Ana səhifə »  Müsahibə »  Yeni dövrün tələblərinə cavab verən mütəxəssislərin parlamentdə təmsil olunması günümüzün zərurətidir
A+   Yenilə  A-
Yeni dövrün tələblərinə cavab verən mütəxəssislərin parlamentdə təmsil olunması günümüzün zərurətidir

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli www.yap.org.az saytına müsahibə verib:
- Əli müəllim, bu günlərdə Yeni Azərbaycan Partiyasının Siyasi Şurası Azərbaycan parlamentinin buraxılması təşəbbüsü ilə çıxış etdi. Bu təşəbbüsü necə şərh edərdiniz?
- Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının təşəbbüsü bir neçə gündür ki, cəmiyyətdə geniş müzakirə olunur. Qeyd etməliyəm ki, müzakirələr çox pozitivdir. Bu, onu göstərir ki, Yeni Azərbaycan Partiyasının bu təşəbbüsü həm də ictimai fikrə söykənir. Artıq məsələ ilə əlaqədar Milli Məclisdə Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar parlament rəhbərliyinə müraciət edib və məsələ parlamentdə müzakirə olunub.
İlk növbədə onu qeyd etmək istəyirəm ki, 2018-ci il prezident seçkilərində cənab İlham Əliyev yenidən xalqın böyük etimadını qazandı və bundan sonra ölkədə islahatların keyfiyyətcə yeni mərhələsi başladı. Bu islahatlar həm dövlət idarəetməsini əhatə etdi, şəffaf, müasir idarəetmə ilə bağlı qərarlar verildi. Bu gün birmənalı demək olar ki, Azərbaycanda cənab Prezidentin həyata keçirdiyi bu islahatlar öz mahiyyətinə görə postsovet və Şərqi Avropa ölkələrini qabaqlayıb. Faktiki olaraq qarşıya qoyulan məqsəd Azərbaycanı dünyanın ən müasir ölkələri sırasına çıxarmaqdır və bu müasirlik həm idarəetmədə, həm korrupsiyaya qarşı mübarizədə, həm vətəndaş-məmur münasibətində, həm iqtisadiyyatın yeni müasir qaydalarla idarə olunmasında və eyni zamanda, ölkənin sosial rifahında, əhaliyə göstərilən sosial qayğıda özünü göstərir.
Bu islahatlar ilk növbədə özünü icra strukturlarında aparılan struktur islahatları, yeni Nazirlər Kabinetinin formalaşdırılması, peşəkar insanların, idarəçilik sahəsində formalaşmış şəxslərin müxtəlif vəzifələrə təyin olunmasında idi. Eyni zamanda, bilirsiniz ki, dövlətimizin başçısı bu ilin aprel ayında məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi ilə bağlı Fərman imzalayıb. Çünki məhkəmə sistemində həyata keçirilən islahatlar, təbii ki, iqtisadi islahatlara dəstək olmalıdır.
Onu da qeyd etməliyəm ki, bütün bu illər ərzində Yeni Azərbaycan Partiyasının çoxluq təşkil etdiyi Azərbaycan parlamenti daim cənab Prezidentin həyata keçirdiyi islahatlara qanunvericilik dəstəyi verib. Bu, qanunların qəbulunda daim özünü göstərib. Eyni zamanda, parlamentdə təmsil olunan bitərəf deputatlar da əsas etibarilə dövlət başçısının siyasətini dəstəkləmişlər.
Həmçinin ötən dövrdə parlamentdə nizam-intizam gücləndirilib, 2016-cı ildə Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı keçirilən referendumdan sonra deputatların etik davranış qaydaları haqqında qanun qəbul olunub. Və son illər parlamentarilərin davranışlarında da çox pozitiv meyillər müşahidə olunmaqdadır. Amma bütün bunlarla yanaşı, müəyyən yeniliklərə ehtiyac var.
- Bu yeniliklər nədən ibarətdir? Sizcə, parlament islahatları Milli Məclisin qanunvericilik sahəsində daha keyfiyyətli fəaliyyət göstərməsinə nə dərəcədə təsir göstərəcək?
- Etiraf etməliyik ki, bu gün parlament üzvlərinin həm qanunvericilik sahəsində, həm də islahatlara ictimai-siyasi dəstək vermək baxımından yenilənməsinə ehtiyac var. Xüsusi vurğulamaq istəyirəm ki, cənab Prezidentin məhz parlament üzvü olan şəxslərin icra strukturlarında rəhbər vəzifələrə təyin olunması da dövlət başçısının parlamentə göstərdiyi etimadın bir formasıdır.
Amma biz görürük ki, qanunvericilik prosesinin çox böyük hissəsi qanunvericilik təşəbbüsü subyekti kimi məhz cənab Prezidentin öhdəsinə düşmüş olur. Bu baxımdan, hesab edirəm ki, parlament qanunların hazırlanması prosesində daha aktivlik nümayiş etdirməlidir. Sözsüz ki, Milli Məclisdə cəmiyyətimizi, ictimaiyyətimizi təmsil edən bir çox nüfuzlu şəxslər var. Onlar Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələrini özündə ehtiva edirlər, həm gənclər, həm yaşlı nəslin nümayəndələri var. Müxtəlif sahələrin insanları var ki, səhiyyə, sosial, elm və s. sahədə çox yaxşı tanınırlar. Amma peşəkar hüquqşünasların, iqtisadçıların, xüsusilə yeni dövrün tələblərinə cavab verən mütəxəssislərin parlamentdə təmsil olunması günün zərurətidir. Bu baxımdan, mən hakim partiyanın məlum qərarını alqışlayıram.
Bilirsiniz ki, YAP seçkilərə həmişə uğurlu namizədlərlə gedib və məhz buna görə partiya daim seçkilərdə qalib gəlib. Amma YAP-ın bu qərarı nümunəvi bir siyasi mədəniyyətdir. Partiya növbəti seçkilərə getmək iddiasını ortaya qoymaqla həm özünə əminliyini nümayiş etdirir, həm də keyfiyyətcə yeni tələblərə cavab verən, təbii ki, həm indiki deputat korpusunda təmsil olunan, həm də partiya üzvləri olaraq digər orqanlarda çalışan insanların bu prosesə cəlb olunması ilə ümumi işə töhfə vermək niyyətindədir.
- Bu məsələnin hüquqi baxımdan həlli qaydaları haqqında nə deyə bilərsiniz?
- Hüquqi baxımdan 2016-cı ildə Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendumda çox vacib məsələ həllini tapdı. Əgər o vaxta qədər yalnız parlamentin Prezidenti vəzifədən kənarlaşdırmaq səlahiyyəti var idisə, referendumdan sonra Konstitusiyada Prezidentin də parlamenti buraxmaq səlahiyyəti təsbit olundu. Beləliklə, ədalətli balans yarandı. Əsas Qanunun 98-ci maddəsi qeyd edir ki, hansı hallarda Prezident Milli Məclisi buraxa bilər. Onu qeyd edim ki, bu, Prezidentin müstəsna səlahiyyətidir, hüququdur.
İndiki vəziyyətdə isə Milli Məclisdə YAP-ı təmsil edən deputatlar parlamentin buraxılması ilə bağlı müraciət qəbul ediblər. Bu addım islahatlara dəstək vermək məqsədi və xalqın etimadını yenidən qazanmaq mənasını daşıyır.
Milli Məclis də Konstitusiyanın 95-ci maddəsinin 3-cü hissəsinə əsaslanaraq zəruri bildiyi məsələlərə dair qərarlar qəbul etməlidir. Əgər çoxluq belə bir müraciət edibsə, demək ki, bu, zəruri haldır və Milli Məclis həmin məsələyə baxıb öz qərarını qəbul edəcək. Əlbəttə ki, belə bir qərar qəbul olunarsa, növbəti mərhələdə cənab Prezident Konstitusiyanın 109-cu və 98-ci maddəsinə, o cümlədən Seçki Məcəlləsinin 145-ci maddəsinə istinadən seçkiləri təyin etmək səlahiyyətinə malikdir.
Hesab edirəm ki, bu hadisə bizim parlamentarizm tarixində ilk dəfə baş versə də, Yeni Azərbaycan Partiyasının siyasi mədəniyyət nümayiş etdirməsi baxımından çox mütərəqqi haldır. Partiya özü islahatların önündə gedir, islahatları həyata keçirən Yeni Azərbaycan Partiyasının Sədridir. Müxtəlif vəzifələrə təyin olunan kadrların böyük əksəriyyəti YAP üzvləridir və əminəm ki, YAP-ın irəli sürəcəyi yeni namizədləri xalqımız dəstəkləyəcək. Ümidvarıq ki, bu namizədlər peşəkar siyasi xadimlər, hüquqşünaslar və iqtisadçılar olacaqlar.
Bu situasiya təbiidir və günün tələbidir. Heç bir halda bizim opponentlərimiz burada hansısa bir siyasi problemlərin olması ilə bağlı arqumentlərə söykənməməlidirlər. Azərbaycanda iqtidar-xalq birliyi mövcuddur və bu birliyə söykənərək YAP Siyasi Şurası belə bir qərar qəbul edib.
- Əli müəllim, radikal müxalifətin nümayəndələri bu məsələ ilə bağlı müxtəlif iddialarla çıxış edirlər. Buna münasibətiniz necədir?
- Bu iddiaların nə indi, nə keçmişdə, nə də gələcəkdə heç bir əsası ola bilməz. Onlar iddia edirlər ki, guya bu addım parlament seçkilərini saxtalaşdırmaq məqsədi daşıyır və s. Müxalifətin nəzərinə çatdırım ki, Yeni Azərbaycan Partiyasının seçkiləri saxtalaşdırmağa ehtiyacı yoxdur. Seçkilər zamanında, yəni 1992-ci ildə AXC-”Müsavat” cütlüyü seçkilər keçirəndə saxtalaşdırılmışdı. Ondan sonra keçirilən bütün seçkilərdə xalqımız Ulu Öndər Heydər Əliyevin siyasətinə, bu siyasəti uğurla davam etdirən cənab İlham Əliyevə səs verib.
Yeni Azərbaycan Partiyasının rəhbəri ölkə Prezidentidir və ölkə Prezidentinin həyata keçirdiyi islahatları xalq, ictimaiyyət dəstəkləyir. İnsanlar bilirlər ki, bu siyasətin icra olunmasında istirak edənlər də məhz Yeni Azərbaycan Partiyasının üzvləridir. Biz bu qərarı qəbul etməklə həm də əminliyimizi nümayiş etdiririk. Əgər Yeni Azərbaycan Partiyası əmin olmasaydı, bu mərhələdə bu addımı da atmazdı. Partiyamız üçün istənilən bir dövrdə seçki prosesində iştirak etmək həm asandır, həm də şərəfdir. Sadəcə, yeni seçkilər, əlbəttə ki, YAP-ın parlamentdə təmsil olunmuş və uğurla fəaliyyət göstərmiş insanlarını həm yenidən parlamentdə görmək iradəsini ortaya qoyur, eyni zamanda, ənənəvi olaraq sıralarının gəncləşdirilməsi, həmçinin bu seçkilərdən istifadə edərək hüquq, iqtisadiyyat, sosial, politologiya sahəsində daha peşəkar insanların namizədliyinin irəli sürülməsidir.
Əminəm ki, Yeni Azərbaycan Partiyası əvvəlki seçkilərdə olduğu kimi, bu seçkilərdə də qalib gələcək. Sadəcə olaraq, hazırda parlament üzvlüyünə namizədlərin seçimində günün tələbi, cəmiyyətin çağırışları daha ciddidir. Məhz bu çağırışlara adekvat olaraq bu addım atılıb.

 
  • Oxunub:  4740  |  
  • Tarix:  03-12-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir

25 Yanvar 19:52
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru ADA Universitetində mühazirə oxuyub
25 Yanvar 19:45
Qafqaz Müsəlmanları İdarəsinin sədri “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları ilə görüşüb
25 Yanvar 17:32
Saatlıda “Pambıqçılıq 2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
25 Yanvar 17:27
Prezident İlham Əliyev Davos Forumunda Azərbaycanın yeni hökumətinin prioritetlərini açıqlayıb
25 Yanvar 17:17
Əli Əhmədov: Beynəlxalq İqtisadi Forum gündən günə inkişaf edən Azərbaycanın və onun iqtisadiyyatının dünyaya açılması üçün gözəl bir imkandır
25 Yanvar 17:11
Deputatlığa namizəd Fatma Yıldırım Bərdə rayonunda şəhid ailələrini ziyarət edib
25 Yanvar 16:37
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
25 Yanvar 16:31
İnanıram ki, seçicilər gələcəyin partiyası olan YAP-ın namizədlərinə səs verəcəklər
25 Yanvar 16:28
Deputatlığa namizəd Elnur Rəhimovun seçicilərlə növbəti görüşü keçirilib
25 Yanvar 16:24
Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatorunu təbrik edib
25 Yanvar 16:22
"Seçkilərin yüksək səviyyədə keçirilməsində məntəqə seçki komissiyaları böyük məsuliyyət daşıyırlar"
25 Yanvar 16:17
Yevlax gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulublar
25 Yanvar 16:15
Deputatlığa namizəd Səməd Seyidov Qazax rayonunda seçicilərlə görüşlər keçirib
25 Yanvar 16:03
Ermənistan işğal olunmuş ərazilərimizdəki abidələri “bərpa” etmək adı altında erməniləşdirmə siyasəti aparır - BƏYANAT
25 Yanvar 15:59
Deputatlığa namizəd Aqiyə Naxçıvanlı Oğuz rayonu Bucaq kəndində seçicilərlə görüşüb
25 Yanvar 15:54
Prezident İlham Əliyev Türkiyədəki azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi haqqında tapşırıq verib
25 Yanvar 15:25
Pakistan portalı Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı məqalə yayıb
25 Yanvar 15:16
Azərbaycan deputatları AŞPA-nın qış sessiyasında iştirak edəcəklər
25 Yanvar 15:12
Bütün seçiciləri daha güclü Azərbaycan naminə partiyamızın namizədlərinə səs verməyə çağırıram
25 Yanvar 15:03
Deputatlığa namizəd Fatma Yıldırım Bərdənin Şatırlı, İkinci Nazırlı, Kürdborakı, Hacılı, Birinci Qazaxlar kəndlərində seçicilərlə görüşüb
25 Yanvar 14:56
Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır”
25 Yanvar 14:22
Azərbaycan Ordusunda Həzi Aslanovun 110 illiyinə həsr olunan silsilə tədbirlər keçirilib
25 Yanvar 13:25
Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verib
25 Yanvar 11:47
YAP-ın 11 saylı Qaradağ seçki dairəsindən namizədi Aydın Hüseynovun Ələt qəsəbəsinin sakinləri ilə görüşü keçirilib
25 Yanvar 11:29
Nazirlər Kabinetində icbari sığorta sahəsində qarşıda duran vəzifələr müzakirə edilib
25 Yanvar 11:26
Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb
25 Yanvar 11:21
Dilarə Cəbrayılova: Azərbaycanın nüfuzlu Davos İqtisadi Forumu ilə fəal əməkdaşlığı ölkəmizin iqtisadi inkişafı üçün yeni imkanlar açıb
25 Yanvar 11:19
Fevralın 24-dən “Gənclər Paytaxtı 2020” müsabiqəsinin onlayn səsvermə mərhələsi start götürəcək
25 Yanvar 11:17
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Dünya İqtisadi Forumunda təmsil olunub
25 Yanvar 11:15
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ötən ilin yekunları müzakirə olunub
25 Yanvar 11:12
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samuxda və Göygöldə nümayəndəlikləri açılıb
25 Yanvar 11:09
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESKO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılacaq
25 Yanvar 10:14
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin açıqlaması
25 Yanvar 10:08
Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir
24 Yanvar 18:11
Dövlət Komitəsinin sədri Sabirabadda məcburi köçkünləri qəbul edib
24 Yanvar 18:09
Yeni Azərbaycan Partiyasının Gəncədən olan 4 namizədinin gənclərlə görüşü keçirilib
24 Yanvar 17:43
Deputatlığa namizəd Kamran Bayramov Şəmkirin Mehrili və Abbaslı kəndlərində seçicilərlə görüşüb
24 Yanvar 17:43
Türkiyəli professor: "Azərbaycanda seçici, media və dövlət arasında əlaqə düzgün qurulub"
24 Yanvar 17:40
YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Niyazi Tağıyev seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 17:36
Yuli Qusman: "Parlament seçkilərindən sonra da Azərbaycanın demokratik inkişafı davam edəcək"
24 Yanvar 17:28
Mariya Zaxarova: "Parlament seçkilərinin nəticələri dost Azərbaycan xalqının rifahının yaxşılaşmasına xidmət edəcək"
24 Yanvar 17:26
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində “Mədəniyyətlərin dialoqu xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirilir
24 Yanvar 17:19
Deputatlığa namizəd Ramil Həsən Ucarda seçicilərlə növbəti görüşlər keçirib
24 Yanvar 17:07
Energetika naziri Siyəzəndə, nazir müavinləri isə Qobustan və Cəlilabadda vətəndaşları qəbul ediblər
24 Yanvar 16:59
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 16:04
“YARAT”da yeni tamaşanın premyerası olacaq
24 Yanvar 15:57
Sabirabadlıların seçimi Əhliman Əmiraslanovdur
24 Yanvar 15:49
Heydər Əliyev Fondunun layihəsi olan “Balaca Şahzadə” növbəti dəfə repertuara salınıb
24 Yanvar 15:40
Deputatlığa namizəd Eldəniz Səlimov Xaçmazda seçicilərlə növbəti görüş keçirib
24 Yanvar 15:36
İmadəddin Nəsimiyə həsr olunmuş “Mənəm, mən...” tamaşası yenidən səhnədə
24 Yanvar 15:34
Seçicilər ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər
24 Yanvar 15:31
Bakı məktəblilərinin beynəlxalq yarışlarda əldə etdiyi uğurların sayı artmaqdadır
24 Yanvar 15:26
MSK-nın Şəkidə keçirdiyi regional seminarda seçki mübahisələrinin həllinə dair məsələlər müzakirə olunub
24 Yanvar 15:22
Gəncədə seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair regional müşavirə keçirilib
24 Yanvar 15:12
Ağdaşlılar YAP-ın namizədinə səs verəcəklər
24 Yanvar 14:51
YAP-ın namizədi Kamaləddin Qafarovun təhsil işçiləri ilə görüşü keçirilib
24 Yanvar 14:43
Deputatlığa namizəd Məşhur Məmmədov Masallı rayonu Xırmandalı kəndində seçicilərlə görüşüb
24 Yanvar 14:35
Fikrət Sadıqov: "Cəmiyyətdə seçkilərə maraq kifayət qədər yüksəkdir"
24 Yanvar 14:29
Yeni TV-də qonaq Yeni Azərbaycan Partiyasının 21 saylı Nəsimi ikinci seçki dairəsindən deputatlığa namizədi Məlahət İbrahimqızıdır (VİDEO)
24 Yanvar 14:20
Prezident İlham Əliyevin Davosda İsveçrənin Montrö şəhərinin meri ilə görüşü olub
24 Yanvar 14:15
Prezident İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb
24 Yanvar 14:08
Şöhrət Barlas: "Parlament seçkilərindən yalnız müsbət gözləntilərim var”
24 Yanvar 14:04
Azərbaycanda qar ehtiyatlarının toplanmasında azalma tendensiyası müşahidə olunur
24 Yanvar 13:58
Prezident İlham Əliyev Davos Forumunun tribunasından Azərbaycan reallıqlarını dünyaya çatdırır
24 Yanvar 13:54
İnanıram ki, 2020-ci il fevral ayının 9-da seçicilərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək
24 Yanvar 13:05
Elçin Əhmədov: Prezident İlham Əliyevin Davosdakı görüşləri Azərbaycanın yüksək beynəlxalq nüfuzunun əyani göstəricisidir
24 Yanvar 12:43
Deputatlığa namizəd Fatma Yıldırım növbəti görüşlərini Bərdə rayonunun mədəniyyət və səhiyyə işçiləri ilə keçirib
24 Yanvar 11:46
"Yeni parlamentdə Azərbaycanın daha da inkişafına töhfə verəcək insanların yer alacağına ümid edirəm"
24 Yanvar 11:29
Stefan Şennak: "Əminəm ki, Azərbaycanda parlament seçkiləri ədalət prinsipləri əsasında keçiriləcək"
24 Yanvar 11:15
Moldova MSK-sının və parlamentinin nümayəndələri Azərbaycanda seçkiləri izləyəcəklər

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA