Ana səhifə »  Müsahibə »  Heydər Əliyev yolu Azərbaycanı daha böyük zirvələrə aparacaq
A+   Yenilə  A-
Heydər Əliyev yolu Azərbaycanı daha böyük zirvələrə aparacaq

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini Mübariz Qurbanlı www.yap.org.az saytına müsahibə verib:
- Mübariz müəllim, dekabrın 12-si Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günüdür. Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri misilsizdir. Ulu Öndərlə bağlı xatirələrinizi bizimlə bölüşməyinizi istərdik...
- Ulu Öndər Heydər Əliyevin anım günü xalqımız tərəfindən böyük ehtiramla yad edilir. Bütün dünya azərbaycanlıları harada yaşamasından asılı olmayaraq Heydər Əliyevin xatirəsinə ehtiram göstərir. Ümummilli Liderimiz Heydər Əliyev xalqımız üçün böyük bir siyasi irs, dövlətçilik məktəbi, dövlətçilik yolu qoyub. Prezidentimiz cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan xalqının yeganə yolu Heydər Əliyev yoludur. Heydər Əliyev elə böyük şəxsiyyətdir ki, Onun xalqımız üçün gördüyü misilsiz işləri saymaqla bitirmək mümkün deyil. Bu fəaliyyət yeni nəslə mütləq çatdırılmalıdır. Gənc nəsil Ulu Öndərimiz haqqında məlumatları kitablardan oxuyur, televiziyalardan izləyir və s. Amma elə nəsil var ki, Onunla bir dövrdə yaşayıb, işləyib, fəaliyyətinin nəticələrini öz həyatında hiss edib. Yeni Azərbaycan Partiyasının funksioneri kimi mən Ulu Öndər Heydər Əliyevlə tədbirlərdə iştirak etmişəm, görüşmüşəm, Onun dəyərli tövsiyələrini dinləmişəm.
Ulu Öndər bizim xatirəmizdə əbədi yaşayır. Elə xatirələr var ki, heç zaman yaddan çıxmaz. Mən Heydər Əliyevi ilk dəfə canlı olaraq tələbəlik illərində - 1973-1978-ci illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsində təhsil alarkən görmüşəm. O vaxtlar yeni il ərəfəsində axşam saat 7-8 radələrində Bakının mərkəzində yerləşən “Azərbaycan” kinoteatrının yanında tələbə yoldaşlarımızla gəzirdik. Kinoteatrla üzbəüz ərzaq dükanı var idi. O vaxt belə dükanlara “qostranom” deyirdilər. İlk dəfə Heydər Əliyevi orda gördüm. O vaxt Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi, SSRİ Kommunist Partiyasının Siyasi Bürosunun üzvlüyünə namizəd idi. Biz tarix fakültəsinin tələbəsi olaraq bu vəzifənin nə qədər böyük olduğunu bilirdik. Biz Heydər Əliyevin çox yaxınında dayanmışdıq. O, ətrafındakı insanlarla söhbət etdi, o cümlədən bizə də suallar verdi, təhsilimizlə maraqlandı. Bu xoş hadisəni hər zaman xatırlayıram.
Daha sonra müstəqillik illərində Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra siyasi proseslərdə iştirak və YAP-da vəzifə daşımağım Onunla görüşmək, birgə tədbirlərdə iştirak etmək, tövsiyə və tapşırıqlarını dinləmək imkanı yaratdı. Kim ki Heydər Əliyevlə işləyib, hesab edirəm ki, bu, onun üçün ən unudulmaz xatirələrdir.
Hesab edirəm ki, Heydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi ən böyük tarixi şəxsiyyətlərdən biridir. Heydər Əliyev dövlət başçısı olması ilə bərabər çox həssas, insanlara qarşı çox diqqətcil idi. Heydər Əliyevdə əsl lider xüsusiyyətləri və keyfiyyətləri vardı. Bir sözlə, Ulu Öndər Heydər Əliyev bizim yaddaşımızda silinməz izlər qoyub. Bu gün yeni nəsil Heydər Əliyevin nəhəng fəaliyyətini, Onun zəngin irsini dərindən öyrənərək mənimsəməkdədir.
- Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsini respublikamızın həyatında dönüş nöqtəsi hesab etmək olarmı?
- Əlbəttə ki, Ulu Öndər Heydər Əliyevin hələ sovetlər dönəmində hakimiyyətə gəlməsi Azərbaycanın həyatında dönüş nöqtəsi idi. Bilirsiniz ki, Ulu Öndər hakimiyyətə gələnə qədər Azərbaycan keçmiş ittifaq miqyasında geridə qalan respublikalardan biri idi, aqrar respublika hesab olunurdu. Amma 1969-cu ildən sonra Heydər Əliyevin misilsiz xidmətləri nəticəsində Azərbaycan müttəfiq respublikalar arasında öncül yerə yüksəldi. Tarixdə şəxsiyyətin rolunu heç kim inkar edə bilməz. Və Heydər Əliyev fəaliyyəti ilə bu fikri bir daha təsdiqlədi. O, misilsiz xidmətləri sayəsində 1969-1982-ci illərdə Azərbaycanı haradan haraya gətirdi. Aqrar respublika olan Azərbaycan sənaye-aqrar respublikasına çevrildi. Bu illər ərzində respublikamızda xeyli sayda böyük sənaye müəssisələri yaradıldı, kənd təsərrüfatında yüksək inkişaf baş verdi, çoxlu sayda ali məktəblər açıldı. Eləcə də yeni, savadlı, intellektual ziyalı nəsli formalaşdı, elm, yaradıcı insanların dünya miqyasında tanınması, yüksək dövlət mükafatları ilə təltif olunmaları istiqamətində tədbirlər görüldü.
Yeri gəlmişkən qeyd edim ki, biz bu gün böyük mütəfəkkir şairimiz İmadəddin Nəsiminin 650 illiyini böyük təntənə ilə qeyd edirik. Amma Heydər Əliyev hələ sovetlər dövründə Nəsiminin 600 illiyinin UNESKO səviyyəsində qeyd edilməsinə nail olmuşdu. Bu hadisə tarixi şəxsiyyətlərimizə sahib çıxmaq deməkdir. Yəni Ulu Öndərimiz bütün fəaliyyəti ilə xalqımızın gələcəyi üçün böyük fədakarlıqlar göstərib.
Ulu Öndər birinci hakimiyyəti dövründə Azərbaycanın müstəqilliyinin iqtisadi, ideoloji və kadr bazasını formalaşdırdı. O dövrdə özünü təmin etmək imkanı olan respublikalardan biri Azərbaycan idi. Eləcə də gənclər keçmiş ittifaq miqyasında nüfuzlu ali məktəblərdə təhsil almağa göndərilirdilər. 1978-ci ilin Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Həmçinin ziyalılar, yaradıcı insanlar milli ruhda əsərlər yazmağa başladılar. Bütün bunlar özünəqayıdışın nümunələri idi. Bir sözlə, Ulu Öndərin bu fədakarlığı nəticə verdi və həmin baza əsasında Azərbaycan sonradan müstəqilliyə qovuşdu.
- Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətinin ikinci mərhələsi haqqında nə deyə bilərsiniz? Bu dövrün müasir tariximizdə əhəmiyyəti nədən ibarətdir?
- Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı həm strateji, həm də ümummilli baxımdan çox mühüm əhəmiyyət kəsb edən hadisə idi. Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı günü milli müstəqil dövlətimizin həyatında, bütövlükdə Azərbaycanın tarixində müstəsna yer tutan günlərdən biridir.
Hər bir hadisəyə nəticəsinə görə qiymət verilir. Heydər Əliyevin 15 iyun 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtması böyük hadisə olmaqla Azərbaycan üçün ümummilli baxımdan ciddi nəticələr verdi. Ümummilli Liderimizin siyasi hakimiyyətə qayıdışı milli müstəqil dövlətimizin həyatında dönüş nöqtəsi idi. Bu hadisə nəticə etibarilə müstəqilliyimizin əbədi, dönməz olmasında çox mühüm və əhəmiyyətli rol oynadı. Bu qayıdış milli müstəqilliyimizin əbədiliyinin təminatı demək idi.
Heydər Əliyev hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycanı dağılmaqdan, ölkəmizi iflasdan, iqtisadi tənəzzüldən, xaosdan, özbaşınalıqdan xilas edərək inkişaf yoluna qədəm qoymaq üçün zəmin yaratdı. Ümummilli Lider Heydər Əliyev siyasi hakimiyyətə qayıdana qədər Azərbaycanda total böhran vəziyyəti hökm sürürdü. Cəmiyyətin bütün sahələrində Azərbaycan xalqının maraqlarına uyğun olmayan vəziyyət mövcud idi. Onun hakimiyyətə gəlişindən sonra qısa zaman kəsiyində həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz müstəqilliyinin dönməzliyini təmin etdi, eyni zamanda, regionda öz mövqelərini möhkəmləndirdi, sosial, mənəvi, iqtisadi, psixoloji sahələrdə Azərbaycan xalqının maraqlarına uyğun siyasət həyata keçirdi.
Heydər Əliyev müstəqil dövlətimizin təməl prinsiplərini yaradıb. Bu gün Azərbaycan həmin prinsiplər əsasında inkişaf edir. Bu təməl prinsipləri müasir çağırışlara uyğun olaraq müəyyən yeniliklərə məruz qalsa da, onun nüvəsi dəyişməzdir.
- Mübariz müəllim, Ulu Öndərin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri də möhkəm təməllər üzərində qurulan bu dövlətin inkişaf siyasətinin davam etdirilməsi ilə bağlı siyasi varis yetişdirmək oldu. Bu gün Heydər Əliyev siyasi kursunun həyata keçirilməsi haqqında nə deyə bilərsiniz?
- Azərbaycanın dövlət idarəçiliyində siyasi varislik anlayışı var. Siyasi varislik prinsipi Yeni Azərbaycan Partiyasının proqramında da öz əksini tapır. Bu prinsip fiziki cəhətdən şəxslərin hakimiyyətdə bir-birini əvəz etməsi demək deyil. Burada söhbət dövlətin söykəndiyi təməl prinsiplərinin davam etməsindən gedir. Ona görə də hər bir cəmiyyətdə varislik prinsipi olmalıdır. Bu prinsip pozularsa, təbəddülatlar baş verə bilər.
Məsələn, Türkiyədə bu dövlətin qurucusu Mustafa Kamal Atatürkün müəyyən etdiyi pinsipləri var. Türkiyədə bir çox partiyalar hakimiyyətə gəlsə də, həmin prinsiplər təməl olaraq bu gün də qalır. Bu mənada Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi prinsiplər dövlətçiliyimizin təməl prinsipləridir və onu heç kim təftiş edə bilməz. Azərbaycançılıq ideologiyası, qanunçuluq, hakimiyyətin mənbəyinin xalq olması, vətəndaş həmrəyliyi təməl prinsiplərimizdir. Ulu Öndərin müəyyən etdiyi prinsiplər ölkəni daim irəliyə aparır. Prezidentimiz İlham Əliyevin siyasəti də bu təməllər üzərindədir və bu gün ölkəmiz uğurla inkişaf edir.
Bu gün Azərbaycan nəinki regionun lider dövlətidir, eyni zamanda, dünyada böyük nüfuza sahibdir. Azərbaycanın dinamik inkişafı bütün sahələri əhatə edir, əhalinin rifahı davamlı olaraq yüksəlir, Azərbaycan gücünü, qüdrətini daha da artırır. Ölkəmizin həyata keçirdiyi qlobal layihələr beynəlxalq miqyasda Azərbaycanın mövqelərini gücləndirir. Bu amillər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə də dəstək verməkdədir.
Beləliklə, bu nailiyyətlərin əsasında Heydər Əliyev siyasəti dayanır. Biz Azərbaycan xalqı olaraq Ulu Öndərin əziz xatirəsini həmişə yad edirik və bundan sonra da edəcəyik. Heydər Əliyev yolu Azərbaycanı daha böyük zirvələrə aparacaq.

 
  • Oxunub:  4920  |  
  • Tarix:  12-12-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir

25 Yanvar 19:52
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru ADA Universitetində mühazirə oxuyub
25 Yanvar 19:45
Qafqaz Müsəlmanları İdarəsinin sədri “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları ilə görüşüb
25 Yanvar 17:32
Saatlıda “Pambıqçılıq 2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
25 Yanvar 17:27
Prezident İlham Əliyev Davos Forumunda Azərbaycanın yeni hökumətinin prioritetlərini açıqlayıb
25 Yanvar 17:17
Əli Əhmədov: Beynəlxalq İqtisadi Forum gündən günə inkişaf edən Azərbaycanın və onun iqtisadiyyatının dünyaya açılması üçün gözəl bir imkandır
25 Yanvar 17:11
Deputatlığa namizəd Fatma Yıldırım Bərdə rayonunda şəhid ailələrini ziyarət edib
25 Yanvar 16:37
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
25 Yanvar 16:31
İnanıram ki, seçicilər gələcəyin partiyası olan YAP-ın namizədlərinə səs verəcəklər
25 Yanvar 16:28
Deputatlığa namizəd Elnur Rəhimovun seçicilərlə növbəti görüşü keçirilib
25 Yanvar 16:24
Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatorunu təbrik edib
25 Yanvar 16:22
"Seçkilərin yüksək səviyyədə keçirilməsində məntəqə seçki komissiyaları böyük məsuliyyət daşıyırlar"
25 Yanvar 16:17
Yevlax gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulublar
25 Yanvar 16:15
Deputatlığa namizəd Səməd Seyidov Qazax rayonunda seçicilərlə görüşlər keçirib
25 Yanvar 16:03
Ermənistan işğal olunmuş ərazilərimizdəki abidələri “bərpa” etmək adı altında erməniləşdirmə siyasəti aparır - BƏYANAT
25 Yanvar 15:59
Deputatlığa namizəd Aqiyə Naxçıvanlı Oğuz rayonu Bucaq kəndində seçicilərlə görüşüb
25 Yanvar 15:54
Prezident İlham Əliyev Türkiyədəki azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi haqqında tapşırıq verib
25 Yanvar 15:25
Pakistan portalı Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı məqalə yayıb
25 Yanvar 15:16
Azərbaycan deputatları AŞPA-nın qış sessiyasında iştirak edəcəklər
25 Yanvar 15:12
Bütün seçiciləri daha güclü Azərbaycan naminə partiyamızın namizədlərinə səs verməyə çağırıram
25 Yanvar 15:03
Deputatlığa namizəd Fatma Yıldırım Bərdənin Şatırlı, İkinci Nazırlı, Kürdborakı, Hacılı, Birinci Qazaxlar kəndlərində seçicilərlə görüşüb
25 Yanvar 14:56
Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır”
25 Yanvar 14:22
Azərbaycan Ordusunda Həzi Aslanovun 110 illiyinə həsr olunan silsilə tədbirlər keçirilib
25 Yanvar 13:25
Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verib
25 Yanvar 11:47
YAP-ın 11 saylı Qaradağ seçki dairəsindən namizədi Aydın Hüseynovun Ələt qəsəbəsinin sakinləri ilə görüşü keçirilib
25 Yanvar 11:29
Nazirlər Kabinetində icbari sığorta sahəsində qarşıda duran vəzifələr müzakirə edilib
25 Yanvar 11:26
Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb
25 Yanvar 11:21
Dilarə Cəbrayılova: Azərbaycanın nüfuzlu Davos İqtisadi Forumu ilə fəal əməkdaşlığı ölkəmizin iqtisadi inkişafı üçün yeni imkanlar açıb
25 Yanvar 11:19
Fevralın 24-dən “Gənclər Paytaxtı 2020” müsabiqəsinin onlayn səsvermə mərhələsi start götürəcək
25 Yanvar 11:17
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Dünya İqtisadi Forumunda təmsil olunub
25 Yanvar 11:15
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ötən ilin yekunları müzakirə olunub
25 Yanvar 11:12
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samuxda və Göygöldə nümayəndəlikləri açılıb
25 Yanvar 11:09
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESKO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılacaq
25 Yanvar 10:14
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin açıqlaması
25 Yanvar 10:08
Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir
24 Yanvar 18:11
Dövlət Komitəsinin sədri Sabirabadda məcburi köçkünləri qəbul edib
24 Yanvar 18:09
Yeni Azərbaycan Partiyasının Gəncədən olan 4 namizədinin gənclərlə görüşü keçirilib
24 Yanvar 17:43
Deputatlığa namizəd Kamran Bayramov Şəmkirin Mehrili və Abbaslı kəndlərində seçicilərlə görüşüb
24 Yanvar 17:43
Türkiyəli professor: "Azərbaycanda seçici, media və dövlət arasında əlaqə düzgün qurulub"
24 Yanvar 17:40
YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Niyazi Tağıyev seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 17:36
Yuli Qusman: "Parlament seçkilərindən sonra da Azərbaycanın demokratik inkişafı davam edəcək"
24 Yanvar 17:28
Mariya Zaxarova: "Parlament seçkilərinin nəticələri dost Azərbaycan xalqının rifahının yaxşılaşmasına xidmət edəcək"
24 Yanvar 17:26
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində “Mədəniyyətlərin dialoqu xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirilir
24 Yanvar 17:19
Deputatlığa namizəd Ramil Həsən Ucarda seçicilərlə növbəti görüşlər keçirib
24 Yanvar 17:07
Energetika naziri Siyəzəndə, nazir müavinləri isə Qobustan və Cəlilabadda vətəndaşları qəbul ediblər
24 Yanvar 16:59
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 16:04
“YARAT”da yeni tamaşanın premyerası olacaq
24 Yanvar 15:57
Sabirabadlıların seçimi Əhliman Əmiraslanovdur
24 Yanvar 15:49
Heydər Əliyev Fondunun layihəsi olan “Balaca Şahzadə” növbəti dəfə repertuara salınıb
24 Yanvar 15:40
Deputatlığa namizəd Eldəniz Səlimov Xaçmazda seçicilərlə növbəti görüş keçirib
24 Yanvar 15:36
İmadəddin Nəsimiyə həsr olunmuş “Mənəm, mən...” tamaşası yenidən səhnədə
24 Yanvar 15:34
Seçicilər ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər
24 Yanvar 15:31
Bakı məktəblilərinin beynəlxalq yarışlarda əldə etdiyi uğurların sayı artmaqdadır
24 Yanvar 15:26
MSK-nın Şəkidə keçirdiyi regional seminarda seçki mübahisələrinin həllinə dair məsələlər müzakirə olunub
24 Yanvar 15:22
Gəncədə seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair regional müşavirə keçirilib
24 Yanvar 15:12
Ağdaşlılar YAP-ın namizədinə səs verəcəklər
24 Yanvar 14:51
YAP-ın namizədi Kamaləddin Qafarovun təhsil işçiləri ilə görüşü keçirilib
24 Yanvar 14:43
Deputatlığa namizəd Məşhur Məmmədov Masallı rayonu Xırmandalı kəndində seçicilərlə görüşüb
24 Yanvar 14:35
Fikrət Sadıqov: "Cəmiyyətdə seçkilərə maraq kifayət qədər yüksəkdir"
24 Yanvar 14:29
Yeni TV-də qonaq Yeni Azərbaycan Partiyasının 21 saylı Nəsimi ikinci seçki dairəsindən deputatlığa namizədi Məlahət İbrahimqızıdır (VİDEO)
24 Yanvar 14:20
Prezident İlham Əliyevin Davosda İsveçrənin Montrö şəhərinin meri ilə görüşü olub
24 Yanvar 14:15
Prezident İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb
24 Yanvar 14:08
Şöhrət Barlas: "Parlament seçkilərindən yalnız müsbət gözləntilərim var”
24 Yanvar 14:04
Azərbaycanda qar ehtiyatlarının toplanmasında azalma tendensiyası müşahidə olunur
24 Yanvar 13:58
Prezident İlham Əliyev Davos Forumunun tribunasından Azərbaycan reallıqlarını dünyaya çatdırır
24 Yanvar 13:54
İnanıram ki, 2020-ci il fevral ayının 9-da seçicilərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək
24 Yanvar 13:05
Elçin Əhmədov: Prezident İlham Əliyevin Davosdakı görüşləri Azərbaycanın yüksək beynəlxalq nüfuzunun əyani göstəricisidir
24 Yanvar 12:43
Deputatlığa namizəd Fatma Yıldırım növbəti görüşlərini Bərdə rayonunun mədəniyyət və səhiyyə işçiləri ilə keçirib
24 Yanvar 11:46
"Yeni parlamentdə Azərbaycanın daha da inkişafına töhfə verəcək insanların yer alacağına ümid edirəm"
24 Yanvar 11:29
Stefan Şennak: "Əminəm ki, Azərbaycanda parlament seçkiləri ədalət prinsipləri əsasında keçiriləcək"
24 Yanvar 11:15
Moldova MSK-sının və parlamentinin nümayəndələri Azərbaycanda seçkiləri izləyəcəklər

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA