Ana səhifə »  Müsahibə »  Yeni Azərbaycan Partiyası monolit siyasi qüvvədir
A+   Yenilə  A-
Yeni Azərbaycan Partiyası monolit siyasi qüvvədir

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovun www.yap.org.az saytına müsahibə verib:
- Eldar müəllim, Yeni Azərbaycan Partiyasının yaradılmasının 27 ili tamam olur. Partiyamızın yaradılması ərəfəsində ölkəmizdə baş verən prosesləri necə xatırlayırsınız?
- 27 illiyini böyük təntənə ilə qeyd edəcəyimiz, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyası ölkə qarşısında duran problemləri həll etməyə qadir, siyasi həyatda özünü təsdiqləmiş monolit bir siyasi qüvvədir. Partiya hər bir qərarında Heydər Əliyev ideyalarına, Onun milli məfkurəsinə əsaslanaraq dövlətin, xalqın maraqları zəminində öz fəaliyyətini qurub.
Partiyanın keçdiyi şərəfli yola nəzər saldıqda görürük ki, bu yol heç də həmişə hamar olmamışdır. Belə ki, müstəqilliyimizin ilk illərində ölkənin siyasi həyatı iflic vəziyyətdə idi. Ərazilərimizin dalbadal işğalı, dərin iqtisadi-siyasi böhran, əhalinin ağır sosial durumu vətənpərvər insanları Azərbaycanın gələcəyi ilə bağlı ciddi düşünməyə vadar edirdi. Bu dövrdə - 1990-cı illərin əvvəllərində Azərbaycanda 30-a qədər siyasi partiya, ictimai təşkilat və hərəkat fəaliyyət göstərirdi. Ancaq onlar kifayət qədər sosial bazaya malik deyildilər, aralarında konstruktiv münasibət yox idi. Xalqın bütün zümrələrini səfərbər edəcək yeni bir partiyaya ehtiyac duyulurdu. Elə bir partiyaya ki, xalq onun liderinə inanıb, arxasınca getsin.
Ölkə ziyalıları xalqın düçar olduğu bəlalardan qurtuluşunu Ulu Öndər Heydər Əliyevin böyük siyasətə qayıdışında görürdülər. İctimai-siyasi həyatda xaos və anarxiyadan cana doymuş insanlar Heydər Əliyevin hakimiyyətə gəlişini əngəlləmək üçün Konstitusiyaya daxil edilmiş qondarma yaş senzinin ləğvini tələb edir, bu məqsədlə respublikanın müxtəlif bölgələrində mitinqlər keçirirdilər. Bütün ölkə vətəndaşları nəzərlərini Naxçıvana dikmişdilər. Hamı Heydər Əliyevin siyasi rəhbərliyə yenidən qayıdışını arzulayırdı.
Belə bir vaxtda cəmiyyətin demokratik qüvvələri, ziyalılar və sadə əmək adamları Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı yeni bir siyasi partiyanın yaradılmasını günün tələbi hesab edirdilər. 1992-ci il oktyabrın 16-da 91 nəfər tanınmış ziyalı “Səs” qəzeti vasitəsilə Ulu Öndərə “Azərbaycan Sizin sözünüzü gözləyir”, - deyə müraciət etdi.
Bu tarixi müraciətdə ölkədəki ağır siyasi, sosial-iqtisadi, mənəvi durumun getdikcə dərinləşməsi, təbii sərvətlərin talan edilməsi və digər həyati məsələlər ziyalı yanğısı ilə önə çəkilir, vəziyyətdən xilas üçün xalqın Heydər Əliyevin başçılığı ilə Yeni Azərbaycan Partiyasında təşkilatlanmaq arzusu ifadə olunurdu. Ölkənin gələcəyini düşünən insanlar yeni partiya yaratmaq təşəbbüsü ilə çıxış edir, xalqın sınanmış lideri Heydər Əliyevin bu məsələdə məsuliyyəti Öz üzərinə götürməsini istəyirdilər.
Bu müraciət “Səs” qəzetində dərc edildikdən sonra bütün Azərbaycan xalqı böyük ümidlə öz böyük oğlu Heydər Əliyevdən cavab gözləyirdi. Görkəmli dövlət xadimi Azərbaycan ziyalılarının müraciətinə oktyabrın 24-də “Yeni, müstəqil Azərbaycan uğrunda!” çağırışı ilə başlayan cavab verdi. Ulu Öndər cavab məktubunda Azərbaycanın bütövlüyünün təhlükə qarşısında olması, ölkədə hökm sürən hərc-mərclik, vətəndaş qarşıdurması, insanların yaşayış səviyyəsinin dözülməzliyi ilə bağlı ziyalıların narahatlığını bölüşərək yaranmış vəziyyəti təhlil etdi, AXC-”Müsavat” hakimiyyətinin əsl mahiyyətini, vəziyyətdən çıxış yollarını göstərdi. Məktubda vurğulanırdı ki, ölkə qarşısında duran vəzifələr - müstəqil dövlətin qurulması, milli-demokratik dövlət atributlarının formalaşdırılması, Azərbaycanın suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunması, vətəndaşların dinc, firavan həyat səviyyəsinin təmin edilməsi, iqtisadi böhranın aradan qaldırılması və sair taleyüklü məsələlərdir.
Heydər Əliyevin ətrafında sağlam qüvvələrin birləşmək niyyətindən təşvişə düşən o dövrkü iqtidar oktyabrın 24-də Naxçıvanda dövlət çevrilişinə cəhd göstərdi. Xalq Cəbhəsinə məxsus silahlı dəstələr muxtar respublika Daxili İşlər Nazirliyinin, Televiziya və Radio Verilişləri Komitəsinin, Rabitə İdarəsinin, şəhər elektrik şəbəkəsinin binalarını zəbt edib muxtar respublika hakimiyyəti əleyhinə bəyanat verdilər. Lakin Heydər Əliyevi sevən insanlar ayağa qalxıb, hamı bir nəfər kimi Onu müdafiə etdi. Hətta Nehrəm, Cəhri kəndlərindən adamlar piyada Naxçıvan şəhərinə yürüş etdilər. Qısa bir vaxtda 50 mindən çox adam Heydər Əliyevi müdafiə etmək üçün Ali Məclis binasının qarşısına gəldi. Xalq Cəbhəsinin silahlıları parlament binasına hücum etməkdən çəkindilər. Bakıda hazırlanmış xüsusi dəstə Naxçıvana gəlməyə cəsarət etmədi. Əhali silahlı dəstələri dövlət idarələrindən qovub çıxardı.
Bu hadisə əsl dövlət çevrilişinə cəhd idi. Lakin xalq öz böyük oğlunu qorudu. Sonralar, 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında Ulu Öndərə qarşı silahlı müxalifət tərəfindən belə uğursuz cəhdlər olacaqdı. Ancaq xalq yenə də öz müdrik rəhbəri ilə birlikdə olduğunu nümayiş etdirəcəkdi.
Heydər Əliyevin yeni partiyanın yaradılması ilə bağlı ziyalıların müraciətinə verdiyi müsbət cavab Onun böyük məsuliyyəti Öz üzərinə götürməkdən çəkinməyən, cəsarətli və qətiyyətli lider olduğunu bir daha təsdiqlədi. Ulu Öndərin o zamankı mürəkkəb durum və yaranmış təhlükəli vəziyyətdən çıxış yolunu göstərən, Onun müdrik tövsiyələrini əks etdirən cavab məktubu sonralar YAP-ın fəaliyyətinin əsas prinsip və istiqamətlərini təşkil etdi.
O dövrkü iqtidar - AXC-”Müsavat” hakimiyyəti Yeni Azərbaycan Partiyasının təsis konfransının Bakıda keçirilməsinə imkan vermədi. Konfrans 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirildi. Təşəbbüs qruplarının 550-dən çox nümayəndəsinin iştirak etdiyi konfrans YAP-ın təsis olunması haqqında qərar qəbul etdi. Partiyanın Heydər Əliyev tərəfindən hazırlanmış Proqram və Nizamnaməsi müzakirə olunaraq qəbul edildi. Ulu Öndər yekdilliklə partiyanın Sədri seçildi. Təşkilatın rəhbər orqanları formalaşdırıldı. Heydər Əliyev sonralar həmin günü belə xatırlayırdı: “Biz 1992-ci ilin şaxtalı bir günündə, istilik olmayan bir zalda, Naxçıvan Dövlət Dram Teatrının binasında paltoda və çoxları papaqda oturaraq ilk konfransımızı keçirirdik. Üşüyürdük, əlimizi əlimizə sürtürdük. Amma iradəmiz yüksək idi, iradəmiz güclü idi. Gələcəyə çox nikbinliklə baxırdıq... Məni sevindirən odur ki, ağır şəraitdə Naxçıvanda keçirdiyimiz konfrans ölkənin və partiyanın böyük inkişaf yolunu təmin etdi”.
- Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycan dövlətinin və xalqının həyatında nə kimi rol oynadı?
- Son dərəcə mürəkkəb bir şəraitdə meydana çıxan Yeni Azərbaycan Partiyası xalqımızın taleyində yeni mərhələnin başlanğıcı oldu. Güclü sosial bazası, praqmatik və gerçəkliyə əsaslanan bitkin proqramı, Heydər Əliyev kimi böyük lideri olan partiyanın ölkənin siyasi həyatına qədəm qoyması XX əsr Azərbaycan tarixinin mühüm hadisəsi idi.
Yeni yaranmış partiyanın bəyanatında bildirilirdi ki, bu partiyanın başlıca proqram məqsədi dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyü, sivil, demokratik hüquqi dövlət, möhkəm əmin-amanlıq və ictimai həmrəylik, sabit və sosial yönümlü iqtisadiyyat yaratmaqdan, geniş demokratik islahatlar həyata keçirmək uğrunda mübarizə aparmaqdan ibarətdir.
Müxalifət partiyası kimi yaranmasına baxmayaraq, YAP öz fəaliyyətində milli maraqları hər şeydən üstün tuturdu. Bu barədə ölkə Prezidenti İlham Əliyev partiyanın 20 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə belə demişdi: “Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaradılmışdı. Ancaq özünü müxalifət adlandıran indiki qüvvələrdən fərqli olaraq heç vaxt öz dövlətinə, xalqına müxalifətdə olmamışdır... Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanda, əslində, siyasi sistemin yaradılması demək idi. Çünki o vaxta qədər bizdə siyasi sistem mövcud deyildi. Yeni Azərbaycan Partiyasının siyasi mədəniyyəti, siyasi mübarizə qaydalarının təbliği, ümumiyyətlə, siyasətin sivil yollarla aparılması ideyaları da cəmiyyətdə böyük əks-səda yaratdı və cəmiyyət tərəfindən dərhal dəstəkləndi. Biz bu ideyalara bu gün də sadiqik”.
Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə həyata vəsiqə alan Yeni Azərbaycan Partiyası tezliklə təşkilatlandı. Ulu Öndərin adı ilə bağlı olan bu partiya yarandığı gündən azərbaycançılıq və dövlətçilik mövqeyindən çıxış edərək öz siyasi platforması, qətiyyətli mövqeyi sayəsində çox qısa zamanda vətənpərvər insanların siyasi istinadgahı kimi əsl ümumxalq partiyasına çevrildi.
1993-cü ilin iyun ayında Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən qayıdışı ilə Yeni Azərbaycan Partiyası müxalifət partiyasından iqtidar partiyasına çevrildi. Ölkənin hakim partiyası kimi YAP müstəqillik tariximizdə mühüm rol oynadı. Ulu Öndərin milli məfkurəsindən güc alan bu partiya qısa zamanda ölkədə sabitliyi bərqərar edən, demokratik dəyərlərə üstünlük verən, hüquqi, demokratik, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinə layiqli töhfələr verən real siyasi qüvvə kimi özünü təsdiq etdi.
Bu gün ölkənin siyasi həyatında Yeni Azərbaycan Partiyası qədər geniş sosial bazaya malik, siyasi proseslərə həlledici təsir imkanı olan ikinci bir partiya yoxdur. Ölkə Prezidenti, partiyamızın Sədri İlham Əliyev bildirib: “Yeni Azərbaycan Partiyasının gücü ilk növbədə onun əvəzsiz lideri Heydər Əliyevdir. Yeni Azərbaycan Partiyasının gücü bundadır ki, onun təməlində duran prinsiplər əməli surətdə həyata keçirilir. Yeni Azərbaycan Partiyasının gücü ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyası liderinin daxili və xarici siyasətini xalq bəyənir və dəstəkləyir”.
YAP Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət əsasında dövlət müstəqilliyimizin dönməzliyinin, əbədiliyinin və sarsılmazlığının təsbit olunması ilə müşayiət edilən şərəfli bir tarixə malikdir. Partiyanın təsis konfransında qəbul etdiyi Proqram və Nizamnaməsi 1999-cu il dekabr ayının 20-21-də keçirilən I qurultayında geniş müzakirə olunaraq o dövrkü siyasi reallıqlara uyğun müəyyən əlavə və dəyişikliklər edilməklə təsdiq olundu. Təşkilatın strateji xətti təsbit edildi: dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq aləmdə layiqli yer tutması, ölkədə demokratik, hüquqi dövlət quruculuğu. Qurultayda o vaxt ARDNŞ-nin birinci vitse-prezidenti olan cənab İlham Əliyev partiyanın Sədr müavini seçildi.
Ötən illər ərzində partiya sıralarında siyasətçilərin yeni nəsli yetişdi. 2000-ci il parlament seçkilərində cənab İlham Əliyev YAP seçki kampaniyasına rəhbərlik edirdi və noyabr ayında Milli Məclisə keçirilən seçkilərdə partiya böyük uğur qazanaraq parlamentdə böyük üstünlük əldə etdi.
YAP-ın 2001-ci il noyabrın 21-də keçirilən II qurultayında da təşkilat üçün taleyüklü qərarlar qəbul edildi. Partiyanın Nizamnaməsinə dəyişikliklər edildi və yeni təsis olunmuş Sədrin birinci müavini vəzifəsinə yekdilliklə cənab İlham Əliyev seçildi.
- Bu gün Yeni Azərbaycan Partiyası yeni inkişaf mərhələsini yaşayır. Əldə olunan nəticələr, uğurlar barədə fikirlərinizi bilmək istərdik...
- Ulu Öndərin və Onun yaradıcısı olduğu partiyanın ən böyük nailiyyətlərindən biri də siyasi varislik probleminin uğurla həll edilməsi, Azərbaycanın işıqlı gələcəyinə təminat yaradılması oldu. Böyük dövlət xadimi Heydər Əliyevin 2003-cü ilin oktyabrında, prezident seçkiləri ərəfəsində Azərbaycan xalqına müraciətində deyilirdi: “Mənim hələ tamamlanmamış çox perspektivli planlarım var. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcəkdir... Həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın layiqli övladlarını öz ətrafında birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəkdir”.
2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində YAP Sədrinin birinci müavini cənab İlham Əliyev xalqın böyük etimadını qazanaraq ölkə Prezidenti seçildi və partiyanın siyasi taleyində yeni dövr başladı. Partiyanın 2005-ci il martın 26-da keçirilmiş III qurultayında Prezident İlham Əliyevin yekdilliklə Yeni Azərbaycan Partiyasının Sədri seçilməsi təşkilatda siyasi irs-varislik əlaqələrini təmin etməklə yanaşı, dünyada gedən qloballaşma prosesləri fonunda ölkənin hərtərəfli inkişafı üçün geniş imkanlar açdı.
Sonralar 2008-ci və 2013-cü illərdəki prezident seçkilərində də YAP-dan İlham Əliyevin namizədliyi irəli sürüldü. Bu seçkilərdə YAP-ın prezidentliyə namizədi parlaq qələbə qazanaraq respublikanın davamlı və sürətli yüksəlişi naminə əzmkar fəaliyyətini davam etdirmək imkanı əldə etdi.
Partiya ölkə həyatında baş verən prosesləri diqqətlə izləyir. Lazım gəldikdə cəmiyyətdəki dəyişikliklərə öz münasibətini bildirir. Yeni Azərbaycan Partiyasının 2008-ci il dekabrın 16-da Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi ilə bağlı Milli Məclisdə təşəbbüs irəli sürməsi də obyektiv qanunauyğunluqlarla şərtlənirdi. Həmin il martın 18-də keçirilmiş referendumda seçicilərin mütləq əksəriyyəti YAP-ın təşəbbüsünü dəstəklədi. Partiya 2010-cu və 2015-ci illərdə Milli Məclisə keçirilən seçkilərdə parlaq qələbə qazanaraq cəmiyyətdə böyük nüfuz sahibi olduğunu bir daha təsdiqlədi. Ötən il keçirilmiş prezident seçkilərində də partiyamızın Sədri cənab İlham Əliyev parlaq qələbə qazandı.
Ötən 27 il ərzində YAP parlament tipli partiya kimi ölkədə aparılan islahatların və demokratik dəyişikliklərin hüquqi bazasının yaradılması işinə öz layiqli töhfəsini vermişdir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin ideya bazasının tərkib hissəsinə çevrilmişdir.
YAP bu gün cəmiyyətdə bütün proseslərin mərkəzində dayanan çox ciddi siyasi güc kimi qavranılır. Partiyanın iqtidarda olduğu dövrünün ən parlaq uğurlarından biri müstəqil Azərbaycanın davamlı və sabit tərəqqi yoluna çıxarılması, onun milli iqtisadi inkişaf modelinin formalaşdırılmasıdır.
Partiyanın Sədri, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası regionun ən böyük siyasi qüvvəsidir: “Yarandıqdan bu günə qədər partiyamız çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Partiyamızın xarici əlaqələri çox genişdir və bu əlaqələr gündən-günə genişlənir. Ölkə daxilində mövqelər çox möhkəmdir. Partiyamız, demək olar ki, cəmiyyətimizin bütün təbəqələrini, bütün yaş qruplarını birləşdirir. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasıdır. Əminəm ki, növbəti illərdə də partiyamız liderlik qabiliyyətini özündə saxlayacaqdır”.
YAP milli dəyərlərə söykənərək inkişaf edir. Ona görə də hazırda YAP Azərbaycanın ən böyük siyasi təşkilatı olmaqla bərabər, həm də öz xalqına ən yaxın siyasi təşkilatdır. YAP bu gün təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda qəbul olunan nüfuzlu siyasi güc mərkəzidir. Bu gün Azərbaycanın möhtəşəm inkişafı prosesində partiyamızın üzvləri yaxından iştirak edirlər. YAP-ın zəfərlər partiyası kimi nüfuz qazanmasını şərtləndirən əsas amil həmişə xalqın böyük əksəriyyətinin dəstəyini qazanmasıdır. Hazırda partiyamızın üzvlərinin 750 min nəfərə yaxın olması da bu faktı təsdiqləyir.
- Eldar müəllim, dekabrın 23-də ölkəmizdə bələdiyyə seçkiləri keçiriləcək. Yeni Azərbaycan Partiyasının bu seçkilərdə şansını necə dəyərləndirirsiniz?
- Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır. Bu reallığı ötən illərin təcrübəsi də əyani şəkildə təsdiqləyir. Hazırda da partiyamız bələdiyyə seçkiləri kampaniyasında fəal iştirak edir. Bildiyiniz kimi, partiyamız tərəfindən yerli özünüidarəetmə orqanlarına namizədlər irəli sürülüb və namizədlərin qeydiyyata alınması prosesi davam edir.
Bu seçkilərdə də YAP tərəfindən layiqli namizədlər irəli sürülüb. Xüsusilə qeyd edim ki, bu prosesdə gənclərə və qadınlara da üstünlük verilib. Təqdirəlayiq haldır ki, gənclərin və qadınların yerli özünüidarəetmə orqanlarında təmsilçiliyi artır.
Bir sözlə, hesab edirəm ki, partiyamız qarşıdan gələn bələdiyyə seçkilərində xalqın güclü dəstəyi nəticəsində parlaq qələbə qazanacaq. Və YAP üzvləri növbəti beş il ərzində də bələdiyyələrin inkişafında və yerli məsələlərin həllində fəal iştirak edəcəklər.

 
  • Oxunub:  3600  |  
  • Tarix:  21-11-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir

11 Dekabr 13:33
Trans-Sibir magistralının potensialı ilə Bakı-Tbilisi-Qarsın sinergiya layihəsi müzakirə edilib
11 Dekabr 13:24
Azərbaycan və Koreya statistika komitələri anlaşma memorandumu imzalayıblar
11 Dekabr 13:17
Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran Lider
11 Dekabr 12:58
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatının sosial inkişaf üzrə ilk Nazirlər Konfransında iştirak edib
11 Dekabr 12:48
Almanların Azərbaycanda məskunlaşmasının 200 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilib
11 Dekabr 12:12
Əli Əhmədov: Bu gündən növbədənkənar parlament seçkilərinin rəsmi startı başlayır
11 Dekabr 12:00
Milli inkişaf strategiyasının müəllifi
11 Dekabr 11:51
Bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb
11 Dekabr 11:27
Yeni Azərbaycan Partiyasının nümayəndələri Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
11 Dekabr 11:24
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə xalqımız həqiqi dövlət müstəqilliyinə qovuşub
11 Dekabr 11:17
Naxçıvanda Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə keçirilən bilik yarışının qalibləri müəyyənləşib
11 Dekabr 11:15
Ucar-Zərdab-Ağcabədi yolu II texniki dərəcəyə uyğun yenidən qurulur
11 Dekabr 11:04
Ulu Öndər Heydər Əliyev sözün həqiqi mənasında, Azərbaycanda möcüzələr yaratdı
11 Dekabr 11:01
Qaradağ rayonunda YAP-ın namizədləri yekdilliklə dəstəklənəcək
11 Dekabr 11:00
YAP Xətai rayon təşkilatında təbliğat-təşviqat kampaniyası çərçivəsində qadın seçicilərlə görüş keçirildi
11 Dekabr 10:56
Moldova parlamentinin spikeri: Dahi lider Heydər Əliyev hər zaman xalqının, dövlətinin mənafeyi uğrunda çalışıb
11 Dekabr 10:54
Hikmət Şikarov: Azərbaycan uğurlu islahatlar dövrünə qədəm qoyub
11 Dekabr 10:45
Azərbaycanın dinamik inkişaf strategiyasının əsasını qoymuş görkəmli dövlət xadimi
11 Dekabr 10:43
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
11 Dekabr 10:20
Müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir
11 Dekabr 10:08
Ədliyyə Nazirliyində “İnsan hüquqlarının qorunması media müstəvisində” mövzusunda KİV-lərlə görüş keçirilib
11 Dekabr 09:54
Azərbaycanda müsbət biznes mühiti formalaşıb
11 Dekabr 09:48
Azərbaycan dövləti uşaq və gənclərin hərtərəfli inkişafı istiqamətində mühüm addımlar atır
11 Dekabr 09:46
Azərbaycanda ekologiya və ətraf mühitin qorunması sahəsində görülən işlər bir çox ölkələr üçün örnək təşkil edir
11 Dekabr 09:43
“Azerbaijan Digital Hub” proqramı “İlin İnfrastruktur layihəsi” mükafatına layiq görülüb
11 Dekabr 09:37
İngilislərin Bakıda kommunal xidmət sahəsində apardıqları monitorinqlər davam edir
11 Dekabr 09:35
Regionlarda avtomobil yollarının tikintisi və yenidən qurulması üzrə işlər davamlı xarakter daşıyır
10 Dekabr 21:38
Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb
10 Dekabr 21:25
Azərbaycan Konqreslər Bürosunun “Səfirlər proqramı”nın təqdimatı olub
10 Dekabr 21:22
AMEA-da “Heydər Əliyev: Ümummilli Lider, zaman və müasir dövr” mövzusunda konfrans keçirilib
10 Dekabr 21:05
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
10 Dekabr 20:54
YAP Bərdə rayon təşkilatı təbliğat kampaniyasını uğurla davam etdirir
10 Dekabr 20:37
YAP Nərimanov rayon təşkilatında ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib
10 Dekabr 20:25
Azərbaycanda mövcud seçki sistemi və radikal müxalifətin əsassız iddiaları
10 Dekabr 17:53
Ulu Öndər Heydər Əliyevin həyatı xalqa, Vətənə, dövlətə xidmət nümunəsidir
10 Dekabr 17:52
Qədirbilən Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərini çox yüksək qiymətləndirir, Onun əziz xatirəsini daim öz qəlbində yaşadır
10 Dekabr 17:46
İordaniyanın Kralı II Abdullahın Azərbaycana rəsmi səfəri başa çatıb
10 Dekabr 17:44
Baş Prokurorluqda ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
10 Dekabr 17:37
“Azərbaycan könüllülük həftəsi”nin yekunları ilə bağlı tədbir keçirilib
10 Dekabr 17:32
Şəmkir rayonunda qadın seçicilərlə görüş keçirilib
10 Dekabr 17:28
DSX-nin hərbi hissə və bölmələrində ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
10 Dekabr 17:20
Ağstafa rayonunun Köçəsgər, Eynallı və Həsənsu kəndlərində seçicilərlə görüş keçirilib
10 Dekabr 17:15
Məcburi köçkün gənclər kiçik sahibkarlıq fəaliyyətinə başlamaq üçün avadanlıqlarla təmin edilib
10 Dekabr 17:01
Azərbaycan Ordusunun komandir heyətinin toplanışı başa çatıb
10 Dekabr 16:23
Birinci Gənc Sahibkarlar Forumu keçirilib
10 Dekabr 16:15
Bakı Musiqi Akademiyasında görkəmli bəstəkar Arif Məlikovun xatirəsi anılıb
10 Dekabr 16:08
Heydər Əliyev Beynəlxalq Aeroportu yeni aviaşirkətlər cəlb edir
10 Dekabr 16:07
Bakıda “Zorakı ekstremizm ilə mübarizə: birgə tərəfdaşlıqla dayanıqlığın gücləndirilməsi” mövzusunda konfrans keçirilib
10 Dekabr 16:03
Gəncə “YAP”çıları bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir
10 Dekabr 16:02
Moldovada Nəsimiyə həsr olunan silsilə tədbirlər xoş təəssüratlar yaradıb
10 Dekabr 15:54
“Azərişıq”: Bayram günlərində bütün mənzillərdə dayanıqlı və keyfiyyətli enerji təchizatının təmin olunması istiqamətində işlər görülür
10 Dekabr 15:43
Energetika naziri Yevlaxda vətəndaşları qəbul edib
10 Dekabr 15:42
“Port Baku Mall”da “Gingerbread City” adlı sərgisi açılıb
10 Dekabr 15:21
Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Kralı II Abdullah ilə işçi nahar edib
10 Dekabr 15:11
Azərbaycan Prezidentinin İordaniya Kralı ilə təkbətək görüşü olub
10 Dekabr 15:06
İmadəddin Nəsimin 650 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
10 Dekabr 15:02
İordaniyanın Kralı II Abdullahın rəsmi qarşılanma mərasimi olub
10 Dekabr 14:42
Müasir avadanlıqlarla təchiz edilmiş Su Laboratoriya Mərkəzinə baxış keçirilib
10 Dekabr 14:39
Dövlət İdarəçilik Akademiyasında ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
10 Dekabr 14:36
Qətərdə keçirilən simpoziumda Ermənistanın işğalçılıq siyasətindən danışılıb
10 Dekabr 14:29
Ekosahibkarlığın inkişafına dəstək məqsədilə ağacəkmə aksiyası keçirilib
10 Dekabr 14:27
İordaniyanın Kralı II Abdullah Azərbaycana rəsmi səfərə gəlib
10 Dekabr 14:26
“The Jerusalem Post”: TANAP qaz kəməri Azərbaycanın geosiyasi əhəmiyyətini təsdiq edir
10 Dekabr 14:13
Bolqarıstan Bakı-Tbilisi-Qars ilə Avropaya yüklərin daşınmasında maraqlıdır
10 Dekabr 13:46
Yeni Azərbaycan Partiyası Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirakı ilə bağlı qərar qəbul edib
10 Dekabr 12:51
Səbinə Əliyeva: "Ombudsman təsisatı öz işini aşkarlıq, şəffaflıq və qərəzsizlik prinsipləri əsasında həyata keçirir"
10 Dekabr 12:49
İranlı nazir: Azərbaycanla elektrik enerjisi mübadiləsini həyata keçirmək üçün proqram hazırlanıb
10 Dekabr 12:39
Parisdə AŞPA-nın komitə və Büro iclasları keçirilir
10 Dekabr 12:31
Şəki şəhərində qadın seçicilərlə görüş keçirilib
10 Dekabr 12:18
Bələdiyyə seçkiləri ilə əlaqədar dairə seçki komissiyalarının informasiya texnologiyaları üzrə mütəxəssisləri üçün seminarlara başlanılıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+9 +12
gecə+4 +7