Ana səhifə »  Müsahibə »  Ulu Öndər Heydər Əliyevin həyatı xalqa, Vətənə, dövlətə xidmət nümunəsidir
A+   Yenilə  A-
Ulu Öndər Heydər Əliyevin həyatı xalqa, Vətənə, dövlətə xidmət nümunəsidir

Bakı Slavyan Universitetinin rektoru, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, YAP Qadınlar Şurasının sədri, filologiya elmləri doktoru, professor Nurlana Əliyeva www.yap.org.az saytına müsahibə verib:
- Nurlana xanım, 12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günüdür. Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətləri ilə seçilən çoxillik fəaliyyətindəki məqamları bizimlə bölüşməyinizi xahiş edirik.
- Azərbaycanın qədim və mübariz bir tarixi vardır. Bu tarixdə fatehlər, şahlar, sərkərdə və döyüşçülər, müdrik dövlət xadimləri çox olmuşdur. Onların arasında Ulu Öndər Heydər Əliyev ayrıca və misilsiz bir mövqe tutur. Həmin mövqe tarixin Onun öhdəsinə qoyduğu missiyanın, tarixi vəzifələrin qeyri-adi mürəkkəbliyi ilə bağlı idi. Tale Ona Azərbaycanın müstəqilliyini bərpa etmək, sonra isə onu dönməz etmək vəzifəsini tapşırmışdı. Bu, ağlagəlməz dərəcədə çətin missiya idi. Çünki XX əsrin sonlarında dünya böyük dövlətlər arasında bölünmüşdü. Müstəqil dövlətlərin yaranması şansı sıfıra bərabər sayılırdı. Dünyada baş verən dövlət çevrilişləri belə, böyük dövlətlərin ssenariləri əsasında baş verirdi. Azərbaycan xalqlar həbsxanası olan SSRİ-də kommunist diktaturası şəraitində yaşayırdı. Amma tarix insan ağlından qat-qat mürəkkəbdir. Tarix Sovet dövlətini gözlənilmədən, heç kəsin ağlına sığmayan bir məntiqlə dağıtdı. Tarix öz ədalətli hökmünü verdi: Azərbaycanı çalxalayan siyasi təlatümlər və xalqın yekdil istəyi Heydər Əliyevi müstəqil respublikanın rəhbərliyinə gətirdi. Yeni Azərbaycan Partiyasını yaradan müdrik siyasətçi, təcrübəli dövlət xadimi bu partiya vasitəsilə Azərbaycanı düşdüyü faciəli vəziyyətdən xilas etməyin həqiqi yollarını, milli birliyə və siyasi sabitliyə nail olmaq haqqında fikir və düşüncələrini xalqa çatdırmaq imkanı əldə etdi. Heydər Əliyevin ən böyük arzusu müstəqil, güclü Azərbaycan dövləti yaratmaq, bu dövləti dünyanın siyasi xəritəsinə əbədi olaraq həkk etmək, Öz millətini dünya arenasına yeni keyfiyyətdə, yeni səviyyədə çıxarmaq idi. Heydər Əliyev böyük şəxsiyyət, siyasətin ən yüksək zirvəsini fəth etmiş və beynəlxalq miqyasda böyük nüfuza malik qüdrətli dövlət xadimi idi. O, bütün həyatını, sağlamlığını milli dövlətçiliyə, müstəqilliyin və qanunçuluğun möhkəmlənməsinə, ordu quruculuğuna sərf etdi, ölkədə hüquqi, demokratik, dünyəvi cəmiyyətin formalaşmasını təmin etdi. Onun siyasəti nəticəsində əldə olunan misilsiz nailiyyətlər göz önündədir. Bu nailiyyətlər paytaxtımız Bakı şəhərinin daim yeniləşən görkəmində, şəhər və rayonlarımızın sürətlə müasirləşməsində, iqtisadiyyat, elm, təhsil, mədəniyyət və səhiyyə sahələrində, eləcə də ictimai-siyasi həyatımızda öz əksini tapmışdır. Heydər Əliyev Öz xalqının taleyində, mənəvi, siyasi və ictimai həyatında böyük xidmətləri olan dahi bir şəxsiyyətdir. Böyük rəhbərin hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan iqtisadiyyatı, elmi, təhsili, səhiyyə və mədəniyyəti sürətli inkişaf yoluna çıxmışdır. Bu illərdə milli-mənəvi dəyərlərimizin qurulması, vətəndaşların sosial həyat tərzinin yaxşılaşdırılması, demokratiyanın inkişafı, dünya azərbaycanlılarının sarsılmaz bir qüvvə kimi təşkilatlanması, qadınlarımızın və gənclərimizin dövlətçiliyimizin tərəqqi prosesinə cəlb edilməsi Heydər Əliyevin böyük xidmətləri arasında xüsusi yer tutur. Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyi, sarsılmazlığı və dönməzliyi Heydər Əliyevin ən böyük tarixi xidmətlərindən biridir. Bu isə öz növbəsində Ulu Öndər Heydər Əliyevin yalnız Azərbaycan tarixində deyil, həm də böyük türk dünyasında əbədiyaşarlığını şərtləndirən başlıca amildir.
- Ümummilli Liderin birinci dəfə Azərbaycana rəhbərliyi dövründə və müstəqillik illərində elm və təhsil sahəsində qazanılan nailiyyətləri necə dəyərləndirirsiniz?
- “Təhsil millətin gələcəyi, müstəqil dövlətin təməlidir!” - deyən Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə elm və təhsilin inkişafına ali diqqət və qayğı yetirmiş, bu sahənin hərtərəfli tərəqqisi üçün dövlət səviyyəsində bütün əməli tədbirləri həyata keçirmişdir. Heydər Əliyev üçün xalqın sabahı həmişə milli təhsil sistemi ilə bağlı olmuşdur. Bu əsas prinsip Ulu Öndərin Azərbaycana rəhbərlik etməyə başladığı ötən əsrin 70-ci illərindən özünü büruzə vermişdir. Heydər Əliyev Azərbaycan təhsilinin keyfiyyətini yüksəltmək, onun tədris və maddi-texniki bazasını gücləndirmək, təhsil işçilərinin cəmiyyətdəki nüfuzunu yüksəltmək üçün səmərəli fəaliyyət göstərirdi. Mən xalqımızın böyük oğlu Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərdə ölkə həyatının ümumi yüksəlişi fonunda elm və təhsilə göstərdiyi böyük diqqət və qayğıya xüsusi nəzər salmaq istəyirəm. Ulu Öndər Azərbaycan təhsili haqqında danışarkən onun inkişafyönümlü xarakterini, təhsilin cəmiyyət və dövlətin inkişafına xidmət edən ən zəruri sahə olduğunu xüsusi vurğulayırdı. O, elmlərə əzmlə yiyələnməyi, daha çox bilik və bacarıqlar əldə etməyi və əsas diqqəti nurlu əməllərə yönəltməyi cəmiyyətin sarsılmaz dayaqlar üzərində qurulmasının ən vacib şərtlərindən biri hesab edirdi. Mübaliğəsiz deyə bilərik ki, Ümummilli Liderimizin təhsillə bağlı nitq və çıxışlarındakı hər hansı bir istiqamət konkret mahiyyət daşıyaraq zaman ötdükcə məzmun etibarilə daha zəngin və konseptual xarakterli müddəalara çevrilir. Onun müdrik və uzaqgörən təhsil siyasəti nəticəsində XX əsrin 70-80-ci illəri, sözün əsl mənasında, Azərbaycan təhsilinin intibah dövrü oldu. Həmin dövrdə Azərbaycanın şəhər, qəsəbə və kəndlərində 275 yeni məktəbəqədər tərbiyə müəssisəsi, 700-ə qədər yeni məktəb binası tikilib istifadəyə verilmişdi. Ümummilli Lider Heydər Əliyevin şəxsi təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanda 1970-1982-ci illərdə 5 yeni ali təhsil müəssisəsi yaradılmış, ali məktəb tələbələrinin sayı isə 70 mindən 100 min nəfərə çatdırılmışdı.
Ümummilli Lider Heydər Əliyev respublikamızın siyasi rəhbərliyinə ilk gəlişindən dərhal sonra, 70-ci illərin əvvəllərindən başlayaraq istedadlı və perspektivli tələbələrin, gənc tədqiqatçıların öz elmi səviyyə və dərəcələrini artırmaq üçün kütləvi surətdə Moskva, Leninqrad (indiki Sankt-Peterburq), Kiyev, Novosibirsk və Minskin, habelə SSRİ-nin digər nüfuzlu universitet və elmi-tədqiqat institutlarına ezam olunmaları siyasətini həyata keçirirdi. Hər il 1000-1400 nəfər azərbaycanlı gənc respublikamızdan kənarda ali təhsil almağa göndərilirdi. Məhz Ulu Öndərin şəxsi təşəbbüsü ilə 1970-1980-ci illərdə keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox nüfuzlu ali məktəblərində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və zəruri ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gənc ali təhsil almışdır. Hər il bu məqsədlə göndərilən gəncləri qəbul edən Ulu Öndər qüdrətli, qayğıkeş və tələbkar bir rəhbər kimi onları ürəkləndirir, böyük məsuliyyətlərini - istedadları, mədəniyyətləri, davranışları ilə qürbətdə xalqımızı təmsil etməyin məsuliyyətini anladır və xalqımızın, millətimizin gələcəyi naminə bütün bacarıqlarını sərf edərək İttifaqın aparıcı alimlərindən müasir elmin sirlərini dərindən öyrənməyi tövsiyə edirdi. Mən Ulu Öndərin 1975-ci il avqust ayının 28-də keçmiş Sovet İttifaqının nüfuzlu ali təhsil müəssisələrinə təhsil almağa göndərilən tələbələrlə görüşündə söylədiyi aşağıdakı müdrik fikirləri xatırlatmaq istəyirəm: “Siz bu əsrin axırıncı onilliklərində və gələn əsrin əvvəllərində işləyəcəksiniz. O zaman elmi-texniki tərəqqi üfüqlərinin necə cazibədar olacağını bu gün təsəvvür etmək mümkündür. Sabahkı gün isə qarşınıza yeni, yüksək tələblər qoyacaqdır. Əgər mütəxəssis, həqiqətən, yaradıcı şəxsiyyətdirsə, o, sadəcə olaraq, zamanla ayaqlaşmalı deyil, həmişə zamanı bir qədər qabaqlamalıdır. Bu isə o deməkdir ki, daim öyrənmək lazımdır, buna görə də bilik, bacarıq və vərdişin bünövrəsi möhkəm olmalıdır”. Qətiyyətlə deyə bilərik ki, Ulu Öndərimizin həmin uzaqgörən fikirləri qloballaşan dünyamızın müasir tələbləri və yanaşmaları ilə tam həmahəng səslənir.
Ulu Öndər Heydər Əliyev Azərbaycana birinci rəhbərliyi dövründə milli hərbi kadrların yetişdirilməsinə də xüsusi diqqət yetirirdi. Bunu faktlar da birmənalı şəkildə təsdiqləyir: təkcə 1982-ci ildə keçmiş Sovetlər Birliyinin ali hərbi məktəblərinə 550 nəfər azərbaycanlı gənc qəbul edilmişdi. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması da Ulu Öndər Heydər Əliyevin adı və vətənpərvər fəaliyyəti ilə bağlıdır.
Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra həmişə olduğu kimi, yenə elmə, təhsilə böyük qayğı və diqqət göstərmişdir. Ümumiyyətlə, müdrik rəhbərimizin 30 ildən artıq davam edən ictimai-siyasi fəaliyyətində elmə, təhsilə qayğı və diqqət daim mühüm yer tutmuşdur. Belə ki, Ulu Öndər yenidən ölkə rəhbərliyinə qayıtdıqdan sonra ilk görüşlərindən birini 1993-cü il sentyabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) keçirmişdi. 1997-ci il yanvarın 31-də Ulu Öndər Heydər Əliyev AMEA-nın rəhbərliyini və bir qrup aparıcı alimi qəbul etmiş, onlarla elm sahəsində islahatların aparılmasının vacibliyi barədə ətraflı söhbət etmişdir. Bütün bunlar isə, təbii ki, Ümummilli Lider Heydər Əliyevin alimlərimizə bəslədiyi böyük hörmətin, hədsiz qayğı və diqqətin nümunəsi kimi izah edilir.
Həmin dövrdə təhsil müəssisələrinin normal fəaliyyət göstərməsi və təhsilin milli tərəqqimizin əsas amilinə çevrilməsi üçün ölkəmizdə geniş islahatlar proqramı işlənib hazırlandı. Ulu Öndər Heydər Əliyev 1998-ci ilin martında “Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyası yaradılması haqqında” Sərəncam imzaladı. Hərtərəfli müzakirələrdən sonra 1999-cu ilin iyununda “Azərbaycan Respublikasında təhsil sahəsində İslahat Proqramı” təkmilləşdirilmiş variantda təsdiq edildi. Beləliklə, bu gün biz fəxrlə deyə bilərik ki, Azərbaycanın milli təhsil quruculuğu Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi prinsiplər əsasında - təhsil sistemində hər bir yeniləşmənin təkamül yolu ilə həyata keçirilməsi, qabaqcıl dünya təcrübəsinin öyrənilməsinin vacibliyi, təhsildə XX əsrdə qazanılmış ənənələrdən istifadə olunması, milli və ümumbəşəri dəyərlərə əsaslanan beynəlxalq standartlara uyğun, xalqın sabahkı tərəqqisinin bütün şərtləri nəzərə alınaraq təmin edilmişdir.
- Nurlana xanım, Azərbaycanın ən qabaqcıl ali təhsil müəssisələrindən birinin rəhbəri kimi, gənc nəsil tərəfindən xalqımızın və dövlətimizin xilaskarı Ümummilli Lider Heydər Əliyevin irsinin dərindən öyrənilməsi, Onun ideyalarının həyata keçirilməsi istiqamətində hansı addımlar atırsınız?
- Bakı Slavyan Universiteti (BSU) Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən 2000-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun bazasında yaradılıb. BSU slavyan ölkələri ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Son illər BSU-da təhsilin keyfiyyətinin yüksəldilməsi, maddi-texniki bazanın gücləndirilməsi və beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Hazırda BSU-nun 134 xarici universitetlə əməkdaşlıq haqqında müqaviləsi var. Bu müqavilələr əsasında BSU xarici universitetlərlə müəllim-tələbə mübadiləsi, birgə elmi konfranslar, simpoziumlar və digər tədbirlər həyata keçirir. Bununla yanaşı, BSU Avropa ölkələrinin bir çox tanınmış və nüfuzlu universitetləri ilə əməkdaşlıq edir. BSU-da təhsil sahəsində qabaqcıl beynəlxalq təcrübənin, dünyanın inkişaf etmiş ölkələrinin mütərəqqi təhsil ənənələrinin öyrənilməsinə və tətbiq edilməsinə böyük əhəmiyyət verilir.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev ölkəmizin zəngin təbii resurslarının insan kapitalına çevrilməsini elm və təhsil ictimaiyyəti qarşısında əsas vəzifələrdən biri kimi qoyub. Azərbaycan Respublikasının Birinci-vitse prezidenti Mehriban xanım Əliyeva təhsil sahəsinin müasir tələblərə uyğun inkişaf etməsi və yeni beynəlxalq çağırışlara cavab verməsi istiqamətində mühüm layihələr reallaşdırır. BSU-da müasir Azərbaycanın qurucusu, Ümummilli Liderimiz Heydər Əliyevin zəngin dövlətçilik irsinin dərindən öyrənilməsi, Onun ictimai-siyasi fəaliyyətinin gənc nəslə yüksək səviyyədə çatdırılması üçün məqsədyönlü fəaliyyət planı gerçəkləşdirilir. BSU-da təhsil alan tələbə-gənclərin azərbaycançılıq ideologiyasına, milli-mənəvi dəyərlərimizə, dövlətə və dövlətçiliyə sədaqət ruhunda tərbiyə edilmələrinə xüsusi diqqət yetirilir. BSU-nun Tədbirlər Planına müvafiq olaraq Ulu Öndərin həyat və fəaliyyətinə həsr edilmiş müxtəlif tədbirlər, o cümlədən elmi konfranslar, simpoziumlar, seminarlar, “dəyirmi masa”lar və digər tədbirlər keçirilir. BSU-nun tələbələrinin Cocuq Mərcanlı kəndində pedaqoji təcrübə keçmələrini, professor-müəllim heyətinin və tələbə-gənclərinin birlikdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Cocuq Mərcanlı kəndində keçirdiyi tədbiri xüsusi vurğulamaq istəyirəm.
Bu gün BSU ölkəmizdə elm və təhsilin inkişafına dəyərli töhfələr verir. BSU slavyan ölkələrinin mədəniyyət və təhsil sistemi ilə, bu ölkələrin universitetləri ilə yaxından əməkdaşlıq edir, müştərək beynəlxalq konfranslar, səfir mühazirələri, diplomatik əlaqələrin öyrənilməsinə, möhkəmlənməsinə təsir göstərən mübadilə, mühazirə, “dəyirmi masa”lar, bayram tədbirləri keçirir. Yeri gəlmişkən qeyd edim ki, bu il Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi fəaliyyətə başlamasının 50 ili tamam oldu. Bu böyük tarixi-siyasi hadisə münasibətilə BSU-da “50 il qüdrətli Azərbaycan naminə” adlı geniş tədbir keçirildi. Ölkəmizin ictimai-siyasi həyatında geniş əks-səda doğuran bu tədbirdə YAP-ın və Təhsil Nazirliyinin məsul şəxsləri, millət vəkilləri, tanınmış və nüfuzlu ictimai-siyasi xadimlər, ölkəmizdə fəaliyyət göstərən xarici ölkə səfirliklərinin nümayəndələri, media orqanlarının rəhbərləri, təhsil ekspertləri, ziyalılar iştirak etdilər.
- Azərbaycan Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Ümummilli Liderin siyasəti Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə və çağırışlarına müvafiq surətdə uğurla davam etdirilir. Hazırda Azərbaycanda təhsil sahəsinin inkişafı istiqamətində görülən işlər və həyata keçirilən islahatların əhəmiyyəti ilə bağlı nə deyə bilərsiniz?
- Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin müdrik siyasi kursunu, mütərəqqi dövlətçilik konsepsiyasını uğurla davam etdirməsi nəticəsində ölkəmiz öz inkişafında keyfiyyətcə yeni mərhələyə daxil olmuşdur. Bu baxımdan, son vaxtlar aparılan struktur və kadr islahatları diqqətəlayiqdir və xalqımız tərəfindən yüksək qiymətləndirilir. Aparılan islahatlar keyfiyyətə əsaslanan inkişafın təmin olunmasına, insan kapitalının keyfiyyət göstəricilərinin yüksəlməsinə, dövlətin və dövlətçiliyin möhkəmlənməsinə xidmət edir. Respublikamızda dövlət idarəçiliyi sistemi daim təkmilləşir və daha çevik idarəetmə formasının yaranması üçün mühüm addımlar atılır. Aparılan struktur və kadr islahatları gənclərə yol açır, onların dövlət idarəçiliyi sisteminə geniş cəlb edilmələrinə əlverişli şərait yaradır. Eyni zamanda, Azərbaycanın beynəlxalq siyasi nüfuzu yüksəlir. Möhtərəm İlham Əliyevin daxili və xarici siyasətinin bugünkü reallıqları, ölkədə aparılan sosial-iqtisadi siyasətin bəhrələri, dövlət siyasətinin mərkəzində duran insan amili, hər bir vətəndaşın həyatının gözəlləşməsi üçün dövlət tərəfindən atılan addımlar və Azərbaycanın heç bir dövrdə olmayan bugünkü tərəqqisi, inkişafı müxtəlif tədbirlərdə gənclər tərəfindən minnətdarlıqla vurğulanır. Tələbə-gənclər bu gün Azərbaycanda keçirilən mühüm tədbirlərin mənasını anlayır və bu tədbirlərin Azərbaycanın nüfuzuna, yəni öz xoşbəxt gələcəklərinə dayaq olduğunu dərk edirlər.
Bu yaxınlarda ölkəmiz daha bir diplomatik uğur qazanıb. Azərbaycanın 120 tamhüquqlu ölkəni, 17 müşahidəçi dövləti və 10 beynəlxalq təşkilatı özündə birləşdirən, Birləşmiş Millətlət Təşkilatının Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduqları ən böyük siyasi təsisat olan, bəşəri dəyərlərin təbliğinə xidmət göstərən və bütün ölkələrin müstəqilliyinə, ərazi bütövlüyünə sadiqlik nümayiş etdirən Qoşulmama Hərəkatına sədr seçilməsi böyük bir siyasi uğur, ölkəmizə göstərilən hörmətin, inamın və etibarın ədalətli təzahürüdür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın elm və təhsil sahəsinə göstərdikləri miqyası görünməyən diqqət və qayğı nəticəsində ölkəmiz bu sahədə böyük nailiyyətlərə imza atıb. Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətlilik İndeksi-2019” hesabatında Azərbaycan təhsilin kəmiyyət və keyfiyyət parametrlərinə əsaslanan “Bacarıqlar” indeksi üzrə 6 pillə irəliləyərək 48-ci, innovasiya bacarığı üzrə 3 pillə irəliləyərək 68-ci, işçilərin peşəkar inkişafı kateqoriyası üzrə 22 pillə irəliləyərək 34-cü, peşə təhsilinin keyfiyyət göstəricisinə görə 6 pillə irəliləyərək 43-cü, bacarıqlı işçi tapmaq asanlığı üzrə 2 pillə irəliləyərək 29-cu yeri tutub. Ölkəmiz tədrisdə tənqidi düşüncə göstəricisi üzrə 7 pillə irəliləyib və 20-ci yerdə qərarlaşıb. Bu böyük uğurlar, göstəricilər Azərbaycanda bütün təbəqələrdən olan insanları ruhlandırır, xoşbəxt gələcək haqqında əminlik yaradır.

 
  • Oxunub:  4800  |  
  • Tarix:  11-12-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir

25 Yanvar 19:52
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru ADA Universitetində mühazirə oxuyub
25 Yanvar 19:45
Qafqaz Müsəlmanları İdarəsinin sədri “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları ilə görüşüb
25 Yanvar 17:32
Saatlıda “Pambıqçılıq 2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
25 Yanvar 17:27
Prezident İlham Əliyev Davos Forumunda Azərbaycanın yeni hökumətinin prioritetlərini açıqlayıb
25 Yanvar 17:17
Əli Əhmədov: Beynəlxalq İqtisadi Forum gündən günə inkişaf edən Azərbaycanın və onun iqtisadiyyatının dünyaya açılması üçün gözəl bir imkandır
25 Yanvar 17:11
Deputatlığa namizəd Fatma Yıldırım Bərdə rayonunda şəhid ailələrini ziyarət edib
25 Yanvar 16:37
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
25 Yanvar 16:31
İnanıram ki, seçicilər gələcəyin partiyası olan YAP-ın namizədlərinə səs verəcəklər
25 Yanvar 16:28
Deputatlığa namizəd Elnur Rəhimovun seçicilərlə növbəti görüşü keçirilib
25 Yanvar 16:24
Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatorunu təbrik edib
25 Yanvar 16:22
"Seçkilərin yüksək səviyyədə keçirilməsində məntəqə seçki komissiyaları böyük məsuliyyət daşıyırlar"
25 Yanvar 16:17
Yevlax gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulublar
25 Yanvar 16:15
Deputatlığa namizəd Səməd Seyidov Qazax rayonunda seçicilərlə görüşlər keçirib
25 Yanvar 16:03
Ermənistan işğal olunmuş ərazilərimizdəki abidələri “bərpa” etmək adı altında erməniləşdirmə siyasəti aparır - BƏYANAT
25 Yanvar 15:59
Deputatlığa namizəd Aqiyə Naxçıvanlı Oğuz rayonu Bucaq kəndində seçicilərlə görüşüb
25 Yanvar 15:54
Prezident İlham Əliyev Türkiyədəki azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi haqqında tapşırıq verib
25 Yanvar 15:25
Pakistan portalı Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı məqalə yayıb
25 Yanvar 15:16
Azərbaycan deputatları AŞPA-nın qış sessiyasında iştirak edəcəklər
25 Yanvar 15:12
Bütün seçiciləri daha güclü Azərbaycan naminə partiyamızın namizədlərinə səs verməyə çağırıram
25 Yanvar 15:03
Deputatlığa namizəd Fatma Yıldırım Bərdənin Şatırlı, İkinci Nazırlı, Kürdborakı, Hacılı, Birinci Qazaxlar kəndlərində seçicilərlə görüşüb
25 Yanvar 14:56
Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır”
25 Yanvar 14:22
Azərbaycan Ordusunda Həzi Aslanovun 110 illiyinə həsr olunan silsilə tədbirlər keçirilib
25 Yanvar 13:25
Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verib
25 Yanvar 11:47
YAP-ın 11 saylı Qaradağ seçki dairəsindən namizədi Aydın Hüseynovun Ələt qəsəbəsinin sakinləri ilə görüşü keçirilib
25 Yanvar 11:29
Nazirlər Kabinetində icbari sığorta sahəsində qarşıda duran vəzifələr müzakirə edilib
25 Yanvar 11:26
Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb
25 Yanvar 11:21
Dilarə Cəbrayılova: Azərbaycanın nüfuzlu Davos İqtisadi Forumu ilə fəal əməkdaşlığı ölkəmizin iqtisadi inkişafı üçün yeni imkanlar açıb
25 Yanvar 11:19
Fevralın 24-dən “Gənclər Paytaxtı 2020” müsabiqəsinin onlayn səsvermə mərhələsi start götürəcək
25 Yanvar 11:17
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Dünya İqtisadi Forumunda təmsil olunub
25 Yanvar 11:15
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ötən ilin yekunları müzakirə olunub
25 Yanvar 11:12
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samuxda və Göygöldə nümayəndəlikləri açılıb
25 Yanvar 11:09
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESKO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılacaq
25 Yanvar 10:14
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin açıqlaması
25 Yanvar 10:08
Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir
24 Yanvar 18:11
Dövlət Komitəsinin sədri Sabirabadda məcburi köçkünləri qəbul edib
24 Yanvar 18:09
Yeni Azərbaycan Partiyasının Gəncədən olan 4 namizədinin gənclərlə görüşü keçirilib
24 Yanvar 17:43
Deputatlığa namizəd Kamran Bayramov Şəmkirin Mehrili və Abbaslı kəndlərində seçicilərlə görüşüb
24 Yanvar 17:43
Türkiyəli professor: "Azərbaycanda seçici, media və dövlət arasında əlaqə düzgün qurulub"
24 Yanvar 17:40
YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Niyazi Tağıyev seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 17:36
Yuli Qusman: "Parlament seçkilərindən sonra da Azərbaycanın demokratik inkişafı davam edəcək"
24 Yanvar 17:28
Mariya Zaxarova: "Parlament seçkilərinin nəticələri dost Azərbaycan xalqının rifahının yaxşılaşmasına xidmət edəcək"
24 Yanvar 17:26
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində “Mədəniyyətlərin dialoqu xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirilir
24 Yanvar 17:19
Deputatlığa namizəd Ramil Həsən Ucarda seçicilərlə növbəti görüşlər keçirib
24 Yanvar 17:07
Energetika naziri Siyəzəndə, nazir müavinləri isə Qobustan və Cəlilabadda vətəndaşları qəbul ediblər
24 Yanvar 16:59
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 16:04
“YARAT”da yeni tamaşanın premyerası olacaq
24 Yanvar 15:57
Sabirabadlıların seçimi Əhliman Əmiraslanovdur
24 Yanvar 15:49
Heydər Əliyev Fondunun layihəsi olan “Balaca Şahzadə” növbəti dəfə repertuara salınıb
24 Yanvar 15:40
Deputatlığa namizəd Eldəniz Səlimov Xaçmazda seçicilərlə növbəti görüş keçirib
24 Yanvar 15:36
İmadəddin Nəsimiyə həsr olunmuş “Mənəm, mən...” tamaşası yenidən səhnədə
24 Yanvar 15:34
Seçicilər ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər
24 Yanvar 15:31
Bakı məktəblilərinin beynəlxalq yarışlarda əldə etdiyi uğurların sayı artmaqdadır
24 Yanvar 15:26
MSK-nın Şəkidə keçirdiyi regional seminarda seçki mübahisələrinin həllinə dair məsələlər müzakirə olunub
24 Yanvar 15:22
Gəncədə seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair regional müşavirə keçirilib
24 Yanvar 15:12
Ağdaşlılar YAP-ın namizədinə səs verəcəklər
24 Yanvar 14:51
YAP-ın namizədi Kamaləddin Qafarovun təhsil işçiləri ilə görüşü keçirilib
24 Yanvar 14:43
Deputatlığa namizəd Məşhur Məmmədov Masallı rayonu Xırmandalı kəndində seçicilərlə görüşüb
24 Yanvar 14:35
Fikrət Sadıqov: "Cəmiyyətdə seçkilərə maraq kifayət qədər yüksəkdir"
24 Yanvar 14:29
Yeni TV-də qonaq Yeni Azərbaycan Partiyasının 21 saylı Nəsimi ikinci seçki dairəsindən deputatlığa namizədi Məlahət İbrahimqızıdır (VİDEO)
24 Yanvar 14:20
Prezident İlham Əliyevin Davosda İsveçrənin Montrö şəhərinin meri ilə görüşü olub
24 Yanvar 14:15
Prezident İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb
24 Yanvar 14:08
Şöhrət Barlas: "Parlament seçkilərindən yalnız müsbət gözləntilərim var”
24 Yanvar 14:04
Azərbaycanda qar ehtiyatlarının toplanmasında azalma tendensiyası müşahidə olunur
24 Yanvar 13:58
Prezident İlham Əliyev Davos Forumunun tribunasından Azərbaycan reallıqlarını dünyaya çatdırır
24 Yanvar 13:54
İnanıram ki, 2020-ci il fevral ayının 9-da seçicilərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək
24 Yanvar 13:05
Elçin Əhmədov: Prezident İlham Əliyevin Davosdakı görüşləri Azərbaycanın yüksək beynəlxalq nüfuzunun əyani göstəricisidir
24 Yanvar 12:43
Deputatlığa namizəd Fatma Yıldırım növbəti görüşlərini Bərdə rayonunun mədəniyyət və səhiyyə işçiləri ilə keçirib
24 Yanvar 11:46
"Yeni parlamentdə Azərbaycanın daha da inkişafına töhfə verəcək insanların yer alacağına ümid edirəm"
24 Yanvar 11:29
Stefan Şennak: "Əminəm ki, Azərbaycanda parlament seçkiləri ədalət prinsipləri əsasında keçiriləcək"
24 Yanvar 11:15
Moldova MSK-sının və parlamentinin nümayəndələri Azərbaycanda seçkiləri izləyəcəklər

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA