputatı Fəzail İbrahimli www.yap.org.az saytına müsahibə verib:
- Fəzail müəllim, məlum olduğu kimi 9 noyabr tarixi Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər bir dövlətin müstəqilliyi və suverenliyi onun dövlət rəmzlərində ifadə olunur. Bu mənada, hər bir xalq, dövlət üçün bayraq hansı məna kəsb edir?
- Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlət Bayrağı Gününün qeyd olunması həm dövlətimiz, həm də xalqımız üçün olduqca əlamətdar bir hadisədir, eyni zamanda keçib gəldiyimiz yola, tarixə qısa bir nəzər salmaq imkanıdır. Bayraq bizim müstəqilliyimizi dərk etməyimiz, onun qədrini-qiymətini bilməyimiz baxımından tapındığımız, kölgəsinə sığındığımız müqəddəs bir varlıqdır.
Müstəqil Azərbaycanın ilk müstəqil bayrağı bildiyiniz kimi 1918-ci ildə Gəncə şəhərində qəbul olunub. O zaman Şərqdə ilk demokratik respublika olan müstəqil Azərbaycanın Nazirlər Şurası Bakı şəhəri daşnak-bolşevik qüvvələri tərəfindən işğal olunduğuna görə Gəncə şəhərində yerləşirdi. İlk bayraq kimi 24 iyun 1918-ci il tarixində qırmızı rəngli ay və səkkizguşəli ulduzdan ibarət bayraq qəbul olunmuşdu və qeyd edilmişdi ki, bu bayraq müvəqqətidir. Daha sonra 9 noyabr 1918-ci il tarixində müqəddəs üçrəngli bayrağımız qəbul olundu və dalğalanmağa başladı. Təbii ki, bu məqamda üçrəngli bayrağımızın ideologiyasının yaradıcısı Əli bəy Hüseynzadəni xatırlamaq lazımdır. Əli bəy Hüseynzadənin türkçülük, müasirlik, islamlaşmaq ideyaları üçrəngli bayrağımızda öz əksini tapıb. Bu bayraq həm də Azərbaycan dövlətinin öz inanclarına, öz dəyərlərinə sadiqliyindən xəbər verirdi. Amma təəssüflər olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, bu bayrağımız zirvələrdə dalğalanmadı.
Amma görünür, Tanrının lütfü bizdən ötrü imiş ki, üzərindən uzun illər keçəndən sonra Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu, yenidən üçrəngli bayrağımız dalğalanmağa başladı. Biz yenidən bayrağımızla fəxr etmək, onunla qürur duymaq imkanı əldə etdik. Belə ki, 17 noyabr 1990-cı il tarixində Ümummilli Lider Heydər Əliyevin təklifi ilə üçrəngli bayrağımız Naxçıvan Ali Məclisinin qərarı ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olundu. Daha sonra üçrəngli bayraq bütövlükdə Azərbaycanın dövlət bayrağı kimi qəbul olundu.
- Sizcə, 9 noyabrın təqvimə Dövlət Bayrağı Günü kimi daxil edilməsinin siyasi əhəmiyyəti nədən ibarətdir?
- Bilirsiniz ki, 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Həmin gün Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə əsasən, bu bayram qeyri-iş günü olan bayramların siyahısına daxil edilib. Həmin gün kimliyindən, düşüncəsindən, iqtisadi-sosial səviyyəsindən asılı olmayaraq, bütün vətəndaşlar bir anlığına düşünəcəklər ki, bu istirahət hüququnu mənə nə verib? Bu kimi sualları özünə verdikdən sonra o, öz ailə üzvlərinə, ətrafına, yaxınlarına üçrəngli bayrağımız haqqında məlumat verəcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə Sərəncam imzalayıb. Onu da qeyd edim ki, Dövlət Bayrağı Meydanı hər dövlətdə yoxdur. Dövlət Bayrağı Meydanının yaradılmasının özü bayrağa xüsusi bir münasibətin ifadəsidir. Yəni, meydanda insanlar gəzir, öz asudə vaxtlarını keçirir, qonaqlar gələndə həmin meydanı ziyarət edirlər və bu da insanların yaddaşına bayrağın əbədi həkk olunmasına, insanlara milli dövlətçilik şüurunun aşılanmasına xüsusi stimul verir. Yəni, ölkə paytaxtında olan, yaşayan, qonaq gələn hər kəsdə bu Meydan haqqında dolğun təəssüratlar yaranacaq. Bayraq Meydanının yaradılması haqqında verilən qərar Azərbaycan dövlətçilik tarixində verilən ən önəmli qərarlardan biridir. Biz bu Dövlət Bayrağı Meydanı vasitəsi ilə dünyaya “Biz varıq!” mesajını verdik. Artıq imzamızın millətlərin imzaları içində olmasını sübut etdik.
Təbii ki, müstəqilliyimiz asanlıqla əldə olunmayıb. Bu bayrağın dalğalanması üçün nə qədər qanlar tökülüb, nə qədər insanlar şəhid olub. Dünya ictimaiyyəti də xalqımızın öz bayrağına, öz atributlarına bu qədər sayğılı olduğunu görür. Ulu Öndər Heydər Əliyevin bəyan etdiyi kimi Azərbaycan müstəqilliyi əbədidir, daimidir, dönməzdir və üçrəngli bayrağımız da daim zirvələrdə dalğalanacaq. Bu baxımdan, mən düşünürəm ki, Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir. Bu münasibətlə mən bütün xalqımızı təbrik edirəm. Qeyd etmək istəyirəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəmizə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli müstəqilliyimizin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Bizim də borcumuzdur ki, bu bayrağın əbədi dalğalanması üçün əlimizdən gələni edək, Vətənin müstəqilliyinin əbədi olması üçün çalışaq.
- Dövlət atributlarının bərpası, o cümlədən müstəqillik illərində Azərbaycan dövləti tərəfindən bu atributlara göstərilən hörmət və ehtiram barədə fikirlərinizi bilmək istərdik...
- Əvvəla onu deyim ki, Azərbaycan 70 ilə yaxın bir dövrdə SSRİ-nin tərkibində olsa da, xalqımız müəyyən bir yol keçdi. İmperiyanın çöküşü ərəfəsində vəziyyət dəyişdi. Qeyd etdiyim kimi 1990-cı il noyabr ayının 17-də isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Ulu Öndər Heydər Əliyevin Sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı ilk dəfə olaraq salona gətirildi və Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı elan olundu. 1991-ci ildə Ali Sovet “Dövlət bayrağı haqqında” qanun qəbul etdi və üçrəngli bayrağımıza Azərbaycan Respublikasının Dövlət bayrağı statusunu verdi. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxaraq bayrağın Azərbaycan Respublikasının Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar çıxardı. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etdi. Ulu Öndər Heydər Əliyev 1998-ci il 13 mart tarixində “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” Sərəncam imzaladı. Bu Sərəncam çox böyük əhəmiyyətə malik idi. Hər şeydən əvvəl, bu Sərəncamın dövlət atributlarının təbliği baxımından əhəmiyyətini xüsusi qeyd etmək lazımdır.
Bu ənənə hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan dövləti tərəfindən dövlət atributlarına yüksək hörmət və ehtiram göstərilməkdədir. Eyni zamanda, Azərbaycan cəmiyyəti müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağına hər zaman böyük ehtiramla yanaşır.
- Bu gün Azərbaycan dünyada nüfuzlu dövlətdir və üçrəngli bayrağımız mötəbər beynəlxalq təşkilatların qarşısında əzəmətlə dalğalanır. Bu barədə nə deyə bilərsiniz?
- Əlbəttə ki, bu fakt bizim üçün sonsuz iftixar mənbəyidir. Təkcə dövlət tədbirlərində deyil, mötəbər idman yarışlarında da, humanitar, mədəni tədbirlərdə də Dövlət bayrağımız zirvələrə yüksəldilir, himnimiz səslənir. Avropa Şurasında 47 ölkənin bayrağı dalğalanır. Bir nüansı diqqətinizə çatdırım. Məhəmməd Hadi “Yox millətimin imzası imzalar içində” deyib fəryad edərək dünyasını dəyişdi. Mən bunu xatırlayaraq Avropa Şurasında bayrağımız altında durdum və qürur hissi ilə Hadiyə xitabən “ruhun şad olsun” dedim. Sevindirici haldır ki, bu gün Azərbaycan bayrağı BMT-də, Avropa Şurasında dalğalanır və hər bir vətəndaşımız iftixarla deyə bilər ki, var millətimin imzası imzalar içində. Qoy bu iftixarımız əbədi olsun! İnanıram ki, belə də olacaq və Azərbaycanın torpaqları işğaldan azad olunacaq, üçrəngli bayrağımız doğma Qarabağımızda dalğalanacaq!

 
  • Oxunub:  3420  |  
  • Tarix:  13-11-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir

11 Dekabr 13:24
Azərbaycan və Koreya statistika komitələri anlaşma memorandumu imzalayıblar
11 Dekabr 13:17
Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran Lider
11 Dekabr 12:58
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatının sosial inkişaf üzrə ilk Nazirlər Konfransında iştirak edib
11 Dekabr 12:48
Almanların Azərbaycanda məskunlaşmasının 200 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilib
11 Dekabr 12:12
Əli Əhmədov: Bu gündən növbədənkənar parlament seçkilərinin rəsmi startı başlayır
11 Dekabr 12:00
Milli inkişaf strategiyasının müəllifi
11 Dekabr 11:51
Bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb
11 Dekabr 11:27
Yeni Azərbaycan Partiyasının nümayəndələri Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
11 Dekabr 11:24
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə xalqımız həqiqi dövlət müstəqilliyinə qovuşub
11 Dekabr 11:17
Naxçıvanda Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə keçirilən bilik yarışının qalibləri müəyyənləşib
11 Dekabr 11:15
Ucar-Zərdab-Ağcabədi yolu II texniki dərəcəyə uyğun yenidən qurulur
11 Dekabr 11:04
Ulu Öndər Heydər Əliyev sözün həqiqi mənasında, Azərbaycanda möcüzələr yaratdı
11 Dekabr 11:01
Qaradağ rayonunda YAP-ın namizədləri yekdilliklə dəstəklənəcək
11 Dekabr 11:00
YAP Xətai rayon təşkilatında təbliğat-təşviqat kampaniyası çərçivəsində qadın seçicilərlə görüş keçirildi
11 Dekabr 10:56
Moldova parlamentinin spikeri: Dahi lider Heydər Əliyev hər zaman xalqının, dövlətinin mənafeyi uğrunda çalışıb
11 Dekabr 10:54
Hikmət Şikarov: Azərbaycan uğurlu islahatlar dövrünə qədəm qoyub
11 Dekabr 10:45
Azərbaycanın dinamik inkişaf strategiyasının əsasını qoymuş görkəmli dövlət xadimi
11 Dekabr 10:43
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
11 Dekabr 10:20
Müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir
11 Dekabr 10:08
Ədliyyə Nazirliyində “İnsan hüquqlarının qorunması media müstəvisində” mövzusunda KİV-lərlə görüş keçirilib
11 Dekabr 09:54
Azərbaycanda müsbət biznes mühiti formalaşıb
11 Dekabr 09:48
Azərbaycan dövləti uşaq və gənclərin hərtərəfli inkişafı istiqamətində mühüm addımlar atır
11 Dekabr 09:46
Azərbaycanda ekologiya və ətraf mühitin qorunması sahəsində görülən işlər bir çox ölkələr üçün örnək təşkil edir
11 Dekabr 09:43
“Azerbaijan Digital Hub” proqramı “İlin İnfrastruktur layihəsi” mükafatına layiq görülüb
11 Dekabr 09:37
İngilislərin Bakıda kommunal xidmət sahəsində apardıqları monitorinqlər davam edir
11 Dekabr 09:35
Regionlarda avtomobil yollarının tikintisi və yenidən qurulması üzrə işlər davamlı xarakter daşıyır
10 Dekabr 21:38
Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb
10 Dekabr 21:25
Azərbaycan Konqreslər Bürosunun “Səfirlər proqramı”nın təqdimatı olub
10 Dekabr 21:22
AMEA-da “Heydər Əliyev: Ümummilli Lider, zaman və müasir dövr” mövzusunda konfrans keçirilib
10 Dekabr 21:05
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
10 Dekabr 20:54
YAP Bərdə rayon təşkilatı təbliğat kampaniyasını uğurla davam etdirir
10 Dekabr 20:37
YAP Nərimanov rayon təşkilatında ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib
10 Dekabr 20:25
Azərbaycanda mövcud seçki sistemi və radikal müxalifətin əsassız iddiaları
10 Dekabr 17:53
Ulu Öndər Heydər Əliyevin həyatı xalqa, Vətənə, dövlətə xidmət nümunəsidir
10 Dekabr 17:52
Qədirbilən Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərini çox yüksək qiymətləndirir, Onun əziz xatirəsini daim öz qəlbində yaşadır
10 Dekabr 17:46
İordaniyanın Kralı II Abdullahın Azərbaycana rəsmi səfəri başa çatıb
10 Dekabr 17:44
Baş Prokurorluqda ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
10 Dekabr 17:37
“Azərbaycan könüllülük həftəsi”nin yekunları ilə bağlı tədbir keçirilib
10 Dekabr 17:32
Şəmkir rayonunda qadın seçicilərlə görüş keçirilib
10 Dekabr 17:28
DSX-nin hərbi hissə və bölmələrində ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
10 Dekabr 17:20
Ağstafa rayonunun Köçəsgər, Eynallı və Həsənsu kəndlərində seçicilərlə görüş keçirilib
10 Dekabr 17:15
Məcburi köçkün gənclər kiçik sahibkarlıq fəaliyyətinə başlamaq üçün avadanlıqlarla təmin edilib
10 Dekabr 17:01
Azərbaycan Ordusunun komandir heyətinin toplanışı başa çatıb
10 Dekabr 16:23
Birinci Gənc Sahibkarlar Forumu keçirilib
10 Dekabr 16:15
Bakı Musiqi Akademiyasında görkəmli bəstəkar Arif Məlikovun xatirəsi anılıb
10 Dekabr 16:08
Heydər Əliyev Beynəlxalq Aeroportu yeni aviaşirkətlər cəlb edir
10 Dekabr 16:07
Bakıda “Zorakı ekstremizm ilə mübarizə: birgə tərəfdaşlıqla dayanıqlığın gücləndirilməsi” mövzusunda konfrans keçirilib
10 Dekabr 16:03
Gəncə “YAP”çıları bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir
10 Dekabr 16:02
Moldovada Nəsimiyə həsr olunan silsilə tədbirlər xoş təəssüratlar yaradıb
10 Dekabr 15:54
“Azərişıq”: Bayram günlərində bütün mənzillərdə dayanıqlı və keyfiyyətli enerji təchizatının təmin olunması istiqamətində işlər görülür
10 Dekabr 15:43
Energetika naziri Yevlaxda vətəndaşları qəbul edib
10 Dekabr 15:42
“Port Baku Mall”da “Gingerbread City” adlı sərgisi açılıb
10 Dekabr 15:21
Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Kralı II Abdullah ilə işçi nahar edib
10 Dekabr 15:11
Azərbaycan Prezidentinin İordaniya Kralı ilə təkbətək görüşü olub
10 Dekabr 15:06
İmadəddin Nəsimin 650 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
10 Dekabr 15:02
İordaniyanın Kralı II Abdullahın rəsmi qarşılanma mərasimi olub
10 Dekabr 14:42
Müasir avadanlıqlarla təchiz edilmiş Su Laboratoriya Mərkəzinə baxış keçirilib
10 Dekabr 14:39
Dövlət İdarəçilik Akademiyasında ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
10 Dekabr 14:36
Qətərdə keçirilən simpoziumda Ermənistanın işğalçılıq siyasətindən danışılıb
10 Dekabr 14:29
Ekosahibkarlığın inkişafına dəstək məqsədilə ağacəkmə aksiyası keçirilib
10 Dekabr 14:27
İordaniyanın Kralı II Abdullah Azərbaycana rəsmi səfərə gəlib
10 Dekabr 14:26
“The Jerusalem Post”: TANAP qaz kəməri Azərbaycanın geosiyasi əhəmiyyətini təsdiq edir
10 Dekabr 14:13
Bolqarıstan Bakı-Tbilisi-Qars ilə Avropaya yüklərin daşınmasında maraqlıdır
10 Dekabr 13:46
Yeni Azərbaycan Partiyası Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirakı ilə bağlı qərar qəbul edib
10 Dekabr 12:51
Səbinə Əliyeva: "Ombudsman təsisatı öz işini aşkarlıq, şəffaflıq və qərəzsizlik prinsipləri əsasında həyata keçirir"
10 Dekabr 12:49
İranlı nazir: Azərbaycanla elektrik enerjisi mübadiləsini həyata keçirmək üçün proqram hazırlanıb
10 Dekabr 12:39
Parisdə AŞPA-nın komitə və Büro iclasları keçirilir
10 Dekabr 12:31
Şəki şəhərində qadın seçicilərlə görüş keçirilib
10 Dekabr 12:18
Bələdiyyə seçkiləri ilə əlaqədar dairə seçki komissiyalarının informasiya texnologiyaları üzrə mütəxəssisləri üçün seminarlara başlanılıb
10 Dekabr 12:01
Son bir ildə KOBİA-ya 200-dən çox gənc sahibkardan müraciətlər daxil olub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+9 +12
gecə+4 +7