Ana səhifə »  Müsahibə »  Azərbaycan qarşıdakı illərdə də sabitlik, inkişaf və tərəqqi yolu ilə inamla addımlayacaq
A+   Yenilə  A-
Azərbaycan qarşıdakı illərdə də sabitlik, inkişaf və tərəqqi yolu ilə inamla addımlayacaq

Milli Məclisin deputatı Pərvin Kərimzadə www.yap.org.az saytına müsahibə verib:
- Pərvin xanım, hazırda cəmiyyətimizdə əsas müzakirə mövzularından biri 2020-ci ilin dövlət büdcəsi ilə əlaqədardır. Bu baxımdan, gələn ilin büdcəsini necə dəyərləndirirsiniz?
- Ölkəmiz ildən-ilə güclənir, sürətlə inkişaf edir. Aparılan iqtisadi siyasət sayəsində Azərbaycanın makroiqtisadi inkişafında dayanıqlıq təmin edilib. İnkişafın və çoxsaylı nailiyyətlərin nəticəsi olaraq iqtisadiyyatda əldə edilmiş sıçrayış Azərbaycanın keyfiyyətcə yeni, modernləşmə mərhələsinə qədəm qoymasına səbəb olub. Ardıcıl həyata keçirilən islahatların iqtisadi potensialı daha da möhkəmləndirməsi sayəsində Dünya Bankının son hesabatında Azərbaycan dünyanın 20 ən islahatçı ölkəsi sırasında yer alıb. “Ən islahatçı ölkə” imicini qazanan Azərbaycan əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də iqtisadiyyatın inkişaf dinamikasını saxlamağa müvəffəq olub.
Bu ilin fevral ayında Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə dövlət başçısı ötən son 3 ilin göstəricilərini dəyərləndirərkən 2017-ci ili iqtisadi sabitləşmə ili, 2018-ci ili dərin iqtisadi islahatlar ili adlandıraraq, 2019-cu ili həm böyük sosial islahatlar ili, həm də iqtisadi artımın yüksək templərlə təmin ediləcəyi dövr kimi qiymətləndirdi.
Ötən illərin davamı kimi, 2020-ci ildə də büdcənin sosialyönümlülüyü təmin ediləcək, əməyin ödənişi, təqaüdlər, sosial müavinətlər, əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi üzrə maliyyə təminatının yaradılması prioritet xərc istiqamətlərindən olacaq. Bütövlükdə, bundan sonra da, o cümlədən gələn ildə də müstəqil Azərbaycan sabitlik, inkişaf və tərəqqi yolu ilə inamla addımlayacaq. Ölkənin artan iqtisadi qüdrəti, aparılan ciddi iqtisadi islahatlar, sosial islahatların dərinləşməsi bunun proqnozunu verir.
- Büdcədə elm və təhsil sahəsinə ayrılan vəsaitlə bağlı nə deyə bilərsiniz? Artım bu sahələrin inkişafına nə dərəcədə təsir göstərəcək?
- Hər bir dövlətin uğurlu dövlət siyasəti elmi prinsiplərə söykənir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyev tərəfindən yeni nəfəs gətirilərək uğurla həyata keçirilən müstəqil Azərbaycanın dövlət siyasətinin kökündə də elmi prinsiplər dayanır. Ölkəmizdə elm və təhsil sektoruna dövlət tərəfindən göstərilən diqqət və qayğı nəticəsində son illər elmdə, təhsildə və intellektual fəaliyyətin bütün sahələrində əhəmiyyətli dönüşə nail olunub. Elm və təhsil sahəsində qarşıya qoyulan böyük hədəflər tariximizdə yüksək inkişaf, bütün sahələrdə islahatların daha da dərinləşməsi dövrü kimi xarakterizə olunur.
Təhsilə dövlət qayğısı hər zaman dövlət büdcəsində də öz əksini tapır. 2020-ci ildə təhsilin ən ali səviyyədə inkişafı üçün dövlət büdcəsindən təhsil xərclərinə 3155,8 milyon manat vəsait ayrılıb ki, bu da 2019-cu ilə nisbətən 873,6 milyon manat çoxdur. Təhsillə elm bir-birinə bağlıdır. Təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müəllimlərin əməkhaqlarının artırılması, təhsilin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən islahatlar, bir sözlə, təhsilə artan qayğı elmin də inkişafına, tərəqqisinə zəmin yaradır.
- 2020-ci ilin dövlət büdcəsi sosialyönümlü olması ilə də səciyyələnir. Bu fakt əhalinin rifah halının daha da yüksəlməsində nə dərəcədə rol oynayacaq?
- 2017-ci ildə iqtisadi sahədə atılan addımlar 2018-ci ildə keçirilən prezident seçkilərindən sonra islahatların yeni mərhələsinə təkan verdi. Sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından 2019-cu il əvvəlki illərdən fərqləndi. İlin əvvəlindən başlayaraq sosial-iqtisadi sferada baş verən köklü və sistemli dəyişikliklər, ölkə başçısının cari il ərzində təqdim etdiyi iki sosial paket əhalinin maddi durumunun yaxşılaşmasına xidmət etdi. Bir-birinin ardınca sosial paketlərin yüksək səviyyədə reallaşması ölkədə sosial inkişafı, sosial rifahın yüksəldilməsini təmin etdi. Təkcə 2019-cu ildə minimum əməkhaqqı və sosial müavinətlər iki dəfə, minimum pensiya 70 faiz artırıldı, iki sosial paket 4,2 milyon vətəndaşı əhatə etdi.
İqtisadi sabitləşmə ilindən böyük sosial islahatlar dövrünə addımlayan Azərbaycanda həyata keçirilən müstəqil siyasət, dərin islahatlar, yüksələn reytinq, kompleks islahatlar, möhkəm iqtisadi təməl 2020-ci ildə inkişafın davamlılığına təkan verdi. Prezident İlham Əliyevin yeni iqtisadi strategiyasının formalaşdırdığı möhkəm təməl sayəsində Azərbaycanın müstəqillik tarixində ən böyük büdcə layihəsinin hazırlanmasına zəmin yarandı. 2004-cü ildə regionların sosial-iqtisadi inkişafına dair I Dövlət Proqramının icrasına başlayarkən Azərbaycan 1,8 milyard dollar valyuta ehtiyatlarına sahib idisə, son 15 ildə bu ehtiyatlar 27-28 dəfə artırılıb. Bu da büdcə xərclərinin 39,5 faizinin sosial sahəyə ayrılmasına, yəni sosial müdafiə xərclərinə ayrılan vəsaitin 31,3 faiz artırılmasına səbəb olub.
2020-ci il dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri üçün 8402,3 milyon manat vəsait nəzərdə tutulub. Ən əsası isə, dövlət büdcəsi ölkənin regionlarının sosial-iqtisadi inkişafı, regionlarda yaşayan əhalinin əmək vərdişlərinə uyğun iqtisadi fəaliyyət sahələrinin dirçəldilməsinə şərait yaradacaq. Belə ki, 2020-ci ildə 200 minə yaxın yeni iş yerinin yaradılması məşğulluq probleminin həll edilməsinə yeni təkan olacaq.
Nəzərə alsaq ki, yeni iş yerlərinin böyük əksəriyyəti regionlarda açılacaq, bu, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılan addımların bəhrəsinin sübutu, dövlətin iqtisadi qüdrətinin yüksəlməsinin daha bir təzahürüdür.

 
  • Oxunub:  5430  |  
  • Tarix:  26-11-2019  |  
  •    Çap et   |  


Qəzetin son buraxılışı

Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir

25 Yanvar 15:25
Pakistan portalı Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı məqalə yayıb
25 Yanvar 15:16
Azərbaycan deputatları AŞPA-nın qış sessiyasında iştirak edəcəklər
25 Yanvar 15:12
Bütün seçiciləri daha güclü Azərbaycan naminə partiyamızın namizədlərinə səs verməyə çağırıram
25 Yanvar 15:03
Deputatlığa namizəd Fatma Yıldırım Bərdənin Şatırlı, İkinci Nazırlı, Kürdborakı, Hacılı, Birinci Qazaxlar kəndlərində seçicilərlə görüşüb
25 Yanvar 14:56
Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır”
25 Yanvar 14:22
Azərbaycan Ordusunda Həzi Aslanovun 110 illiyinə həsr olunan silsilə tədbirlər keçirilib
25 Yanvar 13:25
Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verib
25 Yanvar 11:47
YAP-ın 11 saylı Qaradağ seçki dairəsindən namizədi Aydın Hüseynovun Ələt qəsəbəsinin sakinləri ilə görüşü keçirilib
25 Yanvar 11:29
Nazirlər Kabinetində icbari sığorta sahəsində qarşıda duran vəzifələr müzakirə edilib
25 Yanvar 11:26
Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb
25 Yanvar 11:21
Dilarə Cəbrayılova: Azərbaycanın nüfuzlu Davos İqtisadi Forumu ilə fəal əməkdaşlığı ölkəmizin iqtisadi inkişafı üçün yeni imkanlar açıb
25 Yanvar 11:19
Fevralın 24-dən “Gənclər Paytaxtı 2020” müsabiqəsinin onlayn səsvermə mərhələsi start götürəcək
25 Yanvar 11:17
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Dünya İqtisadi Forumunda təmsil olunub
25 Yanvar 11:15
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ötən ilin yekunları müzakirə olunub
25 Yanvar 11:12
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samuxda və Göygöldə nümayəndəlikləri açılıb
25 Yanvar 11:09
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESKO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılacaq
25 Yanvar 10:14
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin açıqlaması
25 Yanvar 10:08
Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir
24 Yanvar 18:11
Dövlət Komitəsinin sədri Sabirabadda məcburi köçkünləri qəbul edib
24 Yanvar 18:09
Yeni Azərbaycan Partiyasının Gəncədən olan 4 namizədinin gənclərlə görüşü keçirilib
24 Yanvar 17:43
Deputatlığa namizəd Kamran Bayramov Şəmkirin Mehrili və Abbaslı kəndlərində seçicilərlə görüşüb
24 Yanvar 17:43
Türkiyəli professor: "Azərbaycanda seçici, media və dövlət arasında əlaqə düzgün qurulub"
24 Yanvar 17:40
YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Niyazi Tağıyev seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 17:36
Yuli Qusman: "Parlament seçkilərindən sonra da Azərbaycanın demokratik inkişafı davam edəcək"
24 Yanvar 17:28
Mariya Zaxarova: "Parlament seçkilərinin nəticələri dost Azərbaycan xalqının rifahının yaxşılaşmasına xidmət edəcək"
24 Yanvar 17:26
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində “Mədəniyyətlərin dialoqu xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirilir
24 Yanvar 17:19
Deputatlığa namizəd Ramil Həsən Ucarda seçicilərlə növbəti görüşlər keçirib
24 Yanvar 17:07
Energetika naziri Siyəzəndə, nazir müavinləri isə Qobustan və Cəlilabadda vətəndaşları qəbul ediblər
24 Yanvar 16:59
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 16:04
“YARAT”da yeni tamaşanın premyerası olacaq
24 Yanvar 15:57
Sabirabadlıların seçimi Əhliman Əmiraslanovdur
24 Yanvar 15:49
Heydər Əliyev Fondunun layihəsi olan “Balaca Şahzadə” növbəti dəfə repertuara salınıb
24 Yanvar 15:40
Deputatlığa namizəd Eldəniz Səlimov Xaçmazda seçicilərlə növbəti görüş keçirib
24 Yanvar 15:36
İmadəddin Nəsimiyə həsr olunmuş “Mənəm, mən...” tamaşası yenidən səhnədə
24 Yanvar 15:34
Seçicilər ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər
24 Yanvar 15:31
Bakı məktəblilərinin beynəlxalq yarışlarda əldə etdiyi uğurların sayı artmaqdadır
24 Yanvar 15:26
MSK-nın Şəkidə keçirdiyi regional seminarda seçki mübahisələrinin həllinə dair məsələlər müzakirə olunub
24 Yanvar 15:22
Gəncədə seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair regional müşavirə keçirilib
24 Yanvar 15:12
Ağdaşlılar YAP-ın namizədinə səs verəcəklər
24 Yanvar 14:51
YAP-ın namizədi Kamaləddin Qafarovun təhsil işçiləri ilə görüşü keçirilib
24 Yanvar 14:43
Deputatlığa namizəd Məşhur Məmmədov Masallı rayonu Xırmandalı kəndində seçicilərlə görüşüb
24 Yanvar 14:35
Fikrət Sadıqov: "Cəmiyyətdə seçkilərə maraq kifayət qədər yüksəkdir"
24 Yanvar 14:29
Yeni TV-də qonaq Yeni Azərbaycan Partiyasının 21 saylı Nəsimi ikinci seçki dairəsindən deputatlığa namizədi Məlahət İbrahimqızıdır (VİDEO)
24 Yanvar 14:20
Prezident İlham Əliyevin Davosda İsveçrənin Montrö şəhərinin meri ilə görüşü olub
24 Yanvar 14:15
Prezident İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb
24 Yanvar 14:08
Şöhrət Barlas: "Parlament seçkilərindən yalnız müsbət gözləntilərim var”
24 Yanvar 14:04
Azərbaycanda qar ehtiyatlarının toplanmasında azalma tendensiyası müşahidə olunur
24 Yanvar 13:58
Prezident İlham Əliyev Davos Forumunun tribunasından Azərbaycan reallıqlarını dünyaya çatdırır
24 Yanvar 13:54
İnanıram ki, 2020-ci il fevral ayının 9-da seçicilərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək
24 Yanvar 13:05
Elçin Əhmədov: Prezident İlham Əliyevin Davosdakı görüşləri Azərbaycanın yüksək beynəlxalq nüfuzunun əyani göstəricisidir
24 Yanvar 12:43
Deputatlığa namizəd Fatma Yıldırım növbəti görüşlərini Bərdə rayonunun mədəniyyət və səhiyyə işçiləri ilə keçirib
24 Yanvar 11:46
"Yeni parlamentdə Azərbaycanın daha da inkişafına töhfə verəcək insanların yer alacağına ümid edirəm"
24 Yanvar 11:29
Stefan Şennak: "Əminəm ki, Azərbaycanda parlament seçkiləri ədalət prinsipləri əsasında keçiriləcək"
24 Yanvar 11:15
Moldova MSK-sının və parlamentinin nümayəndələri Azərbaycanda seçkiləri izləyəcəklər
24 Yanvar 11:07
Diasporla İş üzrə Dövlət Komitəsi yeni könüllülərin qeydiyyatına başlayıb
24 Yanvar 10:55
AŞPA nümayəndələrinin siyasi partiyalarla görüşünün detalları
24 Yanvar 10:18
Prezidentin islahatlarının daha bir nəticəsi: Azərbaycan Korrupsiya Qavrama İndeksində 26 pillə irəliləyib
24 Yanvar 10:11
Dövlət Komitəsində 2019-cu ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib
24 Yanvar 10:10
Mixail Qusman: Multikulturalizmin tarixən Azərbaycan üçün həyat tərzi olduğunu söyləyən Prezident İlham Əliyev tamamilə haqlıdır
24 Yanvar 10:07
ATƏT nümayəndəsi KİVDF-nin fəaliyyəti ilə tanış olub
24 Yanvar 09:58
Professor Əhəd Canəhmədovun “Mühəndislik fəlsəfəsi” traktatının yenilənmiş nəşri çapdan çıxıb
24 Yanvar 09:55
Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib
24 Yanvar 09:52
Azərbaycan sabit və davamlı inkişafda olan ölkədir
23 Yanvar 18:28
YAP-ın deputatlığa namizədi Aytən Hüseynova Səbail rayonu Bibiheybət qəsəbəsinin sakinləri ilə görüşüb
23 Yanvar 18:25
Naqif Həmzəyevin bu dəfəki görüşü Nərimanov prospekti və Şahsevənlər küçəsinin sakinləri ilə olub
23 Yanvar 18:22
Deputatlığa namizəd Ağalar Vəliyevin Goranboy rayonunun Şəfəq və Zeyvə kəndlərində seçicilərlə görüşü keçirilib
23 Yanvar 18:19
Nəsib Məhəməliyev növbəti görüşlərini Balakən rayonunun təhsil və səhiyyə işçiləri və Mazımqaray kənd seçiciləri ilə keçirib
23 Yanvar 18:18
Məzahir Pənahov siyasi partiyalara müraciət edib
23 Yanvar 18:13
Parlament seçkilərini izləmək üçün 42 min 257 yerli müşahidəçi qeydiyyatdan keçib
23 Yanvar 18:12
Yeni Azərbaycan Partiyasının namizədi Eldar Əsədovun seçicilərlə ilk görüşü keçirildi

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+5 +7
gecə+2 +2